Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-923/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət verən Zərərçəkmiş şəxs Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, məhkumluğu olmayan Abşeron rayonu,Novxanı qəsəbəsində qeydiyyatda olan və orada fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2025-ci il saat 20:50 radələrində yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində «yüngül» dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən ilə qısqanclıq, ailə məişət zəmnində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verdikdə həmin mübahisə əsnasında həmin ünvanda əsəbiləşib Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən başı (kəllə) ilə sonuncunun burun nahiyəsinə zərbə vuraraq Zərərçəkmiş şəxs burunun küt travması-burun nahiyəsinin şişkinlik halında qançırı, burun sümüklərinin qapalı yerdəyişən deformasiya olunmuş sınıqları burunla tənəffüsün pozulması ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü tam təqsirli bildi, məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Təhqiqatda cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, barəsində edilən şikayətlə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs ilə 2000-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2001-ci il təvəllüdlü Mehriban Fərmanova, 2006-cı il təvəllüdlü Fərmanov Natiq və 2007-ci il təvəllüdlü Elmira Fərmanova doğulmuşdur. İlk əvvəllər Aygünlə normal olaraq ailə həyatı yaşasalar da, daha sonra onun mütəmadi olaraq spirtli içki qəbul etməsi üstündə sözlə mübahisələri baş verir. xx.xx.2025-ci il tarixdə yenə də, evə gəlib spirtli içki qəbul etmiş, həmin tarixdə saat 20.50 radələrində evdə olan zaman arvadıAygün ilə aralarında mübahisə yaranmışdır. Mübahisənin yaranma səbəbi isəonun spirtili içki qəbul etməsi və divanda uzanaraq “Tik-Tok” sosial şəbəkəsində videolara baxmağı olmuşdur. Belə ki, Aygün mübahisə zamanı onun evdən çıxmağını tələb etmiş, o da Aygünəöz etirazını bildirərək əsəbiləşib ona yaxınlaşaraq baş nahiyəsi ilə Aygünün burnundan vuraraq xəsarət yetirmişdir. Həmin vaxt qızı Elmira onu sakitləşdirmiş, o da evdən çıxıb getmişdir. Baş vermiş mübahisə zamanı Aygünün onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini göstərmişdir. Məhkəmə hazırlıq iclasında şikayət vermiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2000-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, bu nikahdan 2001-ci il təvəllüdlü Fərmanova Mehriban, 2006-cı il təvəllüdlü Fərmanov Natiq və 2007-ci il təvəllüdlü Fərmanova Elmira doğulmuşdur. O, hazırda Novxanı kəndində fərdi olaraq dayə kimi çalışır. 17 may 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evə gəlmiş və həmin vaxt Namiq spirtili içkinin təsiri altında olmuşdur. Saat 20:50 radələrində Namiqlə aralarında mübahisə baş vermiş, mübahisəyə səbəb guya onun dayə kimi işlədiyi evdə ev sahibi ilə qeyri-rəsmi münasibətdə olmasıdır. Namiqin sözlərinə etiraz edib belə bir halın baş vermədiyini deyərkən Namiq bundan əsəbiləşib onun üzərinə gəlmiş və baş nahiyəsiilə onun burnundan qəsdən bir zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt evdə olan qızı Elmira atası Namiqi sakitləşdirmişdir. Namiq də bundan sonra evdən çıxıb getdiyini göstərmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X2 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 1151 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – burunun küt travması-burun nahiyəsinin şişkinlik halında qançırı, burun sümüklərinin qapalı yerdəyişən deformasiya olunmuş sınıqları burunla tənəffüsün pozulması ilə küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstəriən müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı kəllə ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 07 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 18 mart 2016-cı il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 01 (bir) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. 27 aprel 2016-cı ildə cəzasını tam çəkmişdir. Növbəti dəfə Abşeron rayon məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Sonuncu dəfə Abşeron rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, daha sonra xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmiş, yəni məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal şikayət verən şəxslə barışmaları müəyyən edilmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxslə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdaln şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-923/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-923/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver