Məhkəmə qərarları › İş №1(012)-91/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-91/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-91/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Fizuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək üçün AE057266 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə 27 avqust 2021-ci il tarixdə saat 11 radələrində etibarnamə olmadan idarə etdiyi Zərərçəkmiş şəxs məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Dacia Logan” markalı 99-ZR- 726 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə “AAAF park” yaşayış kompleksi istiqamətində saatda 60km/saat sürətlə hərəkətdə olan zaman yolun Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “OBA” adlı marketin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib yolun hərəkət hissəsinin sol kənarından sağa doğru çəpinə hərəkət edən piyada X5 ehtiyatsızlıqdan vuraraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu ehtiyatsızlığı X3 baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, sol gicgah əzələsinə və baş sol gicgah-ənsə nahiyəsində toxuma altında qansızma, sol gicgah və kəllə əsası sümüklərinin sınığı, sol gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sağ almacıq nahiyələrinin sıyrığından ibarət həyat üçün təhlükəli ağır bədən xəsarətləri alaraq 05 sentyabr 2021-ci il tarixdə Mirqasımov adma Respublika Klinik xəstəxanasında ölməsinə, “Dacia Logan” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs 200 (iki yüz)manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideynləri ilə bir yerdə Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsində yerləşən fərdi evdə yaşayır. Avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Tanışı Şahid “Dacia Logan” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 50 manata icarəyə götürüb taksi kimi fəaliyyət göstərmişdir. Həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Avtomobillə Bakı şəhəri, 20 Yanvar dairəsindən Abşeron rayonu, Xırdalan şəhərinə adambaşı 1 manatdan olaraq sərnişin daşımışdır. Bildirmişdir ki, 27 avqust 2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Dacia Logan” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, 20 Yanvar dairəsindən 1 manatdan sərnişin götürüb saatda 60 km/saat sürətlə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə 120 adlan ərazi istiqamətində hərəkətdə olan zaman “OBA” adlı markaetə çatmamış bir nəfər tanımadığı qadın yolun orta hissəsində olan beton sütunlardan yolun sağ tərəfmə baxmadan keçməsini görmüşdür. O, avtomobili sağ və sol istiqamətdə qaçıraraq əyləci bassa da həmin qadını idarə etdiyi avtomobillə vurmuşdur. Həmin vaxt arvadı başı avtomobilin sağ qol şüşəsinə dəyib yerə yıxılmışdır. Avtomobili saxlayıb sərnişinləri avtomobildən düşürmüş və həmin qadını avtomobilə mindirib təcili tibbi yardım məntəqəsinə aparmış, oradan da təcili tibbi yardım maşını ilə Respublika Xəstəxanasına aparmışdır. Sonradan bilmişdir ki, avtomobillə vurduğu qadın X6r. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Digər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 11, ev 8, mənzil 59-da yaşayır. Bildirmişdir ki, X7 onun anasıdır, əvvəllər məktəbdə müəllimə işləmiş və təqaüdə çıxmışdır. Anasını hamı müəllimə kimi çağırmışdır. X1 27 avqust 2021-ci il tarixdə səhər saat 11 radələrində evdən çıxıb “Oba” marketə getmişdir. O isə anası evdən çıxan zaman yatmışdır. Bir qədər sonra qonşusu onun mobil telefonuna zəng vurub anasını maşın vurduğunu bildirmişdir. O, yuxudan oyanıb anasının telefonuna zəng vurmuş, lakin, telefona zəng getsə də heç kim mobil telefonu götürməmişdir. Bir neçə dəqiqə sonra bir nəfər anasının telefonu ilə onun nömrəsinə zəng etmişdir. Həmin şəxs sürücü kimi özünü təqdim edib, anasını piyada kimi yolu keçən zaman maşınla vurduğunu və anasını Mirqasımov adına Respublika Klinik xəstəxanasına gətirdiyini bildirmişdir. O, dərhal xəstəxanaya gəlmiş, orada anasına həkimlər tərəfindən ilkin tibbi yardım göstərildiyini və reanimasiya şöbəsində olduğunu görmüşdür. Anası 05 sentyabr 2021-ci il tarixinə qədər xəstəxanada müalicə aldıqdan sonra həmin günü də vəfat etmişdir. Bundan sonra polis əməkdaşları anasının meyitinin MTE və PA birliyinə məhkəmə-tibbi ekspertizasında müayinə olunması üçün aparmışlar. Daha sonra meyit müayinə olunduqdan sonra onlara təqdim olunmuşdur. 06 sentyabr 2021-ci il tarixdə mərhum anasını qohumlarının olduğu Şəki rayonu, Turan qəsəbəsinə aparıb orada olan qəbirstanlıqda dəfin etmişlər. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi döngə 3, ev 36-da yaşayır. Bildirmişdir ki, özünə məxsus avtomobilləri icarəyə verməklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanımır, Nurlanla münasibəti və düşmənçiliyi olmamışdır. Həmçinin, Şahid da tanımır, Qurbanla münasibəti və düşmənçiliyi olmamışdır. “Dacia Logan” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, o, həmin avtomobili sürmək üçün olan etibarnamə ilə Şahid vermişdir. O, icarə əsasında aylıq gəlirini Qurbandan almışdır. O, Şahid ona məxsus olan avtomobili Təqsirləndirilən şəxs sürmək üçün verməsindən xəbəri olmamışdır. Sonradan 27 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus “Dacia Logan” minik markalı 99-ZR- 726 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərməsini və hadisə törətməsini öyrənmişdir. O, həmin şəxsə sürmək üçün etibarnamə verməmişdir. Şahid da həmin şəxsə maşını verməsindən xəbəri olmamışdır. Hadisə zamanı maşınının qabaq kapot hissəsi əzilmiş, qabaq şüşəsi isə çatlamışdır. Təxminən 200 manat miqdarında ona maddi ziyan dəymişdir. Həmin maddi ziyanı isə Təqsirləndirilən şəxs avtomobilini düzəltdirməklə ziyanı ona qaytarmışdır. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Cabir Novruzov küçəsi nömrəsiz fərdi evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, Nurlanla münasibəti normal olmuşdur. “Dacia Logan” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur. O, həmin avtomobili sürmək üçün olan etibarnamə ilə idarə etmişdir. Həmin avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində Zərərçəkmiş şəxs məxsus olsa da həmin avtomobili kredit şəklində hər ay pul ödəməklə etibarnamə alıb idarə etmişdir. Axırıncı etibarnaməni isə iyul ayında almışdır. Onun xəstəliyi ilə əlaqədar maşın sürməyə həkim icazə vermədiyi üçün o, maşını gündəlik icarəyə vermişdir. Hadisə baş verməmişdən, yəni 27 avqust 2021-ci il tarixdən təxminən iki gün əvvəl idarə etdiyi “Dacia Logan” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs gündəlik icarəyə vermişdir. Həmin şəxs taksi fəaliyyəti ilə məşğul olaraq ona gündəlik qazancından 40-50 manat icarə haqqı ödəmişdir. 27 avqust 2021-ci il tarixdə isə Nurlanın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. “Oba” adlı marketin qarşısında yol nəqliyyat hadisəsi törədərək piyada vurmasını eşitmişdir. Həmin günü də Nurlanla telefon əlaqəsi saxlayıb maşını Nurlandan təhvil almışdır Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2021-ci il tarixli 103 saylı rəyindən görünür ki, 1949-cü ildə anadan X3 meyitinin məhkəmə müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir-baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızına, sol gicgah əzələsinə və baş sol gicgah-ənsə nahiyəsində toxuma altında qansızma, sol gicgah və kəllə əsası sümüklərinin sınığı, sol gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sağ almacıq nahiyələrinin sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşya təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 27 avqust 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərərvurmanın əlamətlərinə malikdirlər.

2. X4 ölümünə səbəb- baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızına, sol gicgah və kəllə əsası sümüklərinin sınıqları və bunun nəticəsində inkişaf edən baş-beyin travmatik ödemi olmuşdur.

3. X4 ölümü 05.09.2021-ci il tarixdə saat 13:00- da Respublika Xəstəxanasında baş vermişdir.

4. X3 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və emil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər (həmçinin tiryək alkolidləri) fenotizal, pirazalon 14,benzodeopazin törəmələri və salisilatları aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 noyabr 2021-ci il tarixli 8/2659 saylı rəyindən görünür ki, 1.2 “Dacia Logan” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 30.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 27 avqust 2021-ci il tarixli 2/11646 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 09.09.2021-ci il tarixli 302-5097-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05.03.2031-ci il tarixdə 10 il müddətində etibarlı olan “BC” kateqoriyalı AE 057266 nömrəli sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Hadisə baş verən yerdə quraşdırılmış kameralardan götürülüb diskə köçürülərək təqdim edilmiş 01 ədəd 27 avqust 2021-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Oba” marketin qarşısında baş vermiş yol nəqliyyat hadisəsinin video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “Kodak” sözü yazılan DVD farmatlı diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən olundu ki, yolu keçən orta boylu yaşlı qadını qara rəngli avtomobili yolun ortasında vurur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “qadını vuran qara rəngli avtomobil onun idarə etdiyi “Dacia Loğan” minik markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobildir”. Bildirmişdir ki, “27 avqust 2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Dacia Loğan” minik markalı **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə üzü 120-nin axırı adlanan ərazi istiqamətində hərəkətdə olan zaman yolun Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “OBA” adlı marketin qarşısında onun hərəkət istiqamətində yolu soldan sağa keçən piyada qadını vurmuş və həmin piyadanı avtomobilə mindirib təcili tibbi yardım məntəqəsinə apardım”. Zərəçəkmiş şəxsin hüquqi varisi X8 Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmiş və “Dacia Logan” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin cərimə meydançasına yerləşdirilmişdir . Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına, həmçinin digər zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinə yönələn hərəkətlər etməyə çalışaraq, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 120 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Abşeron RPİ-nin cərimə meydançasına yerləşdirilmiş“Dacia Logan” markalı **- ZR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X11 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Abşeron RPİ-nin cərimə meydançasına yerləşdirilmiş“Dacia Logan” markalı **- ZR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X11 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar