Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-905/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin Abşeron filialının qarşısında "xxxx" ASC-yə aid olan təqaüd kartından pulu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs1 yalandan köməklik edəcəyini bildirib, sonuncuya məxsus bank kartını əldə edib pin kodunu öyrəndikdən sonra əvəzində Zərərçəkmiş şəxs1 başqa bloklanmış bank kartı vermiş, xx.xx.2023-cü il tarixdə elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs1 Xırdalan şəhəri, Qalubiyyə küçəsində “Bizim Market” adlı mağazanın yaxınlığında yerləşən "xxxx" ASC-nin Abşeron filialının bankomatına daxil edərək hesabda olan 390 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin Abşeron filialının qarşısında anası X2 məxsus "xxxx" ASC-yə aid olan təqaüd kartından pulu nağdlaşdırmaq istəyən Şahid yalandan köməklik edəcəyini bildirib, kartı əldə etdikdən sonra bankomata daxil edib hesaba pul köçmədiyi barədə yalan məlumat verərək, sonuncuya əvəzində özündə olan bloklanmış kartı verib Gülçiçək Kazımovanın adına olan bank kartını gizli olaraq əldə etmiş, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində həmin kartdan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında quraşdırılmış bankomatdan 500 manat, həmin tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Təzə Bazar” deyilən ərazidə quraşdırılmış bankomatdan 500 manat, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərzazisində yerləşən “BazarStore” marketin qarşısında quraşdırılmış bankomatdan 1000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat pulu elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş X2 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində “BazarStor” marketin qarşısında "xxxx" ASC-yə aid olan təqaüd kart hesabında olan pulu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs3 köməklik edəcəyini bildirib kartı əldə edib bankomata daxil etdikdən sonra həmin kartın bankomatda ilişib qaldığı barədə yalan məlumat verərək sonuncuya məxsus bank kartını əldə etmiş, bundan sonra həmin tarixdə qeyd edilən ərazidə quraşdırılmış digər bankomata əldə etdiyi bank kartını daxil edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə Zərərçəkmiş şəxs3 bank hesabından 103 manat pulu çıxarıb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin Abşeron filialının qarşısında hesab kartından pulu nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs4 köməklik edəcəyi adı ilə yaxınlaşaraq sonuncuya məxsus bank kartını əldə edib bankomata daxil etdikdən sonra həmin kartın bankomatda ilişib qaldığı barədə yalan məlumat verərək həmin bank kartını gizli olaraq əldə edib oradan uzaqlaşmış və həmin tarixdə saat 18:30 radələrində əldə etdiyi kartı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Unibank”-ın Xırdalan filialının qarşısında quraşdırılmış bankomata daxil edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə hesabda olan 295 manat pulu çıxardıb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və aralarında heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində tanışıma məxsus idman zalına getmək üçün Xırdalan şəhərinə gəlmişdir. Həmin vaxtı üzərində özünə məxsus müddəti keçmiş Kapital Banka məxsus kart olmuşdur. O həmin zala getməzdən əvvəl istəmişdir ki, Qalubiyyə küçəsində olan Kapital bankın filialına yaxınlaşsın və orada kartını bankomata salıb yoxlasın. Həmin vaxtı bankomatın qarşısında fiziki qüsurlu Zərərçəkmiş şəxs1 görmüş və həmin qadın kartından pulunu çıxarmaq üçün ondan kömək istəmişdir. O da sonuncunun kartını götürüb şifrəsini soruşmuşdur. Həmin qadın kartın şifrəsini ona vermiş, o, kartı bankomata salıb şifrəsini yığdıqdan sonra hesabda 393 manat pul olduğunu görsə də, həmin qadına kart hesabında pul olmadığını bildirib kartı bankomatdan çıxarmış və həmin kartın əvəzinə özündə olan müddəti keçmiş bank kartını ona vermişdir. Zərərçəkmiş şəxs1 ona dediyi şifrəni isə yadında saxlayıb həmin yerdən uzaqlaşmışdır. Təxminən 15 dəqiqə keçmiş Xırdalan şəhərində yerləşən «Bizim market»in yanındakı "xxxx"ın bankomatına yaxınlaşaraq kartı həmin bankomata daxil etmiş və Zərərçəkmiş şəxs1 kart hesabında olan 390 manat pulu nağdlaşdırıb oradan uzaqlaşmışdır. Sonra isə əldə etdiyi pulu öz şəxsi tələbatı üçün xərcləmişdir.Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “BazarStore” marketin qarşısında olan zaman həmin yerdə bir nəfər şəxsin bankomatdan pul çıxarmağa çalışdığını görüb ona yaxınlaşmışdır. Həmin şəxs onu görüb bankomata kartını daxil edərək 500 manat pul çıxardığını, kartın balansında olan qalan məbləği çıxara bilmədiyini demişdir. O da həmin şəxsə kartı ona verməsini və köməklik edəcəyini bildirmişdir. Bundan sonra kartı bankomata daxil etmişdir. Həmin şəxs ona kartın şifrəsini də bildirmişdir. Kartın balansında 2295 manat pul olmuş, həmin şəxsin yanında kartdan pul çıxarmaq istəsə də bankomatda pulun limitlə verildiyi və artıq verilən limitə uyğun balansdan pul çıxarıldığı qeyd olunmuşdur. Bundan sonra o, özündə olan Xırdalan şəhəri ərazisində yerdən tapdığı kartla həmin şəxsin mənə verdiyi kartı dəyişmək qərarına gəlmiş və kartları dəyişmişdir. Tapdığı kartı həmin şəxsə vermiş, sonra həmin şəxslə sağollaşıb ayrılmışdır. Həmin şəxsin kartının şifrəsini də yadında saxlamış, aradan bir gün keçdikdən xx.xx.2023-cü il tarixə keçən gecə saat təxminən 00:30 radələrində həmin kartı Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında olan bankomata həmin kartı daxil edərək 500 manat pul çıxarmış, sonra çıxıb evə getmişdir. Həmin gün saat 14 radələrində Xırdalan şəhərində “Təzə Bazar” deyilən ərazidə yerləşən bankomata yaxınlaşmış, həmin kartı bankomata daxil edərək 500 manat pul çıxarmış, bundan sonra çıxıb getmişdir. O, kartda limitlə pulun hər 12 saatdan bir verilməsi barədə məlumatı olmuşdur. Ona görə də hər 12 saatdan bir həmin kartı müxtəlif bankomatlardan çıxarmışdır. xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “BazarStore” marketin qarşısında olan bankomata həmin kartı daxil edərək sonuncu dəfə 1000 manat pul çıxarmış, əldə etdiyi həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan başqa, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Hökməli dairəsi yaxınlığında yerləşən “Bazar-Stor” marketdən çıxan zaman iki nəfər biri yaşlı, biri isə gənc qadınla rastlaşmış və həmin qadınlar orada olan bankomatdan pul çıxarmaqda onlara kömək etməyi xahiş etmişlər. Həmin gənc qadın "xxxx"a məxsus plastik kartı ona verib pul çıxarmağı xahiş etmiş və o kartı alıb güya bankomata daxil etmiş və hmin gənc qadın kartın dörd rəqəmli kodunu ona demişdir. O, sonunculara kartın bankomatda qalıb çıxmadığını demiş, həmin iki nəfər qadın kartın bankomatdan çıxarılması üçün marketə daxil olub kömək istəmiş və bu zaman orada ASB banka məxsus yan bankomata həmin kartı daxil etmiş və kartda olan təxminən 330 manat puldan 100 manatını çıxarmışdır. Sonra həmin qadınları çağırıb kartın bankomatdan çıxdığını bildirib kartı onlara verib oradan çıxıb getmiş, əldə etdiyi 100 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Kapitalbankın Xırdalan filialının qarşısında bir nəfər orta yaşlı qadın bankomatdan pul çıxarmaqda ona köməklik etməyi xahiş etmiş və o, qadının "xxxx"a məxsus plastik kartını alıb, kodunu öyrənmiş və güya kartı bankomata daxil edib kodu yazmışdır. Həmin qadına terminalın donduğunu deyib kartın bankomatın içində qaldığını bildirmişdir. Sonra kartı cibinə qoyub oradan uzaqlaşmış və həmin tarixdə saat təxminən 18:30 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Unibankın qarşında olan bankomata oğurladığı həmin kartı daxil edib kodunu yığmış və kartda olan 189 manat pulu çıxarıb ələ keçirmiş, əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Sonda əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkənlər məhkəmə iclasında iştirak etməmişlər, ərizə ilə məhkəməyə müraciət edərək onlara dəyən ziyanın tam olaraq ödənildiyini və işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. İbtidai istintaqda Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, birinci qrup gözdən əlil olduğu üçün təqaüd alır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində taksi ilə Xırdalan şəhərində yerləşən "xxxx"a getmişdir. Orada "xxxx"ın qarşısında olan bankomata yaxınlaşmış, həmin vaxt bankomatda bir nəfər kişi kartından pul çıxarmışdır. Həmin şəxs işini bitirdikdən sonra həmin şəxsdən bankomatdan pulunu çıxarmaqda ona köməklik etməsini xahiş etmişdir. Sonuncu da kartı ondan alaraq bankomata daxil etmişdir. Bir neçə saniyə keçdikdən sonra həmin şəxs ona kartının bankomatın içərisində qaldığını demiş və bankdan kömək üçün adam çağırmağa getdiyini deyərək yanından uzaqlaşmışdır. Bundan sonra "xxxx"a daxil olaraq şəxsiyyət vəsiqəsini təqdim edib kartının bankomatda qaldığını bildirmişdir. Ona bir qədər gözləməyi bildirilmiş, bir qədər gözlədikdən sonra bankın işçisi ona yaxınlaşıb kartının bankomatda olmadığını bildirmişdir. O, çıxıb evə getmiş, evdə baş verənləri qızı Svetlanaya danışmışdır. Sonradan qızı Svetlana DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra kartından pul çıxarılmasında ona köməklik etməsi üçün kartını verdiyi şəxsin onun kartını götürərək hesabında olan pulu oğurladığını başa düşmüşdür. Göstərmişdir ki, əvvəl 390 manat çıxarıldığını bilsə də, sonradan mobil tətbiqə baxarkən 393 manat pulunun çıxarıldığını görmüşdür. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqaüdçüdür və təqaüdünü Kapital Banka aid hesab kartı vasitəsi ilə alır. Son bir neçə ay kartından pulunu çıxarmadığı üçün kartında 2795 manat pul yığılmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında kartından pulunu çıxarmaq üçün oğlu Şahid vermişdir. Həmin gün axşam saatlarında oğlu Yaşar ona kartından 500 manat pul çıxardığını, kartdan pulun limitlə çıxarıldığı üçün həmin məbləğdən artıq pul çıxara bilmədiyini bildirərək həmin pulu ona vermişdir. Qalan pulu isə çıxarıb verəcəyini demişdir. Aradan iki gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə oğlu kartını ona qaytarmışdır. O, kartıı aldıqdan sonra həmin karta baxıb onun olmadığını demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhərində yerləşən Kapital Bankın filialına yaxınlaşmış, bankda onun kart hesabından çıxarış edildikdə məlum olmuşdur ki, naməlum şəxs onun kart hesabından 2000 manat pulu naməlum şəraitdə çıxarmışdır. Bundan sonra oğlu Yaşar bu barədə Abşeron rayon polis idarəsinə gedərək məlumat vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Kapital banka məxsus təqaüd kartında olan 395 manat pulu çıxarmaq üçün qızı X3 ilə birlikdə Abşeron rayonu, Hökməli dairəsi yaxınlığında yerləşən “Bazar-Stor” marketdə olan bankomta yaxınlaşmışdır. Həmin vaxtı bir nəfər 30-35 yaşlarında dolu bədən quruluşlu qarayanız kişi onlara yaxınlaşıb bankomatın işləmədiyini kartın ilişib qalacağını bildirmişdir. Cəmilə kartı yoxlamaq istədiyini demiş və həmin şəxs kartı ondan alıb bankomata daxil etmiş və ondan kodu öyrənib yazmışdır. Sonra kartın bankomatda ilişib qaldığını və markletdə işləyən mühafizəçilərdən köməklik istəməyini təklif etmişdir. Qızı Cəmilə “BazarStor”a tərəf getmiş və bu zaman həmin şəxs orada olan digər bankomata yaxınlaşıb müdaxilə etmişdir. Sonra qızı Cəmilənin arxasınca marketə gedib kartın bankomatdan çıxdığını deyib Cəmiləyə vermiş və çıxıb getmişdir. Bundan sonra ona orada bankomatdan təqaüd kartından 292 manat pul çıxarmışdır. Halbuki kartda 395 manat olmalıydı. Kapital bankın 196 qaynar xəttinə zəng edib bu barədə öyrəndikdə, kartdan həmin tarixdı 103 manat pulun çıxarıldığı bildirilmişdir. Həmin yuxarıda qeyd etdiyi şəxs kartından 103 manat pulu oğurlayıb ələ keçirmişdir. Bundan sonra polisə ərizə ilə müraciət edib bu barədə şikayət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kapital banka məxsus hesab kartında olan 300 manat pulu çıxarmaq üçün xalası qızı Aynurla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində 1 nömrəli məktəbin yanında yerləşən “Kapiatlal bankın” filialına gəlmiş və həmin vaxtı Aynur pulu çıxarmaq üçün kartı bankın qarşısında quraşdırılmış bankomata daxil etmiş, lakin Aynur kartdan pul çıxara bilməmişdir. Belə ki, Aynur iki dəfə kartı bankomata daxil etmiş və o, sonuncuya artıq kartın bağlanmaması üçün daxil etməməsini bildirmişdir. Bu zaman bir nəfər orta boylu, qarayanız 30-35 yaşlarında kişi cinsindən olan şəxs ona yaxınlaşıb əlində 100 manatlıq əskinas göstərib, bankomatdan hal-hazırda pul çıxardığını və banomatdan pul çıxarmaq üçün kömək edəcəyini bildirmişdir. O, bank kartını həmin şəxsə vermiş və bu zaman həmin şəxs əlində olan 2 ədəd başqa bank kartı və mobil telefon yerə düşmüşdür. O, həmin şəxsin telefonunu və kartlarını yerdən götürüb vermiş və kartının kodunu ona demişdir. Həmin şəxs bankomata müdaxilə etmiş və bankomatın donduğunu deyib kartın bankomatda qaldığını bildirmişdir. Həmin şəxs telefonunu qulağına qoymuş və bankomata kimsənin yaxınlaşmamasını deyib getmişdir. O, bundan bir neçə dəqiqə sonra "xxxx"ın 196 qaynar xəttinə zəng edib hesab kartını bildirmiş və məlumat verən şəxs hesab kartından 295 manat pulun artıq çıxarıldığını bildirmişdir. Bundan sonra o bu barədə polisə şikayət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun anası olmaqla təqaüdçüdür. Anası yaşlı olduğu üçün təqaüd kartını ona, qardaşına və digər övladlarına balansında olan pulu çıxarmaq üçün verir. Arada bir neçə dəfə anası ona kartını balansından pulu çıxarmaq üçün vermişdir. 24 fevral 2023-cü il tarixdə günorta radələrində evdə olan zaman anası Gül-çiçək ona kartında 2795 manat pulunun yığıldığını və həmin pulu kart hesabından çıxarmaq lazım olduğunu ona bildirmişdir. O, da kartı anasından almış və saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində olan «BazarStore» adlı marketin qarşısında olan bankomata yaxınlaşdım. Anasına məxsus bank kartına bankomata dlaxil etmiş və hesabda 2795 manat pul olduğunu görmüş, kart hesabından 500 manat pul çıxarmışdır. Kartı yenidən bankomata daxil edib hesabdan pul çıxarmaq istəsə də, pulu çıxara bilməmişdir. Bundan sonra "xxxx"ın filialının qarşısına gəlmiş və orada da kartı yenidən bankomata daxil edib hesabdan pul çıxarmaq istəsə də, pulu çıxara bilməmişdir. Həmin vaxtı bankomatın qarşısında dayanmış bir nəfər orta yaşlı şəxsin olduğunu görmüş, sonuncu onun kartdan pulu çıxara bilmədiyini görüb ona yaxınlaşmışdır. O, həmin şəxsə kart hesabında pulu olsa da, həmin məbləği çıxara bilmədiyini bildirmiş, bundan sonra həmin şəxs ondan kartı alıb bankomata salmış və şifrəni də görmüşdür. Sonra kartı bankomatdan çıxararaq kartın bloklandığını bildirmiş və kartı ona qaytarmış, o da karta baxmadan cibinə qoyub oradan uzaqlaşmışdır. O, sonradan banka müraciət etmyi qərara amlış, xx.xx.2023-cü il tarixdə kartı anasına təhvil vermişdir. Anası kartı ondan alıb baxan zaman kartın ona məxsus olmadığını görmüş, belə olduqda o, aldanıldığını və kartının həmin şəxs tərəfindən dəyişdirildiyini başa düşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində anasına məxsus kartla Kapital bankın filialına yaxınlaşmış və orada ona məlum olmuşdur ki, həmin kartı ondan kömək etmək adı ilə almış şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs ələ keçirdiyi kart vasitəsi ilə iki dəfə hərəsində 500 manat olmaqla və bir dəfə 1000 manat olmaqla ümumilikdə 2000 manat pulu kart hesabından çıxarıb ələ keçirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, istintaq orqanı tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə ittiham elan etmək üçün turulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 07 (yeddi) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 01 (bir) il 02 (iki) ay müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu ərazi hüdudlarını, saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-905/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-905/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver