Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-948/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarayeri kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə işlədiyi Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən obyektindən 1 ədəd 3200 manat dəyərində «Rancilio Classe 5S» markalı qəhvə bişirən aparatı, bir ədəd 850 manat dəyərində «Rancilio KRYO 65 OD» markalı qəhvə üyüdən aparatı və bir ədəd 500 manat dəyərində «Karcher Puzzi 8/1 C» markalı kimyəvi təmizləmə tozsoranı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4550 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2022-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində olduğu zaman internetdə Azərbaycanda iş yeri axtarmaq üçün iş elanlarına baxmış, həmin elanlar içərisində kofe bişirmək üzrə mütəxxəssis axtarıldığını görmüşdür. O, Rusiyada bu işlə məşğul oluğu üçün bu sahədə təcrübəsi olmuş, həmin elanı qoymuş Samir adlı şəxsin mobil nömrəsinə zəng edərək onunla iş barədə maraqlanmış, Samir ona bildirmişdir ki, ona Abşeron rayonu, Masazır qəsəbəsində və Qəbələ rayonunda yerləşən obyektlərdə kofe bişirən mütəxəssis lazımdır. O, isə ona bu iş üzrə mütəxəssis olduğunu bildirib aylıq əmək haqqı barədə maraqlanmış, Samir ona demişdir ki, iş alınsa ilkin vaxtı 300-400 manat əgər iş yaxşı olarsa maaşı artıracaqdır. O, sonuncunun təklifi ilə razılaşıb Bakıya gəlib əlaqə saxlayacağını demiş, təxminən bir neçə gün sonra Azərbaycana qayıtmış və Samirlə əlaqə saxlayaraq sonuncunun dediyi Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən obyektin yanına gələrək görüşmüşdür. Samirlə tanış olduqdan sonra sonuncu ona Masazırda olan yeni açılmış obyekti göstərmiş, Samir orada çay və kofe verilməsini bildirmiş, onun qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq Samirin obyektində iş otağında yaşamışdır. Samirlə Bakı şəhərində kofe bişirən və üyüdən aparatlara maraqlanmış, ancaq həmin aparatların təzəsi çox baha qiymətə olduğu üçün Samir bildirmişdir ki, axtarıb ucuz qiymətə alacaqdır. O, Samirin obyektində qalmış, ancaq xərcləməyə pulu olmamış, Samir üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, buna görə də qərara gəlmişdir ki, özünə başqa iş tapsın. Çünki pulsuzluqdan əziyyət çəkmiş, evdən ona pul göndərmişlər. Həmin gün orada fikirləşmiş və pulu olmadığı üçün obyektdə olan kofe üyüdən və dəmləyən aparatlarını və «Karcher» markalı kimyəvi təmizləmə aparatını aparıb satmağa qərara gəlmiş, o, həmin əşyaları sataraq Gəncəyə getmişdir. Bir neçə gün orada qalıb sonra Moskvaya təyyarə bileti alıb xx.xx.2022-ci il tarixdə yenidən Moskvaya anasının yanına qayıtmış, Moskva şəhərində olarkən ona məlum olmuşdur ki, Abşeron polisində onun barəsində cinayət işi açılıb və bu səbəbdən Rusiyada polisə yaxınlaşmış və onu saxlayıb Azərbaycana göndərmişlər. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini maddi imkansızlıqdan törətməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, Rusiya Federasiyasında yaşayan anasının xəstə olmasını və ona köməklik etmək üçün qısa müddətdə ölkəni tərk etməli olduğunu bildirərək məhkəmədən ona ictimai işlər cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən yol kənarında 230 kv metr obyekt almış və həmin yerdə kofe satışı kafesi açmaq istəmiş, bu məqsədlə internetdə 2022-ci ilin may ayında işçi qəbul etmə üçün elan vermişdir. Əsas ona kofeni bişirən işçi lazım olmuş, həmin ayda onunla Rusiya nömrəsi ilə əlaqə saxlayan və özünü İsmət kimi təqdim edən şəxs zəng vurub bildirmişdir ki, kofe bişirmək üzrə ustadır. Telefonla danışmış və ona həmin ünvanı bildirəndən sonra İsmət həmin yerə gəlmişdir. Sonuncu özü haqqında ona danışandan sonra onunla birlikdə kofe bişirən kafelərə aparmış və müxtəlif ustalarla görüşdürmüş, əmin olmuşdur ki, İsmət kofeni bişirmək üzrə məlumatlıdır. Həmin ərəfədə İsmət ona demişdir ki, xalasıgillə yola getmədiyi üçün qalmağa yeri yoxdur, ondan xahiş etmişdir ki, bir müddət həmin kafedə qalsın. O da kafenin iki ədəd açarını sonuncuya vermiş, İsmət həmin ərəfələrdə dişlərini düzəltdirmiş, danışmışlar ki, İsmətin dişləri tamamlanandan və o, müəyyən avadanlıqları alandan sonra İsmət işə başlayacaqdır. Kafenin açılışını 2022-ci ilin sentyabr ayında planlaşdırmış, iyul ayında internetdə ikinci əl olan kafe üçün bir ədəd qəhvə bişirən və bir ədəd qəhvə üyüdən aparat axtarmış, İsmət də bunu bilmiş, iyul ayının 14-də İsmət onun telefonuna yazmış ki, obyektin açarını üzbəüz olan mağazaya qoymuş və onunla artıq işləmək istəmir. Səbəbini soruşduqda demişdir ki, qaldığı müddətdə ona avans kimi pul verməmişdir. O, sonuncuya yazmış ki, hələ iş başlamamış ona pul verəsi deyildir. Lakin yemək üçün üst-üstə ondan istədiyi üçün ümumilikdə 100 manata yaxın pul vermişdir. Özü ilə danışığı iş başlayan kimi xeyirdən gələn qazancın 50 faizini sonuncu götürəcəkdir. 17 iyul 2022-ci il tarixdə günorta saatlarında Abşerona qayıtmış və kafeyə daxil olandan sonra 1 ədəd «Rancilio» markalı qəhvə bişirən aparat, bir ədəd «Rancilio» markalı qəhvə üyüdən aparatı və bir ədəd «Karcher» markalı kimyəvi təmizlik aparatının yerində olmadığını görən kimi İsmətə zəng vurmuş, İsmət ona telefonda demiş ki, onluq deyil və oğurluq etməmişdir. O, yaxınlıqda olan bütün qonşu dükanlarla əlaqə saxlamış və kimin nə gördüyü ilə maraqlananda orada olan bir nəfər Eldar adlı şəxs ona demişdir ki, kafeyə işçi götürdüyü həmin İsmət adlı şəxsin kafedən çıxarkən əlində hansısa avadanlıqları taksi maşınına yüklədiyini görmüşdür. O, artıq əmin olmuşdur ki, həmin avadanlıqları İsmət götürüb və ona görə də polisə müraciət etmişdir. Daha sonra İsmətlə onun Rusiya nömrəsi ilə yazışanda ona bildirmişdir ki, onu mallarını oğurlayan vaxtı görüblər. Bu zaman İsmət yalnız təmizlik aparatını götürdüyünü etiraf etmiş, sonradan da bir dəfə kofe aparatını da götürdüyünü etiraf edib ona telefonda yazanda həmin yazının şəkilini çəkmiş, dərhal İsmət yazdığını silsə də şəkili onda qalmışdır. Həmin avadanlıqlar işlənmiş olduğu üçün dəyərləri 4550 manat olmuşdur. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, vurulmuş ziyanın ödənildiyini, hər hansı şikayət və tələbi olmadığını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işini başlama və icraata qəbul etmə haqqında” 10 avqust 2022 cü il tarixli qərara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır.
2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.
3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 10 oktyabr 2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.
4. “Axtarış elan edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur.
5. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.
6. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 4(012)-391/2024 saylı, 31 may 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli təqsirləndirilən şəxsin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır.
8. Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 31 may 2023-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır.
9. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnmişdir.
10. “Maddi ziyanın ödənilməsi haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən cinayət işi üzrə oğlu Təqsirləndirilən şəxs etdiyi oğurluq cinayəti üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 5000 manatını istintaqa təqdim etmişdir.
11. “Cinayət əməlinin tövsif olunması və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, əsasən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən Həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin qərarına əsasən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasından azad edilmişdir.
12. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 11 iyun 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.
13. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 27 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
14. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbir seçilməsi haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4508 saylı, 05 iyul 2024-cü il tarixli rəyindən görünür ki, 01 ədəd “Rancilio Classe 5 S” markalı qəhvə aparatının qiyməti 3200 manat; 01 ədəd “Rancilio KRYO 65 OD” markalı qəhvə üyüdən aparatının qiyməti 850 manat; 01 ədəd “Karcher Puzzi 8/1 C” markalı kimyəvi təmizləmə tozsoranın qiyməti 500 manat olmaqla, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4550 manat müəyyən edilmişdir.
16. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 10 iyul 2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
17. “Sübutların qiymətləndirilməsi” haqqında 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, ekspert rəyi və digər istintaq hərəkəti protokolları və istintaq zamanı digər toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir.
18. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama törədildikdə - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xəzər rayonu Vişnovka qəsəbəsi, Məmməd Namazov küçəsi, ev 14 üvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirilən şəxs Rauf Mehdiyevdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 11 may 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 30 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 may 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 30 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi 60 gün, yəni 2 ay Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 1 (bir) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xəzər rayonu Vişnovka qəsəbəsi, Məmməd Namazov küçəsi, ev 14 üvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Firuzə Kərimova