Məhkəmə qərarları › İş №1(012)-944/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-944/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-944/2024 04.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Təqsirləndirilən şəxs Kılıçaslan X9 və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi Rafia qızının iştirakları ilə xx.xx.2000-ci il Türkiyə Respublikası, Siirt şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Türkiyə Respublikası Siirt şəhəri, Çal məhəlləsi. ev 218 ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq müvəqqəti qeydiyyatla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Kılıçaslan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Kılıçaslan X9 xx.xx.2024-cü il tarixdə saat 10:15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Vidadi küçəsində qayınatası Şahid ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında hasar çəkilməsinə və bunun üçün aparılan qazıntı işlərinə mane olması ilə bağlı şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya bir dəfə yumruqla sifət nahiyəsindən vurmaqla ona burun nahiyəsinin qançırı, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitası və almacıq nahiyəni əhatə edən sahənin dərialtı hematoması, sol yanaq və almacıq nahiyyələrini əhatə edən sahənin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurma cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında X1 iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs Kılıçaslan X9 ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, o Türkiyə Respublikası vətəndaşıdır. Evlidir və bir azyaşlı övladı var. Rəsmi olaraq işləmir. X14 Azərbaycan Respublikası vətəndaşıdır və buna görə tez-tez Azərbaycana gəlib-gedir. Leylanın atası Şahid ünvan 2 ünvanında yaşayır və onlar ailəvi hər dəfə Azərbaycana gələndə həmin ünvanda qonaq olur. xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən qayınatası Şahid yuxarıda qeyd etdiyi ünvanında qonaq olmuşdur. Bundan əlavə həmin evin həyətyanı sahəsinə bitişik X14a məxsus torpaq sahəsində ailəsi üçün ev tikir. O, Azərbaycanda olduğu müddətdə həmin torpaq sahəsinin hasarını çəkmək istəmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdən həmin yerdə hasar üçün yer qazmış və bu iş xx.xx.2024cü il tarixdə səhər saatlarına kimi davam etmişdir. Bundan sonra qayınatası Şahid ustalara zəng vurmuşdur ki, evin hasarını hörməyə gəlsinlər. Bundan sonra onlar ustaları gözləmişdir. Həmin gün saat 10 radələrində 2 nəfər adını bilmədiyi usta gələn zaman hasar üçün qazdığı yerin torpaqla doldurulduğunu görmüşdür. Bu zaman onlar öz aralarında söhbət edərək bunu kimin törətdiyini bilmək istəmişdir. Təxmini 10-15 dəqiqə sonra qonşuluqda yaşayan Zərərçəkmiş şəxs gələrək qazılan yeri doldurduğunu və hasar çəkilən yerin evinə gedən yol olduğunu bildirmişdir. Bu zaman isə o, bərk əsəbləşmişdir. Çünki, oruclu ola-ola 3 gün boyunca əzab-əziyyətlə yer qazmışdır və bir dəqiqənin içərisində Cavidin həmin yeri doldurması ona pis təsir etmişdir. Bu zaman ilk öncə qayınatası Abdulla ilə Cavid mübahisə etmişdir. Ancaq sonradan mübahisəyə o da qoşulmuşdur. Lakin həmin vaxt Cavidin bəzi sözləri və üzərinə gəlməyi onu özündən çıxarmışdır. Həm də yuxarıda qeyd etdiyi məsələyə görə Caviddən acıqlı imiş. Buna görə də həmin vaxt o, Cavidin üzərinə hücum çəkərək yumruqla bir dəfə sifət nahiyyəsindən vurmuşdur və Cavid yerə yıxılmışdır. Bundan sonra isə ustalar və qayınatası Abdulla araya girərək onları ayırmış və ara sakitləşmişdir. Qeyd edir ki, hətta həmin vaxtı Cavid də onu vurmuş, sadəcə olaraq o, ondan şikayət etməmişdir. Sonradan isə Cavidin polisə müraciət etdiyini bildirmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini lakin onun qoyduğu şərtləri qəbul etmədiyindən barışıq əldə edə bilmədiyini bildirdi. Əməlindən peşmandır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında övladlarını məktəbə düşürüb evə qayıdan zaman qonşuluqda yaşayan Abdulla adlı şəxs evimə gedən yolun üzərində qazıntı işləri apardığını görmüşdür. Belə ki, Abdullanın apardığı qazıntı hasar üçün nəzərdə tutulmuş və ətrafında mişar daşları var imiş. Həmin hasar çəkildiyi təqdirdə evinə giriş-çıxış mövcud olmayacaqdır. Buna görə də o, evə keçib əynini dəyişmiş və həmin mişar daşlarını kənara çəkib qazılmış hissələri torpaqla doldurmuşdur. Daha sonra isə evə keçmişdir. Bir müddət sonra saat 10:15 radələrində küçədən səs-küy gəldiyini görmüş və küçəyə çıxanda qonşusu Abdulla, tanımadığı 2 nəfər usta olan şəxs və Abdullanın qohumu hesab etdiyi Türkiyə vətəndaşı başqa bir tanımadığı şəxsin ucadan doldurduğu qazıntı yeri ilə bağlı söhbət etdiyini görmüşdür. Bu zaman o, Abullaya yaxınlaşmış və etdiyinin qanunsuz olduğunu bildirmişdir. Abdulla isə ona həmin yeri aldığını bildirmişdir. O da Abdullaya həmin yerin sənədini göstərməsini demişdir. Ancaq Abdulla bundan imtina etmişdir. O, daha sonra Abdullaya hasar çəkməyi dayandırmağını və məhkəmədə mübahisəni həll etməyini bildirmişdir. Lakin Abdulla bununla razı olmayaraq onunla mübahisə etmişdir. Həmin vaxt Abdullanın qohumu olan Türkiyə Respublikası vətəndaşı onu nalayiq ifadə ilə təhqir etmişdir və o da həmin şəxs qarşılıq vermişdir. Daha sonra həmin şəxs onu yenidən ağır söyüşlə təhqir etsə də, o, yenidən həmin şəxsə qarşılıq verərək Abdullanın qoluna girməklə qohumunu uzaqlaşdırmağını və hadisə baş verə biləcəyini demişdir. Lakin bu zaman o, çevrilərkən qəflətən arxadan Türkiyə Respublikası vətəndaşı olan şəxs onu yumruqla bir dəfə sifət nahiyyəsindən vurmuşdur. Yumruğun təsirindən o, yerə yıxılmışdır. Daha sonra həmin şəxsin onu yerdə vurub-vurmamasını xatırlamır. Biraz sonra isə özünə gələndə burnundan qan gəldiyini görüb qanı təmizləmişdir. Daha sonra isə yerdən qalxıb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin vaxt yuxarıda qeyd etdiyi şəxslər orada imiş. Sonradan öyrənmişdir ki, həmin şəxs Abdullanın Türkiyə Respublikası vətəndaşı olan kürəkənidir və adı Təqsirləndirilən şəxsdir. Hadisə zamanı qonşusu Abdulla, X15 və onlarla birlikdə olan iki nəfər tanımadığı ustanın orada olduğunu, onun Abdulla və Mehmet Mehdi ilə arasında mübahisənin 10-15 dəqiqə çəkdiyini və Mehmet-Mehdinin onu qəflətən vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin onunla barışığa cəh etdiyini, o isə yalnız mübahisəli torpaq sahəsi üzərində olan yolun ona qaytarıldığı təqdirdə Təqsirləndirilən şəxslə barışacağını bildirmişdir. Hadisə yerinin qonşunun evinin müşahidə kamerasına düşən görüntüləri varıdır. Həmin görüntüləri əldə edib istintaqa təhvil verilsə də, iş materiallarına nəyə görə əlavə edilmədiyini bilmir. Həmçinin bildirmək istəyir ki, təqsirləndirilən şəxs bu hadisədən sonra onun evini daşlamış, ailəsi və onu qorxu içındə yaşamağa məcbur etmişdir. Bu hadisə ilə də bağlı polisə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində daha ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu, Təqsirləndirilən şəxs isə kürəkənidir. Belə ki, Türkiyə Respublikası vətəndaşı olan X2 ilə evlidir. Onlar Azərbaycan Respublikasına tez-tez gəlibgedirlər və həmçinin onun torpaq sahəsinə bitişik ərazidə özləri üçün ev tikdirirlər. xx.xx.2024-cü il tarixdə kürəkəni Mehmet-Mehdi yenidən Azərbaycana gəlmiş və xx.xx.2024-cü il tarixdə qeyd etdiyi torpaq sahəsində hasar çəkmək üçün qazıntı aparmışdır. O da hasarın hörülməsi üçün iki nəfər usta tapmışdır. Həmin şəxslərin adları Rahil və Tərlan imiş. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mehmet Mehdi qazıntı işlərini başa çatdırmış və ondan ustaları çağırmağını istəmişdir. O da ustaları çağırmışdır. Lakin həmin tarixdə saat 10 radələrində onlar küçəyə hasar üçün qazılan yerə baxan zaman görmüşdür ki, həmin yer torpaqla doldurulmuşdur. Buna görə onlar əsəbləşmişdir. Təxmini 10-15 dəqiqə sonra isə qonşusu Zərərçəkmiş şəxs gəlmiş və onlara torpağı özünün doldurduğunu bildirmişdir. Bu zaman aralarında mübahisə düşmüşdür. X20 də mübahisəyə qoşulmuşdur. Lakin Cavid nalayiq ifadə işlətmiş və Mehmet Mehdi buna əsəbləşmişdir. Daha sonra isə X23 üzərinə gedib bir dəfə yumruqla sifət nahiyyəsindən vurmuşdur. Zərbənin təsirindən Cavid yerə yıxılmışdır. Həmin vaxtı Cavid də Mehmeti vurmuş, lakin Mehmet ondan şikayətçi olmamışdır. Daha sonra isə araya girmiş və onları aralaşdırmışdır. Cavid isə polisə müraciət etmişdir. Bundan sonra mübahisənin sakitləşdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür.Zərərçəkmiş şəxs kimi tanınmışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 669 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – burun nahiyyəsinin qançırı, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitası və almacıq nahiyəni əhatə edən sahənin dərialtı hematoması, sol yanaq və almacıq nahiyyələrini əhatə edən sahənin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 670 saylı rəyinə əsasən Kılıçaslan X5 bədəni üzərində xəsarət aşkar edilmədi.  “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Kılıçaslan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.  “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Kılıçaslan X9 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Kılıçaslan X9 əvvəllər məhkum olunmamışdır.  AA6019752 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Kılıçaslan X5 xx.xx.2023-cü il təvəllüdlü X4 adlı oğlu vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Kılıçaslan X5 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Kılıçaslan X5 himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, himayəsində 1 azyaşlı uşağının olmasını, əməlində ağırlaşdıran halların müəyyən edilməməsini, əmiləndən peşman olmasını, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsini, nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Ona görə də məhkəmə hesab edir ki, Kılıçaslan X6 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Kılıçaslan X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Kılıçaslan X6 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Kılıçaslan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs Kılıçaslan X9 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Kılıçaslan X6 məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar