Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-9/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1981-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşqul olan, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu Şirin Mirzəyev küçəsi ev 44-də kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etməklə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ********** nömrəli çıxarışla X2 məxsus 0,02 ha torpaq sahəsini yalandan özünə məxsus torpaq sahəsi kimi təqdim edib aldadaraq satmaq adı ilə sonuncudan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinin qarşısında 6000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 6000 manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2020-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə Reyestr xidmətinin Abşeron rayon ərazi idarəsində torpaq sahələrinin planlarında dəyişiklik etdirməklə çıxarış və plan üzrə düzgün yerləşməsini təmin edəcəyini vəd verib aldadaraq həmin torpaq sahəsinə sərəncam verilməsi və sənədləşmə işlərinin aparılması barədə Zərərçəkmiş şəxs1 etibarnamə alaraq,sonucunun icazəsi olmadan ona məxsus torpaq sahəsinin 0,02 hektarını xx.xx.2020-ci il tarixdə hər sotunu 2500 manat olmaqla 5000 manata Şahid2,0,04 hektarını xx.xx.2020-ci il tarixdə hər sotunu 2500 manat olmaqla 10000 manata Bakı şəhəri,Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 39 saylı notariat ofisində Şahid1 sataraq Zərərçəkmiş şəxs1 21000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində sahibi məlum olmayan 0,03 ha torpaq sahəsini göstərib sahibi tərəfindən satışa qoyulduğunu yalandan bildirərək mülkiyyətə dair heç bir sənəd təqdim etmədən satmaq adı ilə sonuncudan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisində 5000 manat, həmin torpağın sənəndləşdirilməsi üçün əlavə 350 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 5350 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyi və dövlət büdcəsinə vurulmuş ziyanın 25 % həcmində ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, özünə məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən torpaq sahəsini 2019-cu ilin oktyabr ayında internet səhifəsində satış üçün elana qoymuşdur. Həmin elanla bağlı Zərərçəkmiş şəxs3 adlı şəxs onun telefon nömrəsinə zəng edib torpaqla maraqlanmış və sonra birlikdə Məmmədli kəndində yerləşən ona məxsus torpaq sahəsinə getmişlər. Orada Zərərçəkmiş şəxs3 torpaq sahəsinə baxdıqdan sonra 2 sot torpaq sahəsini istədiyini bildirdi.O da Məmmədli kəndində ona məxsus olan 2 sot torpaq sahəsinin Zərərçəkmiş şəxs3la qiymətini 6000 manat razılaşıb səhəri günü, yəni xx.xx.2019-cu il tarixdə Xırdalan şəhərində yerləşən 1 saylı notariusda aralarında alqı satqı müqaviləsi bağlanmış, həmin vaxtı orada Zərərçəkmiş şəxs3 6000 manat pul almışdır. Sonradan Zərərçəkmiş şəxs3 ona zəng edib Hüseyn adlı şəxs həmin torpaq sahəsinin ona məxsus olduğunu deyib tikinti aparmağa icazə vermədiyini demişdir. O da Zərərçəkmiş şəxs3 narahat olmamasını, özü Hüseynlə məsələni həll edəcəyini demiş, lakin başı qarışıq olduğu üçün Hüseynlə danışmamışdır. Ceyhun adlı şəxs Abşeron rayonu Məmmədli kəndində 7 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin yaxınlığında ona məxsus torpaq sahəsi var. Həmin zonada olan torpaq sahələrində sürüşmə olduğu üçün torpaq sahəsini sata bilməmişdir. Bunun üçün Ceyhunun nömrəsini tapıb Ceyhunun istifadəsində olan mobil nömrəyə zəng edib təxminən 2020-ci ilin avqust ayında görüşmüş və onun da həmin ərazidə torpaq sahəsi olduğunu bildirmişdir. Lakin, həmin torpaq sahəsində sürüşmə olduğu üçün o torpaq sahəsini sata bilmir. Eyni zamanda Ceyhun Süleymanovun da torpaq sahəsi sürüşmə zonasında olduğunu və gedib bu sürüşmələri həll etmək lazım olduğunu demişdir. Ceyhun onunla razılaşıb vaxtı olmadığını qardaşına deyib onunla görüşəcəyini, sonra gedib reyester xidmətindən həmin torpaq sahəsinə əməkdaş gətirməklərini, əgər məsələ onun dediyi kimidisə kömək edəcəyini bildirmişdir. Bundan sonra o adının unutduğu Ceyhun Süleymanovun qardaşının iştirakı ilə həmin torpaq sahəsinə reyester əməkdaşı çağırmış, reyester xidmətinin əməkdaşı gəlib əraziyə baxdıqdan sonra həmin ərazidə sürüşmənin olduğunu Ceyhunun qardaşının yanında demişdir. Bundan sonra Ceyhuna bu barədə demiş, Ceyhun isə vaxtı olmadığını, ona eibarnamə verə biləcəyini və özü gedib bu məsələni həll etməyini demişdir. O da Ceyhun Süleymanovla razılaşmış və birlikdə Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontoruna getmişlər. X4 arvadı Anida xanım torpaq sahəsini onun adma baş etibarnamə vermişdir. Ceyhun və xanımı Anidaya 2 aya qədər məsələni həl edəcəyimi demişdir. Etibarnaməni aldıqdan sonra Anida xanımın ona verdiyi etibarnamə əsasında öz Məmmədli kəndində yerləşən torpaq sahəsini 4 sotunu bir şəxsə digər 2 sotunu isə digər şəxsə satmışdır. Həmin torpaq sahəsinin 1 sotunu 2000 manatdan satmışdır. Bundan sonra satdığı 6 sot torpaq sahəsinin və Ceyhundan etibarnamə aldığı 7 sot torpaq sahəsinin sənədlərini düzəltmək üçün 2020-ci ilin sentyabr ayının sonlarında Abşeron rayon Reyester xidmətinə müraciət etmişdir. 1 ay sonra həmin yerə baxış keçirildiyini və sənəd verə bilmədikləri barədə cavab verilmişdir. Bundan sonra öz torpağını satdığı şəxslərlə guya sənədləri düz vermədiyi üçün aralarında mübahisə düşmüşdür. Bundan sonra həmin şəxslər özləri müraciət etsələr də sənəd ala bilməmişlər. Səbəb isə qonşuluqda olan torpaq sahəsinin sahibi X3 rayon məhkəməsindəki işinin olması olmuşdur. Məhkəmənin qərarından sonra sənədləri düzəldib verə biləcəyini demişdi. Ceyhun İsmayılovun torpaq sahəsini heç kimə satmamış, sadəcə olaraq ona verdiyi sənəd əsasında öz torpaq sahəsini başqa 2 nəfər Şahid1 və Şahid2 adlı şəxslərə 1 sotunu 2000 manata satmışdır. 2020-ci ilin noyabr ayının ortalarında İlhamə adlı qadın onun əlaqə saxlayıb torpaq sahəsi almaq istədiyini bildirmişdir. Ona tanışlıq verəndən sonra demiş ki, görüşmək lazımdır, torpaq çoxdur. O Abşeron rayonu Məhəmmədli kəndinə 2020-ci ilin noyabr ayının 19-da İlhamə adlı qadınla görüşmüş, ona Məmmədli kəndində bir nəfər tanışı və Rusiyada yaşayan Azad Məmmədov adlı şəxsə məxsus 3 sot torpaq sahəsi göstərmişdir. İlhamə torpaq sahəsini bəyənib almaq istədiyini demişdir. Həmin torpaq sahəsini ona 5000 manata satmağa razılaşmışdır. Danışmışlar ki, pulu verəndən sonra sənədləşmə işləri aparacaq. Səhərisi günü yəni 20 noyabr 2020-ci il tarixdə danışdıqları kimi səhər saat 09 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontoruna getmişlər. İlhamə ona 5000 manat pul vermiş və aralarında borc müqaviləsi bağlanmışdır. Notariusda həmçinin ona demiş ki, sənədləşmə işlərinin aparılması üçün əlavə olaraq 350 manat pul lazımdır. İlhamə də razılaşmış və 350 manatı ona vermişdir. Sonra o tək reyestr xidmətinə getmiş və ona bildirildi ki, xəritələr işlənir sənədlərin verilməsi hələlik mümkün deyil. O da həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Hər dəfə reyestr xidmətinə gedəndə vaxt uzadıldığı üçün o da İlhaməyə bu barədə məlumat verirmiş. Azad adlı şəxs Rusiyadan gəlmədiyi üçün problem yaranmışdır. Məsələ 2022-ci ilin aprel ayına qədər uzanmış, İlhamənin sənədlərini verə bilməmiş və pulunu da qaytara biməmişdir.Sonra ona məlum olmuş ki, İlhamə polisə şikayət etmişdir. 2022-ci ilin sentyabr ayının axırlarında İlahəmənin oğlu Elmirin adına 5000 manata aldığı 3 sot torpaq sahəsini keçirmişdir. İlhamə də oğlu Elmirin adma reyestr xidmətindən çıxarış almışdır. Zərərçəkmiş şəxs1 torpaq sahəsini Azad Məmmədovdan aldığını bilməmişdir.Onların torpaq sahəsinin Azada məxsus olduğunu da bilmirmiş. Azada məxsus orda çoxlu torpaq sahələri var. Azad Rusiyada yaşayır və hazırda da Azərbaycanda deyil. Azada məxsus torpaq sahəsini Zərərçəkmiş şəxs2 göstərərkən özünə adi olduğunu demişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 ifadəsində iddia tələbini müdafiə etdiyini göstərmişdir. Məhkəmə elektron sistemi vasitəsilə Müdafiəçi2 tərəfindən göndərilən ərizədən ki, hazırda nümayəndəsi olduğu şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, 21000 (iyirmi bir min) manat məbləğindəki maddi ziyanın və 5000 (beş min) manat məbləğindəki mənəvi ziyanın təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilən zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ceyhun Süleymanov onun həyat yoldaşıdır. Onlar 2015-ci ilin təxminən yanvar ayında Abşeron rayonu Məmmədli kəndi ərazisində 17500 manata özlərinə fərdi yaşayış evi tikmək məqsədi ilə 0,7 sot torpaq sahəsi X1 almışlar. Həmin torpaq sahəsini yoldaşı onun adına rəsmiləşdirmişdir. Yəni, torpaq sahəsinə çıxarış alıb onun adına keçirtmişdir.Onlar həmin torpaq sahəsini alsalarda orada heç bir tikinti işləri aparmamışlar. Təxminən 2020-ci ilin avqust ayının əvvəllərində əvvəllər tanımadıqları Rahib adlı şəxs yoldaşı Ceyhunun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinə zəng edərək, onların aldıqları torpaq sahəsinin qonşuluğundakı torpaq sahələrini başqa şəxslərə satıb sadəcə olaraq orada sürüşmə olduğu üçün həmin torpaq sahələrinə görə çıxarış ala bilmədiyini demişdir. Eyni zamanda həmin şəxs sürüşmə olan torpaq sahəsinin müəyyən hissəsi onların yerlərinə də keçdiyini bildirmişdir. Bu səbəbdən Rahib adlı şəxs həm onlardan həmdəki, digər qonşulardan etibarnamə alıb oradakı sürüşməni aradan qaldıracağını, sonra isə yeni koordinatlarla çıxarış alıb sənədləri geri qaytaracağını bildirmişdir. Bundan sonra 2020-ci ilin avqust ayının təxminən ortalarında onlar Rahibə inanıb Xırdalan şəhərində yoldaşı Ceyhunun yanında görüşüb 1 saylı notarial kontoruna etibarnamə vermək üçün getmişlər. Həmin vaxtı o, Rahib adlı şəxsə həmin torpaq sahəsinə görə etibarnamə vermişdir ki, sürüşməni aradan qaldırsın. Eyni zamanda etibarnamə ilə yanaşı o, yoldaşı Ceyhunun yanında torpaq sahəsinə aid olan çıxarışı da Rahibə vermişdir. Bundan sonra Rahib 2 ay ərzində sürüşməni aradan qaldırmağına vaxt lazım olduğunu demişdir. Təxminən 2 ay sonra Rahib sürüşməni aradan qaldırmadığı üçün yoldaşı Ceyhun Rahibə zəng edib niyə verdiyi sözə əməl etmədiyini soruşmuş, Rahib satdığı torpaq sahiblərinin bir neçəsi rayonda olduqları üçün və torpaq sahiblərinin hamısı bir yerdə olmaları lazım olduğunu, səbirli olmaqlarını və qısa müddət ərzində məsələni həll edəcəyini bildirmişdir. Həmin vaxtdan bu günə kimi müddət keçsədə Rahib onlara verdiyi vədə əməl etməmiş, onlara məxsus torpaq sahəsini başqa tanımadığı 2 nəfər şəxsə bölüb müəyyən məbləğ miqdarında satmışdır. Bununla da Rahib onlara qarşı dələduzluq etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o və qardaşı Poladla birlikdə özlərinə torpaq sahəsi alıb ev tikmək istəmişlər. 2019-cu ilin avqust ayında internetlə elanlara baxanda Rahib adlı şəxsin torpaq alqı-satqısı ilə məşqul olduğunu öyrənib mobil telefonuna zəng vurmuşdur. Rahib danışanda Tovuzdan olduğu məlum olmuşdur. Rahiblə danışıb görüşmüş, Rahib onları Məmmədli kəndinə aparmışdır. Orada onlara 2 sot torpaq sahəsi göstərib həmin torpaq sahəsi Rahib özünə məxsus olduğunu demişdir. Onlar torpaq sahəsinin yerləşdiyi ərazini bəyənmiş və 6000 manata almağa razılaşmışlar. 2019cu ilin hazırda yadında qalmayan tarixdə günorta saatlarında o və qardaşı Rahiblə Xırdalan şəhərində olan notariusun yanında görüşmüşlər. Notariusun qabağında Rahibə 6000 manat pul vermişdir. Rahib onlara sənəd verəcəyini söz verməsinə baxmayaraq 3-4 aydan sonra onlara sənəd vermişdir. Onlar da tikməyə başlamışlar. Tikən zamanı bir nəfər Hüseyn adlı şəxs gəlib onlara həmin torpaq sahəsinin onun olduğunu bildirmişdir. Onlar Rahiblə əlaqə saxlamış və nə baş verdiyini soruşanda onlara həmin sahədə torpaqlarda sürüşmə olduğunu, həmin sürüşmə ilə bağlı məşqul olduğunu bildirmişdir. Torpaq sahəsinin çıxarışını versədə, sonra onlar verilən sənədlər hamısı üst üstə düşdüyünü öyrənmişlər. Torpaq sahələri bir- birinə qarışmışdır. Hal-hazırda onlar orada ev tiksələrdə Hüseyn adlı şəxs torpaq sahəsi ona məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını, dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2020-ci ilin noyabr ayının ortalarında oğlu Elmirə torpaq sahəsi almaq istəmiş, bu məqsədlə xalası oğlu Əli ilə danışanda ona təxminən 10 il əvvəl makler Rahib adlı şəxsdən torpaq sahəsi aldığını demiş və ona Rahibin nömrəsini vermişdir. O, Rahibə zəng vurmuş və Rahibə torpaq almaq istədiyini bildirmişdir. Rahib ona görüşmək lazım olduğunu, torpaq sahələrinin çox olduğunu demişdir. O, Abşeron rayonu Məhəmmədli kəndinə getmiş və orada Rahiblə 2020-ci ilin noyabr ayının 19-da görüşmüşdür. Rahib ona kənddə 3 sot torpaq sahəsi göstərib həmin torpaq sahəsi bacısının adma olduğunu, həmin torpaq sahəsini 5000 (beş) min manata satıldığını demişdir. O, heç vaxt torpaq sənədləşməsi aparmadığı üçün bu işlərlə bir o qədər də başı çıxmadığını Rahibə demişdir. Rahib pulu verən kimi sənədləşmə işlərini aparacağını bildirmişdir. Səhərisi günü, yəni 20 noyabr 2020-ci il tarixdə danışdıqları kimi notariusa getmək üçün səhər saat 09 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontoruna getmişlər. Rahib ona 5000 manatı verəndən sonra sənədləşmə işləri aparmağa başlayacağını, əgər inanmırsa aralarında borc müqaviləsi bağlana biləcəyini demişdir. O, etiraz etməmiş və notariusda Rahibə güya 5000 manat borc verməyi ilə bağlı müqaviləyə imza etmişdir. Notariusda həmçinin Rahib ona sənədləşmə işlərinin aparılması üçün əlavə olaraq 350 manat pul lazım olduğunu bildirmişdir. O, da Rahibə inanıb orada 350 manatı Rahibə vermişdir. Bundan sonra Rahib 21 gün ərzində onun sənədləri qaydasına düşəcəyini və o, torpağa dair çıxarış alacağını bildirmişdir. 21 gündən sonra o, Rahibə zəng vıırmuş və maraqlananda Rahib ona Kovid xəstəliyi ilə əlaqədar idarələr işləmədiyini, bir qədər gözləmək lazım olduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayına qədər gözləmiş, lakin həmin tarix gəlib çatanda Rahiblə yenidən əlaqə saxlamış, Rahib idarələr hələ də fəailiyyət göstərmədiyini və 2021-ci ilin mart ayına kimi uzanacağını bildirmişdir. Mart ayında yenidən Rahiblə əlaqə saxlamış, lakin Rahib müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. O, Rahibin artıq vaxtı uzatmaqla məşqul olduğu və heç bir iş görmədiyi üçün onu aldatdığını başa düşmüşdür. 2022-ci ilin aprel ayına qədər o, Rahiblə dəfələrlə danışsa da aldığı torpağın sənədlərini ala bilməmişdir. Hətta ona bir neçə dəfə də pulunun qaytarmasını təklif etmiş, lakin Rahib pulunu da qaytarmadığı üçün o, aldanıldığını başa düşüb polisə ərizə ilə müraciət etmişdir.2022-ci ilin sentyabr ayının axırlarında Rahib onunla əlaqə saxlayıb bildirmiş ki,aldığı torpağın sənədləri alınmır,ona başqa yer təklif etmişdir.O razılaşmış və onunla görüşüb Məhəmmədli kəndinə getmişdir. Rahib ona başqa bir 3 sot torpaq sahəsi göstərmiş, həmin yeri bəyənmiş və oğlunun adma sənədləşdirilməsinə etiraz etməməyini bildirmişdir. Rahib ona demiş ki,bir neçə gün sonra notariusa və daşınmaz əmlakın reyeystr xidmətinə getməlidirlər. Bir neçə gün sonra yəni 2022-ci ilin sentyabr ayının axırlarında oğlu Elmirdən notariusdan adma etibarnamə alıb Rahiblə Xırdalan şəhərində yerləşən notariat kontorunda görüşmüşlər.Orada müvafiq sənədləşmə aparıldıqdan sonra birlikdə Abşeron rayon dövlət reyestr xidmətinə getmişlər. Orada onlara demişlər ki,sənədlər təxminən 20 günə hazır olacaq. xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətinin Abşeron rayon şöbəsinə getmiş və oğlunun adına olan 3 sot torpaq sahəsinin çıxarışını almışdır. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, ona qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayından tanıyır. Rahibdən Məmmədli kəndində yerləşən 4 sot torpaq sahəsini almış elə həmin vaxtdan tanımışdır. Aralarında hec bir ədavət və düşmənçilik olmamışdır. Şahid2 isə onun əmisidir. Əmisi də Rahibdən onun aldığı torpaq sahəsinin qonşuluğunda 2 sot torpaq sahəsi almışdır. Onlar həmin torpaq sahəsinin 1 sotuna görə Rahibə 2500 manat pul vermişlər. Yəni o, 10000 manat, əmisi isə 2 sota görə 5000 manat pul vermişdir. Onlar ilkin olaraq torpaq sahəsini Rahibdən alan zaman, Rahib onlara torpaq sahəsinin bütün sənədlərin olduğunu bildirmişdir. Bundan sonra onlar Rahiblə razılaşıb alqı-satqı etmək üçün 2020-ci ilin avqust ayının 19-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən notariusda alqı-satqı etmişlər. Həmin vaxtı orada Rahibə ümumilikdə 6 sot torpaq sahəsinə görə 15000 manat pul vermişlər. O, Anida xanımı və yoldaşı Ceyhunu tanımır, sonradan Anida xanım gilində onların torpaq sahəsinin yaxınlığında torpaq sahələri olduğunu və həmin torpaq sahələrində sürüşmə olduğunu bilmişdir. Yəni, Anida xanımın torpaq sahəsi onların torpaq sahələrinə sürüşmüşdür. Rahib Anida xanımdan həmin sürüşməni aradan qaldırmaq məqsədilə etibarnamə aldığını, lakin vədinə əməl etmədiyini sonradan eşitmişdir. Sonradan Rahib torpaq sahəsini Zərərçəkmiş şəxs1 aldığı etibarnamə əsasında onlarla alqı-satqı müqaviləsi bağlamışdır. Hazırda isə onun torpaq sahəsini mişar daşları ilə hasara almışdır. Qonşuluqda 1 hektar torpaq sahəsi olan Şakir Şahvələdov onları məhkəməyə verdiyi üçün məhkəmə prosesi getməsi ilə əlaqədar onlar torpaq sahələrinə çıxarış ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Beytulla oğlu ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək elan olunan ittihamda özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurduğu ziyanı ödədiyini, həmçinin dövlət nəfinə vurulmuş ziyanın 25%-ni ödədiyini nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici izahatı ilə bərabər, zərərçəkənlərin izahatı, şahid ifadəsi, işdə olan sənədlərlə tam sübutdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 32350 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 8100 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 178.2.2 maddəsi ilə təqsirli bilinib ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(00xxxx/2022 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CM-nin 73-1.2 maddəsinə əsasən xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarından göründüyü kimi hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisələri xx.xx.2019: xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə törədilməklə tarix etibarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.4 maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(00xx-xx/2022 saylı iş üzrə CM-nin 73-1.2 maddəsinə əsasən xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi barədə Qərarından daha əvvəl törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisələri xx.xx.2019: xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə törədilməklə tarix etibarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.4 maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(00xx-xx/2022 saylı iş üzrə CM-nin 73- 1.2 maddəsinə əsasən xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi barədə Qərarından daha əvvəl törədildiyindən, hazırkı cinayət işi üzrə zərərçəkənlərə dəyən ziyanı tam ödədyindən, habelə dövlət nəfinə Təqsirləndirilən şəxs cinayət nəticəsində 32350 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 8100 manat məbləğini dövlət büdcəsinə ödədiyindən hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 Təqsirləndirilən şəxs qarşı 21000 (iyirmi bir min) manat məbləğindəki maddi ziyanın və 5000 (beş min) manat məbləğindəki mənəvi ziyanın tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödənilməsi barədə mülki iddia qaldırmışdır. Hazırda göründüyü Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 ərizə ilə məhkəməyə müraciət edərk Təqsirləndirilən şəxs qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 iddia tələbi baxılmamış saxlanılsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-9/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-9/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver