Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-94/2025 18.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, орта təhsilli, subay, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu ünvan 2 ünvanda yerləşən 5 saylı Tibbi Mərkəzinə X21 avtomobilinə sürücü vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 11 noyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yerləşən 5 saylı Tibbi Mərkəzinin dəhlizində 7.000 (yeddi min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək onu ünvan 2 ünvanda yerləşən 5 saylı tibb mərkəzində X21 avtomobilinə sürücü vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2023-cü ilin fevral ayının sonlarında ünvan 3 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin dəhlizində 3.000 (üç min) manat pulunu, 2023-cü ilin mart ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin dəhlizində 800 (səkkiz yüz) manat pulunu, 14 mart 2023-pü il tarixdə saat 09:43-də Sumqayıt şəhəri, H.Əliyev prospekti 31/18 ünvanda yerləşən «Arzu» marketin içərisində «Milliön» ödəmə aparatı ilə sonuncunun ona «whatsapp» sosial şəbəkə vasitəsi ilə pul kartna göndərdiyi 200 (iki yüz) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 4.000 (dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onu ünvan 2 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzində X21 avtomobilinə sürücü vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin həyətində 5.000 (beş min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs4 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski kuçəsı, 9 savlı ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinə tibb bacısı vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 15 mart 2023-cü il tarixdə günorta saatlarında ünvan 6 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin yaxınlığındakı «Bravo» marketin qarşısında 2000 (iki min) manat pulunu ahb ələ keçirik vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək onu Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski kuçəsı, 9 savlı ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinə xadimə kimi düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2023-cü ilin mart ayının sonlarında sonuncunun baldızı Şahid3 „vasitəsi ilə ünvan 3 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin camaşırxanasında 1.500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Şahanə Əliyevaya ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək onu ünvan 2 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzində yanıq şöbəsində xadimə kimi düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2023-cü ilin mart ayının sonlarında sonuncunun baldızı Şahid3 vasitəsi ilə ünvan 3 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin camaşırxanasında 1.500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs6 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək əri X10 ünvan 2 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzində X21 avtomobilinə sürücü vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2023-cü ilin mart ayının ortalarında ünvan 3 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin həyətində Şəfa Seyidovun vasitəsi ilə 500 (beş yüz) manat pulunu, 2023cü ilin aprel ayının ortalarında Nizami rayon Məhkəməsinin inzibati binasında olan «MilliÖn» aparatından Təqsirləndirilən şəxs «whatsapp» proqramı vasitəsi ilə ona göndərmiş olduğu bank kartının hesabına 60 (altımış) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 560 (beş yüz altımış) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək onu ünvan 2 ünvanda yerləşən 5 saylı tibb mərkəzində X21 avtomobilinə sürücü vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən 5 saylı Tibb Mərkəzinin yaxınlığında yerləşən «Bravo» marketin qarşısında sonuncunun rəfiqəsi Şahid3 vasitəsi ilə 2.700 (iki min yeddi yüz) manat pulunu, xx.xx.2023-cu il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə qohumu Gülnarə Niftəliyeva adlı şəxsə məxsus 5103.0714.1491.1699 saylı bank kartının hesabına göndərdiyi 335 (üç yüz otuz beş) manat pulunu, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə qohumu Gülnarə Niftəliyeva adlı şəxsə məxsus 5103.0714.1491.1699 saylı bank kartının hesabına göndərdiyi 3400 (üç min dörd yüz) manat pulunu, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə 4169.7388.7577.5656 saylı bank kartının hesabına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Araz» marketdə olan «MilliÖn» aparatından göndərdiyi 100 (yüz) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 6.535 (altı min beş yüz otuz beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, hazırda zərərçəkənlərlə barışıq əldə etdiklərini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, dəymiş ziyanın 25 faizini isə maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, ona görə də bunun nəzərə alınmasını və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, о, Cəbrayıl rayonu Balyand kəndində qeydiyyatda olsa da, təxminən 20 ildir ailə üzvləri ilə birlikdə Bakı şəhəri Ə.Qayıbov küçəsi 20/90-cı məhəllədə nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2003-cü ildə X3 ilə rəsmi nikaha daxil ailə qurmuş, həmin evliliкdən 3 övladлары dünyaya gəlmişdir. X15 2017-ci ildə «qaraciyər sirrozu» xəstəliyindən vəfat etmişdir. 2019-cu ilin dekabr X8 (həmin dövrdə 5 nömrəli xəstəxana adlanırdı) yanıq şöbəsinə kiçik tibb bacısı vəzifəsinə işə qəbul olunmuşдур. 2022-ci ilin noyabr ayında iş yeri həmin Tibb Mərkəzinin camaşırxanasına xadiməyə dəyişdirilmiş, orada 3 ay işlədikdən sonra 2022-ci ilin mart ayında yenidən yanıq şöbəsinə keçirilmişdir. 2023-cü ilin may ayında işdən çıxmışdır. İşlədiyi müddətdə həmin X16 Xidmətləri şöbəsinin müdiri işləyən Şahid1 vasitəsi ilə 3 nəfər tanışını Mərkəzə müxtəlif vəzifələrə işə qəbul etdirmişdir. Əvvəllər qonşu olduğu İntiqam adlı şəxs ona zəng edərək bildirmişdir ki, bir nəfər tanışına iş lazımdır, əgər onun işlədiyi xəstəxanada sürücü işi varsa həmin şəxsi oraya düzəltsin. O, da İntiqama bildirmişdir ki, şöbə müdürü Anar müəllimdən soruşub ona xəbər edəcək. O, Anar müəllimdən bu barədə maraqlanmış, o, bildirmişdir ki, həmin şəxsi 6500 manata xəstəxanaya işə düzəldə bilər. O, da bu barədə İntiqamın dediyi Zərərçəkmiş şəxs7 ilə Binəqədi rayonu ərazisində keçidin yänında görüşüb danışmış və ona həmin işə düzəlmək üçün 6500 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs7 onunla razılaşmış və o, ona tezliklə xəbər edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yas yerində olduğu üçün özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə Zərərçəkmiş şəxs7 səs ataraq, 5 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığındakı «Bravo» marketə gedib, orada tanışı Fərqanə adlı xanıma 2700 (iki min yeddi yüz) manat pul versin. Hətta o, Elvinə Fərqanəyə məxsus ***-***-**-** saylı mobil nömrəsini də vermişdir ki, zəng vurub əlaqə saxlasın. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Fərqanə xanıma yaxınlaşaraq Elvinin ona verdiyi 2700 manat pulu götürüb həmin günün günorta saatlarında Anar müəllimlə görüşərək pulu ona vermişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə Gülnarə Niftəliyeva adlı şəxsə məxsus 5103.0714.1491.1699 saylı bank kartının şəklini Zərərçəkmiş şəxs7 göndərərək 335 manat göndərməsini bildirmişdir. Elvində həmin pulu onun ona göndərdiyi karta göndərmişdir. O, da həmin pulu çıxararaq günün sonuna yaxın Anar müəllimlə görüşərək pulu ona vermişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən Elvinlə telefon vasitəsi ilə əlaqə saxlayaraq Gülnarə Niftəliyeva adlı şəxsə məxsus 5103.0714.1491.1699 saylı bank kartına 3400 (üç min dörd yüz) ıtıanat da göndərməsini bildirmişdir. Elvində həmin pulu karta göndərmiş, o, pulu çıxarıb sabahısı günü Anar müəllimə vermişdir. xx.xx.2023-cü il tarixdə o, özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə Elvinə səs göndərərək artıq məsələnin həll olmasını və təcili olaraq 4169.7388.7577.5656 saylı bank kartına 100 manat göndərməsini bildirmiş və Elvin həmin məbləği də göndərmişdir. O, da pulu çıxarıb Anar müəllimlə görüşərək ona vermişdir. Bundan sonra Elvin neçə gündən bir ona zəng vuaraq işlə maraqlanmış, o, da maraqlanıb ona cavab verəcəyini bildirmişdir. Hər dəfə də Anar müəllim ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. O, artıq Elvinin zənglərinə cavab verməyə utandığı üçün onun zənglərinə cavab verməmişdir. O, Zərərçəkmiş şəxs7 Bakı şəhər 5 saylı xəstəxanasına sürücü işinə düzəltmək üçün ondan müxtəlif vaxtlarda ümumilikdə 6535 manat pul almışdır. Zərərçəkmiş şəxs7 o, işlədiyi xəstəxanada yaxın qohumunu müalicə etdirən İntiqam adlı şəxsin vasitəsi ilə tanımışdır. Gülnarə Niftəliyeva onun yaxın qohumudur, onun bu işlərdən heç bir xəbəri olmamışdır. O, Gülnarədən xahiş etmişdir ki, ona pul gələcək və onun kartından istifadə etməklə həmin pulu çıxarsın. 4169.7388.7577.5656 saylı bank kartın kimə məxsus olmasını xatırlamamışdır. Onun Zərərçəkmiş şəxs7 aldığı ümumilikdə 6535 manat pulun Şahid1 verilməsi barədə heç bir sübutu olmamışdır. İşlədiyi şöbədə «porter» ştatı boş olduğundan bəzən xəstəni onlar özləri yuxan mərtəbəyə qaldırıb, aşağı düşürməli olmuşlar və bu da iş prosesinə pis təsir etmişdir. Bir neçə dəfə şöbə müdirlərinə bu barədə şikayətlənsələr də heç bir tədbir görülməmişdir. 2022-ci ilin təxminən may, iyun ayında Dəstək Xidmətləri şöbəsinin müdiri işləyən Şahid1 bildirmişdir ki, qohumu işsizdir və əgər mümkündürsə onu «porter» işinə işə qəbul etsin. Şahid1 də bildirmişdir ki, dəqiqləşdirib xəbər edəcəkdir. Bir neçə gün sonra Şahid1 onu öz xidməti otağına dəvət edib bildirmişdir ki, qohumunun sənədlərini ona gətirsin. Həmin vaxt o, masanın üzərində olan kalkulyatorda 1500 rəqəmini yazıb ona göstərmiş və demişdir ki, sənədlərlə birlikdə bunu da gətirsin. Başa düşmüşdür ki, o, qohumunun işə qəbul olunması üçün 1500 manat pul tələb etmişdir. Şahid1 ilə danışana qədər dayısının baldızı ondan xahiş etmişdir ki, oğlu Zaurun xəstəxanada işə qəbul olunmasına köməklik etsin. O, da Anar müəllimlə danışandan sonra dayısının baldızına məlumat vermişdir. Daha sonra Zaur tələb olunan sənədləri, yəni sağlamlıq, məhkumluğunun olmaması barədə arayışlar, hərbi bilet, şəxsiyyət vəsiqəsi və orta təhsil alması barədə sənədlərin surətini və 1200 manat pulu^gətirib Xəstəxanada ona vermişdir. İşə qəbul olunması üçün 1500 manat pul tələb edildiyi halda 1200 manat gətirməsini Zaur belə izah etmişdir ki, imkanı buna çatıb, cəmi bu qədər düzəldə bilmişdir. O, sənədləri və pulu Zaurdan götürüb Anar müəllimin otağına getmiş və Zaurun sənədlərini ona vermişdir. Pulu da vermək istədikdə Anar müəllim demişdir ki, hələ qalsın. O, sənədləri ondan götürüb xəstəxananın direktoru Şahid2 kabinetinə getmişdir. Bir neçə dəqiqə sonra Anar müəllim direktorun otağından çıxıb sanitar otağına tərəf getmiş və onu da çağırmışdır. O, da onun arxasınca sanitar otağına daxil olmuş, orada 1200 manat pulu sayıb ona vermişdir. Anar müəllim pulu qəbul edəndə niyə az olduğunu soruşduqda cavab vermişdir ki, narahat olmasın, yaxın günlərdə qalan 300 manatı da çatdıracaqlar. Anar müəllim 1200 manat pulu özündə saxlamışdır. Növbəti günlərdə Anar müəllim bir neçə dəfə ondan qalan 300 manat pulu da ödəməsini istəmişdir. Ondan xahiş etmişdir ki, Zaurun işə qəbul olunması barədə əmr verilsin, ilk ayın maaşında Zaur özü qalan 300 manatı ödəyər. Anar müəllim Xəstəxananın direktoru Fazil müəllimin kabinetinə gedib qayıtdıqdan sonra demişdir ki, direktor razı deyil, pulun hamısı verilməsə əmr verilməyəcəkdir. Buna görə də o, əlaqə saxlayıb Zaura, ya da anası Sevdaya məlumat vermişdir. Səhv etmirəmsə elə həmin gün Zaur 300 manat pulu gətirib xəstəxanada ona vermiş, o, da 1-ci mərtəbədə yerləşən sanitar otaqda həmih pulu Anar müəllimə vermişdir. Anar müəllim pulu ondan götürəndə qısa müddət ərzində Zaurun işə qəbul olunması barədə əmrin veriləcəyini bildirsə də Zaurun əmrinin verilməsi prosesi təxminən 2-3 ay uzanmış, səhv etmirsə 2022-ci ilin sentyabr ayında Zaurun işə qəbul olunması barədə əmr verilmiş, Zaur hazırda da Xəstəxananın (Tibb Mərkəzinin) yanıq şöbəsində «porter» işləmişdir. Zaurun işə qəbul olunması ilə əlaqədar Anar müəllimlə bir neçə dəfə görüşüb söhbət etmişdir və həmin ərəfədə Anar müəllim özü mənə təklif etmişdir ki, əgər başqa tanıdığı şəxslər də varsa onların işə qəbul olunmasına kömək edə bilər. Anar müəllim əsasən xadimə, tibb bacısı və TTY avtomobili sürücüsünə ehtiyac olduğunu və tanışlarım həmin işlərdən birinə işə qəbul etdirə biləcəyini ona demişdir. Anar müəllim demişdir ki, sadəcə buna fikir versin ki, işə qəbul olunmaq istəyən adamlar etibarlı olsun, sonra başqa yerdə pul verib işə qəbul olunduqlarını deməsinlər. Anar müəllim gec də olsa tanışının işə qəbul olunmasını təmin etdiyindən ona etibarı daha da artmış və düşünmüşdür ki, işsiz olan qohumları, tanışlarım onun vasitəsi ilə işə qəbul etdirsin. Bundan sonra 2022-ci ilin sentyabr ayında işsiz olan və iş axtardıqlarını bildiyi tanışları qaynı arvadının əmisi qızı Vəfaya və tanışı Şahid3 məlumat verib demişdir ki, əgər istəsələr onları işlədiyi Tibb Mərkəzində «xadimə» kimi işə qəbul etdirə bilər. Onlar da razılaşmışlar. Qeyd etmişdir ki, xadimə kimi işə qəbul olunmaq üçün 1350 manat pul vermək lazım olduğunu Anar müəllim öncədən ona bildirmişdir və o, da Vəfa ilə Fərqanəyə bu barədə məlumat vermişdir. Onlar hər biri ayrı - ayrılıqda tələb olunan sənədləri (yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsi, orta təhsil haqqında sənəd, məhkumluğun olmaması barədə sənəd və s.) hazırlayıb Tibb Mərkəzində ona çatdırmışlar. Fərqanə işə qəbul olunmaq üçün 1350 manat, Vəfa 1300 manat pulu da hər biri ayrılıqda TM-də ona vermişdir. O, da onların sənədləri və pullarını ayrı -■'ayrılıqda TM-nin 1-ci mərtəbəsində yerləşən sanitar otaqda Anar müəllimə ikilikdə vermişdir. 13 dekabr 2022-ci ildə Şahid3, 17 yanvar 2023-cü ildə isə Vəfanın işə qəbul olunması barədə əmr verilmişdir. Fərqanə TM-nin Nevrologiya şöbəsində xadimə, Vəfa isə TM-nin Poliklinika şöbəsində «xadimə» işinə qəbul edilmişdir. Bildirmişdir ki, yuxarıda adlarını qeyd etdiyi 3 nəfər, yəni Zaur, Fərqanə və Vəfanın sənədləri və pullarım Anar müəllimə çatdırdıqdan sonra işə qəbul olunmaları barədə əmrin verilməsindən bir neçə gün öncə Anar müəllimin göstərişi ilə o, onları ayrı - ayrılıqda TM-ə dəvət etmiş və Anar müəllim şəxsən özü onlara işə qəbul olunmaları barədə ərizə yazdırmışdır. Adlarını qeyd etdiyi və işə qəbul olunmaları barədə əmr verilərək TM-də işə başlamış 3 şəxsdən (Zaur, Fərqanə, Vəfa) başqa 10 nəfərin də işə qəbul olunması üçün sənəd və pulları 2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayına qədər olan müddət ərzində TM-nin 1-ci mərtəbəsində yerləşən sanitar otağında Anar müəllimə vermişdir. Belə ki, X6 (tel: ***-***-**-**) TM-də TTY avtomobili sürücüsü vəzifəsinə işə qəbul olunması üçün 2022-ci ilin dekabr ayında 4700 manat, Zərərçəkmiş şəxs2 (tel:***-***-**-**) TM-də TTY avtomobili sürücüsü vəzifəsinə işə qəbul olunması üçün 2023-cü ilin yanvar ayında 7000 manat, X2 (tel:***-***-**-**) TM-də çamaşırxanada xadimə vəzifəsinə işə qəbul olunması üçün 18 fevral 2023-cü il tarixdə 1800 manat, Zərərçəkmiş şəxs3 TM-də TTY avtomobili sürücüsü vəzifəsinə işə qəbul olunması üçün xx.xx.2023-cü il 4000 manat, Mehparənin TM-in qeydiyyat şöbəsində qeydiyyatçı vəzifəsinə işə qəbul olunması üçün 2023-cü ilin fevral ayının sonlarında 1300 manat, Ruslanın (tel:***-***-**-**) TM-də TTY avtomobili sürücüsü vəzifəsinə işə qəbul olunması üçün xx.xx.2023-cü il tarixdə 4000 manat, Zərərçəkmiş şəxs4 (tel:050-964-88- 22) TM-də TTY avtomobili sürücüsü vəzifəsinə işə qəbul olunması üçün 15 mart 2023-cü il tarixdə 5000 manat, X4 (tel:***-***-**-**) TM-də çamaşırxanada xadimə vəzifəsinə işə qəbul olunması üçün 2023-cü ilin mart ayında 1500 manat, Zərərçəkmiş şəxs6 (tel:***-***-**-**) TM-in yanıq şöbəsində xadimə vəzifəsinə işə qəbul olunması üçün 2023-cü ilin mart ayında 1500 manat və Zərərçəkmiş şəxs1 (tel: ***-***-**-**) TM-in allergiya şöbəsində tibb bacısı vəzifəsinə işə qəbul olunması üçün 14 aperl 2023-cü il tarixdə 2000 manat pulu, eləcə də həmin şəxslərin tələb olunan sənədlərini TM-in 1-ci mərtəbəsində yerləşən sanitar otaqda ikilikdə Anar müəllimə vermişdir. Anar müəllim TTY avtomobili vəzifəsinə işə qəbul olunmaq üçün 7000 manat pul tələb etmişdir. Nəsirli Valeh, Zərərçəkmiş şəxs3, Ruslan, Zərərçəkmiş şəxs4 tələb olunan pulun bir hissəsini vermiş və Anar müəllimlə belə razılaşdırmışdır ki, həmin şəxslər işə qəbul olunduqdan sonra ya hər ay əməkhaqqından ödəyəcəklər, yaxud da işə qəbul olunmaları barədə əmr verildikdən sonra pulu bir dəfəyə ödəyəcəklər. Eynilə, tibb bacısı işinə qəbul olunmaq istəyən Zərərçəkmiş şəxs1 4000 manat pul tələb olunmuşdur. Samirə cəmi 2000 manat pul ödəmiş və Anar müəllim razılaşmışdır ki, Samirə pulun qalan hissəsini işə qəbul olunma barədə əmr verildikdən sonra ödəyəcəkdir. Bildirmişdir ki, yuxanda adlarım qeyd etdiyi işə qəbul olunmaq istəyən şəxslər bir neçə dəfə özləri Anar müəllimlə görüşüb işə qəbul olunmaları barədə əmrin nə zaman veriləcəyi və iş prosesi barədə məlumatları almaq istəsələr də Anar müəllim həmin şəxslərlə görüşməkdən imtina etmiş və ona demişdir ki, o yalnız onu tanımış, həmin adamlarla yalnız işə qəbul olunmaları barədə əmr verildiyi gün, ərizələri alınarkən görüşəcəkdir. TTY avtomobili sürücüsü vəzifəsinə işə qəbul olunmaq istəyən Ruslana görə 4000 manat puldan başqa digər şəxslərin işə qəbul olunması ilə əlaqədar pulları ikilikdə Anar müəllimə vermişdir. Ruslana görə 4000 manat pulu isə 1-ci mərtəbədəki sanitar otaqda Şahid3 iştirakı ilə Anar müəllimə vermişdir. Ruslana görə 4000 manat pulun verilməsində Fərqanənin iştirak etməsinə Anar müəllim bu səbəbdən etiraz etməmişdir ki, Fərqanə həmin vaxt TM-də işləmişdir. Bundan başqa Şahid3 qardaşlarının arvadları olan Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 işə qəbul olunmalarına görə hər biri üçün 1500 manat pulu Şahid3 ona vermiş və o, da pulu ondan alıb təxminən 5-6 metr kənarda, sanitar otağın girişinin qarşısında həmin pulları Anar müəllimə vermiş, Şahid3 da bunu görmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 TM-də TTY avtomobili sürücüsü vəzifəsinə işə qəbul olunması üçün 2023-cü ilin yanvar ayında 7000 manat pulu ona əmisi Faiqin iştirakı ilə vermişdir. Həmin vaxt Qurban və əmisi təkid etmişlər ki, Anar müəllimlə özləri də görüşüb söhbət etsinlər ki, tam arxayın olsunlar. O, onların yanında öz mobil telefonunda olan «whatsapp» proqramı ilə Anar müəllimə zəng etmiş, Qurban və əmisi Faiqin eşidə bilməsi üçün zəng zamanı səsucaldam qoşmuşdur. Telefonda danışarkən Anar müəllimə Qurban və əmisi Faiqin onunla görüşmək istədiklərini bildirmişdir. Anar müəllim ona demişdir ki, pulu və sənədləri götürsün, özü nahar fasiləsinə çıxır, fasilədən qayıdandan sonra ona çatdırar. O, Qurbanla işə qəbul olunması barədə əmr veriləcəyi gün görüşəcəyini, o vaxta qədər görüşməyəcəyini bildirmişdir. Həmin vaxt "Anar müəllimlə telefon danışığını Qurban və əmisi Faiq eşitmiş, onlar sənədləri və 7000 manat pulu ona verib getmişlər. O, da pulu həmin gün axşam saatlarında TM-in binasında Anar müəllimə vermişdir. Yuxarıda adlarını qeyd etdiyi, işə qəbul olunmaq istəyən 10 nəfərə görə pulları Anar müəllimə versə də həmin şəxslərin işə qəbul məsələsi yubanmış və bu səbəbdən də pulları vermiş şəxslər mütəmadi olaraq ona zəng edir, yaxud TM-ə gəlib onunla görüşür və nəticə tələb etmişlər. Anar müəllim özü onlarla görüşüb hər hansı açıqlama vermədiyindən, ümumiyyətlə onlarla görüşməkdən imtina etdiklərindən pullarım alıb ona verdiyi şəxslər onu narahat etmişlər. O, hər dəfə Anar müəllimə bu barədə məlumat verdikdə o, «narahat olma, düzələcək» deyib onu yola vermişdir. 2023-cü ilin may ayında Ruslan TM-ə gəlib ona nalayiq sözlər dediyindən o, birbaşa TM-in direktoru Fazil müəllimlə görüşüb Anar müəllimin hərəkətləri barədə məlumat vermək istəmişdir. Direktorun qəbul otağında gözləyərkən qəfildən Anar müəllim özü də oraya gəlmiş və direktorun qəbuluna girməməsini istəyib söz vermişdir ki, qısa müddət ərzində bütün məsələləri həll edəcəkdir. O, da ona inanıb direktorun qəbulunə girməmişdir. 06, ya da 07 may 2023-cü il tarixdə Anar müəllim onu öz kabinetinə çağırıb demişdir ki, işə qəbul olunmaq istəyən adamlar tez - tez TM-ə gəlib şikayət etdiklərindən və problem yarandığından məsələni həll edənə qədər o, öz istəyi ilə işdən azad olunmağı barədə ərizəni yazıb ona versin. Anar müəllim demişdir ki, narahat olmasın, o, işdən çıxarılmayacaq, sadəcə olaraq ehtiyat tədbir üçün ərizə yazmağı lazımdır. O, yenə də ona inanıb işdən çıxmaq istəməyi barədə ərizə yazıb ona vermişdir. Bundan sonrakı müddət ərzində Anar1 müəllim hər dəfə müxtəlif bəhanə gətirib qısa müddət ərzində işlərin həll olunacağını desə də heç bir nəticə olmadığından 23 may 2023-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng vurub bu barədə məlumat vermiş, həm də Nərimanov RPİ-nin 16-cı polis bölməsinə gedib ərizə yazmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin şəxslər onun qohumları, tanışları, yaxud qohumlarının tanışlarıdır. Həmin şəxslər işsiz olduqlarından o, köməklik etmək məqsədi ilə bu işdə vasitəçi olmuşdur. Onun başqa heç bir, o cümlədən maddi marağı olmamışdır. Əgər hər hansı maddi marağı olmuş olsaydı həmin şəxslərdən əlavə pul alar, yaxud aldığı puldan özünə də götürərdi. Anar müəllim özü ona tapşırmışdır ki, lazım olanda ona «whatsapp» proqramı ilə zəng etmiş, mesaj yazmasın, yaxud da adi telefon zəngi etməsin. Telefonunda səsyazan proqram olmadığından onunla danışıqları qeydə ala bilməmişdir. Bir daha göstərmişdir ki, Anar müəllim işə qəbul olunmaq istəyən şəxslərlə özü görüşməkdən imtina etmiş, pulu da ondan ikilikdə almışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs3 Qərqiçay oğlu fadəsində bildirmişdir ki, o, işsiz olduğundan özünə iş axtarmış və Xəyal adlı tanışı ilə söhbət əsnasında 5 saylı şəhər Kliniki xəstəxanada işləyən Leyla adlı bir qadının sürücü kimi işə adam götürdüyünü eşitdiyini ona bildirmişdir. O, da həmin xəstəxanaya gəlib Leyla adlı qadını tapıb ona işə düzəlmək istədiyini bildirmişdir. Leyla xəstəxananın yanıq şöbəsində tibb bacısı işlədiyini və xəstəxananın şöbə müdürü Anar müəllimin vasitəsi ilə işə düzəldə biləcəyini demişdir. O, iş barədə maraqlananda Leyla onu X21 stansiyasında sürücü kimi işə düzəldə biləcəyini demişdir. O, bu iş üçün nə qədər lazım olduğunu soruşanda Leyla ona ilkin olaraq 4000 manat pul verəcəyini və işə düzələndən sonrada 3000 manat verəcəyini bildirmişdir. O, da razılaşmış və 2023-cü ilin fevral ayının sonlarında 3000 manat pulu Leylaya vermişdir. Təxminən 2023-cü ilin mart ayının əvvəlində 800 manat pulu da aparıb Leylanın iş yerində ona vermişdir. xx.xx.2023-cü il tarixdə saat 09:43-də Sumqayıt şəhəri, H.Əliyev prospekti 31/18 ünvanda yerləşən «Arzu» marketin içərisində «Milliön» ödəmə aparatı ilə sonuncu 200 manat pulu Leylanın ona vatsap sosial şəbəkə vasitəsi ilə göndərdiyi pul kartına göndərmişdir. Leyla mart ayının sonuna qədər işə düzələcəyini ona bildirmişdir. Leylanın dediyi müddətdən sonra işin alınmadığını görüb o, pulunu tələb etmişdir. Leylada pulu ona qaytaracağını bildirmiş və pulunu ödəmədiyindən o, xəstəxanada bu barədə ərizə yazmışdır. Xəstəxananın müavini Elvin müəllim ona şifahi olaraq Leylanın pul vermədiyini və onu işdən çıxardıqlarını bildirmişdir. O, Leyladan pulunu tələb edəndə o pulları Anar müəllimə verdiyini və onun pulu aldığını dandığını bildirmişdir. Belə olanda o, bu barədə şikayət etmək qərarına gəlmişdir. Bir daha qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün ümumilikdə 4000 manat pul vermiş və sonuncu 200 manat pulu Sumqayıt şəhəıində ödəmə aparatı vasitəsi ilə ödəmişdir. Bunu Leylanın özüdə təsdiq edə bilər. Əlavə olaraq bildirmişdir ki, Xəyal adlı şəxsin anket məlumatlarını və telefon nömrəsini bilməmişdir. Belə ki, o, 2022-ci ilin axırlarında 5 saylı şəhər Kliniki xəstəxanasında açıq ürək əməliyyatı olunmuş, həmin ərəfələrdə o, xəstəxanada dəqiq bilməmiş işləyən və ya həmin xəstəxanaya müalicə üçün gələn Xəyal adlı şəxslə tanış olmuş və ondan iş barəsində soruşduqda Xəyat xəstəxanada işləyən Leyla adlı qadının sürücü işinə onu düzəldə biləcəyini bildirmiş və onu Leyla ilə tanış etmişdir. Bundan sonra o, 2023-cü ilin fevral ayının sonlarında 3000 manat pulu Leylaya vermiş, təxminən 2023-cü ilin mart ayının əvvəlində 800 manat pulu da aparıb Leylanın iş yerində ona vermiş, xx.xx.2023-cü il tarixdə saat 09:43-də Sumqayıt şəhəri, H.Əliyev prospekti 31/18 ünvanda yerləşən «Arzu» marketin içərisində «Milliön» ödəmə aparatı ilə sonuncu 200 manat pulu Leylanın ona vatsap sosial şəbəkə vasitəsi ilə göndərdiyi pul kartına göndərmişdir. Leyla mart ayının sonuna qədər işə düzələcəyini ona bildirmişdir. Lakin pulunu bu günə kimi verməmişdir. Sonradan Zərərçəkmiş şəxs3 Qərqiçay oğlu ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, o, uzun illər Daxili Qoşunlarda xidmət etmiş, ailəlidir, 2 azyaşlı övladı var və hazırda işsizdir. Bir neçə ay bundan əvvəl özünə iş axtaran zaman ortaq tanışları vasitəsi ilə özünü tibb bacısı kimi təqdim edən Təqsirləndirilən şəxs adlı xanımla tanış olmuşdur. 'Leyla xanım ona bildirmişdir ki, 5 saylı Şəhər Klinik Xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərir, xəstəxana rəhbərliyində sözükeçən adamları var, özü də orada sözükeçən adamdır, bir neçə nəfərin işə düzəlməsində yardımçı olub, müəyyən miqdar pul qarşılığında onu təcili yardım sürücüsü kimi işə düzəldə bilər. Bir neçə müddətdir ki, işsiz olduğu üçün, həmçinin də Leyla xanım özünü iş görən, etibarlı adam kimi inandırdığı üçün onun bu təklifi ilə razılaşmışdır. İlkin olaraq xx.xx.2023-cü il tarixdə Leyla xanım özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə ona söyləmişdir ki, 5 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığındakı «Bravo» marketə getsin və orada özünün tanışı Fərqanə adlı xanıma 2700 (iki min yeddi yüz) manat pul versin. Oraya çatanda Leylanın ona verdiyi Fərqanəyə məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və 2700 (iki min yeddi yüz) manat pulu Leylaya çatdırılması üçün Fərqanəyə vermişdir. xx.xx.2023-cü il tarixdə Leyla xanım özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə Gülnarə Niftəliyeva adlı şəxsə məxsus 5103.0714.1491.1699 saylı bank kartının şəklini ona göndərərək 335 manat göndərməsini tələb etmiş və o, həmin məbləği göndərmişdir. xx.xx.2023-cü il tarixdə Leyla xanımın tələbi ilə qeyd olunan karta 3400 (üç min dörd yüz) manat da göndərmişdir. xx.xx.2023-cü il tarixdə Leyla xanım özünə məxsus ***-***-**-** saylı mobil nömrənin «WhatsApp»ı vasitəsi ilə ona səs göndərərək artıq məsələnin həll olmasını və təcili olaraq 4169.7388.7577.5656 saylı bank kartına 100 manat göndərməsini tələb etmiş və o, həmin məbləği də göndərmişdir. Bundan sonra Leyla xanım hər dəfə müxtəlif bəhanələr gətirərək, qısa vaxtda işə başlayacağını bildirib vaxtı qazanmağa başlamış və heç bir işdə düzəltməmişdir. O, ondan təkiblə pulunu tələb etməyə başlamışdır. O, söyləmişdir ki, guya pulu 5 saylı Şəhər Klinik Xəstəxanasında işləyən Anar adlı şəxsə verib, o işi düzəltməyib. Hətta ona 055 *** ** ** mobil nömrəsini verərək Anar adlı şəxslə məsələni maraqlanmasını söyləmişdir. O, ona Anar adlı şəxsi tanımadığını, pulu ona vermədiyini və ondan da tələb etdiyini bildirmiş və o söyləmişdir ki, qısa vaxtda nə yolla olursa olsun pulu qaytaracaq. Leyla xanımın dediklərini dəqiqləşdirmək üçün Anar adlı şəxsə zəng etmiş, o, ona söyləmişdir ki, Leyla yalan danışır, o, onu tanımır və onu işə düzəltmək üçün pul almamışdır. Görünən odur ki, Təqsirləndirilən şəxs əvvəlcədən niyyəti ona qarşı dələduzluq etmək olmuş, əvvəlcədən məqsədli şəkildə planlaşdıraraq onun pulunu talamış və o öz dələduzluq niyyətini pərdələmək üçün xəstəxana rəhbərliyindən sözükeçən adamlarının olmasına onu inandırmışdır. Sonradan Zərərçəkmiş şəxs7 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 2 nömrəli baza tibb məktəbini «müalicə işi» fakültəsini bitirmiş, amma bu günə qədər heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, o, onun həmkəndlisidir. Lakin aralarında heç bir şəxsi münasibət olmamış, kənd məclislərində görüşəndə salamlaşmışlar. 2023-cü ilin təxminən mart ayının əvvəllərində Vəfa adlı uzaq qohumu onunla əlaqə saxlayıb həmkəndliləri Təqsirləndirilən şəxs onu 5 nömrəli xəstəxanaya işə düzəltdiyini bildirib təklif etmişdir ki, əgər istəyirsə Leyla onu da xəstəxanada bufetə işə düzəldə bilər. Lakin o, bufetə işə düzəlmək istəmədiyini bildirmişdir. Bu zaman Vəfa ona Leylanın mobil telefon nömrəsini göndərib bildirmişdir ki, özü Leyla ilə əlaqə saxlayıb danışsın, ola bilsin ki, onu başqa işə düzəldər. Bundan sonra o, mobil telefonu ilə «whatsapp» proqramı vasitəsi ilə Leyla ilə əlaqə saxlamış, onu işə düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Müvafiq təhsili olduğundan Leyla onu xəstəxanaya «tibb bacısı» kimi işə düzəldə biləcəyini, bunun müqabilində 3500 manat pul ödəməli olduğunu bildirmişdir. Leyla demişdir ki, həmin pulun 2000 manatım öncədən ödəməlidir, qalan 1500 manat da işə düzəldikdən sonra hər ay 100-200 manat olmaqla əməkhaqqından tutulacaqdır. Bu variant ona sərf etdiyindən razılaşmış və 15 mart 2023cü il tarixdə özünə məxsus qızılları lombarda girov qoyub 2000 manat pul götürmüş və həmin gün Leyla ilə əlaqə saxladıqdan sonra onunla 5 nömrəli xəstəxananın (indiki X18) yaxınlığında olan «Bravo market»in qarşısında görüşmüşlər və marketə daxil olmuşlar. Orada o, ikilikdə 2000 manat pulu, diplom, sertifikat və şəxsiyyət vəsiqəmin surətini Leylaya vermişdir. Leyla ona söz vermişdir ki, 15 gün ərzində işə qəbul olunmaq barədə əmr veriləcəkdir. Bundan sonra sağollaşıb yaşadığı evə qayıtmışdır. 15 gün sonra işə qəbul olunma barədə əmr verilmədiyindən Leyla ilə əlaqə saxlayıb işi ilə maraqlandıqda demişdir ki, narahat olmasın, qısa müddət ərzində işə qəbul olunma barədə əmri veriləcəkdir. Bundan sonrakı müddət ərzində hər dəfə Leyla ilə əlaqə saxladıqda o, müxtəlif bəhanə gətirib səbirli olmasını istəmişdir. Qeyd etmişdir ki, o, pulu Leylaya verənə qədər Leyla kimin vasitəsi ilə onun işini həll etdiyini konkret deməsə də sonradan ona demişdir ki, Xəstəxanada Anar müəllimin vasitəsi ilə onun işə qəbul məsələsini həll etməyə çalışmışdır, lakin Anar müəllim pulları alıb işləri həll etməmişdir. Bildirmişdir ki, mən Anar müəllimi tanımamış, heç bir zaman onu görməmiş, ona hər hansı məbləğdə pul verməmişdir. Nə də o, Leylaya pulu verənə qədər o onun yanında Anar adı çəkməmişdir, onun yanında Anarla telefonda danışmamışdır. Onun tələbi ödədiyi pulun qısa müddətdə geri qaytarılmasıdır, çünki pul versə də işlə təmin olunmamış, bu səbəbdən də hər ay hədər yerə lombarda faiz ödəmişdir. Sonradan Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs yaxınlarının vasitəsi ilə 2023- cü ilin mart ayından tanımışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs 5 saylı şəhər Kliniki xəstəxanasında tibb bacısı işləmişdir. Leyla onun qohumuna həmin xəstəxanada TTY-də sürücü işi olduğunu 1330 manat əmək haqqı verildiyini bildirmişdir. O, əmək haqqı yüksək olduğundan təklifi qəbul etmişdir. Təqsirləndirilən şəxs 5000 manat yox 3000 manat verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 3000 manat verdiyi halda qalan 2000 manat hər ay 400 manat olmaqla əmək haqqından tutulacağını bildirdikdə o, razı olmamış və 2000 manat pulda tanışlarından taparaq Təqsirləndirilən şəxs ilə görüşmüş və 5000 manat pul gətirdiyini demişdir. Təqsirləndirilən şəxs onun yanında kiminləsə mobil telefonla danışmış və telefonda 5000 manat gətirdiyini bildirmişdir. Həmin şəxslə danışandan sonra Leyla ona bildirmişdir ki, o, Anar müəllimlə danışmış və onun 5000 manat gətirdiyini deyəndən sonra Anar müəllim ona onun əmək haqqının 1600 manat olacağını və onun əmək haqqından heç bir pul tutulmayacağını bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs onu da Anar müəllimlə görüşməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs yenidən kiməsə zəng vuraraq onun onunla görüşmək istədiyini bildirmiş, lakin həmin şəxs hal-hazırda heç kimlə görüşmək istəmədiyini, iş düzəldən sonra görüşəcəyini bildirmişdir. Leyla ona həmin danışdığı şəxsin şöbə müdürü Anar müəllimin olduğunu bildirmişdir. Bundan sonra o, 5000 manat pulu 2023-cü ilin mart ayının 15-də 5 nömrəli tibb mərkəzinin həyətində Təqsirləndirilən şəxs vermişdir. Lakin bu danışıqdan xeyli vaxt keçməsinə baxmayaraq o, heç bir işlə təmin olunmamışdır. Hər dəfədə Təqsirləndirilən şəxs zəng vurub işlə maraqlananda o, pulu Anar adlı şəxsə verdiyini, tezliklə işinin həll olunacağını bildirərək vaxtı uzatmışdır. Əlavə olaraq bildirmişdir ki, o, Anar adlı şəxsi görməmiş, onun adını Təqsirləndirilən şəxs eşitmiş, ona işə düzəlmək üçün heç bir miqdarda pul verməmiş, hər dəfəsində də Anarla görüşmək istədiyini Leylaya bildirdikdə, o, Anar müəllimin görüşmək istəmədiyini ona bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin iyul - avqust ayından əri Məhərrəmin bacısı Şahid3 iş yoldaşı kimi tanımış, onlar birlikdə X9 işləmişlər, hətta Fərqanənin deməyinə əsasən bilmişdir ki, onu Tibb Mərkəzinə işə Leyla düzəltmişdir. Fərqanə onlarla qonşuluqda yaşamış və Leylanı da ilk dəfə ora gələndə görüb tanımışdır. 2023-cü ilin əvvəllərində o, Sabunçu rayonu ərazisində yerləşən marketlərdən birində xadimə işləmişdir. Həmin iş onu qane etmədiyindən daha yaxı iş axtarmışdır. Bu barədə tanışları, qohumlarına da məlumat vermişdir ki, iş tapmaqda ona köməklik etsinlər. 2023cü ilin mart ayının əvvəllərində baldızı Fərqanəgilin qonşuluqda yerləşən evində olarkən Təqsirləndirilən şəxs da orada olmuş və ona təklif etmişdir ki, əgər istəyirsə onu X11 xadimə kimi işə qəbul etdirə bilər. Söhbət edərkən Leyla demişdir ki, işə qəbul məsələsini Mərkəzdə hansısa vəzifədə işləyən Anar müəllimin vasitəsi ilə həll edir. Tibb Mərkəzinin dövlət müəssisəsi olması, həm də baldızı Fərqanənin də orada işləməsi və işə birlikdə gedib gələ biləcəklərindən Leylanın təklifi ilə razılaşmışdır. O, işə qəbul olunmağı üçün 2000 (iki min) manat pul verməli olduğunu demişdir. Həmin məbləği düzəltməyə imkanı olmadığım dedikdə Leyla ona bildirmişdir ki, danışıb qiyməti aşağı salar. Bundan sonra o, telefonla danışmaq üçün evdən çölə çıxmış, bir neçə dəqiqə sonra geri qayıdıb demişdir ki, danışmış, qiyməti 1500 (min beş) yüz manata yendirib. Leyla ona demişdir ki, lazım olan sənədləri və tələb olunan pulu ona çatdırdıqdan sonra uzağı 1 ay ərzində işə qəbul olunmağı barədə əmr veriləcəkdir. Baldızı Fərqanə eyni üsulla işə qəbul olunduğundan Leylanın «tələb olunan sənədlər» dedikdə konkret hansı sənədlər lazım olduğunu soruşmamış, çünki Fərqanə demişdir ki, o, tələb olunan sənədlərin siyahısım bilir. Növbəti gündən etibarən o, yaşayış yerindən arayış, məhkumluğun olmaması haqqında arayış, tibbi arayışları hazırladıb götürmüş, eləcə də özünə yeni əmək kitabçası almış, şəxsiyyət vəsiqəsinin kserosurəti çıxartmış və onların hamısını, eləcə də 1500 manat pulu 2023-cü ilin mart ayının sonlarında, Novruz bayramındakı ilk iş günlərindən birində yaşadıqları evdə baldızı Şahid3 vermişdir ki, Leylaya çatdırsın. Fərqanə də pulu və sənədləri götürüb həmin gün Təqsirləndirilən şəxs çatdırmışdır.Təqsirləndirilən şəxs işə qəbul olunma barədə əmrinin 1 ay ərzində veriləcəyini vəd etsə də həmin müddət keçdikdən sonra da əmri verilməmişdir. Hər dəfə baldızı Fərqanənin vasitəsi ilə işin gedişatı ilə maraqlandıqda Leyla səbirli olmasını, gözləməsini demişdir. Sonradan Fərqanədən eşitmişdir ki, Leylanın özünü də işdən çıxarıblar, Anar müəllim də heç bir işi həll etməyib, bu səbəbdən də Leyla polisə şikayət etmişdir. Qeyd etmişdir ki, o* Anar müəllimin adım Leyladan, eləcə də baldızı Fərqanədən eşitsə də heç bir zaman onu görməmiş, tanımamışdır. Həmin pul onun özünə məxsus olmuşdur. Sonradan Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, 2020-ci ildə Bakı Slavyan Universitetini «tərcümə - ingilis» dili ixtisası üzrə bitirmişdir. 2 aya yaxındır "xxxx" MMC-də sürücü işləmişdir. İşsiz olduğundan 2022-ci ilin sonlarında müxtəlif iş elanları ilə maraqlanmışdır. Həmin ərəfədə indi xatırlamadığı tanışlarından biri ona Leyla adlı şəxsin sürücü vəzifəsinə işçi axtarması barədə mesaj göndərdikdən sonra Leyla adlı şəxsin mobil telefon nömrəsini tapmış və istifadəsində olan mobil telefonla onun ***-***-**-** nömrəsinə zəng edib əlaqə saxlamış, sürücü işinə düzəlmək istədiyi barədə məlumat vermişdir. Telefonda danışarkən Leyla onun təhsili, sürücülük vəsiqəsinin olub olmaması, hərbi xidmətdən keçib keçməməyi ilə maraqlanmış və onu 5 nömrəli xəstəxanaya TTY avtomobilf sürücüsü işinə düzəldə biləcəyini bildirmişdir. O, bu işə düzəlməyi üçün ona 7000 manat pul ödəməli olduğunu, aylıq əmək haqqının 1350 manat təşkil edəcəyini bildirmişdir. O, özünün də həmin xəstəxanada tibb bacısı işlədiyini ona demişdir. Leylanın təklif etdiyi şərtlər onu qane etdiyindən razılaşmış və belə danışmışlar ki, görüşüb bir - birini tanısınlar. Ona ilk dəfə zəng edəndən 1, ya da 2 gün sonra 5 nömrəli xəstəxananın (indiki «X18» yaxınlığında yerləşən «Bravo» marketin qarşısına gedib orada əvvəllər tanımadığı, ilk dəfə gördüyü Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt onun yanında əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Şahid3 da olmuşdur. Orada söhbət edərkən Leyla bildirmişdir ki, o, xəstəxanada rəhbər vəzifədə işləyən Anar müəllimin adamıdır və işə qəbul məsələsini həll etməyi Anar müəllim ona tapşırmışdır. O, əvvəllər eyni üsulla bir neçə nəfəri işə düzəltdiyini, onun məsələsində də hər hansı problem yaranmayacağım, əgər işə qəbul məsələdə hər hansı problem olarsa verdiyi pulu dərhal və tam həcmdə geri qaytaracağım ona bildirmişdir. Həmin söhbət zamanı Leyla onu inandırdığından ona etibarı artmış və o, da belə qənaət yaranmışdır ki, Leyla düz danışır və həqiqətən də onu işə qəbul etdirə biləcək. Sağollaşıb evə qayıtdıqdan sonra əmisi Faiq Qasımova da bu barədə məlumat vermişdir. O, əmin olmaq üçün özü də Leylaya zəng edib danışmış, hətta 1 dəfə də onunla birlikdə 5 nömrəli xəstəxananın yaxınlığında yerləşən «Bravo» marketin qarşısına gedib orada Leyla ilə görüşmüşdür. Həmin görüşdə Leyla bir daha onu arxayın etmişdir ki, narahat olmasın, pulu verən kimi onun işini həll edəcək və 15-20 günə işə çıxacaq. Əmisi də Leylaya inandığından o, tələb olunan məbləği verib işə qəbul olmaq qərarına gəlmişdir. Bu məqsədlə də qohumlarından, tanışlarından borc pul alıb 7000 manat pul toplamış və 11 noyabr 2022-ci il tarixdə 11 radələrində Xəstəxanaya gedib həyətindəki 1 mərtəbəli binam dəhlizində Leyla ilə görüşmüşdür. Pulu verməzdən əvvəl Leyladan xahiş etmişdir ki, Anar müəllimlə danışsın, əgər mümkün olsa qiyməti aşağı salsın, yaxud da pulun bir hissəsini indi versin, qalanını da işə başladıqdan sonra hər ay hissə - hissə ödəyər. Leyla onun yamnda mobil telefonla kiməsə zəng edib «o dediyim adam gəlib, olarmı ki, pulun 4 minini indi versin, qalanım da sonra» deyə soruşmuşdur. Həmin şəxsin ona nə cavab verdiyini eşitməsə də danışıb qurtardıqdan sonra Leyla ona demişdir ki, Anar müəllim bu şərtlə razılaşmır, deyir ki, pulun hamısı əvvəlcədən verilsin. Bundan sonra o, üzərində olan 7000 manat pulu çıxarıb Leylaya vermiş, Leyla da pulu sayıb ondan qəbul etmişdir. Həmin vaxt Leyla ona demişdir ki, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, ali təhsil barədə diplomunun və hərbi biletinin surətini ona çatdırsın. Leylaya onun sürücülük vəsiqənin «B,C» kateqoriyalı olduğunu, həmin kateqoriya ilə TTY avtomobili sürməyə icazə verilmədiyini bildirdikdə Leyla ona demişdir ki, narahat olmasın, bu məsələni özü həll edəcək və işə qəbul olunduqda ona əlavə sənəd veriləcəkdir. Pulu verdikdən təxminən 1 həftə sonra Leyla ilə xəstəxanada görüşüb sənədləri ona vermişdir. Bir neçə gün sonra Leylaya zəng edib sürücülük vəsiqəsinin kateqoriyasındakı uyğunsuzluğun problem olub olmayacağını dəqiqləşdirmək istədikdə Leyla ona demişdir ki, yaxşı ki, bu məsləni ona xatırlatmış, əgər bu məsələni həll etmədən sənədlərini Nazirliyə göndərmiş olsaydı imtina veriləcəkdi. O, sürücülük vəsiqəsi məsələsi ilə məşğul olacağını ona bildirmişdir. Leylanın vəd etdiyi müddət başa çatdıqda ondan işə qəbul olunmağı barədə əmrin nə zaman veriləcəyi ilə maraqlanmış, Leyla da cavab vermişdir ki, əmrin verilməsi yubanır, yanvar ayında əmri veriləcək və dərhal işə başlayacaq. 2023-cü ilin yanvar - mart ayları ərzində Leyla hər dəfə müxtəlif bəhanə gətirib işə qəbul olunma barədə əmrin verilməsinin ondan asılı olmayan səbəbdən yubandığını bildirmişdir. O, bu yubanmanı gah xəstəxananın baş həkiminin dəyişməsi, gah öz anasının xəstələnməsi ilə əlaqədar işlərlə maraqlana bilməməsi, gah da oxşar tipli başqa səbəblərlə izah etmiş, hər dəfə onu sakitləşdirib qısa müddət ərzində əmrin veriləcəyini demişdir. 2023-cü ilin may ayının əvvəllərində 5 nömrəli xəstəxanaya gedib Leyla ilə görüşmək istədikdə oradan ona bildirmişlər ki, elə işə düzəltmə məsələsinə görə yaranmış problemlə əlaqədar Leyla işdən çıxarılmışdır. Bir neçə gün sonra Leyla özü ona zəng edib Anar müəllimdən şikayət etmək istədiyini bildirmiş və onu 16-cı PB-yə dəvət etmişdir. Polis bölməsinə getdikdə Leylanın həqiqətən də orada olduğunu və Anar müəllimdən şikayət etdiyini görmüşdür. Sonradan Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Nizami rayon Məhkəməsində xadimə işləmişdir. Təqsirləndirilən şəxsm uzun müddətdir tanımışdır, o onun həmkəndlisidir. Leyla hazırda onun əmisi qızı ilə qonşuluqda yaşayır və bu səbəbdən hər dəfə əmisiqızıgilə gedəndə Leyla ilə görüşüb salamlaşmışdır. 2023-cü ilin əvvəllərində baldızı Vəfanın Leylanın vasitəsi ilə 5 nömrəli xəstəxanaya (X18) işə düzəldiyini öyrəndiyindən, eləcə də əri X14 işsiz olduğundan və ona iş axtardıqlarından düşünmüşdür ki, Leyla ərinin işə qəbul olunmasında köməklik edə bilər. Bu məqsədlə o, Leyla ilə görüşüb ərinin işə qəbul olunmasında köməklik etməsini xahiş etmişdir. Leyla ona bildirmişdir ki, ərini 5 nömrəli xəstəxanada X21 avtomobili sürücüsü kimi işə qəbul etdirə bilər, bunun üçün 6000 manat pul ödəməlidir, 1 ay ərzində də ərinin işə qəbul olunması barədə əmr veriləcəkdir. Leylanın təklif etdiyi məbləğə imkanı çatmadığından ona demişdir ki, cəmi 500 manat pulu var, əgər mümkündürsə həmin pulu öncədən versin, qalanı da əri işə düzəldikdən sonra hər ay əməkhaqqından tutulsun. Leyla da demişdir ki, danışıb bu barədə ona xəbər edəcəkdir. Bir neçə gün sonra Leyla ona bildirmişdir ki, danışıb, bu şərtlərlə ərinin işə qəbul olunmasına köməklik edə bilər, 500 manatı ona çatdırsın. Bundan sonra o, 500 manat pulu əri Şəfa Seyidova vermişdir, o da 5 nömrəli xəstəxananın həyətinə gedib orada Leyla ilə görüşmüş və pulu ona vermişdir. Sonradan Leyla ilə danışarkən o, Şəfadan 500 manat aldığım təsdiq etmişdir. Bir neçə gün sonra Leyla onunla əlaqə saxlayıb demişdir ki, onun ailə vəziyyəti barədə ətraflı məlumat verib, ərinin işə qəbul olunması üçün tələb olunan pulda endirim ediblər və 5000 manata işə düzəltməyə razılaşmışlar, sadəcə olaraq bunun üçün ona əlavə olaraq 400 manat da pul çatdırmalıdır. Lakin o, Leylaya həmin məbləğdə pulu verə bilməyəcəyini demişdir. Bir neçə saat sonra Leyla təkrarən onunla əlaqə saxlayıb demişdir ki, ərinin sürücülük vəsiqəsi TTY avtomobili sürmək üçün uyğun deyildir və uyğunluq sənədi almaq üçün təcili olaraq ona 60 manat pul göndərsin. O, da razılaşmış və 2023-cü ilin aprel ayının ortalarında Nizami rayon Məhkəməsinin inzibati binasında olan «MilliÖn» aparatından Təqsirləndirilən şəxs «whatsapp» proqramı vasitəsi ilə ona göndərmiş olduğu bank kartının hesabına 60 manat pul köçürmüşdür. Leylanın vəd etdiyi 1 ay bitdikdən sonra onunla telefonla əlaqə saxlayıb, yaxud görüşüb ərinin işə qəbul olunma məsələsi ilə maraqlandıqda Leyla hər dəfə demişdir ki, narahat olmayın, tezliklə ərinin işə qəbul olunması barədə əmir veriləcəkdir. Sonrakı müddətdə isə o, ondan və başqa şəxslərdən aldığı pulu Xəstəxanada işləyən Anar müəllimə verdiyini, lakin Anar müəllimin bu işləri həll etmədiyini, bu səbəbdən də polisə şikayət etdiyini ona demişdir. Təqsirləndirilən şəxs şikayəti əsasında Nərimanov RPİ-də araşdırma aparıldığını öyrəndiyindən bu gün, yəni xx.xx.2023-cü il tarixdə gəlib hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, əri Şəfa Seyidov hazırda Laçın rayonu ərazisində işləyir və evə qısa müddətli gəlib yenidən iş yerinə qayıdır, bu səbəbdən də o, özü polisə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs verilmiş ümumilikdə 560 manat pul onun özünə məxsus olmuşdur Sonradan Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki, tanımışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs baldızı Fərqanənin vasitəsi ilə tanımışdır. Əsasən Leyla, baldızı Fərqanə ilə münasibətləri olmuş, yəni onlar birlikdə tibbi mərkəzdə işləmişlər. Təqsirləndirilən şəxs bir neçə dəfə baldızı Fərqanə ilə onlara gəlmişdir. Baldızı Fərqanə ona Nərimanov rayonu tibb mərkəzində yanıq şöbəsində xadimə işi olduğunu təklif etmişdir. O, ona inandığından həmdə ailədə maddi durumları zəif olduğundan işləmək istədiyi üçün Fərqanənin təklifi ilə razılaşmışdır. Təklif qəbul etdikdən sonra baldızı Fərqanə Təqsirləndirilən şəxs ilə onun yaşadığı evə gəlmişlər. Onlarda olarkən Leyla işin bütün təfərrüfatların izah etdikdən sonra o, onunla razılaşmış və işləmək istədiyini bildirmişdir. Leyla ona 1500 manat qarşılığında onu işə düzəldə biləcəyini bildirmişdir. O, da Leylanın təklifi ilə razılaşmış, lakin pul olmadığı üçün özünə məxsus qızıllarını lombarda qoyaraq 1500 manat pul götürmüşdür. O, 1500 manat pulu Leylaya çatdırılması üçün baldızı Fərqanəyə vermişdir. Fərqanədə pulu aparıb Leylaya vermiş və Leyla tezliklə işinin həll olunacağı barədə ona telefon vasitəsi ilə məlumat vermişdir. Lakin sonradan işinin uzandığını görüb baldızı Fərqanədən bu barədə Leyla ilə maraqlanıb məlumat verməsini xahiş etmişdir. Fərqanədə Leyla ilə danışdıqdan sonra ona bildirmişdir ki, Leyla deyib ki, o, bu işin düzəlməsi üçün pulu X9 şöbə müdürü vəzifəsində işləyən Anar adlı şəxsə verib, ondan cavab gözləyir.Təqsirləndirilən şəxs işə qəbul olunma barədə əmrinin 1 ay ərzində veriləcəyini vəd etsə də həmin müddət keçdikdən sonra da əmri verilməmişdir. Hər dəfə baldızı Fərqanənin vasitəsi ilə işin gedişatı ilə maraqlandıqda Leyla səbirli olmasını, gözləmələrini demişdir. Sonradan Fərqanədən eşitmişdir ki, Leylanın özünü də işdən çıxarıblar, Anar müəllim də heç bir işi həll etməyib, bu səbəbdən də Leyla polisə şikayət etmişdir. Qeyd etmişdir ki, o, Anar müəllimin adını Leyladan, eləcə də baldızı Fərqanədən eşitsə də heç bir zaman onu görməmiş, tanımamışdır. Həmin pul onun özünə məxsus olmuşdur. Sonradan Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, 2013-2017-ci illər ərzində Oğuz rayon X5 direktoru vəzifəsində işləmişdir. 2017-2018-ci illər ərzində Bakı şəhəri Sabunçu rayon Gənclər Evinin direktoru vəzifəsində işləmişdir, 2018-2019 illər ərzində isə yenidən Oğuz rayon X5 direktoru vəzifəsinə keçirilmişdir. 03 avqust 2021-ci il tarixdən etibarən X18 X19 Təhlükəsizlik bölməsinin müdiri vəzifəsində işləməyə başlamışdır. 2022-ci ilin oktyabr ayından etibarən hal - hazıradək həmin PHŞ-nin Dəstək Xidmətləri şöbəsinin müdiri vəzifəsində işləmişdir. 01 may 2023-cü il tarixdən etibarən ona növbəti əmək məzuniyyəti verilib, işə başlama tarixi 10 iyul 2023-cü ildir. Dəstək Xidmətlər şöbəsi Tibb Mərkəzinin təhlükəsizlik, təsərrüfat və texniki dəstək məsələlərini əhatə etmiş və şöbə müdiri kimi onun vəzifəsi bütün bu işlərə nəzarət və rəhbərliyi həyata keçirməkdən ibarət olmuşdur. Onun tabeliyində təxminən 100 nəfər işçi olmuşdur. Təqsirləndirilən şəxs barəsində yazmış olduğu xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsində tanış olmuş, bununla əlaqədar həmin Bölməyə dəvət edilmiş və izahat yazmışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində yazmış olduğu şikayət ərizəsi həqiqəti əks etdirmir, şər böhtan xarakterlidir, o, kimlərisə X18 PHŞ-də işə qəbul etdirməyə köməklik etmək adı ilə ondan hər hansı məbləğdə pul almamışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla aralarında heç bir ədavət, düşmənçiliyi olmamış. Təqsirləndirilən şəxs X18 PHŞnin Yanıq şöbəsində kiçik tibb bacısı işləmişdir. Təqsirləndirilən şəxs birbaşa onun tabeliyində işləyən əməkdaş olmasa da PHŞ-nin təsərrüfat (o cünlədən təmizlik) məsələlərinə nəzarət rəhbərlik etdiyi şöbənin səlahiyyətində olduğundan PHŞ- də xadimə, kiçik tibb bacısı və sanitarların işinə onlar nəzarət etdiklərindən dolayısı ilə L.Məmmdəova və digər xadimə, sanitarlar, kiçik tibb bacılan onun işçisi hesab edilir. 2023-cü ilin mart aprel aylarında X18 PHŞ-yə müxtəlif vətəndaşlar tərəfindən Təqsirləndirilən şəxs barəsində çoxsaylı yazılı və şifahi şikayətlər daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində şikayət daxil olarkən bir neçə halda PHŞ-nin direktoru ondan nə məsələ olduğu soruşulduqda bilmədiyini bildirmiş və həmin vətəndaşların PHŞ-nin hüquqşünasına yönləndirilməsini istəmişdir ki, şikayəti rəsmiləşdirsin. Təqsirləndirilən şəxs barəsində onun barəsində daxil olmuş şikayətlər bundan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən onları X18 PHŞ-də müxtəlif vəzifələrə (o cümlədən tibb bacısı, TTY avtomobili sürücüsü, xadimə və s.) işə qəbul etdirmək adı ilə pul almışdır. Təqsirləndirilən şəxs həmin vətəndaşlardan nə zaman, hansı şəraitdə pul alması, aldığı pulları kimə verməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs müxtəlif vətəndaşlardan aldığı pullardan ona hər hansı məbləğdə verməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətlər artdığından 2023-cü ilin may ayında o, işdən çıxması barədə ərizə yazmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs PHŞ-yə gəlib işə bərpa olunmaq istədiyini bildirdikdə PHŞ rəhbərliyi tərəfindən onun müraciəti müsbət həll olunmamışdır. Həmin vaxt o, •’•di rektorun qəbul otağında səs - küy saldığından həmin vaxt o, ona yaxınlaşıb ona irad bildirmiş və ona bildirmişdir ki, «Gör sənin başına nə oyun açacağam». Təxminən 2-3 ay sonra Elvin adlı şəxs ona zəng edərək bildirmişdir ki, onun onların müəssisəyə işə düzəlməsi üçün o Təqsirləndirilən şəxs pul verib lakin işə düzəlməyib. Elvin adlı şəxs əlavə etmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu işə düzəlmək üçün ona vermişdir. O, da Elvin adlı şəxsə bildirmişdir ki, Leyla ona pul verməyib, bundan başqa o, heç kimi işə düzəltmir, həmçinin Təqsirləndirilən şəxs digər vətəndaşları da aldadıb işə düzəltmək adı ilə pul aldığı üçün həmin müəssisədən işdən azad olunmuşdur. O, Elvinə hər şeyi başa salmış və ona demişdir ki, Leyla barəsində polisə şikayət etsin, çünki Leyla barəsində bir neçə şəxs artıq polisə şikayət etmiş, hazırda polisdə araşdırma gedir. Məsləhət görmüşdür ki, o, da polisə şikayət etsin. Bundan sonra onun Elvinlə daha heç vaxt telefon əlaqəsi olmamışdır. O, ki, qalmışdır ki, Təqsirləndirilən şəxs Elvinə deməsinə ki, pulu ona vermiş, bu yalandır, şər və böhtandır. Hesab etmişdir ki, Leyla vətəndaşın pulunu ələ keçirib ondan qisas almaq üçün onun adını vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid3 həqiqətən də PHŞnin Nevrologiya şöbəsinə xadimə işləmiş, 2023-cü ilin may ayında öz ərizəsi ilə işdən azad olmuşdur. Zaur və Vəfa adlı şəxslərin anket məlumatları tam olmadığından onların həqiqətən də PHŞ-də işləyib işləmədiklərini bilməmişir. Qeyd etmişdir ki, adlan qeyd olunan şəxslərin PHŞ-yə nə zaman, hansı şəraitdə işə qəbul olunmaları barədə onun heç bir məlumatı olmamış, o, onların işə qəbul olunması ilə əlaqədar həmin şəxslərdən, yaxud Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul almamışdır. Ümumiyyətlə qeyd etmişdir ki, PHŞ-yə işə qəbul məsələsi onun səlahiyyətində deyil, bu məsələ PHŞ-nin direktoru və İnsan Resursları şöbəsinin səlahiyyətindədir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi adlan qeyd olunan şəxsləri tanımamışdır. O, onların işə qəbul olunmasına köməklik etmək adı ilə həmin şəxslərdən, yaxud Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxs dedikləri tamamilə yalandır.'Bir daha göstərmişdir ki, hər hansı şəxsin işə qəbul olunmasına köməklik etmək adı ilə Təqsirləndirilən şəxs heç bir zaman ikilikdə, yaxud başqa şəxs(lər)in iştirakı ilə hər hansı məbləğdə pul almamışdır. Bu barədə deyilənlər tamamilə yalandır. Təqsirləndirilən şəxs onun barəsində şikayət etməsinin səbəbi ona aydın deyildir. Düşünmüşdür ki, Təqsirləndirilən şəxs müxtəlif vətəndaşlardan işə qəbul olunmalarına köməklik etmək adı ilə pul alıb həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, pul vermiş şəxslər ondan narazılıq etməyə və nəticə tələb etməyə başladıqda o da məsuliyyətdən boyun qaçırmaq üçün məsuliyyəti başqasının üzərinə atmaq üçün onun adını vermişdir. Həm də ola bilsin ki, Təqsirləndirilən şəxs işdən çıxarılmağında onu səbəbkar gördüyündən məhz onun adım qeyd etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, 2017-ci ildən Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən X18 X19 (2021-ci ilin aprel ayına qədər 5 saylı şəhər Klinik Xəstəxanası) direktoru vəzifəsində işləmişdir. Şahid1 tanımış, o, 2021 -ci ilin avqust ayından etibarən rəhbərlik etdiyi Tibb Mərkəzində işləyir, 2022-ci ilin oktyabr ayından Mərkəzin Dəstək Xidmətləri şöbəsinin müdiri vəzifəsindədidr. Təqsirləndirilən şəxs tanımış, o, 2019-cu ildən TM-nin yanıq şöbəsində kiçik tibb bacısı vəzifəsində işləmiş, 2023-cü ilin may ayından öz ərizəsi ilə işdən çıxmışdır. TƏBİB-in tabeliyində olan digər Tibb Mərkəzlərində olduğu kimi rəhbərlik etdiyi TM-də də işə qəbul prosesi bəzi hallarda birbaşa Mərkəzin rəhbəri tərəfindən, bəzi hallarda isə bu prosesi Mərkəz rəhbəri tərəfindən TƏBİB-lə razılaşdırılmaqla həyata keçirilir. Sanitar və bu kimi texniki heyətə işə qəbul olunmaq istəyən şəxslər ərizə ilə müraciət etdikdə və müvafiq vakansiya olduqda o, həmin şəxsin aidiyyəti şöbədə 1 həftə təcrübə keçməsinə şərait yaradır, təyin olunmuş müddət başa çatdıqda həmin şöbənin rəhbərliyi, eləcə də Dəstək Xidmətinin rəhbərliyi tərəfindən işə müraciət etmiş şəxs barədə müsbət rəy verildikdə kadrlar şöbəsi həmin şəxsdən işə qəbul olunma barədə ərizə alır, ərizəni və şəxsin digər sənədlərini ona təqdim edir, bundan sonra o, onun işə qəbul olunması barədə əmri imzalamışdır. Təqsirləndirilən şəxs ərizəsi ilə Nərimanov RPİ-nin 16-ci PB-yə dəvət edilərkən tanış olmuşdur. Onun müxtəlif şəxslərdən X18 PHŞ-yə işə qəbul olunmaqda köməklik etmək adı ilə pul alması barədə onun heç bir məlumatı olmamış, eləcə də bu proseslərdə Şahid1 iştirakının olub olmadığım bilməmişdir. Qeyd etmişdir ki, təxminən 2022-ci iln sentyabr - oktyabr ayında Mərkəzin hüquqşünası Pərvin ona yaxınlaşıb Təqsirləndirilən şəxs adım və digər məlumatlarım xatırlamadığı bir nəfərlə problemi olduğunu və həmin şəxsi işə qəbul etmək lazım olduğunu ona bildirmiş, o, da bu səbəbdən həmin şəxsin işə qəbul olunması barədə əmri imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ilə əlaqəli hər hansı bir şəxsin işə qəbul olunması barədə əmri imzalamamışdır. Əlavə olaraq bildirmişdir ki, işə qəbul prosesi əvvəldə də qeyd etdiyi kimi belə baş verir ki, şəxs yaxınlaşıb kadrlar şöbəsinə müraciət etdikdə ona 1 həftə'sınaq müddəti təyin edilir və bu müddət ərzində onun işinə nəzarət Dəstək Şöbəsinə, yəni Şahid1 və aidiyyəti şöbənin rəhbərliyinə həvalə edilir, təyin olunmuş müddətin sonunda həmin şəxslərin barəsində müsbət rəy verilərsə yenidən kadrlar şöbəsinə dəvət edilərək işə qəbul olunması barədə ərizə yazdırılır, ərizə və şəxsə aid digər sənədlər ona təqdim olunur və o, işə qəbul barədə əmri imzalayır. Şahid1 işə qəbul olunma barədə ərizə yazdırmaq, yaxud ərizəni qəbul etmək səlahiyyəti yoxdur. Adlan qeyd olunan şəxslərdən işə qəbul olunmalarına köməklik etmək adı ilə pul alınması barədə onun heç bir məlumatı olmamışdır, əgər həmin şəxslərdən pul alınmışdırsa ona hər hansı məbləğdə ödəniş edilməmiş, o, bu prosesdən məlumatsız olmuşdur. Şahid1 tibb bacılarının işə qəbul prosesinə hər hansı formada müdaxilə edə bilməz, çünki bu onun səlahiyyətində deyil. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmişdir. Əvvəllər evli olub boşanmış və himayəsində yetkinlik yaşına çatmayan 3 övladı olmuşdur. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin əvvəllərində onun işlədiyi X9 tanış olmuşdur. Həmin vaxt o, müayinə olunmaq üçün oraya getmiş və Təqsirləndirilən şəxs ilə də orada təsadüfən tanış olmuşdur. Sonradan onunla aralarında şəxsi münasibət yaranmışdır. Söhbət edərkən işsiz olduğunu və uşaqlarının dolanışığım təmin etmək məqsədi ilə iş axtardığım, hətta xadimə işləməyə belə razı olduğunu ona demişdir və xahiş etmişdir ki, əgər uyğun iş olsa ona xəbər edər. 2022-ci ilin sentyabr ayının ortalarında Leyla mobil telefonla onunla əlaqə saxlayıb X8 nevrologiya şöbəsində xadimə yerinin vakant olduğunu, əgər istəsə onu oraya işə düzəldə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunun üçün sənədlərini və 1350 manat pulu ona çatdırmalı olduğunu bildirmişdir. Leyla demişdir ki, həmin pulu Tibb Mərkəzində şöbə müdiri işləyən Anar müəllim tələb etmiş və pulun hamısı Anar müəllimə veriləcəkdir. O, da razılaşmış, bundan sonra tanışlarından faizlə 1350 manat borc pul almışdır. Eləcə də şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, 3*4 ölçüdə fotoşəkili və indi xatırlamadığı digər sənədləri hazırlayıb X11 getmiş, orada sənədləri və 1350 manat pulu ikilikdə Təqsirləndirilən şəxs vermişdir. Leyla pulu və sənədləri ondan alarkən bildirmişdir ki, işə qəbul olunmağı barədə əmrin verilməsi təxminən 2-3 ay çəkəcəkdir. O, da etiraz etməmişdir. 13 dekabr 2022-ci il tarixdə Leyla ona zəng edib TM-ə dəvət etdiyindən o, ora gedib Leyla ilə görüşmüşdür. Bundan sonra onlar ikisi birlikdə Anar müəllimin kabinetinə getmişlər, Leyla onu Anar müəllimə təqdim etmişdir. Anar müəllim də demişdir ki, Ləman xanımın otağına keçsinlər və orada o, işə qəbul olunmaq istəməyi barədə ərizəni yazsın, özü də bir azdan gəlir. Bundan sonra o, Leyla ilə birlikdə Ləman xanımın otağına keçmiş, o, orada qalmış, Leyla isə iş yerinə qayıtmışdır. Otaqda bir qədər gözlədikdən sonra Ləman xanım Anar müəllimə zəng edib telefonla danışmış, danışıb qurtarandan sonra ona ağ kağız verib işə qəbul olunmaq istəməyi barədə ərizə yazmalı olduğunu bildirmişdir. O, da ərizəni yazmışdır. Ərizəni yazıb bitirdiyi ərəfədə Anar müəllim özü də oraya gəlmiş və Ləman xamma göstəriş vermişdir ki, Nevrologiya şöbəsindən Xatirə xanımı çağırsın və Xatirə xanım onu işləyəcəyi yerə aparsın. Ləman xanım da onun göstərişini icra etmiş, Xatirə xanımı otağa çağırıb onu ona təqdim etmiş və bildirmişdir ki, yeni işçidir. Bundan sonra o, Xatirə xanımla nevrologiya şöbəsinə getmişdir. Həmin gündən etibarən o, 2023-cü ilin aprel ayının sonlarına qədər o, həmin şöbədə xadimə işləmişdir. 2023-cü ilin aprel ayının sonlarında Anar müəllim onu öz kabinetinə dəvət edib bildimişdir ki, onun iş yerini nevrologiya şöbəsindən kadrlar şöbəsinə dəyişir. O, da etiraz etməmiş, TM-in İnsan resursları şöbəsinə getmiş, orada iş yerinin dəyişidirlməsi barədə ərizə yazmış və həmin gündən etibarən İnsan Resursları şöbəsində xadimə kimi işinə davam etmişdir. Qeyd etmişdir ki, işlədiyi müddətdə gəlinləri, qardaşlarının arvadları olan Zərərçəkmiş şəxs6 və Şahanə Əliyevanın da həmin TM-də işə qəbul olunmaları üçün 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs pul vermişdir. Onların hər birinin işə qəbul olunması üçün 1500 manat olmaqla ümumilikdə 3000 manat pulu Təqsirləndirilən şəxs ikilikdə vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, X8 nevrologiya şöbəsində xadimə işinə düzəlmək üçün 2022-ci ilin axırlarında Təqsirləndirilən şəxs ondan işə düzəlmək üçün tələb etdiyi şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, 3*4 ölçüdə fotoşəkili və indi xatırlamadığı digər sənədləri hazırlayıb X11 getmiş, orada sənədləri və 1350 manat pulu ikilikdə Təqsirləndirilən şəxs vermişdir. Leyla pulu və sənədləri ondan alarkən bildirmişdir ki, işə qəbul olunmağı barədə əmrin verilməsi təxminən 2-3 ay çəkəcəkdir. O, da etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə o, işdə olarkən yaxınlıqda yerləşən Bravo marketə ərzaq almaq üçün getmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona zəng vurmuş və rayonda yas yerində olduğunu bildirmiş, ondan harada olmağı barədə soruşmuş, o, bildirmişdir ki, Bravo marketə gəlmiş, onda Leyla əlavə etmişdir ki, bir nəfər Elvin adlı şəxs ona yaxınlaşacaq və ona sənəd verəcək, həmin sənədləri götürsün o, gələndə Leylaya versin. O, da razılaşmış və bir nəfər özünü Elvin adı ilə təqdim edən şəxs ona yaxınlaşıb Leyla xanıma çatması üçün falqaya qoyulmuş sənədlər vermiş, lakin həmin sənədlərin arasında pul olub olmaması barədə o, heç bir şey bilməmişdir. O, da həmin sənədləri həmin günün axşamı Leylaya vermişdir. O, gəlinləri Şahanə Əliyevanın və Zərərçəkmiş şəxs6 X11 xadimə kimi işə qəbul olunmağı üçün sonuncuların ona verdikləri ümumilikdə 3000 manat pulu və sənədləri 2023-cü ilin mart ayının sonlarında işlədiyi xəstəxananın camaşırxanasında Təqsirləndirilən şəxs vermiş, lakin Leyla verdiyi vədə əməl etməyərək nə qohumu Şahanə Əliyevanı, nə də Zərərçəkmiş şəxs6 işə düzəltməyərək pullarını mənimsəmişdir. O, Şahid1 pul verməmiş, nə də ki, onun iştirakı ilə Təqsirləndirilən şəxs Şahid1 pul verməmişlir. Leyla ondan və yaxın qohumlarının işə düzəlməsi üçün aldığı pulları Anar müəllimə verdiyini bildirmişdir. Ona görə də o, ifadəsində də belə göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində yalan göstərmiş, onun iştirakı ilə Təqsirləndirilən şəxs Anar müəllimə pul verməmiş, o, bunun şahidi olmamış və görməmişdir. O, özünün işə düzəlməsi üçün və qohumlarının işə düzəlmələri üçün pulları Təqsirləndirilən şəxs şəxsən vermişdir. Bundan sonra o, işə düzəlsədə, lakin yaxın qohumlarının işə düzəlməsi üçün Leyla verdiyi vədə əməl etməmiş və pulları mənimsəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cümaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilərkən müəyyən olumuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını saat 21:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verilmiş, 23 sentyabr 2023-cü il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş və MSY-dən azad edilmişdir, həmin qətimkan tədbiri məhkəmədə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3-cü və 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan 04 gün çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkənlər Zərərçəkmiş şəxs4, X12 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı ziyan tələbinə dair iddia qaldırmışlar, onların ziyan tələbləri təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən onların iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardımına görə 30 saat olmaqla saatı 11 manatla 330 manat məbləğində pul dövlət düdcəsinin vəsaiti hesabından ona ödənilməlidir. İş üzrə məhkəmə xərci, başqa mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan tutulduğu 02 gün müddət CM-nin 68.1.1-1 maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona 04 gün təyin edilmiş cəzadan çıxılsın üzərində 02(iki) il 01(bir) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 1 ünvanını saat 21:00-dan növbəti gün, saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkənlər Zərərçəkmiş şəxs4, X12 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı ziyan tələbinə dair iddia qaldırmışlar, onların ziyan tələbləri təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən onların iddia ərizələri baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardımına görə 30 saat olmaqla saatı 11 manatla 330 manat məbləğində pul dövlət düdcəsinin vəsaiti hesabından ona ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-94/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-94/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver