Məhkəmə qərarları › İş №1(012)-917/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-917/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-917/2025 06.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, , Abşeron rayonu, Novxanı Ərazi Dairəsi, Novxanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə, ünvan 1 ünvanında yerləşən mənzilin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsinə görə Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazənin alınmasına köməklik göstərməsi ilə bağlı 2024-cü ilin may ayında cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs4 vasitəsilə özünə müraciət etmiş X1 özünün geniş əlaqələrə malik olmaqla Şəhərsalma və Arxitektura Komitəsinin yuxarı vəzifə tutan səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin Komitədə işləyən yüksək vəzifəli şəxslər vasitəsilə guya qeyd edilən yaşayış sahəsinin təyinatını qeyri-yaşayış sahəsinə dəyişdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına Cavanşir Mohammadrəzanın xeyrinə edəcəyi hərəkətə görə 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, əlavə 2.000 (iki min) manat pul vəsaitinin isə özünə xidmət haqqı olaraq verilməsinin zəruri olmasını 2024-cü ilin may ayında Bakı şəhəri, Yasamal rayonu Landau küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən “Hüseyn Cavid” adına parkın ərazisində Zərərçəkmiş şəxs4 vasitəsilə Cavanşir Mohammadrəzaya aldatmaqla bildirib, sonuncunun razılığını Zərərçəkmiş şəxs4 vasitəsilə almaqla sövdələşdikdən sonra, həmin adla Cavanşir Mohammadrəzadan xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi və Mətbuat prospektinin kəsişməsində yerləşən “Musabəyov” adına parkın ərazisində 20.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs4 vasitəsilə alıb, Zərərçəkmiş şəxs4 inandırmaq məqsədilə, həmin pulun guya 18.000 manatının müvafiq icazənin alınmasına sərf ediləcəyini, 1.000 manatının özünə xidmət haqqı olaraq qalacağını bildirib, qalan 1.000 manat pulu sonuncuya geri qaytardıqdan sonra, ələ keçirtdiyi 19.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X1 məxsus cəmi 19.000 (on doqquz min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə qəbul olunmasına köməklik göstərməsi ilə bağlı 2024-cü ilin iyun ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 özünün geniş əlaqələrə malik olmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində yuxarı vəzifə tutan səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin Nazirlikdə işləyən yüksək vəzifəli şəxslər vasitəsilə guya Zərərçəkmiş şəxs4 işə qəbul etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2024-cü ilin may ayında Bakı şəhəri, Yasamal rayonu Landau küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən “Hüseyn Cavid” adına parkın ərazisində sonuncunu aldatmaqla bildirib, Zərərçəkmiş şəxs4 razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 2024-cü ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu Landau küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən “Hüseyn Cavid” adına parkın ərazisində ilkin olaraq şəxsən Zərərçəkmiş şəxs4 6.500 manat, eyni niyyətlə 2024-cü ilin iyun ayında qeyd edilən ünvanda Zərərçəkmiş şəxs4 ümumi tanışları cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 3.000 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs4 inandırmaq məqsədilə, guya qalan 5.500 manatın müvafiq işə qəbul olunmsı ilə bağlı əmr verildikdən sonra ödənilməsi zəruriliyini bildirməklə, ələ keçirtdiyi 9.500 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 9.500 (doqquz min beş yüz) manat pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X11 dövlət qurumlarının birində işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2024-cü ilin iyul ayında sonuncunun atası Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs4 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, özünün geniş əlaqələrə malik olmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində yuxarı vəzifə tutan səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin Nazirlikdə işləyən yüksək vəzifəli şəxslər vasitəsilə guya İlham Quliyevi işə qəbul etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına İlham Quliyevin xeyrinə edəcəyi hərəkətə görə 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2024-cü ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu Landau küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən “Hüseyn Cavid” adına parkın ərazisində Zərərçəkmiş şəxs4 vasitəsilə Zərərçəkmiş şəxs2 aldatmaqla bildirib, sonuncunun razılığını Zərərçəkmiş şəxs4 vasitəsilə almaqla sövdələşdikdən sonra, həmin adla Zərərçəkmiş şəxs2 2024-cü ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu Landau küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən “Hüseyn Cavid” adına parkın ərazisində 4.500 manat pul vəsaitini Zərərçəkmiş şəxs4 vasitəsilə alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 4.500 (dörd min beş yüz) manat pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (Socar) sürücü vəzifəsinə işə qəbul olunmasına köməklik göstərməsi ilə bağlı 2024-cü ilin sentyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 özünün geniş əlaqələrə malik olmaqla Dövlət Neft Şirkətində (Socar) yuxarı vəzifə tutan səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin təşkilatda işləyən yüksək vəzifəli şəxslər vasitəsilə guya Zərərçəkmiş şəxs1 işə qəbul etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2024-cü ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən H.Əliyev adına Beynəlxalq hava limanı ərazisində sonuncunu aldatmaqla bildirib, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşdikdən sonra, həmin adla xx.xx.2024-cü il tarixdə 2.500 manat və eyni niyyətlə xx.xx.2024-cü il tarixdə 500 manat məbləğdə pul vəsaitini özünün "xxxx" ASC-də olan 5522 0993 6759 0460 saylı kart hesabına köçürməsinə nail olub, eyni niyyətlə 2024-cü ilin sentyabr ayında Abşeron rayonu Novxanı kəndi ərazisində ümumi tanışları cinayətdən xəbərsiz Şahid2 vasitəsilə 500 manat pul vəsairtini Zərərçəkmiş şəxs1 alıb, ələ keçirtdiyi ümumilikdə 3.500 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 3.500 (üç min beş yüz) manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 dövlət qrumlarının birində işə qəbul olunmasında köməklik göstərilməsi barədə 2024-cü ilin dekabr ayında cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs4 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar, özünün geniş əlaqələrə malik olmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yuxarı vəzifə tutan səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin Nazirlikdə işləyən yüksək vəzifəli şəxslər vasitəsilə guya Zərərçəkmiş şəxs5 işə qəbul etdirmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə görə 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2024-cü ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu Landau küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən “Hüseyn Cavid” adına parkın ərazisində Zərərçəkmiş şəxs4 vasitəsilə Zərərçəkmiş şəxs5 aldatmaqla bildirib, sonuncunun razılığını Zərərçəkmiş şəxs4 vasitəsilə almaqla sövdələşdikdən sonra, həmin adla Zərərçəkmiş şəxs5 2024-cü ilin dekabr ayında Abşeron rayonu Novxanı kəndi ərazisində 5.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs4 vasitəsilə alıb, sonuncunu inandırmaq məqsədilə, guya qalan 500 manatın müvafiq əmr verildikdən sonra ödənilməsi zəruriliyini bildirməklə, ələ keçirtdiyi 5.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 5.000 (beş min) manat pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaqda verdiyi ifadəsini tam təsdiq etdiyini və məhkəmə iclasında elan olunmasını xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun barəsində şikayət ərizəsi vermiş Zərərçəkmiş şəxs4 uzun müddətdir tanıyır, onunla 2004-2008-ci illər ərzində Azərbaycan Beynəlxalq Universitetində birlikdə təhsil almışdır. Təxminən 2024-cü ilin may ayında Ramil onun tanışı Cavanşir adlı şəxsin Yasamal rayonu ərazisində mənzilinin olduğunu və həmin mənzilin təyinatının qeyri-yaşayış sahəsinə çevrilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazənin alınmasına köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. Özü həmin məsələyə köməklik göstərəcəyini yalandan bildirərək bu işin müqabilində 18.000 manat pul tələb etmiş və Ramil bu barədə Cavanşirə məlumat verdikdən sonra, Bakı şəhəri, Yasamal rayonu, “Musabəyov parkı”nda 2024-cü ilin iyun ayının əvəllərində Ramil ilə görüşdükdə, Ramil ona 19.000 manat pul vermiş, həmin məbləğin 18.000 manatı işin həll olunmasına görə, 1.000 manatı əlavə olaraq onun xidmət haqqı olduğunu bildirmişdir. Özü həmin pulu aldıqdan sonra 3 ay müddətində müvafiq razılığın alacağına dair yalan vəd vermişdir. Həmçinin, 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs4 ilə söhbət apararkən o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə qəbul olunmaq istədiyini bildirdikdə, özü ona yalandan həmin Nazirlikdə yüksək vəzifədə çalışan tanışlarının olduğunu bildirərək, onu həmin quruma işə qəbul olunmasına köməklik göstərməyini təklif etmişdir. Ramil təklifi ilə maralandığına görə, bir neçə gün sonra Ramilə onun işi ilə bağlı danışdığını və onun həmin Nazirliyə işə qəbul olunmaq üçün 14.000 manat verməli olduğunu bildirmişdir. Ramil razılaşdıqdan sonra, 2024-cü ilin iyun ayında xatırlamadığı gündə Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” adına parkda Ramildən ilkin olaraq 6500 manat pulu və müvafiq sənədlərini (diplomun, şəxsiyyət vəsiqəsi, hərbi biletin kserosurəti, tərçümeyi hal) almışdır. Özü pulu və sənədləri aldıqdan sonra 1 ay ərzində onun işə qəbul olunmağı ilə bağlı əmrin veriləcəyini və işə qəbul olunduqdan sonra qalan məbləği verəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra özü Ramilə zəng edərək ondan əlavə 3.000 manat verməsini tələb etmiş, lakin özünün başqa işləri ilə əlaəqdar uzaqda olduğu üçün pulu ortaq tanışı Müşfiqinə verməyini xahiş etmişdir. Xatırladığına görə həmin gün axşam saatlarında Müşviqdən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşüb, 3.000 manat pulu tam olaraq götürmüşdür. Müşviq həmin pulun nə üçün verilməsindən məlumatı yox idi. Bundan başqa, Ramil ona zəng edərək Rafael adlı tanışının övladının Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda yüksək bal topladığını və onun müvafiq dövlət qurumlarından birinə işə qəbul olunması üçün köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. Özü ona həmin şəxsi də, 4.500 manat pul müqabilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə qəbul olunmasına köməklik göstərəcəyini yalandan bildirmişdir. Ramil həmin şəxslə danışdıqdan sonra razılığını bildirmiş və özü 2024-cü ilin iyul ayında xatırlamadığı gündə Ramil ilə Yasamal rayonu ərazisində “Hüseyn Cavid” adına parkda görüşərək 4.500 manat pulu ondan almış və Ramilin tanışı olan həmin şəxsin də 1 ay ərzində işə qəbul olunmağı ilə bağlı əmrin veriləcəyini bildirmişdir.Bundan başqa, bir neçə dəfə Ramil ilə söhbət edən zaman o, Kənd Təsərrüfatı Nazirliyinə işə qəbul olunmaq istəyən şəxs olarsa, özü köməklik göstərə biləcəyini yalandan bildirmişdir. Bundan sonra, Ramil özünün Qılman adlı dostunun işə qəbul olunmaq istədiyini bildirmiş və özü həmin şəxsi Kənd Təsərrüfatı Nazirliyinə işə qəbul olunmasına köməklik göstərəcəyini yalandan vəd verərək ondan 5.500 manat pul tələb etmişdir. Bir müəddət sonra, yəni 2024-cü ilin dekabr ayında dəqiq xatırlamadığı gündə Ramil ilə Novxanı qəsəbəsində hazırda adını xatırlamadığı restoranda görüşdükdə, Ramil 5.000 manat pulu vermiş və qalan 500 manat məbləği isə həmin şəxs işə qəbul olunduqdan sonra verəcəyi barədə aralarında razılığa gəlmişlər. Özü pulu aldıqdan sonra həmin şəxsin 1 ay müddətində işə qəbul olunmağı ilə bağlı əmrin veriləcəyini bildirmişdir. Həmçinin, Ramil və onun qohumu Şahid2 vasitəsilə Həsən Hüseynli ilə tanış olmuş və onunla 2024-cü ilin sentyabr ayında H.Əliyev adına hava limanı ərazisində görüşüb söhbət edərkən, onu “Socar”a sürücü vəzifəsinə işə qəbul olunmasına yalandan köməklik göstərəcəyini bildirərək, bu işin müqabilində ondan 3.500 manat pul tələb etmişdir. 2024-cü ilin sentyabr ayında, Həsən onun adına olan Beynəlxalq Banka məxsus 5522 0993 6759 0460 saylı kart hesabına 2500 və 500 manat olmaqla cəmi 3.000 manat pul ödəmişdir. Həsənlə razılaşdıqları pulun 500 manatını isə Həsənin adından Şahid2 2024-cü ilin sentyabr ayında Novxanı qəsəbəsində nağd olaraq təqdim etmişdir. Bundan sonra özü onun bir ay ərzində işə qəbul olunacağı ilə bağlı əmrin veriləcəyini yalandan bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində etiraf etmişdir ki, özünün əslində nə Zərərçəkmiş şəxs4, nə onun xahiş etdiyi şəxsləri, nədə ki Həsən Hüseynli hər hansı işə düzəltmək, habelə Cavanşir adlı şəxsin Yasamal rayonu ərazisində mənzilinin təyinatının qeyri-yaşayış sahəsinə çevrilməsinə köməklik göstərmək niyyəti olmamış, özü əvvəlcədən həmin pulları alıb, özünün Novxanı qəsəbəsi ərazisində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə xərcləmək niyyəti olmuşdur. Fikirləşidrdi ki, işlərini yekunlaşdırdıqdan sonra, pul tapıb olnara işin alınmadığını bildirərək pullarını geri qaytaracaq. Ona görə də Ramil və Həsənə, onlardan aldığı pulları guya hansısa vəzifəli şəxsə verərək olnarın işini düzəldəcəyini yalandan, onları inandırmaq üçün demişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olmasını, ümiumilikdə cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməklə sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışığa nail olmasını, həmçinin zərərin 25% (iyirmi beş) faizi, yəni 10375 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini bildirərək, cinayət məsuliyyətindən azad olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, Cavanşir Mohammadrəza ilə söhbət əsnasında, o Yasamal rayonu ərazisində mənzilinin olduğunu və həmin mənzilin təyinatının qeydi-yaşayış sahəsinə çevrilməsinə Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazənin alınmasına köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. Özü də bu barədə uzun müddət tanıdığı Təqsirləndirilən şəxs soruşduqda, o, həmin məsələyə Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə çalışan tanışlarının vasitəsilə köməklik göstərəcəyini bildirərək bu işin müqabilində 20.000 manat pul tələb etmiş və özü bu barədə Cavanşirə məlumat verdikdən sonra Cavanşirin ona verdiyi 20.000 manat pulu 2024-cü ilin may ayının sonlarında işlədiyi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 160a ünvanında yerləşən “N medical Center” Klinikasında götürmüş və həmin pulu İlqar ilə görüşərək xx.xx.2024-cü ildə Bakı şəhəri, Yasamal rayonu, “Musabəyov parkı”nda tam şəkildə ona vermişdir. İlqar pulu aldıqdan sonra 3 ay müddətində müvafiq razılığın alacağına dair vəd vermişdir. Bundan başqa, 2024-cü ilin iyun ayının əvəllərində, Təqsirləndirilən şəxs ilə söhbət apararkən ona dövlət işində işləmək istədiyini bildirmiş, İlqar isə özünün Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan tanışlarının olduğunu bildirərək onu həmin quruma işə qəbul olunmağına köməklik göstərməsini təklif etmişdir. Özü onun təklifi ilə razılaşdıqdan sonra o, həmin şəxslərlə danışaraq xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra İlqar zəng edərək onun işi ilə bağlı danışdığnı və onun həmin Nazirliyə işə qəbul olunmaq üçün 15.000 manat pul verməli olduğunu bildirmişdir. Özü İlqarla razılaşdıqdan sonra ertəsi gün, yəni 2024-cü ilin iyun ayında Bakı şəhəri Yasamal rayonunda “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “Hüseyn Cavid“ adına parkda İlqarla görüşərək ilkin olaraq 6500 manat pulu və müvafiq sənədlərini (diplomun, şəxsiyyət vəsiqəsi, hərbi biletin kserosurəti, tərçümeyi hal) ona vermişdir. İlqar pulu və sənədləri aldıqdan sonra 1 ay ərzində işə qəbul olunmağı ilə bağlı əmrin veriləcəyini və işə qəbul olunduqdan sonra qalan məbləği verməli olduğunu bildirmişdir. Lakin, bir neçə gün keçdikdən sonra İlqar ona zəng edərək əlavə 3.000 manat da verməsini tələb etmiş və özü ortaq tanışları olan X13 metrostansiyasının yaxınlığında görüşüb, həmin 3.000 manat pulu İlqara çatdırması üçün Müşviqə nağd qaydada vermişdir. Sonradan Müşfiqdən soruşduqda, o pulu İlqara verdiyini bildirmiş, daha sonra İlqar həmin pulu aldığını təsdiq eədrək yaxın günlərdə onun X20 ehtiyatlarından istifadə Agentliyinə işə qəbul olunacağına dair vəd vermişdir. Həmçinin, tanışı həkim Rafael Quliyev oğlunun Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda yüksək bal topladığını və onun müvafiq dövlət qurumlarından birinə işə qəbul olunması üçün köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir, özü bu barədə İlqardan soruşduqda, o həmin şəxsi də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yüksək vəzifədə çalışan tanışlarının vasitəsilə işə qəbul olunacağına köməklik göstərəcəyini və bu işin müqabilində 4500 manat pul alacağını bildirmişdir. Özü bu barədə Rafael həkimə məlumat verdikdən sonra o, oğlunun müvafiq sənədlərini və 4500 manat pulu ona 2024-cü ilin iyul ayında Bakı şəhərində Nəsimi rayonunda Tibb Universitetinin yaxınlığında vermiş, özü də həmin pulu və sənədləri tam olaraq bir gün sonra Yasamal rayonunda “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən “Hüseyn Cavid” adına parkda İlqara vermişdir. İlqar pulu aldıqdan sonra həmin şəxsin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji kəşfiyyat Agentliyinə işə qəbul olunacağına dair vəd vermişdir. Bundan əlavə, İlqar özünün Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə çalışan tanışlarının olduğunu və həmin nazirliyə işə qəbul olmaq istəyən olsa köməklik göstərəcəyini bildirmişdir. Özü həmyerlisi Zərərçəkmiş şəxs5 ilə söhbət aparan zaman o, özünün Kənd Təsərrüfatı Nazirliyinə işə qəbul olunmaq istədiyini bildirdiyi üçün, özü bu barədə İlqara bildirmiş, İlqar isə həmin şəxsi Kənd Təsərrüfatı Nazirliyinə işə qəbul olunmasına köməklik göstərəcəyini bildirərək bu işin həlli üçün 5.500 manat pul tələb etmişdir. Bundan sora özü qeyd olunan məsələ üçün ilkin olaraq 2024-cü ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonunda “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Qılmandan aldığı 5.000 manat pulu, həmin gün tam olaraq “İnşaatçılar” metrostansiyasının yaxınlığında İlqara vermiş, qalan 500 manat məbləği isə həmin şəxs işə qəbul olunduqdan sonra verəcəyi barədə aralarında razılığa gəlmişlər. Təqsirləndirilən şəxs, onu aldadaraq, ondan aldığı pulları ələ keçirməsi ilə bağlı ərizə ilə müraciət etdiyi zaman, Qılman öz adının hallandırılmamsını xahiş etdiyi üçün, özü guya X12 adlı şəxsdən, onun Kənd Təsərrüfatı Nazirliyinə işə düəltmək üçün pul alaraq İlqara verdiyini demişdir. Əslində isə həmin şəxs Zərərçəkmiş şəxs5 olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, bir müddət keçdikdən sonra İlqarın verdiyi vədlərə əməl etmədiyini gördüyü üçün ona zəng edərək verdiyi pulları geri tələb etmiş, o isə müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işlərin həll ediləcəyinə dair yalan vədlər verirdi lakin, əməl etmirdi, aldığı pulları geri qaytarmırdı. Həmçinin, Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, tanışı Həsən Hüseynli onun vasitəsilə İlqar ilə tanış olmuş və sonuncu Həsənə “Socar” a sürücü vəzifəsinə işə qəbul olunmasına köməklik göstərmək adı ilə 2024-cü ilin sentyabr ayında Həsəndən aldığı 3.500 manat pulu ələ keçirmişdir. Son olaraq Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyanın tam ödənildiyini, onunla barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, təxminən 2024-cü ilin dekabr ayının əvəllərində, həmyerlisi Zərərçəkmiş şəxs4lə onun işlədiyi Klinikada söhbət edərkən, özü dövlət qulluğuna imtahan verməyə hazırlaşdığını, dövlət qurumlarından birinə işə qəbul olunmağı üçün köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. Ramil özünün Təqsirləndirilən şəxs adlı dostunun onu Kənd Təsərrüfatı Nazirliyinə işə qəbul olunacağına köməklik göstərə biləcəyini və bu işin müqabilində həmin şəxsin 5.500 manat pul alacağını bildirmişdir. Özü razılaşmış və müvafiq sənədlərini və ilkin olaraq 5.000 manat pulu 2024cü ilin dekabr ayının əvəllərində dəqiq xatırlamadığ gündə Bakı şəhərində Yasamal rayonunda “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında Ramilə vermişdir. Ramil pulu həmin gün bu işi həll etməli olan İlqar adlı dostuna verəcəyini bildirmiş və bildirmişdir ki, İlqarın dediyinə görə, qalan 500 manatı da işə qəbul olunandan sonra verməlidir. Ramilin dediyinə görə, bir ay ərzində o həmin nazirliyə işə qəbul edilməli idi. Lakin buna baxmayaraq, həmin müddət keçsə də, işə düzəlməmiş və bir müddət sonra Ramil aldığı pulu tam olaraq ona geri qaytarmış və işin alınmadığını bildirmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, işsiz olması barədə 2024-cü ilin sentyabr ayında tanışı Şahid2 ilə söhbət apararkən o, özünün qohumu Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, onun işə qəbul olunmaq üçün köməklik göstərə biləcəyini və onunla danışaraq məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Rəşad zəng edərək İlqar ilə danışdığını bildirərək onun ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Özü İlqar ilə əlaqə saxlayaraq onunla 2024-cü ilin sentyabr ayında H.Əliyev adına hava limanında görüşərək danışmış, İlqar onu “Socar”da yüksək vəzifədə çalışan, adlarını demədiyi tanışları vasitəsilə həmin təşkilata sürücü vəzifəsinə işə qəbul olunmağına köməklik göstərəcəyini bildirərək, bunun üçün ondan 3.500 manat pul tələb etmişdir. Özü razılaşdıqdan sonra həmin gün, yəni xx.xx.2024-cü il tarixdə 2.500 manat məbləğdə pul vəsaitini özünün istifadəsində olan "xxxx" ASC-yə aid 5522-0993-6762-7239 saylı kart hesabından İlqarın ona göndərdiyi "xxxx" ASC-yə aid kart hesabına göndərmiş, bir neçə gün sonra 500 manat pulu “MilliÖn” terminalı vasitəsilə onun həmin kart hesabına köçürmüşdür. Qalan 500 manatı isə tanışı Şahid2 2024-cü ilin sentyabr ayında İlqara nağd qaydada təqdim etmişdir. İlqar pulu aldıqdan sonra 1 ay ərzində onun işə qəbul olunacağına dair vəd vermişdir. Lakin, bu müddət keçdikdən sonra özü işə qəbul olunmadığını görmüş və İlqara zənglər etməyə başlamış, o, isə müxtəlif bəhanələr gətirərək işə qəbul olunacağını bildirsə də, verdiyi vədə əməl etmədiyi üçün özü verdiyi pulları geri tələb etmiş, lakin İlqar aldığı pulu da geri qaytarmamışdır. Son olaraq zərərçəkmiş şəxs Həsən Hüseynli məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyanın tam ödənildiyini, onunla barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir; Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəliklə yaxın münasibətləri olan Zərərçəkmiş şəxs4lə təxminən 2024-cü ilin iyun ayıda bir məclisdə söhbət əsnasında, oğlu X5 qəbul üçün keçirilən imtahanlarda yüksək bal topladığını və onun müvafiq dövlət qurumlarından birinə işə qəbul olunması üçün köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. Ramil bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Ramil ilə Bakı şəhərində görüşdükdə, oğlunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə işə qəbul olunacağına özünün yaxın dostunun köməklik edə biləcəyini və bu işin müqabilində həmin şəxsin 4.500 manat pul alacağını bildirmişdir. Özü razılaşdırdan sonra oğlunun müvafiq sənədlərini və 4.500 manat pulu 2024-cü ilin iyul ayında Bakı şəhərində Nəsimi rayonunda Tibb Universitetinin yaxınlığında Ramilə vermişdir. Ramil pulu həmin gün bu işi həll etməli olan dostuna verəcəyini bildirmişdir. Ramilin dediyinə görə, həmin şəxs bir ay ərzində oğlunun həmin nazirliyə işə qəbul edilməsini təmin etməli idi. Lakin buna baxmayaraq, həmin müddət keçsə də, oğlu işə düzəlməmiş və bir müddət sonra Ramil aldığı pulu tam olaraq geri qaytarmış və işin alınmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs X3 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir; Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs X3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, özünün Bakı şəhəri, Yasamal rayonunda Nizami metrostansiyasının yaxınlığında yaşayış binasında yaşayış sahəsi vardır. Təxminən 2024-cü ildə iş yoldaşı Zərərçəkmiş şəxs4lə söhbət əsnasında ona bildirmişdir ki, özünə məxsus həmin yaşayış sahənin təyinatının qeyriyaşayış sahəsinə çevirmək istəyir. Bunun üçün Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazənin alınmasına köməklik göstərə biləcək şəxs axtarır. Ramil bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra Ramil ilə işlədikləri “N Medical Center” Klinikasnda söhbət edərkən, Ramil özünün yaxın dostunun vasitəsilə köməklik edə biləcəyini, ona məxsus yaşayış sahəsinin təyinatının dəyişdirilməsi üçün 18.000 manat müqabilində Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazənin alınacağını, əlavə 2.000 manat xidmət haqqı olaraq həmin dostuna ödəmək zəruriliyini bildirmişdir. Özü razılaşmış və 2024-cü ilin may ayının sonlarında yaşayış sahəsinin sənədləri və 20.000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 160a ünvanında yerləşən “N Medical Center” Klinikasında Ramilə vermişdir. Ramil pulu və sənədləri sabahısı gün bu işi həll etməli olan dostuna verəcəyini bildirmişdir. Ramilin dediyinə görə, həmin şəxs 3 ay ərzində müvafiq razılığın alacağını bildirmişdir. Lakin buna baxmayaraq, həmin müddət keçsə də, müvafiq razılıq verilməmiş və bir müddət sonra Ramil aldığı pulu tam olaraq geri qaytarmış və işin alınmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən istintaq zamanı verdiyi ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, özü Təqsirləndirilən şəxslə söhbət edərkən tanışı Həsən Hüseynlinin iş axtardığını bildirdikdə, o Həsəni “Socar”a sürücü kimi 3.500 manat müqabilində işə qəbul olunmasına köməklik edə biləcəyini demişdir. Özü bu barədə Həsənə demiş, Həsən maraqlandığı üçün, onları İlqar ilə tanış etmişdir. Sonradan onlar özləri danışıb razılığa gəlmişlər. Daha sonra məlumatı olmuşdur ki, Həsən İlqarın tələb etdiyi pulun 3.000 manatını ona ödəmiş, lakin pulu çatmadığına və Həsən işsiz qalmasın deyə əlavə olaraq 500 manatı Həsənin əvəzində İlqara özü 2024-cü ilin sentyabr ayında Novxanı qəsəbəsində nağd olaraq təqdim etmişdir. İlqar 1 ay ərzində Həsənin işə qəbul olunacağına dair vəd vermişdir. Lakin, buna baxmayaraq, İlqar müxtəlif bəhanələr gətirərək müddəti uzadırdı, Həsəni işlə təmin etməmişdir, aldığı pulları da geri qaytarmamışdır. Bundan əlavə, Şahid2 əlavə olaraq bildirmişdir ki, uzun müddətdir ki, fərdi qaydada evlərin tikintisi və təmiri fəaliyyəti ilə məşğuldur. Qohumu Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs 2024-cü ildə ona müraciət edərək, özünə məxsus, Novxanı qəsəbəsində (“Dalğa” işıqforu adlanan ərazidə) yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikilməsini xahiş etmişdir. Onunla razılığa gəldikdən sonra təxminən 2024-cü ilin oktyabr-noyabr aylarında evin tikintisinə başlamışdır. Həmin ərazi 12 sot torpaq sahəsi idi, bildiyinə görə torpaq bələdiyyədən alınmışdır, çıxarışı yox idi. Tikinti işləri 2025-ci ilin yanvar ayının sonlarınadək aparılmış, binanın iki mərtəbəsi tikilmiş, lakin damı qoyulmamışdır. Qeyd olunan müddət ərzində İlqar tərəfindən tikintiyə təxminən 43.000 manat pul xərclənmış, həmin pulun 27.000 manatına İlqar tikinti materialları almış, İlqar tərəfindən razılaşdıqları məbləğin 16.000 manatı ona nağd qaydada ustaların pulunu ödəmək üçün verilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən istintaq zamanı verdiyi ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında tanışı Təqsirləndirilən şəxs ona zəng edərək, özünün başqa işləri olduğuna görə, digər tanışı Zərərçəkmiş şəxs4lə görüşüb, ondan 3.000 manat pul vəsaitini götürüb özünə verməyini xahiş etmişdir. Bir müddət sonra Ramilin özü ona zəng edərək, İlqara 3.000 manat pul verməli olduğunu bildirmiş və özü Ramil ilə Yasamal rayonunda “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşüb həmin pul vəsaitini götürmüş və həmin gün axşam saatlarında İlqarla həmin ərazidə görüşüb, həmin pulu tam olaraq İlqara nağd qaydada təqdim etmişdir. Özünün sonradan məlumatı olmuşdur ki, X18 və Təbii Sərvətlər Nazirliyinə işə düzəltmək üçün həmin pulu ondan götürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır;

2. “Cinayət işinin icraata qəbul edilməsi” barədə 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi icraata qəbul edilmişdir;

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 aprel 2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir;

4. "xxxx" ASC tərəfindən 24 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş kart hesabına dair çıxarışdan görünür ki, 12 sentyabr 2024-cü il tarixdə bank tərəfindən 2.500 manat vəsait Təqsirləndirilən şəxs məxsus 5522-0993-6762- 7239 saylı kart hesabından köçürülmüşdür;

5. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 23 may 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

6. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 24 may 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə X3 həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

7. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 may 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs4 həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

8. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 may 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə X14 həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

9. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 may 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs5 həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

10. “Maddi sübut qismində tanınma” haqqında 27 may 2025-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs4, X14 və Şahid2 könüllü olaraq təqdim etdikləri, müvafiq olaraq özlərinin istifadələrində olan ***-***-**-** saylı, ***-***-**-** saylı və 50-683-66-84 saylı mobil telefon nörnmrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında “whatsapp” tətbiqi ilə aparılan yazışmaların mətnləri və istintaq zamanı danışıqların səs yazılıarı əks olunmuş 1 ədəd yaddaş kartı (Flash card), habelə X6 "xxxx" ASC-də olan 5522-0993-6762-7239 saylı kart hesabınan xx.xx.2025-ci il tarixli çıxarış maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmişdir;

11. “Sübutların qiymətləndirilməsi haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə ittiham elan edilmiş, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, X16, X14 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 312.1-ci maddələri ilə cinayət təqibinin başlanması, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən rədd edilmiş, X2 və X9 barəsində cinayət təqibinin başlanması, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən rədd edilmiş,, cinayət işi üzrə maddi sübut qismində tanınması barədə xx.xx.2025-ci il tarixli qərar nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə şahid və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolu, baxış protokolları və digər istintaq hərəkətlərinə dair sənədlər işin hallarına uyğun olduğuna görə sübut növü kimi qiymətləndirilməsi müəyyən edilmiş, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməklə, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi müəyyən edilmişdir;

12. “Təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında” 27 may 2025-ci il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;

13. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir;

14. "xxxx" ASC-nin 21 iyun 2025-ci il tarixli, 16578 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs Akif oğlu tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında - 10375 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir;

15. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 1(012)-917/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncu 02 sentyabr 2025-ci il tarixdə tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir;

16. Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının 1(012)-917/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir;

17. Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir;

18. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir;

19. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir;

20. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir;

21. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir;

22. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək, onlarla arasında barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayəti və tələbi olmamasını, cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında - 10375 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini qeyd edərək, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.

Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və X3 ilə barışıb onlara dəymiş ziyanı tam ödədiyindən və cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən “whatsapp” tətbiqi ilə aparılan yazışmaların mətnləri, həmçinin istintaq zamanı danışıqların səs yazılıarı əks olunmuş 1 ədəd yaddaş kartı (Flash card), habelə "xxxx" ASC-də olan kart hesabından çıxarışın surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ:

Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən “whatsapp” tətbiqi ilə aparılan yazışmaların mətnləri, həmçinin istintaq zamanı danışıqların səs yazılıarı əks olunmuş 1 ədəd yaddaş kartı (Flash card), habelə "xxxx" ASC-də olan kart hesabından çıxarışın surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar