Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-909/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Xızı rayonu, Xələnc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 may 2025-ci il saat 15 radələrində yaşadığı ünvan 2 ünvanında «orta» dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən bacısı Zərərçəkmiş şəxs ona növbəti dəfə alkoqollu içki qəbul etməsinə görə irad bildirərkən həmin vaxtı həmin səbəbdən Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəmnində yaranmış narazılıq üstündə mübahisə baş verdikdə həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədi ilə masanın üzərindəki boş şüşə stəkanı əlinə götürüb həmin əlində tutduğu stəkanı Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Onlar atası Şahidla birlikdə yaşayırlar. Hazırda heç bir rəsmi yerdə işləmir. Onun spirtli içki qəbul etməsinə görə atası Dərgah və bacısı Lamiyə ona spirtli içkidən uzaq olmasını söylədikləri üçün bununla bağlı aralarında sözlə mübahisələri baş verir. 19 may 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman bir qədər spirtli içki qəbul etmiş, həmin vaxt bacısı Zərərçəkmiş şəxs və atası Şahid yenə də ona spirtli içkidən uzaq olmasını tənbeh kimi dedikləri üçün Lamiyə ilə aralarında sözlə mübahisə olmuş və mübahisə zamanı əsəbiləşərək masanın üzərində olan boş şüşə stəkanı götürüb Lamiyənin başına vurmuşdur. Sonra isə öz otağına getmişdir. Bundan sonra atası Şahid telefonla DİN-nin “102” xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Baş vermiş mübahisə zamanı atasına heç bir xəsarət yetirmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Şahid və qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Atası xəstə olduğu üçün ona baxır, qardaşı Adil tez-tez spirtli içki qəbul edir. Bu səbəbdən də aralarında sözlə mübahisələri olur. Qardaşı Adilə iş tapıb işləməsi, spirtli içki içməməsi barədə iradını bildirsə də, Adil onun dediklərinə məhəl qoymur. 19 may 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 3 ünvanında olan zaman Adil yenə də, həmişə olduğu kimi spritli içki içmiş, o da buna görə Adilə sözlə iradını bildirmişdir. Həmin vaxt Adil içkili olduğu üçün onun ünvanına nalayiq ifadələr işlətmiş, o Adilə sakit olmasını tələb etdikdə Adil masanın üzərində olan boş şüşə stəkanı əlinə götürüb üzərinə doğru gələrək həmin stəkanla qəsdən başına vurmuş, bu zaman stəkan onun başında sınmışdır. Sonra o yerə dağılmış şüşə stəkanın parçalarını toplayaraq zibil qutusuna yığaraq həmin zibil qutusunu özü ilə birlikdə götürüb yaşadığı evin yaxınlığında olan dəqiq yerini xatırlamadığı məişət tullantıları üçün nəzərdə tutulan yerə atmışdır. Daha sonra isə yaşadığı evə qayıtmışdır. Bundan sonra atası Şahid onun vəziyyətinin yaxşı olmadığını görüb baş vermiş hadisə ilə bağlı DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir.Baş vermiş münaqişənin təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdəqardaşı Adil və atası Şahid başqa şəxsin olmadığını, hadisə zamanı istifadə olunan stəkanın qiymətinin 2 manat olduğunu, dəymiş maddi ziyanla bağlı şikayət və tələbinin olmadığını, şikayət və tələbi qardaşı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1169 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər –başın ənsə nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması bərk küt əşyanın təsirindən müayinədən bir gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, başqa şəxs tərəfindən stəkanla vurulan zərbənin təsirindən əmələ gələ bilərdi. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin xarakterinə və yerləşmə yerinə görə belə demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri cəzasına məhkum eidlmiş, xx.xx.2019-cu ildə cəzasını tam çəkib qurtarmışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iş üzrə qardaşı Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə könüllü surətdə ödənilmiş və onunla barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs bacısıdır, zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə özünü təqsirli bilir və törətdiyi əməldən səmimi peşmandır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmə iclaslarında iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmə iclaslarında iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(012)-909/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-909/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver