Məhkəmə qərarları › İş №1(012)-908/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-908/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-908/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə (video konfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuş) xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq məhkəmə MÜƏYYƏNETDİ İttiham aktına əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 30 manat müqabilində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qoydurduğu bir bükümdə xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 0,370 qram çəkidə ağ rəngli, kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımış və üzərində saxlamış, 04 oktyabr 2024-cü il tarixdə saat 06:00 radələrində Sabunçu rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən keçidin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 07:45-dən 08:00-a kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümdə 0,370 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 03 fevral 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 0,528 qram çəkidə ağ rəngli, kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və üzərində saxlamış, 04 fevral 2025-ci il tarixdə saat 21:59 radələrində Abşeron RPİ-nin X8 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Saray qəsəbəsi, “Duz gölü” yaxınlığında saxlanılaraq, orada həmin gün saat 21:59-dən 22:06-ya kimi onun üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə 0,528 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşularaq dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, hazırda ittiham olunduğu cinayət əməlləri ilə bağlı hadisələri təfərrüatı ilə xatırlaya bilmədiyini, bununla əlaqədar istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 02 ilə yaxındır ki, psixotrop maddələrdən istifadə edir. 03 oktyabr 2024-cü il tarixdə psixotrop maddə olan metamfetamin almaq istəmiş, bu səbəbdən də telefonunda İran islam Respublikasının vətəndaşı kimi qeyd etdiyi şəxslə “Whatsapp” vasitəsi ilə danışaraq psixotrop maddə metamfetamin istəmiş və İran islam Respublikasının vətəndaşı ona “Whatsapp” vasitəsi ilə hazırda xatırlamadığı bankın kartını göndərmişdir. O da həmin bank kartına 30 manat pul köçürtdükdən sonra İran İslam Respublikasının vətəndaşı ona “Whatsapp” vasitəsi ilə psixotrop maddənin yerləşdiyi ünvanı, yəni, Sabunçu rayonu, Ramana qəsəbəsindəki yeri konum ataraq göndərmişdir. O, 03 oktyabr 2024-cü il tarixdə həmin yerə gedərək qeyd edilmiş məkandan “patı”, “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini götürərək sonra istifadə etmək üçün üzərində saxlamışdır. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayan dostunun evinə qonaq gəlmiş, həmin gün saat 06 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu keçidinin yanından keçən zaman iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində psixotrop maddə metamfetamin olduğundan həyəcanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratmış və onu 12-ci polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 12-ci PŞ-nə getmiş, polis şöbəsinə gedərkən fürsət tapıb üzərindəki psixotrop maddə olan metamfetamini tullaya bilməmişdir. 12-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində olarkən ona psixotrop maddələrdən istifadə etməkdə şübhəli olması bildirilmiş, o da psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu etiraf etmişdir. O, bundan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilindiyi üçün tutulmuş, ona hüquq və vəzifələrinin müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilməsi təklif edilmişdir. O, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə, əşya və ya predmet olduğu halda təqdim etməsi təklif edilmiş, o, həmin vaxt əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir büküm psixotrop maddə metamfetamini, həmin şalvarının sol cibindən isə “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş maddənin psixotrop maddə olan metamfetamin olmasını etiraf etmişdir. Həmin metamfetamini İran vətəndaşından kartına 30 manat pul köçürərək almış və Sabunçu rayonu, Ramana qəsəbəsində yerdən götürərək istifadə üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilən psixotrop maddə qablaşdırılmış, möhürlənmiş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirakçılar həmin protokolla qablaşdırılmış zərfi imzalamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız arada özünün metamfetamindən istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini, şəxsi axtarış və baxış keçirilməzdən əvvəl üzərinə heç bir polis əməkdaşının yoxlanış keçirmədiyini, başqa heç yerdə və ya evində hər hansı narkotik vasitə, psixotrop maddələr saxlamadığını bildirmişdir. Bundan başqa o, 03 fevral 2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat məbləğə öz şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. 04 fevral 2025-ci il tarixdə saat 21:50 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Duz gölü” yaxınlığında piyada hərəkətdə olan zaman üç nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu və video çəkilişlə üstünün yoxlanılacağını bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, üstünün yoxlanılmasından əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü təqdim etmiş, təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən açılmış və həmin bükümün içərisində metamfetamin olması müəyyən olunmuşdur. Daha sonra təqdim etdiyi büküm kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolla zərfi imzalamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə aparılmış, orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunduqdan sonra isə şübhəli şəxs qismində tutulmuşdur. O, ifadəsində əlavə olaraq üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini 03 fevral 2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığım şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, bu səbəbdən üzərində gəzdirdiyini, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxladığını, psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını, zahiri əlamətlərini bilmədiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi, həmçinin hər hansı bir digər formada təsir olunmadığını göstərmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, üzərindən müxtəlif vaxtlarda aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və psixi və ya digər formada təsir olunmamışdı. Həmçinin əməlindən peşman olmasını qeyd edərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Polis serjantı rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı ədavət və düşmənçiliyi yoxdur. 04 oktyabr 2024-cü il tarixdə saat 06 radələrində xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid5 ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu keçidinin yaxınlığında nömrəsiz fərdi evin yaxınlığında inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq saxlamışlar. Saxlanılan şəxsə əvvəlcə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etdikdə sənədlərinin üzərində olmadığını bildirib onlardan yayınmağa çalışmış, həmin şəxsin bu hərəkətləri onda şübhə yaratmış, bu səbəbdən də həmin şəxsi sorğu-sual etməyə başlamışlar. Həmin şəxs verilmiş suallara cavab verməkdən yayındığı üçün onu 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etməyərək onlarla birlikdə 12-ci polis şöbəsinə gəlmişdir. Şöbədə həmin şəxsin xx.xx.1989-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün şöbənin rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis mayoru Bəhram Bəhramova tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və müdafiə hüququnun təmin edilməsi məqsədilə vəkil dəvət edilərək təqdim edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasını xahiş edərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet və ya maddə varsa könüllü surət təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim edilmiş büküm açılaraq içərisinə baxıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq 2 ilə yaxındır psixotrop maddələrdən istifadə etdiyini, üzərində aşkar olunmuş psixotrop maddənin patı olduğunu, İran vətəndaşına 30 manat pul köçürərək aldığını, Sabunçu rayonu, Ramana qəsəbəsində yerdən götürərək şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da sonuncunun üzərindən cinayət xarakterli heç bir digər əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan psixotrop maddəyə bənzər kütlə və 1 ədəd “Samsung” markalı mobil telefon ayrı-ayrılıqda kağız zərflərdə qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, bütün iştirakçılar protokolla tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan əlavə Şahid4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və ya polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmamış, həmçinin sonuncu tərəfindən onlara qarşı müqavimət nümayiş olunmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri polis sıravisi Şahid5 digər Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin X8 əməkdaşları Şahid2 oğlu və Şahid3 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron rayon Polis İdarəsinin X8 əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu ərazisində psixotrop maddələri üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 oğlu və Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakları ilə onun tərəfindən 04 fevral 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 04 fevral 2025-ci il tarixdə saat 21:59 dəqiqədə o, əməliyyat qrupunun digər iştirakçıları Şahid2 və Şahid3 Abşeron rayonu, Saray qəsəbəsi, “Duz gölü” ətrafında olan zaman orada piyada hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etmişlər. Həmçinin videoçəkiliş vasitəsilə üstünün yoxlanılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmetin olub-olmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə kristal formada psixotrop maddə metamfetaminə bənzər maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələri haradan əldə etməsi soruşulduqda Elçin üzərindən aşkar olunmuş maddələri 03 fevral 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da Elçinin psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Şübhəli şəxsin tutulması” haqqında 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 04 oktyabr 2024-cü il tarixdən saat 06:00-dan hesablanmışdır;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2024-cü il tarixli, 6/4794 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 159” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,370 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,370 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,320 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir;

3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 oktyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;

4. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

5. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında qərardan və barəsində “həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi” haqqında 05 oktyabr 2024-cü il tarixli iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, dərhal Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;

6. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 17 dekabr 2024-cü il tarixli qərarına əsasən ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən barəsində polsiin nəzarəti altına vermə qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur;

7. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 17 dekabr 2024-cü il tarixıli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxsin yeri müəyyən edilib, istintaqa təqdim edilənədək dayandırılmışdır;

8. “Axtarışda olan şəxsin könüllü gəlməsi” barədə 09 mart 2025-ci il tarixli protokoldan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə, saat 11:20 dəqiqədə könüllü olaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə gələrək, səhhəti ilə əlaqədar istintaq orqanının çağırışlarından məlumatlı olmadığını, gələcəkdə bütün çağırışlara vaxtlı-vaxtında gələcəyini bildirmişdir;

9. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 09 mart 2025-ci il tarixıli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyindən ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;

10. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə 09 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimka tədbiri nəzərə alınmaqla, qüvvəsində saxlanılmışdır;

11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

12. “Şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 04 fevral 2025-ci il tarixdən, saat 21:59-dan hesablanmışdır;

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 6/512 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 246” dairəvi möhür əksləri olan “Dadaşov” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,528 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 0,528 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,478 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir;

15. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

16. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSYdən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;

17. “Maddi sübut kimi tanınma” haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,478 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir;

18. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X3 haqqında 20 fevral 2025-cü il tarixli, 1015 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F15 2 diaqnozu ilə dispanser qeydiyyatlndadlr;

19. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* №-li cinayət işi ********* №-li cinayət işinin Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* №-li cinayət işinə birləşdirilib, bir icraatda istintaq aparılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir;

20. “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 19 mart 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqı davam etdirilmişdir;

21. «Təqsirləndirilən şəxs barəsində axtarış elan eidlməsi» haqqında 01 aprel 2025ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən yayınaraq, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan haqqında axtarış elan olunmuşdur;

22. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 01 aprel 2025-ci il tarixıli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunacağı vaxtadək cinayət işi üzrə icraat dayandırılmışdır;

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 aprel 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan sonra o, Suraxanı rayon Məhkəməsinin 12 mart 2025-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti 01 il müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra o,Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, məhkum edilməklə, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla, üzərində qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır;

24. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 05 may 2025-ci il tarixıli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 03 saylı Bakı İstintaq Təcridxanasında olması müəyyən edildiyindən ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;

25. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 22 may 2025-ci il tarixli qərardan görünür ki, iş materiallarında olan və ittihamı təsdiq edən Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, şəxsi axtarış və götürmə apanlması və disklərə baxış keçirilməsi haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən, onların həqiqiliyinə, yaranma mənbələrinə və ə)də edilmə hallarına şübhələr olmadığından cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir;

26. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 22 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir;

27. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması” barədə 22 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda cəza cəkməsi nəzərə alınmışdır;

Şəxsi axtarış və götürmə aparılması barədə 04 oktyabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu keçidin yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümdə içərisində psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin bükümü götürülmüşdür.

Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 04 fevral 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 04 fevral 2025-ci il tarixdə, saat: 21:59 dəqiqədə Abşeron rayonu, Saray qəsəbəsi, Duz Gölünün yaxınlağında saxlanılmış, həmin ərazidə üstü yoxlanıldıqda onun üzərindən 01 bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə 01 ədəd kağız zərfdə qablaşdırılması və həmin kütlənin sonuncudan götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur; Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan – metafetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamış, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən sonuncu tərəfindən törədilmiş təkrar cinayətlər onun əməlində cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Qeyd olunan Məcəllənin normasından da göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə psixotrop maddə olan metafetaminin əldə edərək, istifadə etməsi üçün üzərində gəzdirməsi onun əməlində təkrarlığı müəyyən edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, aşkar edilmiş psixotrop maddə olan metamfetaminin miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməlləri sonuncu dəfə barəsində çıxarılmış Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 04 oktyabr 2024-cü il və 04 fevral 2025-ci il tarixlərdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətlənirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün, ümumilikdə 07 (yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 12 mart 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X3 Ekspert komissiyasının 04 oktyabr 2024cü il tarixli, 6/4794 saylı və 05 fevral 2025-ci il tarixli, 6/512 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri - 0,320 qram və 0,478 qram – psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 03 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 130 (bir yüz otuz) manat məbləğində pul təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(010)-320/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il ,05 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün, ümumilikdə 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,320 qram və 0,478 qram – psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 03 (üç) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci – 130 (bir yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar