Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-91/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zor tətbiq olunması ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Biləcəri qəsəbəsindən markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə müştəri qismində əyləşərək, şəxsi işləri ilə əlaqədar olaraq Xırdalan şəhəri, “Kristal-Abşeron 2” yaşayış kompleksinə gəlmiş, orada yolu keçən tanımadığı Zərərçəkmiş şəxs1 tanış olmaq məqsədi ilə yaxınlaşaraq, onunla getməyi təklif etmiş, həmin vaxt sonuncunun onunla kobud danışmasını cuzi səbəb gətirərək öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmişin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsindən bir neçə dəfə yumruqla vurub, saçından tutub baş nahiyəsini müştəri qismində gəldiyi avtomobilə çırparaq ona-sağ alt göz qapağının qançırı, ağlı qişaya qansızma, sağ göz almasının kontuziyası(əzniyi) buynuz qişanın eroziyası sağ almacıq sümüyünün, göz yuvasının səthinin sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmin vaxt onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 tanışı olan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ictimai qaydaya qarşı insanların arasında bərqarar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, müqavimət göstərməklə sonuncunun qolundan tutub zorla həmin yerə gəldiyi avtomobilə mindirərək, ona sol diz nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirirək, qərəzli hərəkətlər yəni xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə şəxsi işləri ilə əlaqdar olaraq Biləcəri qəsəbəsində tanımadığı taksiyə əyləşib, Xırdalan şəhərinə gəlmişdir. Xırdalan şəhərinə təxminən saat 03 radələrində çatmış, taksini Kristal Abşeron- 2 y\k-nin qarşısında, Xırdalan dairəsindən Kristal Abşeron-2 y\k istiqamətində avtomobil yolunun kənarında saxlatdırıb, maşından düşmüşdür. Həmin vaxt taksinin ödənişini etmək üçün ləngimiş, taksidən düşüb getmək istəyərkən, əvvəllər tanımadığı və görmədiyi üç nəfər qadın görmüş, onlardan ikisi böyük biri isə uşaq olmuşdur. Həmin qadınlardan biri ona baxıb gülmüş, ona “nəyə gülürsən” ifadəsini işlətmiş, həmin qadın ona “yaxşı eliyirəm” demişdir. Sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi qadın ona “guya sən bomba oğlansan da” deyərək cavab vermişdir. O, Zərərçəkmiş şəxs1 “bomba sən olarsan, ağıllı ol” demiş, “sən poxsan, çıx get” ifadəsini işlətmişdir. Zərərçəkmiş şəxs1 ona “pox sənin nəslindi, peysər” sözlərini işlətmiş və o da əsəbləşdiyi üçün, özünü saxlaya bilməmiş və yumruqla Zərərçəkmiş şəxs1 sağ göz nahiyyəsindən bir dəfə və baş nahiyyəsindən bir dəfə zərbə endirib, saçından tutaraq baş nahiyyəsini avtomobilin künc hissəsinə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 yanında olan qadınlar onun üstünə hücum etmiş, lakin heç bir xəsarət yetirməmişlər. Hadisə yerində olan Zərərçəkmiş şəxs1 yanında adını sonradan bildiyi Zeynəbxanım üzərinə gələrək ona Günayı vurmasını irad bildiyi üçün onun yaxasından tutub maşına soxmuş, məqsədi onunla danışmaq idi ki, hansı səbəbə Zərərçəkmiş şəxs1 ilə aralarında olan məsələyə müdaxilə edir. Münaqişənin bu vaxtı hadisə yerinə gələn polis əməkdaşları onları Abşeron RPİ-nə dəvət etmiş və onlar da etiraz etmədən RPİ-yə gəlmişlər. Göstərmişdir ki, münaqişə Kristal Abşeron y\k ilə üzbə-üz Xırdalan dairəsindən Kristal Abşeron y\k-nə gələn avtomobil yolunun kənarında, nəqliyyat vasitələrinin və əhalinin intensiv hərəkətdə olduğu ümumi küçədə baş verib və təxminən 15 dəqiqə davam etmiş, münaqişə zamanı yüksək səslə danışma, söyüş, təhqir hallarına yol verilmiş, Zərərçəkmiş şəxs1 ilə dava-dalaş zamanı da onun yanında olan qadınlar müdaxilə edərək, onları aralamağa çalışmışlar. Hadisə zamanı onu heç kəs vurmamış və o, xəsarət almamış, Zərərçəkmiş şəxs1 və onun yanındakı qadınların heç birini tanımır, onlarla heç bir münasibəti, əlaqəsi və ədavəti olmamışır. Sonda o, həmçinin əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ona məxsus mənzildə rəfiqəsi Nigar, Nigarın qızı Zeynəb, yemək yemiş, bir neçə saat sonra kolbasa almaq üçün həyətə düşmək qərarına gəlmişdir. Onlar birlikdə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində evdən çıxıb, Xırdalan şəhəri, Kristal Abşeron-2 y\k-də yerləşən “Ruzi” marketə getmək üçün avtomobil yolunu keçmək istəmiş, bu zaman Xırdalan dairəsi istiqamətindən Kristal- Abşeron-2 y\k istiqamətində hərəkət edən markasını və dövlət nömrə nişanını xatırlamadığı, gümüşü metal rəngli avtomobil onların yanında saxlamış, həmin avtomobilin sürücüsü və onun yanında əyləşmiş bir nəfər tanımadığı, əvvəllər görmədiyi, aralarında heç bir ədavət və düşmənçilik olmayan şəxs ona söz atmış və onların avtomobilində əyləşməyi təklif etmiş. avtomobildə qarşıda sərnişin kimi əyləşən sonradan onun Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs avtomobildən düşmüş və onlara yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs yenidən ona avtomobilə oturmağı təklif etmiş və onun sağ çiynindən tutub, avtomobilin qapısını açıb, onu zorla avtomobilə otuzdurmaq istədikdə sonuncunun bu hərəkətindən əsəbləşib ünvanına nalayiq ifadələr işlətmişdir. Əli onun sağ çiyin hissəsində olan paltardan yapışıb, yumruqla üz nahiyyəsinə 3-dəfə zərbə endirmiş, sonuncunun vurduğu zərbələrdən ikisi sağ göz nahiyyəsinə, biri isə burun nahiyyəsinə dəymişdir. Əli onu vura-vura maşına soxmaq istəmiş, o isə sonuncuna tabesizlik göstərmişdir. Bundan sonra Əli Qəçhrəmanov onun saçından tutub başını onlara söz atan zaman düşdüyü maşının künc hissəsinə 2-3 dəfə vurmuş, sonuncunun zərbələrindən huşunu itirmiş, polis əməkdaşlarının köməkliyi nəticəsində özünə gəlmiş, belə ki, təsadüfən hadisə yerinə gələn polis əməkdaşı üzünün qan olduğunu görüb, yaxınlıqda su ilə üzünü yumuş və onları polis idarəsinə dəvət etmişlər. Göstərmişdir ki, münaqişə xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində, Xırdalan şəhərində, Kristal Abşeron-2 y\k ilə üzbə-üz, avtomobil yolunun kənarında baş vermiş, münaqişə zamanı o, rəfiqəsi Nigar, Nigarın qızı Zeynəb, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs və sonuncunun əyləşdiyi avtomobili idarə edən şəxs olmuş, münaqişə 20 dəqiqə davam etmiş, həmin vaxt kənardan tanımadığı şəxslər toplaşsada, heç kəs onları aralamağa cəhd etməmiş, yoldan keçən maşınların gedişində maneəçilik yaranmış, Təqsirləndirilən şəxs isə dayanmadan uca səslə ünvanına nalayiq ifadələr işlətmiş və onu döymüşdür. Məhkəmə istintaqında qanuni nümayındəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 153 saylı orta məktəbin 9 A sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə anasının rəfiqəsi Günayın yaşadığı ünvanda Günay, anası Nigarla birlikdə yemək yemiş, həmin vaxt kolbasa istəmiş və birlikdə kolbasa almaq üçün həyətə düşmüşlər. Həmin vaxt təxminən saat 03 radələrində evdən çıxıb dükana getmiş, onlar birlikdə Xırdalan şəhəri, Kristal Abşeron-2 y\k-də yerləşən “Ruzi” marketə getmək istəmiş və bu səbəbdən avtomobil yolunu keçmək istəmişlər. Bu zaman Xırdalan dairəsi istiqamətindən Kristal-Abşeron-2 y\k istiqamətində hərəkət edən markasını və dövlət nömrə nişanını xatırlamadığı, gümüşü metal rəngli avtomobil onların yanında saxlamış, həmin avtomobilin sürücüsü və onun yanında əyləşmiş bir nəfər tanımadığı, əvvəllər görmədiyi, aralarında heç bir ədavət və düşmənçilik olmayan şəxs onlara söz atmış və Günaya avtomobilə oturmağı təklif etmişdir. Avtomobildə qarşıda sərnişin kimi əyləşən sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs avtomobildən düşmüş, Təqsirləndirilən şəxs yenidən ona avtomobilə oturmağı və Günayın sağ çiynindən tutub, avtomobilin qapısını açıb, arxa oturacağında zorla əyləşdirmək istəmiş, bu vaxt Günay Əlini söymüş, Əli Günayın sağ çiynindən tutmuş formada sağ göz və burun nahiyyələrinə dəfələrlə yumruq zərbəsi vurmuş və Günayın sifətini avtomobilin qapısının küncünə çırpmışdır. Həmin vaxt o və anası Günayı dartaraq Əlinin əlindən almaq istəmiş, bu vaxt Əli Günayı buraxıb anasının yaxasından tutmuş və avtomobilə tərəf dartıb, avtomobilə oturtmağa çalışmış, bu vaxt o, anasına kömək etmək istəmiş, Əli onu avtomobilə soxmuşdur. Anası onu avtomobildən çıxarmış və həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb RPİ-nə dəvət etmişlər. Münaqişə xx.xx.2022-ci il tarixdə, təxminən saat 03 radələrində, Xırdalan şəhərində, Kristal Abşeron-2 y\k ilə üzbə-üz, avtomobil yolunun kənarında baş vermiş, münaqişə zamanı Təqsirləndirilən şəxs yaxasından tutaraq onu avtomobiləı soxmuş, onun sol ayağı avtomobilə dəymiş və xəsarət almışdır. Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə rəfiqəsi Günayın mənzilində rəfiqəsi Günay, qızı Zeynəb ilə birlikdə yemək yemiş, bir neçə saat sonra dükana kolbasa almaq məqsədi ilə getmişlər. Həmin vaxt təxminən saat 03 radələri olmuş, onlar birlikdə Xırdalan şəhəri, Kristal Abşeron-2 y\k-də yerləşən “Ruzi” marketə getmək üçün avtomobil yolunu keçmək istəmiş, Xırdalan dairəsi istiqamətindən Kristal-Abşeron-2 y\k istiqamətində hərəkət edən markasını və dövlət nömrə nişanını xatırlamadığı, gümüşü metal rəngli avtomobil onların yanında saxlamış, həmin avtomobilin sürücüsü və onun yanında əyləşmiş bir nəfər tanımadığı, əvvəllər görmədiyi, aralarında heç bir ədavət və düşmənçilik olmayan şəxs onlara söz atmış və avtomobildə qarşıda sərnişin kimi əyləşən sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs avtomobildən düşüb Günaya avtomobilə oturmağı təklif etmişdir. Bu vaxt Günay Əlini söymüş, Əli Günayın sağ çiynindən tutmuş formada sağ göz və burun nahiyyələrinə dəfələrlə yumruq zərbəsi vurmuş və Günayın sifətini avtomobilin qapısının küncünə çırpmışdır. Həmin vaxt o və yanında olan Zeynəbxanım Günayı dartaraq Əlinin əlindən almaq istəmiş, bu vaxt Əli Günayı buraxıb onun yaxasından tutub və avtomobilə tərəf dartmış, lakin ona heç bir xəsarət yetirməmiş, bu vaxt qızı ona kömək etmək istəmiş, Əli qızı Zeynəbi sürüyərək avtomobilə soxmuş, həmin vaxt qızı ayaq nahiyyəsindən xəsarət almış, sonuncunu avtomobildən çıxartmış və həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb RPİ-nə dəvət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cu il tarixdə DİO-da 2019-cu il tarixdən isə tutduğu vəzifədə xidmət aparmışdır. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ekipajı Şahid3 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində xidmət aparmış, həmin vaxt Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 2” yaşayış kompleksi ilə üzbəüz yolun digər tərəfindən anket məlumatlarını sonradan bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Tofiq qızını döydüyünü görmüş, həmin vaxt aralarında məsafə çox olmuş, belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 saçından tutub başını “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin künc hissəsinə vurmuş, onlar özlərini həmin yerə qaçaraq çatdırmış, hadisə yerinə özlərini çatdıranda Əli azyaşlı Zərərçəkmiş şəxs2 qolundan tutaraq zorla maşına mindirmək istədiyini görmüş, onlara yaxınlaşıb özlərini təqdim edib, nizam intizama dəvət edib, onları polis idarəsinə aparıb, hadisə ilə bağlı raport yazmış, Zeynəbaxanım Babayevanın yanında anası Şahid1 da olmuşdur. Göstərmişdir ki, münaqişə xx.xx.2022-ci il tarixdə, təxminən saat 03 radələrində, Xırdalan şəhərində, Kristal Abşeron-2 y\k ilə üzbə-üz, avtomobil yolunun kənarında baş vermiş, hadisə vaxtı yol bağlanmış, dava-dalaş hadisəsinə xeyli sayda kütlə yığışıb baxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində polis nəfəri Şahid2 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə - tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Tofiq qızının məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində – sağ alt göz qapağının qançırı, ağlı qişaya qansızma, sağ göz almasının kontuziyası (əziyi) buynuz qişanın eroziyası, sağ almacıq sümüyünün, göz yuvası səthinin sınığı - bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yənixx.xx.2022-ci il tarixdə dava dalaş zamanı yumruq zərbəsi ilə vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş Məhkəmə - tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1276 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – sol diz nahiyəsinin qançırı - küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava dalaş zamanı təpik zərbəsi ilə vurması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vumayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliyi özünün tam etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 332.1, 70-ci maddəsi ilə N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama, N ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində – sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsi veteranıdır, Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayındığından barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilməsi barədə qərar çıxarılmış və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırlmışdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron rayon Pİ-nin MSY-nə təhvil verilmiş, odur ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respubliksı CM-nin 127.1-ci madəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 23 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 60 (altmış) saat göstərdiyi hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrasını Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanılsın və ona qəti olaraq 03 (üç ) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 23 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə gecə saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini və Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 60 (altmış) saat göstərdiyi hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-91/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-91/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver