Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-90/2021 06.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakıilə xx.xx.1957-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin 26 iyun 2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 24.06.2020-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivindəki fərdi evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib yetişdirməklə onun hissələrini satış məqsədi ilə toplamış, həmçinin 2020-ci ilin mart ayında Masallı rayonunda olarkən orada istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə tiryəki əldə etmiş, həmçinin bir ədəd üzərində cüzi miqdarda marixuananın hissəcikləri olan elektron tərəzini narkotik vasitələrlə birlikdə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi evinə daşıyaraq evin yataq otağında olan dolabın içərisində saxlamış, əkib becərərək topladığı narkotik vasitə qurudulmuş marixuananın iki ədəd kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0.485qr, 0.557qr, ümumi çəkisi 1.042 qram çəkidə olan hissəsini satış məqsədi ilə əynində olan qəşvəyi rəngli köynəyinin sol döş cibinə qoyaraq daşımış, 24.06.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli köynəyinin sol döş cibindən iki ədəd kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0.485qr, 0.557qr, ümumi çəkisi 1.042 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evinə baxış keçirilən zaman evin yataq otağında olan dolabın içərisindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı bir ədəd sellofan torbada 485.0 qram çəkidə, bir ədəd kağız bükümdə 0.792 qram çəkidə, yəni ümumilikdə 486.042 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 15.130 qram çəkidə tünd qəhvəyi rəngli qətrana bənzər narkotik xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək, bir ədəd üzərində cüzi miqdarda marixuananın hissəcikləri olan elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivindəki fərdi evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan 4 ədəd çətənə (kannabis) bitkisini əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 24.06.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirən zaman həyətin yan tərəfindən həmin 4 ədəd yaş halda ümumi çəkisi 320 qram çəkidə əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd pnevmatik tapançanı və ona məxsus 9 ədəd patronu, odlu silah olan bir ədəd Makarov tipli tapançanı və 40 ədəd patronunu, bir ədəd döyüş sursatı olan F-1 tipli əl qumbarasının dövdəsini və partlayıcısını, tapançaya məxsus üç ədəd komplekt hissəsi olan darağı qanunsuz əldə edib, yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi evinə daşıyaraq evin yataq otağında olan dolabın içərisində saxlamış, 24.06.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirən zaman yataq otağında olan dolabın içərisində qanunsuz olaraq saxlanalan bir ədəd SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı olan F-1 tipli əl qumbarası bir ədəd «ÜZRQM» tipli partlayıcısı ilə birlikdə, bir ədəd CM-4539M №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı Makarov konstruksiyalı odlu döyüş silahı olan tapança və həmin zavod üsulu ilə istehsal olunmuş, 9x16 mm kalibrli olmaqla həmin kalibrli Makarov, Steçkin konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı, döyüş sursatı olan 40 ədəd patron, 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ, bir ədəd Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli Voltran modeli, odlu silah hesab edilməyən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı səsli siqnal tapançası, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, «Voltran» modeli tapançanın komplekst hissəsi olan, 9 mm kalibrli siqnal tapançalarının saxlanması üçün nəzərdə tutulan texniki cəhətdən saz darağ, 09 ədəd xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, döyüş sursatı hesab edilməyən və istifadə üçün yararlı siqnal patronları polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1983-cü ildən etibarən narkotik vasitə olan marixuana və tiryəkdən istifadə edir. Bununla əlaqədar 2 dəfə məhkum olmuş, təxminən 2018-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə məntəqə tipli cəza çəkmə müəsisəsinə köçürülmüşdür. Bundan sonrada bədənində ağrılar olduğu halda narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. Belə ki, öz yaşadığı evin həyətində marixuana bitkisi əkib ona aqtotexniki qulluq göstərərək becərib bədənində ağrılar olduğu vaxtlar istifadə etmiş, əkdiyi narkotik vasitə marixuananı qurudub torbaya yığaraq istifadə etmişdir. Təxminən 2020-ci ilin mart ayında şəxsi işləri ilə əlaqədar Masallı rayonuna getmiş, orada tanımadığı şəxsdən 80 manat pul müqabilində narkotik vasitə hesab olunan tiryək almış, o, aldığı tiryəkdən bədənində ağrılar olduğu vaxlat istifadə etmiş, həmin aldığı tiryəkdən təxminən 10 dəfə istifadə etmişdir. Hər dəfə istifadə etdikdən sonra həmin narkotik vasitə tiryəki yaşadığı evdə ona aid otaqda dolabda gizlətmiş, tiryəklə bərabər marixuanadan da istidadə etmişdir. 24 iyun 2020-ci il tarixdə saat təxminən 20 radələrində evdə olduğu zaman polis əməkdaşları yaşadığı evə gəlmiş, ona narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda, kultivasiya etməkdə, evdə silah-sursat saxlamaqda şübhəli olduğu bildirilmiş, polis əmkdaşlarına yalan danışmağın mənası olmadığını başa düşmüş və onlara yaşadığı evdə və həyatyanı sahəsində axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan krem rəngli köyənəyin sol döş cibindən iki ədəd içərisində marixuana olan büküm aşkar olunaraq götürülmüş, üzərindən başqa əşya aşkar olunmamış, bundan sonra ondan evdə qanunla qadağan olunmuş əşya, predmet və maddələrin olub-olmaması soruşulmuş, o, səmimi olaraq evdə bağlamada narkotik vasitə marixuana, bükümdə tiryək və silah sursat olduğunu etiraf etmiş, bundan sonra onun iştirakı ilə həyatyanı sahəyə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin yan tərəfində 4 ədəd çətənə kolu aşkar olunmuş, həmin çətənə kollarını təxminən mart ayında əkmiş və onlara aqrotexniki qulluq göstərmişdir. Həmin çətənə kollarının diblərini suvarıb yumşaltmış, sonra yaşadığı evə baxış keçirilmiş və ona məxsus yataq otağında olan dolabdan sellafon torbada qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin marixuanı özünə məxsus olduğunu və ağrıları olduğu hallarda istifadə etdiyini bildirmiş, sonra baxış zamanı evdən Masallı rayonunda tanımadığı şəxsdən aldığı narkotik vasitə aşkar olunmuşdur. Baxış zamanı digər dolabdan bir büküm kağıza bükülmüş marixuana da aşkar olunmuş, baxış zamanı yaşadığı evdən 2 ədəd tapança, 3 ədəd daraq, 49 ədəd güllə və bir ədəd qumbara aşkar olunmuş, qeyd olunan maddələrin və silah sursatın özünə məxsus olduğunu demiş, aşkar olunmuş marixuananı öz həyətındə əkib becərmiş və qurudub öz istifadəsi üçün yığıb saxlamışdır. Aşkar olunmuş silah sursatı, qumbaranı, güllələri isə 1992-ci il tarixdə tanımadığı şəxsdən Sumqayıt şəhərində almış, həmin silah sursatdan hazırkı günə kimi istifadə etməmiş, həmin silah sursatları məqsədsiz şəkildə almış, bundan əlavə isə evindən elektron tərəzidə aşkar olunmuş, lakin həmin tərəzidən istifadə etməmiş, həmin elektron tərəzi uzun müddətdir ki, işləmir. Bundan sonra aşkar olunan narkotik vasitələr və silah sursatlar polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş çətənə bitkisi olan marixuananı öz həyətində özü istifadə etmək üçün 4 kol əkib becərmiş, tiryəki isə 2020-ci ilin mart ayında şəxsi işləri ilə əlaqədar Masallı rayonuna getdikdə orada həmin tiryəki tanımadığı şəxsdən 80 manat pul müqabilində öz istifadəsi üçün almış, şəxsi axtarış zamanı onun əynində olan krem rəngli köyənəyin sol döş cibində iki ədəd bükümün içərisində saxladığı marixuananı həyətində əkdiyi koldan dərib qurudaraq üzərində özü istifadə etmək üçün saxlamışdır. Aşkar olunmuş 1 ədəd Makarov tapançanı, 1 ədəd isə pnematik tapançanı, qumbaranı və tapançanın patronlarını 1992-ci ildə Sumqayıt şəhərində tanımadığı şəxsdən məqsədsiz şəkildə almış və öz evinin həyətində torpağa basdırıb saxlamış, bu barədə isə ailə üzvlərinin və digər şəxslərin məlumatı olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış ancaq, narkotik vasitəni özü qəbul etmək üçün alıb üzərində saxlamış, elektron tərəzini bir neçə müddət bundan əvvəl almış, lakin həmin tərəzi işləmədiyi üçün onu istifadə etməmiş, əvvəllər həmin tərəzi ilə aldığı narkotik vasitələri evdə qramını ölçmüş ki, kimsə onu aldatmasın, elektron tərəzi ilə başqa məqsədlə istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 24.06.2020-ci il tarixdə ünvan 2də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunla qadağan olunmuş narkotik vasitələrin əldə edilməsi, istifadəsi və satışı ilə məşğul olması, silah sursatları əldə etməsi və saxlaması, həmçinin qanunsuz olaraq narkotik vasitələri əkib becərməsi və kultivasiyası ilə məşğul olması barədə məxfi mənbədən məlumat daxil olmuş, həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Pİ-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili, Şahid3 Mürvət oğlunun, əməliyyat müvəkkili Ramin Rüstəmovun iştirakı ilə əməliyyat qrupu yaradılmış və Pİ-nin KTQ-nin inspektor-kriminalisti Knyaz Həsənov və aqronom kimi dəvət edilmiş Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, nömrəsiz evə getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş narkotik vasitələrin əldə edilməsi, istifadəsi və gəzdirməsi, silah sursatları əldə etməsi və saxlaması, həmçinin qanunsuz olaraq narkotik vasitələri əkib becərməsi və kultivasiyası ilə məşğul olmasında şübhəli olması bildirilmiş, Təqsirləndirilən şəxs evində müdafiəçinin iştirakı ilə üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmiş, Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan krem rəngli köyənəyin sol döş cibindən iki ədəd içərisində marixuana olan bükümləri təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı başqa saxlanılması qadağan olunan əşya aşkar olunmadığı üçün protokol tərtib edilmiş və aşkar edilmiş bükümlər qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı sonuncudan evdə qanunla qadağan olunmuş əşya, predmet və maddələrin olub-olmaması soruşulduqda, sonuncu səmimi olaraq evdə bağlamada narkotik vasitə marixuana, bükümdə tiryək və silah sursat olduğunu etiraf etmişdir. Baxış zamanı evdəki dolabdan 2 ədəd tapança, 3 ədəd daraq, 49 ədəd güllə və bir ədəd qumbara, həmçinin narkotik vasitə tiryək də aşkar olunmuş, Təqsirləndirilən şəxs tiryəki 2020-ci ilin mart ayında şəxsi işləri ilə əlaqədar Masallı rayonuna getdikdə orada həmin tiryəki tanımadığı şəxsdən 80 manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs qeyd olunan silah-sursatın özünə məxsus olduğunu bildirmiş, aşkar olunmuş silah sursatı, qumbaranı, güllələri isə 1992-ci il tarixdə tanımadığı şəxsdən Sumqayıt şəhərində aldığını, həmin silah sursatdan hazırkı günə kimi istifadə etmədiyini, həmin silah sursatları məqsədsiz şəkildə aldığını qeyd etmişdir. Daha sonra evdən elektron tərəzidə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin tərəzidən istifadə etmədiyini və həmin elektron tərəzinin uzun müddət işləmədiyini göstərmiş, bundan başqa evdəki dolabdan narkotik vasitə marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin marixuananı öz həyətındə əkib becərdiyini və qurudub öz istifadəsi üçün yığıb saxladığını göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakı və razılığı əsasında onun iştirakı ilə həyatyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı sonuncunun yaşadığı evin yan tərəfində 4 ədəd çətənə kolu aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin çətənə kollarını təxminən mart ayında əkdiyini və onlara aqrotexniki qulluq göstərdiyini demiş, həmin çətənə bitkisinin kollarına aqronomun iştirakı ilə baxış keçirdlikdə diblərinin suvarılıb yumşaldıldığı da müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildikdə yataq otağında olan dolabdan sellafon torbada qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin marixuanın da özünə məxsus olduğunu və ağrıları olduğu hallarda istifadə etdiyini bildirmiş, baxış zamanı evdən Masallı rayonunda tanımadığı şəxsdən aldığı narkotik vasitə də aşkar olunmuşdur. Bundan sonra aşkar olunan narkotik vasitələr və silah sursatlar qablaşdırılaraq götürülmüş və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurularaq, baxış keçirilməsi barədə protokol tərtib olundu, daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş paketi imzalarla təsdiq etmişlər. Əlavə olaraq göstərmişdir ki, aşkar edilmiş narkotik vasitələin və silah sursatların əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 Mürvət oğlu şahid Rasim Salaovun ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz üzümçülük fakultəsini bitirmiş, ali aqronom ixtisasını almışdır. 24.06.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massvi fərdi evdə yaşayan xx.xx.1957-ci il təvəllüdlü Yardımlı rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X4 həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 4 ədəd çətənə bitkisinin kökləri və yarpaqlarına baxaraq müəyyən etmişdir ki, həmin kollara aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış və suvarılmış vəziyyətdədir. Qeyd olunan halları nəzərə alaraq Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massvi fərdi evdə yaşayan xx.xx.1957-ci il təvəllüdlü Yardımlı rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X4 həyətyanı sahəsində ona təqdim edilmiş 4 ədəd, ikisinin hürdürlüyü 90 sm, bir ədədinin hündürlüyü 75 sm və digərinin hündürlüyü 4 sm çətənə bitkilərinin köklərinin və yarpaqlarının narkotik xassəli bitki növü olan çətənə bitkisi olması və onlara aqrotexniki qaydada qulluq olunmaqla kultivasiya edilməsi barədə rəy vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd DVD formatlı diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki açıq sarı rəngli uzun qol köynəyin sol cibindən 02 ədəd ağ rəngli kağız parçasına bükülü tünd yaşıl rəngli, marixuananı çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əynində açıq sarı rəngli uzun qol köynəyinin sol cibindən 02 ədəd ağ rəngli kağız parçasına bükülü marixuananı Abşeron rayonu Saray qəsəbəsi ərazisində daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs evinə öz razılığı ilə baxış keçirilərkən 2 ədəd ağ rəngli sallafanın içərisində marixuna təqdim etmişdir. Eyni zamanda taxta materialdan olan şkafın gözündən 1 ədəd boz rəngli Makarov markalı tapançası, 3 ədəd daraq, 49 ədəd güllələri və 1 ədəd qumbara və 1 ədəd qara rəngli pnevmatik tapança, 1 ədəd boz rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 25 iyun 2020-ci il tarixli 6\1173 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri qeyd olunan bir ədəd zərfdəki 01 ədəd bükümdə 15,130 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir (qalıq 15,030 qram-0,1 qram narkotik vasitə – tiryək tədqiqata sərf edilmişdir). Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 25 iyun 2020-ci il tarixli 7\369 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “....Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş selofon torbada marixuanaya oxşar kütlə...” yazıları olan üzəri skoçla bağlanmış bağlamada təmiz çəkisi 485 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə – qurudulmuş marixuanadır. - tədqiqata təqdim edilmiş ağ kağız üzərində “....Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş selofon torbada marixuanaya oxşar kütlə...” yazıları olan üzəri skoçla bağlanmış polietilen bağlamada yaş vəziyyətdə ümumi sayı 4 ədəd, ümumi çəkisi – 320 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir(qalıq 319,8 qram - 0,02 qram çətənə bitkisi marixuana tədqiqata sərf edilmişdir). - tədqiqata təqdim edilmiş üzərində “....Abşeron rayonu, Saray qəsəbəsi üzümlük yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki büküm...” yazılar olan kağız paketdə 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,485 qram, 0, 557 qram, ümumi çəkisi – 1,042 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə – qurudulmuş marixuanadır. - tədqiqata təqdim edilmiş üzərində “....Abşeron rayonu, Saray qəsəbəsi üzümlük yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs evindən götürülmüş bir büküm narkotik vasitəyə bənzər kütlə...” yazılar olan kağız paketi açdıqda içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi – 0,792 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə – qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuananın ümumi çəkisi – 486,834 qramdır(qalıq 486,754 qram - 0,08 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). - tədqiqata təqdim edilmiş üzərində “....Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş tərəzi...” yazıları olan kağız paketdə bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Cüzi miqdar olduğu üçün çəkisi müəyyən olunmadı və onunla müqayisəli tədqiqat aparılmadı. Təqdim edilmiq marixuanalarla çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 26.06.2020-ci il tarixli 20/321R nömrəli rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir və təqdim edilmiş digər 01 ədəd əşya «UZRQM» tipli partlayıcıdır. Həmin əl qumbarasının gövdəsi və 01 ədəd «UZRQM» tipli partlayıcı ilə birlikdə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır. MDB gövlətlərinin hərbi qüvvələrində istifadə olunur, təyinatı üzrə istifadə üçün yararlıdır. Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 26.06.2020-ci il tarixli 20/320R nömrəli rəylə müəyyən edilmişdir ki,
1. tədqiqata təqdim edilmiş 01 ədəd CM-4539M №-li silah zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Təqdiqata təqdim edilmiş 40 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, 9x16 mm kalibrli olmaqla həmin kalibrli Makarov, Steçkin konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 02 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur. Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır. Texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların salanılması üçün nəzərdə tutulmuşdur.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir.
5. Tədqiqata təqdim edilmiş 01 ədəd Türkiyə dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli Voltran modeli səsli siqnal tapançasıdır və odlu silah hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadəyə yararlıdır.
6. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur. «Voltran» modeli tapançanın komplekst hissəsidir – 9 mm kalibrli siqnal tapançalarının saxlanması üçün nəzərdə tutulan darağıdır, texniki cəhətdən sazdır.
7. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlar xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibli siqnal patronlarıdır, döyüş sursatı hesab edilmir və istifadə üçün yararlıdırlar. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2020-ci il tarixli 2310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 35 saylı «Narkotik vasiğələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 65 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 08.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04.11.2009-cu il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qərarı ilə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 8 ay 17 gün hissəsini çəkmək üçün X5 müəssisəsini köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 11 saylı X5 Müəssisəsinin 25.08.2020-ci il tarixli 17/51-248 saylı xüsusi malumatından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04.11.2009-cu il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qərarı ilə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 8 ay 17 gün hissəsini çəkmək üçün X5 müəssisəsini köçürülmüşdür. Cəzanın əvvəli 01.07.2009-cu il tarixdən cəzanın sonu 01.07.2020-ci il tarixədəkdir. 24.06.2020-ci il tarixdə Abşeron rayon Pİ-in əməkdaşları tərəfindən saxlanılmışdır. Abşeron rayon polis İdarəsinin 24.06.2020-ci il tarixli tutma protokolundan görünürki, Təqsirləndirilən şəxs 24.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 26.06.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 24.06.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 15,030 qram narkotik vasitə tiryək, 486,734 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd kolda, yaş halda təmiz çəkisi 319,8 qram olan çətənə bitkiləri, bir ədəd döyüş sursatı olan F-1 tipli əl qumbarası bir ədəd «ÜZRQM» tipli partlayıcısı ilə birlikdə, bir ədəd CM-4539M №-li, 9 mm kalibrli Makarov konstruksiyalı tapança və 9x16 mm kalibrli döyüş sursatı olan 37 ədəd patron, 02 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patronların salanılması üçün nəzərdə tutulmuş darağ, bir ədəd 9 mm kalibrli Voltran modeli, siqnal tapançası, 01 ədəd «Voltran» modeli tapançanın komplekst hissəsi olan, 9 mm kalibrli siqnal tapançalarının saxlanması üçün nəzərdə tutulan 6 ədəd 9 mm kalibli siqnal patronları maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır.. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1, 234.2, 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 228.1, 234.2, 237.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04.11.2009-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 07 gün hissəsi tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 24.06.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 175 manat 45 qəpik ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 15,030 qram narkotik vasitə tiryək, 486,734 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd kolda, yaş halda təmiz çəkisi 319,8 qram olan çətənə bitkiləri məhv edilməli, bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd döyüş sursatı olan F-1 tipli əl qumbarası bir ədəd «ÜZRQM» tipli partlayıcısı ilə birlikdə, bir ədəd CM-4539M №-li, 9 mm kalibrli Makarov konstruksiyalı tapança və 9x16 mm kalibrli döyüş sursatı olan 37 ədəd patron, 02 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patronların salanılması üçün nəzərdə tutulmuş darağ, bir ədəd 9 mm kalibrli Voltran modeli, siqnal tapançası, 01 ədəd «Voltran» modeli tapançanın komplekst hissəsi olan, 9 mm kalibrli siqnal tapançalarının saxlanması üçün nəzərdə tutulan 6 ədəd 9 mm kalibli siqnal patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X2 göstərdiyi 97 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 582 manat məbləğində pul, məhkəmə istintaqı zamanı Abşeron vəkil bürosunun müdafiəçisi X3 göstərdiyi 60 saat hüquqi yardıma görə Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 360 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04.11.2009-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 07 gün hissəsi ilə tam birləşdirilsin və üzərində qəti olaraq 06 il 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 24.06.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 175 manat 45 qəpik ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 15,030 qram narkotik vasitə tiryək, 486,734 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd kolda, yaş halda təmiz çəkisi 319,8 qram olan çətənə bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd döyüş sursatı olan F-1 tipli əl qumbarası bir ədəd «ÜZRQM» tipli partlayıcısı ilə birlikdə, bir ədəd CM-4539M №-li, 9 mm kalibrli Makarov konstruksiyalı tapança və 9x16 mm kalibrli döyüş sursatı olan 37 ədəd patron, 02 ədəd Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, 08 ədəd 9x18 mm kalibrli patronların salanılması üçün nəzərdə tutulmuş darağ, bir ədəd 9 mm kalibrli Voltran modeli, siqnal tapançası, 01 ədəd «Voltran» modeli tapançanın komplekst hissəsi olan, 9 mm kalibrli siqnal tapançalarının saxlanması üçün nəzərdə tutulan 6 ədəd 9 mm kalibrli siqnal patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X2 göstərdiyi 97 saat hüquqi yardıma görə 582 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı Abşeron vəkil bürosunun müdafiəçisi X3 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlikedən: Vaqif Həsənov