Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-936/2024 26.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Ağayeva (Məhərrəmova) Rəmalə Abdulla qızının Müdafiəçi: Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azfen birgə müəssisəsində mühasib işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində xx.xx.2022-ci il təvəllüdlü oğlu X7 ilə görüşmək üçün gəldiyi keçmiş arvadı X1 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Pirşağı yolu, nömrəsiz fərdi yaşayış evinin həyətində yerləşən və kirayəyə verilmiş digər evdə uşağı soyundurmaqla əlaqədar sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Qanuni nümayəndə Məhərrəmova acıqlanması səbəbi ilə əsəbiləşib qəsdən oğlu Turan Məhərrəmlinin sağ bud nahiyəsindən təpiklə bir dəfə zərbə vuraraq sonuncunun başının divara dəyərək yıxılması nəticəsində baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ budun qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs bildirdi ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüquqları pozularaq, kobud prosessual nöqsanlara yol verilmişdir. Belə ki, cinayət işi üzrə vəsatətlə bağlı müraciət etmiş, vəsatət Abşeron rayon Polis şöbəsinin müstəntiqi polis mayoru X10 “vəsatətə baxılması və qismən təmin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə şahidlərin dindirilmə və üzləşirmə protokollarının sübutlar siyahısından çıxarılması, şahidlərin yenidən dindirilməsi, X13 müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X7 barədə tərtib edilmiş ambulator stasionar xəstənin tibbi kartasından çıxarış tələb edilməsi, xx.xx.2023-cü il tarixli 1060 nömrəli canlı şəxsin ekspertiza rəyini tərtib etmiş Cəfər Abdullayev şahid qismində dindirilməsi, iş üzrə təkrar komisiyon məhkəmətibbi ekspertizası təyin edərək ekspertlər qarşısında hər bir hər bir xəsarətin dərəcəsinin “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə" AR NKnin 1 avqust 2014-cü il № 269 Qərarına və ayrılıqda müəyyən olunması (yaraların xəsarətləin mövcud olması hər hansı tibbi sənədlər, maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər və ya cədvəllə istinad edilməklə) barədə sual qoyulması hissəsində təmin edilməmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yenidən dindirilməyi, şahidlər, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə üzləşdirlməsi ilə bağlı hisəsdə isə təmin edilmişdir. Bundan başqa 29 iyun 2024-cü il tarixdə müstəntiqə, prosessual rəhbərliyi həyata keçirən prokurora tərəflərindən edilmiş etiraza baxılıb onun təmin edilməməsi barədə qərar Baş Prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən 4 iyul 2024-cü il tarixdə qəbul edildiyində həmin müstəntiqə edilmiş etiraz isə 5 iyul 2024-cü il tarixli qərarla təmin edilməmişdir. Qəbul edilmiş hər iki qərarın surəti onun fəalliyyət göstərərdiyi büroya xx.xx.2024-cü il tarixdə təqdim edilməsi ilə bağlı sənədlər surət olmaqla müstəntiq tərəfindən saxtalaşdırılmışdır). Tərəfindən verilmiş etiraza baxılıb həll edilmədən müstəntiq tərəfindən əsassız və qanunsuz olaraq vəsatətlərə baxılmış və istintaq hərəkətləri aparılmışdır. Həmçinin o, 3 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayon Polis şöbəsinin müstəntiqi polis mayoru X10 yanında olarkən müstəniqə və prosessual rəhbərliyi həyata keçirən prokurora edilmiş etiraza baxılmadan istintaq hərəkətlərinin aparlmasına etiraz etmiş və bu səbəbdən Təqsirləndirilən şəxs ifadə verməsindən və şahidlərdən biri və zərərçəkmş şəxsin qanuni nümayəndəsi ilə üzləşməkdən imtina etmiş, digər şahidlərlə üzləşmə isə ümumiyyətlə olmamışdır. Bununla bağlı qəbul edilmiş qərar onlara təqdim edilməmişdir. Göründüyü kimi müstəntiq etiraz məsələsini həll etmədən qanunsuz və əsassız olaraq istintaq hərəkətləri aparmış və aparmağa cəhd etmişdir. Bundan başqa 5 iyul 2024-cü il tarixdə Abşeron rayon Polis şöbəsinin müstəntiqi, polis mayoru X15 Məhərrəmov yenidən şöbəyə dəvət etmiş və sonuncu oraya getmişdir. Həmin vaxt müstəntiq Təqsirləndirilən şəxs öz müqavilə ilə müdafiəçisi olduğu və üzürlü səbəbdən iştirak edə bilmədiyi halda ona müdafiəçilərin siyahısını və imtina etməyinə baxmayaraq dövlət hesabına müdafiəçi təyin edilərək, ibtidai istintaqın yekunlaşması barədə məlumat vermiş, müstəniqə və prosessual rəhbərliyi həyata keçirən prokurora edilmiş etiraz barədə qərar təqdim edilmədən yenidən müstəniqə və prosessual rəhbərliyi həyata keçirən prokurora etirazın olub-olmaması soruşulduqda, sonuncu hər ikisindən imtina etmişdir. Abşeron rayon Polis şöbəsinin müstəntiqi polis mayoru Vüsal Rzayev bunları vəsatət kimi qəbul edərək, vəsatətin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş, həmin qərardan da hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən şikayət verilmişdir. Təqsirləndirilən şəxs müstəqil şəkildə onunla müqavilə imzalayaraq, hüquqlarının müdafiəsini ona tapşırmış və onlar birlikdə bütün çağırışlarda iştirak etmişlər. O, 5-15 iyul tarixlərdə ölkədə olmayacağına dair bilet təqdim etmiş, lakin müstəntiq isə təqsirləndirilən şəxsə məcbur şəkildə dövlət hesabına digər müdafiəçi təyin etmiş, sonuncu həmin müdafiəçinin onun hüquqlarını müdafiə etməyində maraqlı olmamış və imtina etmişdir. Həmin vəsatətə baxılması və rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayətin nəticəsi barədə istintaq müddətində Təqsirləndirilən şəxs hər hansı məlumat verilməmişdir. Abşeron rayon Polis şöbəsinin müstəntiqi polis mayoru Vüsal Rzayev 8 iyul 2024-cü il tarixində Təqsirləndirilən şəxs yenidən Şöbəyə dəvət edərək, özünün seçmədiyi və müdafiəsində maraqlı olmadığı vəkillə birlikə cinayət işinin materialları ilə tanış olmalı olduğunu bildirdikdə, sonuncu həmin vaxt protokola “istinaqın təqdim etdiyi vəkili qəbul etməmişəm. Öz vəkilim Müdafiəçi3 istintaqın qurtarması ilə bağlı məlumat verilməyib və onun bu işdən uzaqlaşdırılması ilə bağlı qərar yoxdur. Cinayət işinin materialları ilə tanış olmaqdan imtina edirəm. Bu protkol üzrə qərardan 48 saat ərzində prokurorluğa şikayət edəcəm” deyə yazılı qeyd vermişdir. Həmin qeydə müstəntiq tərəfindən baxılaraq, vəsatətin baxılması və rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs həmin qərardan şikayət verəcəyini 8 iyul 2024-cü il tarixdə müstəntiqə bildirərək, Abşeron rayon Prokuroruna şikayət ərizəsi yazmışdır. Hüquqlarını müdafiə etdiyim şəxs eyni zamanda müstəntiqə 48 saat ərzində yolverilməz sübutların siyahıdan çıxarılması, əlavə sübutların tələb olunması, müdafiəçisi Müdafiəçi3 iştiraklı ilə yenidən təqsirləndirilən şəxs qismidə dindirilməsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, şahidlər Şahid4, Şahid5, Şahid2 Bəhrəm oğlu, X5, X4 ilə video çəkiliş ilə eyni gündə, üzləşdirilmiş şəxslərin digərləri ilə ünsiyyətdə olmalarının qarşısını almaq üçün tədbirlər görülməsi ilə yenidən üzləşdirilməsi, tibbi sənədlərin tələb olunması, həmin tibbi sənədlər əsasında iş üzrə təkrar komisiyon məhkəmə-tibbi ekspertizasının təyin olunması, bunlardan sonra zəruri sübutlar toplanacağı halda ibtidai istintaqın yekunlaşması və müdafiəçisi Müdafiəçi3la birlikdə cinayət işinin materialları ilə tanış olmağına şərait yaradılması, qeyd olunan vəsatətlərin təmin olunmayacağı halda cinayət işinə bəraətverici əsasla xitam verilməsi və.s tələblər barədə vəsatət versə də, lakin müstəntiq bu vəsatətə baxıb hərhansı qərar qəbul etməmişdir. Müstəntiq onların əvvəlki vəsatələrinin nəticələrini gözləmədən, müdafiəçini gözləmədən qanunsuz şəkildə istintaqı yekunlaşdırmışdır. Təqsirləndirilən şəxs cinayət işi ilə tanış olmaqdan imtina etdikdən sonra prosessual rəhbərliyi həyata keçirən prokurora edilmiş etiraza baxılıb, onun təmin edilməməsi barədə qərar Baş Prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən 4 iyul 2024-cü il tarxində qəbul edilmiş və müstəntiqə edilmiş etirazın təmin edilməməsi barədə 5 iyul 2024-cü il tarixli qərarların surətini onun fəalliyyət göstərərdiyi büroya xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Əgər istintaq yekunlaşmışdısa bu hərəkətlər edilə bilməzdi. Həmçinin ona ümumiyyətlə istintaqın yekunlaşması barədə məlumat verilməmişdir. Bu isə Təqsirləndirilən şəxs müdafiə hüququnun, onun isə müdafiəçi kimi hüquqlarının kobud surətdə pozulmasıdır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarının baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin məhkəməyə verilərək, cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edərək, vəsatətin təmin edilmsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi vəsatətin təmin edilməməsi və cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla aparılmış ibtidai istintaq hərəkətləri kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarında istintaq dövründə müdafiəçi tərəfindən müstəntiqə və prokurora etiraz verilmiş, prokurora verilmiş etirazın Baş Prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən 04 iyul 2024-cü il tarixdə, müstəntiqə verilmiş etirazın isə Abşeron rayon X11 tərəfindən 05 iyul 2024-cü il tarixdə təmin edilməməsi barədə qərarlar mövcud olsa da, lakin həmin etirazlara mahiyyəti üzrə baxılıb qərar qəbul edilmədən müstəntiq tərəfindən 02 iyul 2024-cü il tarixdə əsassız olaraq müraciətlərlə bağlı qərarlar qəbul edilərək, istintaq hərəkətləri aparılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 113.4-ci maddəsinə əsasən, müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir. Həmin Məcəllənin 112.4.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəməyədək icraatın gedişi zamanı prokuora edilmiş etiraz yuxarı prokuror tərəfindən həll edilir. Həmin Məcəllənin 107.7-ci maddəsinə əsasən, başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin müdafiəçisi 02 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisində 05-15 iyul tarixləri aralığında olmayacağını və həmin günlər ərzində istintaq hərəkətlərinin aparılmaması barədə vəsatətlə müraciət etmiş, müstəntiq 02 iyul 2024-cü il tarixdə CPM-nin 92.15.2-ci maddəsinin tələblərinə riayət etmədən vəsatətin rədd edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq; müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqları vardır. Həmin Məcəllənin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq; müdafiəçinin yardımından pulsuz istifadə etmək; müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək hüquqları vardır. Bu Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Qeyd olunan Məcəllənin 91.4-cü maddəsinə əsasən müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. Bundan başqa təqsirləndirilən şəxs öz vəsaiti hesabına təyin edilmiş müdafiəçidən imtina etmədiyi halda müstəntiq qanunvericilik üçün əsas olmuş müddəti gözləmədən ona dövlət hesabına vəkil təyin edərək, istintaq hərəkətləri aparmış, bundan başqa öz vəsaiti hesabına təyin edilmiş müdafiəçiyə istintaqın yekunlaşması barədə məlumat verilməmiş və cinayət işinin materialları ilə tanış edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Bundan başqa müstəntiq tərəfindən cinayət işinin materialları ilə tanış etmə ilə bağlı tərtib etmiş olduğu protokolda zəruri olan qeydlərə əməl edilməmiş, tanış etmənin başlama və qurtarma tarixi göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 286.4-cü maddəsinə əsaəsn protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. Yuxarıda qeyd olunan nöqsanlarla əlaqədar məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün qanunvericlikdə təsbit edilmiş, onun malik olduğu prosesual imkanlardan istifadə hüququnun məhdudlaşdırılması cinayət təqibi üzrə aparılmış icraatın qərəzsizliyinə şübhə doğurur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularına aid etmiş və belə pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını nəzərdə tutur. Sözügedən Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Eyni zamanda məhkəmə qeyd edir ki, qeyd olunan Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilməməlidir. Şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Abşeron rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X10 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-936/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-936/2024
26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver