Məhkəmə qərarları › İş №1(012)-905/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-905/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-905/2024 08.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron Rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə saat 14:00 radələrində Salyan Rayonu, Salyan şəhəri, Avtovağzalın yaxınlığında istintaqa məlum olmayan şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına (İ siyahısı) əsasən xeyli miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,288 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış və Abşeron Rayonu Saray qəsəbəsinə daşımış, 26 mart 2024-cü il tarixdə saat 22:45 radələrində X8 əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində “Duz Gölü”nün yaxınlığında şübhəli şəxs qismində saxlanılmaqla Abşeron rayon polis idarəsinin X8 inzibati binasına gətirilərək həmin gün saat 23:15-dən 23:30-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,288 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, təxminən 8-9 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən əsasən də psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetamini əsasən folqa adlanan kağız üzərində istifadə etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Salyan şəhərindən Bakı şəhərinə gəlirmiş xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Salyan Rayonunda yerləşən beynəlxalq avtovağzalda olarkən bakıya qayıtmaq üçün avtobus gözləyən zaman həmin avtovağzalda bir nəfər tanımadığı şəxslə söhbət eləməyə başlamışdır. Söhbət zamanı həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu görmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs tanımadığı şəxsə narkotik vasitə və psixotrop maddələrdən əsasən də psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxsədən ona psixotrop maddə verə bilib bilməyəcəyini soruşmuşdur. Həmin şəxs də ona narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu və ona bir bükümü 10 manata psixotrop maddə metamfetamin sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. Həmin şəxs onun yanından ayrılmış və təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs yanına gəlmişdir. Daha sonra cibindən bir ədəd bükümdə metamfetamin çıxardıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs da bükülünü açaraq içərisində ağ rəngli metamfetamin olduğunu görmüşdür. Daha sonra həmin şəxsə 10 manat pul vermişdir. Onun verdiyi bir büküm psixotrop maddə metamfetamini isə alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur.Daha sonra isə həmin şəxsdən uzaqlaşmağa başlamışdır. Bir müddət Avtovağzal ərazisində qaldıqdan sonra Bakı şəhərinə gəlmək üçün orada olan avtobuslardan birinə əyləşmişdir. Həmin tarixdə saat 17 radələrində Bakı şəhərinə gəlib çıxmışdır. Yaşadığı Masazır qəsəbəsinə gəlib dincəlmişdir. Növbəti gün səhər saatlarında öğzünə iş axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, Daş bazarı adlanan əraziyə getmişdir. Axşama qədər həmin bazarda olduqdan sonra özünə iş tapa bilmədiyindən geri qayıtmağı qərara almışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində yaşadığı ünvana getmək məqsədi ilə Saray qəsəbəsinə gəlmişdir. Saray qəsəbəsində saat 22:45 radələrində Duz gölünün yaxınlığı ilə yaşadığı Abşeron Rayonu, Masazır qəsəbəsinə gəlirmiş. Saat 22:45 radələrində Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən Duz Gölünün kənarı ilə yaşadığı mənzilə gedərkən arxadan iki nəfər şəxsin onun arxasınca gəldiyini görmüşdür. Cibində psixotrop maddə metamfetamin olduğundan həmin şəxslərdən uzaqlaşaraq qaçmaq və gizlənmək istəmişdir. Lakin həmin şəxslər çataraq onu saxlamışlar. Daha sonra xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs da onların polis əməkdaşları olduğunu bilmişdir. Daha sonra Polis əməkdaşları ondan niyə özünü şübhəli apardığını, bu vaxt burada nə üçün getdiyini adını və qaldığı ünvanı soruşmuşlar. Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə olduğundan polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etdiyini, Abşeron Rayonu, Masazır qəsəbəsi, ünvan 2ında ailəsi ilə birlikdə yaşadığını və üzərində psixotrop maddə metamfetamin olduğundan qorxudan onları görən kimi qaçdığını bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Saray PB-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə X10 getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və hal hazırda üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu bildirir. Daha sonra polis bölməsində ona hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra X8 inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngdə, kristalşəkilli spesifik qoxuya malik psixotrop maddə olan metamfetamini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümünə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulmuşdur. O, həmin bükülüdə psixotrop maddə metamfetaminolduğunu demişdir. Həmin psixotrop maddəni hardan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Salyan şəhərində yerləşən Avtovağzalda tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etmiş və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamini götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzaları ilə təsdiq etmişlər. O, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Salyan Rayonu, Salyan şəhəri, Beynəlxalq Avtovağzalda ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün saxlamışdır. O, heç vaxt kiməsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, və heç vaxt belə bir niyyəti olmadığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, 25 mart 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Duz Gölünün kənarında saxlanılan və X4 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir. 25 mart 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilməmişdir. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və himayəsində 1 azyaşlı övladının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Abşeron RPİ-nin X8 cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin X8 Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantı xüsusi rütbəsindədir. 25 mart 2024-cü il tarixdə X8 sahənin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Abşeron Rayonu, Saray qəsəbəsi, Duz Gölünün yaxınlığında rayon ərazisində baş vermiş oğurluqlara qarşı mübarizə apararkən saat 22:45 radələrində Saray qəsəbəsində Duz gölünün yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin həmin gölün kənarı ilə getdiyini və özünü şübhəli apardığını görmüşdürlər. Həmin şəxsə yaxınlaşmaq istəyən zaman həmin şəxs onlardan uzaqlaşmağa və gizlənməyə başlamışdır. Dərhal həmin şəxsə çatıb onu saxlamışlar və xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim etmişlər.Həmin şəxsən adının nə olduğunu və nə üçün burada olduğunu soruşmuşlar. O da adının Təqsirləndirilən şəxs olduğunu və uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini hal hazırda da üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu ona görə də polis əməkdaşlarını görən kimi onlardan qaçıb uzaqlaşmaq istədiyini bildirmişdir. Bundan sonra Saray PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Saray PB-nin sahənin polis nəfəri polis serjantı Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və üzərində psixotrop maddə metamfetamin gəzdirməkdə şübhəli olduğunu bildirib, onu X10 dəvət etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs X10 dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Həmin şəxsi baş təhqiqatçı Maarif Abbasovun otağına aparmışlar. Orada baş təhqiqatçı Maarif Abbasovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təklif edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Salyan rayonu, Salyan şəhərində yerləşən avtovağzaldan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm psixotrop maddə metamfetamini sonuncunun deməsinə görə Salyan rayonunda yerləşən avtovağzaldan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 müqabilində aldığını, əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, 26 mart 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılan və X4 zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə heç bir müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin X8 sahənin polis nəfəri polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, 26 mart 2024-cü il tarixdə, saat 23:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1669 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə: 1...imza Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəksii 0,288 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,288 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,238 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir; - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davm etdirilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsi barədə vəsatətin təmin edilməməsi haqqında ” 28 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Məhəmməd Məmmədovun 25 mart 2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 28 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. - “ Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” 25 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 25 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Şəxsin könüllü gəlməsi haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-yə könüllü gəlmişdir və həmin tarixli “cinayət işi üzrə icraatının təzələnməsi barədə” qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 iyun 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X3 haqqında 18 iyun 2024-cü il tarixli, 4450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd şəffaf polietilen bükümdə sonuncuya məxsus tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,238 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. - “Sübutların qiymətləndirilməsi” haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd DVD formatlı kompakt disk və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə 26 mart 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarın sağ cibindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş şəffaf rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək, həmin kütlənin psixotrop maddə metamfetamin olmasını, öz şəxsi istifadəsi üçün xx.xx.2024 tarixdə Salyan ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata alıb üzərində saxladığını bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmadı. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, həmçinin məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması və əməlindən səmimi peşmançılıq çəkməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 1 azyaşlı övladının olmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 4 ünvanındaki yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X3 haqqında 18 iyun 2024-cü il tarixli, 4450 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,238 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 4 ünvanındaki yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından qalan ümumi çəkisi 0,238 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İşdə olan 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar