Məhkəmə qərarları › İş №1(012)-948/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-948/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-948/2025 18.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1977-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə «İnstoqram» sosial şəbəkəsində tanış olduğu istintaqa məlum olmayan «Əli» adlı İran İslam Respublikası vətəndaşının 110 manat müqabilində qoyduğu 28 iyun 2005-ci il tarixli, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş 1 ədəd qara rəngli sellofan bükümdə 2,15 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd ağ rəngli sellofan bükümdə çəkisi 0,048 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərində «Methadone 40» göstəricisi olan 2 ədəd blister kəsiyində ümumilikdə 12 ədəd açıq-qəhvəyi rəngli tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,480 qram təşkil edən xeyli miqdarda «F/M40» göstəricili dərman həblərini 04 fevral 2025-ci il tarixdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən MD-23 qəsəbəsinə gedən ərazidə dəmiryol xəttinin yaxınlığından götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək Abşeron rayonu, MD-23 qəsəbəsində daşıyıb, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış, 05 fevral 2025-ci il tarixdə saat 00:10 radələrində həmin ərazidə xidmət aparan Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli bilinərək həmin gün Abşeron rayonu, MD-23 qəsəbəsində «Kazbeki» restoranının yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib orada həmin gün saat 01:30-dan 01:40-a kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd «Prima» siqaret qutusunun içərisindən bir ədəd qara rəngli sellofan bükümdə 2,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd ağ rəngli sellofan bükümdə çəkisi 0,048 qram olan narkotik vasitə heroini və üzərində «Methadone 40» göstəricisi olan 2 ədəd blister kəsiyində ümumi 12 ədəd açıq-qəhvəyi rəngli tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,480 qram xeyli miqdar təşkil edən «F/M 40» göstəricili dərman həbləri aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, istintaqda verdiyi ifadəini təstiq etdiyini bildirməklə, əlavə olaraq qeyd etmişdir ki, əvvəllər davamlı olaraq narkotik vasitədən istifadə etsə də lakin bir müddətdir ki, müalicə alaraq, pis vərdişlərini tərgitmişdir. Belə ki, 19 yanvar 2025-ci il tarixdə özünü «Əli» adı ilə tanıdan İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkərdən birində tanış olmuş və ona 80 manat pul ödəyərək 12 ədəd «M40» həblərini, 30 manat ödəyərək 2 büküm narkotik vasitə heroin və 1 büküm qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin gün o, məhkəmə qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunduğundan İranllı şəxsin narkotik vasitələri qoyduğu yerə gedə bilməmiş, ona çatacaq malları götürə bilməmişdir. 04 fevral 2025-ci il tarixdə həbs müddəti başa çatdığı üçün saxlanıldığı yerdən azad olunmuş və evinə gəlmişdir. Həmin gün axşam saat 23:50 radələrində Əlinin narkotik vasitəni qoyduğu ünvana, yəni Xırdalan şəhəri. M.Rəsulzadə küçəsindən MD-23 qəsəbəsinə gedən ərazidə dəmiryol xəttinin yaxınlığındakı yerə gəlib içərisində narkotik vasitə olan «Prima» siqaret qutusunu tapıb içərisini yoxladıqda 1 bükümdə qurudulmuş marixuana, 2 ədəd bükümdə narkotik vasitə heroin, 12 ədəd isə M40 həbləri olduğunu görüb həmin siqaret qutusunu əynindəki şalvarının cibinə qoymuşdur. Bundan sonra o, mobil telefonunda Əli ilə olan yazışmaları və nömrəsini silmiş, «Kazbeki» restoranının yaxınlığında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq ona müxtəlif suallar vermiş, o, isə özünü itirmiş, verilən suallara cavab verə bilməmişdir. Onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığı üçün polis idarəsinə getməyi təklif etmişlər. O, əməkdaşlarla birlikdə idarə gəllən zaman ele yolda üzərində narkotik vasitə olmasını etiraf etmişdir. İdarədə onun hüquqlları izah olunaraq, dəvət olunmuş vəkilin iştirakı ilə baxış keçrilərkən o, könüllü olaraq içində narkotik madənin olduğu Prima siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açılaraq içərisinə baxış keçirilmiş və kağız zərfə qoyaraq, möhürləmiş, şəxsi axtarış aparılması barədə tərtib olunmuş protokol hərkəs tərəfindən imza edilərək təsdiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o üzərində gəzdirdiyi narkotik vasitəni satış niyyəti ilə yox yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələr əldə etdiyi iran vətəndaşı Əli adlı şəxsi əvvəllər tanımamış, onunla hər hansı alış-verişi olmamışdır. Sonda etdiyi əməldən peşman olmasını, artıq bu cür vərdişlərdən uzaq olduğunu, narkotik vasitə istifadə etmədiyini bildirməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 fevral 2025-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, MD 23 adlanan ərazidə digər həmkar yoldaşı Şahid2lə birlikdə xidmətdə olan zaman bir nəfər tanımadığı şəxsin qaranlıq yerdə gəzişdiyini görmüş, həmçinin sonuncunun hərəkətləri onda şübhə yaratdığından ona yaxınlaşmaq istədikdə lakin şübhəli onları görərək tələsik uzaqlaşmaq istəmişdir. Vəziyyəti belə gördükdə dərhal şübhəliyə yaxınlaşaraq, özlərini təqdim etmiş, gecə saatlarında nə üçün həmin ərazidə olmasını və onları gördükdə nə üçün tələsik uzaqlaşmaq istəməini soruşduqda sonuncu nə cavab verəcəyini bilmədiyindən dəqiq olmayan cavablar verərək, diqqəti yayındırmağa çalımışdır. Artıq həmin şəxsin hərəkətləri onda qəti olaraq şübhə yaratdığı üçün onu birikdə polis idarəsinə getməyi təklif etmiş, sonuncu elə ordaca üzərində narkotik vasitə olmasın və şəxsi istifadəçi olmasını etiraf etmişdir. İdarənin xidməti otaqlarının birində şəxsiyyəti müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçının iştirakı ilə üzərində videoçəkiliş keçirilmişdir. Ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edildikdə sonuncu könüllü olaraq geyindiyi şalvarın cibindən içərisində kütlələr olan sellofan bükülüləri və 12 ədəd M40 dərman həbləri olan Prima siqaret qutusunu təqdim etmişdir. Sorğu zaman Şükür Şükürllü həmin maddələri əvvəllər canlı olaraq tanımadığı yalnız sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı olan Əlidən almasını bildirmişdir. Bundan sonra X2 üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamış, aşkar edilmiş həmin kütlələr qablaşdırılmış və bu barədə hərkəs tərəfimdən imza edilməklə protokol tərtib edilmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə aparılan zaman və orada olduğu müddətdə tərəflərindən ona qarşı heç bir təzyiq göstərilməmiş, zor tətbiq edilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:09 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 7/237 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd sellofon bükülüdə təmiz çəkisi 2,15 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuananın təmiz çəkisi – 2,15 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq – 2,13 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 6/505 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «… X5 ..» yazılar və imzalar olan zərfdəki 01 ədəd bükülüdə təmiz çəkisi 0,048 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərlərində «Methadone 40» göstəricisi olan 2 ədəd blister kəsiyində ümumi 12 ədəd açıq qəhvəyi rəngli maddə «F/M 40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həimn dərman həbğlərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,480 qram təşkil edir. Bir ədəd sellofon kəsiyindəki qəhvəyi rəngli maddənin iz hissəcikləri narkotik vasitə heroinə məxsusdur və cüzi miqdarda olduğu üçün elektron tərəzi vasitəsi ilə çəkisi müəyyən edilmədi; a) Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi – 0,048 qram, tədqiqata sərf edildi - 0,020 qram, qalıq – 0,028 qramdır; b) Tədqiqata təqdim olunmuş metadon həblərinin sayı – 12 qram, tədqiqata sərf edildi – 01 ədəd həb, qalıq – 11 ədəd həb. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 05 fevral 2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanmış və istintaqın aparılması üçün icraata qəbul edilmişdir;

5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş , o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir;

7. “Maddi sübut hesab edillməsi” barədə 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,15 qram narkotik vasitə marixuana, 0,048 qram heroin 12 ədəd “Metadon 40” dərman həbləri cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və tədqiqatdan sonra qalıq 2,13 qram qurudulmuş marixuana, 0,028 qram heroin və 11 ədəd “Metadon 40” dərman həbləri saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlarının saxlanılması yerinə təhvil verilmişdir;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Şükürlü X3 rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə 02 il 08 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 noyabr 2024-cü il tarixdə cəzasınnı sonu ilə azad olunmuşdur;

9. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması” haqqında 07 aprel 2025-ci il tarixli qərardan məyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Abşeron RPİ-nin MSY-nə yerinə təhvil verilməsi müəyyən edilmişdir;

10. “Axtarışda olan şəxsin tutulması” haqqında 11 iyun 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalab şəhəri ərazisində tutularaq Abşeıron rayon Polsi İdarəsinin MSY-nə təhvil verilmişdir;

11. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi” haqqında 13 iyun 2025-ci il tarixli qərara əsasən ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şükürlü X3 RPİ-nin MSY-dən azad edilməklə, barəsindı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır;

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 haqqında 12 iyun 2025-ci il tarixli, 3516 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

13. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 2,15 qram narkotik vasitə marixuananın, 0,048 qram heroinin və 12 ədəd üzərində “Metadon 40” göstəricisi olan 2 ədəd blister kəsiyində ümumi 12 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,13 qram marixuananın, 0,028 qram heroinin, 11 ədəd «F/M 40» göstəricili dərman həblərinin, bir ədəd cuzi miqdarda çəkisi müəyyən olunmayan narkotik vasitə heroinin öz hissəcikləri olan sellofan bükümn saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilməsi, həmçinin şəxsi axtarış proesinin köçürüldüyü 01 ədəd DVD disk sübut əhəmiyyətli olduğundan maddi sübut qismində tanınmalı və 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, təqsirləndirilən şəxs və şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar, “şəxsi axtarış və götürülmə aparılması” haqqında protokol və digər itintaq sənədləri sbut kimi qəbul edilmişdir

Şəxsi axtarış və götürmə aparılması haqqında 05 fevral 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təqdim edilməsi təklif edildikdə, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd «Prima» siqaret qutusunun içərisindən bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd cüzi miqdarda cəkisi müəyyən olunmayan narkotik vasitə heroinin iz hissəcikləri olan sellofan bükümü və üzərində «Methadone 40» göstəricisi olan 2 ədəd blister kəsiyində ümumi 12 ədəd açıq-qəhvəyi rəngli «F/M40» göstəricili dərman həbləri aşkar edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5,0 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metadonun şəxsi istehlak üçün yuxarı miqdarı 0,02 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli Qərarının 16-cı bəndində qeyd edilmişdir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə araşdırılması dövründə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, çəkisi 0,048 qram olan narkotik vasitə heroini və ümumi miqdarı 0,480 qram olan üzərində «Methadone 40» göstəricisi olan 2 ədəd blister kəsiyində ümumi 12 ədəd açıq-qəhvəyi rəngli tərkibində metadonun təsiredici maddəsini əldə edib üzərində daşımışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan metadon həblərin çəkisi şəxsi istehlak miqdarından artıq olsa da, narkotik vasitələr olan qurudulmuş marixuananın və heroinin çəkisi şəxsi istehlak miqdarından artıq deyil. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xeyli miqdardan aşağı çəkidə olan narkotik vasitə olan heroin və qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və daşınması onun əməlində cinayət tərkibi yaratmadığından “2,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və çəkisi 0,048 qram olan narkotik vasitə heroin” lə bağlı müddəalar ittihamdan xaric olunmalı, narkotik vasitə olan metadon həblərin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, onun əvvəllərdə eyni cinayət əməlini törətməsini, əvvəllər barəsində qəbul edilmiş cəzadan nəticə çıxarmayaraq, islah olunmamasını, azadlıqda qalacağı təqdirdə yenidən eyni tərkibli cinayət əməlinin törətməsi ehtimallarının çox olmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 18 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 Ekspert komissiyasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış – “2,13 qram çəkidə narkotik vasitə -qurudulmuş marixuana, çəkisi – “0,028 qram olan narkotik vasitə heroin” və “11 ədəd F/M 40” göstəricili narkotik vasitə - metadon həbi məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 153 (bir yüz əlli üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış – “2,13 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana, çəkisi – “0,028 qram olan narkotik vasitə - heroin” və “11 ədəd F/M 40” göstəricili narkotik vasitə - metadon həbi məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 153 (bir yüz əlli üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar