Məhkəmə qərarları › İş №1(012)-912/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-912/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-912/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1999-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul, məhkum olunmamış, Kəlbəcər rayonu, Alolar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 20 manat müqabilində 01 (bir) ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (SİYAHİ İİ) daxil olan 0,546 qram çəkidə ağ rəngli, kristalşəkilli psixotrop maddə-metamfetamini əldə edərək Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu Masazır kəndi, Sarı Aşıq küçəsində olarkən Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin gün saat 13:31-dən saat 13:35-yə kimi üzəri yoxlanılan zaman həmin 0,546 qram çəkidə ağ rəngli, kristalşəkilli psixotrop maddəmetamfetamin əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu,hazırda narkotik vasitə qəbul etmədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu, Alolar kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayır. İki aya yaxzındır ki, psixotrop maddə qəbul edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonuna getmiş və orada tanımadığı şəxsin ona yaxınlaşmış, onunla aralarında söhbət əsnasında çəkmək üçün patı adlanan metamfetamin psixotrop maddəsini təklif etdmiş, neçəyə satmasını soruşduqda ona 20 manata satdığını söyləmiş, onunla razılaşıb 20 manat qarşılığında 1 ədəd şəffaf sellofan bükümdə olan patı-metamfetamin psixotrop maddəsini almışdır. Onu görə biləcəklərini düşündüyü üçün əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoyaraq yaşadığı ünvana qayıtmaq üçün yola düşmüşdür. Səhərsi gün xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Sarı Aşıq küçəsində piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, öz xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Xidməti vəsiqələrini göstərək özlərini təqdim etdikdən sonra polis əməkdaşları olmasına əmin olmuşdur. Onlardan 1 nəfəri videoçəkiliş aparmış, digəri suallar verməyə başlamışdır, sonra kənardan bir xanımı ora dəvət etmişlər və xanım özünü təqdim etmişdir. Onunla danışan polis əməkdaşının onu narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində dövriyyəsi qadağan edilmiş əşya və predmet olub olmamasını soruşmuşlar. Olduğu halda könüllü olaraq təqdim etməyi təklif etdikdə, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üstünə ora dəvət olunmuş xanım vasitəsilə yoxlama keçirilmişdir. Əynində olan tünd göy rəngli idman şalvarımın sol yan cibimdən bir miqdar pul aşkar edilmiş və orada özünə qaytarılmışdır. Üstü yoxlanılan zaman başqa qeyri qanuni əşya predmet aşkar edilməmişdir. Həmin üzərindən aşkar edilmiş psixotrop maddə üstü yoxlama zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar, özü tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Əlavə olaraq həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, daha sonra polis əməkdaşlarının onu Abşeron RPİ-yə aparmış, hüquq və vəzifələrim izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Abşeron RPİ-nin CAŞdə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitani rütbəsindədir. Xidməti işi ilə əlaqədar olaraq xx.xx.1999-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Kəlbəcər rayonu, Alolar kəndində qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Əsədova X9 rayonu Masazır qəsəbəsində narkotik vasitələrin və psoxotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qəbulu və üzərində saxlayaraq gəzdirməsi barədə xx.xx.2025-ci il tarixdə məlumat əldə etmişdir. Həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri özü və CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təyin olunmuşdur. Qrupa özü rəhbərlik etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində, Sarı Aşıq küçəsində öz yaşadığı evin yaxınlığında olması barədə məlumat əldə etmiş və dərhal əməliyyat qrupu ilə həmin ünvana gedib orada Təqsirləndirilən şəxs aşkar edib, “İphone” markalı mobil telefonun videokamera funksiyasını işə salaraq, videoçəkilişlə ona yaxınlaşıb, saxlayaraq özlərini təqdim edərək Abşeron rayon Polis İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişdir. Bundan sonra kənardan yol ilə keçən və üstünü yoxlama üçün dəvət edilmiş X8 Təqsirləndirilən şəxs üzərinin yoxlanılması məqsədilə ora dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psoxotrop maddələri qanunsuz saxlamaqda, daşımaqda və qəbulunda şübhəli olduğunu bildirib, ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub olmaması, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli, idman şalvarının sağ qabaq yan cibindən çıxartdığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə X6 vasitəsilə üstünü yoxlama keçirilmiş, əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir miqdar pul aşkar edilmiş, oradaca özünə qaytarılmış, başqa üzərində cinayət xarakterli hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin 01 ədəd bükümün tərkibi və çəkisi müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsinə görə zərfə qoyularaq, qablaşdırılmış, zərfin üzərinə iştirakçılar tərəfindən imzalar çəkilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə aparılan çəkiliş zamanı səhvən tarixin xx.xx.2025-ci il olduğunu qeyd etmişdir. Daha sonra Əsədova X9 RPİ-nə aparılmış və hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin əməkdaşı Şahid2 və vətəndaş X10 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 20/309 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs....” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,546 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin »-in siyahına (Siyahı İİ) daxildir. Ekspertiza tədqiqatından sonra Abşeron RPİ-yə göndərilmiş Təqsirləndirilən şəxs götürülmüş 0,546 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Təqdim edilmiş iki ədəd DVD-R formatlı disklərdə hər birində 01 ədəd videofayl vardır. Birinci diskə köçürülmüş videogörüntü 12 may 2025-ci il tarixdə saat 13:31-dən 12 may 2025-ci il tarixdə saat 13:35-dək olan anı və ikinci diskə köçürülmüş videogörüntü 12 may 2025-ci il tarixdə saat 14:10-dan 12 may 2025-ci il tarixdə saat 14:15-dək olan anı fiksə etmişdir. Qeyd olunan birinci diskdəki videofayla məhkəmədə baxış zamanı müəyyən olunmuşdur ki, Əsədova X9 rayonu Masazır kəndii, Sarı Aşıq küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılır və polislər videoçəkilişlə özlərini təqdim edib onun üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə gəzdirməsində şübhəli olduğunu bildirirlər. Həmin şəxsdə üzərində psixotrop maddənin olmasını etiraf etməklə əynində olan əynində olan tünd göy rəngli idman cins şalvarının sağ yan cibində saxladığı 1(bir) ədəd şəffaf salafanda olan bükümü çıxarıb təqdim edir və içərisində kristal formada metamfetaminə bənzər maddə aşkar olunur. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunur, aşkar edilmiş kütlə zərfə qoyularaq möhürlənir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin kütlənin özünə məxsus olmasını bir gün qabaq axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat məbləğində pul qarşılığında aldığını, təxminən 2 ay müddətdir ki, həmin maddələrdən istifadə etməsini, bildirir. Aşkar edilmiş kütlə 01 ədəd ağ rəngli içərisi boş zərfə qoyulur. Üzəri DİN-in 56 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üzəri kənardan dəvət edilmiş xanım tərəfindən yoxlanılır və başqa hüquqi əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilmir. İkinci diskdəki videofayla baxış zamanı Abşeron RPİ-nin baş təhqiqatçısı, polis mayoru Maarif Abbasova RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən təqdim edilmiş 01 ədəd DVD-R diskə və 1 ədəd ağ rəngli qablaşdırılmış zərfə baxış keçirilir və ilkin olaraq qablaşdırılmış zərf qayçı ilə kəsilərək içərisindəki 01 ədəd şəffaf sellofanda ağ rəngli büküm çıxarılaraq yenidən eyni zərfə qoyularaq yenidən qablaşdırılıb üzərində müvafiq qeydlər aparılır. Sonradan təqdim edilmiş 01 ədəd DVD-R disk Təhiqqatçı tərəfindən “HP” markalı kompyuterə qoyularaq monitorda açılan videogörüntüyə baxılır və videogörüntüdə Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 tarixi xx.xx.2025-ci il olmasına baxmayaraq videogörüntüdə 12 aprel 2025-ci il tarix deməsi barədə sualına cavab olaraq səhv etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən çəkilmiş 2 (iki) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını,cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş,xx.xx.2025-ci il tarixdə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuşdur. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə 14 may 2025-ci il tarixdə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxş tərəfindən təqdim edilmiş 16 may 2025-ci il tarixli, 2860 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,546 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ********* nömrəli cinayət işi ilə bağlı cəmi 63 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X11 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili X2 30 saat hüquqi yardım üçün 330 manat Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02(iki) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,546 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 63 (altmış üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Abşeron rayon Vəkil Bürosunun vəkili X2 30 saat hüquqi yardım üçün 330 manat Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar