Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-920/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayonu, Neftcilər metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» (Siyahı İİ) daxil olan 0,789 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 27 manat müqabilində əldə edib əynində olan qara idman şalvarının sol yan cibinə qoyaraq ünvan 2 ünvanına daşımış və üzərində saxlamış, 21 yanvar 2025-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 nömrəli evin yaxınlığında saxlanılaraq orada həmin gün saat 22:20-dən saat 22:29-ə kimi üzərində yoxlama aparılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə 0,789 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Bakı, şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» (Siyahı İİ) daxil olan 0,802 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat müqabilində əldə edib əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyaraq Abşeron rayonu, Fatmayı kəndinə daşımış və üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 18:02-də Abşeron rayon polis idarəsinin X5 əməkdaşları tərəfindən Abşeron rayonu, Fatmayı kəndində piyada hərəkət edərkən saxlanılaraq, orada həmin gün saat 18:02-dən 18:08-dək üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd bükümdə 0,802 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 21 yanvar 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanmadığı şəxsə 27 manat pul göndərmiş, o da, razılaşmaya uyğun olaraq “Nefçilər” metrostansiyasının yaxınlığında yerləşən Araz marketin qarşısındakı zibil yeşiyini göstərmiş, sonuncunun dediyi yerə gedərək, bir bükümdə metamfetamin götürərək üzərində saxlamışdır. Təxminən 20 dəqiqə keçəndən sonra ünvan 3 ünvanı ilə hərəkətdə olarkən 3 nəfər mülkü geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, ona hüquq və vəzifələrini izah etdikdən sonra ona “narkotik vasitə və ya psixotrop madəlləri əldə edib üzərində gəzdirməkdə şübhəli bilindiyini bildirməklə üzərində qanunsuz saxladığı hər hansı əşya varsa təqdim etməsi bildirdikdə, sonuncu geyindiyi qara rəngli idman şalvarının sol yan cibindən bir bükümdə şəffaf rəngli sellofanda olan kütləni təqdim edərək, kütlənin “şüşə” yəni metamfetamin olmasını, özü qəbul etmək üçün 27 manata tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini demişdir. Metamfetamin zərfə qoyulub götürülmüş digər əşyalar isə ona qaytarılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə 25-ci PŞ-nə gəlmiş, orada hüquq və vəzifələri izah edilərək, tərtib edilmiş zəruri sənədlər imzalanmışdır. Bundan başqa 04 mart 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində olan zaman qiyabi tanıdığı şəxsdən 20 manat müqabilində psixotrop maddə metamfetamin almış, ağrıları olan zaman istifadə etmək üçün əynində olan şalvarın cibinə qoymuş, axşam saatlarında kirayə ev baxmaq məqsədi ilə Abşeron rayonu Fatmayı kəndinə gələrkən polis əməkdaşları tərəfindən saxlanılmış və ona psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu, bununla bağlı onlarda əməliyyat məlumatının olduğunu bildirmişlər. Bundan sonra videoçəkilişlə yoxlama vaxtı üzərində saxladığı 01 ədəd şəfaf sellofona bükülmüş psixotrop maddə metamfetamini cins şalvarın sağ yan cibindən şıxararaq təqdim etmişdir. Bundan sonra təqdim edilmiş büküm qablaşdırılmış, iştirakçılar və onun tərəfindən imzalarla, təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, üzərindən müxtəlif vaxtlarda aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və psixi və ya digər formada təsir olunmamışdır. Həmçinin əməlindən peşman olmasını qeyd edərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1984-cü il təvəlüdlü Bakı şəhəri Xətai rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Fatmayı kəndi ərazisində narkotik vasitə və psixotrop madəllərə qanunsuz əldə edib üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə əməliyyat qrupu yaradılmış və onun, Şahid4 və Mehdiabad PB-nin polis nəfəri Tamerlan Agayevin iştirakı ilə birlikdə sonuncunun Abşeron rayonu Fatmayı kəndində Yeni Məhəllə adlanan küçədə piyada hərəkətdə olduğunu müəyyən edib ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduğlarını bildirməklə ona təqdim etmişlər. Ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib və üzərində qanunla qadagan edilmiş hər hansı maddə varsa təqdim etməyi təklif etmişlər. Həmin vaxt o, etiraz etməmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd salafan bükümdə psixiatrik maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlə psixotrop maddə olan metamfetamin olmasını və həmin gün Bakı şəhəri Zabrat qəsəbəsində tanımadığı şəxsdən 20 manata özü qəbul etmək üçün almasını bildirmişdir.Sonra üzərində yoxlama davam etdirilmiş qanunsuz olaraq üzərində saxladığı hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş metamfetaminə bənzər kütlə qablaşdırılaraq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ilə birlikdə Abşeron RPİ-nə gətirərək rəhbərliyə raportla məruzə etmişdir. Həmin psixotrop maddə təhqiqatçı tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün yenidən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarakən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Bundan əlavə Şahid6 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və ya polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmamış, həmçinin sonuncu tərəfindən onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin X5 əməkdaşı Şahid4 digər Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid5 digər Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşı X3 ifadəsində göstərmişdir ki, 21 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ogulunun narkotik vasitəllərin qanunsuz əldə edib üzərində saxlaması barədə Nizami RPİnin 25-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur.Ona görədə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.Həmin qərarın icrası ilə əlaqədar 21 yanavr 2025-ci il tarixdə saat 22;20-də özü, həmçinin Nizami RPİ-in 25 –ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 4ünvanının qarşısında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını izah edərək videoçəkiliş vasitəsi ilə narkotik vasitəllərin və psixotrop maddəllərin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək həmin ünvanda üzərində yoxlama aparılacağı Təqsirləndirilən şəxs bildirdikdə o, etiraz etməmişdir. Bundan sonra isə ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də, cinayət xarakterli, digər əşya predmetlər varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büklünü təqdim edərək həmin kütlənin “şüşə” yəni metamfetamin olduğunu bildirmişdir.Üzərində yoxlama davam etdirilmiş, üzərindən iki ədəd cib dəsmalı, 7 manat pul, bir paçka “Davidov” markalı siqaret aşkar edilmişdir. Həmin büklü açılmış içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildiyini, ondan həmin kütləni hardan əldə etdiyi soruşulduqda o, həmin kütlənin İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin psixotrop maddə ilə birlikdə Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilərək protokol tərtib edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahidlər Şahid2 Elmin oğlu və X4 digər şahid X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. “Şübhəli şəxsin tutulması haqqında” 21 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 21 yanvar 2025-ci il tarixdən, saat 22:20-dən hesablanmışdır;
3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-cü il tarixli, 6/309 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 165” dairəvi möhür əksləri olan “Tərtib etdi: “imza Təqsirləndirilən şəxs”; Şübhəli şəxs: “imza Təqsirləndirilən şəxs: İştirakçılar: “imza Şahid2; “imza Şahid3; yazıları qeyd edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,789 qram olan maddə kustar üsulla hazırlanmış maddə psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,789 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,739 qramdır. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir;
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında 22 yanvar 2025-cü il tarixli, 333 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
7. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında qərardan və barəsində “həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi” haqqında 23 yanvar 2025-ci il tarixli iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, dərhal Bakı şəhəri Nizami RPİnin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eksoertiza və Pataloji Anatomiya Birliyinin X9 24 yanvar 2025-cü il tarixli, 81 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində qərarın təsviri hissəsində göstərilən, yəni 21 yanvar 2025-ci il tarixə uyğun gələn hər hansı xəsarət izi aşkar olunmadı;
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 yanvar 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa 16 may 2014-cü il tarixdə Bakı şəhəri Niizami rayon Məhkəməsinin qərarı ilə qərarı ilə ona təyin edilmiş cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir;
10. “Maddi sübut kimi tanınma” haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,789 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,739 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, içərisində videogörüntünün olduğu 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır;
11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
12. “Şübhəli şəxsin tutulması” haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 05 mart 2025-cü il tarixdən saat 18:00-dan hesablanmışdır;
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2025-ci il tarixli, 20/27 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 236” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik”; 1) /imza/ Şahid4; 2) /imza/ Şahid5; 3) /imza/ Təqsirləndirilən şəxs; Qablaşdırdı: Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi üzrə əməliyyat müvəkkili, kiçik polis leytenantı /imza/ Şahid6; əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,802 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,802 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,752 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir;
14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;
15. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
16. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSYdən azad edilməklə, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir;
17. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi” haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Nizami RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Abşern RPİ-nin İŞ-də ibtidai araşdırılması aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Prokurorluğu vasitəsi ilə Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir;
18. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında 13 mart 2025-cü il tarixli, 1535 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;
19. “Cinayət işi üzrə maddi sübut kimi tanınmaq” haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləkən götürülmüş 01 ədəd ümumi təmiz ümumilikdə çəkisi 0,802 qram çəkidə olan psixotrop maddə metamfetamindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,752 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutlarının saxlanması otağına təhvil verilmişdir;
20. “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 17 mart 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmiş, Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqı davam etdirilmişdir;
21. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 31 mart 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir;
22. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 19 may 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir;
23. “Təqsirləndirilən şəxs barəsində seçilmiş iltizam qətimkan tədbirinin nəzərə alınması” barədə 19 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 07 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimka tədbiri nəzərə alınmaqla, qüvvəsində saxlanılmışdır;
24. “Sübutların qiymətləndirilməsi” haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, 19 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş başqa yerə getmmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həmin Məcəlləin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməklə, ayrılmış material saxlanılması üçün Abşeron rayon prokurorluğuna göndərilmiş, üzərində şəxsi axtanş apanlan zaman ona polis əməkdaşlan tərəfindən qeyri-qanuni hər hansı bir maddənin olduğu halda təqdim etməsi təklif edildikdən sonra onun, şəxsi axtarış keçiriləcəyi təqdirdə üzərində olan psixotrop maddə metamfetamini polis əməkdaşlan tərəfindən aşkarlanacağını bildiyi üçün həmin maddəni polis əməkdaşlanna təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus - 0,802 qram tədqiqata sərf edilmiş 0,05 qram qalıq 0,752 qram və 0,789 qram tədqiqata sərf edilmiş 0,50 qram qalıq qalmış 0,739 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınmasını və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlann saxlanması otağına təhvil verilməsinin nəzərə alınmış və cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs 05 mart 2025-cü il tarixdə Abşeron rayonu, Fatmayı kəndində üzərində aşkar edilmiş 0,802 qram və 21 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində üzərində aşkar edilmiş 0,789 qram psixotrop maddə metamfetamini üzərindən aparılmış yoxlama zamanı qeydə alınmış videogörüntülərin olduğu 03 ədəd çəkilmiş DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi və iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, yoxlama aparılması və götürmə keçirilməsi haqqında protokollar, diskə baxış protokolları, məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2025-ci il tarixli, 6/309 və 06 mart 2025-ci il tarixli 20/27 saylı rəyləri, xx.xx.2025-ci il tarixli, 1535 və xx.xx.2025-ci il tarixli 333-cü saylı narkoloji ekspertizasının rəyləri və digər istintaq sənədləri mötəbər sübut kimi qiymətləndirilmişdir;
Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 21 yanvar 2025cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə saat 22:20 dəqiqədə ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, üstü yoxlanılmış, üzərindən yəni qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsəiyinə bükülmüş bükümdə ağ rəngli kristallik psixotrop maddəyə oxşar kütlə aşkar edilərək, 01 ədəd ağ rəngli zərfdə qablaşdırılması və sonuncudan götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur.
Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 05 mart 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 05 mart 2025-ci il tarixdə, saat: 18:00 dəqiqədə Abşeron rayonu, Fatmayı kəndində yeni məhəllədə piyada hərəkət edən zaman saxlanılaraq, üstü yoxlanılmış, əynində göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan torbada psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək, 01 ədəd ağ rəngli zərfdə qablaşdırılması və sonuncudan götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan – metafetaminin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamış, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən sonuncu tərəfindən cinayətin törədilməsi onun əməlində cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Qeyd olunan Məcəllənin normasından da göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə psixotrop maddə olan metafetamini əldə edərək, istifadə etməsi üçün üzərində gəzdirməsi onun əməlində təkrarlığı müəyyən edir. Məhkəmə onu qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, hökmünə əsasən 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Niizami rayon Məhkəməsinin 16 may 2014-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarıılmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki ildən artıq müddət keçməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin miqdarını, əməlində olan təkrarlığın ağırlaşdırıcı hal olaraq müəyyən edilməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu ümumilikdə 04 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 14 iyul 2025-ci il tarixdən hesablanmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 Ekspert komissiyasının 22 yanvar 2025cü il tarixli, 333 saylı və 13 mart 2025-cü il tarixli, 1535 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkiləri - 0,739 qram və 0,752 qram – psixotrop maddə - metamfetamin məhv edilməli, iş üzrə - 03 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – cəmi 149 (bir yüz qırx doqquz) manat məbləğində pul təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkiləri 0,739 qram və 0,752 qram – psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 03 (üç) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci – 149 (bir yüz qırx doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov