Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-9/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmişin hüquqi varisi X9 və onun nümayəndəsi vəkil Müdafiəçi5, Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi6, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi, vəkil X10, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) İstismar şöbəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun, xx xxxxxx 1958-ci il tarixdə Qubadlı rayonu, Qayalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X19 və Satışı İdarəsinin X21 mühəndis vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 4 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə, xx xxxx 1965-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X20 və Satışı İdarəsinin İstismar Şöbəsində səyyar-əməliyyat briqadasının elektrik-montyoru vəzifəsində işləyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 6 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə, xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikası Sisiyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri vəzifəsində işləmiş, hazırda işsiz, ünvan 7 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs5 xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASCnin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləmiş, hazırda işsiz, ünvan 8 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 9 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X19 və Satışı İdarəsi (ETSİ) İstismar Şöbəsinin rəisi vəzifəsində işləyərkən, Abşeron rayonu, MD- 23 qəsəbəsindəki "xxxx" ASC-nin ərazisindən keçən və “X36” ASC-nə məxsus olmaqla balansında olan yüksək gərginlikli yeraltı kabel xəttində baş vermiş nasazlıqla bağlı qanunla müəyyən edilmiş qaydada, yəni "xxxx" ASC-nin Texniki Departamenti üzrə verilmiş 11 yanvar 2021-ci il tarixli 5-21/39 saylı sərəncamla naryad-buraxılışa sərəncam verməyə və iş rəhbəri olmağa, iş yerini hazırlamağa, işə buraxılış verməyə və operativ əməliyyat aparmağa icazəsi olduğu halda, müvafiq prosedurlara riayət etmədən məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi akt olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 2.1.4, 2.3.2.1-ci bəndlərində nəzərdə tutulan “bütün cərəyan daşıyan hissələrdən, o cümlədən kabel xəttinin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bütün birləşmələrdə bir naryad əsasında işlərin yerinə yetirilməsinin mümkünlüyü, fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarında işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlarla, işlərin siyahısı tərtib edilərək iş yerinin hazırlanması ilə icra edilməli olmasına, iş zamanı nəzarətin təşkili və işlərin təhlükəsizliyinin təmin edilməli olmasına, naryad verən, iş yerinin hazırlanması üçün icazə və buraxılış verən şəxs kimi işlərin təhlükəsiz aparılmasına”, eyni zamanda «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisinin vəzifə təlimatı»-nın 9-cu və 12-ci bəndlərində nəzərdə tutulan “qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində əməyin və tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etməyə cavabdeh şəxs olmasına” dair tələblərini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarını pozaraq, vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsini təmin etmədən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq, öz işinə cinayətkarcasına etinasız yanaşıb açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməyərək, müvafiq naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsini təşkil etmədən nasazlığın aradan qaldırılması üçün verdiyi şifahi göstərişi əsasında 09 avqust 2021-ci il tarixdə şöbənin elektrik-montyoru Zərərçəkmiş şəxs tərəfindən əraziyə baxış keçirildikdən sonra müvafiq sənədləşmə işlərinin aparılması üçün kifayət qədər vaxt olsa da, 10 avqust 2021-ci il tarixdə saat 10:30 radələrində həmin şöbənin mühəndisi Təqsirləndirilən şəxs1 nasazlığın aradan qaldırılması üçün təkrarən şifahi göstəriş verməklə kifayətlənmiş, daha sonra verdiyi şifahi göstərişin icrası, habelə təhlükəsizlik qaydalarına riayət edilməsi və görülmüş işin faktiki nəticəsi ilə maraqlanmayaraq texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs olmaqla bu qaydaları kobud surətdə pozması “X36” ASC-nin ərazisində olan paylayıcı qurğudan insan həyatı üçün yüksək təhlükə yaradan kabel xəttinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar şəxs kimi "xxxx" ASC-dən rəsmi icazə almadan ona aid elektrik qurğularına (şəbəkələrinə) daxil olub "xxxx" ASC-nə məxsus laboratoriya vasitəsilə 4,5 Kv yüksək sınaq gərginliyinin verilməsi nəticəsində "xxxx" ASC-nin ərazisində verilmiş tapşırığı yerinə yetirərək həmin kabel xəttində təmir işləri aparan və gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatı və qaydalarının tələblərini pozmayan şöbənin elektrik-montyoru Zərərçəkmiş şəxs elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının, eləcə də sol baldırın elektrik nişanələri” xəsarətlərini alaraq ehtiyatsızlıqdan elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurmasından ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X19 və Satışı İdarəsinin X22 mühəndisi vəzifəsində işləyərkən, 10 avqust 2021-ci il tarixdə saat 10:30 radələrində Abşeron rayonu MD-23 qəsəbəsindəki "xxxx" ASC-nin ərazisindən keçən və “X36” ASCnə məxsus olmaqla balansında olan 10 Kv-luq yüksək gərginlikli yeraltı kabel xəttində baş vermiş nasazlığın aradan qaldırılması ilə bağlı həmin şöbənin rəisi Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun şifahi göstərişi ilə heç bir rəsmi sənədləşdirilmə aparılmadan şöbənin elektrik-montyorları tərəfindən görülən işlərə rəhbərlik edən vaxt, "xxxx" ASC-nin X20 və Satışı İdarəsinin İstismar Şöbəsinin rəisi Şahid11 ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb ondan “Paylayıcı Qurğu-11”-dən açılmış xəttin torpaqlamasının verilməsi üçün müvafiq naryad və sərəncamla olmalı olduğu halda şifahi icazə alıb növbətçi dispetçer X4 vasitəsilə təmir işləri aparılan ərazidə torpaqlamanın verilməsinə nail olmuş, bundan sonra məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi akt olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.13, 3.1.1.1, 3.1.1.4, 3.1.1.5, 3.1.3.2, 3.1.3.3, 3.1.5.5, 3.2.12.7-ci bəndlərində nəzərdə tutulan “hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğuna, torpaqlanma qurğusunun, bağlayıcı qurğuların təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan çəpərlənmə, təhlükəsizlik plakatlarının (nişanlarının) qorunmasına, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət edilməsinə cavabdeh olmasına; elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün zəruri açılmaların aparılmasına, kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində iş yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlərin görülməsinə, kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatların asılmasına; torpaqlanma qoyulmasına, torpaqlanma bıçaqlarının olmadığı yerlərdə səyyar torpaqlanma qurğusunun quraşdırılmasına, “torpaqlanma” göstərici plakatlarının asılmasına, lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələrin çəpərlənməsinə və təhlükəsizlik plakatlarının asılmasına; gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının işlər aparılan yerlərinə kommutasiya aparatları vasitəsilə gərginlik verilə biləcək hər tərəfdə gözlə görünən qırılmanın olmasına, belə elektrik qurğularında kommutasiya aparatları vasitəsilə iş yerinə gərginlik verə biləcək səhv və ya özbaşına qoşulmaların qarşısını almaq üçün yük ayırıcılarının, aralayıcılarının, açarlarının əl intiqalları açılmış vəziyyətdə mexaniki qıfılla bağlanmasına, müvafiq qadağanedici plakatların asılmasına; iş yerinə gərginliyin verilməsini istisna etmək üçün üzərində “qoşma! adamlar işləyir!” plakatının asılmasına; kommutasiya aparatlarının intiqalları, həmçinin kabel xəttində işləmək üçün açılması istifadə olunan kommutasiya aparatlarının açarlarında və düymələrində işləyən briqadanın sayından asılı olmayaraq “qoşma! xətdə işlər gedir” sözləri qeyd olunan plakatın asılmasına; gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında cərəyan daşıyan hissələrin bütün fazalarının (qütblərin) işlər üçün açılmış sahənin gərginlik verilə biləcək hər tərəfindən torpaqlanmalı olmasına; muftaları açmazdan və yaxud kabeli kəsməzdən əvvəl kabelin dövrədən açılmasına və gərginlik verilə bilən hər tərəfdən torpaqlanmalı olmasına” dair, habelə “Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatı”-nın 4-cü bəndinin “əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etmək“ barədə tələblərini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarını pozaraq, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs olmaqla öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməklə mövcud şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq öz işinə cinayətkarcasına etinasız yanaşıb açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməyərək müvafiq qadağanedici plakatlar asılmasını və iş yerində təmir olunan kabel xəttinin gərginlik verilə bilən hər tərəfindən səyyar torpaqlamanın qoyulmasını və bununla da vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsini təmin etmədiyinə görə kabelin digər tərəfi olan “X36” ASC-nin ərazisində olan paylayıcı qurğudan insan həyatı üçün yüksək təhlükə yaradan kabel xəttinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar şəxs kimi "xxxx" ASC-dən rəsmi icazə almadan ona aid elektrik qurğularına (şəbəkələrinə) daxil olub "xxxx" ASC-nə məxsus laboratoriya vasitəsilə 4,5 Kv yüksək sınaq gərginliyinin verilməsi nəticəsində "xxxx" ASC-nin ərazisində verilmiş tapşırığı yerinə yetirərək həmin kabel xəttində təmir işləri aparan və gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatı və qaydalarının tələblərini pozmayan şöbənin elektrik-montyoru Zərərçəkmiş şəxs elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının, eləcə də sol baldırın elektrik nişanələri” xəsarətlərini alaraq ehtiyatsızlıqdan elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurmasından ölmüşdür. Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin X20 və Satışı İdarəsi İstismar Şöbəsinin elektrik-montyoru vəzifəsində işləyərkən, 10 avqust 2021-ci il tarixdə 10:30 radələrində şöbə üzrə Şəbəkə rayonunun X8 İ şəxsi - növbətçi dispetçer olduğu vaxt, “X36” ASC tərəfindən işlədiyi idarə ilə danışıqlar aparmaq səlahiyyəti verilmiş Şahid6 telefon vasitəsilə zəng edərək dəvət etdiyi laboratoriyanın Abşeron rayonu, MD-23 qəsəbəsindəki "xxxx" ASC-nin ərazisindən keçən və “X36” ASC-nə məxsus olmaqla balansında olan 10 Kv-luq yüksək gərginlikli yeraltı kabel xəttində yaranmış nasazlığı aradan qaldırılması üçün “Paylayıcı Qurğu-11”-dən xəttin ayrılıb torpaqlama verilməsini istəməsindən, eyni zamanda həmin nasazlığa görə işlədiyi şöbənin mühəndisi Təqsirləndirilən şəxs1 hadisə baş vermiş ərazidən telefon zəngi ilə etdiyi eyni xarakterli müraciətindən və şöbənin rəisi Şahid11 xəttin açılaraq torpaqlamanın verilməsi barədə şifahi göstərişindən sonra, məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi akt olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2-ci bəndlərində nəzərdə tutulan “bütün cərəyan daşıyan hissələrdən, o cümlədən kabel xəttinin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bütün birləşmələrdə bir naryad əsasında işlərin yerinə yetirilməsinin mümkünlüyü, fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarında işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlarla icra edilməli olması”, eyni zamanda “Şəbəkə rayonlarının X8 İ şəxsinin vəzifə təlimatı”-nın 3.9 və 3.10cu bəndlərinin “icazə verilmiş sifariş və təsdiq olunmuş əməliyyat blanklarına əsasən şəbəkədə planlı əməliyyatları yerinə yetirmək, əməliyyat danışıqlarını dəqiq və düzgün aparmaq” barədə tələblərini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarını pozaraq, vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsini təmin etmədən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq öz işinə cinayətkarcasına etinasız yanaşıb açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməyərək, eyni işin görülməsi ilə bağlı ayrı-ayrı şəxslərdən eyni xarakterli müraciətləri qəbul edib müraciət edənlərin bir işçi briqadası olduğunu zənn etməklə kifayətlənib onların şəxsiyyətləri, məlumatın mənbəyi, təmir işlərinin aparılması üçün cəlb edilmiş işçi briqadaları barədə ətraflı məlumatlar əldə etmədən və onları bir-biri ilə əlaqələndirmədən, naryad-buraxılış və ya sərəncam olmadan qeyd olunan nasazlığın aradan qaldırılması ilə bağlı işlərin görülməsinə iki ayrı-ayrı işçi briqadasını buraxmaqla işlərin icrasına laqeyd münasibət göstərib qulluq vəzifələrini yerinə yetirmək üçün real imkanı olduğu halda öz məsuliyyətini dərk etməyərək xidməti vəzifələrini lazımi qaydada, yəni tam yerinə yetirməməklə səhlənkarlıq etmiş və nəticədə mühəndis Təqsirləndirilən şəxs1 tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi həmin qaydalara riayət edilməməsi səbəbindən kabelin digər tərəfi olan “X36” ASC-nin ərazisində olan paylayıcı qurğudan insan həyatı üçün yüksək təhlükə yaradan kabel xəttinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar şəxs kimi "xxxx" ASC-dən rəsmi icazə almadan ona aid elektrik qurğularına (şəbəkələrinə) daxil olub "xxxx" ASC-nə məxsus laboratoriya vasitəsilə 4,5 Kv yüksək sınaq gərginliyinin verilməsindən sonra "xxxx" ASC-nin ərazisində tapşırığı yerinə yetirərək həmin kabel xəttində təmir işləri aparan və gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatı və qaydalarının tələblərini pozmayan "xxxx" ASC-nin X19 və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrikmontyoru Zərərçəkmiş şəxs elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının, eləcə də sol baldırın elektrik nişanələri” xəsarətlərini alaraq elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurmasından ehtiyatsızlıqdan ölmüşdür. Təqsirləndirilən şəxs5 "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri vəzifəsində işləyərkən, həmin laboratoriyanın elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru Təqsirləndirilən şəxs3 tanışı Şahid6 Abşeron rayonu, MD-23 qəsəbəsindəki "xxxx" ASCnin ərazisindən keçən və “X36” ASC-nə məxsus yüksək gərginlikli yeraltı kabel xəttində baş vermiş nasazlığın aradan qaldırılmasına dair xahişi ilə bağlı 10 avqust 2021-ci il tarixdə saat 10:30 radələrində "xxxx" ASC-nə məxsus “Qazel” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi avadanlıqlarla təchiz edilmiş laboratoriya avtomobili ilə sürücü Şahid5 və elektrik montyoru Təqsirləndirilən şəxs3la birlikdə həmin əraziyə gəlib, məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi akt olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 3.1.1.1-ci bəndlərində nəzərdə tutulan “bütün cərəyan daşıyan hissələrdən, o cümlədən kabel xəttinin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bütün birləşmələrdə bir naryad əsasında işlərin yerinə yetirilməsinin mümkünlüyünə; fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarında işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlarla icra edilməli olmasına; torpaqlanma qoyulmasına, torpaqlanma bıçaqlarının olmadığı yerlərdə səyyar torpaqlanma qurğusunun quraşdırılmasına, “torpaqlanma” göstərici plakatlarının asılmasına, lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələrin çəpərlənməsinə və təhlükəsizlik plakatlarının asılmasına” dair, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 12-ci və 14-cü bəndlərinin “elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan qurğuların təmiri, yenidən qurulması və sökülməsi işlərinin yerinə yetirilməsi, elektrik şəbəkələrinin normal işini pozan, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək kənar şəxslərin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olması, elektrik şəbəkələrinin qurğularının qapılarını və örtüklərini açması, elektrik şəbəkələrində açıbqoşma əməliyyatlarını aparması qadağandır” tələblərini, eyni zamanda eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarını pozaraq, kənar şəxs kimi "xxxx" ASC-dən rəsmi icazə almadan ona aid elektrik qurğularına (şəbəkələrinə) daxil olub təşkilati və texniki tədbirlərin görülməsini təmin etmədən və ərazidə başqa işçi qrupu tərəfindən nasazlığın aradan qaldırılması üçün işlərin görülüb-görülməməsini dəqiqləşdirmədən, habelə vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsini təmin etmədən, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq etinasız yanaşıb, elektrik montyoru Təqsirləndirilən şəxs3la birlikdə hərəkətlərini uzlaşdırıb sonuncunun ona gərginliyin verilməsini deməsindən sonra onun tərəfindən "xxxx" ASC-nə məxsus laboratoriya vasitəsilə kabelin digər tərəfi olan “X36” ASC-nin ərazisindəki "xxxx" ASC-nin paylayıcı qurğusundan kabel xəttinə 4,5 Kv yüksək sınaq gərginliyinin verilməsi nəticəsində, həmin ərazidə tapşırığı yerinə yetirərək kabel xəttində təmir işləri aparan, gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatını, qaydalarını pozmayan və elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının, eləcə də sol baldırın elektrik nişanələri” xəsarətlərini alan "xxxx" ASC-nin X20 və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Təqsirləndirilən şəxs3 "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləyərkən, tanışı Şahid6 Abşeron rayonu, MD-23 qəsəbəsindəki "xxxx" ASC-nin ərazisindən keçən və “X36” ASC-nə məxsus olmaqla balansında olan 10 Kv-luq yüksək gərginlikli yeraltı kabel xəttində baş vermiş nasazlığın aradan qaldırılmasına dair xahişi ilə bağlı 10 avqust 2021-ci il tarixdə saat 10:30 radələrində "xxxx" ASC-nə məxsus “Qazel” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi avadanlıqlarla təchiz edilmiş laboratoriya avtomobilində sürücü Şahid5 və laboratoriya müdiri Təqsirləndirilən şəxs5 ilə birlikdə həmin əraziyə gəlib, məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi akt olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 3.1.1.1-ci bəndlərində nəzərdə tutulan “bütün cərəyan daşıyan hissələrdən, o cümlədən kabel xəttinin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bütün birləşmələrdə bir naryad əsasında işlərin yerinə yetirilməsinin mümkünlüyünə; fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarında işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlarla icra edilməli olmasına; torpaqlanma qoyulmasına, torpaqlanma bıçaqlarının olmadığı yerlərdə səyyar torpaqlanma qurğusunun quraşdırılmasına, “torpaqlanma” göstərici plakatlarının asılmasına, lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələrin çəpərlənməsinə və təhlükəsizlik plakatlarının asılmasına” dair, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-nın 12-ci və 14-cü bəndlərinin “elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan qurğuların təmiri, yenidən qurulması və sökülməsi işlərinin yerinə yetirilməsi, elektrik şəbəkələrinin normal işini pozan, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək kənar şəxslərin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olması, elektrik şəbəkələrinin qurğularının qapılarını və örtüklərini açması, elektrik şəbəkələrində açıb-qoşma əməliyyatlarını aparması qadağandır” tələblərini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarını pozaraq, kənar şəxs kimi "xxxx" ASC-dən rəsmi icazə almadan ona aid elektrik qurğularına (şəbəkələrinə) daxil olub təşkilati və texniki tədbirlərin görülməsini təmin etmədən və ərazidə başqa işçi qrupu tərəfindən nasazlığın aradan qaldırılması üçün işlərin görülüb-görülməməsini dəqiqləşdirmədən, habelə vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsini təmin etmədən, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq etinasız yanaşıb, laboratoriya müdiri İkram Kərimovla birlikdə hərəkətlərini uzlaşdırıb ona gərginliyin verilməsini deməsindən sonra sonuncu tərəfindən "xxxx" ASC-nə məxsus laboratoriya vasitəsilə kabelin digər tərəfi olan “X36” ASC-nin ərazisindəki "xxxx" ASC-nin paylayıcı qurğusundan kabel xəttinə 4,5 Kv yüksək sınaq gərginliyinin verilməsi nəticəsində həmin ərazidə tapşırığı yerinə yetirərək kabel xəttində təmir işləri aparan, gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatını, qaydalarını pozmayan və elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının, eləcə də sol baldırın elektrik nişanələri” xəsarətlərini alan "xxxx" ASC-nin X20 və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrikmontyoru Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.2-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) İstismar şöbəsinin rəisi vəzifəsində çalışır. 10 avqust 2021-ci il tarixdə işdə olanda səhər saatlarında 5-10 dəqiqəlik iclas zamanı baş mühəndislər Süleyman Manafovu və Təqsirləndirilən şəxs1 toplayıb iş bölgüsü zamanı Təqsirləndirilən şəxs1 Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən "xxxx" ASC-nin ərazisindən keçən yüksək gərginlikli yeraltı kabeldə problem yarandığını, həmin kabelin yaxınlıqda yerləşən kərpic zavoda məxsus olduğunu, zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsinin elektrik enerjisi ilə təmin edildiyini, həmin sakinlərin də şikayət etdiyini deyib kabeldə olan nasazlığı aradan qaldırmağı tapşırmışdır. Həmin kabel vasitəsi ilə qaçqınlara elektrik enerjisi paylandığından orada nasazlıq yarandığı halda təmir işlərinin 80%-ni "xxxx" ASC görmüş, kərpic zavodunun istifadə etdiyi elektrik enerji haqqı X26 ödənildiyi üçün təmir işləri onların İstismar Şöbəsi tərəfindən həyata keçirilmişdir. Sözügedən kabel xəttində olan nasazlıq 08 avqust 2021-ci il tarixdə axşam saat 21 radələrində yaranmış, qaçqınlar çağrı mərkəzinə və digər qurumlara şikayət etməyə başlamış və yolları bağlayacaqlarını bildirmiş, bununla bağlı şöbədə elektrik-montyor işləyən Zərərçəkmiş şəxs 09 avqust 2021-ci il tarixdə günorta saatlarında hadisə baş verən əraziyə gedib baxmış və işlərin aparılmasını səhərə saxlamışdır. Təqsirləndirilən şəxs1 göstərişə əsasən özü ilə şöbənin işçiləri kabel xətti üzrə elektrik montyorlar Şahid3, Zərərçəkmiş şəxs, hava xətti üzrə elektrik montyor Şahid1 və səyyar-əməliyyat briqadasının elektrik montyoru Şahid2 Oqtay oğlunu götürüb getmişdir. Həmin gün saat 12 radələrində elektrik montyoru Şahid2 zəng edib Zərərçəkmiş şəxs gərginliyə düşüb öldüyünü demişdir. Bundan sonra hadisə baş verən yerə gedib Zərərçəkmiş şəxs meyitinin işlədiyi yerdə torpaq üzərində olduğunu, işlədiyi yerdə qazıntı işləri aparıldığını, yeraltı kabel göründüyünü, həmin kabeldə təmir bərpa işlərinin aparıldığını, yerdə müxtəlif instrumentlərin də olduğunu görmüşdür. Hadisə barədə maraqlananda Təqsirləndirilən şəxs1 onların xəttdə təmir bərpa işləri görən zaman kabelin digər hissəsi olan kərpic zavodun ərazisində "xxxx" ASC-nin laboratoriyasının xəttə gərginlik verdiyindən Ehtimatın iş zamanı öldüyünü demişdir. Hadisə baş vermiş kabel xəttinin “X36” ASC-yə məxsus olmasını bilmiş, “X36” ASC özü həmin kabeldə yaranmış nasazlığın aradan qaldırılması üçün onlara həm birbaşa, həm də müvafiq qaydada ASAN-Kommunal xidməti vasitəsi ilə müraciət etməmiş, Zərərçəkmiş şəxs 09 avqust 2021-ci il tarixdə həmin hadisə yerinin müayinəsi üçün göndərməsi, 10 avqust 2021-ci il tarixdə baş mühəndis Təqsirləndirilən şəxs1 və onun özü ilə götürdüyü işçilərə yaranmış nasazlığı aradan qaldırılması üçün verdiyi göstəriş qanuna müvafiq olmamış, bunu həmin ərazidə yaşayan və elektrik kabeldən enerji alan qaçqın sakinlərin narazılığı əsasında etmişdir. Hadisə baş verəndən sonra əmək müfəttişliyi və "xxxx" ASC-nin SƏTƏM şöbəsi tərəfindən yoxlamalar aparılmış, sakinlər üçün ayrıca elektrik xətti çəkilərək onlar elektrik enerjisi ilə təmin olunmuşlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları” və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisinin vəzifə təlimatı» ilə tanış olmuş, tərəfindən hadisə baş vermiş yerə Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi işçi briqadanı göndərəndə, onlara görüləsi işləri təlimata uyğun edilməsini, təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tapşırmış, bildiyi qədər “X36” ASC-nin ərazisində olan paylayıcı qurğunun qapısı qıfıl ilə bağlı olduğundan transformator məntəqəsinə baxış keçirilməmiş, həmin ASC-nin rəhbərliyi və nümayəndələri ilə əlaqə saxlanılmamışdır. 2019-cu ildə tərəfindən "xxxx" ASC-nin baş idarəsinə bir dəfə rəsmi müraciət edilsə də, həmin qaçqın ailələrinin enerjisinin “X36” ASC-nin balansında olan elektrik xəttindən verilməsi davam etmiş, hadisə baş verəndən sonra 2021-ci ilin sentyabr ayında bu məsələ onların və Xirdalan ETSİ-nin iştirakı ilə aradan qaldırılmış, həmin qaçqın ailələrinə ayrıca elektrik xətti verilmişdir. Əlavə olaraq o, zərərçəkmişin hüquqi varisi ilə barışdığını, etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSS) X21 mühəndis vəzifəsində çalışır. Abşeron rayonu, MD-23 qəsəbəsində "xxxx" ASC-nin ərazisində yüksək gərginlikli yeraltı kabel keçmiş, həmin kabel yaxınlıqda yerləşən kərpic zavoda məxsus olmuş və zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmiş, həmin kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən, sonra da ətrafda olan evlərin altından keçərək qeyd olunan kərpic zavodunun ərazisində olan paylayıcı qurğuya getmişdir. Həmin kabel vasitəsi ilə qaçqınlara elektrik enerjisi paylandığından orada nasazlıq yarandığı halda təmir işlərinin 80%-ni "xxxx" ASC görmüş, kərpic zavodun istifadə etdiyi elektrik enerji haqqı X26 ödənildiyi üçün təmir işləri İstismar Şöbəsi tərəfindən həyata keçirilmiş, həmin kabel kərpic zavoduna məxsus olduğu üçün qaydaya əsasən zavodun rəhbərliyi "xxxx" ASC ilə, yaxud xüsusi lisenziyası olan şirkətlərlə müqavilə əsasında təmir xidmətləri göstərməli olmuş, lakin zavod tərəfindən bu qaydaya riayət edilmədiyindən "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) X30 həmin təmiri həyata keçirmişdir. Həmin kabel son 5 il "xxxx" ASC-nin Biləcəri ETSİ işlədiyi müddətdə hər il 3-4 dəfə xarab olmuş, son bir il ərzində isə hadisə baş verən yerdə 4-5 dəfə eyni yerdə həmin kabel sıradan çıxmış, çünki həmin ərazidə su yığılıb kabeli sıradan çıxarmışdır. 08 avqust 2021-ci il tarixdə axşam saat 21 radələrində həmin ərazidə kabeldə nasazlıq yarandığından qaçqınlar çağrı mərkəzinə və digər qurumlara şikayət etməyə başlamış, bununla bağlı şöbədə elektrik-montyor işləyən Zərərçəkmiş şəxs 09 avqust 2021-ci il tarixdə günorta saatlarında hadisə baş verən əraziyə gedib oradan zəng edib qaçqınların xətti PQ-11-də açarın açıldığını, "xxxx" ASC-nin ərazisində 2-ci mühafizə postunun yanında həmin yerdə muftanın sıradan çıxdığını demişdir. ETSİ-nin X22 rəisi Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu orada olan nasazlığın aradan qaldırılmasını ona tapşırmış, o, da həmin gün artıq gec olduğunu, işçi heyətinin olmadığını deyib təmiri növbəti günə saxlamış, Ehtimat da həmin xətti zavodun ərazisində olan PQ-dən ayırıb idarəyə qayıtmışdır. Növbəti gün, yəni 10 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 həmin ərazidə olan nasazlığı aradan qaldırmağı tapşırmış, həmin vaxt baş mühəndis X23 da orada olmuş, o, da kabel xətti üzrə elektrik montyorlar Şahid3, Zərərçəkmiş şəxs, hava xətti üzrə elektrik montyor Şahid1 və səyyar-əməliyyat briqadasının elektrik montyoru Şahid2 Oqtay oğlunu özü ilə götürüb xidməti avtomobillə "xxxx" ASC-nin ərazisinə gəlmiş, mufta dağılan yerdə telefon vasitəsi ilə texniki və təşkilatı tədbirlər görməyə başlamış, Xırdalan Dispetçer xidmətinə zəng edib dispetçer Rövşən adlı şəxsə özünü təqdim edib iş görməyə gəldiklərini deyib işə başlamaq üçün nasazlıq olan xəttə torpaqlama qoymaları üçün onları PQ-11-ə dəvət etmişdir. İşlərin görülməsi ilə bağlı naryad olmamış, şifahi şəkildə dispetçerlə telefonla danışmış, dispetçer də ona PQ-11-də xəttin möhürləndiyini və Xırdalan ETSİ-nin 16/04-ün rəisi Tahir müəllimdən icazə almaq lazım olduğunu demişdir. Bundan sonra o, saat 10:28-də Tahir müəllimə zəng vurub icazə almış, Tahir müəllim də dispetçerə lazımi köməklik edilməsini tapşırmış, sonra dispetçer Rövşən yenidən onunla əlaqə saxlayıb təxminən yarım saat ərzində gəlib PQ-11-də torpaqlama verəcəklərini bildirmişdir. Sonra ona Vüqar adlı mühəndis zəng edib PQ-11-ə gəlib torpaqlama verdiyini demiş, o, da hətta ona birdən harasa getmək istəyirsə qapının dalına bir daş qoyub gedə biləcəyini desə də, o oranı sahibsiz qoyub gedə bilməyəcəyini deyib torpaqlamanı verdiyini təsdiq etmişdir. Bundan sonra işçilərə partlayış olan yeri qazmağı, sonra da kabeli aşkar etdikdən sonra muftanı açmağı tapşırmış, Şahid3 kabelin muftasını açanda onlar kabeldə olan nasazlığı görmüş, o, sonradan ora yeni mufta qoyulacağı üçün işçilərə naqillərin uclarını təmizləmələrini tapşırmışdır. Təxminən 15 dəqiqə fasilə elan edəndən sonra işçilərə peremıçka deyilən kabel atmalarını deyib özü piyada PQ-11 tərəfə getmiş, çünki orada Kabel-Test Xidmətindən göndərilən laboratoriyanı qarşılamalı olmuşdur. PQ-11-in hasarına çatanda Şahid3 zəng edib orada nə etdiyini soruşub Ehtimatın gərginliyə düşüb cərəyan vurub öldürdüyünü demiş, o, da cavabında ona heç ora çatmadığını bildirmişdir. Sonra PQ-11-in qabağında kərpic zavodun sahibi kimi özünü təqdim edən Əlövsət adlı şəxsin və "xxxx" ASC-nin operatoru Fikrət adlı şəxsin durduqlarını görüb onların kabelə gərginlik verdiklərini başa düşmüş, onlara “siz nə iş gördünüz, Ehtimatı öldürdünüz” deyəndə həmin vaxt orada dispetçer Vüqar və digər tanımadığı iki nəfər də olmuş, bundan sonra hadisə baş verən yerə qaçmış və ora çatanda Ehtimatın artıq öldüyünü görmüşdür. Bundan sonra Əlövsət zəng edib onların adını verməməyi xahiş etmiş, sonra da qabaqdan gəlmiş kimi ona təhlükəsizlik tədbirləri onun tərəfindən görülsə idi, belə bir hadisənin baş verməyəcəyini demişdir. Söhbət zamanı bilmişdir ki, Əlövsət və Fikrət kabeli sınaq edib yüksək gərginlik verib kabelin təmiz olduğunu, yəni gərginliyə dözdüyünü görmüşlər. Onlar özləri sınaq keçirmək üçün kabeli artıq qəza olan yerdə iki yerə ayırmış, kabeli bütövlüyünü yoxlamaq qərarına gəlib bunun üçün onlar PQ-11-ə gəlmiş və orada Vüqarın qoyduğu torpaqlamadan əlavə özlərinin səyyar torpaqlama qoyduqlarını görmüş, Vüqar həmin vaxt onlara orada artıq işləmələri barədə məlumat verməmiş, sonra da PQ-11-dən zavodun ərazisində olan PQ-də laboratoriyanın heyətinə gərginlik verilməsi göstərişi verilmiş və həmin vaxt da qəza yerində təmir işləri görən Zərərçəkmiş şəxs cərəyan vurub öldürmüşdür. Fikrət və Əlövsət dispetçerə məlumat verməli və işlərin görülməsi üçün icazə almalı olmuş, hadisənin baş verməsinə səbəb Əlövsətin vasitəsi ilə kənar laboratoriya ilə birlikdə dispetçerdən icazə almadan xəttə müdaxilə etməsi, xəttə yüksək gərginlik verməsi olmuş, eyni zamanda Vüqar PQ-11-ə kənar şəxsləri buraxmamalı olduğu halda onları buraxmış, onlara "xxxx" ASC-nin əməkdaşlarının artıq xətdə olan qəzanı aradan qaldırılması üçün işlər görüldüyü haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nı və vəzifə təlimatını bilmiş, baş vermiş hadisə ilə bağlı təhlükəsizlik texnikası ekspertizasının gəldiyi nəticə ilə qismən razı olmuşdur. Belə ki, “X36” ASC-yə məxsus olan paylayıcı qurğu qıfıl altında olduğu üçün həmin yerdə torpaqlama qoyulmasına ehtiyac olmadığını hesab edib orada nə torpaqlama, nə də təmir işlərinin aparılmasını bildirən məlumat lövhəsi qoymamış, briqadanın təhlükəsizliyini təmin etmək məqsədilə təmir aparılan yerdə, yəni hadisə baş vermiş yerdən kabel ucları “X36” ASC-yə gedən tərəfə yerindəcə həmin kabelə naqil atmaqla torpaqlanmış, daha sonra onlar kabeli sınaq etmək məqsədilə həmin torpaqlamanı açmış, həmin kabelin PQ-11-dən gələn hissəsi də torpaqlanmış, çünki Xırdalan ETSİ-nin dispetçeri bu əməliyyatı həyata keçirmiş və onlara məlumat vermişdir. Bundan sonra onlar iş yerində qeyd etdiyi torpaqlamanı açdıqdan sonra briqadaya kabellərə, yəni qəza olan yerdə kabelin iki başına hər naqilə ayrı-ayrılıqda naqil atmaların atılmasını tapşırıb özü kabeli sınaq etmək məqsədilə PQ-11-ə getmiş, PQ-11-ə tərəf yola düşəndə laboratoriyaları hələ gəlməmişdir. Sonra PQ-11 çatmağa az qalmış briqadanın üzvləri ona zəng edib nə etdiyini soruşub Ehtimatı cərəyan vurduğunu deyəndə onlara PQ-11-ə gedib çatmadığını demiş, ora çatanda dispetçer Vüqar, Əlövsət və Fikrətin PQ- 11-dən çıxdıqlarını görüb onların da həmin kabel xəttində işlər apardığını və nəticədə məlum hadisənin baş verdiyini başa düşmüş, sonradan bilmişdir ki, Fikrət və Əlövsət də PQ-11-də həmin kabelin xəttinə atmalar atıb “X36” ASC-nin ərazisində olan laboratoriyaya sınaq keçirilməsini bildirərək oradan sınaq keçirilən zaman təmir işləri gedən yerdə Ehtimatı yüksək cərəyan vurmuş və nəticədə o ölmüşdür. PQ-11-də dispetçer özü ola-ola ikinci briqadanı işə buraxmış və ikinci briqadaya onların orada işləməsi barədə məlumat verməmişdir. Etdiyi əməldən peşmançılıq çəkir. Əlavə olaraq o, zərərçəkmişin hüquqi varisi ilə barışdığını, etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" ASCnin X20 və Satışı İdarəsi (ETSS) İstismar Şöbəsində səyyar-əməliyyat briqadasının elektrik-montyoru vəzifəsində çalışır. 09 avqust 2021-ci il tarixdə günorta saatlarında həmin gün növbətçi dispetçer olmuş X31 rayonu, MD-23 qəsəbəsindəki "xxxx" ASC-nin ərazisində qəza baş verməsi barədə məlumat daxil olmuş, lakin xəttin sahibi tərəfindən heç bir məlumat verilmədiyindən onlar orada olan nasazlığa reaksiya verməmiş, həmin kabel yüksək gərginlikli olmaqla yeraltı keçərək yaxınlıqda yerləşən kərpic zavoduna məxsus olmuş və zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmişdir. Kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən, sonra da ətrafda olan evlərin altından keçərək qeyd olunan kərpic zavodunun ərazisində olan PQ-na getmiş, bildiyi qədər həmin kabel tələbatçı kərpic zavodunun balansında olmuşdur. Kərpic zavodu istifadə etdiyi elektrik enerji haqqını X27 ödədiyi üçün onların sayğacı PQ-11-də yerləşmiş və həmin xətdə nasazlıq yarandığı halda kabelin sahibi təmirini təmin etməli olmuş, kabel kərpic zavoduna məxsus olduğu üçün qayda ilə zavodun rəhbərliyi ASAN-Kommunal Xidməti vasitəsi ilə "xxxx" ASC-yə, yaxud xüsusi lisenziyası olan şirkətə müraciət etməli, sonra müqavilə əsasında təmir xidmətləri göstərilməli, ondan sonra onlara laboratoriya protokolu təqdim olunmalı, nasazlıq, avadanlığın sazlığı və təhlükəsizliyi göstərilməklə texniki məlumat əsasında xətt yenidən qoşulmalı olmuşdur. Həmin kərpic zavodun kiminlə və hansı qaydada öz xəttinə xidmət göstərilməsi barədə razılığının olmasından məlumatı olmamış, Əlövsət adlı kərpic zavodun sahibi kimi tanıdığı şəxsin telefon vasitəsi ilə müraciət etdiyi vaxt PQ-11-də ona xəttin təmir olunması üçün imkan yaratmışlar. 10 avqust 2021-ci il tarixdə Xırdalan ETSİ-də növbətçi elektrik-montyoru olan vaxt kərpic zavodunun sahibi kimi özünü təqdim edən Əlövsət adlı şəxs öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsi ilə onun ***-***-**-** saylı iş nömrəsinə səhər saatlarında zəng edib dəvət etdiyi laboratoriya ilə xəttə yaranmış nasazlığı aradan qaldırmaq üçün PQ-11-dən xətti ayırıb torpaqlama verməyi xahiş etmiş, o, da ona PQ-11-də olan xananın möhürlü olduğunu, möhür söküləndən sonra xəbər veriləcəyini demişdir. Bu arada ona Biləcəri ETSİ-nin İŞ-nin mühəndisi Təqsirləndirilən şəxs1 zəng edib təmir işlərinin görülməsi üçün xətti ayırıb torpaqlama verməyi deyəndə ona xananın möhürlü və plomblu olduğunu, açılanda məlumat verəcəyini deyəndə Təqsirləndirilən şəxs1 ona “sən aç, plombu sök, mənlikdir” demiş, qəzəblənib ona “özün də bizim işçisən, bilmirsən ki, rəhbərliyin icazəsi olmalıdır, möhürü açmaq olmaz” deyib başqa zəng olduğu üçün onun zəngini kəsmişdir. Bundan sonra Xırdalan ETSİ-nin rəisi Şahid11 ona zəng edib niyə Təqsirləndirilən şəxs1 zəngini bitirdiyini soruşanda ona təcili Bakı dispetçeri ilə zəng olduğuna görə Təqsirləndirilən şəxs1 işi başa salıb zəngi bitirdiyini demiş, Şahid11 ona xananın möhürünün açılmasını, xəttin ayrılmasını, torpaqlama verilib aktlaşdırılmasını tapşırmış, o, da Xırdalan ETSİ-nin mühəndisi Şahid4 zəng edib PQ-11-ə gedərək orada zəruri işləri görməsini tapşırmış, Şahid4 da PQ-11-ə gedib xətti açıb torpaqlama verdiyini ona demiş, o, da Əlövsətə açıq və torpaqlı olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 zəng edib xəttin açıq və torpaqlı olduğunu deyib əlaqə saxlamaq üçün ona Vüqarın telefon nömrəsini də vermiş, sonra da Vüqara zəng edib ona Təqsirləndirilən şəxs1 nömrəsini vermişdir. Xətt açılandan və torpaqlama verildikdən sonra Əlövsətə Təqsirləndirilən şəxs1 da iş görməsi barədə məlumat verməmiş, eyni zamanda da Təqsirləndirilən şəxs1 Əlövsətin də xətlə bağlı müraciətini deməmiş, onlar paralel şəkildə zəng edib təmir işlərinin aparılması üçün müraciət etmişlər. Həmin vaxt PQ-11-də digər xətt üzrə də müraciət olmuş, lakin həmin xətt olan xananın ayrıcısı ilişib açılmadığından özü də PQ-11-ə getmiş və ora çatanda Vüqar ona bir neçə dəqiqə əvvəl iş gedən xətdə "xxxx" ASC-nin əməkdaşını cərəyan vurub öldürdüyünü demiş, həmin vaxt PQ-11-da Şahid4 tək olmuş, o, isə ora elektrik montyor Vəliyev Rizvanla gəlmişdir. Sonra bilmişdir ki, Əlövsət və onun dəvət etdiyi laboratoriya işçiləri tərəfindən xəttin digər tərəfində, yəni kərpic zavodunun ərazisində olan PQ-dən xətti yoxlamaq üçün yüksək gərginlik verilmiş, nəticədə "xxxx" ASC-nin Biləcəri ETSİ-nin əməkdaşı ölmüşdür. Hadisənin baş verməsinə səbəb Əlövsətin və onun dəvət etdiyi laboratoriyanın Təqsirləndirilən şəxs1 və onun briqadasında olan işçilərin eyni xətdə eyni vaxtda təmir işlərinin görülməsi barədə bir-birindən xəbərsiz olması olmuş, onlara ayrı-ayrılıqda işlərin görülməsi barədə məlumat verməmişdir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyində göstərilən naryad-buraxılış (sərəncam) olmadan eyni iş yerinə bir-biri ilə əlaqələndirmədən iki işçi briqadanı buraxdığına görə «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2 bəndlərinin və “Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı”-nın 3.9, 3.10 bəndlərinin tələbləri Xırdalan ETSİ-də növbətçi dispetçeri tərəfindən pozulması ilə razı olmamış, əksinə bu tələblər xəttdə işləyən briqadalar tərəfindən pozulmuş, çünki onlar gördüyü iş üzrə naryad tərtib etməli və iş yerini hazırlamalı olduğu halda buna riayət etməmişlər. “Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı”-nı bilmiş SƏB (səyyar əməliyyat briqadası)-in İ şəxs, elektrik montyor kimi tərəfindən əməliyyat blankı tərtib edilməmiş və sifarişin icazə verilmiş olduğu yoxlanılmamış, əməliyyat danışıqlarında səhvə yol verib danışıqları dəqiq aparmamış, çünki hər iki briqadanın eyni məsələyə görə zəng etdiyini və bir yerdə əlaqəli şəkildə həmin xəttdə işlərin görülməsini, yəni bir yerdə həmin xəttdə təmir işləri görəcəklərini zənn etmiş, ayrıayrılıqda çalışacaqlarını bilməmiş, zənglər arasında bir neçə dəqiqə fərqin olması onu çaşdırmış və bu da onun diqqətsizlik etməsi ucbatından baş vermişdir. Hadisənin baş verməsinə səbəb Əlövsətin və onun dəvət etdiyi laboratoriyanın Təqsirləndirilən şəxs1 və onun briqadasında olan işçilərin eyni xətdə eyni vaxtda təmir işlərinin görülməsi barədə bir-birindən xəbərlərinin olmaması olmuş, o özü onlara ayrı-ayrılıqda işlərin görülməsi barədə məlumat verməmişdir. Həmin xəttdə hadisədən bir gün əvvəl qəza baş verəndə xətt avtomatik açılmış, ona nə Şahid6, nə də Təqsirləndirilən şəxs1 həmin elektrik xəttində işlərin görülməsi ilə bağlı rəsmi sənəd təqdim etməmiş, o da onlardan həmin işlərin görülməsinə icazə verən sənəd tələb etməmiş, çünki həmin xətt qəza ilə açılmış, bu ərəfədə yay vaxtı havalar çox isti olduğundan xəttdən elektrik enerjisi alan “X36” ASC-nin ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsi işıqsız qalmış və buna görə qəzanı bərpa etmək birinci məqsəd olmuşdur. Hadisə baş verəndən sonra “X36” ASC-nin ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsinə ayrıca elektrik xətti verilmiş və “X36” ASC-nin elektrik xəttindən ayrılmışdır. Əlavə olaraq o, zərərçəkmişin hüquqi varisi ilə barışdığını, etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasında laboratoriya müdiri vəzifəsində çalışır. "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində 3 №-li avtomobil dəstəsinin sürücüsü Şahid5 istifadəsində olan xidməti “QAZ 27057” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi elektro laboratoriya avtomobili ilə hər səhər onu və laboratoriyanın elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru Təqsirləndirilən şəxs3 iş yerləri olan Bakı şəhəri, Babək prospekti, köhnə maşın bazarın yaxınlığında, “Mala Praqa” restoranından sonra yerləşən “41 Şərq” su anbarına aparmış və iş günü saat 09:30-dan başlamış, anbara gələndə tabelə, yəni gündəlik davamiyyət kitabına qeydlər aparandan sonra "xxxx" ASC-nin qəza-bərpa sahəsinin rəisi Rafiq Quliyev onlara iş əmrinə əsasən hansı ərazidə yoxlama (kabellərdə test izolyasiyasını, təmizliyini, zədə yerinin aşkar edilməsi və s.) işlərini aparacaqları barədə məlumat vermiş və onlar da işə başlamış, hər bir yoxlamaları iş əmrinə əsasən həyata keçirilmiş, zədə aşkar edildikdə digər təmir briqadası tərəfindən nasazlıq aradan qaldırılmış, bundan sonra onlar yekun test aparıb müvafiq protokol tərtib edib protokolda xəttə nə qədər gərginlik verilməsi, hansı vəziyyətdə olması, kabelin təmizliyi və s. məlumatlar göstərilmiş, sonra həmin protokol "xxxx" ASC-yə təqdim olunmuş və xətt gərginliyə qoşulmuşdur. 10 avqust 2021-ci il tarixdə səhər saat 08:30 radələrində həmişəki kimi laboratoriya avtomobilinə oturanda Təqsirləndirilən şəxs3 onlara Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunu işlədən 16 illik dostunun işığının olmadığını deyib orada 15 dəqiqəlik xəttdə test etmək üçün əvvəl ora getməyi xahiş etmiş, əvvəl Fikrətə etiraz edib işə gecikəcəklərini desə də, Fikrət dəfələrlə onunla gedib dostuna kömək etməyi xahiş etdiyi üçün ona imtina cavabı verə bilməmiş, sürücü Anar da kömək etməyə razılaşmışdır. Saat 09:00-09:15 radələrində onlar həmin əraziyə çatmış, o, həmin yerdə birinci dəfə idi ki, gəlmiş və həmin ərazi beton zavoduna bənzəmişdir. Anar avtomobildə oturmuş, o və Təqsirləndirilən şəxs3 avtomobildən düşüb öz dostunu gözləmiş, sonra həmin zavodun adını bilmədiyi mühafizəçisi gəlib öz açarı ilə PQ-nin qapısının kilidini açandan sonra onlar daxil olmuşlar. Həmin PQ-də ilkin müayinə aparanda xəttın ayrıldığını və kabel sonluğunda daşınan torpaqlama olmadığını görüb yüksək gərginliyi ölçmək üçün nəzərdə tutulmuş indikatorla xəttdə olan üç naqili ayrı-ayrılıqda yoxlayıb xəttdə gərginliyin olmamasını aşkar etmişlər. PQ-də təmir işlərinin aparılması ilə bağlı məlumat lövhəsi olmamış, yəni onlar həmin xəttdə kiminsə işləməyi barədə məlumatsız olmuş, Fikrətə işə gecikəcəklərini, getmək lazım olduğunu desə də, Fikrət bir daha xahiş edib Əlövsət adlı dostunu gözləyib kömək etməyi və sonra getməyi xahiş etmiş, o, yenə də razılaşmışdır. Bir neçə dəqiqədən sonra qara rəngli “Toyota Prado” markalı avtomobillə Fikrətin dostu Əlövsət gəlmiş, Əlövsət dispetçerdən telefon vasitəsi ilə işin başlanması üçün icazə alınması ilə bağlı danışıqlar aparmağa başlamış, həmin vaxt ərazidə orada yaşayan qaçqınlardan kimsə də olmuş, sonra dispetçer Əlövsətə zəng edib xəttin açılıb torpaqlama verildiyini və işin görülməsinə icazə verdiyini demiş, laboratoriya avtomobilində generator olmadığı üçün Əlövsət və mühafizəçi mühafizə otağından 220 v. xətt gətirmiş və onlar laboratoriyanı həmin xəttə qoşmuşlar. Bundan sonra Fikrət xətt olan xananın üstünə çıxıb xətti sınağa hazırlayıb müvafiq qoşmalar aparmış, sonra Fikrət laboratoriyanın idarəetmə hissəsinə gedib bir-bir naqilləri test etməyə başlamış və hər bir naqilə 10 kv. gərginlik vermiş və nəticədə xəttin təmiz olmasını müəyyən etmişlər. Sonra Əlövsət dispetçerlə əlaqə saxlayıb kabelin digər sonu olan PQ-11-də torpaqlamanın həqiqətən də verilib-verilməməsini soruşanda orada olan mühəndis də onun telefonuna xəttə torpaqlama verdiyini və xəttin açıq olduğunu videoya çəkib ona göndərmişdir. Sonra Fikrət həmin mühəndisdən qırıq yerinin olub-olmamasını yoxlamaq üçün PQ-11-də xananın içində xəttin naqillərini bir-birinə atma naqillə qapanma verməsini xahiş etmiş, lakin onunla telefonla danışan mühəndis razılaşmamışdır. Fikrət ona özü gedib bu işi görəcəyini demiş və ona telefonla məlumat verəndən sonra xəttə gərginlik verməyini demişdir. Bundan sonra Fikrət Əlövsətin avtomobili ilə PQ-11-ə getmiş, o, isə laboratoriyanın içində qalmış, təxminən 20-25 dəqiqədən sonra Fikrət ona zəng edib atmaları atıb gərginlik verib xətti yenidən test etməyini demiş, həmin vaxt ondan dispetçerin icazə verib-vermədiyini, onların xəttdən kənarda olub-olmadıqlarını bir daha dəqiqləşdirmiş, o, da müsbət cavab verib bir daha sınağa başlamağı bildirmişdir. Bundan sonra xəttə gərginlik verməyə başlamış, laboratoriyada olan cihazlar həmin vaxt gərginliyi 4 Kv. göstərmiş, gərginliyi qaldıranda və o 4,5 kv-ya çatanda Kv-metr, yəni sınaq cihazı atmış və o, işi dayandırmışdır. Bir neçə dəqiqədən sonra Fikrət ona zəng edib sınağı dayandırmağı xahiş edib xəttə kiminsə düşdüyünü, onu gərginlik vurub öldürdüyünü deyib gəlib PQ-11-dən onu götürməyi xahiş etmişdir. Avtomobili gərginlikdən ayırıb kabelləri yığmış və Anarla birlikdə avtomobillə PQ-11-in yaxınlığına getmiş, sonra Əlövsət öz avtomobili ilə gəlib onlardan 3-4 metr qabaqda saxlamış, Fikrət də həmin avtomobildən düşüb avtomobilə əyləşmişdir. Həmin vaxt Fikrətdən işin niyə yarımçıq qaldığını soruşanda Fikrət ona işləməyə icazə verilmədiyini, hardasa xəttə adam düşüb öldüyünü demiş, Anar Fikrətdən onlar işlədiyi xəttə adam düşdüyünü soruşanda Fikrət “yox, başqa xəttdə olub” deyə cavab vermişdir. İş yerinə 3 saat gecikmə ilə çatandan sonra Əlövsət Fikrətə zəng edib hadisənin başqa xəttdə dyil, onların işlədikləri xəttdə baş verdiyini, onlarla paralel "xxxx" ASC-nin əməkdaşları "xxxx" ASC-nin ərazisində həmin xəttdə iş görən zaman o, xəttə gərginlik verəndə onların bir işçisinin öldüyünü, yəni dispetçer həmin xəttdə digər briqadanın təmir işlərinin aparılması barədə onlara məlumat vermədiyini demişdir. Həmin günün ikinci yarısı hadisə barədə sahə rəisi Rafiq Quliyevə məlumat verib olanları danışıb Fikrətin hadisənin baş verməsinin olnarlıq deyil, "xxxx" ASC-nin günahı olduğunu dediyini bildirmiş, Rafiq də onları işə gecikdikləri və icazəsiz başqa yerə gedib iş gördükləri üçün tənbeh etmişdir. O, həmin xəttdə olan nasazlığı aşkar edib aradan qaldırmağa Təqsirləndirilən şəxs3 xahişi ilə getmiş, yəni laboratoriyanın həmin xəttə müdaxilə etməyə rəsmi şəkildə icazəsi olmamış, eyni zamanda da laboratoriya rəhbərliyin məlumatı və icazəsi olmadan ora getmiş, onu və Anarı həmin işin görülməsinə Fikrət çağırmış, orada qeyri-rəsmi iş gördüklərinə görə hər hansı bir sənəd tərtib etməmişlər. Hadisənin baş verməsinə səbəb laboratoriyanın və Təqsirləndirilən şəxs1 briqadasında olan işçilərin eyni xətdə eyni vaxtda təmir işlərinin görülməsi barədə xəbərsiz olmaları olmuş, Təqsirləndirilən şəxs3 PQ-11-də xətlərə naqildən atma atdıqdan sonra ona zəng edib xəttdə sınaq aparmasını tapşırmış, o, da xəttə yüksək gərginlik verdikdən sonra xəttin digər hissəsində onların xəbəri olmadan təmir işləri aparan Zərərçəkmiş şəxsı cərəyan vurub öldürmüş, eyni zamanda dispetçer də onlara ayrı-ayrılıqda işlərin görülməsi barədə məlumat verməmişdir. Qeyd edilən pozuntulara yol verməyimin səbəbi etinasızlıq olmuş, hadisə baş verən gün işə getmək əvəzinə dostu və iş yoldaşı Təqsirləndirilən şəxs3 xahişi ilə onun dostu Şahid6 xahişi ilə kömək etmək məqsədilə “X36” ASC-nin ərazisinə gəlib həmin ASC-nin balansında və ərazisində olan paylayıcı qurğuya, eyni zamanda "xxxx" ASC-nin elektrik qurğusu olan “PQ-11”-ə qoşularaq qanunsuz və icazəsiz sınaq işləri aparmışlar. Əlavə olaraq o, zərərçəkmişin hüquqi varisi ilə barışdığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışır. "xxxx" ASC-yə məxsus “Qazel” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, sürücü Şahid5 hər gün onu və laboratoriya müdiri Təqsirləndirilən şəxs5 götürmüş və birlikdə işə getmişlər. Təxminən 15 il əvvəl “Bakı Elektrik Şəbəkə”-sində çalışan zaman Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda işləyən Əlövsət adlı şəxslə tanış olmuş, həmin vaxt bir neçə dəfə həmin zavodun kabelini təmir etmiş və onunla həmin vaxtdan münasibəti yaranmışdır. 09 avqust 2021-ci il tarixdə Əlövsət ona zəng edib kərpic zavodun elektrik xəttinin Xırdalan altstansiyası tərəfdən paylayıcı qurğudan (PQ-11) ayrıldığını, xəttin zədələndiyini və yoxlamaq lazım olduğunu demiş, amma həmin gün işdə olduğundan gedə bilməmişdir. 10 avqust 2021-ci il tarixdə səhər saatlarında Əlövsət ona zəng edib yenidən kömək etməyi xahiş etmiş, o da razılaşmış, həmin gün də Şahid5 onu və Təqsirləndirilən şəxs5 yolüstü götürəndə İkrama bir dostunun ondan kömək istədiyini deyib işi onlara danışmış və o, da razılaşmış, bundan sonra hər üçü həmin avtomobillə Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən kərpic zavoduna gedib təxminən saat 09:30-da əraziyə çatmışlar. Əlövsətə zəng edib gəldiklərini deyəndən sonra zavodun bir işçisi gəlib zavoda məxsus PQ-nin qapısını açmış, PQ-yə girəndə xəttin açıq olduğunu və torpaqlamasının ümumiyyətlə olmadığını görmüşdür. Həmin vaxt zavodun ərazisində PQ-nin qapısını açan şəxsdən başqa bir nəfər də tanımadığı işçi gəlmiş və o, həmin şəxsdən xətti kimin açdığını soruşanda o, “biz açmışıq, sizin gəlməyinizi gözləyirdik” deyə cavab vermişdir. Bundan sonra biz Əlövsəti gözlədik, təxminən 10-15 dəqiqədən sonra Əlövsət də əraziyə gələndə ona xəttin PQ-11dən açılması və torpaqlama verilməsi üçün Xırdalan ETSİ-nin dispetçerindən icazə almaq lazım olduğunu demiş, Əlövsət də dispetçerə zəng edib xəttdə yaranmış nasazlığın aradan qaldırılması üçün PQ-11-də xəttin açılmasını, torpaqlama verilməsini və işə başlama icazəsini istəmiş, bir vaxt sonra dispetçer zəng edib xəttin açıq olduğunu, torpaqlama verildiyini deyib işləməyə icazə vermişdir. Bundan sonra onlar PQ-11-də olan şəxsə sınaq keçirdikləri üçün kənara durmasını xahiş edib xəttdə gərginliyin olubolmamasını yüksək gərginlikli indikatorla yoxlayıb gərginliyin olmamasını aşkar etmişlər. Sonra onlar səyyar torpaqlama vermiş, Təqsirləndirilən şəxs5 isə xətti sınaq aparatı BVİ- 100 cihazı ilə naqilləri sınaq etməyə başlamış, o, da həmin vaxt İkrama kömək etmiş, sınaq nəticəsində onlar xəttin təmiz olduğunu, yəni 10 kv. gərginlik veriləndən sonra xəttin gərginliyi saxladığını və sızmanın olmadığını aşkar etmişlər. Dispetçerlə Əlövsət telefon vasitəsi ilə əlaqə saxlamış, daha sonra xəttdə qırıq yerinin olub-olmamasını aşkar etmək üçün dəqiqləşdirmək üçün bir daha PQ-11 ilə əlaqə saxlanılaraq torpaqlama verilibverilməməsi ilə maraqlanılmış, o da bir daha torpaqlamanı verdiyini təsdiq edib hətta videosunu çəkib Əlövsətin telefonuna göndərmişdir. Bundan sonra Əlövsət dispetçerin göndərdiyi mühəndisə zəng edib xanada olan xəttin üç naqilinə digər naqil atmaqla qapanma verməli olduğunu deyib ondan bu işi görməsini xahiş etmiş, lakin mühəndis razılaşmayıb idarədən icazə alıb özlərinin işi görməli olduqlarını, ya da idarənin elektrikinin gəlib bu işi görməli olduğunu demişdir. Buna görə də o, Əlövsətlə onun avtomobili ilə PQ- 11-ə gedib orada bir daha baxaraq xəttin açıq, torpaqlamasının olduğuna əmin olub xəttin aşağısından naqil atıb qapanma vermək üçün orada olan mühəndisdən naqil istəsə də, o, naqil olmadığını demişdir. Həmin vaxt onlarla bir nəfər də olsa da, onun kim olmasını bilməmiş, o, həmin şəxslə PQ-dən çıxmış, sonra həmin şəxs kənarda duran avtomobildən naqil gətirmiş, o, da ondan lazımi qədər kəsib uclarını təmizləmiş və zavodun xətti olan xananın aşağısında üç naqilə qapanma vermişdir. İkrama zəng edib əlavə torpaqlama qoyduğunu deyib bir daha gərginlik verib xətti yoxlamasını və ona xəbər verməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra bayırda qışqırıq səsləri gəlmiş, səsə PQ-11-dən çıxanda uzun müddət tanıdığı "xxxx" ASC-nin mühəndisi Təqsirləndirilən şəxs1 qışqıraraq “siz neynədiniz” dediyini eşitmiş, “ay Fazil müəllim, nə olub?” deyə soruşsa da, o, cavab vermədən qaçaraq getmişdir. Sonra İkrama zəng edib sınağı dayandırmalarını xahiş etmiş, sonra Fazil müəllimin işçisini cərəyan vurduğunu bilib Əlövsətə xəttdə başqa adamlar işləyə-işləyə onları da işə cəlb etdiyinə görə iradını bildirmiş, Əlövsət isə “bu mənim xəttimdir, Fazilin orada nə işi var?!” deyə cavab verib dispetçerlə olanı müzakirə etməyə başlamışdır. Ona Təqsirləndirilən şəxs1 da həmin xəttdə təmir işi görməsi barədə məlumat verilməmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 orada işləməkləri barədə deyilməmiş, həmin xəttdə olan nasazlığı aşkar edib aradan qaldırmaq üçün uzun müddət tanıdığı və münasibəti olan Əlövsət adlı şəxsın şifahi xahişi ilə gəlmiş, yəni laboratoriyanın həmin xəttə müdaxilə etməyə rəsmi şəkildə icazəsi olmamış, eyni zamanda da laboratoriya rəhbərliyinin məlumatı və icazəsi olmadan ora getmiş, İkramı və sürücü Anarı o, həmin iºin görülməsinə dəvət etmiº, orada qeyri-rəsmi iº gördüklərinə görə hər hansı bir sənəd tərtib etməmişlər. Hadisə barədə və hadisə baş vermiş ərazidə qanunsuz xidmət göstərmələri ilə bağlı "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin rəhbərliyinə məlumat verməmiş, lakin laboratoriyanın müdiri Təqsirləndirilən şəxs5 kiməsə məlumat vermişdir. Hadisənin baş verməsinə səbəb laboratoriyanın və Təqsirləndirilən şəxs1 briqadasında olan işçilərin eyni xətdə eyni vaxtda təmir işlərinin görülməsindən xəbərsiz olmaları olmuş, PQ-11-də xətlərə naqildən atma atdıqdan sonra İkram Kərimova zəng edib xəttdə sınaq aparmasını demiş, o, da xəttdə yüksək cərəyan (10 kv.) verdikdən sonra həmin xəttin digər hissəsində onların xəbəri olmadan təmir işləri aparan tanışı Zərərçəkmiş şəxsı cərəyan vurub öldürmüş, eyni zamanda dispetçer də onlara ayrı-ayrılıqda işlərin görülməsi barədə məlumat verməmişdir. Əlavə olaraq o, zərərçəkmişin hüquqi varisi ilə barışdığını, etdiyi əməldən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs ilə 2015-ci ildə rəsmi nikaha daxil olmuş, Ehtimat təbiətcə sakit, mehriban, deyib-gülən, məsuliyyətli, işini bilən və sevən olmuş, Ehtimat uzun müddət "xxxx" ASC-nin X13 və Satışı Sahəsi (ETSS) X21 kabel xətti üzrə elektrik-montyor işləmiş və hər şeyə artıq dərəcədə məsuliyyətlə yanaşmışdır. Yay ayları olduğu üçün istirahət məqsədilə 04 iyul 2021-ci il tarixdə oğlu ilə birlikdə Qax rayonuna getmiş, əri Ehtimat isə Bakıda qalıb işdə olmuş, 10 avqust 2021-ci il tarixdə rayondan qayıdanda səhər saat 10 radələrində Ehtimatla telefonla danışmışlar. Sonra yolda olan vaxt saat 11:00-11:20 radələrində onunla birdə telefonla danışanda Ehtimat “işdə qəza var, birdən işim uzanar, birdən çatdırmasam sizi qarşılamağa, özünüz taksi ilə gələrsiz” demiş, həmin vaxt adi səslə danışmış, zarafatlaşıb deyib-gülmüşdür. Sonra saat 13 radələrində baldızı ona zəng edib Ehtimatın ikinci nömrəsini istəyib bir nömrəsinə zəng çatmadığını demiş, sonra qaynı da ona zəng edib işdə qəza baş verdiyindən Ehtimatın təcili tibbi yardımla xəstəxanaya apöarıldığını, vəziyyətinin yaxşı olmadığını demişdir. Bakı şəhərinə çatanda ərinin işlədiyi yerdə elektrik cərəyanı vurması nəticəsində hadisə yerində öldüyünü bilmiş, iş üzrə şikayətçi olmuş və günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını istəmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin X20 və Satışı İdarəsi (ETSİ) İstismar Şöbəsinin rəisi vəzifəsində çalışır. Abşeron rayonu, MD-23 qəsəbəsində "xxxx" ASC-nin ərazisində yaxınlıqda yerləşən “X36” ASC-yə məxsus yüksək gərginlikli yeraltı kabel keçmiş, zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmiş, həmin elektrik xəttindən istifadə edən bütün abonentlər ödənişi xidməti ərazi üzrə "xxxx" ASC-nin Biləcəri ETSİ-nə etmişdir. Həmin kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən, sonra da ətrafda olan evlərin altından keçərək “X36” ASC-nin ərazisində olan paylayıcı qurğuya getmişdir. Əvvəl həmin elektrik xətti “Xırdalan 220/110/35/10/6 kV” yarınstansiyasından qidalanaraq birbaşa "xxxx" ASC-yə baxsa da, təxminən iki il əvvəl “PQ-11 6-10 kV” tikildiyindən qeyd olunan zavoda məxsus elektrik xətti həmin PQ-11-ə qoşulmuş, PQ-11-də vakuum açardan sonra isə həmin xəttə onlar cavabdeh olmamış, bu səbəbdən də həmin xəttdə hər hansı nasazlıq yarananda abonentlərin ödəniş etdiyi İstismar şöbəsi onu təmir etmiş, əgər “X36” ASC müvafiq qaydada ASAN-Kommunal xidməti vasitəsi ilə ya "xxxx" ASC-yə xəttin təmiri ilə bağlı müraciət edəcəyi halda həmin işlərinin görülməsi yenə də xidmət sahəsi olan Biləcəri ETSİ-nə həvalə edilməli, yaxud da həmin işləri sifarişçinin tələbinə əsasən Energetika Nazirliyində xüsusi lisenziya almış şirkət görməli olmuş, hər bir halda xəttin sahibi onlara yalnız PQ-11-dən onun xətti qəzalı vəziyyətdə olanda açılmasını və torpaqlama verilməsini “X36” ASC-nin onlara hər ilin əvvəli təqdim etdiyi məktubun və həmin məktubda göstərilən şəxslərin şifahi müraciəti əsasında baş vermişdir. Ona 10 avqust 2021-ci il tarixdə səhər saatlarında "xxxx" ASC-nin Biləcəri ETSİ-nin İstismar Şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs1 zəng edib “X36” ASC-nin xəttini təmir etmək üçün PQ-11-dən açılmış xəttin torpaqlamasının verilməsini xahiş etmiş, ona növbətçi dispetçer Təqsirləndirilən şəxs2 qaydalara uyğun məşğul olmasını deyəcəyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 xəttin sahibinin sifarişi ilə gəlmədiyini bilməmiş, həmin xəttdə hadisənin baş verməsi barədə iş yoldaşlarından bilmişdir. Qəza olanda və onun aradan qaldırmaq üçün möhürün sökülməsinə göstəriş verməyə səlahiyyəti olmuş, Təqsirləndirilən şəxs2la danışığı zamanı ondan xəttin nə yerdə olduğunu soruşanda o, xəttin açardan açıldığını, hazırda açıq olduğunu, torpaqlamanın verilməsini istədiklərini demişdir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyində göstərilən «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları» və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisinin vəzifə təlimatı» ilə tanış olmuş, həmin sənədlərdə göstərilən tələblərlə bağlı tərəfindən hər hansı bir pozuntuya yol verilməmiş, çünki əməliyyatın icraçısı olmamış, işçiləri işə o buraxmamış, ona görə də naryad tərtib edilməsi, iş yerinin hazırlanması, təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi qaydaları hadisə baş vermiş ərazidə abonenti olan Biləcəri ETSİ tərəfindən təmin edilməli olmuş, o, əməliyyat aparmamış, müdaxilə etməmiş, yalnız PQ-11-də həmin elektrik xəttinə torpaqlama verilməsi üçün möhürün açılmasına dair göstəriş vermişdir. Kimin tərəfindən kimlərin işə buraxılması barədə məlumatı olmamış, o, ancaq Azərişıq” ASC-nin Biləcəri ETSİ-nin İstismar Şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs1 telefon zənginə cavab vermiş və danışan zaman onun torpaqlama verilməsi üçün möhürün açılmasına dair xahişi əsasında Təqsirləndirilən şəxs2 göstəriş vermişdir. “X36” ASC-nin xəttində baş verən qəza və həmin qəza ilə bağlı təmir-bərpa işləri başqa şəbəkənin xidməti ərazisi olduğu üçün nə işə buraxan, nə iş rəhbəri, nə iş icraçısı, nə də işə nəzarət edən şəxs Xırdalan ETSİ-nin əməkdaşı olmadığı üçün tələblər onlar tərəfindən pozulmamışdır. Təqsirləndirilən şəxs1 ona zəng edib PQ-11-də torpaqlama verilməsi üçün möhürün açılmasına icazə verməyi xahiş edəndə o, ona hadisə baş verən ərazidə məskunlaşmış qaçqınların işığının olmadığını demiş, ondan hansı rəsmi sənəd üzrə xahiş etdiyini soruşmamış, çünki zəruri halda o rəsmi sənədləri danışıq apardığı səyyar əməliyyat briqadasına (SƏB) - növbətçi heyətə təqdim etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən “X36” ASC-nin sahəsinin təxmini 25 sot torpağını 2004-cü ildən icarəyə götürmüş, həmin sahədə mən 70x30m sahədə kərpic sexi tikərək avadanlıq yerləşdirib kərpic istehsalı ilə məşğul olmuş, həmin sahəni icarəyə “X36” ASC-nin təsisçisi Əkrəm Rəhimovdan götürmüş, onunla müəyyən müddət icarə müqaviləsi olsa da, təxminən son 6 il iş getmədiyindən həm VÖEN-ni dayandırmış, həm də müqaviləni uzatmamışdır. Həmin sahə hal-hazıradək icarəsində olmuş, lakin hazırda bununla bağlı heç bir icarə müqaviləsi olmamış, sahəni şifahi razılaşma əsasında Əkrəm Rəhimovdan icarəyə götürmüşdür. 2015-ci ildən başlayaraq kərpic sexini ayrı-ayrı şəxslərə şifahi razılaşma ilə icarəyə vermiş, icarəyə verdiyi şəxslər də sınaq müddəti tələb etdikləri üçün onlarla müqavilə bağlamamış və onlar da 2-3 ay işləyib çıxıb getmişlər. “X36” ASC-nin ərazisində ondan başqa 6 sex və zavod, yəni DSP, sement-zavod sexləri, 2 armatur zavodu və beton zavodu olmuş, icarəyə götürən olmadığı üçün son 7-8 aydır ki, onun sexi fəaliyyət göstərməmişdir. Orada 2004-cü ildə işləməyə başlayanda “X36” ASCnin energetiki İbrahim adlı şəxs olmuş, həmin vaxtdan zavodun elektrik işlərinə o cavabdeh olmuş, lakin İbrahim təxminən 6 il əvvəl öldüyündən, orada digər energetik işə götürülməmiş, “X36” ASC-nin şəxsi elektrik kabeli olmuş və zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmişdir. Həmin kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən, sonra da ətrafda olan evlərin altından keçərək zavodun ərazisində olan paylayıcı qurğuya getmiş, İbrahimin sağlığında zavodun elektrik xəttində hər hansı bir problem yarananda nasazlıq aradan qaldırıldıqdan sonra İbrahim müvafiq akt tərtib etmiş və həmin akta onu, digər sexləri işlədən şəxsləri qeyd etmiş, həmin vaxtdan da akta qeyd etdiyi kabelə həmin ərəfələrdə fəaliyyət göstərən "xxxx" MMC adı verilmiş, lakin həmin kabeldən zavod özü və ərazisində olan sexlər də qidalanmış və kabel zavodun olmuşdur. Sonradan ərazidə çalışan sexlərin sahibləri dəyişdiyi üçün xəttdə problem yarananda ərazidə yaşayan qaçqınlar onu sahib kimi tanıyıb axtarmış və kabelin təmirinə köməklik göstərməyi xahiş etmişlər. 09 avqust 2021-ci il tarixdə ona “X36” ASC-nin mühafizəçisi Şahid8 Abi oğlu zəng edib zavodun ərazisində işıqların söndüyünü deyib nə baş verdiyini öyrənməyi xahiş etmiş, Zahid danışıq vaxtı zavodun ərazisində katinka (tikintidə istifadə olunan qalın dəmir tel) sexi icarəyə götürmüş Namiq adlı şəxsin enerji olmadığından işlərinın dayandığını bildirmiş, eyni vaxtda ona Emin adlı DSP sexini işlədən şəxs və ərazidə yaşayan qaçqınlardan da kimsə zəng etmiş, onlar da onu tanıdığından xəttdə yaranmış problemin aradan qaldırılmasını xahiş etmişlər. Bundan sonra PQ-11-in rəisi Məhəmməd kimi tanıdığı şəxsə zəng edib zavodda işığın kəsildiyini deyərək maraqlanıb səbəbi barədə məlumat verməsini xahiş etmiş, o isə uzaqda olduğu üçün adını bilmədiyi dispetçerin nömrəsini verib ona zəng edib maraqlanmağı bildirmişdir. Sonra dispetçerə zəng edib məsələni danışmış, sonradan dispetçer ona zəng edib PQ-11-in xanada xəttin atdığını, yəni hardasa qısaqapanma olduğunu demiş, bundan sonra Zahid və Namiqlə zəngləşib onlara xəttdə problem olduğunu deyəndə onlar ondan yaranmış problemin aradan qaldırılmasına köməklik etməyi xahiş etmişlər. Uzun illərdir tanıdığı, dostu olan "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru işləyən Təqsirləndirilən şəxs3 zəng edib işlədiyi laboratoriya vasitəsi ilə xətti yoxlamağı xahiş etmiş, lakin həmin gün onun işləri çox olduğu üçün o sabah gələ biləcəyini deyib laboratoriyanın kabelləri qısa olduğu üçün əlavə kabel hazırlamağı xahiş etmişdir. Sonra Namiqə zəng edib laboratoriyanın kabelinin qısa olduğunu və sabah onlar gələndə əlavə kabel lazım olacağını deyəndə o, əlavə kabelinin olduğunu demişdir. 10 avqust 2021-ci il tarixdə səhər saat 9 radələrində evdə olan vaxt ona yenidən hamı zəng etməyə başlamış, eyni zamanda Fikrət də artıq gedib zavodun ərazisinə çatıb oradan ona zəng edib işinə tələsdiyini, tez bir zamanda ondan kabelin digər sonunda, yəni PQ-11-dən ayırmaq və torpaqlama verilməsi üçün icazə lazım olduğunu deyib həmin işlə məşğul olmağını ona tapşırmışdır. Bundan sonra dəfələrlə dispetçerlə əlaqə saxlayıb xəttdə olan nasazlığı aradan qaldırmaq üçün laboratoriya dəvət olunduğunu, xətti ayırmaq və torpaqlama vermək lazım olduğunu demiş, Fikrəti uzun müddət görmədiyi üçün sexə baş çəkməyi də qərara almış, yolda telefonla uzun danışıqlar prosesindən sonra oradan PQ-11-ə işçi göndərilmiş, həmin işçi xətti ayırıb torpaqlama verdikdən sonra onlara işə başlamağa icazə verilmiş, həmin vaxta o, artıq zavoda gəlib çatmış və ərazidə Fikrəti, onunla gələn iki işçisini, mühafizəçi Zahidi, Namiqin köməkçisi kimi göndərdiyi tanımadığı bir şəxsi görmüş, sonradan ərazidə yaşayan sakinlərdən tanıdığı Misir adlı şəxs də gəlmişdir. Bundan sonra Fikrət işə başlayıb xətti ilkin sınaq edib xəttin təmiz olduğunu, qırıq yeri də yoxlamaq üçün digər PQdən, yəni PQ-11-dən xəttin özünə aşağıdan atma vermək lazım olduğunu demiş, o, da dispetçerdən telefonla bu işi görməyi xahiş etsə də, o da bunun onun işi olmadığını, ya özlərinin bunu etməli, ya da ETDİ-dən icazə alandan sonra edə biləcəklərini demişdir. Fikrətin də vaxtı az olduğundan o, Fikrət və Misir PQ-11-ə onun avtomobili ilə getmiş və orada Fikrət PQ-11-ə girib orada lazım olan işlərini gördükdən sonra çıxaraq zavodun ərazisində qalan laboratoriyanın işçilərinə zəng edib xətti bir daha yoxlamağı tapşırmışdır. Bir neçə dəqiqədən sonra yaxınlıqda qışqırıq səsləri gəlmiş, səsin yaxınlıqda yaşayan qaçqın sakinlərin evindən gəldiyini zənn etsə də, bir neçə dəqiqədən sonra uzun müddət tanıdığı "xxxx" ASC-nin mühəndisi Təqsirləndirilən şəxs1 “siz neynədiniz, adam öldü” deyə qışqırdığını görmüş, Fikrət də ona “ay Fazil müəllim, nə olub?” deyə səslənəndə o cavab vermədən qaçaraq getmişdir. Sonra Fazil ona zəng edib zavodun xətti keçən "xxxx" ASCnin ərazisinə çağırmış, Fikrəti götürüb Bakı istiqamətinə gedən yolda artıq onu gözləyən laboratoriya avtomobilinin yanında düşürtmüş və sonra Fazil müəllimin yanına gedəndə onların da həmin ərazidə təmir işləri apardıqlarını və bir işçisinin gərginliyə düşərək öldüyünü görmüşdür. Fazilə “mənsiz niyə xəttə müdaxilə etmisən?, sən mənə hər dəfə deyirdin axı” demiş, sonra hava isti olduğundan oradan çıxıb evə getmişdir. Rəsmi şəkildə həmin xəttə heç bir aidiyyəti olmamış, həmin elektrik xətti “X36” ASC-nin balansında olmuş, lakin vaxtilə İbrahimin aktlarında onu qeyd etdikləri üçün sonradan xətti guya onun hazırda fəaliyyət göstərməyən "xxxx" MMC-nin adı qeyd olunmuş, hər ilin əvvəlində Məhəmməd adlı "xxxx" ASC-nin işçisinin yanına gedərək müqavilə bağlamış və həmin müqavilədə xəttə məsul şəxs kimi onun və digər iki şəxsin adı qeyd edilmiş, bu səbəbdən həmin xəttin sahibi kimi onu tanımışlar. Kərpic zavodunda olan xəttdə "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyası ilə təmir və xidmət göstərilməsi ilə bağlı hər hansı müqaviləsi olmamış, laboratoriyasının əməkdaşı Təqsirləndirilən şəxs3 uzun illər tanıdığı üçün onu qeyri-rəsmi dəvət etmişdir. “X36” ASCyə aid olan xəttdə təmir və xidmət göstərilməsi ilə bağlı hər hansı bir lisenziyası olan qurumla da müqaviləsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) X21 səyyar-əməliyyat briqadasının elektrik-montyoru vəzifəsində çalışır. Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən "xxxx" ASC-nin ərazisində yüksək gərginlikli yeraltı kabel keçmiş, həmin kabel yaxınlıqda yerləşən kərpic zavoda məxsus olmuş və zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmişdir. Həmin kabel PQ-11-dən (paylayıcı qurğu) başlamaqla "xxxx" ASC-nin ərazisindən keçmiş, kabeldə əvvəllər də nasazlıq olmuş, o özü onun təmirində 3 dəfə iştirak etmiş, hətta hadisədən əvvəl sonuncu dəfə də hadisə baş verən yerdə nasazlıq yaranmış, kabel vasitəsi ilə qaçqınlara elektrik enerjisi paylandığından orada nasazlıq yarandığı halda təmir işlərinin 80%-ni "xxxx" ASC görmüş, iş yeri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşsə də, lazım olanda təmir briqadası rayonun digər ərazilərinə də göndərilmişlər. 10 avqust 2021-ci il tarixdə səhər saatlarında ETSİ-nin X22 rəisi Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu mühəndis Təqsirləndirilən şəxs1 briqadanın hadisə yerinə çıxıb təmir işləri aparmasını tapşırmış, bu səbəbdən o, da idarəyə çağırılmış, mühəndislə kimin gedəcəyini rəis özü müəyyən etmiş, mühəndis də işçiləri yığıb nasazlıq olan yerə aparmış, həmin gün mühəndis Təqsirləndirilən şəxs1 onu, hava xətti üzrə elektrik montyor Şahid1, kabel xətti üzrə elektrik montyorlar Şahid3 və Zərərçəkmiş şəxs götürüb xidməti avtomobillə "xxxx" ASC-nin ərazisinə gəlmişlər. Hadisə yerinə gələndə nasazlığın əvvəllər qırıq olan yerdə onlar tərəfindən mufta qoyulan yerdə yarandığı müəyyən ediləndən sonra mühəndis Təqsirləndirilən şəxs1 dispetçerlə əlaqə saxlayıb ona təmir briqadasının gəldiyini və işlərin görülməsi üçün torpaqlama qoyulmalı olmasını deyəndə oradan torpaqlamanın artıq qoyulduğu deyilmiş, hətta Fazil dispetçerə ”işlərin varsa, sən get, qapının arxasına da daş qoy” desə də, dispetçer ona iş görülənədək orada olacağını demiş, sonra Fazil işə başlamağı tapşırmışdır. Bundan sonra həmin qumluq yeri təxminən 20-30 sm qazdıqdan sonra kabel aşkar edilmiş, mufta olan yerdə nasazlıq yarandığı gözlə görünmüşdür. Sonra Cəlal qazılmış yerə düşüb kabelin üz qatını açıb kabeli kəsərək naqillərin uclarını təmizləmiş, bu vaxt Ehtimat Cəlala “sən tərləmisən, çıx, mən davam edəcəm” demiş, həmin vaxt Təqsirləndirilən şəxs1 ayrılmış kabellərə atma deyilən (peremıçka) naqil qurması göstərişini verəndən sonra gərginlik veriləndə kənara çəkilməsini bildirərək laboratoriyanı qarşılamaq üçün PQ-11 tərəfə getmişdir. İşin əvvəlində qazıntı işlərini Vahidlə birlikdə aparmış, sonra onlar çəkilib azca qıraqda kölgəlikdə durmuş, Ehtimat artıq iki naqilə atma atmış, üçüncü naqilə atma atanda isə onu cərəyan vurmuşdur. Ancaq yüngül uğultu səsi eşidib iş gedən yerə qaçanda Ehtimatın torpağın üstündə hərəkətsiz uzandığını görmüş və Ehtimatın hər iki əli xətdə quruyub qalmışdır. Qazıntı işlərini gördükləri belin arxası ilə Ehtimatın əlini kabeldən ayırandan sonra Vahidlə birlikdə onun qollarından tutub çökəklikdən kənara çəkmiş, Vahid Ehtimata ürək masajı edəndə o, qollarını tərpətmiş, o, da onun qollarını açıb bağlayıb hərəkət etdirmiş, nəbzini yoxlayandan sonra onun nəbzinin dayandığını demişdir. Cəlal dərhal Təqsirləndirilən şəxs1 zəng edib Ehtimatın gərginliyə düşdüyünü demiş, o, ondan Ehtimatın nə etdiyini və nəyə görə onu cərəyan vurub öldürdüyünü soruşmuş və daha sonra Təqsirləndirilən şəxs1 ora gəlmiş və gedib PQ-11-ə çatmadığını demişdir. Cəlal ilkin kabelin üz qatını, yəni izolyasiyasını açandan sonra Ehtimat onu əvəz edib təmizlənmiş xəttin iki naqilinə atma atanda həmin xətdə gərginlik olmamış, yəni iş gedə-gedə xəttə gərginlik verilmiş və bu səbəbdən də Ehtimat ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1998-ci ildən hal-hazıradək "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) X21 kabel xətti üzrə elektrik-montyor vəzifəsində çalışır. Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən "xxxx" ASC-nin ərazisində yüksək gərginlikli yeraltı kabel keçmiş, həmin kabel yaxınlıqda yerləşən kərpic zavoda məxsus olmuş və zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmişdir. Həmin kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən keçib yaxınlıqda olan kərpic zavodunun ərazisində olan PQ-yə getmiş, həmin kabeldə əvvəllər də nasazlıq olmuş, o özü onun təmirində dəfələrlə iştirak etmiş, hətta hadisədən əvvəl sonuncu dəfə də hadisə baş verən yerdə nasazlıq yaranmışdır. Həmin kabeldə hər dəfə nasazlıq yarananda onların briqadası gedib təmir etmiş, qaçqınlara elektrik enerjisi paylandığından orada nasazlıq yarandığı halda təmir işlərinin 80%-ni "xxxx" ASC görmüş, hətta orada olan muftaları o və Ehtimat qoymuşdur. 10 avqust 2021-ci il tarixdə səhər saatlarında ETSİ-nin X22 rəisi Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu mühəndis Təqsirləndirilən şəxs1 briqadanın hadisə yerinə çıxıb orada təmir işləri aparmasını tapşırmış, mühəndislə kimin gedəcəyini rəis özü müəyyən etmiş, mühəndis də işçiləri yığıb nasazlıq olan yerə aparmış, həmin gün mühəndis Təqsirləndirilən şəxs1 onu, hava xətti üzrə elektrik montyor Şahid1, səyyar-əməliyyat briqadasının elektrik-montyoru- Şahid2 və Zərərçəkmiş şəxs oğlunu götürüb xidməti avtomobillə "xxxx" ASC-nin ərazisinə gəlmişlər. Hadisə yerinə gələndə nasazlığın əvvəllər qırıq olan yerdə onlar tərəfindən mufta qoyulan yerdə yarandığını görəndən sonra mühəndis Təqsirləndirilən şəxs1 dispetçerlə əlaqə saxlayıb təmir briqadasının gəldiyini və işlərin görülməsi üçün xəttin ayrılmasına və torpaqlama qoyulmasına zərurət yarandığını demiş, bir neçə dəqiqədən sonra dispetçer Təqsirləndirilən şəxs1 zəng edib torpaqlamanın artıq qoyulduğunu bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 dispetçerə telefonla bir neçə dəfə təkrar edərək “gözlə gəlirəm, mənsiz getmə, şəhərdən laboratoriya gəlir” demiş, sonra Fazil onlara işə başlamağı tapşırmışdır. Onlar həmin qumluq yeri təxminən 20-30 sm qazdıqdan sonra kabeli aşkar etmiş, mufta olan yerdə nasazlıq yarandığı gözlə də görünmüşdür. O, qazılmış yerə düşüb kabelin üz qatını açanda zədə olan yer görünmüş, bu vaxt Təqsirləndirilən şəxs1 ona “kabeli hazırlayın, peremıçka, yəni atma naqil atın, mən laboratoriyanı qarşılamaq üçün gedirəm podstansiyaya, yəni PQ-11-ə” demişdir. Bundan sonra o, işini davam edərək kabeli kəsib naqillərin uclarını təmizləmiş, çünki ucları yanmış vəziyyətdə olmuş, həmin gün hava çox isti olduğiundan tərlədiyi üçün Ehtimat ona “sən tərləmisən, çıx, mən davam edəcəm” demişdir. Təqsirləndirilən şəxs1 o, işləyən vaxt getmiş, yəni o gedəndə hələ Ehtimat onu əvəz etməmişdir. Briqadanın işçiləri Mahir və Vahid qazıntı işlərini tamamlayıb kənarda kölgəlikdə dayanmış, Ehtimatın dediklərindən sonra qazılan yerdən çıxmış və Ehtimat ora düşüb kəsilmiş əsas kabelin təmizlənmiş uclarına atma naqilləri atmağa başlamışdır. Həmin vaxt saat 110 keçmiş, Ehtimat artıq bir naqilə atma atıb ikinci naqilə atma atanda onu cərəyan vurmuş, o, ancaq yüngül uğultu səsi eşidib iş gedən yerə qaçanda Ehtimatın torpağın üstündə hərəkətsiz uzandığını görmüşdür. Dərhal Təqsirləndirilən şəxs1 telefonuna zəng edib qışqıraraq “siz orada nə etdiniz ki, Ehtimatı tok vurdu” deyə soruşanda o, ona heç gedib PQ-11-ə çatmadığını və qayıtdığını demiş, həmin vaxt kimin ya PQ-11, ya da kərpic zavodun ərazisində olan PQ-dən xəttə cərəyan verdiyini başa düşməmişdir. Bildiyi qədər zavodun ərazisində olan PQ-nin qapısı bağlı olduğundan, xəttin oradan ayrılıb-ayrılmaması, eyni zamanda torpaqlama verilibverilməməsini bilməmiş, lakin kabeli kəsib uclarını təmizləyəndə naqillərin heç birində cərəyan olmamış, hamısı sadə əlcəklə işləsələr də, xüsusi yüksən cərəyanla işləmək üçün nəzərdə tutulmuş əlcəkləri olmamışdır. Sonra Vahid və Mahir birlikdə Ehtimatı qollarından tutub çökəklikdən kənara çəkmiş, Vahid Ehtimata ürək masajı edib qollarını tərpədib üzünə su vurmuş, Mahir isə onun qollarını açıb bağlayıb hərəkət etdirmiş, lakin vahid nəbzini yoxlayanda nəbzinın dayandığını demişdir. Sonra Təqsirləndirilən şəxs1 işlədikləri yerə gəlib PQ-11-ə çatmadığını bildirmiş, hadisənin baş verməsinə səbəb isə təmir etdikləri kabelə səhlənkarlıqdan kiminsə yüksək gərginlik verməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2007-ci ildən hal-hazıradək "xxxx" ASC-nin X19 və Satışı İdarəsinin X21 hava xətti üzrə elektrik-montyor vəzifəsində çalışır. Abşeron rayonu, MD-23 qəsəbəsindəki "xxxx" ASCnin ərazisindən yüksək gərginlikli yeraltı kabel keçmiş, bildiyi qədər həmin kabel yaxınlıqda məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmişdir. Həmin kabelin yaxınlıqda yerləşən kərpic zavoduna məxsus olması və kərpic zavodunun ərazisində olan PQ-na getməsi barədə hadisədən sonra bilmiş, kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən keçmiş, qaçqınlara elektrik enerjisi payladığından, orada nasazlıq yarandığı halda təmir işlərinin 80%-ni "xxxx" ASC görmüş, həmin kabelin təmirində o, özü 2-3 dəfə iştirak etmiş, hadisədən bir gün əvvəl, yəni 10 avqust 2021-ci il tarixdə saat 20:00-dək şöbədə elektrik-montyor işləyən Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Biləcəri ETSİ-də dispetçer Fəxrəddin Əsgərova kömək etmiş, onlara hadisə baş vermiş ərazidə işıq olmaması barədə məlumat daxil olmuş, bildiyi qədər onlar gedib "xxxx" ASCnin ərazisində nasazlıq baş vermiş yeri tapmış, çünki həmin yerdə kabelin artıq muftası olmuş, ondan sonra iş görmək üçün briqada lazım olduğu üçün onlar orada heç bir iş görmədən qayıtmışlar. 10 avqust 2021-ci il tarixdə ETSİ-nin X22 rəisi Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu mühəndis Təqsirləndirilən şəxs1 briqadanın hadisə yerinə çıxması və orada təmir işlərini aparması barədə tapşırıq vermiş, mühəndislə kimin gedəcəyini rəis özü müəyyən edib nasazlıq olan yerə aparmalı olduğu üçün Təqsirləndirilən şəxs1 onu, kabel xətti üzrə elektrik montyorlar Şahid3, Zərərçəkmiş şəxs və səyyar-əməliyyat briqadasının elektrik montyoru Şahid2 Oqtay oğlunu götürüb xidməti avtomobillə "xxxx" ASC-nin ərazisinə gəlmişlər. Ora gələndə nasazlığın əvvəllər qırıq olan yerdə onlar tərəfindən mufta qoyulan yerdə yarandığını görmüş, sonra mühəndis Təqsirləndirilən şəxs1 dispetçerlə əlaqə saxlayıb təmir briqadasının gəldiyini və işlərin görülməsi üçün torpaqlamanın qoyulmalı olmasını deyəndən sonra oradan ona torpaqlamanın artıq qoyulduğu deyilmiş, Təqsirləndirilən şəxs1 dispetçerə “işlərin varsa, sən get, qapının arxasına da daş qoy” desə də, dispetçer ona iş görülənədək orada olacağını demişdir. Təqsirləndirilən şəxs1 işə başlamağı tapşırandan sonra həmin qumluq yeri təxminən 20- 30 sm qazdıqdan sonra kabel aşkar edilmiş, mufta olan yerdə nasazlıq yarandığı gözlə də görünmüşdür. Sonra Cəlal qazılmış yerə düşüb kabelin üz qatını açıb kabeli kəsib naqillərin uclarını təmizləmiş, bir qədər sonra da Ehtimat Cəlala “sən tərləmisən, çıx, mən davam edəcəm” demiş, həmin vaxt Təqsirləndirilən şəxs1 ayrılmış kabellərə atma deyilən (peremıçka) naqil qurması göstərişini verib özü laboratoriyanı qarşılamaq üçün PQ-11 tərəfə getmişdir. Həmin vaxt özü iş gedən yerdən azca ayrılıb kölgəlikdə durmuş, Ehtimat isə artıq iki naqilə atma atıb üçüncü naqilə atma atanda onu cərəyan vurmuş, o, ancaq yüngül uğultu səsi eşidib iş gedən yerə qaçanda Ehtimatın torpağın üstündə hərəkətsiz uzandığını görüb Mahirlə birlikdə onu dartıb qazılmış yerdən qırağa çəkmiş, ona ürək masajı edib qollarını tərpətmiş, üzünə su vurmuş və nəbzini yoxlayanda nəbzi iki-üç dəfə vurub dayanmış və bu vaxt artıq onun öldüyünü başa düşmüşdür. Cəlal dərhal Təqsirləndirilən şəxs1 zəng edib Ehtimatın gərginliyə düşdüyünü bildirərək orada nə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 işlədikləri yerə gəlib PQ-11-ə heç çatmadığını demişdir. Hadisənin baş verməsinə səbəb təmir etdikləri kabelə səhlənkarlıqdan kiminsə yüksək gərginlik verməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin X20 və Satışı İdarəsinin İstismar Şöbəsində mühəndis vəzifəsində çalışır. Əsasən Hökməli, Qobu, Atyalı, MD-23, Aşağı Güzdək qəsəbəsinin mühəndisi olmuş, 10 avqust 2021-ci il tarixdə saat 10 radələrində Hökməli qəsəbəsi ərazisində olanda onun ***- ***-**-** saylı iş nömrəsinə bir nəfər ***-***-**-** mobil telefon nömrəsindən zəng edib özünü Əlövsət kimi təqdim edib “kərpic zavodun yiyəsiyəm, qaçqınlar məni boğaza yığıb, xətti açmaq lazımdır” desə də, xəttin konkret hansı ərazidə olmasını deməmiş, ona növbətçi ilə danışıb icazə alandan sonra xətti açacağını deyib Xırdalan ETSİ-nin İstismar Şöbəsində səyyar-əməliyyat briqadasının elektrik-montyoru, həmin gün növbətçi elektrikmontyoru, birinci şəxs olmuş Təqsirləndirilən şəxs2 zəng edib Əlövsət adlı şəxsin zəng edib xəttin açılmasını istədiyini demişdir. Təqsirləndirilən şəxs2 ona məlumatlı olduğunu, PQ-11-ə getməyini demiş, o, da PQ-11-ə çatanda Təqsirləndirilən şəxs2 bir də zəng edib çatdığını deyəndə o, da ona "xxxx" adlı xətti açıb torpaqlama qoymağını bildirmişdir. Ona xətt olan xananın möhürlü və ayırıcıda möhür olduğunu deyəndən sonra Təqsirləndirilən şəxs2 bir neçə dəqiqə sonra bir də zəng edib möhürü söküb xətti tam açıb torpaqlama verməyini tapşırmışdır. PQ-də hər bir xəttin özünün vakuum açarı olmuş, qəza baş verəndə avtomatik açılmış, həmçinin sözügedən kabeldə də ora gedəndə həmin açar açılmış vəziyyətdə olmuş, bundan başqa hər bir xəttin xanasının içində mexaniki şin ayrıcısı olmuşdur. Bundan sonra onun dediyi kimi edib mexaniki şin ayrıcısını açıb torpaqlama vermiş, görülmüş işi bir də yoxlayıb şin ayrıcısının açıq olduğuna, torpaqlama verildiyinə və xəttə gərginlik getmədiyinə əmin olmuş, sonra əvvəlcə Təqsirləndirilən şəxs2, sonra da Əlövsətə zəng edib xəttin açıq olduğunu və torpaqlama verildiyini demiş, Əlövsət də ona “kənara dur, sınaq edirik” deyə bildirmişdir. Təxminən 10 dəqiqədən sonra Əlövsət bir də ona zəng edib “ola bilməz xətt torpaqlıdır, üçündə də obrıv, yəni zədə göstərir, bu da ola bilməz” deyəndə ondan “WhatsApp”-la ona xəttin ayrılmasını və torpaqlı olmasını göstərmək üçün xananın videosunu çəkib göndərmiş, sonra Əlövsət bir də zəng edib xanada olan xəttin üç naqilə digər naqil atmaqla qapanma verilməli olduğunu deyib bu işi görməyi xahiş etmiş, ona “bu iş mənlik deyil, idarədən icazə alın, ya öz elektrikiniz gəlsin, ya da ki, idarənin elektriki gəlib bu işi görsün” deyə ona cavab vermiş, bu söhbətləri Təqsirləndirilən şəxs2 da demiş, o, da buna heç nə deməsə də ona Biləcəri ETSİ-nin aparıcı mühəndisi Fazil adlı şəxsin ***-***-**-** saylı telefon nömrəsini verib onunla əlaqə saxlamağı bildirmişdir. Fazil müəllimə zəng edib özünü təqdim edib Hökməli-Qobu sahə mühəndisi olduğunu, növbətçi Rövşənini onunla əlaqə saxlamağını dediyini deyəndə Fazil müəllim də Biləcəri ETSİ-nin aparıcı mühəndisi olduğunu deyib "xxxx" adlı xəttin nə vəziyyətdə olduğunu soruşmuş, o, da ona xəttin açıq və torpaqlı olduğunu bildirmişdir. Bundan sonra Fazil müəllim “işin varsa, PQ-11-in qapısının bağla, ağzına daş qoy, açarla bağlama get, özüm ora gəlirəm” deyəndə ona buranı açıq qoyub gedə bilməyəcəyini, ya açarla bağlamalı, ya da gözləməli olduğunu demiş, Fazil müəllim də ona 15 dəqiqəyə PQyə gələcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 zəng edib PQ-11-də digər neft-vurma xəttini də açıb torpaqlama vermək lazım olduğunu demiş, o, da onun dediyi kimi həmin xətlə məşğul olsa da, həmin xəttin kilidində problem olduğu üçün ayrıcısını aça bilməyıb Təqsirləndirilən şəxs2 bu barədə demiş, o, da ona özünün gələcəyini bildirmişdir. Həmin vaxt PQ-11-ə üç nəfər tanımadığı şəxslər gəlmiş, onlardan kim olduqlarını soruşanda onlardan biri "xxxx" adlı xəttin sahibi Əlövsət kimi özünü təqdim etmiş, digər iki nəfər isə özlərini təqdim etməsələr də, onların elektrik olduqlarını başa düşmüşdür. Əlövsət xəttə olan üç naqili bir-birinə bağlayaraq qapanma verməli olduqlarını deyəndə Təqsirləndirilən şəxs2 zəng edib bu barədə məlumat vermiş, o, da sonra ona zəng edib həmin üç şəxsin işləri görmələrinə icazə vermiş, o, da bir daha Əlövsətə torpaqlamanın mövcud olduğunu deyib xananın qapağını çıxarıb onlara xananın yuxarısında şin hissəsində cərəyan olduğunu və ehtiyatlı olmalarını demişdir. Sonra Əlövsət ondan kabel istəyəndə kabeli olmadığını demiş, bundan sonra onlardan iki şəxs PQ-dən çıxıb əllərində təxmini bir metrlik kabel ilə geri qayıtmışlar. Bundan sonra onlar orada qapanma xəttini atmış, o, isə kənarda digər xanada işləmiş, bir neçə dəqiqədən sonra çöldən qışqırıq səsləri eşitsə də, əvvəl kimsə sakinlərdən dalaşdığını zənn edib əhəmiyyət vermədən işinə davam etmiş, qışqırıq səsləri gələndə Əlövsət və yanında olan şəxslər xanada işlərini bitirib telefonla danışmışlar. Sonra onlar üçü də çöldən gələn səs-küyə PQ-11-dən çıxmış, o, da onların dalınca çıxanda üçünün də kölgəlikdə dayandıqlarını görmüş, nə səslər gəldiyini soruşanda Əlövsət ona Fazilin gəldiyini və işçisini cərəyan vurub öldürdüyünü dediyini bildirmiş, lakin Fazil müəllimin özü artıq getmişdir. Təccübdənib Əlövsətdən “Fazil sizinlə birlikdə deyil?” deyə soruşanda o, “yox, bizimlə deyil. Fazil kimdir ki, onu mənim xəttimə buraxıblar?” deyə cavab vermişdir. X38 ilə telefonla danışandan sonra Əlövsət və yanındakı iki şəxs çıxıb getmiş, ondan sonra da Təqsirləndirilən şəxs2 gəlmiş, o, da olanları ona danışıb göstərmişdir. Əlövsətə Təqsirləndirilən şəxs1 da həmin xəttdə təmir iş görməsi barədə məlumat verməmiş, eyni zamanda da Təqsirləndirilən şəxs1 da Əlövsətin xətlə bağlı müraciətini deməmiş, çünki həmin vaxt onların eyni xətti bir-birindən xəbəri olmadan işlədikləri ağlına gəlməmiş, sonradan bilmişdir ki, Əlövsət və onun dəvət etdiyi laboratoriya işçiləri tərəfindən xəttin digər tərəfində, yəni kərpic zavodunun ərazisində olan PQ-dən xətti yoxlamaq üçün yüksək gərginlik verilməsi nəticəsində "xxxx" ASC-nin Biləcəri ETSİ-nin əməkdaşı ölmüşdür. Hadisənin baş verməsinə səbəb Əlövsətin və onun dəvət etdiyi laboratoriyanın Təqsirləndirilən şəxs1 və onun briqadasında olan işçilərin eyni xətdə eyni vaxtda təmir işlərinin görülməsi barədə bir-birindən xəbərsiz olmaları və xəttdə kiminsə PQ-11-dən kənardan cərəyan verməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 3 №-li avtomobil dəstəsinin sürücüsü vəzifəsində çalışmış, idarənin balansında olan “QAZ 27057” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi elektro laboratoriya avtomobilini idarə etmiş, həmin avtomobil üç hissədən, sürücü kabinası, onun arxasında laboratoriyanın idarəetmə hissəsi və avadanlıqlardan ibarət olmuşdur. "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin aylıq sifarişinə əsasən səyyar laboratoriya avtomobili sifarış olunan yerlərə getmiş, laboratoriya üç nəfərdən, “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri Təqsirləndirilən şəxs5, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru Təqsirləndirilən şəxs3 və ondan ibarət olmuşdur. Hər səhər laboratoriya avtomobili ilə Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 götürüb Bakı şəhəri, Babək prospekti, köhnə maşın bazarın yaxınlığında, “Mala Praqa” restoranından sonra yerləşən xidmət yerləri olan “41 Şərq” adlanan su anbarına gedib gündəlik davamiyyət kitabına qeydlər apardıqdan sonra əraziyə getmiş, hara gedəcəklərini də Təqsirləndirilən şəxs5 müəyyən etmişdir. 10 avqust 2021-ci il tarixdə səhər saat 08:10-da qarajdan çıxıb təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 götürəndə Təqsirləndirilən şəxs3 onlara Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunu işlədən bir dostu olduğunu, onun işığı olmadığına görə orada 15 dəqiqəlik olduğunu deyib onlardan əvvəl ora, sonra da “41 Şərq” su anbarına getməyi xahiş etmişdir. Saat 09:00-09:15 radələrində onlar həmin əraziyə çatıb avtomobili ərazidə olan paylayıcı qurğunun, yəni stansiyanın yanında saxlamış, həmin yerdə birinci dəfə idi ki, gəlmiş, ərazi beton zavoduna bənzəmişdir. Avtomobildə oturub telefonu ilə oynamış, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 isə avtomobildən düşüb kimisə gözləmişlər. Sonra bir nəfər gəlib paylayıcı qurğunun qapısının kilidini açmış və onlar ora girib iş yiyəsini gözləmiş, bir neçə dəqiqədən sonra qara “Toyota Prado” markalı avtomobil ilə bir nəfər gəlib özünü Əlövsət kimi təqdim etmiş, sonra Əlövsət kiminləsə telefon vasitəsi ilə işin başlanması üçün icazə alınması ilə bağlı danışıqlar aparmışdır. Həmin vaxt o, avtomobildə oturmuş, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 isə iş görmüş, onların yanında ərazidə yaşayan qaçqınlardan kimsə də olmuş, sonra avtomobilin salonunda isti olduğu üçün avtomobildən çıxıb yaxınlıqda olan beton daşın üstündə oturmuşdur. Həmin vaxt onlar telefonla danışmış, sonra onlara işlə bağlı digər paylayıcı qurğudan dispetçer video da göndərmişdir. Bundan sonra siqaret və su almaq üçün yaxınlıqda olan mağazaya gedib təxminən 20 dəqiqədən sonra qayıdanda Təqsirləndirilən şəxs5 tək avtomobilin laboratoriyasının idarəetmə hissəsində oturduğunu görüb Fikrətin harada olduğunu soruşanda o, Fikrət və Əlövsətin digər altstansiyaya tərəf getdiklərini demiş, sonra o, özü yenidən həmin beton daşın üstündə oturub telefonla oynamağa davam etmişdir. Avtomobil 220 voltu yüksək gərginliyə çevirmiş, yəni iş görülən zaman avtomobil 220 volt gərginliyə ərazidə hardasa qoşulmuş, bu səbəbdən qorxduğu və təhlükəli olduğu üçün iş görülən zaman avtomobildən uzaq olmağa çalışmışdır. Təxminən 10-15 dəqiqə sonra İkram işlədiyi avtomobilin idarəetmə yerindən çıxıb ona maşını yığıb çıxmaq lazım olduğunu demiş və avtomobili gərginlikdən ayırıb kabelləri yığıb ona “gedək Fikrət olduğu PQ-11-dən onu götürüb çıxaq gedək” demişdir. O, da onun dediyi kimi edib avtomobili PQ-11-in yaxınlığına sürüb avtomobili PQ-11-dən yolun əks tərəfində üzü Bakı şəhəri istiqamətində saxlamışdır. Sonra Əlövsət öz avtomobili ilə gəlib ondan 3-4 metr qabaqda saxlamış, Fikrət həmin avtomobildən düşüb laboratoriya avtomobilinə əyləşmişdir. Həmin vaxt İkram Fikrətdən işin niyə yarımçıq qaldığını soruşanda Fikrət ona işləməyə icazə vermədiklərini, hardasa xəttə adam düşüb öldüyünü demiş, Fikrətdən ölən adamın onların işlədiyi xəttə düşdüyünü soruşanda Fikrət onlara “yox, başqa xəttdə olub” deyə cavab vermiş və sonra onlar “41 Şərq” su anbarına getmişlər. Həmin vaxt onların işlədikləri xəttdə hadisə baş verdiyini bilməmiş, Fikrətdən dəfələrlə bu barədə soruşanda da o, dəqiq onların işlədikləri xəttdə hadisə olmadığını demişdir. 18 avqust 2021-ci il tarixdə səhər saatlarında işdə olduqları vaxt həmin hadisə ilə bağlı ifadə vermək üçün Abşeron Rayon Prokurorluğuna çağırılanda Fikrətə onları icazəsiz birbaşa səlahiyyətlərinə aid olmayan işə cəlb etdiyi üçün iradını bildirmiş, Fikrət də ona ölən tərəfin həmin xəttə dispetçerdən icazəsiz müdaxilə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs3 şifahi xahişi ilə hadisə baş verən əraziyə gəlmiş, yəni ki, laboratoriyanın həmin xəttə müdaxilə etməyə rəsmi şəkildə icazəsi olmamış, eyni zamanda da laboratoriya rəhbərliyin məlumatı və icazəsi olmadan ora getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2020-ci il tarixdən Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən “X36” ASC-də gözətçi işləyir. Həmin ASC öz istiqaməti üzrə fəaliyyət göstərməmiş, ərazisində icarə müqaviləsi əsasında bir neçə sex yerləşmiş, lakin onların çoxu da fəaliyyətdə olmamışdır. “X36” ASC-nin şəxsi elektrik kabeli olmuş və zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmiş, kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən, sonra da ətrafda olan evlərin altından keçərək zavodun ərazisində olan paylayıcı qurğuya getmişdir. 09 avqust 2021-ci il tarixdə zavodun ərazisində yaşayan qaçqınlar yığışıb onun yanına gəlib evlərində işıq olmadığını deyib işığın bərpasına kömək etməyi xahiş etmiş, o, da həmin gün ASC-nin hüquqşünası Şahid7 zəng edib zavodun ərazisində işıqların söndüyünü, qaçqınların gəldiyini deyəndə o, ona onlara təcili işıq lazım olmadığını, kimə lazımdırsa özlərinin düzəltdirməsini demişdir. Sonra məcbur olub qaçqınların təzyiqi altında qalıb zavodun ərazisində sexi olan Şahid6 zəng edib köməklik etməsini xahiş etmiş, onunla telefonla danışanda 50 nəfərə yaxın qaçqın sakinlər onu əhatəyə alıb möhkəm qışqıraraq narazılıq etmiş, Şahid6 da ona laboratoriya üçün uzun kabel hazırlamağını, kiminləsə danışıb ona cavab verəcəyini desə də, ondan bir xəbər gəlməmiş və axşam olduğundan hamı evlərinə getmisdir. Sabahı gün, yəni 10 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində zavodun ərazisinə laboratoriya gəlmiş və o, da onlara zavodun ərazisində olan paylayıcı qurğunun qapısını açmışdır. Həmin PQ-yə məsul şəxs olmasa da, ərazidə dəfələrlə xuliqanlar, mis axtaranlar, oyun oynayan gənc sakinlər və narkomanlar həmin qurğunun qapısını qırdıqları üçün sonuncu qıfılı özü almış və ona görə qurğunun açarı onda olmuşdur. Laboratoriya “Qazel” markalı avtomobil ilə gəlmiş, onlar üç nəfər olmuş, onlardan yalnız Fikrəti tanımış, onu zavodun ərazisindəki qurğuya ən azı üç dəfə laboratoriya ilə gəldiyini şəxsən görmüş, Fikrət dəfələrlə zavodun PQ-də sınaq işləri aparmışdır. Həmin gün də onlar gələndə PQ-yə baxmış, bir müddət sonra Əlövsət də gəlib dispetçerə zəng edib nəsə danışıqlar aparmışdır. Bundan sonra gözətçi otağına gedib onların nə etdiyini görməmiş, bir müddət sonra ərazidə uzaqdan laboratoriya avtomobilinin yerində qaldığını, amma Fikrətin, qaçqınlardan bir nəfərin və Əlövsətin sonuncunun avtomobili ilə harasa getdiklərini görmüşdür. Təxminən 10-15 dəqiqədən sonra zavodun ərazisində qalan laboratoriyanın 2 işçisi tez şəkildə əşyalarını yığmağa başlamış, yaxınlaşanda onları həyəcanlı görmüş, onlardan nə olduğunu soruşanda ona “qapıları bağla uşaq girməsin bura” deyib təşvişdə əşyalarını yığıb ərazini tərk etmişlər. Bir müddət sonra Əlövsətlə gedən sakinlərdən olan bir nəfər əraziyə qayıtmış və onların elektrik xəttində iş görən zaman birini gərginliyin vurub öldürdüyünü demiş, o, da bu barədə Şahid7 məlumat vermişdir. Hadisə baş verən gün qeyd etdiyi laboratoriyanın işçilərindən və Əlövsətdən başqa zavodun ərazisində olan PQ-yə heç kim gəlməmiş, hadisədən bir gün əvvəl isə, yəni 09 avqust 2021-ci il tarixdə günorta saatlarında yaranmış həmin nasazlığı aradan qaldırmaq üçün qaçqınların şikayətləri əsasında "xxxx" ASC-nin üç əməkdaşı pikap tipli şirkətin avtomobili ilə gəlmiş, PQ-nin qapılarını onlar üçün açmış və onlar orada nəyəsə baxandan sonra “bura laboratoriya lazımdır” deyib başqa heçnə demədən sonra çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə X3-texniki ekspertizaları şöbəsinin eksperti vəzifəsində çalışır. Abşeron Rayon Prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işi üzrə "xxxx" ASC-nin X13 və Satışı İdarəsinin X21 kabel xətti üzrə elektrik-montyor işləmiş Zərərçəkmiş şəxs 10 avqust 2021-ci il tarixdə saat 10:30 radələrində Abşeron rayonu, MD- 23 qəsəbəsinin ərazisində yerləşən "xxxx" ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölməsi ilə bağlı “məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının təyin edilməsi haqqında” 10 avqust 2021-ci il tarixli qərar icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuş və 12 avqust 2021-ci il tarixdən icraatına daxil olmaqla müvafiq tədqiqatlara başlanılmışdır. Aparılmış tədqiqatlar nəticəsində baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 2.1.4, 2.1.13, 2.3.2.1, 3.1.1.1, 3.1.1.4, 3.1.1.5, 3.1.3.2, 3.1.3.3, 3.1.5.5, 3.2.12.7 bəndlərinin, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»-nın 12, 14 bəndlərinin, «Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı»nın 3.9, 3.10 bəndlərinin, «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisi vəzifə təlimatı»nın 9,12 bəndlərinin və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kvluq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatı»nın 9 bəndinin tələbləri pozulmuş, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsi təşkil olunmadığına görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 2.1.4, 2.3.2.1 bəndlərinin və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisinin vəzifə təlimatı»nın 9, 12 bəndlərinin tələbləri "xxxx" ASC-nin X20 və Satışı İdarəsi (ETSİ) İstismar Şöbəsinin rəisi və həmin cəmiyyətin X19 və Satışı İdarəsi (ETSİ) İstismar şöbəsinin rəisi tərəfindən, müvafiq qadağanedici plakatlar asılması və iş yerində təmir olunan kabel xəttinin gərginlik verilə bilən hər tərəfindən səyyar torpaqlanmanın qoyulması təmin edilmədiyinə görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.13, 3.1.1.1, 3.1.1.4, 3.1.1.5, 3.1.3.2, 3.1.3.3, 3.1.5.5, 3.2.12.7 bəndlərinin və Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatının 9 bəndinin tələbləri işlərə rəhbərlik edən "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSS) X22 mühəndisi tərəfindən, naryad-buraxılış (sərəncam) olmadan eyni iş yerinə bir-biri ilə əlaqələndirmədən iki işçi briqadanı buraxdığına görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2 bəndlərinin və “Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı”-nın 3.9, 3.10 bəndlərinin tələbləri Xırdalan ETSİ-də növbətçi dispetçeri tərəfindən, kənar şəxs kimi "xxxx" ASC-nin elektrik qurğularına (şəbəkələrinə) daxil olaraq əməliyyatlar aparılmaqla "xxxx" ASC-dən rəsmi icazə alınmadan, təşkilati və texniki tədbirlər görülmədən laboratoriya vasitəsi ilə kabel xəttinə sınaq gərginliyi verildiyinə görə, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»-nın 12, 14 bəndlərinin və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 3.1.1.1. bəndlərinin tələbləri "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri tərəfindən, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»-nın 12, 14 bəndlərinin tələbləri "xxxx" ASC-dən rəsmi icazə alınmadan kənar şəxslərin ("xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının) "xxxx" ASC-nin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olaraq elektrik qurğularında açıb-qoşma əməliyyatlarının aparmasına şərait yaradan şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmiş və bununla bağlı tərəfimdən aparılmış tədqiqatların yuxarıda qeyd olunan nəticələrinə əsasən 04 noyabr 2021-ci il tarixli 10/4042 saylı ekspert rəyi tərtib edilmişdir. Bundan başqa həmin iş üzrə əlavə məhkəmə-təhlükəsizlik texnikası da təyin edilmiş və tərəfimdən 06 yanvar 2022-ci il tarixli 10/6651 saylı rəy verilmişdir. Ekspertiza tədqiqatı rəydə göstərilən və yuxarıda qeyd olunan qaydalar, vəzifə təlimatları və cinayət işinin materialları əsasında aparılmış, hər bir şəxsin hərəkətləri tədqiq edilmiş, onların pozduqları qaydalar və təlimatlar öyrənilmiş, rəydə göstərilən nəticəyə gəlinmişdir. «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.4 bəndinin tələblərində işlərin təhlükəsiz aparılmasına cavabdeh işçilərin iş yerinin hazırlanması üçün icazə və buraxılış verən şəxslərin olması qeyd edilmişdir. Bununla yanaşı, həmin qaydaların 2.3.2.1 bəndinin tələblərində bütün cərəyan daşıyan hissələrdən, o cümlədən hava xətti və kabel xəttinin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bütün birləşmələrdə işlərin yerinə yetirilməsi üçün bir naryad verilməsi qeyd olunmuş, bu tədbirlərin görülməməsi, qaydalara və təlimatlara əməl edilməməsi göstərilən hadisə ilə nəticələnmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSS) X21 baş mühəndis vəzifəsində çalışır. 10 avqust 2021-ci il tarixdə işdə olanda səhər saatlarında 5-10 dəqiqəlik iclas zamanı Biləcəri ETSİ İstismar Şöbəsinin rəisi Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu mühəndislər Süleyman və Təqsirləndirilən şəxs1 toplamış və iş bölgüsü zamanı Təqsirləndirilən şəxs1 Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən "xxxx" ASC-nin ərazisindən keçən yüksək gərginlikli yeraltı kabeldə problem yarandığını, həmin kabelin yaxınlıqda yerləşən kərpic zavoda məxsus olduğunu, zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etdiyini, həmin sakinlərin də şikayət etdiklərini deyib kabeldə olan nasazlığın aradan qaldırılmasını tapşırmışdır. Həmin kabel vasitəsi ilə qaçqınlara elektrik enerjisi paylandığından orada nasazlıq yarandığı halda təmir işlərinin 80%-ni "xxxx" ASC görmüş, kərpic zavodunun istifadə etdiyi elektrik enerji haqqı X26 ödənildiyi üçün təmir işləri onların İstismar Şöbəsi tərəfindən həyata keçirilmişdir. Hadisədən sonra bilmişdir ki, 08 avqust 2021-ci il tarixdə axşam saat 21 radələrində sözügedən ərazidə kabeldə nasazlıq yarandığından qaçqınlar çağrı mərkəzinə və digər qurumlara şikayət etməyə başlamış, bununla bağlı şöbədə elektrik-montyor işləyən mərhum Zərərçəkmiş şəxs 09 avqust 2021-ci il tarixdə günorta saatlarında hadisə baş verən əraziyə gedib baxmış və işlərin aparılmasını səhərə saxlamışdır. Lakin 10 avqust 2021-ci il tarixdə onun yanında rəis Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 gedib həmin ərazidə olan nasazlığı aradan qaldırmasını tapşırmış, Təqsirləndirilən şəxs1 göstərişə əsasən özü ilə şöbənin işçiləri olan kabel xətti üzrə elektrik montyorlar Şahid3, Zərərçəkmiş şəxs, hava xətti üzrə elektrik montyoru Şahid1 və səyyar-əməliyyat briqadasının elektrik montyoru Şahid2 Oqtay oğlunu götürüb getmiş, həmin gün saat 12 radələrində ona Süleyman adlı mühəndis zəng edib Zərərçəkmiş şəxs gərginliyə düşüb öldüyünü demişdir. Bundan sonra hadisə baş verən yerə getmiş, rəis Təqsirləndirilən şəxs4 da özü ora gəlmiş, hadisə yerinə çatanda Zərərçəkmiş şəxs meyitinin işlədiyi yerdə torpaq üzərində olduğunu, işlədiyi yerdə qazıntı işlərinin aparıldığını, yeraltı kabelin göründüyünü, həmin kabeldə təmir bərpa işlərinin aparılmasınını müşahidə edildiyini, yerdə müxtəlif instrumentlərin də olduğunu görmüşdür. Hadisə barədə maraqlananda Təqsirləndirilən şəxs1 xəttdə təmir bərpa işləri görən zaman kabelin digər hissəsi olan kərpic zavodun ərazisində "xxxx" ASC-nin laboratoriyası xəttə gərginlik verdiyini və bu səbəbdən də Ehtimatın iş zamanı öldüyünü demişdir. Sözügedən kabelin kərpic zavoda məxsus olması və həmin xəttdə onların işçilərinin işləməsinin qanunsuz olması barədə hadisədən sonra bilmiş, hadisə baş verəndən sonra bildiyi qədər əmək müfəttişliyi və "xxxx" ASC-nin SƏTƏM şöbəsi tərəfindən yoxlamalar aparılmış, hadisə baş verəndən sonra sakinlərə ayrıca elektrik xətti çəkilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin Xırdalan ETSİ-nin 10/6/04 kV-luq İstismar şöbəsinin aparıcı mühəndisi vəzifəsində çalışır. Abşeron rayonu, MD-23 qəsəbəsinin ərazisində yerləşən "xxxx" ASC-nin ərazisindən keçən yüksək gərginlikli yeraltı kabel yaxınlıqdakı “X36” ASC-yə məxsus olmuş və zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmiş, həmin elektrik xəttindən istifadə edən bütün abonentlər Azərişıq” ASC-nin Biləcəri ETSİ-nin xidmət ərazisinə aid olduğu üçün ödənişi ora etmişlər. Həmin kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən, sonra da ətrafda olan evlərin altından keçərək “X36” ASC-nin ərazisində olan paylayıcı qurğuya getmişdir. Əvvəl həmin elektrik xətti “Xırdalan 220/110/35/10/6 kV” yarınstansiyasından qidalanaraq birbaşa "xxxx" ASCyə baxsa da, təxminən iki il əvvəl “PQ-11 6-10 kV” tikildiyindən qeyd olunan zavoda məxsus elektrik xətti həmin PQ-11-ə qoşulmuş, amma orada vakuum açardan sonra həmin xəttdə onlar cavabdeh olmadıqları üçün xəttdə hər hansı nasazlıq yarananda abonentlərin ödəniş etdiyi İstismar şöbəsi onu təmir etmiş, əgər “X36” ASC müvafiq qaydada ASAN-Kommunal xidməti vasitəsilə ya "xxxx" ASC-yə xəttin təmiri ilə bağlı müraciət edib ödənişlər edəcəyi halda həmin işlərin görülməsi yenə də xidmət sahəsi olan Biləcəri ETSİ-nə həvalə edilmiş, yaxud da həmin işləri sifarişçinin tələbinə əsasən Energetika Nazirliyindən xüsusi lisenziya almış şirkətə gördürmüş, hər bir halda xəttin sahibi onlara yalnız PQ-11-dən onun xətti qəzalı vəziyyətdə olanda açılmasını və torpaqlama verilməsi “X36” ASC-nin hər ilin əvvəli təqdim etdiyi məktubun və həmin məktubda göstərilən şəxslərin şifahi müraciəti əsasında baş vermiş, həmin məktuba əsasən “X36” ASC-nin 2021-ci il ərzində Xırdalan ETSİ ilə danışıqlar aparmaq səlahiyyətləri üç nəfərə, X7, hadisə günü dispetçerdən işlər aparılması üçün icazə alan Şahid6 və Şahid8 verilmişdir. Eyni zamanda araşdırma üçün “PQ-11 6-10 kV” onların balansına keçdikdən sonra ilkin olaraq bir dəftər tutulmuş və həmin dəftərdə sözügedən elektrik xətti ilə bağlı qeydlər olmuşdur. Əlövsətlə 21 yanvar 2020-ci il tarixdə tanış olmuş, həmin vaxt o PQ-11-də ilkin dəftərdə qeyd aparıb xəttə cərəyan verməsini xahiş etmiş, həmin vaxtdan da xəttdə nəsə baş verəndə Əlövsət ona zəng etmiş, həmin məktubu da idarəyə verilməsi üçün ona Əlövsət vermişdir. 10 avqust 2021-cfi il tarixdə Əlövsət səhər saatlarında ona zəng edib zavodda işığın kəsildiyini deyib maraqlanıb səbəbi barədə ona məlumat verməyi xahiş etmiş, lakin həmin gün məzuniyyətdə olduğu üçün növbətçi dispetçerlə əlaqə saxlamağını deyərək ona dispetçerin i. nömrəsi kimi istifadə etdiyi ***- ***-**-** nömrəsini vermişdir. Bundan təxminən 1 saat sonra Əlövsət ona bir daha zəng edib xəttdə bədbəxt hadisə baş verdiyini, Fazil adlı "xxxx" ASC-nin işçisinin gəlib işçisini gərginliyin vurub öldürdüyünü dediyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “Kredo” Vəkillər Bürosunun vəkili olmaqla “X36” ASC-nin hüquqşünası kimı çalışır. “X36” ASC 2000-ci ildən fəaliyyət göstərmiş, həmin ASC-nin sədri X35 olmuş, lakin ondan əvvəl həmin ASC-nin sədri atası X15 olmuşdur. “X36” ASC təxminən 2018-ci ildən öz istiqaməti üzrə fəaliyyət göstərməmiş, ASC-nin təxminən 3 ha sahəsi olmuş, orada icarə müqaviləsi əsasında bir neçə sex işləmiş, lakin onların çoxu fəaliyyət göstərməmiş, DSP və sement-zavod sexləri olan sahələr özəlləşdirilmiş və təmirdə olduğu üçün fəaliyyət göstərməmiş, 2 armatur zavodu da fəaliyyətdə olmamış, 1 beton zavodu fəaliyyət göstərmişdir. Hazırda “X36” ASC-nin ərazisində 02 mart 2020-ci il tarixli icarə müqaviləsi əsasında fərdi sahibkar X5 və 03 may 2021-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC fəaliyyət göstərir. Eyni zamanda “X36” ASC-nin sahəsinin təxmini bir hissəsi 2004-cü ildən "xxxx" MMC-yə icarəyə verilmiş, həmin MMC-nin direktoru Şahid6 olmuş, atasının ASC-nin sədri olan vaxt onunla icarə müqaviləsi bağlanmış və sonuncu icarə müqaviləsi 07 fevral 2008-ci il tarixli olmuşdur. "xxxx" MMC-nin icarəyə götürdüyü sahədə təxminən 70x30metr sahədə kərpic sexi tikərək avadanlıq yerləşdirib kərpic istehsalı ilə məşğul olmuş, lakin sonuncu dəfədən sonra işləri getmədiyindən icarə müqaviləsini rəsmi uzatmamış, şifahi razılaşma əsasında icarəni davam etdirmiş, yəni hazırda onunla heç bir icarə müqaviləsi olmamışdır. “X36” ASC-nin şəxsi elektrik kabeli olmuş, zavodun özündən başqa onun ərazisində məskunlaşmış 70-ə yaxın qaçqın ailəsini elektrik enerjisi ilə təmin etmiş, həmin kabel PQ-11-dən (paylayıcı qurğu) başlayaraq "xxxx" ASC-nin ərazisindən, sonra da ətrafda olan evlərin altından keçərək zavodun ərazisində olan paylayıcı qurğuya getmişdir. Əvvəllər “X36” ASC-nin energetiki İbrahim adlı şəxs olmuş, həmin vaxtdan zavodun elektrik işlərinə o cavabdeh olsa da, İbrahim təxminən 6 il əvvəl öldüyündən orada digər energetik işə götürülməmiş, elektrik kabelinin zavodun balansında olmasını təsdiq edən hər hansı bir sənədi olmamış, lakin arxivdə 2010-cu ildə "xxxx" MMC tərəfindən verilmiş “Kabellərin və naqillərin izolyasiyasının ölçülməsi” və “İstehsalat sahəsi sexində elektrik avadanlıqların mühafizə torpaqlayıcı konturlarının müqavimətinin yoxlanılması və ölçülməsi” protokolları olmuşdur. 08 avqust 2021-ci il tarixdə “X36” ASC-nin mühafizəçisi Şahid8 Abi oğlu ona zəng edib zavodun ərazisində işıqların söndüyünü, qaçqınların gəldiyini deyəndə ona zavoda təcili işıq lazım olmadığını demişdir. Şahid6 da ona həmin gün zəng edib zavodun elektrik xəttində yaranmış nasazlığı aradan qaldırmaq üçün əlavə vəsait lazım olduğu halda ona kömək edə bilib-bilməyəcəyini soruşanda ona hazırkı dövrdə işıq lazım olmadığı üçün kömək edə bilməyəcəyini demiş, Zahidə də sakinlərə onlara təcili işıq lazımdırsa, özlərinin işıq idarəsinə müraciət etmələrini deməsini bildirmişdir. Bundan sonra yaranmış nasazlıqla bağlı onunla əlaqə saxlamamış, 10 avqust 2021-ci il tarixdə saat 16 radələrində Zahid ona zəng edib elektrik xəttinin üzərində iş başında adam öldüyünü demiş, ona işığın təmiri ilə bağlı onların heç kimə müraciət etmədiklərindən məsuliyyətin onların üzərinə düşmədiyini bildirmiş, hadisənin necə baş verdiyi barədə məlumatı sonradan Əlövsətlə telefon danışığı zamanı bilmişdir. ASC-nin balansında olan elektrik xəttinin hansı səbəbdən "xxxx" adlandırıldığını bilməmiş, istismara yararlı vəziyyətdə saxlanılması, həmin xəttin təmiri, xidməti ilə bağlı məsul şəxsi, eyni zamanda bununla bağlı hər hansı bir qurumla və ya lisenziyası olan şirkətlə, o cümlədən "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyası ilə müqavilələri olmamışdır. “X36” ASC-nin "xxxx" MMC ilə müddəti bitmiş 07 fevral 2008-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndində göstərilən hüquqların başqasına verilməsinin müqavilənin qüvvədə olduğu vaxt verilməsi halları olmamışdır. “X36” ASC-nin hadisə zamanı və hazırda "xxxx" MMC ilə və Şahid6 ilə heç bir rəsmi müqaviləsi olmamış, onunla şifahi razılaşma əsasında işləmiş, yəni "xxxx" MMC özü fəaliyyət göstərməsə də, Şahid6 öz sexini digər şəxslərə qanunsuz icarəyə verməklə məşğul olmuşdur. “X36” ASC tərəfindən Şahid6 onu təmsil etmək üçün hər hansı bir sənəd, etibarnamə verilməmiş, yəni hazırda rəsmi olaraq Şahid6 “X36” ASC-yə heç bir aidiyyəti olmamış, məktubda qeyd olunan X11 hazırda “X36” ASC-nin ərazisində fəaliyyət göstərən fərdi sahibkar X2 işçisi olmuş, Şahid8 isə əmək müqaviləsi əsasında gözətçi işləmiş, onlara həmin səlahiyyətlərin verilməsinin heç bir hüquqi əsasları olmamış, həmin məktub “X36” ASC tərəfindən "xxxx" ASC-nin tələblərinə uyğun verilmiş və formal xarakter daşımışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 10 avqust 2021-ci il tarixli 92 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - sağ əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının, eləcə də sol baldırın elektrik nişanələri qeyd olunan nahiyənin elektrik sahəsinə malik naqillə kontaktından əmələ gəlmişdir, həyatidir, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyitin meyitxanada müayinəsindən (10 avqust 2021-ci il, saat 16:00) təxminən 5-7 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 04 noyabr 2021-ci il tarixli 10/4042 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 2.1.4, 2.1.13, 2.3.2.1, 3.1.1.1, 3.1.1.4, 3.1.1.5, 3.1.3.2, 3.1.3.3, 3.1.5.5, 3.2.12.7 bəndlərinin, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»-nın 12, 14 bəndlərinin, «Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı»nın 3.9, 3.10 bəndlərinin, «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisi vəzifə təlimatı»nın 9,12 bəndlərinin və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kvluq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatı»nın 4-cü bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsi təşkil olunmadığına görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 2.1.4, 2.3.2.1 bəndlərinin və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisinin vəzifə təlimatı»-nın 9, 12 bəndlərinin tələbləri "xxxx" ASC-nin X20 və Satışı İdarəsi (ETSİ) İstismar Şöbəsinin rəisi və həmin cəmiyyətin X19 və Satışı İdarəsi (ETSİ) İstismar şöbəsinin rəisi tərəfindən pozulmuşdur. Müvafiq qadağanedici plakatlar asılması və iş yerində təmir olunan kabel xəttinin gərginlik verilə bilən hər tərəfindən səyyar torpaqlanmanın qoyulması təmin edilmədiyinə görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.13, 3.1.1.1, 3.1.1.4, 3.1.1.5, 3.1.3.2, 3.1.3.3, 3.1.5.5, 3.2.12.7 bəndlərinin və Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatının 4-cü bəndinin tələbləri işlərə rəhbərlik edən "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSS) X22 mühəndisi tərəfindən pozulmuşdur. Naryad-buraxılış (sərəncam) olmadan eyni iş yerinə bir-biri ilə əlaqələndirmədən iki işçi briqadanı buraxdığına görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2 bəndlərinin və “Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı”-nın 3.9, 3.10 bəndlərinin tələbləri Xırdalan ETSİ-də növbətçi dispetçeri tərəfindən pozulmuşdur. Kənar şəxs kimi "xxxx" ASC-nin elektrik qurğularına (şəbəkələrinə) daxil olaraq əməliyyatlar aparılmaqla "xxxx" ASC-dən rəsmi icazə alınmadan, təşkilati və texniki tədbirlər görülmədən laboratoriya vasitəsi ilə kabel xəttinə sınaq gərginliyi verildiyinə görə, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»-nın 12, 14 bəndlərinin və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 3.1.1.1. bəndlərinin tələbləri "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri tərəfindən pozulmuşdur. «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 12, 14 bəndlərinin tələbləri "xxxx" ASC-dən rəsmi icazə alınmadan kənar şəxslərin ("xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının) "xxxx" ASC-nin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olaraq elektrik qurğularında açıb-qoşma əməliyyatlarının aparmasına şərait yaradan şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. Əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 06 yanvar 2022-ci il tarixli 10/6651 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”-nın 3.2.14.3 bəndinin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-nın 12, 14 bəndlərinin tələbləri "xxxx" ASC-dən rəsmi icazə alınmadan kənar şəxslərin ("xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının) "xxxx" ASC-nin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olaraq elektrik qurğularında açıb-qoşma əməliyyatlarının aparılmasına şərait yaradan Şahid6 Xeyrulla oğlu tərəfindən pozulmuşdur. - Kənar şəxs kimi "xxxx" ASC-nin elektrik qurğularına (şəbəkələrinə) daxil olaraq əməliyyatlar aparılmaqla "xxxx" ASC-dən rəsmi icazə alınmadan, təşkilati və texniki tədbirlər görülmədən laboratoriya vasitəsilə kabel xəttinə sınaq gərginliyi verildiyinə görə, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-nın 12, 14 bəndlərinin və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”-nın 2.1.1, 2.1.2, 3.1.1.1 bəndlərinin tələbləri "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri Təqsirləndirilən şəxs5 və həmin laboratoriyanın elektrik montyoru Təqsirləndirilən şəxs3 tərəfindən pozulmuşdur. - Hadisə günü növbətçi elektrik montyoru, birinci şəxs olmuş, Xırdalan ETSİ-nin İstismar Şöbəsində səyyar-əməliyyat briqadasının elektrik montyoru Təqsirləndirilən şəxs2 tapşırığı əsasında "xxxx" ASC-nin Xırdalan ETSS-nin İstismar Şöbəsinin mühəndisi Şahid4 Məhərrəm oğlu tərəfindən yalnız PQ-11-də açıb-qoşma əməliyyatlarını yerinə yetirdiyini və təmir briqadasının üzvü olmadığını nəzərə aldıqda Şahid4 tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması halı müəyyən edilmədi. X14 12 noyabr 2021-ci il tarixli **********5 saylı məktubu ilə "xxxx" ASC-nin Biləcəri ETSİ-nin İstismar şöbəsinin elektrik-montyoru Zərərçəkmiş şəxs 10 avqust 2021-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aktı ilə aşağıdakılar müəyyən edilmişdir: - Baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir; - Aktın 4.1 və 4.2-ci bəndinə əsasən "xxxx" ASC-nin Biləcəri ETSİ-nin İstismar şöbəsinin mühəndisi Təqsirləndirilən şəxs1 “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”-nın 2.1.2-ci bəndinin fəaliyyətdə olan qurğularda, şəbəkə və avadanlıqlarda işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar ilə icrasına dair tələblərinə riayət olunmasına cavabdeh olmuşdur; - Aktın 4.3-cü bəndinə əsasən fiziki şəxs Qubuşov X6 və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”-nın 3.2.14.3-cü bəndinin kənar mənbədən yüksəldilmiş gərginlik verməklə elektrik avadanlıqlarının sınağı, o cümlədən səyyar sınaq qurğularından istifadə etməklə elektrik qurğusundan kənarda (fəaliyyətdə olmayan elektrik qurğusunda, anbarlarda, müəssisənin ərazisində və s.) sınağı naryad üzrə icrasına dair tələblərin riayət olunmasına cavabdeh olmuşdur; - Aktın 4.4-cü bəndinə əsasən Xırdalan ETSİ-nin İstismar şöbəsinin mühəndisi Şahid4 və SƏB üzrə elektrik montyoru Təqsirləndirilən şəxs2 işlərin təhlükəsizliyinin təmin olunması üçün yalnız yazılı naryad-buraxılışla icra olunması tələb olunan işin icrası zamanı briqada tərkibinin naryadda və ya sərəncamda göstərilmiş vəsiqələrə uyğunluğunun yoxlanılmasına dair tələblərinə riayət olunmasına cavabdeh olmuşlar; - Aktın 4.5-ci maddəsinə əsasən "xxxx" ASC-nin Bakı Sukanal idarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri Təqsirləndirilən şəxs5 və 4.6-cı bəndinə əsasən həmin laboratoriyanın elektrik-montyoru Təqsirləndirilən şəxs3 vəzifə və peşə təlimatlarının “İdarənin balansında və istismarında olan bütün elektrik avadanlıqlarında və yüksək gərginlikli qapalı paylayıcı qurğularda, kabel və hava veriliş xətlərində, həmçinin Cəmiyyətin tapşırıqlarına əsasən Respublikanın rayonlarında və Bakı şəhərində yerləşən su-kanal müəssisələrinə məxsus elektrik avadanlıqlarında laborator müayinələrin aparılması və torpaqlanma mühafizəsinin yoxlanılması işlərinin yerinə yetirilməsinə rəhbərlik və nəzarət etmək” barədə tələblərinin riayət olunmasına cavabdeh olmuşlar; - 4.7-ci bəndinə əsasən “X36” ASC-nin direktoru X35 mövcud elektrik qurğularına malik olan və yaxud onları istismar edən müəssisədəki elektrik qurğularının istismarı üzrə işlərin həcmindən və mürəkkəbliyindən asılı olaraq müvafiq ixtisas dərəcəli elektrotexniki heyətlə təmin olunmuş enerji xidmətinin mövcud olmasına, kənar ixtisaslaşmış müəssisə ilə müqavilə əsasında elektrik qurğularının istismarına yol verilməsinə dair tələblərinə riayət olunmasına cavabdeh olmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 26 oktyabr 2021-ci il tarixli 07/2021 saylı aktından görünür ki, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”-nın 2.1.2, 2.8.6, 3.1.3.2, 3.2.14.3-cü bəndlərinin, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”-nın 1.1.2.1-ci bəndinin, "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Elektrik avadanlıqlarında və yüksək gərginlikli elektrik qurğularında təmir, qəza-bərpa və quraşdırma sahəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdirinin vəzifə təlimatı”-nın və “Elektrik avadanlıqlarının sınağı laboratoriyasının “Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorunun peşə təlimatı”-nın tələblərinə Təqsirləndirilən şəxs1, Şahid6, Şahid4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Akif Həsənov tərəfindən pozulması bədbəxt hadisənin səbəbləridir. 10 avqust 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Bakı-Şamaxı yolu, MD-23 qəsəbəsi ərazisindəki "xxxx" ASCnin ərazisidir, hadisə yerində torpaq üzərində bir kişi meyiti vardır. Meyitin yanında 1 metr radiusunda 60 sm dərinliyində qazıntı işləri aparılmış çökəklik və çökəklikdə hasardan 1,5 metr məsafədə torpaqda olan mişar daşının üzərində yüksək gərginlikli kabel müşahidə edilir. Həmin kabeldən 3 ədəd ayrı naqil çıxır və naqillərin hər birinin ucu ayrı-ayrılıqda üst qatları açılaraq təmizlənmiş haldadır, kabelin digər hissəsi hasarın altından çıxır, çökəklikdə dibdə eyni şəkildə təmizlənmiş vəziyyətdədir. Göründüyü kimi əvvəl həmin kabel işlər aparılmazdan əvvəl tamlıq təşkil etmiş və sonradan bütöv kabel xətti kəsilərək təmizlənmişdir. Kabelin ətrafında və ümumi hadisə yerində elektrik xəttində hər hansı bir təmir-bərpa işlərinin aparılması ilə bağlı məlumat lövhələri yoxdur. Ərazidən bir qədər kənarda yerləşən "xxxx" ASC-nin 6-10 kv-luq paylayıcı qurğu olan PQ-11-in ərazisi hasara alınmış və ortasında ağ rəngli birmərtəbəli tikili vardır. PQ-11-in içində çoxsaylı elektrik şitləri vardır, şitlərin biri açıqdır, alt qapağı çıxardılaraq sağ tərəfə qoyulmuşdur, Həmin şitin üzərində olıan birkanın altında açara bənzər dəmir, orta hissəsində idarəetmə hissəsi və yanında “çıxış” yazısı, ondan sağ tərəfdə sayğac, onun altında “Mebelni № 1” və "xxxx" yazıları, həmin yazıdan sol tərəfdə iki cərgədə yuxarıda 2, aşağıda 3 düymə vardır və “açıq” yazılı düymə yanılıdır. Həmin şitin sağ aşağı hissəsində yerdən 3 ədəd kabel gəlir, onlar şitdə olan mexanizmlərə bərkidilmiş, həmin yerdə gözə çarpan və kənardan müdaxiləyə işarə edən qeyd olunan kabelləri bir-birinə bağlayan yaşıl-qara örtüyü olan naqil vardır. Təmir-bərpa işləri aparılan kabelin digər sonu yerləşən “X36” ASC-nin ərazisindəki paylayıcı qurğu birmərtəbəli tikilidir, tikilinin yanındakı dirəkdən qalın qara kabel PQ-ya girir. PQ-nin ətrafında hər hansı təmir-bərpa işlərinin aparılması ilə bağlı məlumat lövhəsi yoxdur, Qeyd olunan kabel içəridə olan elektrik şkaflarının birinə girir və içində 3 yerə ayrılaraq mexanizmlərə bağlanılır. Hadisə yerinə baxış zamanı qeyd olunan ərazilərdə fotoşəkillər çəkilmişdir. 11 avqust 2021-ci il tarixdə ekspertin iştirakı ilə hadisə yerinə əlavə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə yerində "xxxx" ASC-nin ərazisində 2-ci mühafizə postunun arxasındakı torpağın üstündə 30 sm dərinliyində 3 metr uzunluğunda, 50 sm enində qazılmış sahənin içində kabel xətti vardır. Kabel xətti qazılmış vəziyyətdədir, üç damarlıdır, kabel ASP 3 xətt tiplidir. PQ-11-də həmin ASC-ni qıdalandıran yuxarıda gərginlikdən açılmış həmin kabel və hər iki tərəfə torpaqlanma qoyulmuşdur. “X36” ASCnin ərazisindəki PQ-da elektrik yuvasına giriş xəttinin üzərində olan açaq açıq vəziyyətdədir, yuvaya daxil olan elektrik kabelləri üzərində torpaqlama qoyulmamışdır. 21 avqust 2021-ci il tarixdə "xxxx" ASC-nə məxsus “Qaz-27057” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı xüsusi elektro laboratoriya avtomobilinə baxış keçirilmiş və müəyyən olıunmuşdur ki, avtomobil ”Azərsu” ASC-nə məxsus “QAZ 27057” markalı, **-JP- *** dövlət qeydiyyat nişanlı xüsusi elektro laboratoriya avtomobilidir, kabina digər belə avtomobillərdə olduğu kimi standart qaydada avtomobili idarə edən sürücü və sərnişinlər üçün nəzərdə tutulan oturacaqlarla təchiz edilmiş, başqa hər hansı əhəmiyyətli qurğu və avadanlıq quraşdırılmamışdır. Kabinanın arxa tərəfində üzü arxaya tərəf oturacaq qoyulmuş və oturacağın qabağında isə idarəetmə məntəqəsi kimi elektrik gərginliyinin ölçülməsi üçün nəzərdə tutulan müxtəlif avadanlıqlar quraşdırılmışdır. Avtomobilin arxa tərəfi açıldıqda orada müxtəlif generator və elektrik gərginliyinin ölçü cihazları, qalın naqillər dolanmış xüsusi diyircəkli val, xırda naqillər və digər alətlər qoyulmuş 2 ədəd yeşik olmuş, avtomobil həm hadisə olan vaxtda, həm də hazırda işlək vəziyyətdədir, avtomobildə hər hansı nasaz ölçü avadanlığı yoxdur. Zərərçəkmiş şəxs geyim və digər əşyalara baxış keçirilmiş, baxış zamanı jileti, şalvarı, papağı, maykası, alətləri üzərində qanabənzər ləkələr və zədə aşkar edilməmiş, hər iki əlcəyinin üzəri və altı qaralmış, sağ əlcəkdə baş barmağın ortasında, kiçik barmaqdan başqa qalan 3 barmağın başlıqlarında deşilmə-kəsilmə izləri aşkar olunmuş, əlcəklərdə qanabənzər ləkələr müşahidə edilməmişdir. Kauçuk boru orta hissədə bir qədər genişlənmiş, içərisinə qara rəngli sürtgü materialı sürtülmüşdür və üzərində qanabənzər ləkələr yoxdur. Videomateriala baxış zamanı müəyyən olunmuşdur ki, Şahid4 tərəfindən paylayıcı qurğunun 2 gözlük hissəsindən içərisi videolentə alınmış, 1-ci gözlükdə şitin açılması, 2-ci gözlükdə isə torpaqlanmanın verilməsi görünmüşdür. "xxxx" ASC-nin “Biləcəri ETSS 10/6/0,4 kv-luq İstismar sahəsinin “Naryad və sərəncamla aparılan işlərin qeydiyyatı jurnalının surətindən görünür ki, 09-10 avqust 2021ci il tarixlərində naryad və sərəncamın verilməsi və işə buraxılma ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. "xxxx" ASC-nin “Biləcəri ETSİ Biləcəri İstismar sahəsinin “Naryad və sərəncamla aparılan işlərin uçot jurnalının surətindən görünür ki, 04-18 avqust 2021-ci il tarixlərində, o cümlədən 09-10 avqust 2021-ci il tarixlərində hər hansı qeydiyyat aparılmamışdır. "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin 20 sentyabr 2021-ci il tarixli 1598 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin ərazisində icra edilmiş işlərə idarənin heç bir aidiyyəti olmamış və bu barədə məlumatsız olmuşlar. “X36” ASC-nin Xırdalan ETSİ-nə ünvanlanmış və möhürlə təsdiq olunmuş 29 dekabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, 2021-ci ildə “X36” ASC tərəfindən Xırdalan ETSİ ilə danışıqlar aparmaq səlahiyyəti X7, Şahid6 və Şahid8 verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışlar. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış videomaterial cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs geyim əşyaları (jileti, şalvarı, papağı, maykası, bir cüt əlcəyi), təmir alətləri və hadisə yerindən götürülmüş kauçuk boru Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında təhvil verilmişdir. 064245 nömrəli vəsiqənin sürətindən görünür ki, Məmmədov X18 iştirakçısı olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs4 barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmişin hüquqi varisinin nümayəndəsi X9 nümayəndəsi vəkil Müdafiəçi5 tərəfindən məhkəmə təqdim edilmiş mülki iddiadan görünür ki, mülki cavabdehlər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, X24, Şahid6, Şahid4, Şahid11, Şahid5 və Şahid4 hər birindən maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 manat olmaqla ümumilikdə 90.000 manat məbləğində pul vəsaitinin tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X12 ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmişin hüquqi varisinin nümayəndəsi X17 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Xoşsürət oğluna, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmişin hüquqi varisinin nümayəndəsi X9 nümayəndəsi vəkil Müdafiəçi5 tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, mülki iddianın digər şəxslərə X29, Şahid6, Şahid4, Şahid11, Şahid5 və Şahid4 qarşı müdafiə edirlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci maddəsinə əsasən İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsif törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun və Təqsirləndirilən şəxs1 törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 162.2-ci, Təqsirləndirilən şəxs2 törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 314.2-ci, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini qismən təqsirli bilməsini, Təqsirləndirilən şəxs5 isə CM-nin 124.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onların hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi – texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda yaranır. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti yalnız texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs çıxış edə bilər və həmin tərkib maddi tərkib olduğundan onun yaradılması üçün üç zəruri şərt olmalıdır: texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; ehtiyatsızlıqdan insanın ölümü baş verməlidir; texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş insanın ölümünün arasında səbəbli əlaqə olmalıdır. Həmin maddədə nəzərdə tutulmuş cinayətin obyekti Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ və əməyin mühafizəsi, o cümlədən texniki təhlükəsizlik qaydalarıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə görə, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsəd ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya-gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir. Adı çəkilən Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitarepidemioloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin şərh edilən maddədə sözün geniş mənasında deyil, əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli Qanununda, digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. Şərh edilən cinayət obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özlərini qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, baş vermiş hadisədə Zərərçəkmiş şəxs özünün təqsirinin olub-olmaması müvafiq ekspertiza tədqiqatı zamanı dəqiqləşdirilmiş və hadisənin baş vermə şəraiti nəzərə alınmaqla onun özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Bu da, baş vermiş hadisədə başqa şəxslərin təqsirinin olması qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları üzrə tədqiqatlar nəticəsində baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın, «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»-nın «Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı»-nın, «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisi vəzifə təlimatı»-nın, «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatı»-nın tələblərinin pozulduğu qənaətinə gəlinmiş, bu tələblərin naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsi təşkil olunmadığına görə "xxxx" ASC-nin X20 və Satışı İdarəsinin İstismar Şöbəsinin rəisi və həmin cəmiyyətin X19 və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi tərəfindən, müvafiq qadağanedici plakatlar asılması və iş yerində təmir olunan kabel xəttinin gərginlik verilə bilən hər tərəfindən səyyar torpaqlanmanın qoyulması təmin edilmədiyinə görə "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSS) X22 mühəndisi tərəfindən, naryad-buraxılış (sərəncam) olmadan eyni iş yerinə bir-biri ilə əlaqələndirmədən iki işçi briqadanı buraxdığına görə Xırdalan ETSİ-də növbətçi dispetçeri tərəfindən, kənar şəxs kimi "xxxx" ASC-nin elektrik qurğularına (şəbəkələrinə) daxil olaraq əməliyyatlar aparılmaqla "xxxx" ASC-dən rəsmi icazə alınmadan, təşkilati və texniki tədbirlər görülmədən laboratoriya vasitəsi ilə kabel xəttinə sınaq gərginliyi verildiyinə görə "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri tərəfindən, "xxxx" ASC-dən rəsmi icazə alınmadan kənar şəxslərin ("xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının) "xxxx" ASC-nin elektrik şəbəkələrinin ərazisinə və tikililərinə daxil olaraq elektrik qurğularında açıb-qoşma əməliyyatlarının aparılmasına şərait yaradan Şahid6 Xeyrulla oğlu tərəfindən, kənar şəxs kimi "xxxx" ASC-nin elektrik qurğularına (şəbəkələrinə) daxil olaraq əməliyyatlar aparılmaqla "xxxx" ASC-dən rəsmi icazə alınmadan, təşkilati və texniki tədbirlər görülmədən laboratoriya vasitəsilə kabel xəttinə sınaq gərginliyi verildiyinə görə "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri Təqsirləndirilən şəxs5 və həmin laboratoriyanın elektrik montyoru Təqsirləndirilən şəxs3 tərəfindən pozulması ilə bağlı müvafiq rəy verilmişdir. Mərhum Zərərçəkmiş şəxs "xxxx" ASC-nin əməkdaşı olması, hadisə yerində həmin cəmiyyətin müvafiq vəzifəli şəxslərindən başqa, digər cəmiyyətin, yəni "xxxx" ASC-nin əməkdaşlarının olması və onların da rəsmi icazəsiz digərləri ilə birlikdə təhlükəsizlik qaydalarına riayət etmədən kabel xəttində təmir işlərinə müdaxilə etmələri sonuncuların (Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3) əməllərində ehtiyatsızlıqdan adam öldürmə cinayətinin tərkibinin olması qənaətinə gəlməyə kifayət qədər əsas vermiş və müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsinin Elektrik avadanlıqlarının sınağı laboratoriyasının müdiri İkram Kərimov və həmin laboratoriyanın elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru Təqsirləndirilən şəxs3 birlikdə sonuncunun tanışı Şahid6 yüksək gərginlikli yeraltı kabel xəttində baş vermiş nasazlığın aradan qaldırılmasına dair xahişi ilə həmin cəmiyyətə məxsus xüsusi avadanlıqlarla təchiz edilmiş laboratoriya avtomobili ilə həmin əraziyə gəlmiş, təmir işləri üçün "xxxx" ASC-dən rəsmi icazə almaq lazım olduğu halda icazə almadan kənar şəxs kimi elektrik qurğularına daxil olmuş, təşkilati və texniki tədbirlərin görülməsini təmin etməmiş, ərazidə başqa işçi qrupu tərəfindən nasazlığın aradan qaldırılması üçün işlərin görülüb-görülməməsini dəqiqləşdirməmişlər. Bundan sonra onların hər ikisi öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirməyib lazımi nəticə çıxarmamış, öz hərəkətlərini bir-birləri ilə uzlaşdıraraq Təqsirləndirilən şəxs3 kabelin digər tərəfi olan “X36” ASC-nin ərazisindəki "xxxx" ASC-nin paylayıcı qurğusuna gedib gərginliyin verilməsi ilə bağlı onun komandasını (işarəsini) gözləyən Təqsirləndirilən şəxs5 belə komandanı verəndən sonra sonuncu laboratoriya vasitəsilə kabel xəttinə 4,5 kv. yüksək sınaq gərginliyi vermiş, bu zaman həmin ərazidə tapşırığı yerinə yetirərək kabel xəttində təmir işləri aparan, gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatını, qaydalarını pozmayan və elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərini alan "xxxx" ASC-nin X20 və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Zərərçəkmiş şəxs ölmüşdür. Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 tərəfindən kənar şəxs kimi "xxxx" ASC-nin elektrik qurğularına (şəbəkələrinə) daxil olaraq rəsmi icazə alınmadan əməliyyatlar aparılması və belə əməliyyatların aparılması zamanı «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»-nın və «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın tələblərinin pozulması məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəylərində, bədbəxt hadisə ilə bağlı təhqiqat və istehsalatda baş vermiş bədbəxt hadisə haqqında aktlarda öz əksini tapmışdır. Bu da onu göstərir ki, Zərərçəkmiş şəxs həmin istehsal sahəsinə aidiyyətinin olubolmamasından asılı olmayaraq, əməllə, yəni yüksək gərginliyin verilməsi ilə nəticə, yəni Zərərçəkmiş şəxs belə gərginliyin verilməsi səbəbindən ölməsi arasında səbəbli əlaqənin olmuşdur. Bundan başqa, qeyd olunduğu kimi, məhkəmə təhlükəsizlik texnikası ekspertizalarının rəylərinə əsasən, "xxxx" ASC-nin Xırdalan və X19 və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu tərəfindən naryad-buraxılış və ya sərəncam tərtib edilmədən təmir işlərinin təhlükəsiz görülməsi təşkil olunmamış, bu işlərə rəhbərlik edən "xxxx" ASC-nin X19 və Satışı İdarəsinin X22 mühəndisi Təqsirləndirilən şəxs1 müvafiq qadağanedici plakatlar asılmasını və iş yerində təmir olunan kabel xəttinin gərginlik verilə bilən hər tərəfindən səyyar torpaqlanmanın qoyulmasını təmin etməmişdir. Cinayət işi materiallarından da göründüyü kimi, 11 nömrəli paylayıcı qurğudan qidalanaraq “X36” ASC-nin ərazisindəki transformatorları qidalandıran kabel xəttində təmir işlərinə başlanmazdan əvvəl iş yerinin hazırlanması, yazılı naryad-buraxılışların və sərəncamların yazılması təşkil olunmamış, iş yerinə gərginlik verilməsinin qarşısını alan zəruri tədbirlərin görülməsi, əks transformasiya ilə gərginlik verilməsi imkanlarını istisna edən tədbirlərin yerinə yetirilməsi, müvafiq qadağanedici plakatların asılması, kabel xəttinin gərginlik verilə bilən hər tərəfdən torpaqlanması təmin edilməmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X19 və Satışı İdarəsi İstismar Şöbəsinin rəisi Təqsirləndirilən şəxs4 Abşeron rayonu, MD-23 qəsəbəsindəki "xxxx" ASC-nin ərazisindən keçən və “X36” ASC-nə məxsus olmaqla balansında olan yüksək gərginlikli yeraltı kabel xəttində baş vermiş nasazlıqla bağlı naryad-buraxılışa sərəncam verməyə və iş rəhbəri olmağa, iş yerini hazırlamağa, işə buraxılış verməyə və operativ əməliyyat aparmağa icazəsi olduğu halda, müvafiq prosedurlara riayət etmədən bütün cərəyan daşıyan hissələrdən, o cümlədən kabel xəttinin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında bütün birləşmələrdə bir naryad əsasında işlərin yerinə yetirilməsinin mümkünlüyü, fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarında işlərin yalnız yazılı naryad-buraxılışlar və sərəncamlarla, işlərin siyahısı tərtib edilərək iş yerinin hazırlanması ilə icra edilməli olmasına, iş zamanı nəzarətin təşkili və işlərin təhlükəsizliyinin təmin edilməli olmasına, naryad verən, iş yerinin hazırlanması üçün icazə və buraxılış verən şəxs kimi işlərin təhlükəsiz aparılmasına, qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində əməyin və tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etməyə cavabdeh şəxs olmasına baxmayaraq bu tələbləri pozmuş, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və lazımi nəticə çıxarmaq qabiliyyətinin olmasına baxmayaraq, öz işinə cinayətkarcasına etinasız yanaşıb açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməyərək, müvafiq naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsini təºkil etmədən nasazlığın aradan qaldırılması üçün şifahi göstəriş vermiş və 09 avqust 2021-ci il tarixdə şöbənin elektrik-montyoru Zərərçəkmiş şəxs tərəfindən əraziyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs4 bu müddətdə müvafiq sənədləşmə işlərinin aparılması üçün kifayət qədər vaxtı olsa da, səhəri gün, yəni 10 avqust 2021-ci il tarixdə saat 10:30 radələrində həmin şöbənin mühəndisi Təqsirləndirilən şəxs1 nasazlığın aradan qaldırılması üçün təkrarən şifahi göstəriş verməklə kifayətlənmişdir. Bu şifahi göstərişin icrası ilə bağlı həmin şöbənin mühəndisi Təqsirləndirilən şəxs1 da heç bir rəsmi sənədləşdirilmə aparılmadan şöbənin elektrik-montyorları tərəfindən görülən işlərə rəhbərlik etmiş, bu zaman X20 və Satışı İdarəsinin İstismar Şöbəsinin rəisi Şahid11 vasitəsilə həmin şöbənin növbətçi dispetçeri Rövşən Salahov tərəfindən “Paylayıcı Qurğu- 11”-dən xəttin açılmasına və torpaqlamanın verilməsinə nail olmuş, bundan sonra o, da hazırlanmış iş yerinin tam hazırlıq tədbirlərində nəzərdə tutulan tələblərə və naryadda xüsusi göstəriş verilən tədbirlərlə uyğunluğuna, torpaqlanma qurğusunun, bağlayıcı qurğuların təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan çəpərlənmə, təhlükəsizlik plakatlarının (nişanlarının) qoyulmasına, işlərin təhlükəsiz aparılmasına və təhlükəsizlik üzrə qaydalara riayət edilməsinə cavabdeh olmasına, elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün zəruri açılmaların aparılmasına, kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində iş yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlərin görülməsinə, kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatların asılmasına, torpaqlanma qoyulmasına, torpaqlanma bıçaqlarının olmadığı yerlərdə səyyar torpaqlanma qurğusunun quraşdırılmasına, “torpaqlanma” göstəricisi plakatlarının asılmasına, lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələrin çəpərlənməsinə və təhlükəsizlik plakatlarının asılmasına, gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının işlər aparılan yerlərinə kommutasiya aparatları vasitəsilə gərginlik verilə biləcək hər tərəfdə gözlə görünən qırılmanın olmasına, belə elektrik qurğularında kommutasiya aparatları vasitəsilə iş yerinə gərginlik verə biləcək səhv və ya özbaşına qoşulmaların qarşısını almaq üçün yük ayırıcılarının, aralayıcılarının, açarlarının əl intiqalları açılmış vəziyyətdə mexaniki qıfılla bağlanmasına, müvafiq qadağanedici plakatların asılmasına; iş yerinə gərginliyin verilməsini istisna etmək üçün üzərində “qoşma! adamlar işləyir!” plakatının asılmasına; kommutasiya aparatlarının intiqalları, həmçinin kabel xəttində işləmək üçün açılması istifadə olunan kommutasiya aparatlarının açarlarında və düymələrində işləyən briqadanın sayından asılı olmayaraq “qoşma! xətdə işlər gedir” sözləri qeyd olunan plakatın asılmasına; gərginliyi 1000 V-dan yüksək olan elektrik qurğularında cərəyan daşıyan hissələrin bütün fazalarının (qütblərin) işlər üçün açılmış sahənin gərginlik verilə biləcək hər tərəfindən torpaqlanmalı olmasına, muftaları açmazdan və yaxud kabeli kəsməzdən əvvəl kabelin dövrədən açılmasına və gərginlik verilə bilən hər tərəfdən torpaqlanmalı olmasına, habelə əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etməli olmasına baxmayaraq, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs olmaqla öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməklə mövcud şəraiti düzgün qiymətləndirməmiş və lazımi nəticə çıxarmaq qabiliyyəti olsa da, öz işinə cinayətkarcasına etinasız yanaşmış, açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməyərək müvafiq qadağanedici plakatlar asılmasını və iş yerində təmir olunan kabel xəttinin gərginlik verilə bilən hər tərəfindən səyyar torpaqlamanın qoyulmasını təmin etmədiyinə görə kabelin digər tərəfi olan “X36” ASC-nin ərazisində olan paylayıcı qurğudan insan həyatı üçün yüksək təhlükə yaradan kabel xəttinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar şəxs kimi "xxxx" ASC-dən rəsmi icazə almadan ona aid elektrik qurğularına (şəbəkələrinə) daxil olub "xxxx" ASC-nə məxsus laboratoriya vasitəsilə 4,5 Kv yüksək sınaq gərginliyinin verilməsi nəticəsində "xxxx" ASC-nin ərazisində verilmiş tapşırığı yerinə yetirərək həmin kabel xəttində təmir işləri aparan və gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatı və qaydalarının tələblərini pozmayan şöbənin elektrik-montyoru Zərərçəkmiş şəxs elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq ehtiyatsızlıqdan elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurmasından ölmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxslər olmuş və onların öz vəzifə borclarına yuxarıda göstərilən formada cinayətkarcasına etinasız yanaşmaları ehtiyatsızlıqdan elektrik-montyoru Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Qeyd olunanlar həm iş üzrə dindirilmiş şəxslərin ifadələrə, həm də məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyi ilə də təsdiq olunur. Həmin rəyə əsasən məhkəmə eksperti naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsi təşkil olunmadığına görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 2.1.4, 2.3.2.1 bəndlərinin və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisinin vəzifə təlimatı»-nın 9, 12 bəndlərinin tələbləri "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) İstismar şöbəsinin rəisi tərəfindən, müvafiq qadağanedici plakatlar asılması və iş yerində təmir olunan kabel xəttinin gərginlik verilə bilən hər tərəfindən səyyar torpaqlanmanın qoyulması təmin edilmədiyinə görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.13, 3.1.1.1, 3.1.1.4, 3.1.1.5, 3.1.3.2, 3.1.3.3, 3.1.5.5, 3.2.12.7 bəndlərinin və Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin mühəndisinin vəzifə təlimatının 4-cü bəndinin tələbləri işlərə rəhbərlik edən "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSS) X22 mühəndisi tərəfindən pozulduğu qənaətinə gəlmişdir. Bundan başqa, qeyd olunan ekspertiza rəyində digər şəxslərin, yəni "xxxx" ASC-nin X20 və Satışı İdarəsi (ETSS) X22 rəisi növbətçi olmuş elektrik montyoru Təqsirləndirilən şəxs2 əməlinə (hərəkət və ya hərəkətsizliyinə) də hüquqi qiymət verilmiş, həmin rəyə əsasən, naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsi təşkil olunmadığına görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2, 2.1.4, 2.3.2.1 bəndlərinin və «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 Kv-luq İstismar şöbəsinin rəisinin vəzifə təlimatı»-nın 9, 12 bəndlərinin tələbləri "xxxx" ASC-nin X20 və Satışı İdarəsi İstismar Şöbəsinin rəisi tərəfindən, naryad-buraxılış (sərəncam) olmadan eyni iş yerinə bir-biri ilə əlaqələndirmədən iki işçi briqadanı buraxdığına görə, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»-nın 2.1.1, 2.1.2 bəndlərinin və “Şəbəkə rayonlarının SƏB İ şəxsinin vəzifə təlimatı”-nın 3.9, 3.10 bəndlərinin tələbləri Xırdalan ETSİ-də növbətçi dispetçeri tərəfindən pozulmuşdur. Göründüyü kimi, “X36” ASC tərəfindən işlədiyi idarə ilə danışıqlar aparmaq səlahiyyəti verilmiş Şahid6 telefon vasitəsilə zəng edərək dəvət etdiyi laboratoriyanın Abşeron rayonu, MD-23 qəsəbəsindəki "xxxx" ASC-nin ərazisindən keçən və “X36” ASCnə məxsus olmaqla balansında olan 10 Kv-luq yüksək gərginlikli yeraltı kabel xəttində yaranmış nasazlığı aradan qaldırılması üçün “Paylayıcı Qurğu-11”-dən xəttin ayrılıb torpaqlama verilməsini istəmiş, eyni zamanda həmin nasazlığa görə mühəndis Təqsirləndirilən şəxs1 hadisə baş vermiş ərazidən telefon zəngi ilə eyni xarakterli müraciət etmiş, Təqsirləndirilən şəxs2 tərəfindən ekspert rəyində qeyd edilən təhlükəsizlik texnikası qaydaları, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyində əks olunan “işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqları pozularaq onların hər biri öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazimi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görüb mövcud şəraiti düzgün qiymətləndirmək və nəticə çıxarmaq qabiliyyətlərinin olmasına baxmayaraq öz işlərinə cinayətkarcasına etinasız yanaşıb açıq formada laqeyd münasibət göstərib qeyd olunan xidməti vəzifələrini yerinə yetirməmişdir. Belə ki, Şahid11 müvafiq naryad-buraxılışın və ya sərəncamın tərtib edilməklə təmir işlərinin təhlükəsiz görülməsini təşkil etməyərək növbətçi dispetçer Təqsirləndirilən şəxs2 “Paylayıcı Qurğu-11”-dən möhürün açılaraq xəttin ayrılmasına və torpaqlama verilməsinə dair şifahi göstəriş vermiş, Təqsirləndirilən şəxs2 tərəfindən də eyni işin görülməsi ilə bağlı ayrı-ayrı şəxslərdən eyni xarakterli müraciətləri qəbul edib müraciət edənlərin bir işçi briqadası olduğunu zənn etməklə kifayətlənib onların şəxsiyyətləri, məlumatın mənbəyi, təmir işlərinin aparılması üçün cəlb edilmiş işçi briqadaları barədə ətraflı məlumatlar əldə etmədən və onları bir-biri ilə əlaqələndirmədən, naryad-buraxılış və ya sərəncam olmadan qeyd olunan nasazlığın aradan qaldırılması ilə bağlı işlərin görülməsinə iki ayrı-ayrı işçi briqadasını buraxmış, bununla da Təqsirləndirilən şəxs2 işlərin icrasına laqeyd münasibət göstərib qulluq vəzifələrini yerinə yetirmək üçün real imkanları olduğu halda öz məsuliyyətini dərk etməyərək xidməti vəzifələrini lazımi qaydada, yəni tam yerinə yetirməməklə səhlənkarlıq etmiş və nəticədə mühəndis Təqsirləndirilən şəxs1 tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi həmin qaydalara riayət edilməməsi səbəbindən kabelin digər tərəfi olan “X36” ASC-nin ərazisində olan paylayıcı qurğudan insan həyatı üçün yüksək təhlükə yaradan kabel xəttinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar şəxs kimi "xxxx" ASC-dən rəsmi icazə almadan ona aid elektrik qurğularına (şəbəkələrinə) daxil olub "xxxx" ASC-nə məxsus laboratoriya vasitəsilə 4,5 Kv yüksək sınaq gərginliyinin verilməsindən sonra "xxxx" ASC-nin ərazisində tapşırığı yerinə yetirərək həmin kabel xəttində təmir işləri aparan və gərginliyin verilməsindən xəbərsiz olan, müvafiq peşə təlimatı və qaydalarının tələblərini pozmayan "xxxx" ASC-nin X19 və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Zərərçəkmiş şəxs elektrik sahəsinə malik naqillə kontaktından əmələ gələn həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurmasından ehtiyatsızlıqdan ölmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzasız qalacaqlarına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışlar, onların ifadələri özlərini müdafiə xarakteri daşıyır və belə ifadələr verməklə onlar, məsuliyyətdən yayınmaq istəyirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs4 Xoşsürət oğluna cəza təyini zamanı hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən onun Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun və Təqsirləndirilən şəxs1 ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətmələri, təqsirkarların cəzasını yüngülləşdirən halları, onların şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətmələrini, cəzalarının yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onlara qarşı şikayət və tələbin olmamasını, cəzalarının ağırlaşdıran halların isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışlarını və təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmənin məqsədi cinayət əməli törətmiş Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun və Təqsirləndirilən şəxs1 şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla onun qanunatabe vətəndaş ruhunda inkişafına kömək etməkdir. Xüsusi olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzanın əsas məqsədi onların cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, onların cinayətkar mühitdən uzaqlaşdırılması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınmasıdır. Bu cür cəzalandırma onların hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onun fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Xoşsürət oğluna və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barələrində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs5 cəza təyini zamanı hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini, himayəsində (xx.xx.2022-ci il təv. Mirac Rəhimov və xx.xx.2022-ci il təv. Miray Rəhimova) iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətmələrini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzalarının yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxslərin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...”. Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxslərə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Xoşsürət oğlunun, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərlə barışmışdır; maddi sübut qismində tanınmış videomaterial saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs geyim əşyaları (jileti, şalvarı, papağı, maykası, bir cüt əlcəyi) zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, təmir alətləri və hadisə yerindən götürülmüş kauçuk boru "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) İstismar şöbəsinə qaytarılmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs4 Xoşsürət oğluna, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 adi hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adi hissədə isə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmişin hüquqi varisinin nümayəndəsi X9 nümayəndəsi vəkil Müdafiəçi5 baş vermiş cinayət nəticəsində mülki cavabdehlər – X24, Şahid6, Şahid4, Şahid11, Şahid5 və Şahid4 hər birindən maddi və mənəvi zərərin əvəzi olaraq 10.000 manat olmaqla ümumilikdə 60.000 manat məbləğində pul vəsaitinin tutulması barədə cinayət prosesində mülki iddia qaldırmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu tutulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, bununla bağlı sübutlarını, yəni məhz fiziki və mənəvi sarsıntılar keçirməsi, mənəvi zərər alması, mülki cavabdehlər tərəfindən törədilmiş əməllə mənəvi zərər arasında səbəbli əlaqənin olması ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması barədə tələbləri baxımından yanaşıldıqda, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə istintaqı zamanı mülki iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia ərizəsinin verilməsi barədə dövlət rüsumunun ödənilməsinə dair qəbz ərizəyə əlavə edilməmişdir. Ona görə də mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxslərin onlara elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalı, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxsin hüquqi varisi mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs4 Xoşsürət oğlu Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 Xoşsürət oğluna təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 il 06 ay müddətinə sınaq müddəti müəyyən edilsin. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək təqsirləndirilən şəxsin üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 il 06 ay müddətinə sınaq müddəti müəyyən edilsin. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək təqsirləndirilən şəxsin üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 il 06 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. İş üzrə maddi sübut qismində tanınmış videomaterial saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Zərərçəkmiş şəxs geyim əşyaları (jileti, şalvarı, papağı, maykası, bir cüt əlcəyi) zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, təmir alətləri və hadisə yerindən götürülmüş kauçuk boru "xxxx" ASC-nin X19 və Satışı İdarəsi (ETSİ) İstismar şöbəsinə qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs4 Xoşsürət oğluna, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 adi hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adi hissədə isə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-9/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-9/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver