Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-948/2023 13.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə oğlunun iştirakları ilə, xx.xx.1990-cı ildə Saatlı rayonu, Mollavaizli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə, saat 08:10 radələrində idarə etdiyi "Kia Ceed" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, Novxanı-Binəqədi yolu ilə Binəqədi rayonu isiqamətində hərəkətdə olarkən "Noil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək Novxanı-Binəqədi yoluna sağdan birləşən köməkçi yoldan baş yola çıxan X3 idarə etdiyi **-XC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sol orta hissəsindən idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehiyyatsızlıqdan Əsman Nəsirova hər iki ağciyərin əziyi, sol ağciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları, döş sümüyünün, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağ tərəfli İİ qabırğanın qapalı, yerdəyişən sınıqları, döş qəfəsi, qarın nahiyələrinin və sağ ayaq pəncəsinin sıyrıqları, qarın nahiyəsinin qançırları kimi həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə sol ağ ciyərin cırılmaları, döş sümüyünün, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağdan İİ qabırğanın sınıqları nəticəsində baş verən travmatik-hemorragik şokdan Əsman Nəsirovun ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş mərhum Əsman Nəsirovda da günah olmuşdur. 2022-ci ilin sonlarında işləmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsinə köçmüşdür. Ailəlidir, iki övladı var. 02 avqust 2023-cü il tarixdə saat 08 radələrində işə getmək məqsədi ilə ona məxsus olan **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsindən çıxmışdır. Saat təxminən 08:10 radələrində Novxanı kəndi ərazisində üzü Binəqədi rayonu ərazisi istiqamətində hərəkətdə olarkən qarşıdan Mercedes markalı avtomobilin köməkçi yoldan baş yola çıxdığını görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən 50-55 km/saat olmuşdur. Həmin vaxt avtomobilində sərnişin və ya hər hansı bir yük olmamışdır. O, avtomobili ilə hərəkət etdiyi yolun iki istiqamətli və dörd hərəkət zolaqlı olduğunu və hərəkət istiqamətləri arasında qoşa xətt yol nişanı olduğunu, buna görə də Mercedes markalı avtomobilin qoşa xətti tapdalamayaraq sağa dönüb hərəkət edəcəyini fikirləşdiyi üçün o da hərəkət istiqamətini sol zolağa dəyişmişdir. Lakin, Mercedes markalı avtomobil köməkçi yoldan çıxaraq düz hərəkət etdiyi üçün onun idarə etdiyim Kia markalı avtomobilin qabaq hissəsi Mercedes markalı avtomobilin sol ön qapısı ilə sol arxa qapısının arasından ona çırpılmışdır. O, hadisənin bu cür baş verə biləcəyini fikirləşmədiyi üçün əyləcdən çox gec istifadə etmişdir. Zərbənin təsirindən hər iki avtomobil yolun solunda olan boş əraziyə düşmüşdür. O, həmin vaxt hadisənin təsirindən özünü itirsə də özü avtomobildən düşmüşdür. Daha sonra qışqıraraq ətrafdakı tanımadığı şəxslərdən Mercedes markalı avtomobilin sürücüsünə kömək etməklərini xahiş etmişdir. Daha sonra həmin şəxslər tərəfindən Mercedes markalı avtomobilin sürücüsü yaralı vəziyyətdə avtomobildən çıxarılmışdır. Daha sonra əvvəlcə Mercedes markalı avtomobil, sonra isə onun avtomobili alışaraq yanmışdır. Həmin vaxt Mercedesdə də sərnişin olmamışdır.Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, zərərçəkmiş şəxsin hüquqi varisi ondan şikayətçi deyildir və heç bir tələbləri yoxdur. Ailəsinin yeganə gəlir mənbəyi idarə etdiyi avtomobllə sərnişin daşıması olmuş,əgər onun sürücülük hüququ məhudlaşdırılarsa,ailəsinin maddi durumu çətin vəziyyətdə olacaqdır,bunların nəzərə alınaraq məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, X5 onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə bacısı oğlu ona zəng edərək dayısı Əsmanın idarə etdiyi **-XC-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə yolnəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, hadisə yerinə getdikdə hadisənin Abşeron rayonu, Novxanı kəndi, Novxanı-Binəqədi yolunda yerləşən “Noil” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi ona məlum olmuşdur. Uzaqda olduğu üçün qardaşı Əsmanı hadisə yerində görə bilməmişdir. Lakin hadisə baş verdikdən dərhal sonra Əsman sağ olduğu üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçindiyini ona məlumdur. Daha sonra Əsmanı yağadıqları Novxanı kəndində, Novxanı məzarlığında dəfn etmişlər. Hal-hazırda təqsirləndirilən şəxslə barış əldə edilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti,iddiası, tələbi yoxdur, bu barədə məhkəməyə notarial qaydada təstiq edilmiş ərizəsini təqdim edir və məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, mərhum X5 onun keçmiş həyat yoldaşıdır. **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili Əsman özünə alarkən hazırda xatırlamadığı səbəbdən avtomobili onun adına sənədləşdirmişdir. Ona görə də həmin avtomobil onun adına olsa da Əsmana məxsus olmuşdur və Əsman idarə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Abşeron rayonu, Novxanı kəndi, Novxanı-Binəqədi yolu, “Noil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Binəqədi rayonu istiqamətində yolun asfalt örtüklü hissəsində baş vermişdir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və hamardır. Yol iki ikitərəflidir, işlək hissədə dörd hərəkət zolağına bölünmə vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş İfadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə saat 08:10 radələrində Novxanı kəndi ərazisində Binəqədi rayonu istiqamətində özünə məxsus **- DU-*** dövlət qeydiyyat nişanlı Kia Ceed markalı avtomobillə təxminən 50-55 km/saat sürətlə hərəkət edərkən yolun hərəkət hissəsinin sağ tərəfindən əsas yola birləşən köməkçi yoldan Mercedes markalı avtomobil qəflətən yola çıxmışdır. Həmin vaxt o, yolun iki tərəfli yol olduğunu və orta hissəsində qoşa xətt olduğunu, buna görə də Mercedes markalı avtomobilin yol hərəkəti qaydalarına uyğun olaraq sağa dönəcəyini fikirləşmişdir. Buna görə də sükanı sola doğru döndərərək hərəkətə davam etmişdir. Lakin Mercedes markalı avtomobil də düz hərəkət etdiyi üçün onların avtomobilləri toqquşaraq yolun soluna düşmüş və oradakı qaz xəttinə dəyərək qaz xəttini qırmışdır. Daha sonra ətrafdakı insanlar onu və digər avtomobilin sürücüsünü avtomobildən düşürmüşlər. Bir qədər sonra avtomobillər yanmağa başlamışdır. O, bir müddət şok vəziyyətində olmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli, 2/25181 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Cinayət işi üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 8/2594 saylı rəyindən görünür ki, Mercedes Benz markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Kia Ceed markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur/ İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-tibbi ekspertizasının 02 avqust 2023-cü il tarixli 109 nömrəli meyit rəyindən görünür ki, 1972-ci ildə anadan olmuş X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Hər iki ağciyər əziyi. Sol ağciyərin çoxlu qanitirməyə səbəb olan cırılmış yaraları. Döş sümüyünün, sol tərəfli İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağ tərəfli İİ qabırğanın qapalı, yerdəyişən sınıqları. Döş qəfəsi, qarın nahiyələrinin və sağ ayaq pəncəsinin sıyrıqları. Qarın nahiyəsinin qançırları. Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın(əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, X1 olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür. X3 ölümünün səbəbi – sol ağciyərin cırılmaları, döş sümüyünün, soldan , İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağdan İİ qabırğanın sınıqları nəticəsində baş verən travmatikhemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X3 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2023-cü il 12:00-dan) təxminən 3-5 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil, və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan,məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə-tibbi ekspertizasının 26 avqust 2023-cü il tarixli 1623 nömrəli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin və sağ diz oynağı nahiyəsinin qançırları, sağ mil-bilək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, sağlamlığa zərərvurma dərəcəsinin təyini zərərçəkənin adına olan müvafiq tibbi sənədlər ekspertizaya təqdim olunduqdan sonra aydınlaşdırılacaqdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekalarında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il il təvəllüdlü X4 adlı iki azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli,320 nömrəli arayışından görünür ki, Saatlı sakini,1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2008-ci il tarixdən 2010-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş,müvafiq hərbi hissəyə təhvil verilmişdir.xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 274 saylı əmri ilə ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydasını pozması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslin hüquqi varisinin, həmçinin ekspertiza rəylərilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlini etiraf etməklə səmimi peşmançılığı, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmçinin ikinci Qarabağ müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilməklə xx.xx.2020-ci il tarixədək müvafiq hərbi hissənin tərkibində olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 saylı qəarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını, nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəzalar ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Saatlı rayon İcra və Probasiya şöbəsinə havalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128manat təşkil etməklə dövlət nəfinə keçirilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Saatlı rayon İcra və Probasiya şöbəsinə havalə edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelliyasiya protesti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №1(012)-948/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-948/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver