Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-910/2025 05.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8, Zərərçəkən şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2aşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs10 vəkilliklə məşğul olduğunu yalandan bildirib sonuncunun Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub istintaq təcridxanasında saxlanılan oğlu X22 Penitensiar Xidmətin Müalicə Müəsəssində 2 (iki) il müalicə etdirib, sonra isə sağlamlığına görə azad etdirəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs10 03 mart 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243 saylı binanın qarşısında verdiyi 4600 manat və 03 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində olan “Milliön” ödəmə terminalı vasitəsi ilə onun 4169 7388 0867 6831 nömrəli kart hesabına köçürdüyü 600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs10 ümumiliklə 5200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 sonuncunun oğlu Zöhrab İmanovu Sumqayıt və ya Gəncə şəhərindəki universitetlərin birinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 08 sentyabr 2023-cü il tarixdə saat 15:59-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi ev 7-də öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-nə məxsus 4169 73856020 1935 nömrəli bank kart hesabına köçürdüyü 2000 manat, 11 sentyabr 2023-cü il tarixdə saat 11:09-da Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi 315 C-də yerləşən “MPay” ödəniş terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 73856020 1935 nömrəli kart hesabına köçürdüyü 1420 manat, 12 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri,Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 32 də yerləşən 1 saylı X12rşısında 2600 manatı, 15 sentyabr 2023-cü il tarixdə saat 17:08-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi ev 7-də öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 73856020 1935 nömrəli bank kart hesabına köçürdüyü 400 manat, 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri,Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 32 də yerləşən 1 saylı X12rşısında 3480 manat, 26 sentyabr 2023-cü il tarixdə saat 13:59-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi ev 7-də öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 73856020 1935 nömrəli bank kart hesabına köçürdüyü 300 manat, 26 sentyabr 2023-cü il tarixdə saat 16:44-də Bakı şəhəri, Yasamal rayonu, X34 küçəsi 315 C-də yerləşən “MPay” ödəniş terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 73856020 1935 nömrəli kart hesabına köçürdüyü 1100 manat,14 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri,Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 32 də yerləşən 1 saylı X13rşısında 300 manat, pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumiliklə 11.600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 sonuncunun övladı X23 Belarus Respublikasında ürək köçürmə əməliyyatı olunmasını təmin edəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 14 iyun 2024-cü il tarixdə saat 10:59-da yaşadığı ünvan 3-də olduğu zaman öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 2000 manat, həmin tarixdə saat 12:20-də eyni ünvandan eyni bank kart hesabına köçürdüyü 500 manat, 2024-cü ilin iyun ayının ortalarında ünvan 3 ünvanında verdiyi 1050 manat,22 iyun 2024cü il tarixdə, saat 19:15-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsindəki “Araz” marketdə olan “MPay” terminalı vasitəsi ilə onun həmin kart hesabına köçürdüyü 600 manat, cəmi 4150 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sosial yardım düzəldəcəyi ilə bağlı bilə-bilə həqiqətə uyğun olmayan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 22 iyun 2024-cü il tarixdə, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi döngə 4-də olarkən fərdi yaşayış evindən onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli kart hesabına göndərdiyi 500 manat, 09 avqust 2024-cü il tarixdə həmin kart hesabına köçürdüyü 500 manat və 450 manat olmaqla cəmi 950 manat, 10 avqust 2024-cü il tarixdə hər dəfə 150 manat olmaqla 2 dəfəyə köçürdüyü 300 manatı vahid niyyətlə ümumilikdə 2050 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 özünü “Vəhdət” partiyasının rəhbəri olmaqla geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib, bilə-bilə həqiqətə uyğun olmayan məlumat verərək, onu həmin partiyanın fəaliyyət göstərdiyi ofisdə işə götürəcəyini vəd verərək, sonuncuya sosial yardımın verilməsini təşkil edəcəyini bildirib aldadaraq sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü Mədən küçəsində olan “Mpay” ödəniş terminalı vasitəsi ilə 16 iyul 2024-cü il tarixdə saat 20:25-də onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli kart hesabına göndərdiyi 300 manat, 17 iyul 2024-cü il tarixdə saat 20:04-də eyni ünvandan həmin kart hesabına köçürdüyü 600 manat, 20 iyul 2024-cü il tarixdə saat 12:39-da eyni ünvandan həmin kart hesabına köçürdüyü 300 manat, 20 iyul 2024-cü il tarixdə saat 11:35-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Mədən -3 korpus 120 m-18 ünvanından istifadəsində olan mobil tətbiqi vasitəsi köçürdüyü 50 manat, 20 iyul 2024-cü il tarixdə onun Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində verdiyi 1000 manat, 20 iyul 2024-cü il tarixdə onun Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində verdiyi 2000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 4250 manat pulu alıb, verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 özünü “Vəhdət” partiyasının rəhbəri olmaqla geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib, bilə-bilə həqiqətə uyğun olmayan məlumat verərək, sonuncunu həmin partiyanın fəaliyyət göstərdiyi ofisdə işə götürəcəyini, sosial yardımın verilməsini təşkil edəcəyini və Azərbaycan İncəsənət Universitetinə qəbul etdirəcəyinə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 10 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində 160 manat, sonuncunun 11 iyul 2024-cü il tarixdə saat 19:04-də yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi 1-ci küçə nömrəsiz həyət evindən öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASCyə məxsus 4169 7388 0867 6831 nömrəli kart hesabına köçürdüyü 800 manat, 13 iyul 2024-cü il tarixdə saat 12:03-də eyni ünvandan həmin kart hesabına köçürdüyü 400 manat,02 avqust 2024-cü il tarixdə saat 20:04-də eyni ünvandan həmin kart hesabına köçürdüyü 1000 manat, 24 iyul 2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Xırdalan filialında aldığı 2900 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 5260 manat pulu alaraq, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs7 qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 özünü “Vəhdət” partiyasının rəhbəri olmaqla geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib, bilə-bilə həqiqətə uyğun olmayan məlumat verərək, sonuncunu həmin partiyanın fəaliyyət göstərdiyi ofisdə işə götürəcəyinə, sosial yardımın verilməsini təşkil edəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs9 10 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində 150 manat, 26 iyul 2024-cü il tarixdə saat 15:42-də isə həmin ofisdə öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 500 manat, 29 iyul 2024-cü il tarixdə saat 13:40-də həmin ofisdə öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 450 manat, 31 iyul 2024-cü il tarixdə saat 16:01də həmin ofisdə öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 350 manatı, 2024-cü ilin avqust ayının ortalarında həmin ofisdə 1550 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3000 manat pulu alıb, verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı X16 özünü geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib, bilə-bilə həqiqətə uyğun olmayan məlumat verərək, ona sosial yardımın verilməsini təşkil edəcəyini yalandan vəd verib aldadaraq 29 iyul 2024-cü il tarixdə saat 17:44-də yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri Quşculuq massivi Ş 8 döngə 1, ev 8-dən öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 396 manat, 29 iyul 2024-cü il tarixdə eyini ünvandan həmin kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 300 manat, 06 avqust 2024-cü il tarixdə saat 15:54-də eyni ünvandan həmin kart hesabına köçürdüyü 38 manat, 06 avqust 2024-cü il tarixdə saat 21:00-da eyni ünvandan həmin kart hesabına köçürdüyü 100 manat, 07 avqust 2024-cü il tarixdə saat 19:08-də Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsində “eManat” ödəniş terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli kart hesabına göndərdiyi 400 manat, 08 avqust 2024-cü il tarixdə saat 09:43-də eyni ünvandan həmin kart hesabına köçürdüyü 200 manat, 08 avqust 2024-cü il tarixdə saat 19:20-də eyni ünvandan həmin kart hesabına köçürdüyü 400 manat, 13 avqust 2024-cü il tarixdə saat 19:46-da eyni ünvandan həmin kart hesabına köçürdüyü 100 manat, 15 avqust 2024-cü il tarixdə yaşadığı ünvan 7 ünvanda 200 manat, 20 avqust 2024-cü il tarixdə yaşadığı Quşçuluq yaşayış massivi, Ş8-ci küçədə 150 manat, 21 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində 200 manat, 22 avqust 2024-cü il tarixdə həmin ofisdə 200 manat, 23 avqust 2024-cü il tarixdə yaşadığı evdə 200 manat, 24 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində 100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 2984 manat pulu alaraq, verdiyi vədə əməl etməyib, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 özünü “Vəhdət” partiyasının rəhbəri olmaqla geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib, bilə-bilə həqiqətə uyğun olmayan məlumat verərək, sonuncun oğlu X10 həmin partiyanın fəaliyyət göstərdiyi ofisində işə götürəcəyinə və sosial yardımın verilməsini təşkil edəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6 02 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “At Heykəli”nin qarşısında nağd şəkildə aldığı 200 manatı, 05 avqust 2024-cü il tarixdə ünvan 8 ünvanda yerləşən “MPay” ödəniş terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli kart hesabına köçürdüyü 350 manatı, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 550 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 özünü “Vəhdət” partiyasının rəhbəri olmaqla geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib, bilə-bilə həqiqətə uyğun olmayan məlumat verərək, sonuncuya sosial yardım xətti ilə 9 baş iri buynuzlu və 20 baş xırda buynuzlu heyvanları verdirəcəyinə, ailə üzvlərinə və qohumlarına sosial yardımın verilməsini təşkil edəcəyinə dair vəd verib aldadaraq Zərərçəkmiş şəxs8 2024-cü ilin avqust ayının əvvəllərində sonuncunun yaşadığı Abşeron rayonu, Qobu qəsəsi, “Şəfəq” şəhərciyi, ev 29-un həyətində nağd verdiyi 900 manatı, 20 avqust 2024-cü il tarixdə saat 13:48-də Siyəzən şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ödəniş terminalı vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli kart hesabına göndərdiyi 450 manatı, 21 avqust 2024-cü il tarixdə saat 16:28-də Abşeron rayonu Novxanı qəsəbəsi Nabat Aşurbəyova küçəsi ev 8-də olarkən onun tapşırığı ilə oğlu Şahid2 öz kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 1782 manatı, 25 avqust 2024-cü il tarixdə saat 18:16-da eyini ünvandan həmin kart hesabından mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 600 manatı, 2024-cü ilin avqust ayının ortalarında eyini ünvandan həmin kart hesabından mobil tətbiqi vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus 4169 7388 0867 6831 nömrəli bank kart hesabına köçürdüyü 250 manat, 03 sentyabr 2024-cü il tarixdə saat 18:16-da eyni ünvandan həmin kart hesabına köçürdüyü 200 manatı vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 4182 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə zərərçəkənlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4,Asif Rzayev və Zərərçəkmiş şəxs8 epizodlarında özünü təqsirli bilir, digər epizodlarda cinayət tərkibi yoxdur, mülki mübahisədir.Dəyən ziyanın bir qismini ödəyib, qalan ziyanı ödəmək imkanı yoxdur,əməlindən peşimandır, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs Məhəmmə doğlu ona Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" partiyasının Abşeron rayon şöbəsinin sədri olmuş, "xxxx" partiyasının Abşeron rayon şöbəsi Abşeron rayonu, Xırdalan şəhərində Proqress MTK-nın binasında yerləşmişdir. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs10n ofisinə gəlib oğlu Məmmədov Anarın Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluduğunu, Kürdəxan qəsəbəsindəki istintaq xəstəxanasına yerləşdirildiyni deyib oğlunun azad olunmasına kömək etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs10 oğlunun azad olunmasına kömək edəcəyinə söz verib ondan 5200 manat pul almış, həmin pulu tanışı Samirə vermiş, Asifə verdiyi sözə əməl edə bilməmiş, Zərərçəkmiş şəxs10 pulunu tələb etdikdə ona 800 manat pulu ona qaytarmışdır. 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs4 və əri Rauf onun yanına gəlib oğlunun ürək xəstəliyindən əziyyət çəkdiyini deyərək oğlunun müayinə və müalicə olunmasına kömək etməsini xahiş etdikdə Zərərçəkmiş şəxs4 oğlunun Belarus Respublikasında müayinə və müalicəsinə ürək köçürmə əməliyyatına kömək edəcəyinə söz vermiş bunun üçün ondan 4150 manat pul almış, Qönçə Məmməlovanın oğlunun müalicəsinə heç bir köməklik etməmiş aldığı pulu xərcləmişdir. 2024-cü ilin avqust aylarında Zərərçəkmiş şəxs2 zəng edib sonra da ofisinə gəlib ona sosial müavinət düzəldilməsinə köməklik göstərilməsini xahiş etdikdə ona sosial müavinət düzəldəcəyinə söz vermiş, Aynur nağd şəkildə və kart hesabına hissəhissə olmaqla təxminən 2050 manat pulu ona göndərmiş, amma ona heç bir müavinət düzəltməmiş, onu aldadaraq aldığı pulları xərcləmişdir. Zərərçəkmiş şəxs2 ondan şikayət eidikdə isə aldığı 2050 manat pulu Zərərçəkmiş şəxs2 qaytarmışdır. X6 2024-cü ilin fevral ayından tanımış, Qəmər onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Vəhdət partiyasının ofisində baş mühasib işləmiş, birlikdə işlədikləri dövürdə Qəmər onun bank kartı hesabına müxtəlif məbləğlərdə pul köçürmüş, 2024-cü ildə deputatlığa namiz olduğu üçün Qəmərdən 10 faiz ödəmək şərti ilə 950 manat pul almış, həmin pulun 600 manatını qaytarsa da imkanı olmadığı üçün qalan pulu qaytara bilməməiş, bunlardan başqa Qəmər hər ay 60 manat üzvlük haqqı ödəmiş, Qəmər ona 2900 manat pul verməmiş, Qəməri İncəsənət universitetinə dözəldəcəyinə söz verməmişdir. Zərərçəkmiş şəxs5 2024-cü ilin mart ayından onun sədri olduğu Vəhdət partiyasında işləmiş, deputatlığa namizəd olarkən Natavandan 15 faizə 600 manat pul almış, həmin pulun 200 manatını qayarsa da qalan pulu qaytara bilməməiş, bundan başqa Natavandan üzvlük haqqı üçün 600 manat pul almış, Natavanın qızıl-ziynət əşyalarını girov qoyub 2000 manat pul götürüb ona verməsi yalandır. Natavana sosial yardım düzəldəcəyəinə dair söz verməməişdir. Zərərçəkmiş şəxs9 2024-cü ilin mart ayından onun sədri oldğu Vəhdət partiyasının Abşeron rayon şöbəsində qeydiyyatçı kimi işləmiş, işlədikləri dövürdə Leyla onun kart hesabına müxtəlif məbləğlərdə pul köçürmüş, Leyladan üzvülük haqqı kimi 150 manat pul almış, bundan başqa Leyladan pul almamışdır. Zərərçəkmiş şəxs8 2024-cü ilin avqust ayında tanımış, onun şəhid ailəsi olduğunu bilib mobil nömrəsini öyrənərək ona zəng edərək Qarabağ müharibəsində şəhid olanların ailələrinə yardım göstərildiyini deyib yardım edilməsinə kömək etmək istədiyini dedikdə Etibar imtina etsə də onu razı sala bilmiş, ona və oğluna və qardaşı oğluna sosial yardım düzəldəcəyinə, oğluna xırda və iri buynuzlu heyvanlar veriləcəyinə köməklik göstərəcəyinə söz vermiş, bu qaydada Etibardan nağd və hissə-hissə olmaqla kart hesabına köçürülməklə 4182 manat pulunu almışdır. Verdiyi vədi yerinə yetirə bilməmiş və aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs6 2023-cü ilin mart ayından tanımış, Seymurun işlədiyi avtomobil təmiri sexinə gedib-gəlmiş, Seymurun oğlu Canpollad onun sədri olduğu Vəhdət partiyasında sürücü kimi işləmiş, Seymurun ona borcu olduğuna görə kart hesabına 350 manat pul köçürmüş, Seymurun oğluna sosial yardım düzəldəcəyinə dair söz verməmişdir. X18 2023-cü ildən onun sədri olduğu Vəhdət partiyasının Abşeron rayon şöbəsində nəzarətçi olaraq işləmiş, birlikdə işlədikləri dövürdə Şükrandan 2984 manat borc pul almış, imkanı olmadığı üçün aldığı pulu Şükrana qaytara bilməməiş, borc aldığı puldan başqa Şükranla aralarında heç bir pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxs3 2024-cü ilin avqust ayında oğlu Zöhrab İmanovu universitetə qəbul etdirməsi üçün xahiş etmiş, ondan xatırlamadığı məbləğdə pul asa da verdiyi sözə əməl etməmiş, aldığı pulu xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayından tanımış belə ki, oğlu X27 müalicə etdirmək istəyərkən Rasim ilə tanış olmuş, oğlu Elmir ona və əri X36 adlı şəxsin atası Təqsirləndirilən şəxs yardım fondu ilə yaxın əlaqəsi olduğunu, yardım fondu vasitəsi ilə Emilin müalicəsinə köməklik edə biləcəyini demiş, Təqsirləndirilən şəxslə əlaqə saxlaması üçün möbil nömrəsini almış, Təqsirləndirilən şəxslə əri Rauf Məmmədov əlaqə saxlamış Rasim oğlu Emilin xəstəliyi ilə maraqlanmış, ürək köçürmə əməliyyatı keçirməli olduğunu bildikdən sonra «Vəhdət» xeyriyyə fondu vasitəsi ilə oğlunun müayinə-müalicəsini Belarusiya Respublikasında ürək köçürülməsini təmin edəcəyini vəd etmiş, bunların edilməsi üçün vasitəçi şəxslərə 2500 manat pul verilməli olağacını demiş, evdə məsləhətləşərək 2000 manat pul verə biləcəyini demiş, Təqsirləndirilən şəxslə əlaqə saxladıqda o, 2000 manata bunu həll edəcəyinə söz vermiş, Təqsirləndirilən şəxs üzərində «Vəhdət» xeyriyyə cəmiyyəti yazılmış kağızı göstərdikdə ona etibarları daha da artmış, ona inanmış, 14 iyun 2024-cü il tarixdə saat 10:59-da 2000 manat pul vəsaitini istifadəsində olan 4169 7388 9411 9541 Kapital Bank kart hesabından Təqsirləndirilən şəxs gördərmiş olduğu öz adına olan 4169 7388 0867 6831 kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs pul vəsaitinin hesabına köçürüldüyünü, bu məsələni qısa müddətdə həll edib xəbər verəcəyini bildirmiş, təxminən bir saatdan sonra Təqsirləndirilən şəxs əlaqə saxlayaraq bu işlə bağlı əlavə olaraq 500 manat da lazım olduğunu demiş, 14 iyun 2024-cü il tarixdə saat 12:22-də istifadəsində olan 4169 7388 9411 9541 Kapital Bank kart hesabından Təqsirləndirilən şəxs göndərmiş olduğu öz adına olan 4169 7388 0867 6831 kart hesabına 500 manat puluda köçürmüş, 2024-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq vermiş olduğu 2500 manat pul vəsaitinin oğlunun qan analizinə bəs etmədiyini, buna görə də yenidən 1000 manat pul lazım olduğunu demiş və onların yaşadıqları ünvana gəlmiş, oğlunun qan analizi üçün 1000 manat və yol xərcinə görə 50 manat olmaqla ümumilikdə 1050 manat pulu yaşadıqları ünvan 9 ünvanda Təqsirləndirilən şəxs vermiş, bir neçə gündən sonra Təqsirləndirilən şəxs oğunun müalicəsi ilə əlaqədar xəstəxanaya yerləşdirilməsindən ötrü 600 manat pul istəmiş və 22 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon Üzeyir Hacıbəyov küçəsindəki Araz marketin daxilində yerləşdirilmiş MPpay terminalı vasitəsi ilə 600 manat puluda Təqsirləndirilən şəxs adına olan 4169 7388 0867 6831 nömrəli kart hesabına köçürmüş, Təqsirləndirilən şəxs pul vəsaitinin hesabına köçürüldüyünü bildirdikdə oğlunun müalicəsinin həll etməsinin xahiş etmişlər. Bir müddət keçməsinə baxmayaraq oğlunun müayinə və müalicəsi üçün Təqsirləndirilən şəxs tərəfindən heç bir iş görülmədiyini, aldadıldığını hiss etmiş, Təqsirləndirilən şəxs əlaqə saxladıqda bu işlə xeyriyyə fondunun məşğul olduğunu bildirsə də yenidən 3000 manat pul istədikdə Təqsirləndirilən şəxs pullarını qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs isə verdiyi vədə əməl edəcəyini desə də sonradan onlarla əlaqəni kəsmiş, bununlada aldadıldığını bildikdə polisə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 1 saylı Vərəm Dispanserində tibb bacısı olaraq işləmiş, iş yerində Məhəbbət adlı şəxslə tanış olmuş, oğlu Zöhrabın Universitetin 1-ci kursundan kəsildiyini, üçün oğlu Zöhrabı universitetə düzəltmək istədiyini Məhəbbət haradansa eşitmiş və ona yaxınlaşıb tanışı olduğunu, həmin tanışının oğlu Zöhrabın universitetə düzəldəcəyini demiş, Məhəbbətlə ətraflı söhbət etdikdə Məhəbbət tanışı Təqsirləndirilən şəxs oğlu Zöhrabın universitetə düzəlməsinə köməklik edəcəyini bir daha bildirmiş Məhəbbət, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermiş o, Təqsirləndirilən şəxslə danışanda Təqsirləndirilən şəxs oğlunu topladığı bala görə ya Gəncə şəhərində, ya da Sumqayıt şəhərində olan universitetə qəbul olunmasına kömək edəcəyinə söz vermiş, Təqsirləndirilən şəxslə danışıb razılığa gəlmiş, hissə-hissə olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 11600 manat pulu ona vermiş, sonuncu 300 manatı isə kart nömrəsinə göndərmiş, Təqsirləndirilən şəxs isə onu aldadaraq oğlu Zöhrabı universitetə qəbul etdirməmiş, 11600 manat pulunu ələ keçirmiş, bundan sonra oğlu hərbi xidmətə getmiş, pulunu geri tələb etdikdə isə Təqsirləndirilən şəxs müxtəlif bəhanələ gətirərək pulunu ona qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, oğlu Anar Rzayev 2023-cü ilin əvvəllərində Xətai RPİ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məsulmyyətə cəlb olunmuş, Təqsirləndirilən şəxs oğlu Anarla birlikdə Kürdəxan istintaq təcridxanasında cəza çəkən Kənan İsgəndərovun atası Zərqulu İsgəndərovun vasitəsi ilə tanış olmuş, Zərqulu İsgəndərov, Rasim Xudlaverdiyevin telefon nömrəsini ona verib oğlu Anarın həbsdən azad olunmasına köməklik edəcəyini demiş, Təqsirləndirilən şəxslə əlaqə saxlayıb, danışarkən o, özünü vəkil kimi təqdim edib Ararın həbsdən azad olunmasına kömək edəcəyini vəd verib bunun müqabilində 5500 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxslə bu işin həlli üçün 5200 manata razılaşmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxslə görüşüb oğlu Anarın qara ciyər serrozundan əziyyət çəkməsi barədə sənədlərin surətini və 4600 manat pulu əlbəəl vermiş, qalan 600 manat pulu isə yaxın zamanlarda verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Anarın iki il xəstəxanada müalicə olunacağını sonra da azadlığa buraxılacağını bildirmiş, təxminən on beş gündən sonra Təqsirləndirilən şəxs zəng vurub işin nə yerdə olduğunu soruşmaq istədikdə Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmiş, bundan sonra Zərqulu İsgəndərovla əlaqə saxladıqda Təqsirləndirilən şəxs ona da cavab vermədiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs özü zəng edib Türkiyədə olduğunu, işin yekunlaşmaq üzrə olduğunu demiş qalan 600 manat pulu da göndərməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığındakı milliön ödəmə terminalı vasitəsi 600 manat puluda Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına köçürmüş, Təqsirləndirilən şəxs Anarın işinin yaxın günlərdə öz həllini tapacağını bildirmiş, lakin heç bir müsbət nəticə olmamış, dəfələrlə Təqsirləndirilən şəxs zəng edib pulunu tələb etsədə o, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamış, ona görə də bu barədə polisə şikayət etmişdir.Cəmi 5200 manat dəyən ziyandan təqsirləndirilən şəxs 600 manat qaytarıb,4600 manat hələ də ödənilməmiş qalır.Dəyəyn ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının əvəllərində xatırlamadığı tanışlarından biri Vəhdət partiyasının Abşeron rayon filialının rəhbəri Təqsirləndirilən şəxs adlı şəxsin işçi axtardığını demiş, Abşeron rayonu, Xırdalan şəhərində At heykəlinin yaxınlığınndakı guya Vəhdət partiyasının ofisinə gedərək orada Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs özünü Vəhdət partiyasının rəhbəri olmaqla geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib, insanların problemlərini həll ebib, sosial yardımların verilməsini və ya işə düzəlmələrini təşkil etdiyini əminliklə danışmasına inanmış, münasib bir iş düzəltməsini ondan xahiş etmiş, Təqsirləndirilən şəxs Vəhdət partiyasının Abşeron rayon filialı üzrə ona işçilər lazm olduğunu, onu özünə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi işə götürə bilcəyini, 400 manat maaş veriləcəyini işinin partiyaya üzvləri tərəfindən verilən üzvlük haqqlarının hesablanmasından və rəsmiləşdirməsindən ibarət olacağını demiş o razılaşmış, Təqsirləndirilən şəxs işə rəsmiləşdirməsi üçün sənədlərini və 160 manat pulun verilməsini demiş, 10 iyul 2024-cü il tarixdə rəsmi sənədlərini və 160 manat pulu Vəhdət partiyasının Abşeron rayon filialı üzrə ofisində Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs onu inandırmaq üçün adına Vəhdət partiyasının üzvü olmağı barədə vəsiqə də vermiş, ofisə işə çıxsa da faktiki olaraq heç bir iş görməmiş, üzvülük haqqının yığılmasını Təqsirləndirilən şəxs özü həyata keçirmiş, ona pul verməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt ofisdə işləmiş Zərərçəkmiş şəxs5 da üzvlük haqqı adı ilə pul almış, lakin ona verməmiş və ümumiyyətlə rəsmiyyətə salmamış, ofisdə Rasimin tapşırığı ilə adamlara zəng edib çağırmış, lazım olanda sosial yardımın verilməsi üçün vətənşların adından ərizələr yazmış, Təqsirləndirilən şəxs ailə üzvlərinə 800 manat müqabilində sosial yardımın verilməsini təşkil edə biləcəyini demiş, o da razılaşaraq 1 iyul 2024-cü il tarixdə yaşadığı Hökməli qəsəbəsində Təqsirləndirilən şəxs adına olan 4169 7388 0867 6831 nömrəli kart hesabına mobil telefonundan istifadə edərək 800 manat pulu Rasimə göndərmiş, Təqsirləndirilən şəxs ailə üzvlərinin də adına sosial yardım verdirə biləcəyini deyərək bunun üçün əlavə 400 manat pul lazım olduğunun dedikdə onunla razılaşaraq 13 iyul 2024-cü il tarixdə yaşadığı Hökməli qəsəbəsində Təqsirləndirilən şəxs adına olan 4169 7388 0867 6831 nömrəli kart hesabına öz mobil telefonundan istifadə edərək 400 manat pul göndərmiş, 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs onu Azərbaycan İncəsənət Universitetinə qəbul etdirəcəyini vəd edərək buna inandırıb 2900 manat pul verməsini istəmiş, 24 iyul 2024-cü il tarixdə özünə məxsus qızıl-zinət əşyalarını "xxxx" ASC-nin Xırdalan filialında girov qoyaraq 2900 manat pulu götürüb həmin bankın binasında Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs xərcləri odduğunu, kömək etməsi üçün 1000 manat pul verməsini, daha yaxşı işlə təmin edəcəyini vəd vermiş, inandığı üçün tam razılaşaraq həmin pulu ofisdə ona vermiş, beləliklədə Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 5259 manat pulunu ələ keçirmiş, heç bir vədini yerinə yetirməmiş, ondan pulunu geri tələb etdikdə yayınaraq pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qimində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının əvvəlində özünə iş axtararkən tanışlarından kim isə Vəhdət partiyasının Abşeron rayon filialında işçi tələb olunduğunu demiş, həmin partiyanın Xırdalan şəhəri, At Heykəli olan yerin yaxınlığındakı ofisinə gedib orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü Vəhdət partiyasının Abşeron rayon filialı üzrə rəhbəri və geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim etmiş, insanların problemlərini həll edən, sosial yardımların verilməsini və ya işə düzəlmələrini təşkil edən biri kimi təqdim etmiş, ona inanaraq münasib bir iş düzəlməsinə köməklik etməsini xahiş etmiş, X26 partiyasının Abşeron rayon filialı üzrə 400 manat maaş verməklə onu özünə qeydiyyatçı kimi işə götürə biləcəyini demiş, razılaşaraq, 10 iyul 2024-cü il tarixdə səhər vaxtlarında Təqsirləndirilən şəxslə Vəhdət partiyasının ofisində görüşəndə partiyaya üzv olması, üzvülük haqqı kimi 150 manat pul ödəməli olduğunu dedikdə üstündə olan əmək kitabçasını və 150 manat pulu ofisdə Təqsirləndirilən şəxs vermiş, 11 iyul 2024-cü il tarixdə işə çıxmış, lakin orada faktiki iş olmamış, Təqsirləndirilən şəxs yanına gələn şəxsləri Təqsirləndirilən şəxs katibəsi kimi qəbul edib Təqsirləndirilən şəxs otağına aparmış, Təqsirləndirilən şəxs şəhid ailələrinə və qazilərə maddi və sosial köməklik edəcəyini vəd etdiyi üçün bəzi hallarda belə adamlar da ofisə gəlmiş, faktiki olaraq ofisdə partiya kimi heç bir fəaliyyət olmamış, bir-iki gün oraya gəldikdən sonra Rasim Xudaveriyev ona və ailə üzvlərinə sosial yardımın verilməsini təşkil edə biləcəyini demiş hər adama görə 500 manat pul verilməli olduğunu demiş, özünə görə güzəştlə 350 manat verməli olduğunu bildirmiş, 10 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində Təqsirləndirilən şəxs 150 manat, 350 manat, nağd şəkildə vermiş, 26 iyul 2024-cü ildə 4169 7388 0867 6831 nömrəli kart hesabına 550 manat və 31 iyul 2024-cü il tarixdə həmin kart hesabına 400 manat köçürmüş, 2024-cü iln avqust ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində isə nağd olaraq 1550 manat pulu Rasimə vermişdir ki, qohum və tanışlarına sosial yardım düzəltsin. Beləliklə Rasim ondan 3000 manat pul alaraq xahiş etdiyi adamlara sosial yardım düzəltməmiş, hətta əmək haqqı da verməmişdir. Təqsirləndirilən şəxs heç bir vədinə əməl etmədiyi üçün ondan pulunun qaytarılmasını tələb etdikdə gizlənmiş, bundan sonra aldadıldığını başa düşərək Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında tanımış, həmin vaxtı o, Vəhdət partiyasının Abşeron rayon şöbəsinin sədri olmuş, tanış olduqları zaman Təqsirləndirilən şəxs deputatlığa namizəd olduğunu, özünə komanda yığmaq istədiyini deyib onunla işləmək istədiyini soruşduqda işləmk istədyini bildirmiş, Rasim Xudavrdiyev şəxsiyyət vəsiqəsini, əmək kitabçasını və sənəd üçün şəkillər çəkdirib gətirməyini ondan istəmiş, həmin sənədələri hazırlayb həmin günü onun işlədyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən ofisində ona vermiş, Təqsirləndirilən şəxs bir neçə gündən sonra ona Vəhdət partiyasına üzvlüklə bağlı vəsiqə vermiş, ömürlük sosial yardım düzəldə bilədcəyni deyib bunun üçün 3000 manat ondan pul istəmiş, maddi imkanı olmadığına görə həmin pulu ona hissə-hissə verəcəyini dedikdə Təqsirləndirilən şəxs onunla razılaşmış və öz kart nömrəsini ona vermiş, ilk dəfə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına olan 4169 7388 0867 6831 nömrəli Kapital bank kart hesabına 300 manat və 396 manat, xx.xx.2024-cü il tarixdə 38 manat və 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat və 200 manat, xx.xx.2024-cü il tarixdə isə 100 manat pul göndərmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 10 ünvana gəlmiş ona evində 200 manat, xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında yerləşən çayxanada 150 manat, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ofisində ona 200 manat, xx.xx.2024-cü il tarixdə yenə həmin ofisdə ona 200 manat pul vermiş, xx.xx.2024-cü il tarixdə evinə gəldikdə evində ona 200 manat vermiş, sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Proqress MTK-nın binasında yerləşən ofisində 100 manat pul vermiş, Təqsirləndirilən şəxs ondan hissə-hissə olmaqla ümumilikdə 2984 manat pul almış, amma verdiyi vədə əmələ etməmiş, aldadıldığını biləndə polisə şikayət etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özü üçün sosial müavinət düzəltdirmək istədikdə Ruiya Fedarisiyasında yaşayan atası Mübariz Əhmədov, Rasimin Xudaverdiyevin istifadə etdiyi ***-***-**-** mobil nömrəsini verib, Təqsirləndirilən şəxs müraciət etməsini məsləhət görmüş o, Təqsirləndirilən şəxs zəng edib onunla danşıb sosial müavinət düzəltmsi üçün kömək etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə bu işdə ona kömək edə biləcəyni bildirib, bunun üçün 500 manat pul lazım olacağını demiş o, Təqsirləndirilən şəxslə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə WhatsApp sosial şəbəkəsi vaasitəsi ilə istifadəsində olan Kapital Banka məxsus 4169 7388 0867 6831 hesab nömrəsini ona göndərmiş, həmin günü o, öz istifadəsində olan, Leo Banka məxsus 4098 5844 9297 87052 kart hesbından Təqsirləndirilən şəxs istifadəsində olan Kapital Banka məxsus 4169 7388 0867 6831 hesab nömrəsinə 500 manat pul göndərmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xırdalan şəhərində yerləşən ofisinə getmiş, Təqsirləndirilən şəxs ofisində bir kart verib verdiyi kart hesabına hər ay 375 manat pul göndəriləcəyini demiş, Təqsirləndirilən şəxs verdiyi kartı alıb yoxladıqda kartın Təqsirləndirilən şəxs adına olduğunu bilmiş həmin kartı Təqsirləndirilən şəxs qaytarmış, Təqsirləndirilən şəxs həmin kartı onun adına dəyişərək verəcəyini demiş, xx.xx.2024-cü il tarixdə öz istifadəsində olan Leo Banka məxsus 4098 5844 9297 87052 kart hesbından Təqsirləndirilən şəxs istifadəsində olan Kapital Banka məxsus 4169 7388 0867 6831 hesab nömrəsinə 500 manat və 450 manat olmaqla ümümilikdə 950 manat pul göndərmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxslə yenidən əlaqə saxlamış, əlavə olaraq öz istifadəsində olan, Leo Banka məxsus 4098 5844 9297 87052 kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan Kapital Banka məxsus 4169 7388 0867 6831 hesab nömrəsinə 300 manat pul göndərmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əlavə olaraq 150 manat pul istədikə xx.xx.2024-cü il tarixdə öz istifadəsində olan ABB kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan Kapital Banka məxsus 4169 7388 0867 6831 hesab nömrəsinə150 manat, sonra da 150 manat pul göndərmiş, ümumilikdə Təqsirləndirilən şəxs 2050 mana pul vermiş, Təqsirləndirilən şəxs soisal müavinət duzəldəcəyinə söz versə də ona heç bir kömək etməmiş, pulunu qaytarmasını tələb etdikdə pulunu qaytarmaqdan boyun qaçırmış, müxtəlif bəhanələr gətirərək 2050 manat pulunu verməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam olaraq ödəmişdir, ona qarşı şikayəti, tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin iyul ayının 6-da iş axtararkən xatırlamadığı hansısa tanışının vasitəsi ilə təsadüfən tanış olmuş, tanışlıq zamanı Təqsirləndirilən şəxs özünü “Vəhdət” partiyasının Abşeron rayon filialı üzrə rəhbəri və geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim etmiş, insanların problemlərini həll edib sosial yardımların verilməsini və ya işə düzəlmələrini təşkil etməsini deyib, əminliklə danışmasna inanmış, Təqsirləndirilən şəxs münasib bir iş düzəltməsini xahiş etdikdə Təqsirləndirilən şəxs Vəhdət partiyasının Abşeron rayon filialı üzrə işçilər lazım olduğunu, onu özünə faktiki müavin kimi işə götürə bilcəyini və 600 manat ona maaş veriləcəyni demiş o, razılaşaraq 06 iyul 2024-cü il tarixdə günorta vaxtlarında Təqsirləndirilən şəxslə Abşeron rayonu, Xırdalan şəhərindəki At heykəli olan yerin yaxınlığındakı guya Vəhdət partiyasının ofisində görüşəndə Təqsirləndirilən şəxs köməklik olunması üçün həmin partiyaya üzv olmaq və əmək kitabçası verilməsi üçün üzvlük haqqı kimi 200 manat pul verməli olduğunu ona bildirmiş, orada Təqsirləndirilən şəxs 200 manat pul vermiş, 08 iyul 2024cü il tarixdə həmin partiyanın qeyd olunan ofisinə işə çıxmış, lakin orada faktiki olaraq iş olmamış, Təqsirləndirilən şəxs şəxsi tapşırıqları olanda kiməsə zəng etmiş, tanışlarının adından ərizələr və məktublar yazmış, faktiki olaraq ofisdə partiya kimi fəaliyyət olmamış, yığıncaqlar və ya tədbirlər keçirilməmiş, bir-iki gün oraya gəldikdən sonra Təqsirləndirilən şəxs 400 manat müqabilində ailə üzvələrinə sosial yardımın verilməsini təşkil edə biləcəyni ona demiş, 2024-cü ilin iyul ayında ofisdə Rasim Xudiyevə 400 manat pulu nağd şəkildə vermiş, sonra isə 6 nəfər ailə üzvlərinə görə ofisdə Təqsirləndirilən şəxs 1850 manat, bir dəfə isə 50 manat pul vermiş, Təqsirləndirilən şəxs pul köçürməsi üçün öz bank hesab kartının şəkilini ona vermiş 1850 manatın 300 manatını 16 iyul 2024-cü ildə, 600 manatını 17 iyul 2024-cü ildə, 350 manatını 2 dəfəyə 20 iyul 2024-cü ildə həmin karta köçürmüş, bundan sonra Təqsirləndirilən şəxs onu dövlət qulluğuna işə qəbul etdirəcəyinə inandıraraq buna görə 3000 manat nağd pul tələb olunduğunu dedikdə 20 iyul 2024-cü ildə qızıllarını lombarda qoyaraq elə həmin ofisdə Rasimə nağd olaraq 3000 manat pul vermiş, Təqsirləndirilən şəxs sosial yardımın verilməsinə cavabdehlik daşıması barədə ona əlyazması vermiş, daha sonra Təqsirləndirilən şəxs heç bir vədini əməl etməmiş, pulunun qaytarılmasını tələb etdikdə isə gizlənmiş partiyanın ofisini isə bağlamışdır. Bununlada aldadıldığını bildikdə polisə şikayət etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Qarabağ Müharibəsinin veteranıdır, Abşeron rayonu, Masazır qəsəbəsində fərdi qaydada avtomobillərin təmiri üzrə ustadır, Təqsirləndirilən şəxs ilə təxminən 4-5 il əvvəl tanış olmuş, Rasim Xdaverdiyev 2024-cü ilin yayında özünü Vəhdət partiyasının rəhbəri kimi geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək, insanların sosial yardım və iş problemlərini həll etdiyini deyərək onu inandırmış, ona görə də 2024-cü ilin avqust ayının əvvəlində Təqsirləndirilən şəxs görəndə oğlu Canpolab Vəliyevi işə düzəltməsini ondan xahiş etmiş, Təqsirləndirilən şəxs partiyanın ofisində mühafizəçi işi olduğunu, 550 manat maaşı olacağını, bu işə düzəltmək üçün 200 manat şirinlik vermək lazım olduğunu ona dedikdə, inanaraq razılaşmış, 02 avqust 2024-cü il tarixdə səhər vaxtları Abşeron rayonu, Xırdalan şəhərindəki At Heykəlinin yanında Təqsirləndirilən şəxslə görüşüb ona 200 manat pulu vermiş, Təqsirləndirilən şəxs isə 20 günə Campoladı işə götürəcəyinə söz vermiş, həmin vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs 500 manat müqabilində hər ay 350 manat sosial yardım verilməsini təşkil edə biləcəyinə vəd verdiyi üçün onunla razılaşmış, Təqsirləndirilən şəxs öz plastik bank kartının hesabını verərək pulu verdiyi hesaba köçürməsini ondan istəmiş, 05 avqust 2024-cü il tarixdə əlaqə saxlayaraq həmin gün saat 17:27-də Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsi, 20-də “Mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs verdiyi kart hesabına 350 manat puluda köçürmüş, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixə kimi işləri həll edəcəyinə vəd vermiş, laki daha sonra onu aldadaraq heç bir işi həll etməmiş, ondan yayınmışdır. Onu tapa bilmədiyi üçün polisə şikayət etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, kiçik oğlu Elgün Muradov 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Təqsirləndirilən şəxs ilə 2024-cü ilin avqust ayının əvvəllərində, tanış olmuş, 2024-cü ilin avqust ayının əvvəllərində, xatırlamadığı günlərin birində Rasim onu şəhid ailəsinin üzvü olduğu üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Xızı” restoranının qarşısına dəvət etmiş, Təqsirləndirilən şəxs onu Abşeron rayonu,Xırdalan şəhrindəki At Heykəli deyilən yerin yaxınlığında olan ofisinə aparmış, ofisdə özünü Vəhdət partiyasının rəhbəri olmaqla geniş əlaqələri olan şəxs kimi təqdim edib dövlət törəfindən şəhid ailələrinə maddi yardım edildiyi üçün üçün dəvət etdiyini ona demiş o, Təqsirləndirilən şəxs heç bir yardıma ehtiyacının olmadığını deyib etiraz etdikdə Təqsirləndirilən şəxs yardımın təmənnasız olduğunu dedikdə maddi yardım lazım olmadığını deyərək oğlu Şahid2 və qardaşı oğlu Ülvi Muradova sosial yardım düzəlməsini xahiş etmiş, oğluna və qardaşı oğluna sosial yardım düzəldə biləcəyinə, eyni zamanda onun özünə 9 baş iri buynuzlu, 20 baş xırda buynuzlu heyvanlar verəcəyini vəd verərək bunun qarşılığında 5000 manat pul istəmiş, o Rasim ilə razılaşaraq pulu hissə-hissə verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs sosial yardımı necə düzəldəcəyini soruşmuş o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlaqələrinin geniş olduğunu, orada işləyən yüksək vəzifələri şəxslər ilə dost olduğunu, bir neçə şəxsə sosial yardım düzəltdiyini demiş, Təqsirləndirilən şəxs inanmış, Təqsirləndirilən şəxs həmin günü pulun müəyyən hissəsini verməsini istədikdə həmin günü, yəni 2024-cü ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxslə ofisdən çıxaraq yaşadığı ünvan 11 ünvana gəlib, binanın həyətində Təqsirləndirilən şəxs 900 manat pul vermiş, təxminən 10 gün keçdikdən sonra Rasim ilə telefonla danışdıqdan sonra o, yaşadığı evə gəlmiş, yaşadığı evin həyətdə Təqsirləndirilən şəxs 250 manat pul vermiş, 20 avqust 2024-cü il tarixdə Rasim “WhatsApp” vasitəsilə kartının fotoşəkilini göndərərək bundan sonra pulu karta köçürmsini xahiş etmiş, həmin günü Siyəzən şəhərində olarkən "xxxx" ASC-nin içərisindəki elektron ödəniş terminalından Təqsirləndirilən şəxs kart hesabına 450 manat pul köçürüb, qəbzin fotoşəkilini ona göndərmiş, 21 avqust 2024-cü il tarixdə isə yaşadığı evə oğlu Şahid2 söz əsasında mobil telefonunda olan birbank mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 1782 manat pul göndərmiş, pul köçürülməsinə dair qəbzin fotoşəkilini Təqsirləndirilən şəxs göndərmiş, 25 avqust 2024-cü il tarixdə oğlu Şahid2 yaşadıqları evdə olduqları zaman yenədə onun sözü ilə Təqsirləndirilən şəxs kart hesabına 600 manat pul göndəmiş, 03 sentyabr 2024-cü il tarixdə oğlu Şahid2 yaşadıqları edə olduqları zaman yenədə onun sözü ilə Təqsirləndirilən şəxs kartı hesabına 200 manat pul göndərmiş, o pul köçürülməsinə dair qəbzin fotoşəkilini Rasimə göndərmiş, Təqsirləndirilən şəxs ümumilikdə 4182 manat pul vermiş, oğlu Təbrizin və qardaşı oğlu Ülvinin şəxsiyyət vəsiqələrinin surətini Təqsirləndirilən şəxs vermiş, bir müddət gözləmiş, lakin heç bir nəticə olmadığını görüb Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq iş barədə maraqlanmış, Təqsirləndirilən şəxs də hər dəfə müxtəlif bahənələr gətirərək onu gözlətdirmiş, aldadıldığını başa düşərək Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. İşdə olan Zərərçəkmiş şəxs8 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəyən ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı şikayəti tələbi yoxdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 Hidayət oğlu eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dlindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs qimində dindirilmiş X7 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində təsdiq etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkənlərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxso ğlunun elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi iş materialları ilə təkzib olunur, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın ziyandan qismən ödəniş etməsi, himayəsində az yaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişlər. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə Sumqayıt şəhər Pİ tərəfindən 19 oktyabr 2024-cü il tarişdə şşübhəli şəxs qismində tutulmuş və elə həmin gün MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024cü il tarixdə Binəqədi Rayon Pİ- tərəfindən şübhəli şəxs qismində tutulmuş 12 sentyabr 2024cü il tarixdə MSY-dən azad edilmişdir, 14 dekabr 2024-cü il tarixdə tutulmuş, Binəqədi rayon Məhkəməsinin hakiminin 16 dekabr 2024-cü il tarixli hökmü ilə barəsində əvvəli 14. 12.2024cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir.Məhkəmə tərəfindən həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzasından tutuldugu cəmi 04 gün çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, onun cəzaçəkmə müddətinin əvvəli tutulduğu 14 dekabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar, zərərçəkmiş şəxslər tərəfindən təqdim olunmuş ödəniz qəbzləri səs yazısı olan dsik, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərər alınmalıdır. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, əvvəlki məhkəmə iclaslarında Abşeron rayon Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Zərərçəkənlərə mülki qaydada məhkəməyə iddia qaldırmaq hüquqları izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu cəmi 04 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02(iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu 14 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərərçəkənlərə mülki qaydada məhkəməyə iddia qaldırmaq hüquqları izah edilsin. İş üzrə maddi sübutlar, zərərçəkmiş şəxslər tərəfindən təqdim olunmuş ödəniz qəbzləri səs yazısı olan dsik, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8, Zərərçəkən-mülki iddiaçı X9 və onun nümayəndəsi –vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X28 , Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X17 hazırkı cinayət işi üzrə tutulduğu gün müddət ona təyin edilmiş 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq cəzası saxlanılsın. X30 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İddia
Məhkəmə qərarları › İş №1(012)-910/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-910/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver