Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-91/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs18un, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs14, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 4-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, döngə 4, ev 35-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu Zərərçəkmiş şəxs15 sonuncunun qohumu X6 “B” kateqoriyalı sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə Zərərçəkmiş şəxs15 08 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Al” marketin içərisində olan “E-Manat” ödəmə terminalından onun istifadəsində olan və qohumu Şahid3 məxsus "xxxx" ASC-yə məxsus 4169-7385-8371-7347 seriyalı kartına göndərilmiş 250 manat, 09 yanvar 2022-ci il tarixdə eyni qayda ilə həmin ünvandan istifadəsində olan və Şahid3 məxsus "xxxx" ASC-yə məxsus 4169-7385-8371-7347 seriyalı kartına göndərilmiş 650 manat ümumilikdə 900 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs15 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 X30 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə 10 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 1 ünvanının qarşısında 950 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs12 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 03 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" ASC-nin qarşısında 500 manat, 13 iyun 2022-ci il tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllədə yerləşən evindən mobil telefon vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASCyə məxsus 4098-5844-5851-0383 seriyalı “Leo bank” kartına göndərilmiş 300 manat ümumilikdə 800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs12 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 dayısı oğlu Şahid1 “DE” kateqoriyalı sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə Zərərçəkmiş şəxs8 2022-ci ilin iyun ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən sonuncunun işlədiyi “Grandmart” marketin qarşısında 1560 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 29 may 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Araz” marketin içərisində olan “Milliön” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASCyə məxsus 4098-5844-5851-0383 seriyalı “Leo bank” kartına göndərilmiş 300 manat, 20 iyun 2022-ci il tarixdə həmin ünvandan istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098- 5844-5851-0383 seriyalı “Leo bank” kartına göndərilmiş 300 manat və 25 iyun 2022-ci il tarixdə həmin ünvandan istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-5851-0383 seriyalı “Leo bank” kartına göndərilmiş 200 manat ümumilikdə 800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X9 qardaşı Zərərçəkmiş şəxs9 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs9 08 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Rahat” marketin qarşısında 510 manat, həmin tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən “Edu” marketin içərisində olan “Milliön” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-5851-0383 seriyalı “Leo bank” kartına göndərilmiş 240 manat ümumilikdə 750 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs9 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs11 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 21 aprel 2022-ci il tarixdə Masallı rayonu, Təzə-Alvadı kəndində yerləşən “Zəm” marketin içərisində olan “Milliön” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-5851-0383 seriyalı “Leo bank” kartına göndərilmiş 400 manat, 13 iyul 2022-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən “Elvin” marketin içərisində olan “Milliön” ödəmə terminalından istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-5851-0383 seriyalı “Leo bank” kartına göndərilmiş 380 manat ümumilikdə 780 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs11 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncudan 03 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı Mühəndislik Universitetinin qarşısında 850 manat, 07 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında 150 manat ümumilikdə 1000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 oğluna sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə Zərərçəkmiş şəxs3 08 iyun 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “120” saylı avtobus marşurutunun son dayanacağında 850 manat, 07 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında 150 manat ümumilikdə 1000 manat vahid niyyətlə əhatə olunan qəsdlə pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 30 iyul 2022-ci il tarixdə sonuncunun yaşadığı evdən mobil telefon vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-5851-0383 nömrəli “Leo bank” kartına göndərdiyi 850 manat, 07 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında verdiyi 150 manat ümumilikdə 1000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 10 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Fresco” marketin qarşısında 830 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 22 avqust 2022-ci il tarixdə saat 10:21 radələrində yaşadığı Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən “Al” marketin içərisində olan “Milliön” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus karta göndərdiyi 850 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs16 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 22 avqust 2022-ci il tarixdə saat 21:51 radələrində yaşadığı Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən “Oba” marketin içərisində olan “Milliön” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus karta göndərdiyi 750 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs17 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 23 avqust 2022-ci il tarixdə saat 14:19 radələrində yaşadığı Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən “Oba” marketin içərisində olan “E-Manat” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus kartına göndərdiyi 750 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs18 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 əri X1 vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə Zərərçəkmiş şəxs6 2022-ci ilin avqust ayının ortalarında yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evində 550 manat, 2022-ci ilin avqust ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Al” marketin qarşısında 250 manat ümumilikdə 800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 06 iyul 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Şamaxı rayonu, Göylər kəndi ərazisində mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə "xxxx" hesabından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4098-5844-5851-0383 nömrəli “Leo bank” kartına göndərdiyi 450 manat, 02 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Şamaxı rayonu, Göylər kəndi ərazisində mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə "xxxx" hesabından istifadəsində olan "xxxx" ASC-yə məxsus kartına göndərdiyi 270 manat ümumilikdə 720 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs19 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs14 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə 20 yanvar 2022-ci il tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 85B saylı fərdi evin qarşısında 750 manat, 25 oktyabr 2022-ci il tarixdə eyni qayda ilə həmin ünvanın qarşısında 100 manat ümumilikdə 850 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs14 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs10, qardaşına sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə X22 vasitəsi ilə Zərərçəkmiş şəxs10 16 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Gold Qayalı” marketin içərisində olan “Pasha-Pay” ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus kartına göndərdiyi 650 manat, eyni qayda ilə Vüsal Kərimovun vasitəsi ilə 27 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin içərisində olan “E-Manat” ödəmə terminalından onun istifadəsində olan “Yellow” banka məxsus kartına göndərdiyi 80 manat ümumilikdə 730 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs10 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs13 sürücülük vəsiqəsi düzəldəcəyinə dair vəd verib aldatmış, bu niyyətlə sonuncunun 2022-ci ilin mart ayının sonlarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, 1A saylı binanın qarşısında 450 manat, 2022-ci ilin oktyabr ayının sonlarında eyni qayda ilə həmin yerdə 400 manat ümumilikdə 850 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs13 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir, ancaq təxminən on ildir ki, xanımlara avtomobil idarə etmələri üçün kurslar təşkil edir, təlimlər bitdikdən sonra Abşeron və Bakı şəhərləri ərazisində fəaliyyət göstərən sürücülük məktəblərindən təlim keçdiyi şəxslərin təlimi başa vurmaları ilə bağlı şəhadətnamələr verir və təlim keçdiyi şəxslərin sürücülük vəsiqəsi almalarında köməklik göstərir. Təlim zamanı B kateqoriyası üçün təlim keçdiyi şəxslərdən 50 manat, BC kateqoriyası üçün isə 70 manat, Sumqayıt şəhər imtahan qeydiyyat şöbəsində sürücülük vəsiqələri almaq üçün isə 850 manat pul almışdır. Yuxarıda göstərdiyi məbləğdə olan pulları təlim kurslarına başlamazdan öncə almışdır. Bununla da 1000 nəfərə yaxın şəxslərə sürücülük vəsiqəsini düzəltməkdə köməklik etmişdir. Lakin, 2022-ci ilin avqust ayından etibarən onun işində problemlər yaranmağa başlamışdır. Belə ki, ona sürücülük vəsiqəsinin əldə olunması üçün müraciət edən şəxslərin bir neçəsinin sənədlərini itirdiyi üçün onların adlarını sürücülük məktəbinə yenidən yazdırmaq məcburiyyətində qalmış və təbii olaraq bununla söz verdiyi vaxtda sürücülük vəsiqəsi ilə təmin edə bilməmişdir. O, bir nəfər üçün sürücülük vəsiqəsini orta hesabla 920 manata təşkil etmişdir. Həmin pulların da yarısını əvvəlcədən vətəndaşlardan almış, qalan pulu da sürücülük vəsiqəsini əldə edəndən sonra almışdır. Belə ki, qeyd etdiyi həmin sənədləri itirməyindən sonra şəxsi ailə probləmləri ilə əlaqədar bir müddət işə gedə bilməmişdir. Telefonu da sındığı üçün zənglərə cavab verə bilməmişdir. Bu səbəbdən də onunla əlaqə saxlaya bilmədikləri üçün pulları onda olan insanlar ondan şikayət etmişdilər. O, Zərərçəkmiş şəxs15 onun barəsində verdiyi ərizəsi ilə tanış olmuş, həmin şəxsdən qohumu üçün sürücülük vəsiqəsi düzəltmək üçün 900 manat pul almışdır. Lakin, Toğrula maksimum 2 ay müddətinə sürücülük vəsiqəsini düzəldə biləcəyini bildirmiş, lakin həmin pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün verdiyi sözü tuta bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs14 2022-ci ilin yanvar ayından tanımış, Xəyalə onun sürücülük vəsiqəsi düzəltməkdə insanlara köməklik etdiyini eşidib, onunla əlaqə saxlayıb görüşmüşdülər. Xəyalə onunla sürücülük vəsiqəsi düzəlməkdə, eyni zamanda maşın sürmək üçün təlim keçməyə köməklik etməklə bağlı köməklik göstərməyi xahiş etmişdir. O da etiraz etmədən razılaşmışdır. Sürücülük vəsiqəsi düzəltmək üçün 850 manat, maşın sürmək üçün təlim keçməyi üçün isə 180 manat pul istəmişdir. O, sürücülük təlimi keçmək üçün Xəyalədən 180 manat pul alıb özünə məxsus “X-Trail” markalı avtomobil ilə 10 kurs təlim keçmiş, sürücülük vəsiqəsi düzəltmək üçün Xəyalədən 750 manat pulu xx.xx.2022-ci il tarixdə, qalan 100 manatı isə xx.xx.2022-ci il tarixdə almışdır. O, həmin pulları Xəyalənin evinin qarşısında almışdır. Lakin, həmin pulu şəxsi ehtiyacı üçün xərcləmiş, Xəyaləyə verdiyi sözü tuta bilməyib sürücülük vəsiqəsini düzəldə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 Xırdalan şəhərindən tanıyır, Zərərçəkmiş şəxs7 qızı Fidana isə təlim keçmişdir. 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs7 ona qızı Fidana sürücülük vəsiqəsi düzəltdirmək istədiyini demişdir. O, da Maxruxa sürücülük vəsiqəsini düzəltməkdə köməklik edə biləcəyini demişdir. Lakin, bunun üçün Maxruxdan 950 manat pul istəmişdir. Maxrux da etiraz etməyərək yaşadığı evin yaxınlığında ona 950 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin iyun ayında Mayis də ona dayısı oğlu Şahid1 sürücülük vəsiqəsi düzəltdirmək istədiyini demişdir. O, Mayisə də sürücülük vəsiqəsi düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. Lakin, CE və DE kateqoriyaları olduğu üçün 1560 manat pul verməli olduğunu demişdir. Mayis də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Grandmart” mağazasının yaxınlığında dayısı oğlunun yanında ona 1560 manat pul vermişdir. Lakin, həmin ərəfələrdə problemləri olduğuna görə aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 onun barəsində verdiyi şikayətlə tanış olmuş və ona zəng vurub “İntaqram” sosial şəbəkəsindən nömrəsini sürücülük vəsiqəsi düzəltməkdə verdiyi elandan götürdüyünü bildirmişdir. Ondan sürücülük vəsiqəsi almaqda köməklik etməyi xahiş etmişdir. O isə sürücülük vəsiqəsini düzəltmək üçün 780 manat pul istəmişdir. Razılaşmaya əsasən, pulun bir hissəsini əvvəl verməsini, qalan hissəsini isə sürücülük vəsiqəsi hazır olan vaxt verməsini bildirmişdir. Coşquna göndərdiyi Leobank kartına 21 aprel 2022-ci il tarixdə 400 manat pulu göndərmişdir. Bir müddət sonra yenidən Coşqunla əlaqə saxlamış, sürücülük vəsiqəsinin yalandan hazır olduğunu bildirib, pulun qalan hissəsini də istəmişdir. xx.xx.2022-ci il tarixdə Coşqun yenidən onun Leobank kartına 380 manat pulu da göndərmişdir. Həmin pulu kartından çıxarıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Coşquna verdiyi sözü tuta bilməmiş, dəymiş ziyanı geri qaytaracağına söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 tanımır və ona zəng vurub sürücülük vəsiqəsi düzəltməyi xahiş etdiyi üçün qiyabi tanıyır. Onlar heç vaxt görüşməmiş, Məhəmmədə telefonda danışan zaman üç ay müddətinə sürücülük vəsiqəsini 800 manata düzəldəcəyini bildirmişdir. Qiymət qane etdiyi üçün razılaşmışdılar. Məhəmmədə özünə məxsus “Leo Bank” kartının şəklini göndərmiş, Məhəmmədə 800 manat pulu həmin karta yükləməyini xahiş etmişdir. Ona pulu hissə-hissə köçürəcəyini demişdir. O da etiraz etməyib razılaşmışdır. Məhəmməd ona ilk dəfə 29 may 2022-ci il tarixdə 300 manat, 20 iyun 2022-ci il tarixdə 300 manat, 25 iyun 2022-ci il tarixdə 200 manat pulu “Leo Bank” kartına göndərmişdir. Bundan sonra həmin pulu kartından çıxarıb şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs5 verdiyi söz tuta bilməmiş və dəymiş ziyanı qaytarmağa söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs12 uşaqları Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə təhsil alırlar. Zeynəbin övladları da həmin məktəbdə təhsil alır. O da Zeynəblə həmin məktəbdə tanış olmuşdur. Zeynəb ona sürücülük vəsiqəsi düzəltməyini bilib, bununla bağlı ona yaxınlaşıb maraqlanmışdır. O da Zeynəbə sürücülük vəsiqəsi düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. O Zeynəbə sürücülük vəsiqəsi düzəltmək müqabilində 800 manat pul istəmiş, vəsiqə almaq üçün sağlamlıq haqqında şəhadətnamə almağı da bildirmişdir. Bundan sonra 500 pulu Zeynəbdən 03 iyun 2022-ci il tarixdə Xırdalan şəhəri, "xxxx" ASC-nin qarşısında almışdır. 13 iyun 2022-ci il tarixdə isə Zeynəbə zəng vurub qalan 300 manat pulu da istəmişdir. Zeynəb bundan sonra onun Leobank kart hesabına 300 manat pulu göndərmişdir. Lakin, sonradan ailəsində yaranan probləmlərə görə verdiyi pul müqabilində sürücülük vəsiqəsini düzəldə bilməmiş, aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 120 ünvanında yerləşən Bakı Mühəndislik Universitetinin qarşısında 850 manat pul almış, Nübara sürücülük vəsiqəsi düzəldəcəyini vəd versə də, həmin pulu maddi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə kart hesabına göndərdiyi 850 manat pulu da eyni qaydada ələ keçirmiş, yəni sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə alıb, maddi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Fresco” adlı marketin qarşısında verdiyi 830 manat pulu da sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə alıb, ələ keçirtmişdir. Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi düzəktmək üçün pul almamışdır. Amaliyanın dedikləri yalandır. Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 və bacısı Zərərçəkmiş şəxs1 tanımış, həmin şəxslərin hər ikisindən ayrı-ayrılıqda 850 manat pul almışdır. Zərərçəkmiş şəxs4 isə arvadı Pərvanə Kərimavın vasitəsilə tanımış, Pərvanə Kərimova və Zərərçəkmiş şəxs3 hər ikisi sosial şəbəkə vasitəsilə onu tapmışlar, həmin şəxslərə maşın sürmək üçün təlim kursları keçmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, Sosial şəbəkədə maşın sürmək ilə əlaqədar olaraq təlim kursları keçməklə bağlı elan yerləşdirmiş və elanla əlaqədar ona yığan şəxslərlə görüşüb gündəlik 20 manat müqabilində təlim kusrları keçirmişdir. O, Zərərçəkmiş şəxs2 və bacısı Zərərçəkmiş şəxs1 hər birindən 850 manat pul almışdır. Zərərçəkmiş şəxs3 isə ümumiyyətlə ona pul verməmiş, Zərərçəkmiş şəxs4 da ona sürücülük vəsiqəsi düzəltmək üçün 830 manat pul vermişdir. Bundan başqa, Şamaxı rayonu, Göylər kənd sakinləri Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs17 X8 vasitəsilə şifahi şəkildə tanımaqla, həmin şəxslərlə arasında ədavət olmamışdır. Tərlan Məmmədov üçün təxminən 2022-ci il tarixdə sürücülük kurslarında oxuması barədə şəhadətnamə almış, daha sonra isə Sumqayıt şəhər imtahan qeydiyyat şöbəsi vasitəsilə sürücülük vəsiqəsi almışdır. Bir neçə müddət keçdikdən sonra yəni 06 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs19 ***-***-**-** saylı mobil nömrəsi ilə Whatshap vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq sürücülük vəsiqəsi almaq istədiyini demiş, daha sonra Farizlə telefonda danışmağa başlamışlar, telefon danışığı zamanı Farizdən sürücülük kursunu bitirib bitirməməsini, şəhadətnaməsinin olub-olmamasını soruşmuşdur. Fariz cavabında sürücülük kurslarını bitirmədiyini bildirmiş, bundan sonra Farizə demiş ki, sürücülük vəsiqəsi almaq üçün şəhadətnamə və sürücülük vəsiqəsi almaq üçün 720 (yeddi yüz iyirmi) manat pul ödəməli olacaq, üç ay on beş gündən sonra isə sürücülük vəsiqəsini alacaqdır. Fariz razılaşıb, ilkin olaraq həmin tarixdə saat 19 radələrində ilk öncə 50 (əlli) daha sonra 400 (dörd yüz) manat pulu ona məxsus 4098-5844-xx-xx-0383 saylı “Leo bank” hesabına ödəmə terminalı vasitəsilə göndərmiş, geri qalan 270 (iki yüz yetmiş) manat pulu isə bir aya göndərəcəyini demiş, o, Farizlə razılaşıb geri qalan 270 manat pulu ödədikdən sonra şəhadətnamə alması üçün adını sürücülük kursuna yazdıracağını demiş, Fariz razılaşmış və telefon əlaqəni bitirmişdirlər. 22 avqust 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs16 ***-***-**- ** saylı mobil nömrəsi ilə Whatshap vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə yazaraq sürücülük vəsiqəsi lazım olduğunu bildirmiş, daha sonra onlar telefon vasitəsilə əlaqə yaratmışlar, telefon danışığı zamanı Fəriddən sürücülük kursunu bitiribbitirmədiyini soruşmuş, Fərid cavabında sürücülük kursunu bitirmədiyini demiş, bundan sonra Zərərçəkmiş şəxs16 kurs və sürücülük vəsiqəsi almaq üçün 850 (səkkiz yüz əlli) manat verməli olduğunu, kursun müddətinin üç ay on beş gün keçdikdən sonra sürücülük vəsiqəsi almaq üçün çağıracağını demiş, Fərid onunla razılaşıb, 850 (səkkiz yüz əlli) manat pulu həmin tarixdə saat 10:21-də kart nömrəsinin son dörd rəqəmi 3249 olan, lakin tam nömrəsini hal-hazırda xatırlamadığı “Yelobank” hesabına ödəmə terminalı vasitəsilə göndərmiş, pul hesabına oturduqdan sonra Fəridə dediyi vaxtda onunla əlaqə saxlamasını tapşırıb, sağollaşmışdır. Həmin tarixdə yəni 22 avqust 2022-ci il tarixdə saat 21 radələrində Qasım ***-***-**-** saylı mobil nömrə ilə həmin vaxt onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib sürücülük vəsiqəsi almaq istədiyini soruşmuş, Qasıma da, digər iki nəfərə verdiyi sualları vermiş və Qasımın sürücülük kursunu bitirmədiyini bilmişdir. Bundan sonra sonuncuya kurs və sürücülük vəsiqəsi almaq üçün 750 (yeddi yüz əlli) manat verməli olduğunu, kursun müddətinin üç ay on beş gün keçdikdən sonra sürücülük vəsiqəsi almaq üçün çağıracağını demiş, Qasım onunla razılaşıb, 750 (yeddi yüz əlli) manat pulu həmin tarixdə saat 21:51-də kart nömrəsinin son dörd rəqəmi 3249 olan, lakin tam nömrəsini hal-hazırda xatırlamadığı “Yelobank” hesabıma ödəmə terminalı vasitəsilə göndərmiş, pul hesabına oturduqdan sonra Qasıma dediyi vaxtda onunla əlaqə saxlamasını tapşırıb, sağollaşmışdır. Daha sonra həmin tarixdə yəni 22 avqust 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs18 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə həmin vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib sürücülük vəsiqəsi almaq istədiyini soruşmuş, Sehraba da, digərlərinə verdiyi sualları vermiş və Sehrabın sürücülük kursunu bitirmədiyini bilmişdir. Bundan sonra sonuncuya kurs və sürücülük vəsiqəsi almaq üçün 750 (yeddi yüz əlli) manat verməli olduğunu, kursun müddətinin üç ay on beş gün keçdikdən sonra sürücülük vəsiqəsi almaq üçün çağıracağını demiş, Sehrab onunla əlaqə yaradacağını deyib, əlaqəni sonlandırmış və 23 avqust 2022-ci il tarixdə saat 14:19-da 750 (yeddi yüz əlli) manat pulu kart nömrəsinin son dörd rəqəmi 3249 olan, lakin tam nömrəsini hal-hazırda xatırlamadığı “Yelobank” hesabına ödəmə terminalı vasitəsilə göndərmiş, pul hesabına oturduqdan sonra Sehraba dediyi vaxtda onunla əlaqə saxlamasını tapşırıb, sağollaşmışdır. 02 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs19 yuxarıda göstərdiyi bank hesablarından birinə qalan 270 (iki yüz yetmiş) manat pulu ödəmə terminalı vasitəsilə kart nömrəsinin son dörd rəqəmi 3249 olan, lakin tam nömrəsini hal-hazırda xatırlamadığı “Yelobank” hesabına göndərmiş, pul hesaba çatdıqdan sonra Farizə üç ay on beş gündən sonra sürücülük vəsiqəsi almaq üçün əlaqə yaradacağını demişdir. Təxminən noyabr ayında səhhəti ilə bağlı problemləri olduğu üçün Sehrab, Fərid, Fariz və Qasımın ona verdiyi yuxarıda göstərdiyi pulları xərcləməli olmuş, həmin şəxslərin sürücülük kurslarını oxumaları barədə şəhadətnamələrini ala bilməmiş və həmçinin dediyi vaxt bitdiyi halda həmin şəxslərlərlə sürücülük vəsiqəsi almaları üçün görüşüb, imtahanda iştirak etmələrini təşkil edə bilməmişdir. Düşünmüş ki, bir-iki aya problemləri bitdikdən sonra Sehrab, Fərid, Fariz və Qasımın sürücülük vəsiqələri almaq üçün ona verdikləri pulları tapıb, sonunculara sürücülük vəsiqəsi alar, lakin 2023-cü ilin yanvar ayında qızı X17 əməliyyat olmuş, buna görə də işlərilə maraqlana bilməmişdir. Buna görə də Sehrab, Fərid, Fariz və Qasım onun tərəfindən aldadıqlarını düşünüb barəsində şikayət etmişdirlər. Etdiyim əməlin qanunsuz olduğunu bilmiş, buna görə də etdiyi əmələ görə peşmandır. Təxminən beş-altı il öncə təlim kursları keçirməklə bağlı hal-hazırda unutduğu sürücülük kursu ilə müqaviləsi olmuş, daha sonra isə müqaviləsi, VÖEN-ni və ya başqa hansısa rəsmi icazəsi olmadan bu işlə məşğul olmuşdur. ***-***-**-**, ***-***-**-** saylı mobil nömrəsində istifadə etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 onun barəsində verdiyi şikayətlə tanış olmuş və həmin şəxsi tanımır və heç vaxt görməmişdir. Belə ki, həmin şəxsin bacısı Şahid2 tanımış, Qafqazı da Sonanın vasitəsilə qiyabi olaraq tanımışdır. Qafqaz ona zəng vurub sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməyini xahiş etmişdir. O da Qafqaza 750 manat müqabilində sürücülük vəsiqəsi düzəltdə biləcəyini bildirmişdir. Qafqazla razılaşdıqdan sonra Kürdəmir rayonunda olduğunu deyib, bacısı Sonada 510 manat pulunun olmasını, görüşüb həmin pulu götürməyini xahiş etmişdir. O da 08 iyul 2022ci il tarixdə Sona ilə Xırdalan şəhərində görüşüb, Sonadan 510 manat pulu almış, qalan 240 manatı isə onun Leo bank kartına göndərmişdir. Həmin pulu şəxsi ehtiyacı üçün xərclədiyi üçün Qafqaza sürücülük vəsiqəsi düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs9 verdiyi sözü tuta bilməyib sürücülük vəsiqəsini düzəldə bilməmiş və pulunu geri qaytarmağa söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 onu qohumları vasitəsilə tanımış, onun sürücülük vəsiqəsi düzəltdiyini eşidib, onunla telefon əlaqəsi saxlayıb əri X1 vəsiqəsi almaq istədiyini bildirmişdir. O da sürücülük vəsiqəsinin düzəldilməsi üçün Fatimədən ümumilikdə 800 manat pul almışdır. Fatimə ona həmin pulun 550 manatını 2022-ci ilin avqust ayının ortalarında yaşadığı evdə yəni, Kürdəmir rayonu, Sığırlı kəndində, qalan 250 manat pulu isə avsuqst ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Al” marketin qarşısında vermişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. O, həmin pulu aldıqdan sonra şəxsi ehtiyaclarına xərclədiyi üçün Fatiməyə verdiyi vədi tuta bilməmişdir. Bundan sonra da onun barəsində polisə şikayət etmişdir. Ona görə də etdiyi əməldən peşmandır və dəymiş ziyanı qaytaracağına söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs10 2022-ci ilin sentyabr ayında qardaşına sürücülük vəsiqəsi alınmasında köməklik göstərməyi xahiş etmişdir. O da Elmana sürücülük vəsiqəsi düzəldilməsində köməklik etməyi üçün 800 manat pul verməli olduğunu demişdir. 16 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 sürücülük vəsiqəsi düzəldilməsi üçün ona məxsus hazırda üzərində olan 16 rəqəmli kodu xatırlamadığı "xxxx" bank kartına 650 manat pul göndərmişdir.O da Elmana 2023-cü ilin yanvar ayının sonuna kimi sürücülük vəsiqəsini ala biləcəyini demişdir. Bundan sonra yenə Zərərçəkmiş şəxs10 sənədləşmə işinin həll olunması üçün əlavə 80 manat da pul istəmişdir. Elman isə 27 oktyabr 2022-ci il tarixdə onun "xxxx" bank kartına 80 manat pul göndərmişdir. 10 yanvar 2023-cü il tarixdə qızının xəstəliyi ilə əlaqədar Abşeron rayon mərkəzi xəstəxanasında olan zaman Elman ona zəng vurub, işin nə yerdə olduğunu soruşan zaman Elmana xəstəxanada olduğunu demiş, Elman da xəstəxanada onunla gəlib görüşmüşdür. Elmana işə çıxan kimi sürücülük vəsiqəsini həll edib verəcəyini bildirmişdir. Lakin, sonradan ailəsində yaranan probləmlərə görə verdiyi pul müqabilində sürücülük vəsiqəsini düzəldə bilməmişdir. Elmandan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 2022-ci mart ayından tanımış, onun sürücülük vəsiqəsi düzəltməkdə insanlara köməklik etdiyini eşidib, Mətanət onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Mətanət onunla görüşüb sürücülük vəsiqəsi düzəlməkdə köməklik etməyi ilə bağlı söhbət etmişdilər. O da Mətanətə köməklik edəcəyini bildirib, sürücülük vəsiqəsini düzəltmək üçün 850 manat pul istəmişdir. Razılaşmaya əsasən, pulun 450 manatını ilkin olaraq, qalan 400 manatını isə sürücülük vəsiqəsi hazır olandan sonra ona verməsini bildirmişdir. O, 450 manat pulu 2022-ci ilin oktyabr ayının sonlarında Mətanətin yaşadığı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30cu məhəllə 1A saylı binanın qarşısında almışdır. 2022-ci ilin mart ayında yenidən zəng vurub qalan 400 manatı da istədikdə, qeyd olunan 400 manatı həmin binanın qarşısında görüşüb almışdır. Bundan sonra ailə üzvlərinin Covid-19 xəstəliyi tutması ilə əlaqədar həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs13 verdiyi sözü tuta bilməyib sürücülük vəsiqəsini düzəldə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şəhərində qeydiyyatda olsa da Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi bina 74 mənzil 50-də yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs bacısı Nübarın vasitəsilə tanımış, Zərərçəkmiş şəxs2 Bakı Mühəndislik Universitetində kitabxanaçı vəzifəsində çalışır. Nübar da Təqsirləndirilən şəxs müdiri olan Amalya Həmzəyevanın vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs həmin şəxslərin hər ikisinə sürücülük vəsiqəsini ucuz qiymətə düzəldəcəyinə söz vermişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin şəxslərə sürücülük vəsiqəsini düzəltməyə 850 manat pul istəmiş və onlara bu qiymətin ucuz olmasına inandırmışdır. Həmin şəxslər də qeyd olunan məbləği Təqsirləndirilən şəxs vermişdilər. xx.xx.2022-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs2 evə gəlmiş və 10 gün ərzində sürücülük vəsiqəsinin düzələcəyini demişdir. Nübar onun da sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs ilə məsləhət də etmiş, Lalə də endirim kompaniyası ilə əlaqədar olaraq son günlər olduğunu bildirmişdi. Bu barədə ona deyəndə sürücülük vəsiqəsi almaq üçün qiymət onu qane elədiyinə görə razılaşmışdır. Bacısı Nübar “whatsapp” sosial şəbəkəsi vasitəsilə danışandan sonra Təqsirləndirilən şəxs özünə məxsus “Leo” bank kartının şəklini göndərmiş, o da özünə məxsus Beynəlxalq Banka aid “Tam kart” vasitəsilə 850 manat pulu Təqsirləndirilən şəxs məxsus kart hesabına göndərmiş, Lalə də pulun çatdığını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs 850 manat müqabilində sürücülük vəsiqəsini almağın mümkün olmadığını bildirmişdir. Əvvəlcə Lalə ilə razılaşmamış və hər yerdə 1000 manat müqabilində sürücülük vəsiqəsini almağın mümkün olduğunu bildirmişdir. Lalə imtahandan keçirdiyi üçün pulu geri qaytara bilməyəcəyini demişdir. Bu səbəbdən Lalə ilə razılaşmaq məcburiyyətinə qalmışdır. O, bacısı Nübar və bacısının müdiri Amalya xanım xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında Təqsirləndirilən şəxs hərəsi 150 manat olmaqla ümumilikdə 450 manat pul vermişdilər. Təqsirləndirilən şəxs xəbər gözləməyi onlara demişdir. Bundan sonra müxtəlif bəhanələr gətirərək onları aldatmağa başlamışdır. Əvvəlcə Lalə anasının öldüyünü deyib, 40 gün Qəbələ şəhərində olacağını bildirmişdir. Bundan sonra guya onu imtahanı salacağını demişdir. Daha sonra isə imtahana girməyə ehtiyacın qalmadığını bildirmişdir. Sonradan isə zənglərə gec-gec cavab vermişdir. Artıq aldadıldığını başa düşüb müraciət etmək qərarına gəlmiş və Abşeron RPİ-nə ərizə yazmışdır. Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsi düzəltmək adı ilə ümumilikdə 1000 manat pul vermiş, həmin pulun 850 manatını xx.xx.2022-ci il tarixdə yaşadığı evdə kart vasitəsilə köçürmüş, qalan 150 manatını isə xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında vermişdir. Sonuncu pulu verən zaman bacısı Nübar və bacısının iş yoldaşı Amalya olmuşdur. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şəhərində qeydiyyatda olsada Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi bina 74 mənzil 50-də yaşayır. Təqsirləndirilən şəxs işlədiyi üniversitetdə şöbə müdiri işləyən Amalya Həmzəyevanın vasitəsi ilə tanımışdır. Amalya Həmzəyeva isə Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində tanımışdır. Təqsirləndirilən şəxs özünü sürücülük təlimi kursunun işçisi kimi təqdim etmiş, kompaniya ilə əlaqədar olaraq digərlərindən daha ucuz qiymətə sürücülük vəsiqəsi düzəldə biləcəyini demişdir. Lalə ilə telefon əlaqəsi saxlayan zaman, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini düzəltmək üçün 1000 manat lazım olduğunu desə də, endirim olduğu üçün 850 manat müqabilində həmin məsələni həll edə biləcəyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 120 ünvanında yerləşən Bakı Mühəndislik Universitetinin qarşısında 850 manat pulu Laləyə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə onu Baş Dövlət Polis İdarəsinə imtahan verəcəyi adı ilə çağırmış, bir müddət orada olduqdan sonra imtahan verməyə ehtiyac qalmadığını deyib, 10 gün müddətində sürücülük vəsiqəni alacağını bildirmişdir. Bacısı Nigar da sürücülük vəsiqəsi almaq istəmişdir. Bu barədə Laləyə demiş və Nigar üçün də 850 manata alınıb alınmayacağını soruşmuş, Lalə də bunun da mümkün olduğunu amma az müddət qalması barədə ona xəbərdarlıq etmişdir. Bu barədə bacısı Nigara demiş, Nigar da öz növbəsində razılaşıb, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs kart hesabına 850 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında 850 manat müqabilində sürücülük vəsiqəsini almağın mümkün olmadığını bildirmişdir. Əvvəlcə Lalə ilə razılaşmamış və hər yerdə 1000 manat müqabilində sürücülük vəsiqəsini almağın mümkün olduğunu bildirmişdilər. Lalə imtahandan keçirdiyi üçün pulu geri qaytara bilməyəcəyini demişdir. Bu səbəbdən Lalə ilə razılaşmaq məcburiyyətinə qalmışdılar. O, bacısı Nigar və iş yoldaşı Amalya xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında Təqsirləndirilən şəxs hərəsi 150 manat olmaqla ümumilikdə 450 manat pul vermişdilər. Təqsirləndirilən şəxs xəbər gözləməyi demişdir. Bundan sonra müxtəlif bəhanələr gətirərək onları aldatmağa başlamışdır. Əvvəlcə anasının öldüyünü deyib, 40 gün Qəbələ şəhərində olacağını bildirmiş, sonradan isə zənglərə gec-gec cavab vermişdir. Artıq aldadıldığını başa düşüb müraciət etmək qərarına gəlmiş və Abşeron RPİnə ərizə yazmışdır. O, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltmək adı ilə ümumilikdə 1000 manat pul vermiş, həmin pulun 850 manatını xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 120 ünvanında yerləşən Bakı Mühəndislik Universitetinin qarşısında vermiş, qalan 150 manatını isə xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında vermişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllə bina 1 A mənzil 77 də yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2020-ci mart ayında tanımış, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltməkdə köməklik etdiyini eşidib, nömrəsini əldə etdikdən sonra telefonla əlaqə saxlayıb görüşmüşdülər. Təqsirləndirilən şəxs ilə görüşüb ona sürücülük vəsiqəsi düzəlməkdə köməklik etməsi ilə bağlı söhbət etmişdilər. Lalə də ona köməklik edəcəyini bildirib, ondan sürücülük vəsiqəsini düzəltmək üçün 850 manat pul istəmişdir. Razılaşmaya əsasən, pulun 450 manatını ilkin olaraq verməli olmuşdur, qalan 400 manatını isə sürücülük vəsiqəsi hazır olandan sonra Laləyə verməli idi. Təqsirləndirilən şəxs 450 manat pulu 2020ci ilin oktyabr ayının sonlarında yaşadığı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllə 1 A saylı binanın qarşısında vermişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında ona zəng vurub qalan 400 manatı da istəmişdir. O da qeyd olunan 400 manatı yaşadığı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllə 1 A saylı binanın qarşısında vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, onu aldatmışdır. Gah anasının öldüyünü, gah özünün və ailə üzvlərinin Covid-19 xəstəliyi tutduğunu bildirib, vaxtı uzatmışdır. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb, Lalənin barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 850 manat pulu ona sürücülük vəsiqəsi düzəlmək üçün vermişdir. Təqsirləndirilən şəxs ilkin olaraq 450 manatı 2020-ci ilin oktyabr ayının sonlarında qalan 400 manatı isə 2022-ci ilin mart ayında ondan almışdır. Hər iki dəfə pulu Laləyə yaşadığı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30-cu məhəllə 1 A saylı binanın qarşısında vermişdir. Təqsirləndirilən şəxs pul verəndə ikisindən əlavə heç kəs olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 85 B saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında tanımışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltməkdə köməklik etdiyini eşidib, nömrəsini əldə etdikdən sonra telefonla əlaqə saxlayıb görüşmüşdülər. Təqsirləndirilən şəxs ilə ona sürücülük vəsiqəsi düzəlməkdə eyni zamanda maşın sürmək üçün təlim keçməyə köməklik etməklə bağlı söhbət etmişdilər. Lalə də etiraz etməmiş və onlar razılaşmışdılar. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltmək üçün 850 manat, maşın sürmək üçün təlim keçməsi üçün isə 180 manat pul vermişdir. Təqsirləndirilən şəxs sürücülük təlimi keçmək üçün aldığı 180 manat pulun müqabilində özünə məxsus “X-Trail” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı təlim avtomobili ilə 10 kurs keçmişdir. Lakin, sürücülük vəsiqəsi düzəltmək adı ilə ondan aldığı 850 manat pulun müqabilində heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif vədlər verərək, onu aldatmışdır. Gah anasının öldüyünü, gah özünün və ailə üzvlərinin Covid-19 xəstəliyi tutduğunu bildirib, vaxtı uzatmışdır. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb, barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 1030 manat pulu yaşadığı evin qarşısında vermişdir. Həmin pulun 180 manatını Lalənin ona sürücülük kursu keçməsi üçün vermiş, Lalə də aldığı pulun müqabilində 10 kurs dərs keçmişdir. Yəni, 180 manat pulun müqabilində görməli işi görmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs ondan sürücülük vəsiqəsi düzəltmək adı ilə 850 manat pul almışdır. Həmin pulun 750 manatını 2022-ci ilin yanvar ayının 20-si qalan 100 manatını isə 2022-ci ilin oktyabr ayının 25-i götürmüşdür. Sonuncu pulu Təqsirləndirilən şəxs yaşadığı evə gəlib özü almışdır. Belə ki, Təqsirləndirilən şəxs bütün pulları yaşadığı evdə vermişdir. Sonuncu pulu alanda Lalə ona bildirmişdir ki, sürücülük vəsiqəsi düzəltmək üçün 100 manat əskik qalıb, o da etiraz etməyib dediyi 100 manatı Laləyə vermişdir. O, Təqsirləndirilən şəxs bütün pulları yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 85B saylı fərdi yaşayış evinin qarşısında vermişdir. Laləyə pul verəndə ikisindən əlavə yanlarında heç kəs olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Laçın rayonu, Hoçaz kəndində qeydiyyatda olmaqla Xırdalan şəhəri, Bakı Dövlət İqtisadiyyat Humanitar Kollecin yataqxanasında yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltdiyini eşidib, nömrəsini əldə etdikdən sonra Lalə ilə danışmış. O, Lalə ilə heç vaxt görüşməmişdir. Təqsirləndirilən şəxs üç ay müddətinə ona sürücülük vəsiqəsini 800 manata düzəldəcəyini bildirmişdir. Qiymət onu qane etdiyi üçün Lalə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona özünə məxsus “Leo Bank” kartının şəklini vastap sosial şəbəkəsi vasitəsilə göndərib, 800 manat pulu həmin karta yükləməyini xahiş etmişdir. O da maddi durumu ilə əlaqədər olaraq 800 manat pulu Lalənin kartına hissə-hissə köçürmə edəcəyini demişdir. Lalə də etiraz etməmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 800 manat pul vermişdir. Lalə ondan pulu alandan sonra hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltmək üçün ümumilikdə 800 manat pul alsa da bu günə kimi vədinə əməl etməmişdir. Bu səbəbdən onun barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 800 manat pulu ona sürücülük vəsiqəsi düzəltməkdə köməklik göstərsin deyə vermişdir. Laləyə pulu 3 dəfəyə Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Araz” marketdə olan Milli-Ön ödəmə terminalı vasitəsilə göndərmişdir. İlk olaraq 29 may 2022-ci il tarixdə 300 manat, 20 iyun 2022-ci il tarixdə 300 manat, 25 iyun 2022-ci il tarixdə 200 manat pulu Təqsirləndirilən şəxs ona göndərdiyi “Leo Bank” kartına göndərmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs qohumlarımın vasitəsilə tanımışdır. Lalənin münasib qiymətə sürücülük vəsiqəsi düzəltdiyini eşidib, Lalə ilə əlaqə saxlamışdır. Əri X1 vəsiqəsi düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Abas qızı əri Elməddinə sürücülük vəsiqəsi düzəltmək adı ilə ümumilikdə 800 manat pul almışdır. Həmin pulun 550 manatını 2022-ci ilin avqust ayının ortalarında yaşadığı evdə, qalan 250 manatını isə avqust ayının sonlarında Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Al-Market” adlı mağazanın qarşısında vermişdir. Sonradan Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da hər dəfə müxtəlif bəhanələr ilə onu aldatmışdır. Əlavə olaraq Elməddin Ağayevi Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayaraq ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan etmiş və barəsində məhkəmənin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltmək üçün ümumilikdə 800 manat pul alsa da bu günə kimi vədinə əməl etməmişdir. Bu səbəbdən onun barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 800 manat pul vermişdir. Lalə əri Elməddin Ağayevə sürücülük vəsiqəsi düzəltməli idi. Həmin pulun 550 manatını yaşadığı evdə avqust ayının ortalarında, qalan 250 manatını isə avqust ayınının sonlarında vermişdir. Təqsirləndirilən şəxs pul verən zaman tək olmuş, yanlarında heç kəs olmamışdır. O, sürücülük vəsiqəsi düzəltmək üçün Laləyə 800 manat pul vermiş, 41 manatı isə əri Elməddin üçün sağlamlıq barədə arayış almaq üçün vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanımır, onu heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək, sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə aldadıb xx.xx.2022-ci il tarixdə 750 manat pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Təqsirləndirilən şəxs bacısı Şahid2 vasitəsilə qiyabi olaraq tanımışdır. Belə ki, bacısı Şahid2 ona zəng vurmuş və bir nəfər Lalə adlı şəxsin 750 manat müqabilində sürücülük vəsiqəsi düzəltdiyini bildirmişdir. O da razılaşmışdır. Həmin vaxt Kürdəmir rayonunda olmuşdur. Onun bacısı Sona da 300 dollar yəni, 510 manat pulu olmuşdur. Qalan 240 manatı isə Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən “Edo” adlı mağazada yerləşən Milli-Ön ödəmə terminalı vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltmək üçün ümumilikdə 750 manat pul alsa da bu günə kimi vədinə əməl etməmişdir. Bu səbəbdən barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 750 manat pul ona sürücülük vəsiqəsi düzəltmək üçün verilmişdir. Həmin pulun 300 dollarını yəni, 510 manatını bacısı Sona Xırdalan şəhərində yerləşən “Rahat” adlı marketin qarşısında vermişdir. Həmin 510 manat da onun pulu olmuşdur, xərcləməmək üçün bacısı Sonaya saxlaması üçün vermişdir. Qalan 240 manatı isə Kürdərmi rayonu, Sığırlı kəndində yerləşən “Edo” adlı mağazada yerləşən Milli-Ön ödəmə vasitəsilə X4 hesabına göndərmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Zəngilan şəhəri, S.Vurğun küçəsi ev 19-da qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsində Yeni Məhəllədə yaşayır. 2022-ci ilin iyun ayında dayısıoğlu Şahid1 sürücülük vəsiqəsi almaq istəmişdir. Bu barədə uzun müddətdir tanıdığı və təlim kursunda işləyən Təqsirləndirilən şəxs bildirmişdir. Belə ki, Lalədən dayısı oğlu Ceyhuna DE kateqoriyalı sürücülük vəsiqəsi düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Lalə ona dayısıoğlu Ceyhuna sürücülük vəsiqəsi düzəltməkdə köməklik edə biləcəyini demişdir. Lakin, bunun üçün 1560 manat pul verməli olduğunu bildirmişdir. O da razılaşaraq 2022-ci ilin iyun ayında Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən iş yerinin qarşısında dayısıoğlu Ceyhunun yanında Laləyə 1560 manat pul vermişdir. Lalə təxminən bir həftə müddətində sürücülük vəsiqəsinin düzələcəyini demişdir. Lalənin dediyi müddət keçməsinə baxmayaraq sürücülük vəsiqəsi verilməmişdir. Bu barədə bir neçə dəfə Laləyə bildirmişdir. Lalə isə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, sürücülük vəsiqəsinin düzəlmədiyini görüb Laləyə pulunu qaytarmasını demişdir. Lakin, Lalə verdiyi 1560 manat pulu ona qaytarmamışdır. Bundan sonra Lalənin onu aldatmasını başa düşmüş, bu barədə şikayət etmək qərarına gəlmişdir. Lalə dayısıoğlu Şahid1 sürücülük vəsiqəsi düzəltmək adı ilə 2022-ci ilin iyun ayında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən iş yerinin qarşısında ondan 1560 manat pul almış, lakin öz vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, qohumu X2 vəsiqəsi əldə etmək istəmişdir. Bunun üçün bir neçə dəfə sürücülük təlimlərinə, dərslərinə də getmişdir. Belə ki, Aytən tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs adlı bir qadın həm xanımlara təcrübi sürücülük dərsləri keçir, həm də xanımların adlarına sürücülük məktəbinə yazdırmaqla qısa zaman ərzində xanımlar üçün sürücülük vəsiqələri təşkil edir. Belə ki, onlar soraqlaşaraq həmin xanımın nömrəsini tapmış, Lalə ilə danışmış və Lalə də onlara 2 ay ərzində “B” kateqoriyalı sürücülük vəsiqəsi təşkil edəcəyinə söz vermişdir. Lalə onlara bu işlə məşğul olan tanışlarının olmasını bildirmişdir. Lalə həmin tanışları vasitəsi ilə sürücülük vəsiqəsini 900 manata alacğını demişdir. Lakin, pulu onlardan əvvəlcədən istəmişdir. Onlara heç bir əziyyət çəkmədən 2 ayın tamamında sürücülük vəsiqəsini əldə edə biləcəklərini söz vermişdir. O, Laləyə inanıb, 08 yanvar 2023cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Al market”-in içərisində quraşdırılmış e-manat ödəmə terminalı vasitəsi ilə Lalənin ona şəklini göndərdiyi 4169-7385-8371-7347 nömrəli Kapital Bank kartının hesabına 250 manat pul göndərmişdir. Bundan bir gün sonra yəni, 09 yanvar 2023-cü il tarixdə eyni ünvandan həmin bank kartının hesabına 650 manat da göndərmişdir. İmtahan vaxtı bəlli olanda gedib orada formal olaraq iştirak edəcəyini və sürücülük vəsiqəsini götürəcəyini bildirmişdir. O bir müddət sonra Lalənin bir çox insanı aldadaraq onun kimi sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə pulunu almasını və işlərini düzəltməməsini eşitmiş və buna görə də baş idarəyə şikayət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şamaxı rayonu, Dağ Göylər kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əmisi oğlu X16 vasitəsilə şifahi olaraq tanımaqla, həmin şəxslə aralarında hər hansı münasibət, ədavət olmamışdır. 2022-ci ilin iyul ayının əvvəllərində mərhum əmisi X12 yas mərasimində Tərlanla aralarında keçən söhbət zamanı, ondan sürücülük vəsiqəsi alıb-almadığını soruşmuş, Tərlan sürücülük vəsiqəsi aldığını dedikdə necə və hansı formada aldığını soruşmuşdur. Tərlan sürücülük vəsiqəsini Lalə adlı qadın vasitəsilə 850 manata aldığını dedikdən sonra Lalənin mobil nömrəsini istəmiş, Tərlan Lalənin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni verdikdən sonra Lalənin göstərilən nömrəsinə 16 iyul 2022-ci il tarixdə saat 17 radələrində Whatsapp mobil tətbiqi vasitəsilə yazıb, sürücülük vəsiqəsi almaq üçün yazdığını demiş, bundan sonra Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və telefonda danışmağa başlamış, telefon danışığı zamanı Lalə ona üç ay sürücülük kurslarında adının gedəcəyini, üç ay on beş gündən sonra isə sürücülük vəsiqəsi alacağını, lakin bunun üçün 720 manat verməli olacağını demiş, Lalə ilə razılaşıb ödənişi nə vaxt etməli olacağını demiş, Təqsirləndirilən şəxs ödənişi ilkin olaraq ödəməli olduğunu dedikdə ilkin olaraq 450 manat, qalan 279 manat verəcəyi barədə Lalə ilə razılaşıb bir neçə dəqiqə keçdikdən sonra Şamaxı rayonu, Göylər kəndi ərazisində, yaşadığı evdə olarkən “Birbank” mobil tətbiqi vasitəsilə "xxxx" hesabından Təqsirləndirilən şəxs ona göndərdiyi **********510383 nömrəli “Leobank” hesabına ilkin olaraq 50 daha sonra isə 400 manat pul göndərmişdir. Qeyd olunan məbləği göndərdikdən sonra Təqsirləndirilən şəxs pulun çatdığını Whatshapp mobil tətbiqi vasitəsilə ona yazmış, sonra isə 02 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Birbank mobil tətbiqi vasitəsilə "xxxx" hesabından Təqsirləndirilən şəxs göndərdiyi, hesab nömrəsini xatırlamadığı "xxxx" bank hesabına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dediyi məbləğin hamısını göndərdikdən sonra üç ay tamam olduqdan sonra Lalə ilə əlaqə saxlamış, Lalə ona sağlamlıq haqqında sağlamlıq kağızı alıb göndərməyini istəmiş dediyi sənədi də, göndərdikdən sonra Lalə ona 29 noyabr 2022-ci il tarixdə sürücülük vəsiqəsi almaq üçün DİN BDYPİ-nin Sumqayıt İmtahan Qeydiyyat Şöbəsinə gəlməyini tapşırmasını demişdir. 29 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhərinə getməzdən öncə səhər saatlarından axşam saatlarına kimi Təqsirləndirilən şəxsnn yuxarıda göstərdiyi mobil nömrəsinə dəfələrlə zəng etmiş, lakin nömrəyə zəng çatsa da, Lalə zənglərə cavab verməmişdir. Səhəri gün yəni, 30 noyabr 2022-ci il tarixdə Laləyə yenidən zəng etmiş, bu dəfə Lalə zənginə cavab vermiş və anasının rəhmətə getdiyini, 02 dekabr 2022-ci il tarixdə əlaqə saxlamağı istəmiş, Laləyə başsağlığı verib dediyi tarixdə səhər saaatlarında Laləyə zəng etmiş, Lalə telefona cavab verib, imtahan vaxtının 28 dekabr 2022-ci il tarixdə köçürüldüyünü, dediyi tarixdə gəlib sürücülük vəsiqəsini götürməyini bildirmişdir. 28 dekabr 2022-ci il tarixdə səhər saatlarından Lalənin yuxarıda qeyd olunan mobil nömrəsinə zəng etmiş, lakin Lalə zənglərinə cavab verməmiş, həmin tarixdə digər əmisi oğlu Zərərçəkmiş şəxs10 da, sürücülük vəsiqəsi almaq üçün Sumqayıt şəhərinə getdiyini bildiyi üçün zəng edib, Lalə ilə əlaqə saxlayıb, saxlamadığını soruşmuş, telefon danışığı zamanı Lalə ilə əlaqə saxladığını, sonuncu telefon danışığı zamanı 26 yanvar 2023-cü il tarixdə onun sürücülük vəsiqəni verəcəyini dediyini bildirmiş, bundan sonra bir daha da 26 yanvar 2023-cü il gəlməsini gözləmiş, 26 yanvar 2023-cü il tarixdə Laləyə bir daha zəng etmiş, lakin nömrəsinə zəng çatmadığı üçün əlaqə yarada bilməmiş və iki gün də gözləmək qərarına gəlmişdir. 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində bir neçə dəfə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etsə də Lalə ilə əlaqə yarada bilməmişdir. Bundan sonra Lalə tərəfindən aldadığını müəyyən etmiş və dərhal hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Dağ Göylər kəndində ailə üzvləri İlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qohumu, həmçinin həmkəndlisi Zərərçəkmiş şəxs19 vasitəsilə şifahi olaraq tanımış, həmin şəxslə aralarında hər hansı münasibət, həmçinin ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində Şamaxı rayonu, Göylər kəndində həmkəndliləri Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs16 ilə birlikdə kənd çay evində oturub söhbət edən zaman sürücülük vəsiqəsi almaqla bağlı aralarında dialoq yaranmışdır. Həmin dialoq zamanı həmkəndlisi və qohumu Fariz əmisi oğlu Tərlanın Lalə adlı tanışı olmasını demiş, həmin qadın sürücülük kursu keçmədən sürücülük vəsiqəsi almaqda köməklik edir. Həmin vaxt o, Sehrab və Fərid qohumu Farizdən Lalənin mobil nömrəsini almışdılar. Belə ki, dəqiq tarixi yadında olmayan vaxtda avqust ayının əvvələrində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, telefon danışığı zamanı Laləyə Şamaxı rayonu, Göylər kənd sakini olduğunu və sürücülük vəsiqəsi almaq üçün zəng etdiyini bildirmişdir. Lalə ondan sürücülük kursunu bitirib-bitirmədiyini soruşan zaman Laləyə sürücülük kursunu bitirmədiyini demişdir. Bundan sonra Lalə ona sürücülük vəsiqəsi almaq üçün 850 manat verməli olduğunu həmin pulun 100 manatı kursa, qalan 750 manatını isə sürücülük vəsiqəsi almaq üçün xərclənəcəyini demişdir. Lalə əlavə olaraq özünə heç bir xeyr qalmır, laləyə inanıb, xx.xx.2022-ci il tarixdə saat 21:51-də 750 manat pulu Şamaxı rayonu, Göylər kəndində yerləşən "OBA market" mağazasında quraşdırılmış "Million" ödəmə terminalı vasitəsilə son dörd rəqəmi 3249 olan “Yelobank” hesabına göndərmişdir. Bundan sonra 2022-ci ilin noyabr ayında sürücülük vəsiqəsi məsələsinin nə yerdə qaldını bilmək üçün Təqsirləndirilən şəxs zəng etmiş, lakin həmin qadın zənglərinə cavab verməmiş, Whatsapp statusuna baxdıqda anasının rəhmətə getməsi ilə bağlı status paylaşmasını, Lalə əlavə olaraq kimin onda sənədi varsa 02 dekabr 2022-ci il tarixdə əlaqə saxlamasını göstərmişdir. 02 dekabr 2022-ci il tarixdə Laləyə zəng etmiş, telefon danışığı zamanı Lalə ona zəng edəndə sağlamlıq haqqında arayış alıb şəkilini nömrəsinə göndərməsini yeni il bayramına kimi ona sürüclük vəsiqəsi veriləcəyini bildirmişdir. Yenidən laləyə inanıb, Lalə ilə razılaşmışdır. 2023-cü ilin yanvar ayının Laləyə zəng etmiş, lakin Lalə zənglərinə cavab vermədiyi üçün Whatsapp vasitəsilə yazmış, Lalə Whatsapp ona yazaraq uşağının xəstə olmasını, sağalandan sonra işlərini həll edəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün keçdikdən sonra Lalənin ***-***-**-** və 050- ***-**- ** saylı mobil nömrələrinə zəng edib mesaj yazmış, hər dəfəsində Təqsirləndirilən şəxs bir bəhanə edib onu aldatmış, sonuncu dəfə 24 yanvar 2023-cü il tarixdə Lalə ilə əlaqə saxlamış, daha sonra Lalə nə zənglərinə, nə də mesajlarına cavab verməmişdir. Bundan sonra Lalə tərəfindən aldadığını müəyyən etmiş və dərhal hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Göylər kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs19 vasitəsilə şifahi olaraq tanımaqla, həmin şəxslə aralarında hər hansı münasibət, ədavət olmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində Şamaxı rayonu, Göylər kəndində həmkəndliləri Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs17 ilə birlikdə çayxanada oturub söhbət edən zaman sürücülük vəsiqəsi almaqla bağlı aralarında dialoq yaranmış, dialoq zamanı Fariz əmisi oğlu Tərlanın Lalə adlı tanışının olmasını, həmin qadının sürücülük kursu keçmədən sürücülük vəsiqəsi almaqda köməklik etməsini bildirmişdilər. Həmin vaxt Fərid və X20 mobil nömrəsini almış, lakin hələ bu barədə düşünmədiyi üçün nömrəni götürməmişdir. 22 avqust 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini Qasımdan alıb zəng etmiş, telefon danışığı zamanı Laləyə Şamaxı rayonu, Göylər kənd sakini olduğunu və sürücülük vəsiqəsi almaq üçün zəng etdiyini bildirmiş, Lalə ondan sürücülük kursunu bitirib-bitirmədiyini soruşmuş, sürücülük kursunu bitirdiyini demişdir. Bundan sonra Lalə ona hazırda yadında qalmayan bank kartını göndərmiş və sürücülük vəsiqəsi almaq üçün 750 manat verməli olduğunu, pulu verdikdən üç ay keçdikdən sonra sürücülük vəsiqəsi veriləcəyini demişdir. O, Lalənin sözlərinə inanıb xx.xx.2023-cü il tarixdə saat 14:19-da 750 manat pulu Şamaxı rayonu, Göylər kəndində yerləşən “Oba market” mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə son dörd rəqəmi 3249 olan “Yelo bank” hesab nömrəsinə göndərmişdir. Pulu göndərdikdən sonra Lalə onunla əlaqə saxlayıb, pulun çatdığını, üç ay keçdikdən sonra əlaqə saxlamağını istəmiş, üç ay keçdikdən sonra yəni, 22 noyabr 2022-ci il tarixdə sürücülük vəsiqəsi məsələsinin nə yerdə qaldığını bilmək üçün Təqsirləndirilən şəxs zəng etmiş, Lalə zənginə cavab verdikdən sonra üç ay yox əlavə on beş gün də, gözləməli olduğunu demiş, telefon əlaqəsini bitirdikdən on beş gün sonra, Laləyə zəng etmiş, lakin həmin qadın zənglərinə cavab verməmişdir. Sonunda 14 dekabr 2022-ci il tarixdə Laləyə Vhatsapp vasitəsilə mesaj yazmış, Lalə cavab verdikdən sonra zəng etmiş, telefon danışığı zamanı Lalə anasının rəhmətə getdiyini, 2023-cü ilin yanvar ayında əlaqə saxlayacağını demiş, yanvar aynın ortaları olmasına baxmayaraq Lalə ona zəng edib 26 yanvar 2023-cü il tarixdə imtahan olacağını demişdir. Lalədən imtahan saatını soruşduqda ona 23 yanvar 2023-cü il tarixdə zəng etməyini tapşırmış, deyilən tarixdə Laləyə zəng etmiş, lakin Lalə zənglərinə cavab verməmiş, bundan bir neçə gün sonrada Laləyə zəng etmiş, lakin zəng etməsinə baxmayaraq Lalə zənglərinə cavab verməmişdir. Daha sonra Lalənin həmkəndliləri Fərid, Fariz və Qasımı da, aldatdığı ona məlum olduqdan sonra 29 yanvar 2023-cü il tarixdə hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospkektində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti Narm MTK bina 21 mənzil 99-da yaşayır. Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsi vasitəsilə tanımış. Təqsirləndirilən şəxs özünü sürücülük kursunun təlimçisi kimi təqdim etmişdir. Onlar Lalə ilə ilk olaraq xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, “Bravo” adlı marketin qarşısında görüşmüşdülər. Lalə bir neçə dəfə ona təlim keçmiş, keçdiyi təlim kursları onu qane etməsə də, Lalə ilə kursları bitirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs ondan sürücülük vəsiqəsinin olubolmamasını soruşmuş, o da sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ucuz qiymətə sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib, onun da tanışlarına düzəldə biləcəyini təklif etmişdir. Təqsirləndirilən şəxs təklifi barədə yəni, ucuz qiymətə sürücülük vəsiqəsi düzəltməklə əlaqədar işlədiyini demişdir. Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi almaq istədiyini bildirib, Təqsirləndirilən şəxs ilə danışmağını xahiş etmişdir. O da Lalə ilə danışmışdır. Təqsirləndirilən şəxs əvvəlcə 1000 manat müqabilində daha sonra isə endirimlə 850 manat müqabilində həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs təklif etdiyi qiymət onu da qane etdiyinə görə oğluna sürücülük vəsiqəsi düzəltmək qərına gəlmişdir. Təqsirləndirilən şəxs 850 manat pulu xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Beton yolu deyilən ərazidə ona təlimi keçən vaxt özünə məxsus “Mercedes” markalı avtomobildə oğluna sürücülük vəsiqəsi düzəltməyə görə vermişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs1 isə xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsi düzəltmək üçün Təqsirləndirilən şəxs pul vermişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında 850 manat müqabilində sürücülük vəsiqəsini almağın mümkün olmadığını bildirmişdir. Əvvəlcə Lalə ilə razılaşmamış və hər yerdə 1000 manat müqabilində sürücülük vəsiqəsini almağın mümkün olduğunu bildirmişdir. Lalə onları imtahandan keçirdiyi üçün pulu geri qaytara bilməyəcəyini demişdir. Bu səbəbdən Lalə ilə razılaşmaq məcburiyyətində qalmışdılar. O, iş yoldaşı Nübar və onun bacısı Nigar xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında Təqsirləndirilən şəxs hərəsi 150 manat olmaqla ümumilikdə 450 manat pul vermişdilər. Təqsirləndirilən şəxs xəbər gözləməyi onlara demişdir. Bundan sonra müxtəlif bəhanələr gətirərək, onları aldatmağa başlamışdır. Əvvəlcə anasının öldüyünü deyib, 40 gün Qəbələ şəhərində olacağını bildirmiş, sonradan isə zənglərə gec-gec cavab verməyə başlamışdır. Artıq aldadıldığını başa düşüb müraciət etmək qərarına gəlmiş və Abşeron RPİ-nə ərizə yazmışdır. O, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəltmək adı ilə ümumilikdə 1000 manat pul vermiş, həmin pulun 850 manatını xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, 120 saylı avtobus düracağının son duracacağında Beton yol deyilən ərazidə vermiş, qalan 150 manatını isə xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev adına parkın qarşısında vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan Şossesində yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs “Tik-Tok” sosial şəbəkəsində yerləşdirilmiş elan vasitəsilə arvadı X14 tapmışdır. Belə ki, X19 maşın sürmək üçün təlimçi axtarmışdır. Bu səbəbdən həmin elan Pərvanənin diqqətini çəkmişdir. X19 elanda yerləşdirilmiş ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb danışan zaman, elanı yerləşdirən şəxs özünü Təqsirləndirilən şəxs olduğunu deyib təqdim etmiş, maşın sürmək üçün təlimçi olduğunu demişdir Təqsirləndirilən şəxs maşın sürmək üçün kursu özünə məxsus “Toyota Prius” markalı avtomobil ilə bir kurs təlimi 20 manata olmaqla həyata keçirmişdir. İlk təlim xx.xx.2022-ci il tarixdə olmuşdur. Təqsirləndirilən şəxs 10 kusr təlimə görə 200 manat pul almış, aldığı pulun müqabilində kursu Pərvanə Kərimovaya tədris etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs 850 manat müqabilində sürücülük vəsiqəsi almağa köməklik edə biləcəyini bildirmişdir. Bu barədə X19 ona deyəndə, qiymət ucuz olduğu üçün diqqətini çəkmiş, bu səbəbdən Lalə ilə görüşüb bu barədə danışmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilə telefonla danışıb, xx.xx.2022ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Fresco” adlı marketin qarşısında görüşmüşdülər. Lalə ilə sürücülük vəsiqəsinin düzəldilməsi barədə danışandan sonra 830 manata razılaşmışdılar. Qeyd olunan məbləği Təqsirləndirilən şəxs həmin mağazanın qarşısında vermişdir. Bir müddət müxtəlif bəhanalər gətirdiyini görüb, Lalədən pulunu geri istəmişdir. Lakin, onun pulunu geri qaytarmadığını görüb, şikayət etmək qərarına gəlmişdir və Abşeron RPİ-nə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Alıbəyli kəndində qeydiyyatda olmaqla ünvan 12 ünvanında yaşayır. X30 sürücülük vəsiqəsi almaq istəmiş, bu barədə maraqlanmış və Təqsirləndirilən şəxs telefon nömrəsini əldə edib, ***- ***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini hansı məbləğə düzəldəcəyini soruşmuş, Lalə isə 950 manat məbləğində ondan pul istəmişdir. Qeyd olunan məbləğ sürücülük vəsiqəsi düzəltmək üçün onu qane etdiyinə görə Lalə ilə razılaşmış və görüşmək təklif etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qızı Fidana Əliyevaya sürücülük vəsiqəsi düzəltməkdə köməklik edəcəyi adı ilə onu aldadaraq, yaşadığı ünvan 12 ünvanın qarşısında ondan 950 manat pul alıb aldatmışdır. Bundan sonra Lalənin onu aldatdığını başa düşüb, şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs pulu verən zaman ikisindən başqa heç kəs olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olmaqla yaşayır. 2022-ci ilin avqust ayında “Tik-Tok” sosial şəbəkəsində bir nəfər şəxsin sürücülük vəsiqəsi düzəldə biləcəyi ilə bağlı paylaşımı görmüşdür. Həmin səhifədə olan ***-***-**-** mobil nömrə ilə “Whatsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayan zaman sürücülük vəsiqəsinin 730 manata düzəldə biləcəyini və özünün əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb özünə məxsus “Yellow” bank kartına 650 manat pul göndərməsini istəmişdir. O, rayonda olduğu üçün qohumu Vüsal Kərimovdan pulu göndərməsini xahiş etmişdir. Vüsal da Sumqayıt şəhəri, 10-cu mkr-da yerləşən “Gold qayalı” marketin içərisində olan “Pasha-Pay” vasitəsilə 650 manat pulu həmin kart hesabına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının 26-da sürücülük vəsiqəsini götürə biləcəyini bildirmiş əlavə 80 manat da istəmişdir. Vüsal Kərimov 27.10.022-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan kart hesabına Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən “Araz” marketin içərisində olan “E-Manat” vasitəsilə əlavə 80 manat pul da göndərmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 730 manat pul vermişdir ki, ona sürücülük vəsiqəsi düzəltsin, lakin Lalə vədinə əməl etməyərək onu aldatmışdır. X22 göndərdiyi 730 manat pul ona məxsusdur, sadəcə işləri ilə əlaqədar olaraq həmin məbləği Vüsal göndərib, o da həmin məbləği Vüsala geri qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Masallı rayonu, Təzə Alvadı kəndində yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs “İntaqram” sosial şəbəkəsi vasitəsilə tanımış, Lalə öz səhifəsində sürücülük vəsiqəsi düzəltməyə köməklik göstərməsi ilə bağlı elan paylaşmışdır. Həmin vaxt özünə sürücülük vəsiqəsi almaq istədiyinə görə, elan diqqətini çəkmişdir. Elanda qeyd olunmuş ***-***-**-** nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə danışan zaman sürücülük vəsiqəsini düzəltmək üçün 780 manat pul istəmişdir. Razılaşmaya əsasən pulun bir hissəsini əvvəl qalan hissəsini isə sürücülük vəsiqəsi hazır olan vaxt verməli idi. O, Təqsirləndirilən şəxs ona göndərdiyi hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Təzə Alvand kəndi “Zəm” adlı mağazada yerləşən “Milli-Ön” ödəmə terminalı vasitəsilə 400 manat pulu göndərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış, sürücülük vəsiqəsinin hazır olduğunu bildirib, pulun qalan hissəsini istəmişdir. O da xx.xx.2022-ci il tarixdə 380 manat pulu Təqsirləndirilən şəxs məxsus karta Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən “Elvin” adlı marketdə olan Milli-Ön ödəmə terminalı vasitəsilə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlasa da müxtəlif bəhanələr ilə onu aldatmışdır. Bu səbəbdəb şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərilmişdir ki, Xırdalan şəhəri, 27-ci məhəllədə nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Övladları Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə təhsil alırlar. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs da övladları həmin məktəbdə təhsil alır. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı məhz övladlarının təhsil aldığı məktəblə əlaqəlidir. Təqsirləndirilən şəxs ucuz qiymətə sürücülük vəsiqəsi düzəltməkdə vasitəçilik etdiyini eşidib, bununla bağlı ona yaxınlaşıb soruşmuşdur. Təqsirləndirilən şəxs həqiqətən sürücülük vəsiqəsi düzəltməkdə ona köməklik edə biləcəyini bildirmiş, bu səbəbdən Lalənin əlaqə nömrəsini götürmüşdür. Təqsirləndirilən şəxs ilə verdiyi ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Lalə ona sürücülük vəsiqəsi düzəltmək müqabilində 800 manat pul istəmişdir. Bundan əlavə ondan sağlamlıq haqqında şəhadətnamə almağı istəmişdir. O, da deyilənləri etmişdir. Belə ki, sağlamlıq kağızı da daxil olmaqla 500 pulu xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, "xxxx" ASC-nin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Razılaşmaya əsasən, qalan pulu sürücülük vəsiqəsi hazır olmağa bir neçə gün qalmış verməli idi. Təqsirləndirilən şəxs ondan 500 manat pulu alandan 10 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə mobil telefonuna zəng vurmuş və qalan 300 manat pulu da istəmişdir. O da qalan pulu Lalənin kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 800 manat pulu ona sürücülük vəsiqəsi düzəltmək üçün vermişdir. Təqsirləndirilən şəxs ondan pulu alandan sonra müxtəlif bəhanələr gətirdiyini görüb Lalədən pulunu tələb etmişdir. Bu səbəbdən Lalə artıq telefon zənglərinə cavab verməmişdir. O da polisə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu, Dağ Göylər kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs19 vasitəsilə şifahi olaraq tanımaqla, həmin şəxslə aralarında hər hansı münasibət, ədavət olmamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində Şamaxı rayonu, Göylər kəndində həmkəndliləri Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs17 ilə birlikdə çayxanada oturub söhbət edən zaman sürücülük vəsiqəsi almaqla bağlı aralarında dialoq yaranmış, dialoq zamanı Fariz əmisi oğlu Tərlanın Lalə adlı tanışının olmasını, həmin qadının sürücülük qursu keçmədən sürücülük vəsiqəsi almaqda köməklik etməsini demişdir. Həmin vaxt o, Sehrab və X20 mobil nömrəsini almışdılar. 22 avqust 2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, telefon danışığı zamanı Laləyə Şamaxı rayonu, Göylər kənd sakini olduğunu və sürücülük vəsiqəsi almaq üçün zəng etdiyini bildirmiş, Lalə ondan sürüclük kursunu bitiribbitirmədiyini soruşmuş, sürücülük kursunu bitirmədiyini demişdir. Bundan sonra Lalə ona sürücülük vəsiqəsi almaq üçün 850 manat verməyi, həmin pulun 100 manatı kursa, qalan 750 manatını isə sürücülük vəsiqəsi almaq üçün xərclənəcəyini demişdir. Lalə əlavə olaraq özünə heç bir xeyr qalmadığını, Laləyə inanıb, xx.xx.2022-ci il tarixdə saat 10-21-də 850 manat pulu Şamaxı rayonu, Göylər kəndində yerləşən “AL market” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə son dörd rəqəmi 3249 olan “Yelobank” hesabına göndərmişdir. 22 noyabr 2022-ci il tarixdə sürücülük vəsiqəsi məsələsinin nə yerdə qaldığını bilmək üçün Təqsirləndirilən şəxs zəng etmiş, lakin həmin qadın zənglərinə cavab verməmiş, Whatsapp statusuna baxdıqda anasının rəhmətə getməsi ilə bağlı status paylaşmış, Lalə əlavə olaraq kimin onda sənədi varsa 02 dekabr 2022-ci il tarixdə əlaqə saxlamasını göstərmişdir. 02 dekabr 2022-ci il tarixdə Laləyə zəng etmiş, telefon danışığı zamanı Lalə ona zəng edəndə sağlamlıq haqqında arayış alıb şəkilini nömrəsinə göndərməsini, yeni il bayramına qədər ona sürüclük vəsiqəsi veriləcəyini, yenidən Laləyə inanıb, razılaşmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Laləyə zəng etmiş, lakin, Lalə zənglərinə cavab vermədiyi üçün ona Whatsapp vasitəsilə yazmış, Lalə Whatsappda ona yazaraq uşağının xəstə olmasını, sağalandan sonra işlərini həll edəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün keçdikdən sonra Lalənin ***-***-**-** və 050- ***-**-** saylı mobil nömrələrinə zəng edib mesaj yazmış, hər dəfəsində Təqsirləndirilən şəxs bir bəhanə edib onu aldatmış, sonuncu dəfə 24 yanvar 2023-cü il tarixdə Lalə ilə əlaqə saxlamış, daha sonra Lalə nə zənglərinə, nə də mesajlarına cavab verməmişdir. Bundan sonra Lalə tərəfindən aldadığını müəyyən etmiş və dərhal hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ucuz qiymətə sürücülük vəsiqəsi düzəltdiyini eşidib telefon nömrəsini əldə etdikdən sonra Lalə ilə zəngləşib Xırdalan şəhəri, “Rahat” adlı marketin qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi düzəlmək üçün ondan 750 manat pul istəmişdir. O da bu barədə qardaşı Qafqaza bildirmişdir. Qiymət Qafqazı qane etdiyi üçün razılaşmışdır. Həmin vaxt Qafqazın onda 300 dollar pulu olmuşdur. İlkin olaraq xx.xx.2022ci il tarixdə Xırdalan şəhəri, “Rahat” adlı marketin qarşısında 300 dolları yəni, 510 manatı pulu Təqsirləndirilən şəxs vermişdir. Qalan 240 manatı isə qardaşı Zərərçəkmiş şəxs9 yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndində olan “Edo” adlı marketdə yerləşən Milli-Ön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kartı hesabına göndərmişdir. Bundan sonra dəfələrlə Lalə ilə əlaqə saxlasa da hər dəfə bəhanələr gətirib nə sürücülük vəsiqəsini vermiş nə də ki, pulu qaytarmışdır. Aldadıldığını başa düşüb, qardaşı Qafqaza şikayət etməsini təklif etmişdir. Qafqaz da polis idarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 2, X.Vəliyev küçəsi, döngə 3-də yaşayır. 2022-ci ilin mart ayında özünə DE kateqoriyalı sürücülük vəsiqəsi düzəltdirmək istəmişdir. Bu barədə bibisioğlu Zərərçəkmiş şəxs8 bildirmişdir. Mayis bununla bağlı təlim kursunda işləyən Təqsirləndirilən şəxs tanıdığını və bu barədə Laləyə deyəcəyini demişdir. Bir müddət sonra Mayis ona Lalə ilə danışdığını və Lalənin sürücülük vəsiqəsi düzəltməkdə köməklik edə biləcəyini dediyini bildirmişdir. Həmçinin, bunun üçün Lalənin 1560 manat pul istədiyini, həmin pulu özünü verəcəyini, sürücülük vəsiqəsi düzəldikdən sonra onun pulu Mayisə verməyini demişdir. O da razılaşmışdır. 2022-ci ilin iyun ayında Mayis Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən iş yerinin qarşısında onun yanında Laləyə 1560 manat pul vermişdir. Lalə təxminən bir həftə müddətində sürücülük vəsiqəsinin düzələcəyini demişdir. Lakin, Lalənin dediyi müddət keçməsinə baxmayaraq sürücülük vəsiqəsi verilməmişdir. Lalə isə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra Lalənin onları aldatmasını düşünmüşdülər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, onun qardaşının həyat yoldaşıdır. Belə ki, uzun müddət xəstə olduğu üçün 2022-ci ilin yay aylarından öz adına olan "xxxx" ASC-yə məxsus 4169-7385- 8371-7347 nömrəli bank kartını qardaşının həyat yoldaşı Təqsirləndirilən şəxs vermişdir. Lalənin həmin kart hesabında hansı ödənişlər həyata keçirməsindən və karta kimlər tərəfindən pul köçürülməsindən heç bir məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılımış cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilmişdir. Sumqayıt şəhə Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-266/2024 saylı, 28 mart 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçdiyi üçün xx.xx.2024-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 10 ay 27 gün təşkil edir. 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən, dayandırılmışdır. Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs12 tərəfindən məhkəməyə təqdim edilmiş, notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs16 tərəfindən məhkəməyə təqdim edilmiş, notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş, ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş, ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Vəli Nağıyev, xx.xx.2010-cu il təvəllüdlü Nəzrin Nağıyeva və xx.xx.2020-ci il təvəllüdlü Ümid Nağıyev Təqsirləndirilən şəxs himayəsindədirlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul və ya digər əşya) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını və ya digər əşyalarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları və ya digər əşyaları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının və ya digər əşyalarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Həmin Qərardan görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Ona görə də Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə törətdiyi cinayət əməllərindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs4 dair verilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə həmin halları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan Qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından və qanunvericiliyin müvafiq normalarının tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs11 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs7 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs9 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs12 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs8 qarşı dələduzluq cinayəti 2022-ci ilin iyun ayında, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs6 qarşı dələduzluq cinayəti 2022-ci ilin avqust ayında, Zərərçəkmiş şəxs16 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs17 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs18 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs19 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq cinayəti xx.xx.2022-ci il tarixdə törədilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs dələduzluq etməsinə dair həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edildiyindən, onun bu epizodlar üzrə əməli təkrarlıq əlaməti üzrə tövsif edilə bilməz, ona görə cinayət işi üzrə icraata həmin epizodlara dair hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, yəni sonuncunun ittiham olunduğu əməldə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14 Elbrus qızına, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs13 dair verilmiş epizodlar həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda göstərilən 16 epizod üzrə cinayət təqibinə xitam verilməsi təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin ümumi tövsifinə təsir etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrarən törədildikdə cinayət məsuliyyətinə cəlb olunur. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində digər zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanları tam olaraq ödəməmiş və bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, həmçinin himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olmasını onun cəzasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını hazırda çəkməkdədir. Ona görə də hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədk şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X15 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etməsinə dair verilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədk şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X15 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-91/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-91/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver