Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-95/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 оğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1971-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun və xx.xx.1960-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, İİ qrup əlil, Abşeron rayonu, Məmmədli kəndi, M.Zeynalov küçəsi ev-2, mənzil 74-də qeydiyyatda olmaqala həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 оğlu tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə tanışı X2 xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,13 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Təqsirləndirilən şəxs2lə birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs göstərib 28000 manata satacağını vəd verib inandıraraq, sonuncunu etibardan sui-istifadə etməklə aldadıb, 2020-ci ilin dekabr ayının 15-də Abşeron rayonu, Məmmədli kəndindəki evinin qarşısında Zərərçəkmiş şəxs 4000 manat pulunu alıb ələ keçirərək, həmin puldan 500 manatını Təqsirləndirilən şəxs2 verməklə bir qrup şəxs halında dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özgənin əmlakını etibardan suiistifadə etməklə ələ keçirmək məqsədilə sonuncunun tanışı X2 xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0,13 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Təqsirləndirilən şəxs1la birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs göstərib 28000 manata satacaqlarını vəd verib inandıraraq, sonuncunu etibardan sui-istifadə etməklə aldadıb, 2020-ci ilin dekabr ayının 15-də Abşeron rayonu, Məmmədli kəndindəki evinin qarşısında Zərərçəkmiş şəxs 4000 manat pulunu alıb ələ keçirərək, həmin pulu Təqsirləndirilən şəxs1la öz aralarında bölüb, 3500 manatını Təqsirləndirilən şəxs1, 500 manatını isə o, özünə götürməklə bir qrup şəxs halında dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir neçə il əvvəldən yaşadığı Abşeron rayonu Məmmədli kəndi ərazisində torpaq alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin dekabr ayında əvvəllər onunla qonşu olan X4 rayonu Məmmədli kəndi ərazisindəki 0,47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini satmaq üçün sənədlərinin ksero surətini yaşadığı kəndin ərazisindəki torpaq alqı-satqısı ilə məşğul olan ofislərin birində görüb, həmin sənədin sürətini özü ilə götürüb, telefonla Afətin hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib, bu barədə soruşmuş, sonuncu da həmin torpağın 13 sotunu 28000 manata satmaq istədiyini söyləyib, ondan həmin torpaq sahəsini satmasına köməklik edərsə buna görə ona zəhmət haqqı olaraq pul verəcəyini bildirmişdir. Bundan sonra o da torpaq sahəsini satmaq üçün tanışlarına bu barədə söyləmişdir. 2020ci ilin dekabr ayının ortalarında qonşusu Təqsirləndirilən şəxs2 ona zəng edib həmkəndliləri Zərərçəkmiş şəxs torpaq sahəsi almaq istədiyini bildirib, həmin torpaq sahəsinə baxmaq üçün onun mobil telefon nömrəsini Dəyanətə verdiyini söyləmiş, bundan az sonra Dəyanət ona zəng edib satmaq istədiyi torpaq sahəsinə baxmaq istədiyini bildirmiş, o da sonuncu ilə görüşüb Əlyarla birlikdə həmin torpaq sahəsinin olduğu yerə getmişdir. Dəyanət torpaq sahəsini bəyənib, almaq istədiyini bildirib, neçiyə satdığını soruşmuş, o da 28000 manata satılıdığını bildirmiş, Dəyanət həmin məbləğdə pulu olmadığını, əlində cəmi 4000 manat pulu olduğunu, həmin pulu verib, qalanını da 2 il müddətində hər ay 1000 manat vermək şərti ilə ödəmək istədiyini söyləmişdir. O da həmin vaxtı pula ehtiyacı olduğuna görə Dəyanətin təklifi ilə razılaşmış və sonuncuya pulu tam ödədikdən sonra torpaq sahəsini adına sənədləşdirəcəyini bildirmiş, Dəyanət də onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, 2020-ci ilin dekabr ayının 15-də Əlyarla birlikdə Dəyanətin yaşadığı ünvana gedib, evinin həyət qapısının qarşısında Dəyanətdən 4000 manat pul alıb cibinə qoymuş, həmin vaxtı Dəyanət torpağın sənədinin olub- olmaması barədə soruşmuş, o da sənədi 1-2 günə verəcəyini söyləyib getmiş və Dəyanətdən aldığı 4000 manat pulun 500 manatını Əlyara verib, qalanını özünə götürmüşdür. 2-3 gün sonra Abşeron rayonu Məmmədli kəndi ərazisində X2 adına qeydiyyatda olan 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədinin ksero surətini Dəyanətə vermiş, sonuncu da sənədə baxıb, torpağın onun adına olmadığını görüb bu barədə soruşmuş, o da Dəyanətə yaxın günlərdə torpaq sahibi ilə görüşdürəcəyini deyib getmişdir. Dəyanətdən aldığı pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərclədikdən sonra yenidən sonuncunun mobil telefonuna zəng edib, torpaq sahəsinə görə ona verəcəyi puldan 200 manat da verməsini söyləmiş, Dəyanət də pulu olmadığını deyib, torpaq sahibi olan qadınla görüşdürəcəyinə söz verdiyini xatırlatmış, o da Dəyanətə bir neçə günə həmin qadınla görüşdürəcəyini söyləmiş, lakin sonuncudan aldığı puldan torpaq sahibinə vermədiyinə görə Dəyanəti həmin qadınla görüşdürməmişdir. Bundan sonra Dəyanət aldığı torpağın aylıq ödənişini etməsə də o, bununla bağlı Dəyanətə bir söz deməmişdir. Təxminən 3 ay sonra Dəyanət ona zəng edib, satdığı həmin 13 sot torpaq sahəsinin mişar daşından hasara alındığını və iki tərəfdən dəmir darvaza qoyulduğunu söyləmiş, o da Dəyanətə 3 ay müddətində aylıq ödənişləri etmədiyinə görə torpaq sahibinin həmin torpaq sahəsini başqa şəxsə satdığını söyləmiş və Dəyanətə verdiyi pulun əvəzində başqa yerdən torpaq sahəsi verəcəyini bildirmiş, lakin Dəyanət razılaşmayıb ona verdiyi 4000 manat pulu qaytarmasını tələb etmiş, o da pulu olmadığını, həmin pulun əvəzində başqa torpaq sahəsi verəcəyini söyləmiş və sonuncuya yaşadığı Məmmədli kəndi ərazisindən 02 sot torpaq sahəsi göstərmiş, lakin Dəyanət razılaşmayıb pulunu geri istəmiş, o da Dəyanətə yaxın vaxtda pulunu qaytaracağını deyib, gözləməsini xahiş etmiş, sonuncu bir neçə ay gözlədikdən sonra Əlyarla ondan polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs aldığı 4000 manat pulun 500 manatını Əlyara verib, qalanını da özü xərcləmiş, həmin torpaq sahəsini Dəyanətə satmasından torpaq sahibinin məlumatı olmamış, həmin torpaq sahəsinə görə Dəyanətdən pulu alanda və torpaq sahəsi ilə bağlı sonrakı proseslərdə də Əlyar onun yanında olmuşdur. Zərərçəkmiş şəxsə vurduğu ziyandan 500 manat ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu Məmmədli kəndi ərazisində bir neçə ildir ki, torpaq alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin dekabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs ona torpaq sahəsi almaq istədiyini söyləyib, torpaq sahəsi tapmasını xahiş etmiş, həmin ərəfədə o da qonşusu Təqsirləndirilən şəxs1 qohumu Afət Məmmədovanın yaşadıqları kəndin ərazisindəki 0,47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini satmaq istədiyini bildiyinə görə zəng edib bu barədə Sabirə söyləmiş, bundan sonra Sabirlə görüşüb Dəyanətlə birlikdə həmin torpaq sahəsinə baxmağa getmişdir. Həmin vaxtı Dəyanət torpaq sahəsi bəyənib, neçiyə satdığını soruşmuş, Sabir də 28000 manata satdığını bildirmişdir. Dəyanət həmin məbləğdə pulu olmadığını, əlində cəmi 4000 manat pulu olduğunu deyib, həmin pulu verib, qalanını da 2 il müddətində hər ay 1000 manat vermək şərti ilə ödəmək istədiyini söyləmişdir. Sabir də razılaşmış və Dəyanətə torpağın pulu tam ödəndikdən sonra torpaq sahəsini sonuncunun adına sənədləşdirəcəyini bildirmişdir. Dəyanət Sabirin təklifi ilə razılaşmış və bundan sonra, yəni 2020-ci ilin dekabr ayının 15-də Sabirlə birlikdə Dəyanətdən torpağın ilkin ödəniş pulunu almaq üçün sonuncunun yaşadığı ünvana getmişlər. Həmin vaxtı Dəyanət yaşadığı evin həyət qapısının qarşısında Sabirə 4000 manat pul verib, torpağın sənədinin olub-olmaması barədə soruşmuş, Sabir də torpağın sənədini 1-2 günə verəcəyini söyləmişdir. Bundan sonra o, Sabirlə birlikdə Dəyanətdən ayrılıb yaşadıqları ünvana tərəf getmişlər. Əvvəlcədən razılaşdıqları kimi Sabir Dəyanətdən aldığı 4000 manat pulun 500 manatını torpağı satmağa adam tapdığına görə ona verdi, qalanın 3500 manatı isə özünə götürmüşdür. 2-3 gün sonra Sabir Abşeron rayonu Məmmədli kəndi ərazisində X2 adına qeydiyyatda olan həmin torpaq sahəsinin sənədinin ksero surətini Dəyanətə vermiş, sonuncu da sənədə baxıb, torpağın Sabirin adına olmadığını görüb bu barədə soruşmuş, Sabir də Dəyanətə bu yaxınlarda torpaq sahibi olan həmin qadınla görüşdürəcəyini söyləmiş, amma görüşdürməmişdir. Buna görə də Dəyanət həmin torpaq sahəsini almaq istəmədiyini deyib, ondan torpaq sahəsinə görə Sabirə verdiyi 4000 manatı geri qaytarmalarını tələb etmişdir. O da pulu Sabirə verdiyini söyləyib, sonuncudan da almasını demiş, lakin Dəyanət həmin torpaq sahəsini almaq üçün Sabirlə görüşdürdüyünü əsas gətirib pulu da ondan alacağını bildirmiş, o da bu barədə Sabirə dedikdən sonra sonuncu pulu xərclədiyini bildirmiş və Dəyanətlə bu barədə danışacağını, verdiyi 4000 manatın müqabilində sonuncuya başqa yerdən torpaq sahəsi verəcəyini söyləmiş, lakin Dəyanət razılaşıb bir müddət gözləsə də Sabir verdiyi vədinə əməl etmədiyinə görə onlardan polisə şikayət etmişdir. Sabirin Dəyanətdən torpağa görə aldığı puldan torpaq sahibinə vermədiyini, Dəyanəti aldadıb 4000 manat pulunu aldığını əvvəldən bilmiş, Sabir həmin pulun 500 manatını ona versə də qalanını özü xərcləmişdir. Zərərçəkmiş şəxsə vurulmuş ziyandan 2000 manat pul ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Məmmədli kəndində yaşayır, şəxsi təsərrüfatla ailəsini dolandırır. Heyvanlarını becərmək üçün əlavə torpaq sahəsinə ehtiyacı olduğuna görə torpaq sahəsi almaq qərarına gəlib, yaşadığı kənddə boş torpaq axtarmağa başlamışdır. Həmin vaxtı bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs2 demiş, sonuncu da Sabir adlı qonşusunun yaşadığı kənddə satmaq istədiyi 13 sot boş torpaq sahəsi olduğunu söyləmiş, Əlyarın bu sözündən sonra Sabirlə görüşüb birikdə həmin torpaq sahəsinə baxmağa getmişdir. Torpaq sahəsi xoşuna gəldiyi üçün almaq istədiyini söyləmiş, həmin vaxtı Sabir 13 sot torpaq sahəsini 28.000 manata satdığını bildirmiş, o da həmin məbləğdə pulu olmadığını deyib, 4000 manat ilkin ödəniş edib, qalan pulu da hər ay 1000 olmaqla 2 il müddətinə ödəməyi təklif etmiş, Sabir də razılaşmışdır. Bundan sonra o, 2020-ci ilin dekabr ayının 15-də yaşadığı evin həyət qapısının qarşısında Əlyarın yanında Sabirə 4000 manat verib, torpağın sənədi barədə soruşmuş, sonuncu da sənədi 1-2 günə ona verəcəyini söyləmiş, 2-3 gün sonra Sabir onunla görüşüb X2 adına qeydiyyatda olan Abşeron rayonu Məmmədli kəndi ərazisindəki 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədini ona vermiş, o da həmin sənədə baxıb, torpağın Sabirin adına olmadığını görüb, sonuncudan bu barədə soruşmuş, Sabir də yaxıngünlərdə onu torpaq sahibi olan həmin qadınla görüşdürəcəyini deyib getmişdir. Bundan bir neçə gün sonra Sabir mobil telefonla ona zəng edib, torpaq sahəsinə görə verəcəyi puldan 200 manat verməsini söyləmiş, o da aldığı torpaq sahəsinə görə Sabirə hər ay 1000 manat vermək barədə razılaşdıqlarını və onu həmin torpaq sahibi olan qadınla görüşdürəcəyinə söz verdiyini xatırladıb, pulu olmadığını söyləmişdir. Bundan sonra Sabir də ona bir söz deməyib getmiş, təxminən bir ay sonra Sabirin ondan torpağa gorə aylıq ödənişi istəmədiyini görüb, bundan şübhələnmiş və torpaq sahəsinə baxmağa getmiş, həmin torpaq sahəsinin mişar daşından hasara alındığını və iki tərəfdən dəmir darvazalar qoyulduğunu görüb Sabirlə Əlyara zəng etmiş, lakin onlar onun telefon zənglərinə cavab verməmişlər. Bundan sonra bir neçə dəfə Sabirlə Əlyarın yaşadığı evə getsə də onları tapa bilməmiş və məcbur qalıb polisə şikayət etmişdir. Ona dəymiş ziyandan Təqsirləndirilən şəxs1 500 manatını, Təqsirləndirilən şəxs2 isə 2000 manatını ödəmişdir. Pulunun qalan hissəsinin ödənilməsini tələb edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinə tövsif olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan qaçıb gizləndiyinə görə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs1 tutulması üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat o, tutulanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nin MSY-nə təhvil verildiyinə görə cinayət işi üzrə icraat təzələnmiş, ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan olunmuş və xx.xx.2022-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan qaçıb gizləndiyinə görə ona həmin maddədə nəzərdə tutulan ittiham elan etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat o, tutulub istintaqa təqdim olunanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istintaqa təqdim olunduğundan cinayət işi üzrə icraat təzələnmiş, ona Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 2000 manat, Təqsirləndirilən şəxs1 tərəfindən 500 manat məbləğində pul Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 İİ qrup əlildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlunun və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın CM-nın 178.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 оğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2ya cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın çox hissəsini ödəməsini, o cümlədən İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2ya 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2ya 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-95/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-95/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver