Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-92/2023 20.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Abşeron rayonu Məmmədl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 28 iyul 2022-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri,Zabrat qəsəbəsində satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən bir ədəd bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələlərin siyahısına” daxil edilmiş, çəkisi 0,168 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Məmmədli kəndinin ərazisinə daşımış və saxlamış, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Abşeron rayonu, Məmmədli kəndində saxlanılaraq X9 gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə, şəxsi istehlak miqdarılndan artıq miqdarda, 0,168 qram çəkidə psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində fərdi həyət evində valideyinləri ilə birlikdə yaşayır,evlidir, iki azyaşlı uşağı vardır. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamin çəkməklə qəbul edir.Hazırda barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Abşeron rayon Məhkəməsində cinayət işi vardır. Avtomobil ustasıdır, avtomobillərin elektrik ustalığı ilə öz yaşadığı evin həyətində məşğul olaraq gündəlik çörək pulu qazanır. 19 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində Zabrat dairəsində tanımadığı şəxsdən 10 manat pul verərək bir selofan bükümdə “şüşə”, yəni psixotrop maddə olan metamfetamin almışdır. Əynində olan şalvarının sağ yan cibində saxlamışdır ki, bədənində ağrılar olduqda qəbul edir. Həmin gün axşam, saat 19 radələrində üzdən tanıdığı Binə qəsəbəsində yaşayan Elmar adlı şəxs “Wosfagen passat” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili təmir üçün gətirir. Onun təmirə gətirdiyi maşının faralarına gedən elektrik sistemində ciddi nasazlıq vardır. Ona görə də, avtomobilin təmirini 20 iyul 2020-ci il tarixə keçən gecə, saat 03 radələrinədək təmir etsə də təmirini başa çatdıra bilməmişdir. Ona görə də, Elmar getməli olmuşdur. O, onun ardınca küçəyə çıxıb ki, onu ötürsün. Həyət qapısından aralanıb onu yola salarkan üç nəfər polis əməkdaşı onlara yaxınlaşıb şəxsiyyətləri barədə sorğu-sual etmişdir və gecə bu vaxtı küçədə nə etdiklərini soruşmuşdur.Polis əməkdaşları onlardan şübhələndikləri üçün onları X9 dəvət etmişlər. Onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdsən əvvəl ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Sonra üstündə cinnayət xarakterli əşya nə varsa təqdim etməyi barədə təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir salafan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddə ilə bağlı sorğu edilərkən psixotrop maddəni Zabrat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra üstündə, şəxsi axrtarış edilmiş və üstündən cinayət xarakterli heç nə aşkar edilməmişdir. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş psixotrop maddə olan metamfetamini qeyd etdiyi kimi Sabunçu rayonu, Zabrat qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək almışdır, üstündə saxlıamışdır ki, çəkməklə qəbul etsin. Psixotrop maddə olan metamfetamini ona satmış şəxsi əvvəllər görməmiş, onu tanımır, psixotrop maddəni aldığı şəxs üzü azca tüklü, arıq, orta boylu, təxminən otuzotuz beş yaşlı oğlan olmuşdur. Psixotrop maddələrin satışı ilə məşğul olmamış və belə niyyəti heç vaxt olmamışdır. Elmar Həsənovun psixotrop maddə qəbul etməsini, o, da onun psixotrop maddə qəbul etməyini bilməmişdir. Elmar Həsənovdan eyni vaxtda psixotrop maddənin aşkar olunması təsadüfidir.Onların bir-biri ilə narkotik maddə və ya psixotrop maddələrlə bağlı heç bir əlaqələri yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və Polis Bölməsinə gətirildikdən sonra, polis əməkdaşları tərəfindən mənə qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehtiabad Polis bölməsinin polis sahə rəisi, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Mehtiabad Polis bölməsində polis sahə rəisi vəzifəsində işləyir.20 iyul 2022-ci il tarixdə, saat 03:30 radələrində Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri polis serjantı Elnur Arifbəyli, polis serjantı Şahid2 və polis serjantı Şahid3la birlikdə Abşeron rayonu, Məmmədli kəndinin ərazisində xidmət apararkən iki nəfər şəxsin küçədə özlərini şübhəli aparmalarını,yəni bizi görərkən üzlərini çevirib yayınmaq istədiklərini müşahidə ediblər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdik və onların şəxsiyyətini müəyyən etmək üçün sənəd istəmişlər, lakin onların üzərində sənəd olmadığından onları Mehtiabad Polis bölməsinə dəvət etmişlər. Onlarla birlikdə Mehtiabad Polis bölməsinə birlikdə gəliblər. Onların şəxsiyyətini müəyyən etdikdə məlum olub ki, həmin şəxslər: Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yaşayan X6r. Şifahi sorğu zamanı hər iki vətəndaş üzərlərində psixotrop maddə metamfetamin olduğunu bildiriblər. Ona görə də onların hər birinin üzərinə ayrı-ayrılıqda,bölmənin xidməti otaqlarında baxış keçirilmişdir. Baxış keçirilməsində o, PPX-nin polis nəfəri Şahid2 və PPX-nin polis nəfəri Şahid3 iştirak etmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Şəxsi axtarış zaanı əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.Təqsirləndirilən şəxs üstünə baxış keçirilib qurtardıqdan sonra bölmənin xidməti otaqlarının birində X4 üstünə baxış keçirilmişdir. Abşeron rayonu, Məmmədli kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçən küçədə saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə, saat 03:30 radələrində Abşeron RPİ-nin Mehtiabad Polis bölməsinin sahə rəisi polis kapitanı Şahid1, Post Patrul xidməti bölüyünün polis nəfərləri polis serjapntı Elnur Arifbəyli və polis serjantı Şahid3la birlikdə Abşeron rayonu Məmmədli kəndinin çərazisində xidmət appararkən ikinəfər şəxsin küçədə özlərini şübhəli apardığını, yəni onları görərkən üzlərini çevirib yayınmaq istədiklərini müşahidə etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etməklə,onların şəxsiyyətini müəyyən etmək üçün sənədlərini istəmişlər,lakin onların üzərində sənədləri olmadığından onları Mehitiabad Polis bölməsinə dəvət etmişlər. Onlarla birlikdə Polis bölməsinə gəlib, onların şəxsiyyətlərini müəyyən etdikdə müəyyən olub ki, həmin şəxslər Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yaşayan X6r. Şifahi sorğu zamanı hər iki vətəndaş üzərlərində psixotrop maddə metamfetamin olduğunu bildiriblər. Ona görə də onların hər birinin üzərinə ayrıayrılıqda, bölmənin xidməti otaqlarında baxış keçirilmişdir. Baxış keçirilməsində o, sahə rəisi Şahid1 və PPX-nin polis nəfəri Şahid3 iştirak etmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməzdən əvvəl vəkillə təmin olunmuş, hüquq və vəzifələri izah olunmaqla texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi ona bildirilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş və vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim olunan bükümə baxıldıqda içərisində ağ rəngli, kristallik kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, həmin kütlənin “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Zabrat qəsəbəsinin ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək özü qəbul etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan təqdim etdiyi həmin bir bükümdə olan psixotrop maddə metamfetamindən başqa digər şübhəli əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyt kəsb etdiyindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Baxış keçirilməsində iştirak edən şəxslər psixotrop maddənin qablaşdırıldığı zərfin üzərində imza etmişlər. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs və X7 Abşeron rayonu, Məmmədli kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçən küçədə saxlamışlar. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul omadığını, psixotrop maddələrdən özü qəbul etməklə istifadə etdiyini bildirmişdir. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və psixotrop maddələri konkret olaraq kimdən əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin X13 Bölüyünün polis nəfəri,polis kiçik serjanti Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekstertizanın 20 iyul 2022-ci il tarixli, 6/3929 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün “236” nömrəli «şübhəli şəxs Qurliyev Balaş (imza)» yazısı və olan zərfdəki 1(bir) ədəd bükümdə olan təmiz çəkisi 0,168 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq çəkisi 0,118 qram – 0,05 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qnunu ilə təsdiq olunmuş metamfetamin « Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in 1 siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli,1430 №-li rəyindən görünür ki, müayinə zamanı X2 Opioidlərin və Kannabinoidlərin qəbulu nəticəsində yarananan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji diuspanserində qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 4 (012)- 470/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçmiş, o dərhal məhkəmə iclas zalından həbs edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə ittiham aktı ilə birlikdə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış zamanı qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,118 qram olan psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf salafanda olan bükümü çıxarıb təqdim etməsi və psixotrop maddə olan həmin metamfetamini Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almaqla əldə etməsini bildirməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Quliyev X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan X5 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,118 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan X5 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,118 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-92/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-92/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver