Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-93/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1983-cü ildə Qəbələ şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, ali təhsilli, fərdi əməkli, Qəbələ şəhəri, M.Mərdanov küçəsi ev 16-da qeydiyyatda olmaqla ünvan 1-də yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyənə görə barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi olan cinayət işinin baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs, oğlu Şahid sürücülük vəsiqəsi düzəldəcəyinə dair yalan vəd verib aldatmış, bu niyyətlə Zərərçəkmiş şəxs 07 mart 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “X6” qarşısında 500 manat, sonuncunun oğlu Şahid vasitəsi ilə 19 mart 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grandmart” marketin qarşısında 100 manat, Şahid istifadəsində olan mobil telefon vasitəsi ilə onun istifadəsində olan **********447579 saylı “Kapital banka” məxsus karta göndərdiyi 350 manat və 02 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim” marketin qarşısında 60 manat, ümumilikdə 1.010 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əməlindən peşimandır, maddi imkanı yoxdur, dəyən ziyandan 100 manat ödəniş edib,qalan məbləği də hissə-hissə ödəəyəcək, himayəsində üç azyaşlı uşaqları var, bunların nəzərə alınıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, xanımlara avtomobil idarə edilməsi təlimi ilə bağlı kurslar təşkil edir. Təlimlər bitdikdən sonra Abşeron rayonu və Bakı şəhəri ərazisində fəaliyyət göstərən sürücülük məktəblərində təlim keçdiyi şəxslərin təlimi başa vurmaları ilə bağlı şəhadətnamələr verir və təlim keçdiyi şəxslərə sürücülük vəsiqələri almalarında köməklik göstərir. 2023-cü ilin mart ayında Əliyeva X5 adlı şəxsin vasitəsi ilə tanımışdır. Vəsilə ona oğlu Elmara ABC kateqoriyalı sürücülük vəsiqəsi almasında köməklik göstərməsini xahiş etmiş, o, Vəsiləyə 950 manata bu işi həll edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Vəsilə ilə Xırdalanda görüşmüş Vəsilə ona 500 manat vermiş, qalan 450 manatı isə bir neçə gün sonra verəcəyini bildirmişdir. O, razılaşmış və 3 ay müddətinə oğlu Şahid sürücülük vəsiqəsi veriləcəyini bildirmişdir. 2023-cü ilin mart ayının ortalarında Vəsilə oğlu Elmarın vasitəsi ilə ona 100 manat göndərmiş, Xırdalanda Elmarla görüşüb 100 manatı götürmüşdür. Mart ayının sonlarında Elmar onun bank kartına 350 manat da göndərmişdir. Bundan təxminən 3 ay sonra Vəsilə sağlamlıq haqqında arayış alınması üçün Xırdalanda “Bizim” marketin yanında ona 60 manat vermiş, ümumlikdə 1010 manat Vəsilə ona pul vermişdir. Həmin ərəfələrdə barəsində Abşeron rayon polis idarəsinə şikayətlər olduğundan o, Elmarın işini həll edə bilməmişdir. Əməlindən peşmandır, yaxın vaxtlarda Vəsilənin pulunu geri qaytaracağına söz vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən gözəllik salonunda işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Lalə ilə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Lalənin barəsində 19 iyul 2023-cü il tarixdə Abşeron RPİ-yə ərizə ilə o, müraciət etmişdir. Belə ki, Lalə Nağıyevı ilə tanışı Fərqanə adlı qadının vasitəsi ilə tanış olmuşdur. Oğlu Şahid 21 yaşı olduğuna görə oğluna sürücülük vəsiqəsi almaq qərarına gəlmiş, Bunun üçün işlədiyi salona müştəri qismində gələn Fərqanə adlı şəxslə söhbət əsnasında oğluna sürücülük vəsiqəsi almaq istədiyini bildirmiş, Fərqanə isə ona Təqsirləndirilən şəxs adlı tanışının olmasını, Sumqayıt şəhərində 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində sürücülük kurslarında müəllim işlədiyini bildirdimişdir. Fərqanə ona Lalənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini verib onunla danışmasını bildirmişdir. O, Lalə ilə 2023-cü ilin mart ayının əvvəllərində “whatsapp” sosial şəbəkəsində yazışaraq tanış olmuşdur. Laləyə oğlu Elmar üçün sürücülük vəsiqəsi almaq istədiyini bildirmiş, razılaşdıqdan sonra Lalə ona A,B və C kateqoriyalı sürücülük vəsiqəsini 950 manata düzəldə biləcəyini demişdir. O, da Lalənin dediyi qiymətlə razılaşmış, ilk dəfə 07 mart 2023-cü il tarixdə təxminən saat 14 radələrində 500 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yolun sağ tərəfində yerləşən “X6” qarşısında Təqsirləndirilən şəxs vermişdir. Lalə ona 3 ay müddətinə sürücülük vəsiqəsini düzəldib verə biləcəyini vəd vermişdir. O, yerdə qalan 450 manat pulu isə mart ayının sonuna qədər düzəldib ona verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs bir neçə gün keçdikdən sonra yəni, 19 mart 2023-cü il tarixdə yenidən onun telefon əlaqəsi saxlayıb 100 manat pul lazım olduğunu, bildirmiş, o, həmin günü mən işdə olduğum üçün oğlu Şahid 100 manat pul verib, Təqsirləndirilən şəxs yanına göndərmiş, Elmar 19 mart 2023-cü il tarixdə təxminən saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grandmart” marketin qarşısında Laləyə 100 manat pul vermişdir. Bundan sonra, 30 mart 2023-cü il mart ayında oğlu Şahid öz mobil telefonu vasitəsi ilə 350 manat pulu Lalənin **********447579 saylı kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs sağlamlıqla bağlı arayış da alınmalı olduğunu deyib ondan əlavə 60 manat da pul istəmişdir. Buna görə də 02 iyun 2023-cü il tarixdə Laləyə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən “Bizim marketin” qarşısında 60 manat da pul vermişdir.Ona cəmisi 100 manat qaytarıb. Təqsirləndirilən şəxs nə ona vəd verdiyi sürücülük vəsiqəsini düzəltmiş,nədə ki, ələ keçirdiyi qalan manat pulunu geri qaytarmışdır. Hazırda qalan 910 manat pulu tələb edir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. Təxminən 2023-cü ilin mart ayında anası ona sürücülük vəsiqəsi alacağını, bunun üçün Lalə adlı qadının köməklik edəcəyini ona ABC kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün 950 manata razılaşdıqlarını bildirmişdir. Anaaı ona 07 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 500 manat pul verdiyini Lalənin 3 ay müddətinə ona sürücülük vəsiqəsini düzəldib verəcəyini demişdir. 19 mart 2023-cü il tarixdə anası ona 100 manat pul verib, Təqsirləndirilən şəxs yanına göndərmiş, 19 mart 2023-cü il tarixdə təxminən saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Grandmart” marketin qarşısında Lalə ilə görüşüb 100 manat pulu vermişdir. Bundan sonra, 30 mart 2023-cü il mart ayında öz mobil telefonum vasitəsi ilə 350 manat pulu Lalənin **********447579 saylı kart hesabına göndərmişdir. Bundan uzun müddət sonra Təqsirləndirilən şəxs sağlamlıqla bağlı arayış da alınmalı olduğunu deyib anasından 02 iyun 2023-cü il tarixdə 60 manat da pul almışdır, lakin Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirməmiş və anasının ümumilikdə 1010 manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də istintaq olunmuş cinayət işi xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə təqsirli bilinib ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.CM-nin 66.5-ci maddəsinə əsasən barəsində Sumqqayıt şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmü ilə təyin edilən 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.Təyin edilmiş cəzadan tutulduğu 02 gün çııxılmış, üzərində 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdıırlması cəzası saxlanılmışdır.Həmçinin, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23-dən səhər 07-dək tərk etməmək, elektron vasitəni gəzdirmək,həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcəədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmasına münasibətdə aşağıdakıları qeyd edir. Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə təqsirli bilinib ona yuxarıda qeyd edilən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.Hazırkı çinayət əməli isə göründüyü kimi həmin hökm çıxarılmazdan əvvəl törədilmişdir və Lalə Nagıyeva artıq eyni cinayət əməli üzrə təkrarçılığa görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə təqsirli bilinib ona yuxarıda qeyd edilən həddə cəza təyin edildiyindən, yəni həmin hökmlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi nəzərə alındığından, ona təkrar olaraq eyni cinayət əməli üzrə təkrarlıq üzrə ittiham verilməsi yol verilməzdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi üzrə verilmiş ittiham həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olması və dəymiş ziyandan qismən ödəniş etməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, barəsində Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)- 91/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə edilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23-dən səhər 07-dək tərk etməmək, elektron vasitəni gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Sumqayıt Probasiya Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024cü il tarixli 1(012)-91/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmək üçün xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmışdır və hal-hazırda cəzasını çəkir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət və Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmü ilə nəzərə alınan tutulduğu 01 gün, cəmisi 03 gün müddət CM-nin 69.3 və 68.1.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və cəzasının əvvəli Təqsirləndirilən şəxs onun Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmək üçün qeydiyyata alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə müdafiəçiyə 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş bu cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, barəsində Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə edilməklə ona qəti 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmü ilə nəzərə alınan tutulduğu 01 gün, cəmisi 03 gün müddət CM-nin 69.3 və 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə, cəmi 06 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri yeri olan ünvan 1 ünvanını axşam saat 23dən səhər 07-dək tərk etməmək, elektron vasitəni gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək ,Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzasının əvvəli Təqsirləndirilən şəxs onun Abşeron rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 1(012)-91/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmək üçün qeydiyyat xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abşeron rayon Vəkil Bürosunun vəkili X1 30 (otuz) saat hüquqi yardıma görə ona 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-93/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-93/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver