Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-90/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonu Nüğədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Quba şəhəri, SMU-30-da qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron-1 yaşayış kompleksinin həyətinə idarə etdiyi «Toyota Prius» markalı 77BR379 dövlət qeydiyyat nişanlı avtomobillə daxil olan zaman həmin həyətdə yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb avtomobili yaşayış kompleksinin həyətində uşaqların oynadığı yerdə park etməməsini xahiş etdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kobud cavab verdiyinə görə aralarında yaranmış mübahisə zamanı cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, öz şəxsiyyətini digərlərin şəxsiyyətinin fövqündə qoymaqla, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə insanların gözü qarşısında nalayiq ifadələr işlədərək, xuliqanlıq niyyəti ilə qəsdən yumruqla Zərərçəkmiş şəxs sifətinə bir neçə dəfə vurub yerə yıxaraq ona sol alt göz qapağının, sol yanağın, sağ və sol çiyin nahiyəsinin qançırları, sol gözün travmatik zədələnməsi və konniktival qansızına, sol almacıq sümüyü gövsünün və əng sümüyü cibinin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Quba rayonunda yaşasa da tez-tez Bakı şəhərində olur. Dolanmaq məqsədilə tanışı Vüqardan müvəqqəti idarə etmək üçün Toyota Prius markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. 25 iyun 2022-ci il tarixdə saat 18 radələrində tanışı ilə görüşmək üçün idarə etdiyi həmin avtomobillə Kristal Abşeron-1 yaşayış binasının həyətinə sürmüş, həyətə daxil olanda maşın sayının çox olduğunu görüb yer tapana qədər yavaş surətlə idarə edirmiş, maşının qabaq şüşəsi isə açıq olmuşdur. Birdən bir nəfər şəxs maşının açıq olan şüşəsindən başını salıb maşını həmin yerdən çəkməyini tələb etmiş, ona «maşını saxlamağa yer yoxdur, harda saxlayım» dəyəndə, həmin şəxs ümumiyyətlə burada maşın saxlama sür get burdan demişdir. Ona demiş ki, gözlə maşını saxlayıb danışaq. Bu sözü həmin şəxsə deyən kimi həmin oğlan qızışıb ona demiş ki, düş danışaq. O, maşından düşmüş və həmin şəxsə yaxınlaşmış, yaxınlaşanda ona ətrafda adam və uşaq çox olduğunu bildirib qırağa çəkilməyi təklif etmişdir. Binanın tininə kimi kənara çəkilib piyada həmin yerə tərəf gedəndə aralarında mübahisə başlamışdır. Həmin şəxs çox kobud danışmağa başlamış, əli ilə onu vurmaq istədiyini görüb özü əli ilə onun sifətindən vurmuşdur. Həmin oğlan zərbədən yerə yıxılmış, yerə yıxılandan sonra ayağa qalxmış və üstünə hücum etmək istəyən vaxtı onun bədənindən tutub güləş fənni işlədərək yerə çırpmış ki, əl çəksin və sakitləşsin, həmin anda orda olan sakinlər yığışmış və onu saxlamağa başlamışlar. Yenə həmin oğlan üstünə gəlməyə başlamış və o əli ilə onun sifətindən itələmiş ki, ondan aralansın. Orada olan adamlar onu və həmin oğlanı kənara çəkəndən sonra o aralaşmış və maşına minib sürüb getmişdir. Bir neçə gün sonra etdiyi əməlindən peşman olub həmin məhəlləyə getmiş və həmin oğlanı yəni Ruslanı tapıb onunla görüşərək ondan üzr istəmişdir. Həmin vaxtı ona məlum olmuş ki, Ruslan DİN-nin 102 xidmətinə və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxtı Ruslanı nalayiq ifadələrlə söyüb təhqir etməmişdir. Həmin vaxtı orada yığışan şəxslərin heç birini tanımır. Mübahisə vaxtı xəsarət almamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin blokunun qarşısında həyətdə həyat yoldaşı Şahid və iki azyaşlı övladları ilə birlikdə gəzişirmiş, balaca oğlu velosiped sürdüyü vaxtı oturacağa oturmuş, həmin yer betonlu olduğundan ora avtomobillə sürmək olmur, bu zaman böyür tərəfdən Toyota Prius markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yerə çıxmaq istədiyini görüb sürücüyə imkan varsa başqa yerdə saxlamağını, burada uşaqların oynadığını demişdir. Sürücü ona “ gözlə gəlirəm” demiş və maşını digər bir yerə sürdüyünü görüb daha həmin sürücüyə fikir verməmişdir. Ayağa durub yük maşınının yanından keçəndə qəflətən arxadan gəlib sağ qolundan tutan həmin oğlan onu özünə tərəf dartaraq həmin anda yumruqla sifətinə zərbə endirmişdir. Birinci zərbədən yerə yıxılmış, yerə yıxılan kimi həmin şəxs yerdə olduğundan istifadə edib yenidən bir neçə dəfə yumruq və təpiklə sifətinə və başına vurmağa davam etdirərək nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir. Həmin vaxtı binanın sakinləri onu aralaşdırmış, o, ayağa qalxıb nə üçün onu vurduğunu soruşmuş, həmin şəxs yenidən ona yaxınlaşıb nalayiq ifadələrlə onu söyüb təhqir etməyə davam edərək yumruqla çənəsindən zərbə vurmuş, həmin anda bir anlıq huşunu itirib yerə yıxılmışdır. Həmin vaxtı yenidən onu vuran şəxsi aralaşdırımşlar. Özünə gəlib ayağa qalxanda həmin şəxsə yaxınlaşmaq istəmiş lakin orada olan bina sakinləri ona tərəf yaxınlaşmağa imkan verməmişlər. Ayağa qalxıb yenidən həmin şəxsə yaxınlaşıb onu təpiklə vurmaq istəmiş, lakin təpik ona dəyməmişdir. Bir qədər sonra həmin şəxs çıxıb getmiş və onun halı yaxşı olmadığı üçün DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Təhqiqat zamanı ona xəsarət yetirən şəxsin fotoşəkli təqdim edilmiş, həmin şəxsi tanımışdır. Bir neçə gün sonra yəni 13 iyul 2022-ci il tarixdə ona xəsarət yetirən Təqsirləndirilən şəxs yaşadığı binaya gəlmiş və onu tapıb əməlindən peşman olduğunu bildirib üzr istədiyi üçün onu bağışlamışdır. Həmin mübahisə və dava dalaş təxminən 20 dəqiqə davam etmişdir. Həmin vaxtı oraya yığışan xeyli sakin olub lakin onları heç birini tanımır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə həyat yoldaşı Ruslan və azyaşlı uşağı ilə birlikdə yaşadığı Kristal Abşeron 1-də binanın qabağında həyətdə dururdu. Uşağı isə uşaqlarla oynayırmış. Saat 17 radələrində kənara çəkilən vaxtı görmüş ki, əri Ruslan hansısa tanımadığı şəxslə kənara çəkilmiş və bir biri ilə aqressiv formada danışırlar. Elə bu vaxtı görmüş ki, tanımadığı şəxs əri Ruslanı əlləri ilə sifətinə vurmuşdur. Əri yerə yıxılmış və duranda yenə də onu vurub yerə çırpmışdır. Həmin vaxtı həyətdə çoxlu sayda tanımadığı kişilər onları ayırmışlar. O həmin vaxtı nəyin baş verdiyini bilməmiş və sonradan Ruslandan soruşanda ona demiş ki, həmin şəxsdən idarə etdiyi Toyota markalı avtomobili kənara çəkməsini xahiş etmiş, lakin aralarında mübahisə olmuş və həmin şəxs onu döymüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1388 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs sol alt göz qapağının, sol yanağın, sağ və sol çiyin nahiyəsinin qançırları, sol gözün travmatik zədələnməsi və konniktival qansızma, sol almacıq sümüyü gövsünün və əng sümüyü cibinin qapalı yerdəyişən sınıqları bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş dava-dalaşı əks etdirən bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif növ idman üzrə Azərbaycan, Türkiyə və Ukrayna Respublikalarında İ, İİ və İİİ-cü yerlərə layiq görülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin lll bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edərək, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, baş vermiş hadisə səbəbsiz deyil, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisənin davamı olmuşdur. Məhz zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Kristal Abşeron-1 yaşayış binasının həyətinə daxil olanda maşının açıq olan şüşəsindən başını salıb maşını həmin yerdən çəkməyini tələb etmiş, təqsirləndirilən şəxs maşını saxladıqda əvvəlki səbəblə mübahisə davam etmiş və Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər yetirilmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə təsdiq edilir ki, mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış, qarşılıqlı mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş və ona xəsarət yetirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da, istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. “Xuliqanlıq niyyəti”nin anlayışı “Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət işinin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq edərək mübahisə və dalaşma zamanı Zərərçəkmiş şəxs vurub sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Yuxarıda şərh edilənlər cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda göstərilən sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin təqsirləndirilənlə zərərçəkmişin arasında mübahisə və dalaşma zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Zərərçəkmiş şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə törətdiyi, həmçinin kifayət qədər sübut olmadan təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə xəsarət yetidiyi qənaətinə gəlmişdir. Cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Məhkəmə istintaq zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron-1 yaşayış kompleksinin həyətinə idarə etdiyi «Toyota Prius» markalı 77BR379 dövlət qeydiyyat nişanlı avtomobillə daxil olan zaman həmin həyətdə yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb avtomobili yaşayış kompleksinin həyətində uşaqların oynadığı yerdə park etməməsini irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, öz şəxsiyyətini digərlərin şəxsiyyətinin fövqündə qoymaqla, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə insanların gözü qarşısında qəsdən yumruqla Zərərçəkmiş şəxs sifətinə bir neçə dəfə vurub yerə yıxaraq ona sol alt göz qapağının, sol yanağın, sağ və sol çiyin nahiyəsinin qançırları, sol gözün travmatik zədələnməsi və konniktival qansızına, sol almacıq sümüyü gövsünün və əng sümüyü cibinin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli hərəkətlər etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə də, törədilmiş cinayət əməlinin tərəflər arasında yaranmış mübahisə və dalaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub sağlamlığına qəsdən az ağır zərər vurması işin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda şərh edilmiş sübutları, cinayət işinin materialları, işin faktiki halları ilə tam şəkildə sübuta yetirildiyindən və təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunduğu əməlləri həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması, ö cümlədən sonuncunun müxtəlif növ idman üzrə Azərbaycan Respublikasını xarici dövlətlərdə təmsil etdiyini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizəyə münasibətdə aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 318, 344-349, 351- 353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs CMin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 il 09 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-90/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-90/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver