Məhkəmə qərarları › İş №1(012)-90/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-90/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-90/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdlan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1976-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi “Yeni yaşayış” massivində yaşayan “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin mart ayından 06 oktyabr 2022-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli kəndi, X5 yerləşən fərdi yaşayış evinə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, oradan 1 ədəd 3800 manat dəyərində 128 kv.metrlik “LC” markalı kondisioneri, 1 ədəd 3000 manat dəyərində “İndesit” markalı soyuducunu, 1 ədəd 1500 manat dəyərində “LC” markalı, 106 sm ekran televizoru, 1 ədəd 110 manat dəyərində olan elektrik sobasını, 1 ədəd 80 manat dəyərində olan elektrik yemək qızdıran sobanı, 11 ədəd müxtəlif ölçülü, Türkiyə istehsalı olan ümumilikdə 5000 manat dəyərində olan istifadə olunmamış xalçaları, 1 ədəd 750 manat dəyərində olan “Panasonic” markalı musiqi mərkəzini, 1 ədəd 250 manat dəyərində olan, istifadə olunmamış unutazı, hamam otağından 1 ədəd 240 manat dəyərində olan “Güvən” markalı su qızdırıcısını, evin həyətində olan tikilinin üstündə saxladığı və hər biri 14 manat dəyərində olan 22 ədəd 6 metrlik 10x10 ölçüdə taxtaları, 1 ədəd 160 manat dəyərində olan hidroforu ilə birlikdə su nasosunu, həyətdə evin qarşısında olan hər biri 15 manat dəyərində olan 4 ədəd 150 diametrlik 6 metrlik plastik kanalizasiya borularını, yəni ümumilikdə 15.258 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 oktyabr 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli kəndi, X5 yerləşən fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq, oradan hər metrinin dəyəri 2,5 manat olan ümumi 125 manat dəyərində 50 metr uzunluğunda 2-lik alüminiumdan olan elektrik naqilini, hər birinin dəyəri 10 manat olan ümumi 60 manat dəyərində 6 ədəd yastıq üzünü, hər birinin dəyəri 50 manat olan ümumi 150 manat dəyərində 3 ədəd qaşıq-vilka dəsti olan çemodanı, hər birinin dəyəri 20 manat olan ümumi 80 manat dəyərində 4 ədəd döşək üzünü, 250 manat dəyərində bir qutu 15 predmetli qazan dəstini, 200 manat dəyərində bir qutu 13 predmetli qazan dəstini, 300 manat dəyərində bir ədəd 11 şamdanlı göy rəngli çılçırağı, 350 manat dəyərində bir ədəd qızılı rəngli 13 şamdanlı çılçırağı, hər metrinin dəyəri 0,80 manat olan ümumi 32 manat dəyərində 40 metr istifadə olunmamış anten kabeli, hər birinin dəyəri 5 manat olan ümumi 20 manat dəyərində 4 ədəd alüminiumdan olan ləyəni, hər birinin dəyəri 20 manat olan ümumi 120 manat dəyərində 6 ədəd alüminiumdan olan qazanı, yəni ümkmilikdə 1687,00 manat dəyərində əmlakı gizli olaraq talayarkən, Zərərçəkmiş şəxs səs eşidib zirzəmiyə gəlməsi səbəbindən cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək gizli olaraq talamağa, yəni oğurluğa cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3,177.2.4, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü və 177-ci maddələri ilə məhkumluq həyatı yaşamışdır. Həmçinin sonuncu dəfə həbsdən 2021-ci ilin mart ayında azad olunmuşdur. Göstərmişdir ki, həqiqətən də son zamanlar heç bir yerdə işləmədiyinə görə maddi sıxıntıları olsa da, həmin oğurluq hadisəsini, yəni qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs evindən məişət əşyalarını o, oğurlamamış və həmin oğurluq hadisəsinin kim tərəfindən törədilməsini barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs və şahidlərin ifadələrində göstərdikləri doğru deyil və sonuncunun evindən oğurluq hadisəsini o törətməmiş, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs evində gördüyü şəxs o, olmamışdır. O, Ş. Məmmədovanın evinə yaxın yerdə yaşadığını həmin küçədən bir neçə dəfə qohumunun evinə gedərkən keçdiyini, şahidlərin də ola bilər həmin vaxt onu gördüyünü bildirməklə, onu da əlavə etdi ki, onun 1-2 kiloqramdan artıq çəkidə olan əşyanı götürməyə taqəti yoxdur, o, 10 dəqiqəlik məsafəni təxminən 20-25 dəqiqəyə qət edə bilir. O, heç vaxt Zərərçəkmiş şəxs həyətinə və ya evinə daxil olmamış, oradan hər hansı bir əşya götürməmiş və ya buna cəhd etməmişdir. Müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, ağır xəstə olduğunu, qısa müddətə ömrünün qaldığını, təqsirsiz olduğunu bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildən Abşeron rayonu, Hökməli kəndi, yeni yaşayış massivi, Koroğlu küçəsində nömrəsiz evdə yaşayır. 2019-cu ilin yanvar ayında yaşadığı evin qapısını kilidləyərək Türkiyə Respublikasına getmiş və ailə həyatı quraraq orada yaşamağa başlamışdır. Həmin vaxtdan sonra bir neçə dəfə həyat yoldaşı ilə birlikdə Hökməli qəsəbəsində yerləşən həmin evinə gələn zaman hər şey öz qaydasında olmuşdur. Lakin 2021-ci ilin mart ayında pandemiya şəraiti ilə əlaqədar sərhədlər bağlandığına görə xx.xx.2022-ci il tarixədək həmin evinə gələ bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində isə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş və evinə gələn zaman evinin seyf qapısının naməlum şəxslər tərəfindən sındırıldığını şahidi olmuşdur. Həmçinin evinə daxil olub baxan zaman görmüşdür ki, evindən bir ədəd 3800 manat dəyərində olan, 128 kv.metrlik “LC” markalı kondisioneri, 1 ədəd 3000 manat dəyərində olan “İndesit” markalı soyuducu, 1 ədəd 1500 manat dəyərində olan “LC” markalı, 106 ekran televizoru, 1 ədəd 110 manat dəyərində olan elektrik sobası, 1 ədəd 80 manat dəyərində olan elektrik yemək qızdıran sobası, 11 ədəd müxtəlif ölçülü, Türkiyə istehsalı olan ümumilikdə 5000 manat dəyərində olan istifadə olunmamış xalçaları, 1 ədəd 750 manat dəyərində olan “Panasonik” markalı musiqi mərkəzi, 1 ədəd 250 manat dəyərində olan, istifadə olunmamış unutazı, hamamdan 1 ədəd 240 manat dəyərində olan “Güvən” markalı su qızdırıcısı, həyətində olan tikilinin üstündə saxladığı və hər birini 14 manata aldığı 22 ədəd 6 metrlik 10x10 ölçüdə taxtaları, 1 ədəd 160 manat dəyərində olan hidroforu ilə birlikdə su nasosu, həyətində evinin qarşısına qoyduğu hər biri 15 manat dəyərində olan 4 ədəd 150 diametrlik 6 metrlik plastik kanalizasiya boruları oğurlanmışdır. Həmin vaxt Azərbaycan Respublikasında istifadə edə bilməyi üçün mobil nömrəsi olmadığına görə bu barədə heç bir yerə məlumat verə bilməmişdir. Lakin ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 06 radələrində evinin zirzəmisindən səs gəldiyini eşidib zirzəmiyə keçib baxarkən tanımadığı bir nəfər şəxsin zirzəmidə olduğunu və həmin şəxsin qarşısında evinin bəzi əşyalarının meşoklara yığıldığını, həmin əşyaları da oğurlamağa cəhd etdiyini görmüşdür. Həmin şəxs onu görən kimi oğurlamağa cəhd etdiyi istifadə olunmamış 50 metr uzunluğunda 2-lik alüminiumdan elektrik naqilini, 6 ədəd yastıq üzünü, 3 ədəd qaşıq-vilka dəsti olan çemodanı, 4 ədəd döşək üzünün, bir qutu 15 predmetli qazan dəstini, bir qutu 13 predmetli qazan dəstini, bir ədəd 11 şamdanlı göy rəngli çılçırağı, bir ədəd qızılı rəngli 13 şamdanlı çılçırağı, 40 metr istifadə olunmamış anten kabelini, 4 ədəd alüminiumdan olan ləyəni və 6 ədəd alüminiumdan olan qazanı apara bilməmiş, zirzəmidən qaçaraq getmişdir. Ona görə də həmin vaxt qonşuluğunda yaşayan bir nəfər şəxsin mobil telefonu ilə DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonda zərərinin ödənilmədiyini təqsirləndirilən şəxslə barışmadığını qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, həm Zərərçəkmiş şəxs və həm də, Təqsirləndirilən şəxs yaşadığı ev onun yaşadığı evdən çox da aralı deyildir. O, Arizin bir neçə dəfə Şəlalənin evinin yaxınlığında əlində müxtəlif əşyalar apardığını görmüş, lakin onun oğurluq etdiyini düşünməmişdir. Lakin sonradan məlum olmuşdur ki, Ariz həmin əşyaları Şəlalənin evindən oğurlayaraq aparmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, rastlaşdığı vaxt Arizin hərəkətləri onda şübhə çəkməmişdir. Belə ki, Təqsirləndirilən şəxs sərbəst davranması onda Şəlalənin razılığının olması təsuratı yaratmışdır. Polis əməkdaşları tərəfindən oğurluq faktı araşdırılarkən, ona məlum olan halları, bir neçə dəfə Arizin əlində paketlərdə nələrisə apardığını gördüyünü bildirmişdir. Lakin o, iri həcimli məişət texnikası, xalça və ya s. bu kimi əşyaları aparmasını müşahidə etməmiş, görməmişdir. Ümumiyyətlə şəlalənin evinin yaxınlığında başqa şəxsin şübhəli hərəkətlərini görmədyi və yalnız Arizin sonradan analiz edib nəticəyə gəldiyi şübhəli hərəkətlərinə görə əmin olmuşdur ki, Ariz həmin evdən oğurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onların qonşuluğunda yaşayır. Bir neçə dəfə, Arizi Şəlalənin evinin yaxınlığında küçədə görmüş, həmin vaxt Arizin əlində müxtəlif ev əşyaları olmuşdur. Belə ki, Arizin sağlamlıq vəziyyəti yaxşı olmadığı halda onun sellofan torbalarda ağır nəyisə aparması onun diqqətini çəkmişdir. Hətta xatırladığı qədər həmin vaxtlar Arizin boynundan iplə asılmış, nəfəs almasını asanlaşdıran kiçik ölçülü balon da olmuşdur. Arizin Şəlalənin evindən çıxdığını və əlində müxtəlif əşyalar apardığını görmüş şə əri Faiqə də bu barədə demişdir. Faiq də, bunun hər halda Şəlalənin razılığı ilə ola biləcəyini, yeqin burda olmadığı zamanlar evi Arizə tapşırdığını demişdir. Sonradan Şəlalənin evindən oğurluq olduğunu öyrəndikləri vaxt, Arizi bir neçə dəfə kiçik həcimli əşyalarla həmin evdən çıxdığını gördüyünü bildirmişdir. Verilən suallara cavab olaraq, kiçik həcimli sellofan torbalarda nəyisə aparmasından başqa hər hansı iri həcimli əşyanın aarıldığını görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola əsasən müəyyən edilir ki, hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs müxtəlif təyinatlı məişət əşyalarının oğurlanmasını bildirmiş, hadisə yerinin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir.

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 18 noyabr 2022-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilmişdir;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 18 noyabr 2022-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 18 yanvar 2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından dayandırılmışdır;

5. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Ariz Əzimvun şübhəli şəxs qismində dindirilməsindən ötrü təzələnərək istintaqı davam etdirilmişdir;

6. “Şəxsi tanımaya təqdim etmə haqında” 14 iyun 2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs tanıma üçün təqdim edilmiş şəxslərdən sırada 3-cü dayanan şəxsi, yəni Təqsirləndirilən şəxs göstərərək evindən oğurluq edərkən gördüyü şəxsin o, olduğunu bildirmişdir;

7. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

8. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

9. Abşeron rayon Məhkəməsinin 4(012)-445/2023 saylı. 16 iyun 2023-cü iltarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir;

10. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərara əsasən X6 barədə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə o, MSY-dən azad edilmişdir;

11. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 26 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Əzimov X3 rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra eyni məhkəmənin xx.xx.2008ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-cü maddələri ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, bundan sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli qərarı ilə 02 ay, 23 gün vaxtından əvvəl şərti azad edilmiş, daha sonra Abşeron rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, son olaraq həmin məhkəmənin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir;

12. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 14 avqust 2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılıb istintaqa təqdim olunanadək dayandırılmışdır;

13. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs sağalaraq könüllü istintaqa gəldiyindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir;

14. X1 daxil olmuş 18 dekabr 2023-cü il tarixli, 154 nömrəli rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, təqdim edilən istifadə olunmamış 50 metr uzunluğunda 2-lik alüminiumdan elektrik naqilinin, 6 ədəd yastıq üzünün, 3 ədəd qaşıq-vilka dəsti olan çemodanın, 4 ədəd döşək üzünün, bir qutu 15 perimetrli qazan dəstinin, bir qutu 13 perimetrli qazan dəstinin, bir ədəd 11 şamdanlı göy rəngli çilçırağın, bir ədəd qızılı rəngli 13 şamdanlı çilçırağın, 40 metr istifadə olunmamış anten kabelinin, 4 ədəd alüminiumdan olan ləyənin və 6 ədəd alüminiumdan olan qazanın 2022-ci ilin oktyabr ayına olan ümumi dəyəri 1687,10 (min altı yüz səksən yeddi) manat məbləğində müəyyən edilir. Qeyd: Zərərçəkmiş şəxs məxsus əşyaların ayrı-ayrılıqda qiymətləri rəyin tədqiqat hissəsində qeyd olunmuşdur.

15. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2,4-cü maddələrindən həmin Məcəllənin 177.2.3, 177.2.4, 29.177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif olunmaqla, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə istifadə olunmamış 50 metr uzunluğunda 2lik alüminiumdan elektrik naqilin, 6 ədəd yastıq üzün, 3 ədəd qaşıq-vilka dəsti olan çemodanı, 4 ədəd döşək üzü, bir qutu 15 nredmetli qazan dəsti, bir qutu 13 predmetli qazan dəsti, bir ədəd 11 şamdanlı göy rəngli çilçıraq, bir ədəd qızılı rəngli 13 şamdanlı çilçıraq, 40 metr istifadə olunmamış anten kabeli, 4 ədəd alüminiumdan olan ləyən və 6 ədəd alüminiumdan olan qazan iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, şəxsin tananmaya təqdim edilməsi barədə protokolu, maddi sübut, ekspert rəyi və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir;

16. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 21 dekabr 2023cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddələrlə ona yenidən ittiham elan edilmişdir;

17. “Təqsirləndirilən şəxs barədə seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında” 21 dekabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində 16 iyun 2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin mart ayından 06 oktyabr 2022-ci il tarixədək olan müddətdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli kəndi, X5 yerləşən fərdi yaşayış evinə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə dəyəri 15.258 manat dəyərində əmlakın gizli talamasında onun aidiyyəti sübuta yetirilmir. Cinayət işinin materiallarından, məhkəmə iclasında əldə edilmiş sübutlardan və məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli kəndi, X5 yerləşən fərdi yaşayış evinə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə dəyəri 15.258 manat dəyərində əmlakın Təqsirləndirilən şəxs tərəfindən gizli talaması yalnız ehtimallara əsaslanır. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində Türkiyə Respublikasından qayıtdıqdan sonra, evindən oğurluq olunduğunu müəyyən etdiyini, sonradan evin zirzəmisindən gələn səslərlə əlaqədar ora baxdıqda bir nəfərin onu görərək əlində olan torbalara yığılmış məişət əşyalarını qoyaraq qaçdığını bildirmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. Buna görə də ehtimal etmişdir ki, ümumi dəyəri 15258 mnat olan əşyalar da, məhz Təqsirləndirilən şəxs tərəfindən talanmışdır. Şahid ifadələri tədqiq edilərkən müəyyən edilir ki, onlar Arizi yalnız küçədə əlində sellofan torbalarla görmüş, həmin torbalarda hansı əşyaların olduğunu bilməmiş, haradan götürülməsi barədə dəqiqi fikiri olmamışdır. Şəlalənin evindən oğurluq edilməsini eşitdikdən sonra bu oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyini ehtimal etmişlər. Buradan müəyyən olunur ki, ehtimal edilən cinayət əməlinə görə elan edilmiş ittiham yalnız zərərçəkmiş şəxsin ehtimallarına və şahidlərin qeyri-müəyyən ifadəsi əsasında olmuşdur. Sözügedən ittihamı təsdiq edən hər hansı bir mötəbər sübut iş materiallarına əlavə edilməmiş, həmçinin məhkəmə istintaqı zamanı təqdim olunmamışdır. Həmçinin o da qeyd edilməlidir ki, hadisə yerinə baxış keçirilən zaman çəkilmiş foto şəkillərdən soyuducu və televizorun mənzildə olduğu aydın görünür. Oğurlandığı qeyd edilən əmlakların mövcudluğu isə şübhə yaradır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında ifadə verərkən özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir (38-ci bənd). X4 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikas Cinayət Prossesual Məcəlləsinin: 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.; 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər; 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 126.6-cı maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Beləliklə, hazırki işin hallarından aydın olur ki, 2021-ci ilin mart ayından 06 oktyabr 2022-ci il tarixədək olan müddətdə Abşeron rayonu, Hökməli kəndi, X5 yerləşən fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus əmlakın Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına dairiş materiallarında ittiham tərəfinin tutarlı dəlili mövcud deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gələrək hesab edir ki, sonuncuya qarşı oğurluq cinayəti üzrə irəli sürülmüş ittihamın 2021-ci ilin mart ayından 06 oktyabr 2022-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli kəndi, X5 yerləşən fərdi yaşayış evinə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 15.258 manat dəyərində əmlakı gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi üzrə epizodla bağlı hər hansı bir sübut növü cinayət işinin materiallarında öz əksini tapmadığından, onun aidiyyəti sübuta yetirilmədiyindən və dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən təqsirləndirilən şəxsə qarşı elan olunmuş ittihamdan həmin epizod yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 29, 177.2.2-ci maddələri xaric edilməli və əmələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.3-cü maddəsi ilə baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikas Cinayət Prossesual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə istinad olunan qanun normasına əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qarşı 2021-ci ilin mart ayından 06 oktyabr 2022-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Hökməli kəndi, X5 yerləşən fərdi yaşayış evinə giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 15.258 manat dəyərində əmlakı gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi üzrə irəli sürülmüş birinci epizodla bağlı cinayət əməlini törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bundan başqa digər tərəfdən Təqsirləndirilən şəxs qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1687 manat olan əmlakı törətməyə cəhd etməsi ilə bağlı irəli sürülmüş ikinci epizod sübuta yetirilsə də, həmin əməlin təkrar törədilmə faktı kimi qiymətləndirilməsinə hüquqi əsas qalmamışdır. Belə ki, Zərərçəkmiş şəxs qarşı 15.258 manat ziyan vurmaqla bağlı epizod üzrə (Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etməsi ilə bağlı) təqsirləndirilən şəxsin aidiyyəti sübuta yetirilmədiyindən oğurluğa cəhd edilməsi növbəti epizod kimi deyil ilk epizod kimi müəyyən edilməlidir. Zərərçəkmiş şəxs qarşı (zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı) Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin 07 oktyabr tarixdə oğurluq etməklə bağlı epizoddan da “təkrarən” sözü xaric edilməlidir. Belə olduğu təqdirdə Zərərçəkmiş şəxs qarşı oğurluq edilməsi ilə bağlı epizod üzrə təqsirləndirilən şəxsin əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 07 oktyabr 2022-ci il tarixdə ümkmilikdə 1687,00 manat dəyərində əmlakı gizli olaraq talamağa cəhd edərkən sonuncunun səs eşidib zirzəmiyə gəlməsi səbəbindən cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək gizli olaraq talamağa, yəni oğurluğa cəhd etməklə bağlı mövqeyi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə sübut edilmişdir. Belə ki, zərərçəkmiş, həmçinin təqsirləndirilən şəxsin ifadəsindən onlar arasında əvvəllər ədavət və ya düşmənçilik, ümumiyyətlə hər hansı bir narazılıq olmadığı müəyyən olunur. Bununla yanaşı o da müəyyən edilmişdir ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxs tərəfindən edilən şikayət zamanı, hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu gördüyünü bildirmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs bu epizod üzrə də, özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmə istintaqı zamanı bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 1777.2.3-cü maddəsi ilə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 07 oktyabr 2022-ci il tarixdə ümkmilikdə 1687,00 manat dəyərində əmlakı gizli olaraq talamağa cəhd edərkən sonuncunun səs eşidib zirzəmiyə gəlməsi səbəbindən cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək gizli olaraq talamağa, yəni oğurluğa cəhd etməsi əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə görə məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Həmin Məcəllənin 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon Məhkəməsinin 02 iyun 2020-ci l tarixli, hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən yəni, 07 oktyabr 2022-ci il tarixdə yenidən qəsdən cinayət törətməyə cəhd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayətin başa çatmamasını, lakin onun əvvəllər törətdiyi cinayət əməli üzrə cəzanı çəkib qurtardıqdan sonra yəni məhkumluq müddətində yenidən qəsdən cinayət törətməyə cəhd etməsini, əməldə cinayətlərin residivi olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 24 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hər metrinin dəyəri 2,5 manat olan ümumi 125 manat dəyərində 50 metr uzunluğunda 2-lik alüminiumdan olan elektrik naqilini, hər birinin dəyəri 10 manat olan ümumi 60 manat dəyərində 6 ədəd yastıq üzünü, hər birinin dəyəri 50 manat olan ümumi 150 manat dəyərində 3 ədəd qaşıq-vilka dəsti olan çemodanı, hər birinin dəyəri 20 manat olan ümumi 80 manat dəyərində 4 ədəd döşək üzünü, 250 manat dəyərində bir qutu 15 predmetli qazan dəstini, 200 manat dəyərində bir qutu 13 predmetli qazan dəstini, 300 manat dəyərində bir ədəd 11 şamdanlı göy rəngli çılçırağı, 350 manat dəyərində bir ədəd qızılı rəngli 13 şamdanlı çılçırağı, hər metrinin dəyəri 0,80 manat olan ümumi 32 manat dəyərində 40 metr istifadə olunmamış anten kabeli, hər birinin dəyəri 5 manat olan ümumi 20 manat dəyərində 4 ədəd alüminiumdan olan ləyəni, hər birinin dəyəri 20 manat olan ümumi 120 manat dəyərində 6 ədəd alüminiumdan olan qazan sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 hüquqi yardıma görə sərf etdiyi 40 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 350 manat (40 saat x 6 AZN + 10 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 29,177.2.2-ci maddələri xaric olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış hər metrinin dəyəri 2,5 manat olan ümumi 125 manat dəyərində 50 metr uzunluğunda 2-lik alüminiumdan olan elektrik naqilini, hər birinin dəyəri 10 manat olan ümumi 60 manat dəyərində 6 ədəd yastıq üzünü, hər birinin dəyəri 50 manat olan ümumi 150 manat dəyərində 3 ədəd qaşıq-vilka dəsti olan çemodanı, hər birinin dəyəri 20 manat olan ümumi 80 manat dəyərində 4 ədəd döşək üzünü, 250 manat dəyərində bir qutu 15 predmetli qazan dəstini, 200 manat dəyərində bir qutu 13 predmetli qazan dəstini, 300 manat dəyərində bir ədəd 11 şamdanlı göy rəngli çılçırağı, 350 manat dəyərində bir ədəd qızılı rəngli 13 şamdanlı çılçırağı, hər metrinin dəyəri 0,80 manat olan ümumi 32 manat dəyərində 40 metr istifadə olunmamış anten kabeli, hər birinin dəyəri 5 manat olan ümumi 20 manat dəyərində 4 ədəd alüminiumdan olan ləyəni, hər birinin dəyəri 20 manat olan ümumi 120 manat dəyərində 6 ədəd alüminiumdan olan qazan sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılması nəzərə alınsın. Cinayət təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi məsələsinin həll edilməsi üçün qərar qanuni qüvvəyə mindikdən sonra, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs hüquqları üzrə müdafiəsini həyata keçirmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 hüquqi yardıma görə sərf etdiyi 40 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 350 manat (40 saat x 6 AZN + 10 saat x 11 AZN) məbləğində vəsaitin ödənilsin. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar