Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-92/2024 15.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsinə gələrək, Zərərçəkmiş şəxs1 İmamlı oğluna məxsus həmin küçədə yerləşən 54 saylı fərdi yaşayış sahəsinə hasaradan qanunsuz daxil olaraq, həyətdə quraşdırılmış 1 ədəd 400 manat dəyərində «Airtel» markalı, «Digitel Duo KM1-24CE» model kombini talayıb, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsinə gələrək, Zərərçəkmiş şəxs2 məxsus həmin küçədə yerləşən fərdi yaşayış sahəsinə hasaradan qanunsuz daxil olaraq, həyətdə quraşdırılmış 1 ədəd 600 manat dəyərində Türkiyə istehsalı olan «X13» markalı, 24 kvv kombini talayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, 18 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd şəfaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan 0.593 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq, Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış, 18 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan gödəkçənin sağ yan cibində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,593 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, 16 fevral 2023-cü il tarixdə, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 tanımadığı şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümündə, təmiz çəkisi 0,239 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb, Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ünvanına gələrək həmin narkotik vasitəni üzərində daşımış, xx.xx.2023-cü tarixdə saat 04 radələrində Abşeron rayonu Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ünvanında olarkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, polis idarəsinin inzibati binasında xidməti otaqda şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 0,239 qram narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evləri yaşadığı küçədə yerləşir, onlarla qonşu yaşayır, Vilayəti və Seymuru qonşu kimi tanıyır, aralarında heç bir ədavəti yoxdur. Vilayət İmaməliyev ilə yaşadığı evləri bir-birindən daş hasar ayırır. Zərərçəkmiş şəxs2 isə üzbəüz olan fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs1 Masazır qəsəbəsi, H.Əliyev küçəsi 54 ünvanında olan fərdi yaşayış evində gec-gec qaldığı üçün evin sahibsiz olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 həmin fərdi yaşayış evinə baş çəkmək üçün günün səhər vaxtları gəlmiş, sonuncunun fərdi yaşayış evinin həyətyanı sahəsində kombi olduğunu öz həyətlərindən onların həyətinə baxan vaxt görmüşdür. Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə həmin evdə qalmır, gec-gec həmin evə baş çəkmək üçün gəlir. Zərərçəkmiş şəxs2 məxsus evdə kombinin həyətyanı sahədə quraşırılmasını bilmişdir. Bu səbəbdən həmin kombiləri oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində təsadüfən Şirxan ilə Masazır qəsəbəsində görüşmüş, ona qonşularının kombisini oğurlamaq niyyətində olduğunu və ona köməklik etməsini xahiş etmişdir. Şirxan da ona oğurluq etməkdə köməklik edəcəyini demişdir. Biz bundan sonra Şirxan ilə ayrılmış, onu götürmək üçün yaşadığı evə gedəcəyini bildirmişdir. Həmin kombilərin aparılması üçün maşın da lazım olmuşdur. Bu səbəbdən tanışı Şahid3 yığmışdır. Lakin ona oğurluq edəcəyi barədə heç bir söz deməmişdir. Rəsul ilə Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında görüşmüşdür. Sonuncu taksi fəaliyyəti ilə məşğul olduğu “Chevralet Lacetti” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. O, sonuncunun maşınına əyləşmiş və onlar birlikdə Şirxanı götürmək üçün onun yaşadığı evə getmişlər. Rəsul ilə Şirxan həmin günə qədər bir-birilərini tanımamışlar. Rəsula məxsus “Chevralet Lacetti” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı küçəyə gəlmiş, o qabaq oturacaqda Şirxan isə arxa oturacaqda əyləşmişdir. Rəsula maşını yaşadığı evin yaxınlığında saxlamasını bildirib, onlara maşında gözləməsini xahiş etmişdir. Sonuncu səbəbini soruşmuş, o da evdə olan kombini götürən zaman ailə üzvlərinin xəbərinin olmaması üçün çox adamın gəlməyinin düzgün olduğunu demişdir. Şirxan anası ilə birlikdə yaşadığı ünvana daxil olmuşdur. Bundan sonra Şirxan onlara məxsus fərdi yaşayış evi ilə paralel olan Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətyani sahəsinə hasardan daxil olmuşdur. Ona kombini açmaq üçün alət də vermişdir. Təxminən 10 dəqiqə sonra Şirxan kombini ona verdiyi açarla çıxardıb, darvazanı açmış və onunla köməkli kombini götürüb, yaşadığı evin zirzəmisinə qoymuşlar. Bundan sonra Şirxan üzbəüz qonşu olan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə hasardan daxil olmuşdur. Həmin evdədə təxminən 10 dəqiqə sonra kombini həyətyani sahədən açıb darvazadan çıxarmış və köməkli olaraq Rəsulun idarə etdiyi avtomobilin yük hissəsinə qoymuşdur. Bundan sonra Şirxanı yaşadığı evdə düşürtmüş, Masazır qəsəbəsində olan zaman Rəsul maşını saxlayıb, yaxın bir adamını görmək üçün getmiş, o, Rəsuldan onun maşını ilə kombini qohumunun evinə aparmaq istədiyini bildirmişdir. O, da etiraz etməmiş və maşının açarını üzərində qoymuşdur. Həmin kombini yaxınlıqda olan Qəfər adlı tanışının evinə aparmış, həmin kombinin özünə məxsus olduğunu bildirib, bir gün sonra satmağa aparacağını demişdir. Qəfər əvvəlcə kombini götürmək istəməsədə sonradan onu inandırıb kombinin onda qalmasını xahiş etmişdir. Qəfər çətinliklə də olsa onunla razılaşmış, Qəfərə kombini verəndən sonra Rəsulun yanına gəlmişdir. Sonuncu onu yaşadığı evə düşürtmüş, həmin vaxt üzərində pul olmadığına görə Rəsula iki gün ərzində taksi pulunu verəcəyimi demiş, Rəsul əvvəlcə ona əsəbləşmiş və pulu yoxdusa hansı səbəbə onu yolundan etdiyi barədə iradlarını bildirmişdir. Ona tezliklə pulunu verəcəyini bildirmiş, Şirxanla məqsədi həmin iki ədəd kombini iki üç gün ərzində satıb əldə etdiyi pulu aralarındada bölməkdən ibarət olmuşdur. Təxminən 1-2 il olar ki, bədənində ağrılar olduğu üçün heroin adlanan narkotik vasitədən istifadə edir. Narkotik vasitəni müxtəlif ərazilərdə adətən tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində bir nəfər tanımadığı şəxslə söhbət edən zaman həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu görmüşdür. Həmin şəxsdən söhbət zamanı şəxsi istifadəsi üçün 15 manat müqabilində 1 ədəd ağ kağız bükümündə heroin adlanan narkotik vasitə almışdır. Daha sonra həmin aldığı narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq istifadə etmək üçün saxlamış və oradan da Abşeron rayon, Xırdalan şəhərinə gəldim. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında siqaret çəkən zaman bir nəfər polis əməkdaşı bir nəfər isə mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğumuzu ona bildirmişlər. Daha sonra onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-nə gətirildikdən sonra üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra ona müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Daha sonra polis idarəsinin inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin bükümünü çıxardıb təqdim etmişdir. Təqdim etdiyi ağ rəngli kağız bükülüyə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulmuş, o, həmin bükülüdə “kakos” adlanan narkotik vasitə olan heroin olduğun demişdir. Həmin narkotik vasitəni hardan və nə vaxt aldığı soruşulmuş, o isə həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərimdə şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və imzalarla təsiq edilmişdir. 18 yanvar 2023-cü il tarixdə günorta radələrində Bakı şəhəri, Nəsimi rayonu Kubinka adlanan yerə getmiş və oradan tanımadığı şəxsdən 10 manata narkotik vasitə heroin almışdır. Həmin şəxs ona bükümü satan kimi oradan uzaqlaşmış və yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmişdir. Həmin bükümdə olan heroin cibində olmuş, həmin gün yəni 18 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır kəndi, Həsən Əliyev küçələrində piyada yol kənarı piyada gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu ona bildirmişlər. Daha sonra onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına etiraz etməyib birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-nə gətirildikdən sonra üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmiş, sonra ona müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Daha sonra polis idarəsinin inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə olan narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulmuşdur. O, həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu demiş, həmin narkotik vasitəni haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, isə həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd narkotik vasitə olan heroin götürülərək zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 54 saylı bir mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Bundan başqa ünvan 5 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi də ona aiddir. O, ailəsi birlikdə ünvan 5-də yaşasada ara-sıra Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 54 saylı fərdi yaşayış evindədə qalır. Amma gündəlik olaraq qalmadığı evə nəzarət edir. Sonuncu dəfə Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 54 saylı fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə saat 07 radələrində getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 54 saylı fərdi yaşayış evinə gedəndə, evin həyətində quraşdırılmış kombinin yerində olmadığını aşkar etmiş, həmin kombi Türkiyə istehsalı olmaqla “Digifel Duo” markalıdır, dəyəri 400 manatdır. Bundan başqa evdən heç bir əşya oğurlanmamışdır. Oğurluq hadisəsini müəyyən etdikdən sonra bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən nömrəsiz bir mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Həmin mənzil yaşamaq üçün tam hazır vəziyyətdə deyil, təmir işləri davam edir. Bu səbəbdən hal-hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. Sonuncu dəfə Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində getmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Masazır qəsəbəsi, Həsən Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə gedəndə, evin həyətində quraşdırılmış kombinin yerində olmadığını aşkar etmişdir. Həmin kombi Türkiyə istehsalı olmaqla “Dəmir Döküm” markalıdır, dəyəri 600 manatdır. Bundan başqa evdən heç bir əşya oğurlanmamışdır. Oğurluq hadisəsini müəyyən etdikdən sonra bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermiş, ona məxsus fərdi yaşayış evinə evin hasarından daxil olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində xidmətdə olarkən Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 zəng edərək Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində xidməti ərazidə olduğunu və burada bir nəfər şəxsin özünü şübhəli apararaq narkotik vasitə aludəçisi olduğunu və buna görə də İbrahimin oraya gəlməyini istəmişdir. Şahid1 onun zənginə görə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə gəlmişdir. Burada olan zaman bir nəfər şəxsin şübhəli hərəkətlər etməsini və bizdən yayınmağa çalışmasını müşahidə etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar həmin şəxsdən niyə şübhəli hərəkətlər etdiyini və onlardan uzaqlaşdığını soruşduqda həmin şəxs etiraf etmiş ki, narkotik vasitə aluidəçisidir və üzərində narkotik vasitə olan “heroin” vardır. Bundan sonra onlar həmin şəxsi Abşeron RPİ-nə dəvət mişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis İdarəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi ağ rəngli kağıza bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə, içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə narkotik vasitə olan, “kakos” adlanan heroindir. Sonuncu həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində əldə etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, ünvan 1də qeydiyyatda olan Abşeron rayonu, Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması və gəzdirməsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 18 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, Həsən Əliyev küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edildi. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən saxladığı bir ədəd bükülü bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələrin xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq möhürləndi və bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, tanıyır, sonuncu ilə özünə məxsus avtomobili icarəyə verdiyi zaman tanış olmuşdur. Şirxan İbrahimovu isə yalnız üzdən tanıyır. Hazırda idarə etdiyi Chevrolet Lasetti markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 17 yanvar 2023-cü il tarixdə saat təxminən 15 radələrində tanışı Cavid onun mobil telefonuna zəng vurmuş və həyətlərində bəzi əşyaları olduğunu, həmin əşyaları daşımaqda köməklik edilməsini ondan xahiş etmiş, ona gediş haqqını da ödəyəcəyini bildirmişdir. O, razılıq vermiş və görüşdükdən sonra Şirxan da gəlib çıxmış, Cavid ona sonucunun əşyaları götürməkdə köməklik edəcəyini bildirmiş, bundan sonra Cavidin yaşadağı küçəyə getmişlər. Təxminən yarım saat sonra Cavidlə Şirxan bir ədəd kombi aparatını gətirib onun maşının yük yerinə qoymuş, həmin kombi barədə Caviddən maraqlandıqda özünə məxsus olduğunu bildirmişdir. O, Şirxanı yaşadığı evə aparıb sonra Masazır qəsəbsinə getmiş, maşından düşdükdə Cavid ondan bir neçə dəqiqəlik avtomobilini istəmiş, o, sonuncudan haraya getmək istədiyini soruşduqda ona qohumlarını aparmaq istədiyini demiş, lakin o, razılıq verməmişdir. O, işlərini gördükdən sonra Cavid həyətə çıxmış və o, sonuncunu evinə düşürmüşdür. O, Cavidgilin oğurluq etmələrindən xəbərsiz olmuş, belə ki, Cavid yaşadığı evin həyətindən kombi aparatını çıxarıb maşina tərəf gətirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/322 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №56» dairəvi möhür əksi və « vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş…» yazı və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,593 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,543 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/986 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №56» dairəvi möhür əksi və «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş…» yazı və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(qalıq 0,189 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının «31» yanvar 2023-cü il tarixli 520 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1039 saylı rəyindən görünür ki, 2023-cü ilin may ayına - bir ədəd Türkiyə istehsalı olan «Airtel» markalı, «Digitel Duo KM1-24CE» model kombi – 400 manat; - bir ədəd Türkiyə istehsalı olan «X13» markalı, 24 kvv kombi – 600 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 06.022023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,543 qram və 0,189 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 İmamlı oğlu və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyinə görə onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan gödəkçənin sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə heroin və xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1ci maddələrinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılma cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən isə azadlıqdan məhrum etmə cəzanın növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu iki ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik maddə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 320 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,543 qram və 0,189 qram narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-92/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-92/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver