Məhkəmə qərarları › İş №1(012)-922/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-922/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-922/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhəri Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır kəndində Məzunlar evi istiqamətinə ara küçə ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriyinin sönərək yolun hərəkət hissəsində dayandığından həmin avtomobilin yanından keçdikdə yolun hərəkət hissəsi məhdudlaşdığından avtomobilinin güzgüsü yolun kənarında olan ağaclara dəyərək sındığı üçün Zərərçəkmiş şəxs iradını bildirib, sonuncu ilə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ictimai yerdə vətəndaşların gözü qarşısında, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əlnən və təpiklə vurmuş, sonra isə orada olan şəxslər tərəfindən Zərərçəkmiş şəxs aralaşdırıldıqda o, idarə etdiyi avtomobilindən qaldırıcı qurğunun dəmir açarını götürüb silah qismində istifadə etdiyi həmin dəmir açarla Zərərçəkmiş şəxs təpə nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncunun başının təpə-gicgah nahiyəsinin əzilmiş cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 15 oktyabr 2024-cü il tarixdə axşam saatlarında həyat yoldaşı Yekatrina və tanışı Şahid2 ilə birlikdə idarə etdiyi avtomobillə yaşadığı Məzunlar evinə gedən zaman görmüşdür ki, qarşı tərəfdən gələn Qazel markalı avtomobil yolun hərəkət hissəsində nəqliyyat vasitəsini saxlamış və hərəkəti məhdudlaşdırmışdır. O, həmin nəqliyyat vasitəsinin sürücüsündən rahat keçə bilməsi üçün şərait yaratmasını xahiş etmiş, lakin o şərait yaratmamışdır. Belə olan halda məcbur keçməli olduğu üçün hərəkəti davam etdirmək istəmiş, həmin nəqliyyat vasitəsinin yaxınlığından keçən zaman avtomobilin güzgüsü ağaclara dəydiyi üçün sınmışdır. Haqlı olaraq həmin sürücüyə iradını bildirmişdir. Adı sonradan ona məlum olan Xəqani adlı şəxs arvadı və sinif yoldaşının yanında onu nəlayiq sözlərlə təhqir edərək, yumruq vurmuş, hətta həmin yumruqlardan biri Arzuya dəymişdir. Xəqaninin hərəkətləri və dediyi sözlər münaqişəyə səbəb olduğundan aralarında dava-dalaş yaranmış, ətrafda olan şəxslər onları bir-birlərindən ayırmağa çalışmışlar, o, əsəbi olduğundan avtomobilinin yük yerindən dəmir açarı götürərək Xəqaninin baş nahiyəsindən bir dəfə zərbə endirmiş, bundan sonra isə oradan evə getmişdir. Sonradan məlum olmuşdur ki, Xəqani onun barəsində polisə şikayət etmiş, o da sonuncunun hərəkətlərindən haqlı olaraq polisə şikayət etmişdir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun əməlində xuliqanlıq hərəkətləri olmamış, tərəfindən zərərçəkmiş şəxsə yetirilən xəsarətlər isə sonuncunun təşəbbüsü nəticəsində yaranmış dava-dalaş nəticəsində olmuşdur. Bu səbəbdən, istintaq tərəfindən irəli sürülmüş ittihamla razı deyil və hesab edir ki, əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, sürücü işlədiyi "xxxx" ASC tərəfindən verilmiş “Qazel” markalı **-JM-*** qeydiyyat nişanlı yük maşını ilə 15 oktyabr 2024-cü il tarixdə Abşeron rayonu ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsi yolun hərəkət hissəsində hərəkətdən qalmışdır. Bu zaman qarşıdan gələn “Toyota-Aqua” markalı avtomobilin sürücüsü yolu keçə bilmədiyi üçün avtomobilini saxlamış və nəqliyyat vasitəsini kənara çəkməsini tələb etmişdir. O, nəqliyyat vasitəsinin nasaz olduğunu, əlavə fiziki qüvvə olmadan ağır kütləli nəqliyyat vasitəsinin kənara çəkilməsinin mümkün olmadığını, qısa vaxt ərzində, bir neçə dəqiqəyə xətanı aradan qaldıracağını bildirmişdir. Həmin şəxs səbirsizlik göstərərək hərəkəti davam etdirmək istəmiş, bu zaman ona məxsus nəqliyyat vasitəsinin güzgüsü ağaclara dəyərək zədələnmişdir. Amil bundan əsəbləşərək onu təsirləndirmiş, onu söyməklə əli ilə vurmuşdur. Onlar arasında sözlə qısa mübahisə olmuş, Amilin maşınında olan qadınlar onu kənara çəkmişlər, o da, öz maşınını təmir etməyə çalışmışdır. Bu zaman anidən başına zərbə dəydiyini hiss etmiş halı pisləşmişdir. Baxdıqda aldığı zərbə nəticəsində baş nahiyəsindən qan axdığını görmüş, polisə şikayət edəcəyini bildirmişdir. Belə olan halda Amil “şikayət etmək kişi işi deyil, qayıdım məsələni öz aramızda həll edərik deyib getmişdir” Həmin vaxt maşında olan iş yoldaşı Şahid3 və Amilin avtomobilində olan şəxslər onları ayırmış, ona xəsarətdən sonra köməklik göstərmişlər. Bundan əlavə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin zaman orada Əkbər və tanımadığı 2-3 nəfər şəxs olmuş, sonradan isə tanımadığı şəxslər ora yaxınlaşmışdır. O, mübahisə zamanı heç kimə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq dindirilmiş Şahid1 şahid qismində dindirilərək, istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Amil onun həyat yoldaşıdır və birgə nikahdan iki övladları vardır. Amilin həddindən çox əsəbi olması şəxsi münasibətlərində gərginçiliyə səbəb olduğundan nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. 15 oktyabr 2024-cü il tarixdə Arzu ilə birlikdə Amilin nəqliyyat vasitəsində olarkən sonuncu Abşeron rayonu Masazır kəndindən ara küçə ilə hərəkət edən zaman sonradan adını bildiyi Xaqani adlı şəxsin hərəkət zolağının gediş-gəliş hissəsində yük avtomobilini saxladığını görmüş, bu zaman Amil yolun digər tərəfi ilə keçib getmək isdədikdə sonuncunun idarə etdiyi avtomobilin güzgüsü yolun kənarında olan ağaca dəyərək qırılmışdır. Həmin vaxt Amil avtomobildən başını çölə çıxararaq Xəqaniyə “niyə avtomobili yolun ortasında saxlamısan burda maşın saxlayarlar”? demiş və beləcə onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Xəqani adlı şəxs Amili söydüyündən, sonuncu ona iradını bildirməklə avtomobili yolun kənarına verib saxlamış, avtomobildən yerə enmiş, onlar dava-dalaşa səbəb olacaq bir-birlərinə əl hərəkətləri etmişdir. O, Arzu və digər şəxslər onları ayırmışlar. Xəqaninin təhqiredici ifadələrinə görə Amil avtomobildən dəmir açarını götürüb Xəqaniyə yaxınlaşararaq onun baş nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Mübahisə zamanı Arzu ilə araya girib onları ayırarkən sonuncunun əli əzilmiş, lakin xəsarətin kim tərəfindən vurulmasını görməmişdir. Ümumi mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt hadisə yerində Arzu, Amil, Xəqani və tanımadığı 3-4 nəfər şəxslər olmuşdur. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xəqaninin idarə etdiyi nəqliyyat vasitəsi texniki qəza nəticəsində hərəkət etmədiyi üçün, Xəqani maşından enərək maşının nasazlıq səbəbini anlamaq və aradan qalırmaq üçün kapotu açmış, təmir etməyə çalışmışdır. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sahibi Xəqanidən yol istəmiş, Xəqani maşının xarab olduğunu bildirərək bir neçə dəqiqə gözləməsini istəmişdir. Həmin nəqliyyat vasitəsinin sahibi hərəkəti davam etdirmiş, bu zaman özünün nəqliyyat vasitəsinin güzgünü sındırmışdır. Bundan sonra onunla Xəqani arasında sözlə mübahisə olmuş, onalar arasında dava yaranmışdır. O, və Amilin maşınında olan qadınlar maşından enərək Amil və Xəqaninin mübahisəsinin və davasının qarşısını almışlar. Ara sakitləşdikdən sonra anidən Amil maşınından götürdüyü dəmir parçası ilə Xəqaninin başından vurmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 12 saylı internat məktəbində birlikdə oxumuşlar və həmin vaxtdanda Amili tanıyır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Aqua” markalı avtomobil ilə Abşeron rayonu Masazır kəndi ərazisində hərəkətdə olarkən xatırlamadığı ara küçələrin birində Qazel markalı avtomobilin yolun orta hissəsində təmirlə əlaqədar dayandığını görüb həmin avtomobilin yanından keçən zaman Amilin idarə etdiyi avtomobilin sağ yan güzgüsü ağaca dəymişdir. Amil avtomobilin pəncərəsindən başını çölə çıxarıb qışqıraraq hansı səbəbə görə avtomobili yolun ortasında saxlamağını və buna görə avtomobilin güzgüsünün ağaca dəyməsini, həmçinin avtomobili yolun ortasından kənara çəkməsini həmin Qazel sürücüsünə bildirmişdir. Qazel sürücüsüdə Amilin üstünə qışqırmağa başlamışdır. Amil isə ona avtomobildə ailə üzvlərinin olmasını deyərək söyüş söyməməyi bildirmiş, ondan sonra onlar arasında mübahisəsi baş vermiş və Amil avtomobildən yerə düşmüşdür. Onlar sözlə mübahisə edərək bir-birilərinə əl-qol atmaqla aralarında dava-dalaş baş vermişdir. Orada Qazel sürücüsnün yanında da, bir nəfər şəxs olmuşdur. Sonradan avtomobildən düşüb onları ayırmaq istədikdə, hər iki şəxsin sifət nahiyələri qan olduğunu görmüş, narahat olub onları ayırmağa çalışmışdır. Onları ayırarkən sonradan adını bildiyi Xəqani adlı şəxs Amili vurmaq istədikdə Amilə atdığı zərbələr sol qoluna və sol ayağına dəydiyindən xəsarət almışdır. Sonradan Amil əlində olan dəmir alətlə Xəqanin baş nahiyəsinə vurduğunu bilmişdir. Amilin dəmirlə Xəqanini vurma anın avtomobildən enərkən baş verdiyindən tam görə bilməmişdir. Zərərçəkmiş şəxs mübahisə zamanı Amilə “səndən əl çəkməyəcək, evini satdıracam” deməklə onu təhqir etmişdir, mübahisə ani baş vermiş 10 dəqiqə davam etmiş, orada hadisə iştirakçılarından başqa 2-3 nfər şəxs olmuş, mübahisə zamanı yolda avtomobillərin hərəkəti dayanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 canlı şəxsin ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 2443 saylı rəyinə əsasən: 1976-cı iı təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər başın təpə-gicganh nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı dəmir parçası ilə endirilmiş zərbəsinin təsirindən əmələ gələ bilməsi mümkündür; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 canlı şəxsin ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 2444 saylı rəyinə əsasən: 1988-ci iı təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər burun nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir;

3. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması” barədə 19 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Ramiq Əzimli tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 15 noyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilmiş, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır;

4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 21 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

6. “Cinayət əməlinin tövsif edilməsi” haqqında 18 aprel 2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir;

7. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir;

8. Abşeron rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 4(012)-203/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 aprel 2025-ci il tarixdən hesablanmaqla 02 ay 01 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Polis İdarəsinin İŞ-də istintaqı aparılmış Azərbaycann Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, bundan başqa Abşeron rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək 240 saat ictimai işlər cəzasına təyin edilmişdir;

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” X2 ambulator məhkəməpsixiatrik ekspertizasının 19 may 2025-ci il tarixli, 1601 saylı rəyinə əsasən məhkəməpsixiatrik ekspertizası üzrə: I. Motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; II. Yekun hissəsi: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur;

11. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, ona Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində Abşeron rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadələrin, MTE-nın rəyləri, 01 ədəd DVD disk və digər istintaq hərəkəti protokolları və digər rəsmi sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, onun cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən məcburi dayanmış, bu zaman gözləməli olduğu halda hərəkəti davam etdirməyə çaışan Təqsirləndirilən şəxs öz nəqliyyat vasitəsinin gügüsünü öz səhvinə görə qırmış, bundan Zərərçəkmiş şəxs məsul tutaraq onunla mübahisə etmiş, dava yaratmışdır. Onların bu hərəkətlərinə ətrafda olan şəxslər tərəfindənson verilməsinə baxmayaraq, o sakitləşməmiş, maşından dəmir açarı götürərək Zərərçəkmiş şəxs zərbə vurmaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən qismən etiraf edilsə də, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, o nəqliyyat vasitəsi idarə edən şəxs olaraq Zərərçəkmiş şəxs qarşı səbr və təmkin nümayiş etdirməli olduğu halda heç bir ciddi əsas və səbəb olmadan öz şəxsiyyətini qarşısındakı sürücünün şəxsiyyətindən üstün tutaraq ona qarşı xəsarət yetirməklə qeyd olunan əməli tötətmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir.Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları – zərərçəkmişə şəxslə barışığa nail olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 16 aprel 2025-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə məcəllədə sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirimi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirimi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Xırdalan şəhəri Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Xırdalan şəhəri Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar