Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-924/2024 26.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 2005-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X3 və xx xxxxx 2006-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran şəhəri, X8 küçəsi, ev 78/18, mənzil 15 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park y/k-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə dostları Təqsirləndirilən şəxs2 və X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 yanvar 2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Ailə” marketə birlikdə pəncərədən qanunsuz daxil olmuş və oradan hər birinin qiyməti 4 manat 50 qəpik olan 418,5 manat dəyərində 12 ədəd ağ qalın, 8 ədəd nazik, 9 ədəd göy qalın, 18 ədəd göy nazik, 7 ədəd qara qalın, 9 ədəd qara nazik, 22 ədəd ballı kompakt, 8 ədəd gold adlandırılan “Sobranie” markalı, hər birinin qiyməti 4 manat olan 308 manat dəyərində 7 ədəd göy kompakt, 16 ədəd boz kompakt, 15 ədəd boz nazik, 8 ədəd ağ nazik, 9 ədəd ballı nazik, 14 ədəd ballı kompakt, 8 ədəd mentol adlandırılan “Winston” markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 183,6 manat dəyərində 22 ədəd ağ kompakt, 12 ədəd ballı kompakt, 14 ədəd boz nazik, 6 ədəd göy kompakt adlandırılan “LD” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 117,8 manat dəyərində 8 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 14 ədəd boz nazik, 9 ədəd göy nazik adlandırılan “Winchester” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 281,4 manat dəyərində 23 ədəd nazik, 7 ədəd qalın adlandırılan “Kent 4” markalı, 8 ədəd nazik adlandırılan “Kent 1” markalı, 9 ədəd “Kent 8” markalı, 12 ədəd mentol adlandırılan “Kent” markalı, 8 ədəd “Dunhill” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 670,8 manat dəyərində 12 ədəd göy qalın, 8 ədəd qırmızı qalın, 9 ədəd göy kompakt, 8 ədəd qırmızı kompakt 8 ədəd göy nazik, 7 ədəd qırmızı nazik, 14 ədəd ballı nazik adlandırılan “Argo” markalı,8 ədəd ağ, 12 ədəd göy, 22 ədəd qara adlandırılan “Viceroy” markalı, 8 ədəd ağ kompakt, 9 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 20 ədəd ağ nazik, 22 ədəd boz nazik, 8 ədəd qara nazik adlandırılan “Magna” markalı, 8 ədəd göy kompakt, 6 ədəd qırmızı kompakt, 9 ədəd göy nazik, 12 ədəd ağ nazik, 14 ədəd qızılı,10 ədəd portağal, 8 ədəd göy mentol, 9 ədəd yaşıl mentol adlandırılan “Keno” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 198,4 manat dəyərində 12 ədəd boz, 10 ədəd göy, 8 ədəd sarı adlandırılan “Rothmans” markalı, 12 ədəd boz, 14 ədəd mentol, 8 ədəd ağ adlandırılan “Palmall” markalı,hər birinin qiyməti 3 manat 40 qəpik olan 268,6 manat dəyərində 10 ədəd sarı, 12 ədəd boz kompakt, 8 ədəd göy kompakt, 9 ədəd mentol, 8 ədəd qarpız, 18 ədəd ağ nazik, 14 ədəd boz nazik adlandırılan “Davidoff” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 241,8 manat dəyərində 10 ədəd boz, 10 ədəd göy adlandırılan “Vegas” markalı, 12 ədəd qalın, 9 ədəd boz nazik adlandırılan “West” markalı, 10 ədəd göy, 10 ədəd sarı adlandırılan “Prima” markalı, 8 ədəd boz, 7 ədəd göy kompakt, 9 ədəd qırmızı kompakt, 8 ədəd göy nazik adlandırılan “Kingston” markalı, hər birinin qiyməti 2 manat 80 qəpik olan 148,4 manat dəyərində 8 ədəd boz, 10 ədəd qızılı adlandırılan “Senati” markalı, 8 ədəd göy uzun, 9 ədəd boz uzun, 18 ədəd boz kompakt adlandırılan “Classic” markalı, hər birinin qiyməti 2 manat 90 qəpik olan 176,9 manat dəyərində 10 ədəd qırmızı kompakt, 9 ədəd göy kompakt, 10 ədəd qırmızı nazik, 8 ədəd göy nazik, 9 ədəd boz nazik, 9 ədəd yaşıl mentol və 6 ədəd qırmızı mentol adlandırılan “Want” markalı tütün məmulatlarını, hər birinin qiyməti 1 manat 80 qəpik olan 21,6 manat dəyərində 12 ədəd “Alpen gold” şokoladı, hər birinin qiyməti 2 manat olan 20 manat dəyərində 10 ədəd böyük “Snickers”şokoladı, hər birinin qiyməti 1 manat 50 qəpik olan 21 manat dəyərində 14 ədəd balaca “Snickers” şokoladı, hər birinin qiyməti 1 manat olan 20 manat dəyərində 20 ədəd “Orbit” markalı saqqız, hər birinin qiyməti 8 manat olan 32 manat dəyərində 4 ədəd “Head and shoulders” markalı saç şampunu, hər birinin qiyməti 6 manat olan 24 manat dəyərində 4 ədəd 1 kiloqramlıq “Ana-bala” yağı, hər birinin qiyməti 50 qəpik olan 12,5 manat dəyərində 25 ədəd alışqanı, 140 manat nağd pulu, cəmi 3305,30 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3305,30 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə dostları Təqsirləndirilən şəxs1 və X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 27 yanvar 2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Ailə” marketə birlikdə pəncərədən qanunsuz daxil olmuş və oradan hər birinin qiyməti 4 manat 50 qəpik olan 418,5 manat dəyərində 12 ədəd ağ qalın, 8 ədəd nazik, 9 ədəd göy qalın, 18 ədəd göy nazik, 7 ədəd qara qalın, 9 ədəd qara nazik, 22 ədəd ballı kompakt, 8 ədəd gold adlandırılan “Sobranie” markalı, hər birinin qiyməti 4 manat olan 308 manat dəyərində 7 ədəd göy kompakt, 16 ədəd boz kompakt, 15 ədəd boz nazik, 8 ədəd ağ nazik, 9 ədəd ballı nazik, 14 ədəd ballı kompakt, 8 ədəd mentol adlandırılan “Winston” markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 183,6 manat dəyərində 22 ədəd ağ kompakt, 12 ədəd ballı kompakt, 14 ədəd boz nazik, 6 ədəd göy kompakt adlandırılan “LD” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 117,8 manat dəyərində 8 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 14 ədəd boz nazik, 9 ədəd göy nazik adlandırılan “Winchester” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 281,4 manat dəyərində 23 ədəd nazik, 7 ədəd qalın adlandırılan “Kent 4” markalı, 8 ədəd nazik adlandırılan “Kent 1” markalı, 9 ədəd “Kent 8” markalı, 12 ədəd mentol adlandırılan “Kent” markalı, 8 ədəd “Dunhill” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 670,8 manat dəyərində 12 ədəd göy qalın, 8 ədəd qırmızı qalın, 9 ədəd göy kompakt, 8 ədəd qırmızı kompakt 8 ədəd göy nazik, 7 ədəd qırmızı nazik, 14 ədəd ballı nazik adlandırılan “Argo” markalı,8 ədəd ağ, 12 ədəd göy, 22 ədəd qara adlandırılan “Viceroy” markalı, 8 ədəd ağ kompakt, 9 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 20 ədəd ağ nazik, 22 ədəd boz nazik, 8 ədəd qara nazik adlandırılan “Magna” markalı, 8 ədəd göy kompakt, 6 ədəd qırmızı kompakt, 9 ədəd göy nazik, 12 ədəd ağ nazik, 14 ədəd qızılı,10 ədəd portağal, 8 ədəd göy mentol, 9 ədəd yaşıl mentol adlandırılan “Keno” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 198,4 manat dəyərində 12 ədəd boz, 10 ədəd göy, 8 ədəd sarı adlandırılan “Rothmans” markalı, 12 ədəd boz, 14 ədəd mentol, 8 ədəd ağ adlandırılan “Palmall” markalı,hər birinin qiyməti 3 manat 40 qəpik olan 268,6 manat dəyərində 10 ədəd sarı, 12 ədəd boz kompakt, 8 ədəd göy kompakt, 9 ədəd mentol, 8 ədəd qarpız, 18 ədəd ağ nazik, 14 ədəd boz nazik adlandırılan “Davidoff” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 241,8 manat dəyərində 10 ədəd boz, 10 ədəd göy adlandırılan “Vegas” markalı, 12 ədəd qalın, 9 ədəd boz nazik adlandırılan “West” markalı, 10 ədəd göy, 10 ədəd sarı adlandırılan “Prima” markalı, 8 ədəd boz, 7 ədəd göy kompakt, 9 ədəd qırmızı kompakt, 8 ədəd göy nazik adlandırılan “Kingston” markalı, hər birinin qiyməti 2 manat 80 qəpik olan 148,4 manat dəyərində 8 ədəd boz, 10 ədəd qızılı adlandırılan “Senati” markalı, 8 ədəd göy uzun, 9 ədəd boz uzun, 18 ədəd boz kompakt adlandırılan “Classic” markalı, hər birinin qiyməti 2 manat 90 qəpik olan 176,9 manat dəyərində 10 ədəd qırmızı kompakt, 9 ədəd göy kompakt, 10 ədəd qırmızı nazik, 8 ədəd göy nazik, 9 ədəd boz nazik, 9 ədəd yaşıl mentol və 6 ədəd qırmızı mentol adlandırılan “Want” markalı tütün məmulatlarını, hər birinin qiyməti 1 manat 80 qəpik olan 21,6 manat dəyərində 12 ədəd “Alpen gold” şokoladı, hər birinin qiyməti 2 manat olan 20 manat dəyərində 10 ədəd böyük “Snickers” şokoladı, hər birinin qiyməti 1 manat 50 qəpik olan 21 manat dəyərində 14 ədəd balaca “Snickers” şokoladı, hər birinin qiyməti 1 manat olan 20 manat dəyərində 20 ədəd “Orbit” markalı saqqız, hər birinin qiyməti 8 manat olan 32 manat dəyərində 4 ədəd “Head and shoulders” markalı saç şampunu, hər birinin qiyməti 6 manat olan 24 manat dəyərində 4 ədəd 1 kiloqramlıq “Ana-bala” yağı, hər birinin qiyməti 50 qəpik olan 12,5 manat dəyərində 25 ədəd alışqanı, 140 manat nağd pulu, cəmi 3305,30 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3305,30 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs X5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 26 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış massivinin həyətində dostları X2 və Təqsirləndirilən şəxs2 ilə söhbət edirmiş, həmin vaxt kompleksin həyətində bir qədər gəzdikdən sonra Bayram onlara 250 manat pul borcunun olduğunu bildirmiş və onlardan həmin pulu tapmaqda köməklik etməklərini xahiş etmişdir. Onlarda da həmin pul olmadığından oğurluq etmək qərarına gəlmişlər. Bayram AAAF park yaşayış kompleksində yerləşən “Ailə” marketdən oğurluq etməyi təklif etmişdir. O və Məhəmməd razılıq verdikdən sonra 27 yanvar 2024-cü il tarixdə saat 04 radələrində həmin ünvana getmişlər. Marketin yanına çatdıqdan sonra marketin arxa tərəfinə keçmiş, dükanın pəncərəsinin əvvəlcədən işləmədiyini bildiyi üçün dükana pəncərədən daxil ola biləcəklərini bildirmişdir. Bundan sonra üzərlərində olan papaqdan maska düzəldib geyinmiş, əllərinə isə əlcək geyindikdən sonra dükanın arxasında olan qaz borusuna dırmaşmaqla marketə daxil olmuşlar. Marketə əvvəlcə Məhəmməd, daha sonra isə Bayram və o daxil olmuşdur. Dükanda olan sellofan torbaları götürmüş və o kassaya yaxınlaşaraq kassada olan kağız pulları cibinə, masanın üzərindəki qabda olan qəpik pulları isə oğurlayıb sellofan torbaya yığmışdır. Məhəmməd və Bayram isə dükandan siqaretləri oğurlayıb sellofan torbalara yığmışlar. Onlar dükana daxil olduqları yerdən çıxıb AAAF yaşayış kompleksinin həyətinə getmişlər. Oğurlayaraq sellofan torbalara yığdıqları əşyaları Bayramın yaşadığı evinin həyətinə qoymuş və götürdüyü kağız pulları sayan zaman 100 manat olduğu ona məlum olmuşdur. Həmin kağız pulları da, qəpik pullarıda Bayrama vermişdir. Lakin qəpik pulları saymamışdır. 100 manat pulun 25 manatını Məhəmməd götürmüş, qalan pul isə Bayram da qalmışdır. Sellofan torbalara baxan zaman isə torbalarda siqaretlərdən başqa, şokolad, saqqız, şampun, alışqan və yağ olduğunu görmüşdür. Bayrama pul lazım olduğu üçün oğurladıqları əşyaları sonuncunun evində saxlamışlar ki, Bayram satsın və əldə etdiyi pul ilə borcunu qaytarsın.Sonradan ona məlum olmuşdur ki, Bayram siqaretləri həmin gün yəni 27 yanvar 2024-cü il tarixdə satmışdır. Sonuncu əldə etdiyi pulun 100 manatını Məhəmmədə, 30 manatını isə ona vermişdir. O, Bayramın siqaretləri kimə satdığını bilməmişdir. Sonda əməlindən peşman olduğunu, zərərçəkənə dəyən ziyanı ödədoklərini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış massivinin həyətində dostları X2 və Təqsirləndirilən şəxs1 ilə söhbət edirmiş. Həmin vaxt kompleksin həyətində bir qədər gəzdikdən sonra Bayram onlara 250 manat pul borcunun olduğunu bildirmiş və onlardan həmin pulu tapmaqda köməklik etmələrini xahiş etmişdir. Onlarda da həmin pul olmadığından oğurluq etmək qərarına gəlmişlər. Bayram AAAF park yaşayış kompleksində yerləşən “Ailə” marketdən oğurluq etməyi təklif etmişdir. O və Firad razılıq verdikdən sonra 27 yanvar 2024-cü il tarixdə saat 04 radələrində həmin ünvana getmişlər. Marketin yanına çatdıqdan sonra marketin arxa tərəfinə keçmişlər, həmin vaxt Firad dükanın pəncərəsinin işləmədiyini və dükana pəncərədən daxil ola biləcəklərini bildirmişdir. Bundan sonra üzərlərində olan papaqdan maska düzəldib geyindikdən sonra əllərinə də əlçək geyinib dükanın arxasında olan qaz borusuna dırmaşmaqla marketə daxil olmuşlar. Marketə əvvəlcə o, daha sonra isə Bayram və Firad daxil olmuşdur. Dükanda olan sellofan torbaları götürmüş və siqaretləri götürüb torbalara yığmışdır. Firad kassada olan pulları oğurlayırmış, Bayram isə dükandan siqaretləri oğurlayaraq sellofan torbalara yığmışdır. Onlar dükana daxil olduqları yerdən çıxıb AAAF yaşayış kompleksinin həyətinə getmişlər. Oğurlayaraq sellofan torbalara yığdıqları əşyaları Bayramın yaşadığı evinin həyətinə qoymuşlar və Firad götürdüyü kağız pulları sayan zaman 100 manat olduğu onlara məlum olmuşdur. Həmin kağız pulları da, qəpik pullarıda Firad Bayrama vermişdir. Lakin qəpik pulları saymamışlar. 100 manat pulun 25 manatını o götürmüş, qalan pul isə Bayram da qalmışdır. Sellofan torbalara baxan zaman isə torbalarda siqaretlərdən başqa, şokolad, saqqız, şampun, alışqan və yağ olduğunu görmüşdür. Bayrama pul lazım olduğu üçün oğurladıqları əşyaları sonuncunun evində saxlamışlar ki, Bayram satsın və əldə etdiyi pul ilə borcunu qaytarsın.Sonradan ona məlum olmuşdur ki, Bayram siqaretləri həmin gün yəni 27 yanvar 2024-cü il tarixdə satmışdır. Sonuncu əldə etdiyi pulun 100 manatını ona, 30 manatını isə Firada vermişdir. Bayramın siqaretləri kimə satdığı barədə məlumatı olmamışdır. Sonda əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 və X6 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onlardan şikayət və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında yaşayır və həmin yaşayış kompleksində bina 11-də yerləşən “Ailə” marketi icarə əsasında işlədir. Marketi hər gün saat 08-də açır və saat 02-03 radələrində bağlayır. 27 yanvar 2024-cü il tarixdə də marketi saat 03 radələrində bağlayıb evə getmiş və həmin tarixdə saat 08 radələrində marketi açdıqda marketdən oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Belə ki, naməlum şəxslər marketə marketin arxasındakı pəncərəni açmaqla daxil olmuş və marketdən hər birinin qiyməti 4 manat 50 qəpik olan 12 ədəd ağ qalın, 8 ədəd nazik, 9 ədəd göy qalın, 18 ədəd göy nazik, 7 ədəd qara qalın, 9 ədəd qara nazik, 22 ədəd ballı kompakt, 8 ədəd gold adlandırılan “Sobranie” markalı, hər birinin qiyməti 4 manat olan 7 ədəd göy kompakt, 16 ədəd boz kompakt, 15 ədəd boz nazik, 8 ədəd ağ nazik, 9 ədəd ballı nazik, 14 ədəd ballı kompakt, 8 ədəd mentol adlandırılan “Winston” markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 22 ədəd ağ kompakt, 12 ədəd ballı kompakt, 14 ədəd boz nazik, 6 ədəd göy kompakt adlandırılan “LD” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 8 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 14 ədəd boz nazik, 9 ədəd göy nazik adlandırılan “Winchester” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 23 ədəd nazik, 7 ədəd qalın adlandırılan “Kent 4” markalı, 8 ədəd nazik adlandırılan “Kent 1” markalı, 9 ədəd “Kent 8” markalı, 12 ədəd mentol adlandırılan “Kent” markalı, 8 ədəd “Dunhill” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 12 ədəd göy qalın, 8 ədəd qırmızı qalın, 9 ədəd göy kompakt, 8 ədəd qırmızı kompakt 8 ədəd göy nazik, 7 ədəd qırmızı nazik, 14 ədəd ballı nazik adlandırılan “Argo” markalı, 8 ədəd ağ, 12 ədəd göy, 22 ədəd qara adlandırılan “Viceroy” markalı, 8 ədəd ağ kompakt, 9 ədəd boz kompakt, 7 ədəd göy kompakt, 20 ədəd ağ nazik, 22 ədəd boz nazik, 8 ədəd qara nazik adlandırılan “Magna” markalı, 8 ədəd göy kompakt, 6 ədəd qırmızı kompakt, 9 ədəd göy nazik, 12 ədəd ağ nazik, 14 ədəd qızılı,10 ədəd portağal, 8 ədəd göy mentol, 9 ədəd yaşıl mentol adlandırılan “Keno” markalı, hər birinin qiyməti 3 manat 10 qəpik olan 12 ədəd boz, 10 ədəd göy, 8 ədəd sarı adlandırılan “Rothmans” markalı, 12 ədəd boz, 14 ədəd mentol, 8 ədəd ağ adlandırılan “Palmall” markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan 10 ədəd sarı, 12 ədəd boz kompakt, 8 ədəd göy kompakt, 9 ədəd mentol, 8 ədəd qarpız, 18 ədəd ağ nazik, 14 ədəd boz nazik adlandırılan “Davidoff” markalı, hər birinin qiyməti 2 manat 60 qəpik olan 10 ədəd boz, 10 ədəd göy adlandırılan “Vegas” markalı, 12 ədəd qalın, 9 ədəd boz nazik adlandırılan “West” markalı, 10 ədəd göy, 10 ədəd sarı adlandırılan “Prima” markalı, 8 ədəd boz, 7 ədəd göy kompakt, 9 ədəd qırmızı kompakt, 8 ədəd göy nazik adlandırılan “Kingston” markalı, hər birinin qiyməti 2 manat 80 qəpik olan 8 ədəd boz, 10 ədəd qızılı adlandırılan “Senati” markalı, 8 ədəd göy uzun, 9 ədəd boz uzun, 18 ədəd boz kompakt adlandırılan “Classic” markalı, hər birinin qiyməti 2 manat 90 qəpik olan 10 ədəd qırmızı kompakt, 9 ədəd göy kompakt, 10 ədəd qırmızı nazik, 8 ədəd göy nazik, 9 ədəd boz nazik, 9 ədəd yaşıl mentol və 6 ədəd qırmızı mentol adlandırılan “Want” markalı tütün məmulatları, hər birinin qiyməti 1 manat 80 qəpik olan 12 ədəd “Alpen gold” şokoladı, hər birinin qiyməti 2 manat olan 10 ədəd böyük “Snickers”şokoladı, hər birinin qiyməti 1 manat 50 qəpik olan 14 ədəd balaca “Snickers” şokoladı, hər birinin qiyməti 1 manat olan 20 ədəd “Orbit” markalı saqqız, hər birinin qiyməti 8 manat olan 4 ədəd “Head and shoulders” markalı saç şampunu, hər birinin qiyməti 6 manat olan 4 ədəd 1 kiloqramlıq “Ana-bala” yağı, hər biri 50 qəpik olan 25 ədəd alışqanı və 140 manat nəğd pulu oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3305 manat 30 qəpik məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsinin baş verdiyini gördükdən sonra oğlu Şahid zəng edib sonuncunu marketə çağırmışdır. Bundan sonra Şahid Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır və Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi bina 11 yerləşən “Ailə” marketi icarə əsasında işlədir. 27 yanvar 2024-cü il tarixdə saat 09 radələrində evdə olduğu zaman atası istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək icarə əsasında işlətdiyi marketdən oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. O da dərhal marketə getmiş və həqiqətəndə oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Atasından marketdən neçə manat dəyərində oğurluq hadisəsinin baş verdiyini soruşduqda, təxminən 3000 manat civarında olduğunu bildirmişdir.Bundan sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində atası Zərərçəkmiş şəxs 3305,30 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, marketdən 140 manat nəğd pul, tütün məmulatları, saqqız, alışqan, şampun yağ və şokolad oğurlanmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, X5 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onların özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, X5 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X5 məhkum olunmamışdır. Məhkəmədə X3 zərərçəkənə dəyən ziyanı ödəməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmədə X3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X4 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saxlanılaraq İstintaq şöbəsinə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə istintaq orqanı tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, X4 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 2 ünvanını saat 22:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 vurulmuş ziyanın ödənilməsi və cinayəti törədən zaman yetkinlik yaşına çatmayan şəxs olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu AAF Park y/k ərazisindəki evi ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə 27 yanvar 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərinin əks olunduğu iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş bir ədəd “DVD” disk iş materiallarında saxlanmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X4 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. X4 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə ünvan 2 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X3 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park y/k yaşadığı evi ünvanını saat 22:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 27 yanvar 2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərinin əks olunduğu iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Məhkəmə baxışı zamanı X4 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-924/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-924/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver