Məhkəmə qərarları › İş №1(012)-916/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-916/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-916/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü ildə Zərdab rayon Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, məhkum olunmuş və əvvəllər törətdiyi cinayət əməlinə görə hazırda Azərbaycan Respublikası ƏN-nin PXnin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 fevral 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri Q.Aslanov küçəsində yerləşən "xxxx" ASC-nin Abşeron filialına gələrək, vət. Zərərçəkmiş şəxs bir neçə dəqiqə əvvəl bankda 15 nömrəli masanın üzərində unudaraq qoyduğu 1 ədəd 1600 manat dəyərində olan "Samsunq Galaxy S 21" markalı mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Hazırda Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 11,07,2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Mahiyyəti üzrə bildirir ki, 2022ci ilin oktyabr ayından 2023-cü ilin mart ayınadək olan müddətdə o, ailəsi ilə birlikdə Abşeron rayonu. Xırdalan şəhəri. “Kristal-Abşeron-1 ” yaşayış kompleksi ev 1. mənzil 62-də kirayədə yaşadığına görə xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində yeni doğulmuş uşağının uşaq pulunu almaq üçün Abşeron rayonu. Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən Kapital Banka getmişdir. O, bankda bir qədər növbə gözlədikdən sonra bankın 15- ci masasına yaxınlaşıb əyləşmişdir. Bu zaman həmin masanın üzərində bir ədəd mobil telefonun olduğunu görmüş və həmin mobil telefonun ondan əvvəl həmin masada əyləşmiş hansısa şəxsin unudaraq getdiyini bilmişdir. Qeyd edir ki, o, həmin ərəfədə heç bir yerdə işləmədiyinə və maddi sıxıntıları olduğuna görə masanın üzərində qalmış həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Ona görə də özünün mobil telefonunu masanın üstündə özünə məxsus olmayan həmin mobil telefonun yanına qoymuşdur. O, bankın əməkdaşı ilə uşaq pulu barədə bir qədər söhbət etdikdən sonra ayağa durarkən özünün mobil telefonu ilə yanaşı həmin mobil telefonu da masanın üzərindən götürüb bankı tərk etmiş və yolda oğurladığı həmin “Samsunq S 21” markalı mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb tullamışdır. Bundan sonra o, yaşadığı evə getmiş və oğurladığı həmin “Samsunq S 21” markalı mobil telefonun işləyibişləmədiyini dəqiqləşdirmək üçün həyat yoldaşı X2 adına olan ***-***-**-** saylı mobil nömrəni həmin mobil telefona daxil etmişdir. O. həmin mobil telefonun işlədiyini dəqiqləşdirdikdən sonra həmin gün axşam saatlarında Bakı şəhəri, 28 may Metrostansiyasının yaxınlığına gedib orada yerləşən mobil telefon mağazalarının birinin qarşısında həmin mobil telefonu tanımadığı bir nəfər şəxsə 350 manata satmışdır. Oğurluq yolla əldə etdiyi həmin 350 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Həmçinin o, mobil telefonu oğurladıqdan sonra yaşadığı evə gedərkən həyat yoldaşı evdə olmadığına görə onun da mobil telefon oğurlamağından məlumatı olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və o, törətdiyi oğurluq hadisəsi ilə bağlı ifadəsində göstərdiklərini hadisə yerində bır daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, C.Abdullayev küçəsi ev 49-da qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli küçəsi ev 29-da ailəsi ilə birlikdə yaşayır. Bacısı Şahid yeni doğulmuş uşağının süd pulunu almaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində o, bacısı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən Kapital Banka getmişdir. Həmin vaxt onlar məlumat şöbəsinə, yəni 15-ci masaya yaxınlaşıb müvafiq sənədləşməni etdikdən sonra o, bacısı Aygül ilə birlikdə pulu götürmək üçün bankın xəzinəsinə yaxınlaşmışdır. Bundan bir neçə dəqiqə sonra isə geri həmin 15-ci masaya yaxınlaşan zaman tanımadığı bir nəfər şəxsin həmin masada əyləşdiyini görmüşdür. Sonra o, bankın işçisindən plastik kart götürüb bayıra çıxdıqda mobil telefonunun üzərində olmadığını görmüşdür. Həmin vaxt yadına düşmüşdür ki, mobil telefonunu bir qədər əvvəl 15-ci masanın üstünə qoymuşdur. Ona görə də o, geri qayıdıb mobil telefonunu həmin yerdən götürmək istəsə də mobil telefonunun 15-ci masanın üstündə olmadığını görmüşdür. Həmin vaxt o. bank işçilərinə bu barədə müraciət etmiş və onlar bankın videomüşahidə kameralarına baxdıqdan sonra mobil telefonunun bir qədər əvvəl, yəni saat 16 radələrindən saat 16:30 radələrinədək olan müddətdə 15-ci masanın üzərindən bacısı Şahid sonra stulda əyləşən şəxs tərəfindən oğurlandığını bildirsələr də bu barədə ona başqa heç bir məlumat verməmişlər və baş vermiş hadisə ilə bağlı polisə müraciət etməyini məsləhət görmüşlər. Ona görə də o, həmin gün DİN-in "102” xidmətinə zəng edərək və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bir daha bildirir ki, həmin "Samsunq S-21” markalı mobil telefonunun oğurlanması nəticəsində ona 1600 manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi ev 49-da qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi ev 29-da ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki. Zərərçəkmiş şəxs onun qardaşıdır. 06 fevral 2023-cü il tarixdə saat 15:40 radələrində o. azyaşlı uşağının uşaq pulunu almaq məqsədilə qardaşı Qabil ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsində yerləşən Kapital Banka getmişdir. Həmin vaxt onlar məlumat şöbəsinə, yəni 15-ci masaya yaxınlaşıb müvafiq sənədləşməni etdikdən sonra uşaq pulunu götürmək üçün bankın xəzinəsinə yaxınlaşmışlar. Bundan bir neçə dəqiqə sonra isə geri həmin 15-ci masaya yaxınlaşan zaman tanımadıqları bir nəfər şəxsin həmin masada əyləşdiyini görmüşlər. Onlar bankın işçisindən plastik kart goturüb bayıra çıxdıqda qardaşı Qabil mobil telefonunun üzərində olmadığını görmüş və həmin vaxt yadına düşmüşdür ki, mobil telefonunu bir qədər əvvəl 15-ci masanın üstünə qoymuşdur. Ona görə də onlar geri qayıdıb mobil telefonu həmin yerdən götürmək istəsələr də mobil telefonun 15-ci masanın üstündə olmadığını görmüşlər. Həmin vaxt Qabil bank işçilərinə bu barədə müraciət etmiş və onlar bankın vıdeomüşahidə kameralarına baxdıqdan sonra mobil telefonunun bir qədər əvvəl, yəni saat 16 radələrindən saat 16:30 radələrinədək olan müddətdə 15-ci masanın üzərindən onlardan sonra stulda əyləşən şəxs tərəfindən oğurlandığını bildirmişlər. Ona görə də Qabil həmin gün DİN-in “102” xidmətinə zəng edərək və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bildirir ki, həmin "Samsunq S- 21” markalı mobil telefonun oğurlanması nəticəsində qardaşı Qabilə 1600 manat ziyan dəymişdir. İstintaq zamanı "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli 2023/111/6186 nömrəli məktubla daxil olmuş bir ədəd DVD formatlı kompak diskə iş üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd DVD formatlı diskdə 01 ədəd qovluq vardır. DVD diskinə köçürülmüş görüntü xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində oğurluq hadisəsi baş verən anı fiksə etmişdir. Həmin görüntüdə 2 nəfər şəxsin, yəni bir nəfər qadının və bir nəfər kişinin birlikdə Abşeron rayonu, Xırdalan şəhəri. Q.Aslanov küçəsində yerləşən “Kapital Bank" ASC-nin Abşeron filialına gələrək 15-ci masaya yaxınlaşıb bankın əməkdaşı ilə sənədləşmə etdikləri, bundan sonra həmin masadan ayrılıb bankın xəzinəsinin yerləşdiyi istiqamətə gedərkən 1 ədəd mobil telefonlarının 15-ci masanın üzərində qaldığı, bundan sonra isə əynində qara rəngli gödəkçəsi. qara rəngli idman üslublu şalvarı və qara rəngli baş geyimi olan, üz nahiyəsi də bir qədər tüklü olan təxminən 27- 32 yaşlarında olan bir nəfər şəxsin həmin 15-ci masaya yaxınlaşaraq əyləşdiyi, həmin vaxt əlində olan mobil telefonunu masanın üzərinə qoyduğu, bankın əməkdaşı ilə bir qədər danışdıqdan sonra masanın üzərinə qoyduğu mobil telefonu ilə yanaşı özünə məxsus olmayan, yəni bir qədər əvvəl masanın üzərində qalmış mobil telefonu da götürüb bankı tərk etdiyi görünür. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi və şahidin elan olunmuş ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİl-dən alınaraq cinayət işinə əlavə olunmuş tələbnamədən, həmçinin Bakı şəhəri Nərimanov rayon məhkəməsinin və Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 11,07.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1 (005)-71/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun həmin iş üzrə 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək həbsdə olduğu müddət vahid və ardıcıl müddət kimi nəzərə alınaraq, cəmi 02 (iki) gün hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətdiyi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməlini törədərkən məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları var. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal hesab edir. Cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli və cəza çəkməsinin əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə 01(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən hesablanmaqla onun üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda 17 saylı Cəza çəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki qaydada müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar