Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-94/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - X4 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1992-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan və ödənilməyən, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X13 tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Kürdəmir rayon İcra və Probasiya Şöbəsində olan keçmiş əri X5 tərəfindən aliment tələbi ilə bağlı icra işini icra etdirəcəyini, Səyyar Əkbərovu inzibati həbs etdirəcəyini, Səyyar Əkbərovun aliment öhdəliyinin onun valideynlərinin təqaüdlərinə yönəldəcəyini yalandan vəd verib inandıraraq, Zərərçəkmiş şəxs1 Azərpoçt MMCnin Ağdaş poçt filialı vasitəsi ilə göndərdiyi xx.xx.2019-cu il tarixdə 50 manat, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, 2019-cu ilin sentyabr ayında Kürdəmir şəhərində 400 manat, daha sonra dələduzluq əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 qardaşı Elşən Osmanovdan alınmış evinin və azyaşlı uşaqlarının məhkəmə qaydasında sonuncuya qaytarılmasını yalandan vəd verərək təkrarən Zərərçəkmiş şəxs1 məxsus, atası Zərərçəkmiş şəxs2 Azərpoçt MMC-nin Ağdaş poçt filialı vasitəsi ilə göndərdiyi xx.xx.2019-cu il tarixdə 1200 manat, xx.xx.2019- cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, 12,11.2019-cu il tarixdə 80 manat, xx.xx.2019- cu il tarixdə 145 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, onun xahişi ilə tanışları - Orxan Əmiraslanovun bank hesabına xx.xx.2019-cu il tarixdə göndərilən 250 manat, Ceyhun Omarovun bank hesabına xx.xx.2019-cu il tarixdə göndərilən 100 manat, Rövşən Qasımovun bank hesabına xx.xx.2021-ci il tarixdə göndərilən 100 manat, Namiq Mirzəyevin bank hesabına xx.xx.2020-ci il tarixdə göndərilən 50 manat, Zərərçəkmiş şəxs1 əli yandığına görə ona əlilliklə bağlı təqaüd düzəltmək üçün 2020-ci ilin dekabr ayında Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 1000 manat, Zərərçəkmiş şəxs1 azyaşlı oğlu Samirin əlilliyi ilə bağlı aldığı və sonradan dayandırılmış təqaüdün bərpası üçün 2021-ci ilin yanvar ayında Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən "xxxx"ın qarşısında 850 manat, 2021-ci ilin fevral ayında Abşeron ravonu Masazır qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 yaşa ıgı AbŞe-:rdUa sonuncunun atası Zərərçəkmiş şəxs2 təqaüdünün artırılması uçun 200 manat qardaşı Elşən Osmanovu bağban işinə düzəltmək üçün isə 300 manat, Zərərçəkmiş şəxs1va kredit götürməkdə köməklik etmək üçün 2021-cı ılın mart ayında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən dayanacaqda 150manat Osmanovanın qeyri-rəsmi yaşadığı Şahid ilə nikaha daxil olması barədə nikah şəhadətnaməsi almaq uçun 2021-cı ılın apret ayında Abşeron rayonu, Masaar qəsəbəsi ərazisində 500 manat, yenə də qeyd edilən məsələlərin tam olaraq həll edilib yekunlaşması üçün 2021-ci ilin aprel ayında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 840 manat pul alıb ələ keçirmiş və vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 9625 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X13 tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2, oğlu Elşən Osmanovun vəfat etmiş arvadının qohumlarına qarşı məhkəmədə iddia qaldırıb alınmış evini və azyaşlı uşaqlarını sonuncuya qaytaracağına yalandan vəd verib inandıraraq, bu məqsədilə Zərərçəkmiş şəxs2 2020-ci ilin yanvar ayında "xxxx" ASC-nin Ağdaş filialından göndərdiyi 1500 manat, Elşən Osmanova məxsus torpaq sahəsinə dövlət reyestr xidmətindən çıxarış almaq üçün 2020-ci ilin mart ayında Azərpoçt” MMC-nin Ağdaş filialından göndərdiyi 5000 manat, Elşən Osmanovun uşaqlarına anası olmadığına görə təqaüdün verilməsi üçün 2021-ci ilin may ayında yenə də "xxxx" ASC-nin Ağdaş filialından göndərdiyi 600 manat pul alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 7100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X13 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Samirə Qurbanəli qızını 2016-cı ildən tanıyır. Həmin vaxtlar o, Kürdəmir sakini Səyyar adlı şəxslə evli olmuş və sonradan onlar boşanmışlar. O, həmin vaxtlar Zərərçəkmiş şəxs1 əlavə faizi ilə qaytarmaq şərti ilə borc pul verdiyini öyrənmiş, 2019-cu ilin yanvar ayında o, ilk dəfə Samirədən borc istəmişdir. xx.xx.2022-ci il tarixdə Samirə poçt vasitəsi ilə ona 50 manat pul göndərmişdir. Bundan sonra mütəmadi olaraq, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019- cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 1200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, 02.11,2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, 11.11,2019-cu il tarixdə 150 manat, 12.11,2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 145 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat pulu poçt vasitəsi ilə Samirədən borc olaraq almışdır. Həmin pulları bəzi vaxtlarda Samirə ona atası Zərərçəkmiş şəxs2 adından gödərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə onun tanışı Orxan Əmiraslanova məxsus bank hesabına 250 manat, xx.xx.2019-cu il tarixdə onun tanışı Ceyhun Omarova məxsus bank hesabına 100 manat, xx.xx.2020-ci il tarixdə onun tanışı Namiq Mirzəyevə məxsus bank hesaba 50 manat, xx.xx.2021 -ci il tarixdə isə yenə də onun tanışı Rövşən Qasımova məxsus bank hesabına 100 manat pul göndərmişdir. Lakin, o Samirənin atası Qurbanəli Muradovdan və birgə yaşadığı Şahid heç bir pul almamışdır.Sonda ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2012-ci ildə Kürdəmir rayonu Karrar qəsəbə sakini X5 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2013-cü il təvəllüdlü X8 və 2014-cü il təvəllüdlü X3 adlı iki övladı var. O, 2018-ci il də Ağdaş rayon Məhkəməsinin qətnaməsi əsasında Səyyar Ələkbərovla boşanmışdır. Həmin qətnaməyə əsasən Səyyar Ələkbərov hər ay iki azyaşlı uşaqların saxlanması üçün ona 150 manat pul ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün həmin vaxt Kürdəmir rayon İcra Şöbəsinə göndərilmiş, lakin Səyyar Ələkbərov həmin qətnaməni icra etməyərək aliment ödəməmişdir. Buna görə də o, 2018-ci ildə bir neçə dəfə Kürdəmir rayon İcra Şöbəsinə bu barədə şikayət etmişdir. 2018-ci ilin sentyabr-oktyabr aylarında dəqiq yadında olmayan tarixdə onun istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəyə özünü gizli polis kimi təqdim edərək və onun alimentlə bağlı məsələsindən xəbərdar olduğunu bildirərək ona kömək edəcəyini söyləmişdir. Həmin şəxs Məhərrəm adlı icra məmurunun işi gecikdirdiyini, məsuliyyətsizlik etdiyini, ona kömək edəcəyini, lakin bu barədə heç kimə deməməyi tapşırmışdır. O həmin şəxsdən kim olduğunu və nömrəsini haradan aldığını soruşduqda X13 olduğunu və nömrəsini Kürdəmir rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsindən götürdüyünü və ona kömək etmək məqsədilə zəng etdiyini demişdir. Daha sonra Zaur onu və atası X7 şəhərinə dəvət etmiş, o, atası ilə birlikdə Kürdəmir şəhərinə getmiş, Zaur Nuralıyevin istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng etmiş, Kürdəmir rayon İcra Şöbəsinin yaxınlığında Zauru uzaqdan görmüşlər, kakin Zaur Nuralıyev onlara yaxınlaşmamış, telefon vasitəsi ilə İcra Şöbəsinə daxil olmaqlarını və icra məmuruna Zaurun tələbi ilə icra nümayəndəliyi tərəfindən verilmiş arayışı təqdim edərək şikayət ərizəsi yazmaqlarını tapşırmışdır. Onlar icra məmuru ilə görüşdükdən sonra icra nümayəndəliyindən aldıqları arayışı təqdim etsələr də, icra məmuru həmin arayışa ehtiyacı olmadığını bildirərək həmin arayışı qəbul etməmiş və o, ərizə yazıb oradan çıxmışdır. Oradan çıxdıqdan sonra Zaur Nuralıyevlə görüşmək istəsələr də Zaur gizli polis olduğunu və görüşə bilməyəcəyini bildirmişdir. Daha sonra Zaur Nuralıyev onunla tez-tez ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq keçmiş həyat yoldaşı Səyyar Ələkbərovun tapılması istiqamətində Kürdəmir rayon İcra Şöbəsinə və Kürdəmir rayon Polis Şöbəsinə müvafiq tapşırıqlar verdiyini, Səyyarın tutulub inzibati qaydada həbs edilməsi üçün dövlət rüsumu ödənməli olduğunu, bunun üçün 50 manat pul göndərməyini bildirmişdir. O da xx.xx.2019-ci il tarixdə Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına 50 manat pul göndərmişdir. Bir neçə gün sonra xx.xx.2019-cu il tarixdə Zaur Nuralıyev ona zəng edərək Səyyarın Ağdaş rayonunda olduğunu, onu tutub Kürdəmir icra Şöbəsinə təhvil vermək üçün iki nəfər polisin hər birinə 40 manat olmaqla, 80 manat pul ödəməli olduğunu demiş, buna görə o, yenə də xx.xx.2019-cu il tarixdə Azərpoçt MMC- nin Ağdaş filialından Zaur Nuralıyevin adına 80 manat pul göndərmişdir. xx.xx.2019-cu il tarixdə Zaur Nuralıyev yenə də həmin işlə bağlı ondan 60 manat pul istəmişdir. O, Zaurdan həmin pulu nə üçün istədiyini soruşsa da, ona konkret səbəb deməmişdir. O, xx.xx.2019- cu il tarixdə Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına daha 60 manat pul göndərmişdir. xx.xx.2019-cu il tarixdə X12 İcra Şöbəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş və məhkəmə tərəfindən 10 gün inzibati həbs verilmişdir. Həmin vaxt Səyyarın qardaşı Vüqar adlı şəxs ona 250 manat pul verib aliment kimi qəbul etməyini, Səyyardan şikayət etməməyini xahiş etmişdir. Zaur Nuralıyev bundan xəbərdar olduqda ondan 500 manat pul verməyini, həmin pulun qarşılığında Səyyarın aliment öhdəliyinin atasının və anasının pensiyalarına yönəldəcəyini, artıq alimentin onların pensiyalarından məcburi tutulacağını bildirmişdir. O da Vüqar adlı şəxsin ona verdiyi 250 manat pulu Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin ona dediyi, lakin tanımadığı X25 adlı şəxsin adına göndərmişdir. Daha sonra 2019-cu ilin iyun ayında Zaur Nuralıyev ondan Səyyarın aliment öhdəliyinin atasının və anasının pensiyalarına yönəldilməsi məsələsi ilə əlaqədar əlavə pul lazım olduğunu bildirmişdir. Buna görə də xx.xx.2019-cu il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə isə 100 manat pulu o, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019- cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 60 manat pulu isə atası X10 MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına göndərmişdir. 2019cu ilin sentyabr ayında Zaur Nuralıyev ona alimentlə bağlı icra işini Ağdaş rayonuna göndərəcəyini bildirsə də, lakin bunu kimin vasitəsi ilə edəcəyini deməmişdir. Bunu üçün 400 manat pul lazım olduğunu demişdir. Həmin 400 manat pulu 2019-cu ilin sentyabr ayında o, Kürdəmir şəhərində İcra Şöbəsinin yaxınlığında Zaur Nuralıyevlə görüşüb Zaura vermişdir. Bundan başqa 2019-cu ilin oktyabr ayının 01-də qardaşı Elşən Osmanovun arvadı vəfat etmiş, bundan sonra Elşənin vəfat etmiş arvadı Şəhnazın qardaşı İmran və bacısı Elnarə Elşəni yaşadığı evdən zorla çıxardaraq iki azyaşlı uşağı da Elşənin əlindən almışlar. 2019-cu ilin oktyabr ayında o Zaur Nuralıyevə bu barədə məlumat verdikdə Zaur Nuralıyev məhkəmədə iddia qaldırıb həm evi, həm də uşaqları ala biləcəyini, lakin bunun üçün məhkəməyə 3000 manat pul verilməli olduğunu bildirmişdir. Ona görə də atası X10 MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına xx.xx.2019-cu il tarixdə 1200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 145 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2020-cu il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, 22.05.200-ci il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə Zaur Nuralıyevin adını dediyi, lakin tanımadıqları X6 adına isə 100 manat pul göndərmişdir. Bütün bunlar onun pulları olmuş, lakin həmin vaxt o Ağdaş rayonunda fəaliyyət göstərən çörək sexində işlədiyi üçün atası Qurbanəli Muradov onun xahişi ilə həmin pulları Zaur Nuralıyevə göndərmişdir. Bundan başqa Zaur ondan 2020-ci ilin dekabr ayında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində əlinin yandığı üçün ona əlilliklə bağlı pensiya düzəltməsi üçün 1000 manat, 2021 -ci ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kapital Bankın qarşısında azyaşlı oğlu Samirin əlilliyi ilə bağlı verilmiş təqaüdün bərpası üçün 850 manat, 2021 ci ilin fevral ayında atası Qurbanəlinin pensiyasının artırılması üçün 200 manat, qardaşı Elşən Osmanovu bağban işinə düzəltmək üçün 300 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında, kredit götürməyə köməklik etmək üçün 150 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə dayanacaqda, onun nikaha daxil olmağı üçün nikah şəhadətnaməsi almaq üçün 500 manat, işlərin tam olaraq yekunlaşması və bütün problemlərimi həll etmək üçün 690 manat, yenə həmin işlərin yekunlaşdırılması üçün 150 manat pulu isə birgə nikahda yaşadığı Şahid Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən yaşadıqları evin yaxınlığında Zaurun göndərdiyi, lakin tanımadığı şəxsə vermişdir. Əlavə olaraq xatırlamadığı səbəblərdən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Araz Marketdə yerləşən “e-manat” aparatı vasitəsi ilə Zaur Nuralıyevin ona dediyi Rövşən Qasımova məxsus hesaba xx.xx.2021-ci il tarixdə 100 manat, Namiq Mirzəyevə məxsus hesaba isə xx.xx.2020-ci il tarixdə 50 manat pul göndərmişdir. Bundan əlavə 2020-ci ilin yanvar ayında Zaur Nuralıyev atası Qurbanəli Muradovdan qardaşı Elşənin evində yaşayan baldızı Elnarəni və qeyrilərini evdən çıxartmaq üçün 700 manat pul istəmişdir. Həmin vaxt atası 700 manat pulu "xxxx" ASC-nin Ağdaş filialından və Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevə göndərmişdir. Daha sonra Zaur Nuralıyev atası Qurbanəli Muradovdan qardaşı Elşənə məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almaq üçün 2020-ci ilin mart ayından 2021-ci ilin may ayına qədər olan müddətdə 5000 manat, Elşənin uşaqlarının ona qaytarılması üçün 800 manat, Elşənin uşaqlarının anası olmadığına görə təqaüdün verilməsi üçün 600 manat pul almışdır. X1 ona və atasına qarşı dələduzluq edib onun 9625 manat, atası Zərərçəkmiş şəxs2 isə 7100 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada ərizə təqdim edərək təqsirləndiirlən şəxslə barışdığını, ziyanının tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını əsas gətirərək sonuncuya həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Samirə 2012-ci ildə Kürdəmir rayonu Karrar qəsəbə sakini X5 ilə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı var. Samirə 2018-ci ildə Ağdaş rayon Məhkəməsinin qətnaməsi əsasında Səyyar Ələkbərovla boşanmışdır. Həmin qətnaməyə əsasən Səyyar Ələkbərov hər ay iki azyaşlı uşaqların saxlanması üçün Samirəyə 150 manat pul ödənilmsəi qət edilmişdir. Qətnamə icra edilməsi üçün həmin vaxt Kürdəmir rayon İcra Şöbəsinə göndərilmiş, lakin Səyyar Ələkbərov həmin qətnaməni icra etməyərək aliment ödəməmişdir. Buna görə də Samirə 2018-ci ildə bir neçə dəfə Kürdəmir rayon İcra Şöbəsinə gedərək şikayət etmişdir. 2018-ci ilin sentyabr-oktyabr aylarında dəqiq yadında olmayan tarixdə Samirənin istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəyə bir nəfər şəxs zəng edərək gizli polis olduğunu və Samirənin alimentlə bağlı məsələsindən xəbərdar olduğunu bildirərək ona kömək edəcəyini söyləmişdir. Həmin şəxs Məhərrəm adlı icra məmurunun işi gecikdirdiyini, məsuliyyətsizlik etdiyini, Samirəyə kömək edəcəyini, lakin bu barədə heç kimə deməməyini tapşırmışdır. Samirə həmin şəxsdən kim olduğunu və nömrəsini haradan aldığını soruşduqda X13 olduğunu və nömrəsini Kürdəmir rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsindən götürdüyünü və ona kömək etmək məqsədilə zəng etdiyini demişdir. Daha sonra Zaur onu və qızı Samirəni Kürdəmir şəhərinə dəvət etmişdir. O, qızı ilə birlikdə Kürdəmir şəhərinə getmiş, orada X20 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, Kürdəmir rayon İcra Şöbəsinin yaxınlığında Zauru uzaqdan görmüşlər. X14ra yaxınlaşmamış, telefon vasitəsi ilə İcra Şöbəsinə daxil olmaqlarını və icra məmuruna Zaurun tələbi ilə icra nümayəndəliyindən aldıqları arayışı təqdim edərək şikayət ərizəsi yazmaqlarını tapşırmışdır. Onlar icra məmuru ilə görüşdükdən sonra icra nümayəndəliyindən aldıqları arayışı təqdim etsələr də icra məmuru həmin arayışa ehtiyacı olmadığını bildirərək həmin arayışı qəbul etməmişdir. Daha sonra Samirə ərizə yazıb oradan çıxdıqdan sonra Zaur Nuralıyevlə görüşmək istəsələr də, Zaur gizli polis olduğunu və görüşə bilməyəcəyini bildirmişdir. Daha sonra X26 ilə tez-tez ***-***- **-** saylı mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq keçmiş həyat yoldaşı Səyyar Ələkbərovun tapılması istiqamətində Kürdəmir rayon İcra Şöbəsinə və Kürdəmir rayon Polis Şöbəsinə müvafiq tapşırıqlar verdiyini, Səyyarın tutulub inzibati qaydada həbs edilməsi üçün dövlət rüsumu ödənməli olduğunu, bunun üçün 50 manat pul göndərməyini istəmişdir. Samirə də xx.xx.2019-ci il tarixdə Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına 50 manat pul göndərmişdir. Bir neçə gün sonra xx.xx.2019-cu il tarixdə X21 zəng edərək Səyyarın Ağdaş rayonunda olduğunu, onu tutub Kürdəmir icra Şöbəsinə təhvil vermək üçün iki nəfər polisin hər birinə 40 manat olmaqla, 80 manat pul ödəməli olduğunu demiş, buna görə Samirə yenə də xx.xx.2019-cu il tarixdə Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına 80 manat pul göndərmişdir. xx.xx.2019-cu il tarixdə Zaur Nuralıyev yenə də həmin işlə bağlı ondan 60 manat pul istəmişdir. Samirə Zaurdan həmin pulu nə üçün istədiyini soruşsa da ona konkret səbəb deməmişdir. Samirə xx.xx.2019-cu il tarixdə Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına daha 60 manat pul göndərmişdir. xx.xx.2019-cu il tarixdə X12 İcra Şöbəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş və məhkəmə tərəfindən 10 gün inzibati həbs verilmişdir. Həmin vaxt Səyyarın qardaşı Vüqar adlı şəxs Samirəyə 250 manat pul verib aliment kimi qəbul etməyini, Səyyardan şikayət etməməyini xahiş etmişdir. Zaur Nuralıyev bundan xəbərdar olduqda Samirədən 500 manat pul verməyini, həmin pulun qarşılığında Səyyarın aliment öhdəliyinin atasının və anasının pensiyalarına yönəldəcəyini, artıq alimentin onların pensiyalarından məcburi tutulacağını bildirmişdir. Samirə də Vüqar adlı şəxsin ona verdiyi 250 manat pulu Azərpoçt MMCnin Ağdaş filialından Zaur Nuralıyevin ona dediyi, lakin tanımadığı X25 adlı şəxsin adına göndərmişdir. Daha sonra 2019-cu ilin iyun ayında X18 Səyyarın aliment öhdəliyinin atasının və anasının pensiyalarına yönəldilməsi məsələsi ilə əlaqədar əlavə pul lazım olduğunu bildirmişdir. Buna görə də xx.xx.2019-cu il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə isə 100 manat pulu Samirə, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 250 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 60 manat pulu isə o Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına göndərmişdir. 2019-cu ilin sentyabr ayında X21 alimentlə bağlı icra işini Ağdaş rayonuna göndərəcəyini bildirsə də, lakin bunu kimin vasitəsi ilə edəcəyini deməmişdir. Bunu üçün 400 manat pul lazım olduğunu demişdir. Həmin 400 manat pulu 2019-cu ilin sentyabr ayında Samirə Kürdəmir şəhərində İcra Şöbəsinin yaxınlığında Zaur Nuralıyevlə görüşüb Zaura vermişdir. Bundan başqa 2019-cu ilin oktyabr ayının 01-də oğlu Elşən Osmanovun arvadı vəfat etmiş, bundan sonra Elşənin vəfat etmiş arvadı Şəhnazın qardaşı İmran və bacısı Elnarə Elşəni yaşadığı evdən zorla çıxardaraq iki azyaşlı uşağı da Elşənin əlindən almışlar. 2019- cu ilin oktyabr ayında o X24 bu barədə məlumat verdikdə Zaur Nuralıyev məhkəmədə iddia qaldırıb həm evi, həm də uşaqları ala biləcəyini, lakin bunun üçün məhkəməyə 3000 manat pul verilməli olduğunu bildirmişdir. Ona görə də o, Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevin adına xx.xx.2019-cu il tarixdə 1200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 70 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, 12,11.2019-cu il tarixdə 80 manat, xx.xx.2019-cu il tarixdə 145 manat, xx.xx.2019-cu il tarixdə 60 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, 22.05.200-ci il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə Zaur Nuralıyevin adını dediyi, lakin tanımadıqları X6 adına isə 100 manat pul göndərmişdir. Bütün bunlar Samirənin pulları olmuşdur. Lakin həmin vaxt Samirə Ağdaş rayonunda fəaliyyət göstərən çörək sexində işlədiyi üçün o, Samirənin xahişi ilə həmin pulları o, Zaur Nuralıyevə göndərmişdir. Bundan başqa Zaur Samirədən 2020-ci ilin dekabr ayında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində əlinin yandığı üçün əlilliklə bağlı pensiya düzəltməsi üçün 1000 manat, 2021-ci ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Kapital Bankın qarşısında azyaşlı nəvəsi Samirin əlilliyi ilə bağlı kəsilmiş təqaüdün bərpası üçün 850 manat, 2021 -ci ilin fevral ayında onun pensiyasının artırılması üçün 200 manat, oğlu Elşən Osmanovu bağban işinə düzəltmək üçün 300 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində qızı Samirənin yaşadığı evin yaxınlığında, kredit götürməyə köməklik etmək üçün 150 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə dayanacaqda, Samirənin nikaha daxil olması üçün nikah şəhadətnaməsi almaq üçün 500 manat, işlərin tam olaraq yekunlaşması və bütün problemlərimi həll etmək üçün 690 manat, yenə həmin işlərin yekunlaşdırılması üçün 150 manat pulu isə Samirənin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən evin yaxınlığında Zaurun göndərdiyi, lakin tanımadıqları şəxsə vermişdir. Bundan əlavə 2020-ci ilin yanvar ayında Zaur Nuralıyev ondan oğlu Elşənin evində yaşayan baldızı Elnarəni və qeyrilərini evdən çıxartmaq üçün 1500 manat pul itəmiş, həmin vaxt o, 1500 manat pulu Kapital Bank ASC-nin Ağdaş filialından Zaur Nuralıyevə göndərmişdir. Daha sonra Zaur Nuralıyev ondan oğlu Elşənə məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış almaq üçün 2020-ci ilin mart ayında 5000 manat pul istəmiş, o da həmin 5000 manat pulu 2020-ci ilin mart ayında Azərpoçt MMC-nin Ağdaş filialından Zaur Nuralıyevə göndərmişdir. Bundan başqa oğlu Elşənin uşaqlarına anası olmadığına görə təqaüdün verilməsi üçün 600 manat pulu isə 2021 -ci ilin may ayında yenə də Kapital Bank ASCnin Ağdaş filialından Zaur Nuralıyevə göndərmişdir. Lakin göndərdiyi pullar barədə ödəniş qəbzlərini saxlamamışdır. X1 ona və qızı Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edib onun 7100 manat, qızı Samirənin isə 9625 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada ərizə təqdim edərək təqsirləndiirlən şəxslə barışdığını, ziyanının tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını əsas gətirərək sonuncuya həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, 2020-ci ildə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş, bundan sonra bir neçə dəfə həyat yoldaşı Zərərçəkmiş şəxs1 Zaur adlı şəxslə mobil telefonla danışmasını eşitmiş və həyat yoldaşı Samirədən həmin şəxsin kim olduğunu soruşduqda Samirə əvvəlcə həmin şəxsin Zaur Nuralıyev olmasını və onun xalası oğlu olduğunu bildirmişdir. Daha sonra o, X11 xalası oğlu olmadığını öyrənmişdir. Bundan sonra həyat yoldaşı Samirə ona Təqsirləndirilən şəxs gizli polis olduğunu və keçmiş həyat yoldaşı Səyyar Ələkbərovdan alimentin alınmasında köməklik etdiyini, həmçinin Samirənin qardaşı Elşənə məxsus Abşeron rayonu Masazır kəndində yerləşən evin sənədləşməsində onlara kömək edəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə həyat yoldaşı Samirə ona Təqsirləndirilən şəxs alimentlə bağlı kömək edəcəyi, həmçinin Samirənin qardaşı Elşənə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən evin sənədləşməsi üçün pul verliməli olduğunu bildirmişdir. Buna görə də o, ilk dəfə Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr-dekabr aylarında hazırda xatırlamadığı vaxtda Abşeron rayonu, Masazır kəndi ərazisində olan “Million" ödəmə terminalından hazırda dəqiq olaraq xatırlamadığı məbləğdə pul göndərmişdir. Bundan sonra müxtəlif vaxtlarda o, Zaur Nuralıyevə yenə də xatırlmadığı məbləğlərdə pul vermişdir. Həmçinin 2020-ci ilin fevral ayında o, 150 (yüz əlli) manat pulu Zaurun tanışı olan Emin adlı şəxşə Zaura çatdırmaq üçün vermişdir. O, sonuncu dəfə Zaur Nuralıyevə 100 (yüz) manat pulu təxminən 2020-ci ilin iyun ayında Abşeron rayonu Masazır kəndi ərazisində olan “Million” ödəmə terminalından göndərmişdir. Bütün bunlar birgə yaşadığı Zərərçəkmiş şəxs1 pulları olmuşdur. Bundan sonra Zaur Nuralıyevin verdiyi sözləri yerinə yetirmədiyi üçün o, telefonda danışan zaman Zaurla mübahisə etmiş və daha sonra Zaura pul göndərməmişdir. O, Təqsirləndirilən şəxslə mübahisə etdikdən sonra həyat yoldaşı Samirə də ona heç bir pul göndərməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, təqsirləndirilən şəxs X4 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Kürdəmir RİHB-nın Atakili kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X2 rayonu, Atakişi kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarak terizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxs X4 himayəsində xx.xx.2014-cü il təvəllüdlü Aylin Nuralıyeva və xx.xx.2017-ci il təvəllüdlü Zeynəb Nuralıyeva adlı iki azyaşlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə arayışından görünür ki, təqsirləndirilən şəxs X2 rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə növündə cəzaya məhkum olunmuşdur. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X13 ona təyin edilmiş cərimə cəzasından 550 (beş yüz əlli) manat ödəniş etmiş və onun ödənilməmiş cərimə cəzası 3450 (üç min dörd yüz əlli) manat təşkil edir. Beləliklə, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxs X4 himayəsində iki azyaşlı uşağının olmasını və vurulmuş ziyanının tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 4000 manat cərimə cəzasının çəkilməmiş 3450 manat hissəsi hazırki cinayət işi üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzasına birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X9 Kürdəmir rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin olunmuş və ödənilməmiş 3450 (üç min dörd yüz əlli) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X13 istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuş, istintaq orqanı tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 həbsdə saxlanıldığı 01 (bir) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) ay 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X9 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Kürdəmir rayonu ərazisini saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs X13 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs X13 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Məhərrəmov X22 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X4 ibtidai istintaq və məhkəmə zamanı tutulduğu 01 (bir) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki cinayət üzrə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasının həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 02 (iki) ay 04 (dörd) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 4000 manat cərimə cəzasının çəkilməmiş 3450 manat hissəsi hazırki cinayət işi üzrə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması və 3450 (üç min dörd yüz əlli) manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. X9 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Kürdəmir rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X4 Kürdəmir rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X13 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs X13 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. X9 məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Məhərrəmov X22 hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-94/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-94/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver