Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-918/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu, Cil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olmayan, işsiz, Lənkəran rayonu, Şağləser ərazi dairəsi, Cil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 fevral 2025-ci ildə saat 21:50 radələrində Bakı- Quba- Dağıstan sərhədi avtomobil yolunun Abşeron rayonun ərazisindən keçən 10-cu kilometrində idarə etdiyi Toyota Corolla minik markalı 01CM248 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən sürətdən və hərəkət şəraitindən asılı olaraq qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobilin sürücüsü sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandırdıqda onunla toqquşmanın qarşısını almaq üçün həmin avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən lazımi ara məsafəsi saxlayaraq hərəkət etməli halda bunu etməyib «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib İdarə etdiyi avtomobilin ön hissəsi qarşıda hərəkətdə olan Şahid2 idarə etdiyi Chevrolet Cruze minik markalı 90YG225 dövlət qeydiyyat nişalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən Chevrolet Cruze minik markalı avtomobil idarəetmədən çıxaraq sola istiqamətlənib yolun sol zolağında dayanmış piyada 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobillə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan müştərək qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, ikinci bel fəqərəsinin sol yan çıxıntısının qapalı sınığı, sifətin, ətrafların çoxsaylı əzilmələri və sıyrılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2024-cü ildə xx.xx.2034-cü ilədək etibarlı olan «B1,B.C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 24 fevral 2025-ci ildə saat 21:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Abşeron rayonun ərazisindən keçən 10-cu kilometrində etibarnamə ilə idarə etdiyi Toyota Corolla minik markalı 01CM248 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 20-30 km/saat sürətlə hərəkət hərəkətdə olarkən qarşıda nisbətən orta zolaqda körpünün altında dayanmış Chevrolet Cruze minik markalı 90YG225 dövlət qeydiyyat nişalı avtomobili görərək tormoz vermişdir. Yer yaş və buzlu olduğu üçün avtomobili sürüşməyə başlamışdır. Bacardığı qədər sükanı sağa almışdır ki, qəza olmasın. Lakin qəzadan yayma bilməmiş və avtomobilin ön sol tin hissəsi həmin Chevrolet Cruze markalı avtomobilin arxa sağ tin hissəsi toqquşmuşdur. Zərbənin təsirindən Chevrolet markalı avtomobil sola, öz avtomobili isə sağa istiqamətlənmiş, sonra avtomobili yolun sağma çəkib saxlamışdır. Avtomobili hadisə öncəsi texniki cəhətdən saz və yüksüz olmuşdur. Avtomobili idarə edərkən ayıq olmuşdur. Qəza zamanı piyada görməmiş və avtomobili heç bir piyadaya toxunmamışdır. Sonradan bilmişdir ki, idarə etdiyi Chevrolet Cruze minik markalı 90YG225 dövlət qeydiyyat nişalı avtomobilin arxa hissəsi ilə toqquşduqda zərbənin təsirindən Chevrolet Cruze minik markalı avtomobil idarəetmədən çıxaraq sola istiqamətlənib yolun sol zolağında dayanmış olan piyada Şahid1 və Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyadalar xəsarət almışlar. Həmçinin həmin anda yolun sol zolağı ilə hərəkətdə olan Kıa Sorento minik markalı 77RV406 dövlət qeydiyyat nişalı avtomobilin qabaq hissəsi qarşısına maneə kimi çıxmış Chevrolet Cruze minik markalı avtomobilin sol yan hissəsi toqquşmuşdur. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025 ci ildə saat 21:50 radələrində etibarnamə ilə idarə etdiyi Kia Rio markalı ** VE *** nömrəli avtomobillə Xirdalan şəhərindən Bakı şəhərinə doğru hərəkətdə olarkən Ekologiya postunu keçdikdən sonra Opel markalı ** UX *** nömrəli avtomobilin yolun sol kənarında beton maneəyə doğru çəpəki halda dayanmış olduğunu görmüşdür. Həmin avtomobili keçərək yolun solunda avtomobilini saxlayıb düşmüşdür. Sürücüyə kömək etmək məqsədilə həmin avtomobilə yaxınlaşmışdır. Bu vaxt Bakı istiqamətində orta zolaqda hərəkətdə olan Chevrolet markalı ** YG *** nömrəli avtomobilin onlara tərəf yaxınlaşdığını görmüşdür. Həmin avtomobil yaxınlaşdıqca sürətini azaltmışdır. Həmin vaxt soldan birinci zolaqda beton arakəsməyə yaxın məsafədə dayanmışdır. Chevrolet markalı avtomobil dayanmaq istədiyi anda həmin avtomobilin arxa hissəsi ilə hansısa avtomobil toqquşmuşdur. Zərbənin təsirindən Chevrolet Cruze markalı avtomobil sola, onlara tərəf istiqamətlənərək avtomobilin ön hissəsi ona dəymişdir. Zərbənin təsirindən huşunu itirmiş, özünə gələndə xəstəxanada olmuşr. Hadisə zamanı ciddi xəsarət almışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı bütünlüklə ödəmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Onunla barışmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021ci ildə cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin “Meyitin məhkəmə tibbi ekspertizasının” xx.xx.2025-ci il tarixli 571 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinə zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – müştərək qapalı kəllə-beyin travması, baş-beyin sirk\lənməsi, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, ikinci bel fəqərəsinin sol yan çıxıntısının qapalı sınığı, sifətin, ətrafların çoxsaylı əzilmələri və sıyrılmış yaraları-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/866 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Corolla markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tləb etmir. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Sorento markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (Aparılmış tədqiqatın dəyəri -128 manat ) “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuş, iş üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, yol nəqliyyat hadisəsi zamanı aldığı az ağır xəsarəti ilə bağlı cinayət işi üzrə sürücü Təqsirləndirilən şəxs ona dəymiş ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Onunla barışmışdır. İştirakı olmadan baxılmasını işə baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X5” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına məhkəmənin iclaslarında iştirak etdiyi 08 saata görə 88 manat olmaqla, cəmi 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına məhkəmənin iclaslarında iştirak etdiyi 08 saata görə 88 manat olmaqla, cəmi 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(012)-918/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-918/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver