Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-95/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməyən, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 112 ünvanda qeydiyyatda qeydiyyatda olmuş, 28.03.2021-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 13 avqust 2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Novxanı kəndində Kamaz 53212 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşdiyi zaman həmin avtomobildə sürücünün fikrinin yayındığını görüb oturacağın üstündə olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 640 manat dəyərində içində 1 ədəd 25 manat dəyərində ***-***-**-** nömrəli Azercell şirkətinə aid nömrə olan Samsunq A40 markalı markalı mobil telefonu, 3 manat dəyərində pul kisəsinin, pul kisəsinin içində olan 323 manat nağd pulu oğurlamış, Zərərçəkmiş şəxs ümumilikdə 991 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-95/2021 nömrəli cinayət işi 29.09.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə keçirilmişdir. İlkin məhkəmənin baxış iclası 28.10.2020-ci il tarixə təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs növbəti keçirilən məhkəmə baxış iclaslarına gəlməmişdir. Məhkəmənin 18.05.2021-ci il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdə vəfat etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs bacısı (yaxın qohumu) X2 məhkəmə istintaqda “ölmüş şəxsin yaxın qohumu (nümayəndəsi) kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin yaxın qohumunun və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin yaxın qohumu” (hüquqi varisi) qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar dedikdə, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı 11 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və o 07.02.2013-cü il tarixdə dərc edilməklə qüvvəyə mindi. Cinayət - Prosessual Məcəlləsinin 07.02.2013-cü il tarixdən qüvvəyə minmiş 43.3-1-ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisinin (yaxın qohumunun) cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraiət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 13 avqust 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsindəki evindən çıxıb Novxanı qəsəbəsinə qohumu Elçinin yaşadığı evə getmək istəmişdir. Yaşadığı evdən piyada çıxıb Corat qəsəbəsi dəniz kənarı yolla piyada hərəkət etmişdir. Corat qəsəbəsində Amore restoranın yaxınlığında dayanacaqda dayanıb marşrut avtobus gözləmişdir. Bu zaman Corat bağları istiqamətində bir Kamaz markalı nömrəsini xatırlamadığı bir avtomaşın ona tərəf hərəkət etmişdir. O həmin Kamaz markalı avtomobilin sürücünə əl sallayıb avtomaşını saxlatdırmışdır. Kamaz markalı avtomobilin sürücüsü avtomobili saxlamış, o qapını açaraq sürücüdən əyər düz istiqamətə gedirsə onu aparmağı və qabaqdakı dairədə düşəcəyini xahiş etmişdir. Sürücü təxminən 34-35 yaşlı bir şəxs olmuş, arıq bədən quruluşlu, bığsız şəxs olmuşdur. Sürücü razılaşmış və o avtomaşına əyləşmişdir. Avtomaşına əyləşəndə oturacağın üstündə 1 ədəd Samsunq markalı mobil telefon, 1 cüt iş əlcəyi və 1 qutu Vinçester markalı siqaret olduğunu görmüşdür. Oturacaqda başqa heç nə olmamışdır. Sürücü Kamaz markalı avtomobili Novxanı qəsəbəsi istiqamətində sürmüş, lakin dairəyə çatanda o sürücüyə bir qədər irəlidə düşəcəyini bildirmişdir. Kamaz sürücüsü Abşeron rayonu Novxanı kəndi dairədən bir qədər irəli avtomaşını sürəndə o görmüşdür ki, onun diqqəti yayınmış ona görə oturacaqda olan mobil telefonu götürmüş yəni gizli oğurlamış, əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxtı saat 14 radələri olmuşdur. Başqa avtomaşından heç nə oğurlamamışdır. Sürücü avtomaşını bir qədərdə irəli sürəndə Abşeron rayonu Novxanı kəndi Novxanı su kanalını keçəndən sonra o sürücüyə yolun kənarında avtomaşını saxlamağı və düşücəyini bildirmişdir. Sürücü avtomaşını kənara verib saxlayanda o avtomaşından onunla sağollaşmış, ona təşəkkürünü bildirib düşmüşdür. Kamaz markalı avtomobilin sürücüsü sürüb getmiş, mobil telefonunu gizli oğurladığını bilməmişdir. O yolun kənarında dayanmış, telefonu oğurladığı üçün onu aparıb satmağı düşünmüş, ona görə qohumunun evinə getmək fikrindən daşınmışdır. Yolun kənarında Corat qəsəbəsinə yenidən qayıtmaq üçün taksi gözləmiş və aparıb telefonu satmışdır. Bir neçə dəqiqə sonra onun olduğu metalik rəngli Opel markalı bir taksi avtomobil onun yanında saxlamışdır. O taksi avtomobilə əyləşib sürücüyə onu Corat qəsəbəsinə aparmasını xahiş etmişdir. Sürücü 7 manat müqabilində onu aparmağa razılaşmışdır. Avtomobilin içində Corat qəsəbəsi istiqamətində hərəkət etdiyi zaman oğurladığı mobil telefona zəng gəlmiş, o həmin telefonu söndürmək istəmişdir. Bu zaman o taksi sürücünə həmin telefonun ona hədiyyə verildiyini, telefonu istifadə edə bilmədiyini, telefonu 50 manata satdığını bildirmişdir. Taksi sürücüsü həmin mobil telefona baxmış, bəyənmiş və 50 manata telefonu almağa razılaşmışdır. Həmin taksi sürücüsü ondan telefonun oğurluq olması barədə soruşmuş, özü ona mobil telefonun özünə aid olduğunu, ona hədiyyə verildiyini, oğurluq olmadığını bildirmişdir. Taksi sürüsücü ona 50 manat verib həmin mobil telefonu almışdır. Taksi sürücüsünün heç bir anket məlumatları və mobil telefonu onda yoxdur. Hal hazırda həmin mobil telefon özündə yoxdur. Mobil telefonun satışından əldə etdiyi 50 manat pulu öz ehtiyacına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 göstərmişdir ki, Zərərçəkmiş şəxs göstərmişdir ki, o Kamaz markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 12 avqust 2020-ci il tarixdə saat 23 radələrində Kamaz markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qəbələ rayonundan çıxıb, Göyçay rayonu kərpic zavodundan Novxanı göz xəstəxanasının həyətinə yeni inşa edilən xəstəxanaya gətirib kərpici boşaltmışdır. Novxanı qəsəbəsində olmuş, 13 avqust 2020-ci il tarixdə saat təxminən 14 radələrində o Novxanı göz xəstəxanasının yaxınlığından Kamaz markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək Novxanı kəndi istiqamətində hərəkətdə olarkən Corat qəsəbəsində Amore restoranının yaxınlığında yolun kənarında olan dayacaqda dayanmış tanımadığı bir nəfər şəxs ona əl sallamış və onu saxlamışdır. O avtomaşını saxlamış həmin şəxs maşının qapısı açıb ona irəli gedirsənsə onuda aparmağı və dairədə düşəcəyini bildirmişdir. O da həmin şəxsi avtomobilə mindirmişdir. İrəlidəki Novxanı kəndindəki dairədə o həmin şəxsə düşüb düşmədiyini soruşmuş, həmin şəxs ona Novxanı istiqamətində düşəcəyini bildirmişdir. O da razılaşmış, çünki hərəkət istiqaməti yolun Novxanı kəndi istiqamətində olmuşdur. Novxanı kəndində kanalı keçəndən sonra həmin şəxs ona avtomobili kənara verməyi və maşını saxlamağı bildirmişdir. O avtomobili dayandırmış, həmin şəxs maşından düşmüşdür. İdarə etdiyi Kamaz markalı avtomobillə yoluna davam etmişdir. Təxminən 2 km hərəkət edəndən sonra Novxanı kəndinin içində özünə məxsus 1 ədəd 640 manat dəyərində olan içində 25 manat dəyərində ***-***-**-** nömrə olan **********91722 Samsunq A40 markalı mobil telefonu, 3 manat dəyərində pul kisəsini, içində 323 manat nağd pulun oğurlanmasıı aşkar etmişdir. Ona oğurluq nəticəsində 991 manat ziyan dəymişdir. Başqa avtomaşından heç nə oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid göstərmişdir ki, o Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 avqust 2020-ci il tarixdə saat 14 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxs Abşeron rayonu Novxanı kəndində Kamaz markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əşləşdiyi zaman həmin avtomobildən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 640 manat dəyərində Samsunq A40 markalı markalı mobil telefonu, 3 manat dəyərində pul kisəsinin, pul kisəsinin içində 323 manat nağd pulu oğurlamış, Zərərçəkmiş şəxs 966 manat ziyan vurmuşdur. Həmin cinayət onun xidmət etdiyi inzibati ərazidə baş verdiyi üçün o əməliyyat axtarış tədbirlərinə başlamışdır. 11 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirdləri nəticəsində Zərərçəkmiş şəxs Kamaz markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurluq edən xx.xx.1991-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən 11 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu Novxanı kəndi Ulduzlar restoranının yaxınlığında saxlanılaraq Abşeron RPİ-ə dəvət edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şəxslərin (zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 08.11.2018-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1, 66.3 maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26.03.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işinə əlavə edilmiş AZ-İİ 150855 №-li ölüm haqqında haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdə ağ ciyər vərəmi histoloji diaqnozu ilə vəfat etmişdir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi bacısı X2 tərəfindən məhkəməyə təqdim olunmuş 18.05.2021-ci il tarixli ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə ittihamedici əsaslarla xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs təqsiri iş üzrə şahidlərin ifadələri ilə, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdi. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin, həmçinin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam veriməsi barədə qərar çıxarılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsindən nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir və bu hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdə ölməsi ilə əlaqədar, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-95/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-95/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver