Məhkəmə qərarları › İş №1(012)-907/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-907/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-907/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağdam rayonu, Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Xındırıstan Ə/D, Sarıçoban kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 may 2024-cü il saat, 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır yolu adlanan ərazidə yerləşən "Ruslan” marketin içərisinə müştəri qismində daxil olarkən orada orta dərəcəli alkoqol sərxoşluğunda olan əvvəllər tanımadığı digər müştəri Zərərçəkmiş şəxs ona aid edilməyən ünvansız nalayiq sözlər işlətməsini görərək ətrafda olan şəxslərin olduğunu nəzərə almadan həmin cüzi səbəbi bəhanə etməklə kənardakı şəxslərin diqqətini cəlb etmək məqsədi ilə əvvəlcə Zərərçəkmiş şəxs sağ qolundan əli ilə tutub mağazadan küçəyə çıxarmış, lakin bununla kifayətlənməyib həmin mağazanın qarşısındakı küçədə Zərərçəkmiş şəxslə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tədbiq edilməsi hədəsilə müşayiət edilən qərəzli hərəkətlər edib əsaslı səbəb olmadan ictimai maraqlara laqeyidlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs nəlayiq sözlərlə söyüb üzərinə hücum edərək qəsdən sonuncunun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə əl və yumruqla zərbələri vuraraq yerə yıxıb, yerdə də, Zərərçəkmiş şəxs ayaq, baldır, bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vuraraq ona sol diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol diz oynağı nahiyəsinin qançırşişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, boyun, hər iki dirsək oynağı, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. İşin məhkəmə baxışında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində mənzil təmiri ilə məşğul olur, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi 569 nömrəli avtobusun sonuncu dayanacağında yerləşən “Ruslan” marketə daxil olub siqaret alan zaman Zərərçəkmiş şəxs mağazaya daxil olaraq nəlayiq söyüşlər ifadə etmiş, həmin mağazada olan qadınlar və digər şəxslər Zərərçəkmiş şəxs söyüşünü eşitmişlər. O, həmin vaxt Zərərçəkmiş şəxs müştəri qadınlar olan mağazada ünvansız söyüşlər işlətməsindən əsəbiləşib onu cəzalandırmaq üçün sağ qolundan qolundan əli ilə tutub küçəyə çıxardıb yumruqla onun sifət nahiyəsindən, təpiklə isə ayaq, baldır, bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs həmin zərbələrdən yerə yıxılmışdır. Həmin vaxt ətrafda olan tanımadığı insanlar onları ayırmışlar. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gələrək özlərini təqdim edib onları Abşeron RPİ-nə aparmışlar. Baş vermiş hadisənin təxminən 5-6 dəqiqə davam etdiyini, ətrafda tanımadığı şəxslərin olduğunu, mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmadığını göstərmişdir. Müstəntiqin ittiham aktında yazdıqları ilə razı deyil, ittihamı qəbul etmir. Onun əməlinin qanun normaları ilə düzgün tövsif edilməsini məhkəmədən xahiş etdi. Sonda özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini zərərçəkənlə barışdıqlarını və bu əsasda işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şlkayəti, tələbi olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs təhqiqat zamanı öz ifadəsində göstərmişdir ki, ailəlidir, bir övladı var. X2 hazırda həqiqi hərbi xidmətdədir. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində bir qədər spirtli içki qəbul etmiş, saat 22 radələrində Masazır qəsəbəsində 569 nömrəli avtobusun sonuncu dayanacağında yerləşən “Ruslan” marketə daxil olub siqaret almaq istəmişdir. Həmin vaxt marketdə 4 nəfər şəxs olmuş, o spirtli içkinin təsiri altında olduğu üçün yadında qalmayan nalayiq söyüşlər işlətmişdir. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs onun qolundan tutaraq küçəyə çıxardıb marketdə olan qadınların yanında niyə söyüş söydüyünü soruşanda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl və yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuş və aldığı zərvələrin təsirindən yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yerdə də onun ayaq, bədən nahiyələrinə ardıcıl təpik zərbələri vurmuşdur. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər onları ayırmışlar. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə baş verən yerə gələrək özlərini təqdim edib onları Abşeron RPİ-nə gətirmişlər. Həmin vaxt üzündə və bədənində küt ağrılar hiss etdiyi üçün polis idarəsində ərizə ilə müraciət etmişdir. Baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, ətrafda tanımadığı şəxslərin olduğunu, mübahisə zamanı Təqsirləndirilən şəxs vurmadığını göstərmişdir. Təhqiqatda şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron RPİ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı vəzifəsində 2023-cü ilin may ayından işləyir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində 4768 çağrışlı avtopatrulda xidmətdə olan zaman Masazır qəsəbəsində Yoncalıq adlanan ərazidə 569 nömrəli avtobusun sonuncu dayanacağında yerləşən "Ruslan” marketin qarşısında bir nəfərin digər şəxsi söyüb döyüdyünü görüb ora yaxınlaşmış, o və iş yoldaşı Şahid1 həmin yerə yaxınlaşanda ətrafda bir neçə nəfər şəxsin toplaşdığını görmüşlər. Mübahisə zamanı adını hadisə vaxtı bildiyi Təqsirləndirilən şəxs ictimai qaydanı pozaraq orada olan insanlara açıq aşkar hörmətsizlik edərək nəlayiq küçə söyüşləri ilə Zərərçəkmiş şəxs təhqir edib onun üz nahiyəsindən yumruqla sonra isə təpiklə ayağından və bədəninin müxtəlif nahiyələrindən vuraraq yerə yıxmışdır. Onlar dərhal həmin döyən şəxsi döyüləndən ayıraraq hər ikisini Abşeron RPİ-nə gətirmişlər. Hadisə zamanıTəqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında olduqlarını göstərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayırıb avtoptrula əyləşdirib Abşeron RPİ-nə gətirdikləri zaman onlara qarşıtabesizlik göstərilmədiyini bildirmişdir. Baş vermiş münaqişə zamanı tərəflərin əlində hər hansıbir əşya və ya predmet olmadığını, hadisə vaxt orada, yəni ətrafda təxminən 15 nəfər şəxslərin olduğunu, mübahisə baş verən ünvana yaxınlaşanda Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən, sonra isətəpiklə ayağından və bədənin müxtəlif nahiyələrindən vurduğunu gördüklərini göstərmişdir. Təhqiqatda Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İstintaq zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının "MTE və PA ETT Birliyi" X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1058 nömrəli rəyindən görünür ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol diz oynağı nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, boyun, hər iki dirsək oynağı, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl,ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/27943 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/27942 nömrəli tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və zərərçəkmiş şəxsin qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan və məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə Abşeron rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya haqqında Qərarının 1.7-ci bəndinə əsasən təyin edilmiş cəzadən azad edilmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013- cü il tarixli hökmünə əsasən təsnifatına görə ağır cinayət hesab edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə (köhnə redaksiya) təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-ci il tarixli 1049 saylı Sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan şəxs hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsindən göruünür ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83, 84.3.4 və 84.4.-cü maddələrinin tələblərinə əsasən ödənilməmiş, yəni məhkumluğu olan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şikayət verən şəxslə barışması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evini saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, mülki iddianın təmin edilən hissəsini təşkil edən 30 manat məbləğində iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumuna görə pul təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evini saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar