Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-93/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 2000-ci il tarixdə Lerik rayonu, Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi X2 məxsus **-EC-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili satmaq hüququ olmadan satacağına dair yalandan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxsla görüşüb, yalandan həmin avtomobilin qardaşına məxsus olduğunu deyib birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF park” yaşayış kompleksinə gəlib orada Zərərçəkmiş şəxs ilkin olaraq 1200 (min iki yüz) manat pul alaraq guya qardaşının razılığını almaq üçün yaxınlıqdakı binaya daxil olub gözləmiş, onun telefon zənginə əsasən sonuncu da həmin binanın üçüncü mərtəbəsinə qalxdıqdan sonra o, binadan çıxıb uzaqlaşaraq Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Fiziki və psixi cəhətdən sağlamdır. 2022-ci ilin iyun ayı borcu olduğu üçün xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi **- EC-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobili satmaq barədə elan yerləşdirib bu yolla kimisə aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Buna görə də Turbo.az saytına həmin avtomobili ilkin ödənişi 1000 manat olaraq, geriyə qalan məbləği isə 23 ay olmaqla aylıq 560 manata satmaq barədə elan yerləşdirmişdir. Bir neçə nəfər şəxs zəng etsə də real alıcı çıxmamış, xx.xx.2022-ci il tarixdə Famil adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək avtomobili almaq istədiyini bildirmişdir. Buna görə də onlar xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Famil və onun atası ilə Lökbatan qəsəbəsində görüşmüşlər. İlkin ödəniş olaraq 800 manat, ilk ayın ödənişi olaraq isə 400 manat ödəmək barədə orada razılaşdıqdan sonra o Famil və atası Nazimə avtomobilin qardaşına məxsus olduğunu və qardaşının razılığını almaq üçün Abşeron rayonu, Xırdalan şəhərinə getməli olduqlarını bildirmişdir. Buna görə də onlar birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksinin həyətinə gəlmişlər. X6 Səfərovdan 1200 manat pul alaraq binalardan birinə girib gizlənmiş, bir neçə dəqiqə gözlədikdən sonra Familə zəng edərək qardaşının razılığını aldığını və üçüncü mərtəbəyə qalxmaqlarını xahiş etmişdir. Famil atası Nazimlə birlikdə yuxarı qalxdıqdan sonra o, çölə çıxaraq avtomobilə əyləşib oranı tərk etmiş, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni isə qırıb atdmışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayı atası Nazim üçün avtomobil almaq fikrinə düşmüş, bu barədə ona bildirdikdə internet saytlarında elanlara baxmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə o, Turbo.az saytında elanı yerləşdirilmiş Opel Astra markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyəndikdən sonra şəkillərini atasına göstərmişdir. Həmin elanı İlahi adlı şəxs ilkin ödənişi 1000 manat olaraq, geriyə qalan məbləği isə 23 ay olmaqla aylıq 560 manata satacağı barədə elan yerləşdirmişdir. Buna görə də o, həmin elan saytında İlahi adlı şəxsin əlaqə nömrəsi olaraq yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o və atası Şahid həmin şəxslə Lökbatan qəsəbəsində görüşmüşlər. İlkin ödəniş olaraq 800 manat, ilk ayın ödənişi olaraq isə 400 manat ödəmək barədə orada razılaşdıqdan sonra, İlahi adlı şəxs onlara avtomobilin qardaşına məxsus olduğunu və razılığını almaq üçün Abşeron rayonu, Xırdalan şəhərinə getməli olduqlarını bildirmişdir. Buna görə də birlikdə İlahinin onlara satacağı barədə söz verdiyi **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksinin həyətinə gəlmişlər. Orada o, İlahi adlı şəxsə 1200 manat pul vermiş, daha sonra İlahi yaxınlıqdakı binaya daxil olaraq qardaşı ilə söhbət etmək üçün getdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra ona zəng edərək yuxarıya, üçüncü mərtəbəyə qalxmaqlarını tələb etmiş, buna görə o atası ilə birlikdə İlahinin daxil olduğu binaya daxil olmüşlar. Üçüncü mərtəbəyə qalxdıqda İlahi adlı şəxsin orada olmadığını görmüşlər. Daha sonra İlahin ona verdiyi mobil nömrəsinə zəng etdikdə zəng çatmamışdır. Bu səbəbdən aşağı düşdükdə İlahi adlı şxsin avtomobili də götürərək çıxıb getdiyini görmüşlər. Buna görə də İlahi adlı şəxsin ona qarşı dələduzluq etdiyini başa düşüb baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə və Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, şəxsi işlərini görmək üçün özünə Opel markalı avtomobil almaq istəmişdir. Buna görə də oğlu Famildən bu barədə maraqlanmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Famil ona Turbo.az saytında elanı yerləşdirilmiş Opel Astra markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəkillərini göstərmişdir. Həmin avtomobili İlahi adlı şəxs ilkin ödənişi 1000 manat olaraq, geriyə qalan məbləği isə 23 ay olmaqla aylıq 560 manata satacağı barədə elan yerləşdirmişdir. Buna görə də oğlu Famil İlahi adlı şəxslə əlaqə nömrəsi olaraq yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, oğlu Famillə birlikdə həmin şəxslə Lökbatan qəsəbəsində görüşmüşlər. İlkin ödəniş olaraq 800 manat, ilk ayın ödənişi olaraq isə 400 manat ödəmək barədə orada razılaşdıqdan sonra, İlahi adlı şəxs onlara avtomobilin qardaşına məxsus olduğunu və razılığını almaq üçün Abşeron rayonu, Xırdalan şəhərinə getməli olduqlarını bildirmişdir. Buna görə də onlar İlahinin satacağı barədə söz verdiyi **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Xırdalan şəhərində yerləşən AAAF park yaşayış kompleksinin həyətinə gəlmişlər. Orada oğlu Famil İlahi adlı şəxsə 1200 manat pul vermiş, daha sonra İlahi adlı şəxs yaxınlıqdakı binaya daxil olaraq qardaşı ilə söhbət etmək üçün getdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra İlahi adlı şəxs oğlu Familə zəng edərək üçüncü mərtəbəyə qalxmalarını tələb etmişdir. Buna görə o, Famillə birlikdə İlahi adlı şəxsin daxil olduğu binaya daxil olub üçüncü mərtəbəyə qalxdıqda İlahi adlı şəxsin orada olmadığını görmüşlər. Daha sonra İlahi adlı şəxsin mobil nömrəsinə zəng etdikdə zəng çatmamış, aşağı düşdükdə İlahi adlı şəxsin avtomobili götürərək oradan uzaqlaşdığını görmüşlər. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı istintaq hərəkətlərinin aparılması haqqında protokollar ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən poçt vasitəsi ilə məhkəməyə göndərdiyi teleqramdan görünür ki, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışaraq ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid tərəfindən poçt vasitəsi ilə məhkəməyə göndərdiyi teleqramdan görünür ki, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-93/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-93/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver