Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-92/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi və vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X7 oğlunun iştirakı ilə xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evdə qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19 radələrində sərnişin qismində əyləşdiyi Şahid1 idarə etdiyi “Niva” markalı ** NA *** dövlət qieydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində hərəkətdə olarkən Şahid1 qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes E 220” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən “Romi” otelin qarşısında qəza vəziyyəti yaratması ilə bağlı aralarında yaranmış mübahisə zamanı əyləşdiyi Şahid1 idarə etdiyi avtomobildən düşərək Zərərçəkmiş şəxs avtomobili ehtiyyatlı sürməsi barədə irad bildirməsi cüzi səbəbindən, əslində isə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən bir neçə zərbə vuraraq sonuncuya sağ göz yuvasını təşkil edən sümüklərin iş divarının(almacıq sümüyünün) yerdəyişmiş sınığı , sağ qaş və sağ gözün üst qapağının qançırı və sol qulaq seyvanının sıyrığından ibarət, zərərçəkmiş şəxsin həyatı üşün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasınə səbəb olmuş qəsdən sağlamlığa Az Ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evdə valideynləri ilə bir yerdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır Poliklinikasının arxasında yaşadığı evdə olan zaman dostu Samir tanışları Sahilə məxsus olan “Niva” markalı,**-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, onun arxasınca gələrək, birlikdə torpağa baxmağa getmişlər. Elə həmin vaxt onlar birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətinə torpağa baxmağa gedərkən “Romi” otelə çatmamış, “Gəncə Təndiri” yanında qarşılarında olan “Mercedes” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildikləri Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə yolun əks hərəkət zolağına çıxıb, sol tərəfə dönmə əməliyyatı edib, qəza şəraiti yaratmışdır. Həmin vaxt Samir “Mercedes” markalı avtomobillə toquşmamaq üçün əyləcdən istifadə etmişdir. “Mercedes” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əlini pəncərədən çıxardıb, Samirlə mübahisə etməyə başlamışdır. Samir və özü əvvəlcə avtomobildən düşmədən, Eminə mübahisəni böyütməməyi bildirib, çıxıb getməsini xahiş etmişlər. Buna baxmayaraq, Emin maşından düşüb, Samirin idarə etdiyi avtomobilə tərəfə yaxınlaşıb, Samirə və ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman o, maşından düşüb Eminə yaxınlaşıb, Eminin sifətinə yumruqla bir-iki zərbə vurub, Eminə xəsarət yetirmişdir. Həmin vaxt Samir maşından düşüb onları ayırmışdır. Bundan sonra tanımadığı şəxslər yaxınlaşıb mübahisəni sakitləşdirmişlər. Həmin vaxt Samir “Mercedes” markalı avtomobilin sürücü Emini döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Emində mübahisə zamanı onlara qarşı müqavimət göstərməmiş və onlara xəsarət yetirməmişdir. Həmin vaxt baş vermiş mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Bundan sonra Samir və o, avtomaşına əyləşib oradan uzaqlaşmışlar. Aralarında göstərdiklərindən başqa heç nə olmamışdır. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs avtomobilində özündən başqa heç kəsin hətta belə iki azyaşlı uşağının olmasını görməmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə bir yerdə yaşayır. X5 barəsində şikayət ərizəsini o, yazmış və yazmış olduğu ərizəmi təsdiq edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır kəndi, “Şok” market istiqamətindən Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətinə idarə etdiyi özünə məxsus “Mercedes E 220” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Abşeron rayonu, Masazır qəsəbəsi, “Romi otelə” çatmamış onunla eyni hərəkət zolağında hərəkətdə “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil arxasından əks hərəkət zolağına çıxaraq ötmə əməliyyatı edərkən həmin an o, orta qırıq-qırıq xətdən yolun solunda yerləşən uşaq mağazasının qarşısına doğru dönmə əməliyyatı etmişdir. Həmin vaxt arxasında əks hərəkət zolağına çıxmış “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü adını sonradan bildiyi Şahid1 qəza şəraiti yaratsa da yol nəqliyyat hadisəsi baş verməmişdir. Lakin, onlar avtomobilləri elə orada saxlamışlar. Bu zaman o, Niva markalı avtomaşında olan Samir adlı sürücüyə qəza şəraiti yaratdığı üçün ehtiyyatlı olmasını deyib, iradımı bildirmişdir. Həmin vaxt sürücü maşından düşmədən onunla sözlə mübahisə edərkən, yanında əyləşmiş 25-30 yaşlı adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı sərnişin maşından düşüb, ona yaxlınlaşaraq heç nə demədən bir neçə yumruq zərbəsi sifətinə vurub ona xəsarətlər yetirmişdir. Bundan sonra Əli “Niva” markalı, maşına əyləşib oradan uzaqlaşmışlar. Mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 onu döyməmiş, yalnız həmin avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs onu döymüşdür. Həmin vaxt o, həmin şəxslərə heç bir müqavimət göstərməmişdir. Mübahisə zamanı küçədə ətrafda adamlar toplaşmışdır. Təqsirləndirilən şəxs onu döyərkən həmin vaxtı avtomobilində iki az yaşlı uşaqları olmuş və Əli onu azyaşlı uşaqlarının gözü qarşısında onu yumruqlarla döyərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iddia tələbinin təmin olunmasını, mülki cavabdeh, təqsirləndirilən şəxsdən ona dəymiş maddi ziyanın, yəni 7000 (yeddi) min manat məbləğində pulun alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 yaşayış kompleksində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər ev-torpaq alqı-satqı fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə etdiyi müraciətlə tanış olmuşdur. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93-də olan zaman ona hündür avtomaşın lazım olduğundan tanışı Şahid2 avtomobillərini bir neçə saatlıq dəyişməyi xahiş etmişdir. Sahil ona etiraz etməmiş, özünə məxsus “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtoomobilini bir neçə saatlıq ona vermişdir. Həmin Niva markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edib, tanışı Əlini Abşeron rayonu, Masazır Poliklinkasının arxasından yaşadığı evdən götürmüşdür. Onlar birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətinə torpağa baxmağa gedərkən “Romi” otelə çatmamış “Gəncə Təndiri” yanında qarşısında olan “Mercedes” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına çıxıb, sol tərəfə dönmə əməliyyatı edib, qəza şəraiti yaratmışdır. Həmin vaxt o, Mercedes markalı avtomobillə toquşmamaq üçün əyləcdən istifadə etmişdir. “Mercedes” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs əlini pəncərədən çıxardıb, onunla mübahisə etməyə başlamışdır. O, və dostu Əli əvvəlcə avtomobildən düşmədən, Eminə mübahisəni böyütməməyi bildirib, çıxıb getməsini xahiş etmişlər. Buna baxmayaraq Emin maşından düşüb, onun avtomobilinə tərəf yaxınlaşıb, ona və avtomaşınında sərnişin qismində əyləşən dostu Əliyə qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman Əli maşından düşüb Eminə yaxınlaşaraq, eminin sifətinə yumruqla bir-iki zərbə vurub Eminə xəsarət yetirmişdir. Həmin vaxt özü maşından düşüb Əli ilə Emili ayırmışdır. Bundan sonra tanımadığı şəxslər yaxınlaşıb mübahisəni sakitləşdirmişlər. Həmin vaxt o, Emini döyməmiş, Eminə heç bir xəsarət yetirməmişdir. Emində mübahisə zamanı onlara qarşı müqavimət göstərməyib və onlara xəsarət yetirməmişdir. Həmin vaxt baş vermiş mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Bundan sonra o, və Əli avtomaşına əyləşib oradan uzaqlaşmışlar. Aralarında göstərdiklərindən başqa heç nə olmamışdır. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs avtomobilində iki azyaşlı uşağının olmasını deməsinə baxmayaraq o, bildirmişdir ki, Emin Babşov yalan danışır, hadisə baş verən gün Zərərçəkmiş şəxs avtomobilində özündən başqa heç kəsin hətta belə iki azyaşlı uşağının olmasını görməmişdir. İbtidai stintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, bina 28 v, mənzil 6-da ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə etdiyi müraciətlə tanış olaraq bildirmişdir ki, o, Naxçıvan Muxtar Respublikası qeydiyyatında olduğundan xx.xx.2020-ci il tarixdə özünə məxsus olmuş “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili qohumu X2 adına rəsmiləşdirmişdir. Həmin avtomaşını 10 gün təmir məqsədi ilə ustaya vermişdir. Daha sonra isə özü idarə etməyə başlamışdır. Onun həmin avtomaşını satmaq fikri olduğundan Arzumandan etibarnamə almamışdır. Həmin avtomobili xx.xx.2020-ci il tarixdə internet vasitəsi ilə tanış olduğu, tanımadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxs tanımır, Eminlə heç vaxt rastlaşmamışdır, aralarında mübahisələri olmamışdır. Lakin, qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Samir adlı tanışı ondan “Niva” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə saatlıq sürmək üçün istəmiş o da Samirə həmin avtomobili idarə etmək üçün sənədsiz vermişdir. Həmin vaxt Samirin yanında tanıdığı şəxslər olmuşdur. xx.xx.2020-ci il tarixdə Samir Abşeron rayonu, Masazır qəsəbəsində onun avtomobilini idarə edən zaman ola bilsinki, Emil Babaşovla mübahisə etmiş, həmin vaxt Samirin yanında olan şəxsdə ola bilsin ki, Emili döymüşdür. Həmin hadisəni görməmiş, Samirin yanında olan şəxsin kim olduğunu bilməmişdir. Bu hadisə ilə bağlı başqa heç nə bilmir. Samirin Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93-də yaşadığını bilmiş, Lakin, Samirin soyadı və ata adını bilməmişdir. Samir xx.xx.2020-ci il tarixdə saat 21 radələrində həmin avtomaşını gətirib təklikdə ona təhvil vermişdir. Sözügedən mübahisə barədə ona heç bir məlumat verməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 896 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-sağ gözyuvasını təşkil edən sümüklərinin iç divarının (almacıq sümüyünün) yerdəyişmiş sınığı; sağ qaş və sağ gözün üst qapağının əhatə əhatə edən əzilmiş-cırılmış yarası; sağ gözün üst qapağının qançırı və sol qulaq seyvanının sıyrığı, bər küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə davadalaş zamanı yumruq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir.. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-nə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 127.2.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən haı qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cil il tarixədək barəsində həbs qətimkan tədbirinin tətbiq olunması nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından, habelə mülki iddiaçı iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etmədiyindən və mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia tələbini əsaslandıran müvafiq sənədləri təqdim etməmişdir. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 2 (iki) ay 5(beş) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasından çıxılsın və üzərində qəti olaraq 2(iki) il 1(bir) ay 20(iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-92/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-92/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver