Məhkəmə qərarları › İş №1(012)-939/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-939/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-939/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanına növbəti dəfə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gəldikdə buna görə ona etiraz edib irad bildirən arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə daxili münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib təpiklə (ayaqla) sonuncunun sağ ayaq nahiyəsinə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sağ ayağın aşıqbaldır oynağı nahiyəsinin şişkinlik halında geniş həcmli qançırı hərəkət məhdudluğu ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı var. Son vaxtlar tez-tez alkoqol içki qəbul etdiyi üçün Nuranə ilə aralarında ailə daxili sözlə mübahisələri olur. 02 iyun 2024-cü il tarixdə kafelərin birində yemək yeyib spirtili içki qəbul etdikdən sonra saat 20 radələrində yaşadığı evə gəlmiş və həmin vaxt arvadı Nuranə onun sərxoş olduğunu görüb sözlə iradını bildirərkən aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbiləşib Nuranənin üzərinə gedərək təpiklə onun ayaq nahiyəsindən vuraraq döymüşdür. Sonra isə mübahisələri başa çatmış və gedib yataq otağında yatmışdır.Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını, mübahisəni kənar şəxsin görmədiyini, həmin vaxt Nuranə onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini göstərmişdir. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 3 il olar ki, Təqsirləndirilən şəxsonun əridir. Elxanla 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan ikiazyaşlı, yəni 2012-ci il təvəllüdlü X2 və 2016-cı il təvəllüdlü X3 adlı övladı var. Son zamanlar Elxan mütəmadi olaraq alkoqol içki qəbul etdiyindən aralarında sözlə mübahisələri olur. Eyni zamanda Elxan ailəyə qayğı göstərmədiyi üçün bununla bağlı ona dəfələrlə sözlə iradını bildirmişdir. Sonuncu dəfə 02 iyun 2024-cü il tarixdə saat 20 radələrində Elxan sərxoş vəziyyətdə evə gəlmiş və buna görə ona sözlə iradını bildirərkən aralarında sözlə mübahisələri yaranmışdır. Mübahisə zamanı Elxan onun üzərinə gələrək təpiklə onun sağ ayağından vuraraq xəsarət yetirmiş, sonra isə yataq otağına gedib yatmışdır. O, da bununla bağlı telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra isə Qobu polis bölməsinə gəlib bu barədəşikayət ərizəsi yazmışdır. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, mübahisə zamanı evdə kənar şəxsin olmadığını, əri Təqsirləndirilən şəxs onu döydüyü üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. O, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir,odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1206 saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət – sağ ayağın aşıq-baldır oynağı nahiyəsinin şişkinlik halında geniş həcmli qançırı hərəkət məhdudluğu ilə küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı təpik zərbələrinin təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.  Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur.  Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur.  Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4,39.1.6–39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar