Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-945/2025 01.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Yevlax rayonu, Aş Salamabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Yevlax rayonu, Aş Salamabad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, "xxxx" MTK binası, ev 2, mənzil 77-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə saat 00:50 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1, "xxxx" MTK-nın 1-ci blokun qarşısında, həmin binanın komendantı Zərərçəkmiş şəxs ilə sonuncunun kommunal borcları ödəməyən sakinlərin siyahısında onun adını yazması və telefonun «Watsap» proqramında yayımlaması səbəbindən gecə vaxtı alkoqol sərxoşluğu vəziyyətində mübahisə yaratmış, yaranmış mübahisə zamanı cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqində qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yerdə üstündə gəzdirdiyi bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən iki dəfə vuraraq ona döş qəfəsinin arxa səthinin sol yarısının iki ədəd çapıq toxumaları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il olar ki, Xırdadan şəhəri, M.Hüseynzadə küçəsi, "xxxx" MTK binasında kirayədə yaşayır. Rahab İsmayılovu həmin binada kirayə yaşadığı vaxtdan tanıyır, belə ki, Rahab İsmayılov həmin binanın komendantıdır. Hadisə baş verən ərəfəyədək onun Zərərçəkmiş şəxsla arasında heç bir ədavət və qərəzli münasibət olmamışdır. Rahab İsmayılova aylıq binanın kommunal xərclərini və su pulunu ödəyir. Lakin son vaxtlar maddi sıxıntıları ilə bağlı mənzilin kommunal xərcinə 150 manat borcu yaranmışdır. Belə ki, onun kommunal xidmətlərə 200 manat borcu yaranmış, Rahab İsmayılov da evin sahibinə məlumat vermiş və o da borcun 50 manatını ödəmiş, ayın axırında isə 50 manat da ödəyəcəyinə söz vermişdir. Buna baxmayaraq Rahab İsmayılov telefonda vatsapda sakinlər arasında yaranmış qrupda onun kommunal borcu ilə bağlı paylaşım etmişdir. O, hadisə baş verən ərəfəyədək ona bir neçə dəfə xəbərdarlıq etmiş ki, bu hərəkətini yığışdırsın və vatsapdan borcun olması barədə məlumatı silsin, ona onu və ailəsini tanıdığını, uşaqlardan ayıbdır deyə ona bildirmişdir. X9 həmin məlumatı vatsapdan silməmişdir. O, Xırdalan bazarında gözətçi işləyir və həftənin 6 günü işləyib 2 günü istirahət edir. 25 mart 2025-ci il tarixdə də onun istirahət günü olmuş, buna görə də bazarda yeyib içmişdir. 26 mart 2025-ci il tarixinə keçən gecə təxminən saat 00:50 radələrində bazarın yanından çıxıb təxminən 150-200 metr qarşıda yerləşən yaşadığı binaya gəldikdə binanın birinci blokunun qarşısında Rahab İsmayılovun təxminən 2 nəfər tanımadığı şəxslə dayanıb söhbət etdiklərini görmüş, o, ikinci blokda yaşadığı üçün birinci blokun yanından keçdikdə sonuncularla salamlaşmış və keçib evinə getmək istədikdə Rahab İsmayılov ona «nə oldu» demişdir. O, sonuncudan nəyi soruşduğu barədə maraqlandıqda, Rahab evin kommunal borcunu ödəməyi bildirmiş, sonuncuya on gün olar ki, 50 manat ödədiyini və hazırda bayramdan çıxdıqlarını və aym sonunda maaş alıb 50 manat da ödəyəcəyini bildirmişdir. X3 bu fikrinə qarşı kobudluq etmiş və yanında olan şəxslərin yanında onunla kobud danışmağa başlamışdır. Onun tanımadığı şəxslərin yanında Rahabın onunla kobud danışdığına görə ayaq saxlayıb geri qayıtmış və nə səbəbə onunla belə danışdığını soruşmuşdur. Həmin vaxtı içkili olduğundan ona qarşı qarşı etdiyi hərəkətlər ona çox pis təsir etmiş və onu çəkib binanın blokuna salmış və üstündə gəzdirdiyi cib bıçağını çıxarıb tiyəsinin uc hissəsindən bir qədər arxa hissəsindən tutub iki dəfə ardıcıl zərbə ilə onun arxa kürək nahiyəsindən vurmuşdur. Belə ki, bıçağın tiyəsinin uc hissəsinə yaxın məsafədən əli ilə tutmaqda məqsədi sonuncunu dediyi sözlərə görə cəzalandırmaq olmuş, başqa məqsədi olmamışdır. Rahab İsmayılovu bıçaqla vurduqdan sonra çıxıb evinə getmiş, heç kəsə evdə hadisə barədə bir söz demədən uzanıb yatmış,, üstündən təxminən bir saat keçmiş polis əməkdaşları evinə gəlib onu polis idarəsinə gətirdmişlər. Göstərmişdir ki, Rahab İsmayılov ona mənzilin kommunal borcunu ödəmədiyinə görə kobud formada irad bildirdikdə ona aym axırında növbəti ödənişi ödəyəcəyini bildirməsinə baxmayaraq, gözləmədiyi anda tanımadığı şəxslərin yanında ona qarşı kobudluq etdiyi üçün onu cəzalandırmaq istəmiş, bu məqsədlə onu binanın blokuna salıb üstündə gəzdirdiyi bıçağı çıxarıb bıçağın sonuncunun bədəninə çox batmaması üçün tiyəsinin ucuna yaxın məsafədə əli ilə tutaraq iki dəfə onun kürəyindən vurmuş, məqsədi onu cəzalandırmaq olmuş, həmin vaxtı blokda Rahab İsmayılovla birlikdə olmuş 2 nəfər tanımadığı şəxs olmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı SSRİ dövründən almış və arabir məişətdə təyinatı üzrə istifadə etmiş, hadisədən sonra içkili olduğu üçün həmin bıçağın hara düşdüyünü və yaxud atdığını xatırlamır. Rahab İsmayılovu ona qarşı kobudluq etdiyinə görə onu cəzalandırmaq istəmiş, onu nə öldürmək və nə də digər məqsədi olmamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da komendant kimi fəaliyyət göstərir. Əsas işi binanın təmizliyinə və kommunal xərclərinə nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanımış, həmin şəxs ilə əvvəllər arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs da, onun yaşadığı ünvan 3 ünvanında yerləşən soyadını bilmədiyi Zakirə məxsus evdə kirayə yaşayır. Təxminən 2 ay əvvəl binada yaşayan sakinlər ilə birgə yaratdığı “VVhatsapp” mobil tətbiqinin qrupunda kommunal xərclərin ödənməsi ilə bağlı mesaj yazmışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 00:50 radələrində yaşadığı ünvanda ikinci blokun qarşısında dayanarkən Təqsirləndirilən şəxs ona yaxınlaşmış və ondan niyə kommunal ödənişlərini etməməyi barədə ev sahibinə şikayət etdiyini soruşmuşdur. Həmin vaxt Rövşən içkili olmuş, o, isə Rövşənə belə bir şey etmədiyimi, ümumi qrupda ödənişlərin olunması ilə bağlı mesaj yazdığını demişdir. Rövşənin içkili olduğunu görərək onu qucaqlamış və evinə gedib istirahət etməsini, bu barədə sabah da, danışa biləcəklərini bildirmişdir. Onların yaşadığı binada lift sistemi işləmədiyi üçün birinci blokda yerləşən pilləkənlarlə öz evinə gedərkən birinci binanın girişində qonşularım olan Şahid1 və X4 görmüşdür. Orada dayanıb sonuncularla söhbətləşərkən Təqsirləndirilən şəxs onun arxası ilə içəri daxil olmuş, gəlib onların yanında dayanaraq onunla ilk əvvəl sözlü mübahisə etməyə başlamışdır. Əvvəllər məhkumluq həyatı yaşadığını bildirərək onu qorxutmaq istəmiş, söhbət edən zaman ani bir anda sağ əlini belinə ataraq bıçaq çıxarmış və bıçaq ilə onu vurmaq istədikdə o geriyə çəkilmiş, bu vaxtı yanında olan Şahid1 sonuncunun qarşısına keçib sakitləşdirmək istədikdə ondan yayınıb yenidən onun üstünə gəlmiş, belə olan halda sonuncunu divara sıxaraq qucaqlamaqla hərəkət etməsinə mane olmaq istəmiş, həmin vaxt orada olan Şahid1 və Vaqif Qasımov da müdaxilə edərək ilk əvvəl Rövşənin bıçağı saxladığı sağ əlini tutmuş və ondan aralaşdırmışlar. Həmin vaxt kürək nahiyəsində istilik hiss etmiş və əli ilə həmin nahiyəsinə uzatdıqda qan olduğunu, yəni Rövşənin bıçaqla ona xəsarət yetirməsim başa düşmüş, Rövşən içkili olduğu üçün ona evə getməsini bildirmiş, o xəsarət aldığı üçün təcili tibbi tardıma telefonla zəng edərək xəsarət almağı ilə bağlı məlumat verilmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onu Abşeron rayon Mərkəzi Xəstəxanasına gətirmiş, orada ona ilkin yardım göstərilmiş və xəstəxanada olarkən bildiyi 2 ədəd almış olduğu bıçaq yaralarına tikiş qoyulmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs azadlıqda qalmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-da komendant kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır, aralarında normal münasibət olmuşdur. Sonuncunun əsas işi binanın təmizliyinə və kommunal xərclərinə nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxs ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs da, ünvan 3 ünvanında yerləşən soyadını bilmədiyi Zakirə məxsus evdə, kirayə yaşayır. xx.xx.2025-ci il tarixdə təxminən saat 00:50 radələrində binanın girişində qonşuları olan X7 və qonşu binada yaşayan adını bilmədiyi şəxs olmuş, həmin vaxt Rahab da, oraya gəlmişdir. Onlar orada dayanıb söhbətləşərkən Təqsirləndirilən şəxs da, onun arxasınca içəri daxil olmuş, gəlib onların yanında dayanaraq təxminən 2 ay əvvəl binada yaşayan sakinlər ilə birgə yaratdığı “VVhatsapp” mobil tətbiqinin qrupunda kommunal xərclərin ödənməsi ilə bağlı Rahab mesaj yazmışdır. Rövşən həmin vaxt Rahabdan niyə kommunal ödənişlərini etməməyi barədə ev sahibinə şikayət etdiyini soruşmuş, həmin vaxt Rövşən içkili olmuş, Rahab isə Rövşənə belə bir şey etmədiyini, ümumi qrupda ödənişlərin olunması ilə bağlı mesaj yazdığını demişdir. Rövşən ilk əvvəl Rahabla sözlü mübahisə etməyə başlamış, əvvəllər məhkumluq həyatı yaşadığını bildirərək onu qorxutmaq istəmiş, söhbət edən zaman ani bir anda sağ əlini belinə ataraq bıçaq çıxarmış və bıçaq ilə Rahabı vurmaq istədikdə sonuncu geriyə çəkilmişdir. Həmin vaxtı o və Vaqif sonuncunun qarşısına keçib hərəkətinin qarşısını almaq istəmiş, lakin Rövşən ondan yayınıb yenidən Rahabın üstünə gəldikdə sonuncu onu divara sıxaraq qucaqlamaqla hərəkət etməsinə mane olmaq istəmişdir. Həmin vaxt o da, müdaxilə edərək ilk əvvəl Rövşənin sağ əlini tutmuş və orada olan Vaqif Qasımov da ona köməklik edib onu Rahabdan kənarlaşdıra bilmişdir. Həmin vaxt Rahab kürək nahiyəsində istilik hiss etdiyini deyərək əli ilə yoxladıqda qan olduğunu bilmişdir. Belə olduqda Rövşənin bıçaqla Rahabın kürəyindən xəsarət yetirməsini başa düşmüş, Rövşən içkili olduğu üçün ona evə getməsini bildirmiş və Vaqif təcili tibbi yardıma telefonla zəng edərək Rahabın xəsarət almağı ilə bağlı məlumat vermişdir. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili Rahabı Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmış və o özü də xəstəxanaya yollanmış, orada Rahaba ilkin yardım göstərilmiş və xəstəxanada olarkən Rahabın 2 ədəd almış olduğu bıçaq yaralarına tikiş qoyulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiq etmiş və istintaqa oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 24027079 nömrəli cinayət işi başlanmışdır. -Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2025-ci il tarixli, ******* saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül alkoqol sərxoşluğu aşkar olunmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət işi üzrə əməlin tövsif olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. -“Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-151/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1314 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsin arxa səthinin sol yarısının iki ədəd çapıq toxumaları, hansılar ki, keçmişdəki kəsilmiş-deşilmiş yaraların izləri olub, müddəti müayinədən 2-3 aylara uyğun gəlir, kəsici-deşici alətin təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə poxulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -“Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 239-cu maddənin B Bəndi, 241-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X6 Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243; 220 M 1 HİS; 220-1 M1 HİS maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 333.6; 228.1; 232.1; 66-cı maddələrinə tövsif edilmiş, cəza 08 il müddətinə endirilmiş, xx.xx.2002ci ildə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. -“Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və təqsirləndirilən şəxsin əməlinin ifşa edilməsi istiqamətində toplanmış materiallar cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir. -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Onu bağışlayır və onunla barımışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan –xx.xx.2025-ci il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 14 saat üçün nəzərdə tutulan 154 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 14 saat üçün nəzərdə tutulan 154 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(012)-945/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-945/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver