Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-93/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası, Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, fərdi əməklə məşğul olan, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, 1-ci küçədə qeydiyyatda olmaqla yaşayan, ibtidai istintaqda barəsində polisin nəzarət altına vermə qətimkan seçilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2020ci il tarixdə saat təxminən 21 radələrində Zərərçəkmiş şəxsun icarəyə işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən ərzaq mağazasından 180 (yüz səksən) manat pulunu onun gözü qarşısında götürüb oradan qaçaraq Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs üzdən tanıyır onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində Xırdalan şəhəri ərazisində yerləşən Kristal 1 yaşayış kompleksinin yaxınlığında yerləşən mağazanın qarşısından piyada tək keçirmiş. Həmin vaxtı o, yolun kənarında həyətin içərisində yerləşən mağazadan şirniyyat almaq məqsədi ilə mağazaya tək daxil olmuş şirniyyat almış sonra isə şirniyyatın pulunu çıxmaq məqsədi ilə satıcıya 50 manata pul vermişdir. Satıcı şirniyyatın 5 manat pulunu çıxıb ona 45 manat pul gətirib verən zaman o, həmin vaxtı onun əlindən 45 manat xırda pulu 50 manatı vermədən götürüb qaçmışdır. Mağazanın icarəyə işlədən Rafiq adlı şəxsin yalan danışdığını onun Rafiq adlı şəxsin icarəyə işlətdiyi mağazanın kassasından pul götürmədiyini sadəcə olaraq onun mağazanı işlədən şəxsin əlindən mağaza işlədən şəxsin ona vermək istədiyi 45 manat pulu götürüb qaçmışdır. Mağazanın kassasından pul götürmədiyini, mağaza işlədən şəxsin onun üstünə şər böhtan atdığını qeyd etmişdir. Mağazaya daxil olan zaman yanında heç kimin olmadığını, mağazaya tək daxil olduğunu və çöldə də onu heç kimin gözləmədiyini göstərib bu barədə də mağazanı işlədən Rafiq adlı şəxsin yalan danışdığını bildirmişdir. Baş vermiş soyğunçuluq hadisəsini tək etdiyini də qeyd etmişdir. Mağazanı işlədən şəxsin əlindən pulu götürdükdən sonra qaçıb çıxıb getdiyini bildirmişdir. Eyni zamanda Rafiq adlı şəxsin mağazasından soyğunçuluq yolu ilə əldə etdiyi 45 manat pulu öz ehtiyyaclarına xərclədiyinidə göstərmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tərəfindən tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi dalan 7-də ailəsi ilə birlikdə kirayə yaşayır. Yaşadığı evin həyətində balaca tikilidə ərzaq mağazası işlədir. Həmin mağazadada satıcı özü işləyir. xx.xx.2020-ci il tarixdə mağazadan 180 manat pulunun oğurlanması barədə məlumatı özü vermişdir. Belə ki, xx.xx.2020ci il tarixdə saat təxminən 21:15 radəsində mağazada tək olan zaman tanımadığı 25-30 yaş arasında bir cavan oğlan tək mağazaya daxil olaraq ondan şiriniyyat istəmişdir. Onun sifarişi ilə şirniyyat çəkmişdir. Bu zaman çöldə onunla birlikdə gələn tanımadığı şəxs uca səslə onu çağırmış və ona demişdir ki, 1 kq-da konfet də alarsan. Həmin vaxtı onlar ikisidə mağazaya daxil olub konfetdə çəkmişdir. Onlar mağazaya daxil olduqdan sonra o, 50 manata xırda istəmişdir. O, isə kassadan 50 manat xırda pul sayıb götürüb ki, ona verib pulunu xırdalasın. O, həmin vaxtı konfet yığarkən həmin şəxs qəflətən kassada olan 180 (yüz səksən) manat pulu götürüb mağazadan qaçmışdır. O, isə onun arxası ilə qaçsa da o, Kristal 1 yaşayış kompleksinin həyətinə daxil olub oradan qaçdığı üçün onu gözündən itirmişdir. Bundan sonra o, onu nəqədər axtarsa da tapa bilməmişdir. Mağazaya tək qayıdıb DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurlanmış pulunun 4 ədəd 20-lik əskinaz, 7 ədəd isə 10-luq, 5-ədəd 5-lik, 5 ədəd isə 1lıq əskinazlar olmaqla oğurluq nəticəsində ona 180 manat ziyan dəymişdir. Həmin vaxtı mağazadan soyğunçuluq edən şəxsin ona xəsarət yetirmədiyinidə qeyd etmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Abşeron rayonu polis idarəsinin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində Zərərçəkmiş şəxsun icarəyə işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən ərzaq mağazanın kassasından Zərərçəkmiş şəxs gözünün qarşısında ona məxsus 180 manat pulunun naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilməsi ilə əlaqədar xidməti ərazisində həmin şəxsin müəyyən edilməsi istiqamətində əlaqəsində olan şəxslərlə əlaqə saxlamışdır. Həmin cinayət hadisəsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məlumat daxil olmuşdurki, xx.xx.2020-ci il tarixdə axşam saat 21 radələrində Xırdalan şəhərində Zərərçəkmiş şəxs icarəyə işlətdiyi ərzaq mağazasından ona qarşı soyğunçuluq cinayətini törətməsində Abşeron rayonu Xırdalan şəhəri V.Axundov küçəsi, ev 93-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şübhəlidir. Bundan sonra ona daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib onu həmin cinayət hadisəsində şübhəli kimi gətirib RPİ-nin İŞ-nə təhvil verərək bu barədə raport yazmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2020-ci il tarixdə Bəkirov Rəsul Eyvaz oğlu şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamə arayışdan görünür ki, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-527/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət Abşeron rayon prokuroru Rahib Seyidov tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin əvəzini ödəməklə onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəza təyin edərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 4(012)-527/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyindən, cəza təyin edilərkən nəzərə alınmalı və ibtidai istintaqda seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir . İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 04 gününə hesablanaraq, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 4(012)-527/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və və barəsində hazırki iş üzrə ibtidai istintaqda seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-93/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-93/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver