Məhkəmə qərarları › İş №1(012)-941/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-941/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-941/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun iştirakları ilə, X6 və X9 tərəfindən X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 və X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 eyni əməlləri təkrar törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148 maddələri ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb edilməsi, X6 və X9 həmin iş üzrə zərərçəkən və xüsusi ittihamçı qismində tanınması barədə qərar qəbul etməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X7 ilə tanış olmuşdur. Həmin şəxsi nəzakətli və abırlı bir şəxs kimi tanıdığı üçün bir neçə dəfə evimə qonaq qismində dəvət etmişdir. 2024-cü ilin mart ayından Nərgiz onun və qızının ünvanına içkili halda “Tik-Tok” sosial şəbəkəsində qərəzli olaraq nalayiq və təhqiramiz ifadələr istifadə etməklə həqiqətə uyğun olmayan, ləyaqətini alçaldan məlumatlar yaymışdır. Dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymamış öz iyrənc əməllərini davam etdirmişdir. Ona görə də, onun haqqında polis şöbəsinə şikayət etmiş və məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X1 Nərgiz Rafailovna barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edərək Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında dindirilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 özünü təqsirli bilərək, izahatında göstərdi ki, içkili halda “Tik-Tok” sosial şəbəkəsində polis əməkdaşlarının, Çinarə Məcidovanın və Elmira Məmmədovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən peşman olduğunu, bundan sonra heç bir platformada, heç bir şəxs haqqında təhqiredici ifadələr işlətməyəcəyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab etmişdir ki, X4 əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 Azərbaycan Respublikasının İXM-in 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi, protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat, zərərçəkənin izahatı, özünün izahatı ilə qismən və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 3(012)-708/2024 saylı 09.

04. 2024-cü il tarixli qərarına əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 70 (yetmiş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq X7 yenə də çirkin əməllərindən əl çəkmir onun, qızı və nəvəsi barəsində “Tik-Tok” sosial şəbəkəsində qərəzli olaraq nalayiq və təhqiramiz ifadələr istifadə etməklə həqiqətə uyğun olmayan, ləyaqətini alçaldan məlumatlar yaymaqda davam edir. Bundan başqa X7 çıxışlarında dəfələrlə əlində bıçaq tutaraq bildirir ki, Məcidova Çinarəni və qızını evdən çıxaracaq hər ikisini və ya özün öldürəcək. Onları hətta ölümlə hədələyir. Uzun zamandır ki, səksəkə içərisində yaşayır, işə gedib-gələndə ehtiyat edirik. Məqsədi, niyyəti nədir? Bəlli deyil. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Odur ki, X3, qızına və nəvəsinə barələrində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atdığı üçün Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Eyni zamanda X7 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, zərurət yarandığı üçün ərizənin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iş materiallarının zərurət yarandığı üçün geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 314.2. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarılır: Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 314.2 və 43.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: X6 və X9 tərəfindən X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayəti geri qaytarılsın. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar