Məhkəmə qərarları › İş №1(012)-906/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-906/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-906/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Şikayət vermiş şəxs: X2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Beyləqan rayonu, Örən-qala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xankəndi şəhərində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində fərdi fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 09 may 2025-ci il saat 19 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs yeməyi gec verməsinə görə irad bildirərkən sonuncunun onunla nigahlarına xitam verilməsi üçün müraciət edə biləcəyi barədə fikirlər söyləməsi zamanı həmin səbəblərdən aralarında ailə münasibətləri zəmnində yaranmış narazılıqla bağlı mübahisə etdikdə həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl, yumruq zərbələri ilə sonuncunun göz, sifət, baş, qol, qarın və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vuraraq Zərərçəkmiş şəxs başın sağ alın nahiyəsinin hematoması, sağ alt vəüst göz qapaqlarının qançırı, sağ və sol bazu nahiyələrinin geniş sahəli qançırları, sol dirsək oynağında qismən hərəkət məhdudluğu ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı var. 09 may 2025-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən arvadı Gülarə evin həyətində təmizlik işləri apararkən onu səsləyib yemək verməsini istəmiş, bir neçə dəqiqə keçdikdən sonra Gülarə yaşadıqları evə daxil olub ona yemək vermiş, o yeməyi yeyib bitirdikdən sonra Gülarəyə yeməyi gec verdiyi üçün irad bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı Gülarə ona boşanmaqlarını təklif etmiş, o da Gülarənin bu sözündən əsəbiləşib üzərinə getmiş və əlləri ilə onun sifətindən, başından, qollarından bir neçə zərbə vurmuşdur. Bundan sonra Gülarə evdən çıxıb getmiş və bir neçə müddətdən sonra polis əməkdaşları gəlib Gülarənin şikayəti ilə bağlı onu polis idarəsinə dəvət etmişlər. Bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulan Təqsirləndirilən şəxs əri olmasını qeyd edərək, onun əleyhinə ifadə verməkdən imtina etdiyini bildirməklə, ifadəsinin elan edilməsini xahiş etdi. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. İlqarla 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı var. Ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. 09 may 2025-ci il saat 19 radələrində yaşadığı evin həyətini təmizləyərkən əri İlqar onu səsləyib evə çağırmış və yemək verməyəni istəmişdir. Bir neçə dəqiqə keçdikdən sonra o evə daxil olub İlqara yemək vermişdir. İlqar yeməyini yeyib bitirdikdən sonra ona yeməyi gec verdiyini əsas gətirərək onunla sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İlqara əgər onu bəyənmirsə boşanmaqlarını təklif etmişdir. Onun bu sözündən sonra İlqar əsəbiləşib üzərinə gəlmiş və əl, yumruq zərbələri ilə onun göz, sifət, baş, qol, qarın və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Bundan sonra o telefonla DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş, daha sonra isə X5 gəlib İlqarın onu döydüyü barədə ərizə ilə müraciət edərək barəsində tədbir görülməsini xahiş etmişdir. Mübahisə zamanı yanlarında başqa kənar şəxsin olmadığını, mübahisə zamanı İlqara müqavimət göstərmədiyini və onu vurmadğını, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını, şikayət və tələbi onu döyərək xəsarət yetirən əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması” barədə 10 may 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmış və icraata qəbul olunaraq təhqiqatı aparılmışdır;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 16 may 2025-ci il tarixli 1056 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər-başın sağ alın nahiyəsinin hematoması, sağ alt və üst göz qapaqlarının qançırı, sağ və sol bazu nahiyələrinin geniş sahəli qançırları, sol dirsək oynağında qismən hərəkət məhdudluğu ilə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı əl zərbələri təsirindən əmələ gələ bilmələri istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 18 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

5. “Sübutların qiymətləndirilməsi” haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 09,05.2025-ci il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması ilə bağlı barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokolu tərtib edilmiş, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilməklə, tərəflərin ailəsində yaşanan münaqişəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir;

6. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X3 ilə , ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə etiraz etmir;

7. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ondan şikayətçi olmamasını bildirərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi.

Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, şikayət vermiş şəxsin istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan olunması, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə dair razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin şikayət vermiş şəxslə barışmasını, barəsində başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə müraciətini, həmçinin ittiham olunduğu əməl üzrə əvvəllər cinayət məsuliyyətinə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 (on) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 (on) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar