Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-949/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, şikayət verən şəxs Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə gecə saat 03:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin qarşısında tanıdığı Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşdıqda sonuncunun onu görsə də, buna məhəl qoymayaraq çıxıb getmək istəməsi səbəbindən əsəbiləşərək Zərərçəkmiş şəxs nalayiq sözlə söydükdə Zərərçəkmiş şəxs ona cavab qaytararkən o, ictimai yerdə, ətrafda xeyli sayda şəxslərin olmasını nəzərə almadan, ətrafdakıların diqqətini cəlb edib həmin cüzi səbəbi bəhanə etməklə Zərərçəkmiş şəxs ilə mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əsaslı səbəb olmadan ictimai maraqlara laqeydlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq artıq həmin yerdə şəxsi mülkiyyətində olan "Hyundaı Elantra" minik markalı az ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə sükan arxasına əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşıb avtomobilin içərisində olan Zərərçəkmiş şəxs baş, sifət, eləcə də bədəninin müxtəlif nahiyələrinə qəsdən təpik, yumruq və sillə ilə zərbələr vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitası və sağ yanaq nahiyəsini əhatə edən sahənin, eləcə də sağ təpə nahiyəsinin dərialtı hematomaları, sağ saidin qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, həmçinin həmin "Hyundaı Elantra" minik markalı az ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısı və həmin qapının pəncərə şüşəsinə yumruq və təpiklə qəsdən zərbələr vuraraq zədələyib nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs 180 manat məbləğində maddi ziyan vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən iki il müddətdir tanıyır. Lakin Fatimə ilə heç bir şəxsi əlaqəsi olmamışdır. 24 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin qarşısında olan zaman tanıdığı Aysel adlı şəxslə rastlaşmış, Aysellə söhbət edən zaman Fatimə də yanlarından gəlib keçərək avtomobilinə əyləşmiş, onlar söhbət edən zaman Fatimə Ayselə nə üçün onun yanında dayandığını demiş, o, Ayselə Fatimədən zəhləsi getdiyini demiş, bundan sonra öz avtomobilinə əyləşərək oradan uzaqlaşmaq istəmiş, yan güzgüdən Fatimənin əl-qol işarələri edərək onun barəsində nalayiq ifadələr işlətdiyini görmüş, buna görə Fatimənin olduğu yerə qayıtmış, yaxınlaşdıqda Fatimənin onun barəsində nalayiq ifadələr işlətməkdə davam etdiyini görmüş, buna görə də özündən asılı olmayaraq təpiklə baş, sillə ilə bir neçə dəfə Fatimənin sifət nahiyəsindən zərbələr vurmuş, daha sonra oradan çıxıb getmək istəmiş, lakin Fatimənin onun barəsində yenə də nalayiq ifadələr işlətdiyini eşidib geri qayıtmış, Fatimə avtomobilin şüşəsini və qapılarını kilidləmiş, buna görə də əlləri ilə avtomobilin şüşəsinə və təpiklə qapısına zərbə vurmuş, Aysel onu aralaşdırmaq məqsədilə Fatimənin avtomobilindən düşmüş, o, bundan istifadə edərək avtomobilə əyləşmiş və avtomobilin içərisində sillə ilə bir neçə dəfə Fatimənin sifət nahiyəsindən zərbələr vurmuş, daha sonra Fatimənin avtomobilindən düşüb öz avtomobilinə əyləşmiş və oradan uzaqlaşmış, sonradan Fatimənin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, 24 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin qarşısında mübahisə zamanı təpik və sillə ilə bir neçə dəfə Fatimənin sifət və baş nahiyələrindən zərbələr vurduğunu, aralarındakı mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin zaman orada Aysellə Mahir adlı şəxslər və tanımadığı digər şəxslərin olduğunu, mübahisənin yaranma səbəbinin Fatimənin ona qarşı nalayiq ifadələr işlətməsinin olduğunu, Fatimə ilə aralarındakı mübahisə zamanı səs-küy yarandığını, ətrafda olan şəxslərin onların mübahisəsini gördüklərini, buna baxmayaraq həmin şəxslərin mübahisə yerinə yaxınlaşmayaraq onların mübahisəsini kənardan seyr etdiklərini, mübahisə zamanı əlləri və təpiklə Zərərçəkmiş şəxs "Hyundai Elantra" markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşəsinə, təpiklə qapısına zərbələr vurduğunu və Fatimənin mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Pərvizin Abşeron rayonu, Masazır qəsəbəsində yaşaması barədə onun məlumatı vardır. Bundan başqa Pərviz onun tanışı Ayselin qeyri-rəsmi münasibətdə olduğu Ramin adlı şəxsin dostudur. 24 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Aysel onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünü pis hiss etdiyini, işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketə gəlməsini və oradan çıxdıqdan sonra aptekə getmələrini demiş, o da razılaşaraq Ayselin iş yerinə getmiş, marketdən çıxdıqdan sonra Pərvizin orada olduğunu görmüş, Aysellə Pərviz söhbət etməyə başlamış, onlar söhbət edən zaman o, Ayselə gec olduğunu və getmələrini demiş, buna görə Aysel Pərvizlə danışığını bitirmiş və onun yanına gəlmiş, bu zaman Pərviz onun barəsində nalayiq ifadə işlətmiş, o, bu səbəbdən oturduğu "Hyundai Elantra" markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilindən düşmüş və Pərvizə cavab qaytarmış, onlar qarşılıqlı olaraq birbirlərinə qarşı nalayiq ifadələr işlətmiş, Pərvizin onun üstünə gəldiyini görüb avtomobilinə əyləşmiş, buna baxmayaraq Pərviz yaxınlaşaraq yumruq və dirsəyi ilə baş, sifət, eləcə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, o, imkan tapıb avtomobilinin şüşəsini bağlamış, Pərviz bundan sonra əlləri və təpiklə onun mülkiyyətində olan "Hyundai Elantra" markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşəsinə, qapısına zərbələr vuraraq avtomobilə maddi ziyan vurmuş, bu zaman avtomobilində olan Aysel Pərvizi sakitləşdirmək üçün avtomobildən düşüb yanına yaxınlaşmış, bundan istifadə edən Pərviz avtomobilə əyləşdi və avtomobilin içərisində də əlləri ilə bir neçə dəfə onun baş və sifət nahiyələrinə zərbələr vurmuş, daha sonra Pərviz avtomobildən düşüb getmiş, o da bundan sonra Pərviz barəsində şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində əlavə olaraq Pərvizin 24 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin qarşısında mübahisə zamanı yumruq və dirsəyi ilə onun baş, sifət, eləcə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla onu döyməsini, mübahisələrinin təxminən 20-25 dəqiqə davam etdiyini, həmin zaman orada tanışı Aysel və tanımadığı bir neçə nəfər şəxsin olduğunu, mübahisənin yaranma səbəbinin Pərvizin heç bir səbəb olmadan ona qarşı nalayiq ifadələr işlətməsi və onun da buna görə Pərvizə cavab qaytarmasının olduğunu, mübahisə zamanı səs-küy yarandığını, həmin zaman ətrafda olan şəxslərin onların mübahisəsini gördüklərini, lakin onların yanına yaxınlaşmayaraq mübahisəni kənardan seyr etdiklərini, mübahisə zamanı Pərvizi vurmadığını və Pərvizin mübahisə zamanı ona məxsus mülkiyyətində olan "Hyundai Elantra" markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapısına və şüşəsinə zərbələr vuraraq ona 180 manat məbləğində maddi ziyan vurduğunu göstərmişdir. Sonda o, məhkəmədən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığın nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən bir il müddətdir tanıyır. Həmçinin, Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs da təxminən iki il müddətdir tanıyır. Belə ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketdə ətir satışı yerində satıcı işləyir. Fatiməni müştəri kimi tanımış, sonradan münasibətləri yaxşılaşmışdır. Pərviz isə onunla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Fatimə ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünü pis hiss etdiyini və aptekə getmələrini demiş, bundan sonra Fatimə ilə görüşmüş və dərmanını götürmək üçün işlədiyi Fatimə ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketə gəlmiş, marketdən çıxan zaman Pərvizlə rastlaşmış və onlar söhbət etməyə başlamışdır. Söhbətlərini qurtardıqdan sonra Fatimənin avtomobilinə tərəf getmiş, Pərviz idarə etdiyi avtomobillə oradan uzaqlaşmaq istəyən zaman Fatiməyə "zəhləm getmiş" ifadəsini işlətmiş, avtomobilə əyləşdikdən sonra Fatimə ondan Pərvizin nalayiq ifadə işlədib-işlətməməsini soruşmuş, o, Fatiməyə Pərvizin nalayiq ifadə işlətmədiyini demiş, buna baxmayaraq Fatimə avtomobildən düşüb Pərvizə qarşı nalayiq ifadələr işlətmiş, bunu eşidən Pərviz idarə etdiyi avtomobillə geri qayıtmış, daha sonra avtomobildən düşüb Fatimənin olduğu avtomobilə yaxınlaşaraq əlləri ilə bir neçə dəfə avtomobilin içərisində olan Fatimənin baş və sifət nahiyələrinə zərbələr vurmuş, Pərviz Fatiməni vurduqdan sonra öz avtomobilinə əyləşdi və oradan uzaqlaşmaq istəmiş, buna baxmayaraq Fatimə avtomobildən düşüb yenə də Pərvizin ünvanına nalayiq ifadələr işlətmiş, Pərviz bu səbəbdən geri qayıtmış, Fatimə avtomobilinin şüşələrini və qapılarını kilidlədiyindən Pərviz avtomobilə zərbələr vurmuş, o, Pərvizi sakitləşdirmək üçün Fatimənin avtomobilindən düşüb yaxınlaşmış, bundan sonra Pərviz digər tərəfdən avtomobilin qapısını açaraq yumruqla Fatimənin baş və sifət nahiyəsinə vurmağa başlamış, Pərviz Fatiməni vurduqdan sonra yenidən öz avtomobilinə əyləşmiş və oradan uzaqlaşmış, Fatimə də orada DİN-in "102" xidmətinə zəng vurub məlumat vermişdir. O, Pərvizlə Fatimə arasında olan mübahisəni gördüyünü, belə ki, Pərvizin mübahisə zamanı yumruq, sillə ilə bir neçə dəfə Fatimənin baş və sifət nahiyələrindən zərbələr vurduğunu, mübahisənin təxminən 15 dəqiqə davam etdiyini, həmin zaman orada özündən başqa Pərvizin avtomobilində və ətrafda olan tanımadığı başqa şəxslərin olduğunu, Pərvizlə Fatimə arasında mübahisə zamanı səs-küy yarandığını və kənarda olan şəxslərin mübahisəni gördüklərini, buna baxmayaraq özündən başqa heç kəsin Pərvizlə Fatimənin mübahisəsinə müdaxilə etmədiyini, Pərvizin avtomobilində olan və digər şəxslərin mübahisəni kənardan seyr etdiklərini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs isə uzun müddətdir tanıyıram. Belə ki, Pərviz onunla qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Pərvizlə birlikdə sonuncunun idarə etdiyi "Lada Granta" markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bankomatdan pul çıxartmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin qarşısına getmiş, orada gözləyən zaman Pərviz onun da tanıdığı Aysel adlı şəxslə rastlaşmış və onlar söhbət etməyə başlamış, söhbət başa çatdıqdan sonra Pərviz avtomobilə əyləşmiş, onlar oradan uzaqlaşmaq istəyən zaman Pərviz zarafatla Ayselin yanında olan Fatimədən zəhləsinin getdiyini demiş, bundan sonra Fatimə Pərvizin ünvanına nalayiq ifadələr işlətmiş, Pərviz buna görə idarə etdiyi avtomobillə geri qayıdaraq avtomobilini Fatimənin avtomobilinin yanında saxlamış, daha sonra avtomobildən düşüb Fatimənin olduğu avtomobilə yaxınlaşaraq təpik, sillə ilə bir neçə dəfə avtomobilin içərisində olan Fatimənin baş və sifət nahiyələrinə zərbələr vurmuş, Pərviz Fatiməni vurduqdan sonra öz avtomobilinə əyləşdi və onlar oradan uzaqlaşmaq istəmiş, buna baxmayaraq Pərviz Fatimənin yenə də nalayiq ifadələr işlətdiyini eşidib geri qayıtmış, Fatimə avtomobilinin şüşələrini və qapılarını kilidlədiyindən Pərviz avtomobilə zərbələr vurmuş, bu zaman Aysel Pərvizi sakitləşdirmək üçün Fatimənin avtomobilindən düşüb yaxınlaşmış, bundan sonra Pərviz digər tərəfdən avtomobilin qapısını açaraq Fatiməni vurmağa başlamış, Pərviz Fatiməni vurduqdan sonra yenidən öz avtomobilinə əyləşmiş və onlar oradan uzaqlaşmış, sonradan bu barədə şikayət edilməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq Pərvizlə Fatimə arasında olan mübahisəni gördüyünü, belə ki, Pərvizin mübahisə zamanı təpik, sillə ilə bir neçə dəfə Fatimənin baş və sifət nahiyələrindən zərbələr vurduğunu, Pərvizlə Fatimə arasındakı mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin zaman orada özündən başqa Aysel adlı şəxs və tanımadığı digər şəxslərin olduğunu, özü və kənarda olan şəxslərin mübahisə yerinə yaxınlaşmasalar da, Pərvizlə Fatimənin mübahisəsini kənardan izlədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2095 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitası və sağ yanaq nahiyəsini əhatə edən sahənin, eləcə də sağ təpə nahiyəsinin dərialtı hematomaları, sağ saidin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə şikayət verən şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, St. Sumqayıt, məcburi köçkünlər şəhərciyi, bina 11, 31 nömrəli evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Müdafiəçi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 30 saat olmaqla,180 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməldə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində Abşeron rayonu ərazisini və saat 23.00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icasına nəzarət edən orqanı iş yerinin dəyişdiilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-949/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-949/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver