Məhkəmə qərarları › İş №1(012)-924/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-924/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-924/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Qüdrət oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Xanabad Ərazi Dairəsi, Xanabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu X3, oğlu X2 təhsil aldığı Türkiyə Respublikasının Yozqat Bozat üniversitetindən Bakı Texniki Universitetinə yerdəyişmə etdirəcəyinə dair yalandan vəd verib aldadaraq bu niyyətlə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Vedi” adlı kafedə 1285 manat, xx.xx.2023-cü il tarixdə saat 23:03 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən “Araz Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə onun 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 700 manat, xx.xx.2023cü il tarixdə saat 21:52 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən “Tufan-2” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****8005 nömrəli “Birkart” kart hesabına göndərdiyi 100 manat, xx.xx.2023-cü il tarixdə saat 15:49 dəqiqədə ünvan 1 ünvanında yerləşən “Grandmart” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 700 manat, xx.xx.2023-cü il tarixdə saat 12:21 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən “Tufan-2” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 270 manat, xx.xx.2023-cü il tarixdə saat 21:08 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 45 manat, xx.xx.2023-cü il tarixdə saat 12:02 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 80 manat, xx.xx.2023-cü il tarixdə saat 11:02 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 50 manat, xx.xx.2023-cü il tarixdə saat 11:02 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 20 manat, xx.xx.2023-cü il tarixdə saat 14:45 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 20 manat, xx.xx.2023-cü il tarixdə saat 18:11 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə saat 23:38 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən “Araz Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkar” kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 12:57 dəqiqədə ünvan 2 ünvanında yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 200 manat, xx.xx.2023-cü il tarixdə saat 17:26 dəqiqədə ünvan 2 ünvanında yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına göndərdiyi 130 manat olmaqla, ümumilikdə 4800 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş X3 ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Xocalı rayonu, Xanabad Ərazi Dairəsi, Xanabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır. O, bir neçə ildir ki, “İnstagram” sosial şəbəkəsində “Qreat Xaricdə Təhsil” profili yaradaraq Xaricdə təhsil almaq istəyənlərə köməklik göstərmişdir. X5 2023-cü ilin fevral ayında onunla “İnstagram” sosial şəbəkəsində əlaqə yaradaraq oğlu X2 Türkiyə Respublikasının Yozqat Bozat Universitetində oxuduğunu və həmin universitetdən Bakı Texniki Universitetinə yerdəyişmə etmək istədiyini və ona bununla əlaqədar köməklik göstərməsini xahiş etmişdir. O da Telmana bununla əlaqədər işi görmək üçün ümumilikdə 4500 manat həll edəcəyni bildirsə də sonradan Telmandan hissə-hissə olmaqla ümumilikdə 4800 manat pul almışdır. Həmin pulu aldıqdan sonra Telmanın oğlu Altayı Türkiyə Respublikasının Yozqat Bozat Universitetində Bakı Texniki Universitetinə yerdəyişmə etdirə bilməmişdir. Ona görə də həmin pulları öz ehtiyaclarına xərcləmişdir.Bildirmişdir ki, Telman ona verdiyi pulun çox hissəsinin ona məxsus “Kapital Bank”a aid kart hesabına göndərmiş, bir hissəsini isə onunla görüşüb ona əlbəəl olaraq nağd vermişdir. Bildirmişdir ki, o, Telmandan aldığı puldan heç kimə heç nə verməmişdir. Telman ona pul verən zaman yanlarında heç kim olmamışdır. O, etdiyi əməlindən səmimi peşman olmuşdur. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı maddi imkanı olmaması səbəbindən ödəyə bilməməsini bildirərək müddət keçməsi ilə əlaqədar barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə elan olunmuş zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Qüdrət oğlu ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Xanagah kəndində qeydiyytda olmaqla ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. X4 onun oğludur. X8 Respublikasının Yozqar şəhəri Bozok universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi fakultəsində oxuyur. O da Altayı Azərbaycan Respublikasında yerləşən Texniki Universitetə dəyişmək istəmişdir ki, təhsilini burada davam etsin. Bununla əlaqədar internetdə “Qreat Xaricdə Təhsil” şirkətinin əməkdaşı ilə əlaqə saxlamışdır. Həmin vaxtı özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun oğlunun sənədlərini aldıqdan sonra ona demişdir ki, “oğlunu Azərbaycan Texniki Universitetinə dəyişə bilər”. Bunun müqabilində ondan 4800 manat pul istəmişdir. O da Telmanla danışdıqdan sonra razılaşmışdır. Sonra onlar görüş təyin etmişlər ki, görüşüb ətraflı danışsınlar. xx.xx.2023cü il tarixdə saat 15 radələrində o, Təqsirləndirilən şəxs ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Vedi” adlı kafedə görüşüb söhbət etmiş, həmin vaxt o, Nurəddinə 1285 manat pul vermişdir. Nurəddin ondan pulu aldıqdan sonra ona kart hesabı verib demişdir ki, “qalan pulu bu kartlara göndərərsən”. O da razılaşıb Nurəddindən ayrılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə saat 23:03 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən “Araz Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 700 manat, xx.xx.2023-cü il tarixdə saat 21:52 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən “Tufan-2” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****8005 nömrəli “Birkart” kart hesabına 100 manat, xx.xx.2023-cü il tarixdə saat 15:49 dəqiqədə ünvan 1 ünvanında yerləşən “Grandmart” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 700 manat, xx.xx.2023-cü il tarixdə saat 12:21 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində yerləşən “Tufan-2” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 270 manat, xx.xx.2023-cü il tarixdə saat 21:08 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 45 manat, xx.xx.2023-cü il tarixdə saat 12:02 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 80 manat, xx.xx.2023-cü il tarixdə saat 11:02 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə saat 11:02 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 20 manat, xx.xx.2023-cü il tarixdə saat 14:45 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 20 manat, xx.xx.2023-cü il tarixdə saat 18:11 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “MPAY” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 200 manat, xx.xx.2023-cü il tarixdə saat 23:38 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən “Araz Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkar” kart hesabına 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 12:57 dəqiqədə ünvan 2 ünvanında yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 200 manat, xx.xx.2023-cü il tarixdə saat 17:26 dəqiqədə ünvan 2 ünvanında yerləşən “Bravo Market” adlı mağazada quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 41697388****6001 nömrəli “Birkart” kart hesabına 130 manat pul köçürdüm. Lakin sonradan Nurəddin verdiyi vədə əməl etməyib onun oğlunu Azərbaycan Respublikasına təhsilini davam etmək üçün dəyişə bilməmişdir. O da Nurədindən pulunu tələb etdikdə Nurəddin müxtəlif bəhanələrlə o, pulunu qaytarmamışdır. Bundan sonra O da Nurəddinin barəsində şikayət etmişdir. Hazırda ziyan ödənilməmiş və təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır.

2. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Qüdrət oğlu ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.

4. “İttiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.

5. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 20 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon polis şöbəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə araşdırılan material xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73.2 maddələrinə əsasən rədd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73-1.2 maddələrinə əsasən xitam edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər polis idarəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73-1.2 maddələrinə əsasən xitam edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Neftçala rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73-1.1 maddələrinə əsasən xitam edilmişdir.

6. “Axtarışda olan şəxsin tutulması” barədə 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir.

7. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir.

8. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.

9. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü qiymətləndirilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 1(012)-924/2025 saylı, 11 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.

11. “Axtarışda olan şəxsin tutulması haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə tutulmuşdur.

12. 15 oktyabr 2025-ci il tarixli Abşeron Rayon Məhkəməsinin qərarı ilə iş üzrə icraat təzələnmişdir

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Verilmiş ittihamda və tərəflərin ibtidai istintaqa verdikləri ifadələrdə sonuncu ödənişin 18 iyul 2023-cü il tarixdə edilməsi müəyyən olunmuş, həmçinin cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılma müddətlərinin cəminin 02 ay 08 gün olduğundan cinayət əməlinin törədilməsindən iki ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir, odur ki, təqsirləndirilən şəxs və müdafiəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə baxışının gedişində dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda, məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxsnın müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Museyib oğluna 20 iş saatı üçün 220 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Museyib oğluna məhkəmədə iştirak etdiyi 20 saata 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, növbəti gün qərar qüvvəyə minir.

Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar