Məhkəmə qərarları › İş №1(012)-950/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-950/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-950/2025 03.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimli Leyla qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən Zərərçəkmiş şəxs və onun vəkili-nümayəndəsi Müdafiəçi1, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1991-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində aldığı qardaşı X3 mülkiyyətində olan torpaq sahəsində “Tır Parkı” tikmək istəməsi barədə əvvəlcədən öyrənib bildikdən sonra Zərərçəkmiş şəxs əlaqələrinin geniş olmasını, Fövqəladə Hallar Nazirliyindən və Masallı rayon İcra Hakimiyyətindən tikintinin aparılmasına icazə alacağı vədini yalandan verib inandıraraq aldadıb bu adla 27 avqust 2023-cü il tarixdə sonuncunun qardaşı Şahid7 vasitəsilə Masallı rayonu, Ərkivan qəsəbəsində 7000 manat, 20 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda olan “1001” maketdəki mpay elektron ödəniş terminalı vasitəsilə ona məxsus 4098-5844-7199-0844 nömrəli “Leobank” kartına köçürdüyü 2700 manat, 11 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesində olan mpay elektron ödəniş terminalı vasitəsilə qardaşı X2 məxsus 4169-7388-0297-9520 nömrəli "xxxx" kartına köçürdüyü 1500 manat, 31 oktyabr 2023-cü il tarixdə eyni ünvanda olan mpay elektron ödəniş terminalı vasitəsilə həmin kartına köçürdüyü 2000 manat, 13 noyabr 2023-cü il tarixdə eyni ünvanda olan mpay elektron ödəniş terminalı vasitəsilə həmin kartına köçürdüyü 2000 manat, 25 noyabr 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də mobil telefonda olan “Birbank” tətbiqi vasitəsilə həmin karta köçürdüyü 2000 manat, 20 dekabr 2023-cü il tarixdə ünvan 3 ünvanda olan “Hipermarketdə” olan “MiliÖN” elektron ödəniş terminalı vasitəsilə özünə məxsus 4098-5844- 7199-0844 nömrəli “Leobank” kartına köçürdüyü 2300 manat, 26 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Atam” marketdə olan mpay elektron ödəniş terminalı vasitəsilə həmin kartına köçürdüyü 1000 manat, 12 fevral 2024-cü il tarixdə Şahid7 vasitəsilə Masallı rayonu, Ərkivan qəsəbəsində 7000 manat, 15 fevral 2024-cü il tarixdən başlayaraq 2024-cü ilin mart ayının sonlarına qədər olan müddət ərzində ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də hissə-hissə olmaqla ümumilikdə 21476, cəmi vahid niyyətlə əhatə olunan qəsdlə 48976 manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 48976 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilməmiş,ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində Amid zəng edərək bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində kənd təsərrüfat təyinatlı torpaq sahəsi almaq istəyir. Amid ilə bu barədə danışdıqdan bir neçə gün sonra qəsəbə sakinlərindən öyrənmişdir ki, bir neçə torpaq sahəsi satılır. Lakin torpaq sahələrinin kimlər tərəfindən satılmasını xatırlamamışdır. Maraqlandıqda öyrənmişdir ki, satılan torpaq sahəsi 3 ha olmuş və bir sotu 250 manatdan satılır. Bu barədə Amidə bildirmiş və sonuncu razılaşdıqdan sonra qəsəbəyə gələcəyini bildirmişdir. Belə ki, Amid Bakı şəhərində yaşayır və yük daşınma işləri ilə məşğul olur. X12 qəsəbəsində atası evi vardır və ara-sıra atası evinə gəlib-getmişdir. Danışıqlarından bir neçə gün sonra Amid yaşadığı qəsəbəyə gəlmişdir. Onlar görüşmüşlər və torpaq sahələri barədə bir daha ətraflı danışıb razılaşdıqdan sonra alqı-satqı etməyi üçün etibarnamə lazım olmuşdur. Belə ki, razılaşmışlar ki, Amid etibarnamə verəcək, həmin etibarnamə ilə torpaq sahibləri ilə alqı-satqı edərək torpaq sahəsini Amidin qardaşına Rəşad İbadovun mülkiyyətinə keçirəcək. Bundan sonra Amid etibarnamə vermişdir. Konkret olaraq tarixləri xatırlamamış, lakin 2023-cü ilin əvvəllərindən başlayaraq 2023-cü ilin sonlarına qədər Amid Ərkivan qəsəbəsinə gəldikdə onunla görüşərək hissə-hissə olmaqla ümumilikdə 75000 manat pul vermişdir. Həmin pulla Ərkivan qəsəbəsində bir sotunu 250 manatdan olmaqla 3 ha torpaq sahəsini ümumilikdə 75000 manata alaraq torpaq sahibləri ilə alqı-satqı edərək Amidin ona olan etibarnaməsi əsasında torpaq sahəslərini sonuncunun qardaşının mülkiyyətinə keçirmişdir. Alqı-satqı etdikdən bir neçə gün sonra Amid aldığı həmin torpaq sahəsində tır parkı salmaq istədiyini bildirib xahiş etmişdir ki, köməklik etsin. Amid uşaqlıq dostu olduğu üçün razılaşmış, lakin sonuncuya demişdir ki, öz tanıdığı bir nəfər şəxsi işlərə nəzarət etməsi üçün gətirsin. Amid isə özünün tapşıracağını və işini görməyini bildirmişdir. Bundan sonra xatırlamadığı tarixlərdə hissə-hissə olmaqla Amid ümumilikdə 100000 manat civarında pul vermişdir. Amid həmin pulun bir qismini göndərdiyi özümə məxsus “Leobank”, bir qismini göndərdiyim qardaşı Hikmətə məxsus "xxxx" kartlarına köçürmüş, bir qismini isə Ərkivan qəsəbəsində nağd şəkildə vermişdir. Qardaşı Hikmətin kartından pulu çıxarıb kartı sonuncuya qaytarmışdır. “Leobank” kartından komissiya çıxdığı üçün qardaşı Hikmətin kartının Amidə göndərmişdir. X13 ilə işlərinə qarışmamaqla aralarında olan razılaşmanı bilməmişdir. Qardaşı Hikmətdən yalnız kartını almış, kartın fotoşəkilini Amidə göndərmiş, sonuncu da pul köçürdükdən sonra kartdan pulu çıxarıb kartı Hikmətə qaytarmışdır. Lakin qardaşı Hikmət şifahi olaraq bilmişdir ki, Amid onun vasitəsi ilə torpaq sahəsi almış və orada tır parkı salmaq istəmişdir. Amiddən aldığı ümumilikdə 100000 manat pulla torpaq sahəsində müəyyən işlər görmüşdür. Belə ki, oraya fəhlələr, yük avtomobilləri, yer qazan texniklar, tikinti ustları, qaynaqçı cəlb etmiş, torpaq qum tökdürmüş, armatur, dəmir borular almış, dörd künc formalı dəmirlər və hazır vəziyyətdə quraşdırılmamış ferma deyilən tikinti materialı almışdır. Amidin alıb göndərdiyi bahalı setkalar ilə torpaq sahəsinin dörd bir tərəfdən hasara almışdır. Torpaq sahəsində qazıntı işləri gördürüb beton tökdürmüş və s. lazimi işləri etmişdir. Bu işləri gördükcə pul lazım olduqda Amid pul göndərmiş və həmin pulla qeyd etdiyi işləri görmüşdür. Lakin işləri tam başa çatdırmamış Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri gəlmişlər və işləri dayandırmışlar. Belə ki, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatı olduğu üçün tikinti apara bilməyəcəyi bildirilmişdir. Amidə bu barədə xəbər vermiş və tikintinin dayandırılmasını bildirmişdir. Bundan sonra məlum olmuşdur ki, tikinti üçün icazə alınmalıdır. Amidə demişdir ki, Fövqəladə Hallar Nazirliyində işləyən Elgün adlı tanıdığı şəxs vardır, sonuncu ilə danışacaq və köməklik etməsini xahiş edəcək. Elgünü rayon sakini tanımış və xatırlamadığı nömrəsinə zəng edərək baş verənlər barədə məlumat verib kömək etməsini xahiş etmişdir. Elgün də görüşməyi bildirmiş və sonuncu ilə Masallı rayonunda görüşmüşdür. Elgün kömək edəcəyini bildirib 4000 manat pul istəmişdir. Belə ki Elgün yalnız tikinti ilə bağlı FHN-nin problem yaratmayacağını öz üzərinə götürmüşdür. Digər işlər isə Masallı rayon İcra Hakimiyyəti ilə danışmalı olmuşdur. Elgünə xəbər edəcəyini demişdir. İcra Hakimiyyətindən icazə alınmalı olduğu üçün arvadının atası X5 ilə görüşərək sonuncuya icrada tanışı olubolmamasını soruşmuşdur. Arvadının atası Əli tanışı Hacı Surxay ilə danışacağını və sonuncunun İcra Hakimiyyətində tanışı ola biləcəyini demişdir. Hacı Surxay icra ilə danışmış və Əli Qasımova icazə üçün 5000 manat tələb olunduğunu bildirmişdir. Amid ilə danışaraq sonuncuya icradan 5000 manat, FHN-dən isə 4000 manat tələb olunduğunu demişdir. Amid də pulu verəcəyini bildirmişdir. Həmin ərəflərdə Amid aldığı torpaq sahəsinin arxasında olan İlqar adlı şəxsin də torpaq sahəsini almaq istəmişdir ki, yeri böyütsün. Amid İlqar ilə danışmağını istəmişdir. İlqar ilə danışaraq torpaq sahəsini 3500 manata razılaşmış və Amidə demişdir. Amid 5000, 4000 və 3500 manat pul göndərmişdir. Lakin özünə pul lazım olmuş və fikirləşmişdir ki, İlqarın torpaq sahəsini almaq üçün göndərilmiş 3500 manat pulu xərcləsin, alqı-satqı zamanı həmin pulu düzəldib yerinə qoyar. Amid FHN-nin və icranın pulunu göndərdiyi üçün işə başladıqda işi dayandırmışlar. Buna görədə Amidin göndərdiyi 5000 manat pulu Hacı Surxaya, 4000 manat pulu isə Elgünə verməmişdir. Tikintinin aprılmasına icazə ala bilmədiyi üçün tikintini başa çatdıra bilməmiş və Amid ilə arasında problem yaranmışdır. Bundan sonra Amid qardaşı Hikmət ilə görüşüb söhbət edərək hesabat aparmış və 21000 manat tələb etmişdir. Belə ki, göndərdiyi pulla aldığı tikinti materiallarının qiymətini aldığı məbləğdən ucuz hesablamışdır. Məcbur olaraq özündən 6000 manat, qardaşı Hikmət isə ona kömək üçün Amidə 15000 manat pul ödəmişdir. Bununla da Amid ilə arasında heç bir pul məsələsi, yəni sonuncuya verəcəyi qalmamışdır. Lakin Amid şikayət etmişdir.Hazırda, zərərçəkənə dəyən ziyan ailəsi tərəfindən ödənilmişdir.Ailə vəziyyətini, ziyanın ödənilməsini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-ni təsis etmiş və direktorudur. Həmin MMC yük daşınması ilə bağlı fəaliyyət göstərir. MMC Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşir. Təqsirləndirilən şəxs 20 ildir ki, tanımışdır. Belə ki, həmin şəxs həmkəndlisidir və sinif yoldaşı olmuşdur. 2023-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində boş torpaq sahəsi lazım olmuşdur. Belə ki, Ərkivan qəsəbəsində torpaq sahəsi alaraq “Tır parkı” salmaq istəmişdir. Boş torpaq sahəsi axtarmağı barədə bir neçə nəfər tanıdığı şəxslərə bildirmişdir. Həmin şəxslərdən biri də Hümmət olmuşdur. Hümmətə bu barədə dedikdə sonuncu qayınatası Əlinin Masallı rayonu, Ərkivan qəsəbəsində 1 hektar 38 sot torpaq sahəsi olmasını və ala biləcəyini bildirmişdir. Hümmətdən xahiş etmişdir ki, qayınatası ilə danışsın. Hümmət qayınatası ilə danışdıqdan sonra xəbər vermiş və torpaq sahəsinə çağırmışdır. Torpaq sahəsinə baxmış və bəyənmişdir. Torpaq sahəsinin ətrafı boş olmuşdur. Sənədlər barədə soruşduqda Hümmət torpaq sahəsinin çıxarışlı olmasını demişdir. Torpaq sahəsinin təyinatı əkinçiliklə, yəni kənd təsərrüfatı ilə bağlı olmaqla dövlət tərəfindən Hümmətin yaxın qohumlarına verilmişdir. Torpaq sahəsinin qiymətini Hümmət özü qohumları ilə danışmışdır. 2023-cü ildə Masallı rayonunda olan “Asan Xidmət” Mərkəzində torpaq sahələri mülkiyyətçiləri ilə alqı-satqı olunmuşdur. Hümmətin qohumlarından alınmış torpaq sahəsinin ərazisi “Tır parkı” üçün az olduğuna görə ətrafında olan torpaq sahələrinidə almaq qərarına gəlmişdir. Hümmətin vasitəsilə başqa şəxslərdən də pulu ödənilərək torpaq sahələri alınmışdır. Torpaq sahələrinə görə ümumilikdə 34500 manat pul ödəmişdir. Torpaq sahələri üçün qardaşı Rəşadın adına çıxarış almışlar. Çıxarışda mülkiyyətçi qardaşı Rəşad olsada torpaq sahələrinin pulunu özü ödəmiş və özünə məxsus olmuşdur. Torpaq sahəsinin ərazisi ümumilikdə 4 ha olmuşdur. Hümmət həmin ərazidə “Tır parkı” salmaq istədiyini bilmişdir. Çünki Hümmətə məlumat vermiş və torpaq sahəsini bunun üçün almağını demişdir. İş yeri, yəni MMC Abşeron rayonunda olduğundan və Bakı şəhərində yaşadığına görə “Tır parkı” salmaq üçün kömək etməsi üçün Ərkivan qəsəbəsindən bir nəfər şəxs lazım olmuşdur. Hümmət ilə bu barədə danışdıqda sonuncu bildirmişdir ki, başqa şəxs lazım deyil, özü kömək edəcək. Hümmətə onu uzun illərdir tanıdığından və sinif yoldaşı olmasına görə inanmışdır. Buna görədə Hümmətə demişdir ki, lazim olan pul vəsaitini verəcək və o da böyük ərazisi olan torpaq sahəmdə “Tır parkı” salınmasına kömək edəcək. Hümmət də razılaşmışdır. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. Pul köçürməyi üçün Hümmətdən kart hesabını istəmişdir. Hümmət də 4098-5844-7199-0844 nömrəli “Leobank” və 4169-7388-0297-9520 nömrəli "xxxx" kartlarının fotoşəkillərini «WhatsApp» vasitəsilə göndərmişdir. 2023-cü ilin iyul ayından başlayaraq həmin kartlara Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşən MMC-də və müxtəlif yerlərdə olan elektron ödəniş terminalı vasitəsilə hissə-hissə olmaqla ümumilikdə 59974 manat pul ödəmişdir. Belə ki, Hümmət görüləcək işlərlə bağlı pul lazım olduğunu demiş, MMC-də mobil telefonunda olan birbank vasitəsilə və yaxud elektron ödəniş terminalları vasitəsilə pul göndərmişdir. Mütəmadi olaraq oraya gedib nəzarət edib gəlmişdir. Hümmət böyük ərazisi olan torpaq sahəsinin ətrafına dəmir konstruksiyadan hasar çəkdirmiş, bir neçə maşın torpaq tökdürmüş və lazimi materiallar almışdır. Hümmət həmin işlərə görə ona göndərdiyi 59974 manat puu xərclədiyini bildirmişdir. Torpaq sahəsində Hümmət tikinti aparan zaman bildirmişdir ki, Masallı rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək tikintini dayandırmışlar. Buna görədə tikinti aparılması üçün icazə alınmalı olmuşdur. Bu barədə Hümmətə demiş və icazə alınana qədər işlər dayanmışdır. Bir neçə gündən sonra Hümmət bildirmişdir ki, Masallı rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə icazə alınması üçün səlahiyyətli şəxslər tapmış, həmin şəxslər ilə danışmış və icazə alacaq. Hümmətdən həmin şəxsin kimliyi barədə və hansı yolla tapmasını soruşmuşdur. Hümmət də demişdir ki, həmin şəxs etibarlı şəxsdir, əlaqələri genişdir, həmin şəxs ilə qayınatası Əlinin vasitəsilə tanış olmuş və həmin şəxs Əlinin dostudur. Hümmətdən danışmasını xahiş etmişdir. Hümmət də danışıb xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra Hümmət zəng edib danışmasını və 50000 manat pul tələb olunduğunu bildirmişdir. Belə ki, 25000 manat Masallı rayon İcra Hakimiyyətinə, 25000 manat isə Fövqəladə Hallar Nazirliyinin cənub-regional İdarəsinə veriləcək. Razılaşmış və pulu hissəhissə verəcəyini bildirmişdir. Çünki 50000 manat olmamış və lagistika işləri ilə məşğul olduğu üçün yük avtomobilləri yükü apardıqda pul əldə etmişdir. Hümmət də işi görəcək şəxslərin yaxın olmasını və pulun hiss-hissə verilməsinə görə problem yaratmayacaqlarını bildirmişdir. 27 avqust 2023-cü il tarixdə qardaşı Şahid7 kartına Abşeron rayonu, Saray qəsəbəsi, Xırdalan-Saray yolu, Polad Həşimov küçəsində yerləşən “Elmar” marketdə olan mpay 7000 manat pul köçürmüşdür. Həmin vaxt qardaşı Ərkivan qəsəbəsində olduğu üçün orada kartından pulu çıxarıb Hümmətə vermişdir. 20 sentyabr 2023-cü il tarixdə Hümmətin son 8 rəqəmi 7199 0844 olan “Leobank” kartına Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda olan “1001” maketdəki mpay elektron ödəniş terminalı vasitəsilə 2700 manat pul köçürüb qəbzin fotoşəkilini çəkərək «WhatsApp» vasitəsilə sonuncuya göndərmişdir. 11 oktyabr 2023cü il tarixdə Hümmətin göndərdiyi son 4 rəqəmi 9520 nömrəli olan "xxxx" kartına Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesində olan mpay elektron ödəniş terminalı vasitəsilə 1500 manat pul köçürüb qəbzin fotoşəkilini çəkərək «WhatsApp» vasitəsilə sonuncuya göndərmişdir. 31 oktyabr 2023-cü il tarixdə son 4 rəqəmi 9520 olan "xxxx" kartına Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesində olan mpay elektron ödəniş terminalı vasitəsilə 2000 manat pul köçürüb qəbzin fotoşəkilini çəkərək «WhatsApp» vasitəsilə Hümmətə göndərmişdir. 13 noyabr 2023-cü il tarixdə son 4 rəqəmi 9520 olan "xxxx" kartına Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesində olan mpay elektron ödəniş terminalı vasitəsilə 2000 manat pul köçürüb qəbzin fotoşəkilini çəkərək «WhatsApp» vasitəsilə Hümmətə göndərmişdir. 25 noyabr 2023-cü il tarixdə son 4 rəqəmi 9520 olan "xxxx" kartına işlədiyi MMC-də mobil telefonunda olan “birbank” tətbiqi vasitəsilə özünə məxsus "xxxx" kartından 2000 manat pul köçürüb qəbzin fotoşəkilini çəkərək «WhatsApp» vasitəsilə Hümmətə göndərmişdir. 20 dekabr 2023-cü il tarixdə Hümmətin son 8 rəqəmi 7199 0844 olan “Leobank” kartına ünvan 3 ünvanda olan “Hipermarketdə” olan “MiliÖN” elektron ödəniş terminalı vasitəsilə 2300 manat pul köçürüb qəbzin fotoşəkilini çəkərək «WhatsApp» vasitəsilə sonuncuya göndərmişdir. 26 dekabr 2023-cü il tarixdə Hümmətin son 8 rəqəmi 7199 0844 olan “Leobank” kartına Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Atam” marketdə olan mpay elektron ödəniş terminalı vasitəsilə 1000 manat pul köçürüb qəbzin fotoşəkilini çəkərək «WhatsApp» vasitəsilə sonuncuya göndərmişdir. 12 fevral 2024-cü il tarixdə Türkiyədə olduğu üçün dostu Şahid6 yaşadığı evdən deməyi əsasında ailə üzvülərindən ona məxsus olan 7000 manat pulu alıb qardaşı Şahid7 Ərkivan qəsəbəsində olduğuna görə sonuncunun kartına Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Bravo” marketdə olan “mpay” elektron ödəniş terminalı vasitəsilə 7000 manat pul köçürmüşdür. Qardaşı da Ərkivanda pulu kartından pulu çıxarıb Hümmətə vermişdir. Bundan sonra 15 fevral 2024-cü il tarixdən başlayaraq 2024-cü ilin mart ayının sonlarına qədər olan müddət ərzində Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında olan işlədiyi MMC-də Hümmətə hissə-hissə olmaqla ümumilikdə 21476 manat pul vermiş və demişdir ki, artıq pulu yoxdur. Beləliklədə icazə alınması üçün Hümmətə 48976 manat pul vermişdir. Bir müddət gözləmiş, eyni zamanda Hümmət ilə mobil telefon vasitəsilə əlaqə saxlamış və görüşmüşdür. Hümmət ilə görüşlərində sonuncu yanında kimlərəsə zəng edib icazə məsələsi barədə danışmışdır. Hümmətdən kimlər ilə danışdığını soruşduqda sonuncu Masallı rayon İcra Hakimiyyətinin adını demədiyi əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Elgün adlı şəxslə danışdığını bildirmişdir. Hümmətə inanmış və gözləmişdir. Lakin aylar keçməsinə baxmayaraq heç bir nəticə olmamış və Hümmətin danışıqlarından başa düşmüşdür ki, onu aldadır, heç bir iş yoxdur və vaxtı uzadır. Bundan sonra Hümmət ilə sözlə mübahisə etmiş və icazə üçün verdiyi 48976 manat pulu geri tələb etmişdir. Hümmət də qaytaracağını demişdir. Bir neçə gün gözləmiş, lakin Hümmətin pul qaytarmadığını görüb şikayət edəcəyini bildirmişdir. Bu zaman Hümmət qaynatası Əlinin dostu olan X14 rayon İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat, Fövqaladə Hallar Nazirliyinin əməkdaşı olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat verdiyini bildirmişdir. Bu barədə maraqlanmış, belə ki, Hümmətdən həmin şəxslərin nömrəsini alaraq zəng etmiş və müəyyən etmişdir ki, Hümmət yalan danışır, heç kimə pul verməmişdir. Hümmət ilə mübahisə etdikdə sonuncu etiraf edərək pulların özündə olduğunu və öz şəxsi problemləri ilə əlaqədar xərclədiyini bildirmişdir. Şikayət edəcəyini bildirdikdə və israrla pulunu tələb etdikdən sonra Hümmət 6000 manat, qardaşı Hikmət isə 15000 manat ziyandan pul ödəmiş, lakin Hümmət qalan 27976 manat ziyanı ödəməmişdir. Hümmətin torpaq sahəsində gördüyü işlərdən də şübhələndiyi üçün bununla bağlı maraqlanıb hesabat apardıqda aşkar etmişdir ki, sonuncu göndərdiyi ümumilikdə 59974 manat pulun hamısını tikinti materialları ilə bağlı xərcləməmişdir. Belə ki, Hümmətin torpaq sahəsində istifadə etdiyi materialları aldığı Masallı rayonu, Ərkivan qəsəbəsinsə olan mağazalar ilə maraqlanmış və aldığı materialların qiymətini baha dediyi açıq-aydın məlum olmuşdur. Artıq məcbur olub 31 avqust 2024-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir.İlkin olaraq müraciətində parkın salınması və tikintiyə icazə alınması üçün verdiyi pulu ümumilikdə, yəni 108950 manat qeyd etmişdir. Hümmət 59974 manatı parkın salınmasına sərf etdiyini dediyi üçün həmin məbləği xərcləməsini tikintiyə icazə alınması üçün verdiyi 48976 manatı isə öz şəxsi sərfiyyatı üçün xərclədiyini bildirmişdir. Faktiki olaraq 48976 manat pulu Hümmətə “Tır Parkı”nın salınması üçün tikinti aparılmasına Masallı rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyinin cənub-regional X7 İdarəsindən icazə alınması üçün vermişdir. Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində olan 4 hektar torpaq sahəsində “Tır parkı” salınması üçün icra hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün qeyd etdiyi tarixlərdə ümuilikdə 48976 manat pul vermişdir. Şikayət etməmiş Hümmət ziyandan 21000 manat ödəmiş, qalan 27976 manat ziyanı isə ödəməmişdir. Təqsirləndirilən şəxs pul verən zaman yanında qardaşı Şahid7 olmuşdur. Eyni zamanda qardaşı da Hümmətə pul vermişdir. Dostu Şahid6 Knyaz oğlunun da baş verənlərdən məlumatı olmuş və sonuncu qardaşı Əmrahın kartına bir dəfə pul vurmuşdur. Hümmətə pul verməyindən Şahid1 və X4 da məlumatlı olmuşdur. Belə ki, Hümmət tərəfindən aldanılmağımı bildikdən sonra həmin şəxslərin iştirakı ilə Hümmət ilə görüşmüş və pulu istəmişlər. Hümmət də onların iştirakı ilə aldığı pulun məbləğini və nə üçün almasını demişdir. Hümmətə işlədiyi MMC-də pul verən zaman və pul verməmişdən əvvəl danışıqlarında yanlarında Şahid2 olmuşdur. Hümmətin onu aldatmasından qardaşı Hikmətində məlumatı olmuşdur. Belə ki, Hümmətin aldatmasını qardaşı Hikmət ilə görüşərək sonuncuya da bildirmiş, Hikmət də xahiş etmişdir ki, Hümmətə vaxt versin. Aralarında pulun verilməsi ilə bağlı əl yazma qəbz və yaxud müqavilə olmamışdır. Ancaq Hümmət ilə danışarkən videoçəkiliş etmiş, bundan başqa onunla «WhatsApp» da olan mesaj mətinləri və danışıqları vardır. Təqsirləndirilən şəxs verdiyi bütün pulların hamısı özünə məxsus olmuşdur. Həmin pulları işləyərək əldə etmişdir. Təqsirləndirilən şəxs yanında bir neçə nəfər şəxs ilə danışaraq həmin şəxslərin Masallı rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmasını demişdir. Ad olaraq isə Hacı Surxay, Fövqaladə Hallar Nazirliyində işləyən Elgün və Hacı Mazanın işlərini görən İlhamı bildirmişdir. Lakin öyrənmişdir ki, Hümmət yalan danışır və heç kimə pul verməmişdir. Sonradan Hümmətin özüdə etiraf etmişdir ki, pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Hümmətə hər ay 1000-1500 manat civarında pul verəcəyini demiş və sonuncu razı olmuşdur. Ona görədə hər ay Hümmətə 1000-1500 manat civarında pul vermişdir. Sornadan isə öyrənmişdir ki, Hümmət parkın salınması üçün göndərdiyi puldan da öz şəxsi məqsədləri üçün xərcləmişdir. Belə ki, tikintidə istifadə olunan materialları aldığı yerləri öyrənmiş və müəyyən etmişdir ki, az və ucuz qiymətə materiallar alaraq baha qiymətə demiş və sayını artırmışdır. Məhkəmədə maddi ziyanla bağlı iddia qaldırmışlar.Hazırda dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir.Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur.İddia tələbindən imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də müdir müavini işləyir. Zərərçəkmiş şəxs 2009-cu ildən tanımışdır. Amid Bakı şəhərində yaşayır və "xxxx" MMC-nin direktorudur. Təqsirləndirilən şəxs da tanımış, sonuncu ilə Amidin vasitəsilə tanış olmuş və Hümməti Amidin yanında görmüşdür. Mütəmadi olaraq Amid ilə görüşüb söhbət etmişdir. 2023-cü il tarixdə Amid ilə görüşüb söhbət edən zaman sonuncu bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Tır parkı” salmaq istəmiş, bunun üçün Hümmətin vasitəsilə qohumlarından və başqa şəxslərdən ümumilikdə 4 ha torpaq sahəsi almış, o, Bakı şəhərində olduğu üçün parkın salınması üçün Hümmət ona kömək etmiş və bunun üçün sonuncuya pul vermişdir. Amidin deməsinə görə Hümmət Amidin göndərdiyi pullar ilə sonuncunun torpaq sahəsinin ətrafına hasar çəkdirmiş və müxtəlif tikili işləri görmüşdür. 12 fevral 2024-cü il tarixdə Amid Türkiyədə olmuş və zəng edərək xahiş etmişdir ki, yaşadığı evə getsin, evlərindən 7000 manat pul veriləcək, qardaşı Əmrah Masallı rayonu, Ərkivan qəsəbəsindədir və həmin pulu qardaşı Əmrahın kartına köçürsün. Razılaşmış və Amidin yaşadığı evə gedərək 7000 manat pulu alıb elektron ödəniş terminalı vasitəsilə sonuncunun göndərdiyi qardaşı Əmrahın kartına köçürüb qəbzin fotoşəkilini Amidə göndərmişdir. 2024-cü ilin mart ayının ortalarında Amid ilə şəhərdə görüşmüşlər. Amid ilə söhbət edən zaman sonuncu Hümmətə zəng edərək danışdıqdan sonra Amiddən “Tır parkı” barədə soruşmuş, sonuncu da bildirmişdir ki, parkın salınması üçün icazə tələb olunmuş, Hümmət bunun üçün kömək edə biləcək şəxs tapmış, 50000 manata razılaşmışlar və həmin pulun çox hissəsini artıq vermişdir. Bundan sonra onlar Amidin işlədiyi MMC-yə getmişlər. Yolla gələn zaman Hümmət ona zəng etmiş və pul götürmək üçün gələcəyini bildirmişdir. Onlar Amidin işlədiyi MMC-yə çatdıqdan sonra Hümmət də gəlmiş və Amid ona 1000 manat pul verdikdən sonra Hümmət pulu sayaraq götürüb getmişdir. Onların danışıqlarından başa düşmüşdür ki, Amid Hümmətə bundan əvvəldə pul vermişdir. 2024-cü ilin aprel ayında Amid ilə telefonla danışan zaman demişdir ki, parkın salınmasına icazə üçün Hümmətə ümumilikdə 48976 manat pul vermişdir. 2024-cü ilin iyun-iyul ayında Amid ilə şəhərdə görüşmüşlər, sonuncu Hümmətə zəng edərək sözlə mübahisə etmiş və pulları qaytarmasını demişdir. Amiddən soruşduqda sonuncu Hümmətin onu aldatdığını, pulunu ələ keçirdiyini, heç bir iş görmədiyini, yalandan Masallı rayon İcra Hakimiyyətinin işçisi ilə danışması görüntüsünü yaratmasını, faktiki olaraq her bir şəxs olmadığını dedi. Həmçinin Amid bildirmişdir ki, X17 İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat verdiyini, Fövqaladə Hallar Nazirliyində olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat verdiyini demiş, həmin şəxslərin nömrələrini alaraq zəng etmiş və Hümmətin yalan danışdığını aşkar etməsini öyrənmişdir. Bundan sonra bir neçə dəfə o, Hümmət və Amid şəhərdə görüşmüş, Amid Hümmətdən pulunu tələb etmişdir. Hümmət də etiraf etmişdir ki, Amiddən aldığı 48976 manat pulu heç kimə verməmiş, öz şəxsi işləri ilə bağlı xərcləmiş və Amidin pulunu tezliklə qayataracaq. 2024-cü ilin sentyabr ayında isə Amiddən öyrəndim ki, Hümmət vurduğu ziyandan 21000 manat ödəmiş, qalan ziyanı isə ödəməmiş, buna görədə Abşeron RPİ-nə şikayət etmişdir. Amid ilə Hümmətin pul verilməmişdən əvvəl danışıqlarında, sonradan danışıqlarında da və bir dəfə pul verilən zaman iştirak etmişdir. Bir dəfə Amidin qardaşı Əmrahın kartına pul köçürmüşdür. Amid Masallı rayonu, Ərkivan qəsəbəsində olan 4 ha torpaq sahəsində “Tır parkı” salınması üçün İcra Hakimiyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün Hümmət ilə 50000 manata razılaşmış, Amid Hümmətin kartına razılaşdıqları məbləğin bir qismini köçürmüş, iştirakı ilə Amid işlədiyi MMC-də Hümmətə 1000 pul vermişdir. Sonradan isə Hümmət ilə görüşdükdə sonuncu həmin iş üçün Amiddən ümumilikdə 48976 manat pul almasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır, sonuncu Bakı şəhərində yaşayır və "xxxx" MMC-nin direktorudur. Həmin MMC Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşir. Təqsirləndirilən şəxs tanıyır və sonuncu qohumudur. Hümmət Amidin sinif yoldaşı olmuşdur. Qardaşı Amid Bakı şəhərində yaşasada yaşadığı qəsəbəyə onun evinə gəlib-getmişdir. 2023-cü il tarixdə Amid yaşadığı qəsəbəyə gəlmiş və söhbət edən zaman bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Tır parkı” salmaq istəyir və bunun üçün torpaq sahəsi axtarır. Amid torpaq sahəsi tapılması üçün qohumlarından kömək istəmiş, həmin şəxlsərdən biri də Hümmət olmuşdur. Bir neçə gündən sonra Hümmət Masallı rayonu, Ərkivan qəsəbəsində ümumi sahəsi 4 ha olan torpaq sahəsini tapmışdır. Həmin torpaq sahəsinin bir hissəsi Hümmətin qohumlarına məxsus olmuşdur. Amid Hümmətin vasitəsilə həmin torpaq sahəsini almışdır. Amid Bakı şəhərində yaşadığı üçün parkın salınması üçün ona kömək lazım olmuşdur. Ərkivanda yaşasada öz işləri olduğu və bu sahədə təcrübəsi olmadığı üçün qardaşına lazimi köməyi göstərə bilməmişdir. Əmisi oğlu İbadın iştirakı ilə qəsəbədə qardaşı Amid Hümmət ilə görüşmüşdür. Amid ilə Hümmət razılaşmışlar ki, sonuncu qardaşına kömək edəcək və bunun üçün Amid Hümmətin kartına pul köçürəcəkdir. Bir neçə ay ərzində Hümmət Amidin göndərdiyi pullar ilə Amidin torpaq sahəsinin ətrafına hasar çəkdirmiş və müxtəlif tikili işləri görmüşdür. Amid pulları Hümmətin və qardaşı Hikmətin kartına köçürmüşdür. Amid Bakı şəhərində yaşasada mütəmadi olaraq görülmüş işlərə baxmaq üçün Ərkivan qəsəbəsinə gəlmişdir. Lakin parkın salınması üçün icazə tələb olunmuşdur. Amid Bakı şəhərindən Ərkivan qəsəbəsinə gələrək onun və əmisi oğlu İbadın iştirakı ilə Hümmət ilə görüşmüşdür. Onlar icazə ilə bağlı danışmışlar. Bir neçə gündən sonra onlar yenidən görüşmüşlər. Hümmət Amidə bildirmişdir ki, Masallı rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə icazə alınması üçün səlahiyyətli şəxs tapmış, həmin şəxs ilə danışmış və icazə alacaq. Amid Hümmətdən həmin şəxsin kimliyi barədə və hansı yolla tapmasını soruşmuşdur. Amiddə demişdir ki, həmin şəxs etibarlı şəxsdir, əlaqələri genişdir, həmin şəxs ilə qayınatası Əlizaminin vasitəsilə tanış olmuş, həmin şəxs Əlizaminin dostudur və Hacı Surxay kimi tanınır. Amid Hümmətdən danışmasını xahiş etmişdir. Hümmət də danışıb xəbər edəcəyini demişdir. Amid Bakı şəhərinə getmiş və bir neçə gündən sonra Amiddən öyrənmişdir ki, Hümmət ona zəng edərək 50000 manat pul tələb olunduğunu demişdir. Hətta Hümmət ilə özü də qəsəbədə görüşmüş və demişdir ki, icazənin alınması üçün 50000 manat pul tələb olunur. 2023-cü ilin avqust ayının sonlarında Amid zəng edərək demişdir ki, Hümmətə pul vermək lazımdır və kartının fotoşəkilini istəmişdir. Özünə məxsus olan 4244 4848 4735 6817 nömrəli “Bank Respublika” kartının fotoşəkilini mobil telefon ilə çəkərək «WhatsApp» vasitəsilə Amidə göndərmişdir. Həmin günü Amid kartına 7000 manat pul köçürmüş və qəbzini göndərmişdir. Əmisi oğlu İbad ilə görüşərək yaşadığı qəsəbənin ərazisində olan bankomdan pulu çıxarıb Hümmətə zəng edərək qəsəbədə onunla görüşmüşlər. İbadın iştirakı ilə pulu Hümmətə vermişdir. 2024-cü ilin fevral ayının ortalarında yaşadığı evdə olan zaman qardaşı Amid zəng edərək demişdir ki, kartına 7000 manat pul köçürüəcək və həmin pulu Hümmətə versin. Əmisi oğlu İbadın yaşadığı evə gedərək görüşmüşdür. İbadın Amid ilə Hümmətin arasında olanlardan məlumatı olmuşdur. İbad ilə kartından pulu çıxarıb həmin günü Hümmətə zəng edərək qəsəbədə görüşmüşlər. İbadın yanında pulu Hümmətə vermiş və pulu sayaraq götürmüşdür. 2024-cü ilin aprel ayında qardaşı Amid ilə telefonla danışan zaman demişdir ki, parkın salınmasına icazə üçün Hümmətə ümumilikdə 48976 manat pul vermişdir. Lakin Hümmət qardaşı Amidi aldadıb heç bir iş görəməyərək pulu ələ keçirmişdir. Hümmət Amidi aldatdıqdan sonra sonuncu Ərkivan qəsəbəsinə gəlmiş və dəfələrlə Hümmət ilə görüşmüşlər. Amid iştirakı ilə Hümmət ilə sözlə mübahisə etmiş və sonuncudan vurduğu ziyanı ödəməsini tələb etmişdir. Amid Hümmətə onu aldatdığını, pulunu ələ keçirdiyini, heç bir iş görmədiyini, yalandan Masallı rayon İcra Hakimiyyətinin işçisi ilə danışması görüntüsünü yaratmasını, faktiki olaraq her bir şəxs olmadığını demişdir. X10 bildirmişdir ki, Hacı Surxaya İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat, Fövqaladə Hallar Nazirliyində olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat vermədiyini öyrənmişdir. Hümmət də etiraf etmişdir ki, Amiddən aldığı 48976 manat pulu heç kimə verməmiş, öz şəxsi işləri ilə bağlı xərcləmiş və ziyanı tezliklə ödəyəcək. 2024-cü ilin sentyabr ayında Hümmət Amidə vurduğu ziyandan 21000 manat ödəmiş, qalan ziyanı isə ödəməmiş, buna görədə X8 RPİ-nə şikayət etmişdir. Amid ilə Hümmətin pul verilməmişdən əvvəl danışıqlarında iştirak etmiş, Amid Masallı rayonu, Ərkivan qəsəbəsində olan 4 ha torpaq sahəsində “Tır parkı” salınması üçün İcra Hakimiyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün Hümmət ilə 50000 manata razılaşmışlar. Amidin Hümmətin kartına razılaşdıqları məbləğin bir qismini köçürdüyünü, bir qismini isə işlədiyi MMC-də verməsini demişdir. Əmisi oğlu İbadın iştirakı ilə qardaşı Amidin kartıma köçürdüyü ümumilikdə 14000 manat pulu çıxarıb Hümmətə vermişdir. Sonradan isə Hümmət ilə görüşdükdə sonuncu həmin iş üçün Amiddən ümumilikdə 48976 manat pul almasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evlidir və iki yetkinlik yaşına çatmamış uşağı vardır. Zərərçəkmiş şəxs tanımış, sonuncu həmkəndlisidir, lakin Amid Bakı şəhərində yaşayır və "xxxx" MMC-nin direktorudur. Həmin MMC Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşir. Təqsirləndirilən şəxs da tanımış, sonuncu da həmkəndlisidir və Amidin sinif yoldaşı olmuşdur. 2023-cü il tarixdə Amid ilə görüşüb söhbət edən zaman sonuncu bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Tır parkı” salmaq istəyir və bunun üçün torpaq sahəsi axtarır. Hətta bununla bağlı görüşlərinin birində yanlarında Hümmət də olmuş və Amid Hümmətlə bu barədə danışmışdır. Sonradan öyrənmişdir ki, Amid Masallı rayonunda 4 ha torpaq sahəsi almış, həmin torpaq sahəsini Hümmətin vasitəsilə tapmış və sonuncu orada “Tır parkı” salmaq üçün kömək etmiş, belə ki, torpaq sahəsinin ətrafına hasar çəkdirmiş və müxtəlif tikili işləri görmüşdür. Amid bunun müqabilində Hümmətə pul vermişdir. Lakin parkın salınması üçün İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınmalı olmuşdur. Bundan sonra Amid iştirakı ilə bir neçə dəfə Hümmət ilə görüşmüşdür. Onların danışıqlarından başa düşmüşdür ki, Hümmət icazənin alınması üçün səlahiyyətli şəxs tapmış və Amid ilə 50000 manata razılaşmışlar. Amid iştirakı ilə Hümmətə demişdir ki, pulu hissə-hissə verəcək və onu tanıyır. 2023-cü ilin sentyabr-oktyabr aylarında Amid və Hümmət görüşmüş, söhbət zamanı onlarndan öyrənmişdir ki, Amid artıq Hümmətə müəyyən məbləği vermişdir. Belə ki, Hümmətin kartına pul köçürmüşdür. 2024-cü ilin fevral və mart aylarında tarixlərini dəqiq xatırlamadığı gün Amidin işlədiyi MMC-yə getdikdə orada Hümməti görmüşdür. Onlar söhbət etmişlər, həmin vaxt Hümmət telefonu ilə kiməsə yığıb “müəllim icazə nə vaxt həll olunur” ifadələrini işlətmiş və İcra Hakimiyyətinin əməkdaşı ilə danışması görüntüsünü yaratmışdır. İştirakı ilə Amid Hümmətə 7000-8000 manat civarında pul vermişdir, sonuncu da pulu sayaraq götürüb getmişdir. Həmin ərəfələrdə 2-3 dəfə Amid iştirakı ilə MMC-də Hümmətə icazə məsələsini həll etməsi üçün 2000-3000 manat pul vermişdir. 2024-cü ilin aprel ayında Amid ilə telefonla danışan zaman demişdir ki, parkın salınmasına icazə üçün Hümmətə ümumilikdə 48976 manat pul vermişdir. Bir neçə ay keçdikdən sonra Amid ilə danışıb görüşdükdə isə sonuncu bildirmişdir ki, Hümmət onu aldatmış, pulunu ələ keçirmiş, heç bir iş görməmiş, onların yanında yalandan İcra Hakimiyyətinin işçisi ilə danışması görüntüsünü yaratmış və belə bir şəxs ümumiyyətlə olmamışdır. Həmçinin Amid bildirmişdir ki, X17 İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat verdiyini, Fövqaladə Hallar Nazirliyində olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat verdiyini demiş, həmin şəxslərin nömrələrini alaraq zəng etmiş və Hümmətin yalan danışdığını aşkar etməsini öyrənmişdir. Özü də bir neçə dəfə həmkəndli kimi Hümmət ilə danışaraq görüşmüş, sonuncuya Amidi aldatmasına görə iradını bildirmiş, eyni zamanda xahiş etmişdir ki, Amid ilə sinif yoldaş olmuş və həmkəndlidir, sonuncunun pulunu qaytarsın. Hümmət də etiraf etmişdir ki, Amiddən aldığı pulu heç kimə verməmiş, öz şəxsi işləri ilə bağlı xərcləmiş və Amidə dəymiş ziyanı ödəyəcəkdir. 2024-cü ilin avqust ayında isə Amiddən öyrənmişdir ki, Hümmət dəymiş ziyandan 21000 manat ödənmiş, qalan ziyanı isə ödəməmiş və buna görədə o, Abşeron RPİ-nə şikayət etmişdir.İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, Amid ilə Hümmətin pul verilməmişdən əvvəl danışıqlarında iştirak etmiş, Amid Masallı rayonu, Ərkivan qəsəbəsində olan 4 ha torpaq sahəsində “Tır parkı” salınması üçün İcra Hakimiyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün Hümmət ilə 50000 manata razılaşmışlar. Hümmət Amidin onun kartına pul köçürdüyün demişdir. İştirakı ilə isə Amid Hümmətə iki dəfə pul vermişdir. Tarixi və məbləği dəqiq xatırlamamış, lakin 2024-cü ilin fevral-mart ayları olmuşdur. Məbləğ isə birinci dəfə 7000-8000, ikinci dəfə 2000-3000 manat olmuşdur. Sonradan isə Hümmət ilə görüşdükdə sonuncu həmin iş üçün Amiddən ümumilikdə 48976 manat pul almasını bildirmişdir. Təqsirləndirilən şəxs Amidin işlədiyi MMCdə bir neçə nəfər şəxs ilə danışaraq həmin şəxslərin İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmasını demişdir. Ad olaraq isə Hacı Surxay, Fövqaladə Hallar Nazirliyində işləyən Elgün və Hacı Mazanın işlərini görən İlhamı bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, Hümmət Amidin inanması üçün bunu etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evlidir və iki yetkinlik yaşına çatmamış uşağı vardır. Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, sonuncu həmkəndlisidir, lakin Amid Bakı şəhərində yaşayır və "xxxx" MMC-nin direktorudur. Həmin MMC Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşir. Mütəmadi olaraq Amidin işlədiyi MMC-yə gedərək görüşüb söhbət etmişdir. Təqsirləndirilən şəxs qohumudur, belə ki, sonuncu əmisi nəvəsidir. Hümmət Masallı rayonu, Ərkivan qəsəbəsində diş texniki işləmişdir. Bundan başqa Hümmətin yük avtomobilləri də vardır. Hümmət Amidin sinif yoldaşı olmuşdur. 2023-cü il tarixdə Amid ilə görüşüb söhbət edən zaman sonuncu bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Tır parkı” salmaq istəyir və bunun üçün torpaq sahəsi axtarır. Amid torpaq sahəsi tapması üçün Hümmətdən xahiş etmiş və sonuncunun vasitəsilə Masallı rayonu, Ərkivan qəsəbəsində ümumilikdə 4 ha torpaq sahəsi almışdır. Amid Bakı şəhərində olduğu üçün parkın salınması üçün Hümmət ilə razılaşmışdır ki, sonuncu ona kömək edəcək. Bunun üçün Amid Hümmətin kartına pul köçürmüşdür. Hümmət Amidin göndərdiyi pullar ilə Amidin torpaq sahəsinin ətrafına hasar çəkdirmiş və müxtəlif tikili işləri görmüşdür. Bu barədə onlar dəfələrlə yanında danışmışlar. Ona görədə bu barədə məlumatı olmuşdur. Lakin parkın salınması üçün. Yəni torpaq sahəsində tikinti aparılmasına görə Masallı rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması tələb olunmuşdur. 2023-cü ilin avqust ayında Hümmət və Amid ilə xatırlamadığı yerdə görüşmüşdür. Amid və Hümmət icazə ilə bağlı danışmışlar. Onların danışıqlarından başa düşmüşdür ki, Hümmət icazənin alınması üçün səlahiyyətli şəxs tapmış və Amid ilə 50000 manata razılaşmışlar. 2023-cü ilin dekabr ayının sonlarında Amid ilə işlədiyi MMC-də görüşmüşdür. Amiddən icazə məsələsini soruşduqda sonuncu dedi ki, Hümmət məşğul olur və kartına razılaşdıqları məbləğin bir qismini köçürmüşdür. 2024-cü ilin mart ayında mən Amidin işlədiyi MMC-də söhbət edən zaman Hümmət gəlmiş və Amid Hümmətə pul vermişdir. Hümmət pulu sayaraq götürüb getmişdir. Amidin Hümmətə verdiyi pulun məbləği 2000 manat olmuşdur. 5-10 gün keçdikdən sonra Amidin işlədiyi MMC-yə getdikdə Hümməti orada görmüşdür. Hümmət mobil telefonla danışmışdır. Hümmətin danışqlarından başa düşmüşdür ki, icazə məsələsi ilə bağlı danışır. Hümmət danışdığı şəxsə “müəllim” deyə müraciət etmişdir. Hümmət danışdıqdan sonra İcra Hakimiyyətinin əməkdaşı ilə danışdığını bildirmiş və Amid Hümmətə 3000 manat pul vermişdir. 2024-cü ilin aprel-may ayında Amid ilə şəhərdə görüşdükdə parkın salınmasına icazə üçün Hümmətə ümumilikdə 48976 manat pul verməsini bildirmişdir. Bir neçə ay keçdikdən sonra Amid ilə işlədiyi MMC-də danışıb görüşdükdə sonuncu bildirmişdir ki, Hümmət onu aldatmış, pulunu ələ keçirmiş, heç bir iş görməmiş, yalandan İcra Hakimiyyətinin işçisi ilə danışması görüntüsünü yaratmış, faktiki olaraq heç bir şəxs olmamışdır. Həmçinin Amid demişdir ki, X17 İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat verdiyini, Fövqaladə Hallar Nazirliyində olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat verdiyini bildirmiş, həmin şəxslərin nömrələrini alaraq zəng etmiş və Hümmətin yalan danışdığını aşkar etməsini öyrənmişdir. Hətta bir neçə dəfə şəhərdə Amid və Hümmət ilə görüşmüş, Amid Hümmətdən pulunu tələb etmiş, özü də qohum kimi Hümmətə Amidi aldatmasına görə iradını bildirib xahiş etmişdir ki, Amid ilə uşaqlıqdan dost olmuşlar və problem olmaması üçün pulu qaytarsın. Hümmət də etiraf etmişdir ki, Amiddən aldığı 48976 manat pulu heç kimə verməmiş, öz şəxsi işləri ilə bağlı xərcləmiş və Amidin pulunu tezliklə qayataracaq. 2024-cü ilin sentyabr ayında isə Amiddən öyrənmişdir ki, Hümmət vurduğu ziyandan 21000 manat ödəmiş, qalan ziyanı isə ödəməmiş, buna görədə o, Abşeron RPİ-nə şikayət etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində daha sonra göstərmişdir ki, Amid ilə Hümmətin pul verilməmişdən əvvəl danışıqlarında iştirak etmiş, Amid Masallı rayonu, Ərkivan qəsəbəsində olan 4 ha torpaq sahəsində “Tır parkı” salınması üçün Masallı rayon İcra Hakimiyətindən və Fövqəladə Hallar Nazirliyindən tikintiyə icazə alınması üçün Hümmət ilə 50000 manata razılaşmışlar. Amidin Hümmətin kartına razılaşdıqları məbləğin bir qismini köçürdüyünü demişdir. Onun iştirakı ilə Amid Hümmətə iki dəfə pul vermişdir. Tarixi və məbləği dəqiq xatırlamamış, lakin 2024-cü ilin mart ayı olmuşdur. Məbləğ isə xatırladığı qədər birinci dəfə 2000, ikinci dəfə isə 3000 manat olmuşdur. Sonradan isə Hümmət ilə görüşdükdə sonuncu həmin iş üçün Amiddən ümumilikdə 48976 manat pul almasını bildirmişdir. Təqsirləndirilən şəxs Amidin işlədiyi MMC-də bir neçə nəfər şəxs ilə danışaraq həmin şəxslərin Masallı rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmasını demişdir. Ad olaraq isə Hacı Surxay, Fövqaladə Hallar Nazirliyində işləyən Elgün və Hacı Mazanın işlərini görən İlhamı bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, Hümmət Amidin inanması üçün bunu etmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, evlidir, iki yetkinlik yaşına çatmamış uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi əməklə məşğul olub ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs tanımış, sonuncu həmkəndlisidir, onunla uşaqlıq illərində tanış olmuş, Amid Bakı şəhərində yaşayır və "xxxx" MMC-nin direktorudur. Həmin MMC Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşir. Təqsirləndirilən şəxs tanımış, sonuncu da həmkəndlisidir və Hümmət Amidin sinif yoldaşı olmuşdur. Hümmət yaşadığı ev ata evi ilə qonşudur. O, Amid və Hümmət Bakı şəhərində, Amidin işlədiyi MMC-də və qeydiyyatda olduğu Masallı rayonu, Ərkivan qəsəbəsində görüşüb söhbət etmişlər. 2023-cü il tarixdə Amid ilə görüşüb söhbət edən zaman sonuncu bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Tır parkı” salmaq istəyir və bunun üçün torpaq sahəsi axtarır. Bir neçə gün keçdikdən sonra öyrənmişdir ki, Amid torpaq sahəsi tapması üçün Hümmətdən xahiş etmiş və sonuncunun vasitəsilə Masallı rayonu, Ərkivan qəsəbəsində 4 ha torpaq sahəsi almış, Amid Bakı şəhərində olduğu üçün parkın salınması üçün Hümmət ilə razılaşmışdır ki, sonuncu ona kömək edəcək və bunun üçün Amid Hümmətin kartına pul köçürmüşdür. Hümmət Amidin göndərdiyi pullar ilə Amidin torpaq sahəsinin ətrafına hasar çəkdirmiş və müxtəlif tikili işləri görmüşdür. Bu barədə onlar dəfələrlə yanında Amidin işlədiyi MMC-də danışmışlar. Ona görədə bu barədə məlumatı olmuşdur. Lakin parkın salınması üçün Masallı rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən tikintinin aparılmasına icazə alınması tələb olunmuşdur. Amid bu barədə bildirmiş və kömək etmək üçün səlahiyyətli şəxs axtarmasını demişdir. 2023-cü ilin avqust ayında Masallı rayonu, Ərkivan qəsəbəsində olmuşdur. Qəsəbədə yaşadığı evdə olan zaman Amid zəng edərək Bakı şəhərindən gəlməsini və Hümmət ilə görüşəcəyini demişdir. Həmin günü o, Hümmət və Amid qəsəbədə görüşmüşlər. Hümmət Amidə bildirmişdir ki, səlahiyyətli şəxs tapmış və həmin şəxs 50000 manat tələb etmişdir. Onlar bu barədə öz aralarında danışmışlar. Məlum olmuşdur ki, artıq Amid icazə alınması üçün Hümmətdən də kömək istəmişdir. Hümmətin deməsinə görə icazəni Masallı rayon İcra Hakimiyyətində və Fövqəladə Hallar Nazirliyində işləyən şəxslər ilə danışmışdır. Amid də razılaşmış və pulu hissə-hissə verəcəyini demişdir. 2023-cü ilin dekabr ayının ortalarında Amid ilə işlədiyi MMC-də görüşmüşlər. Amiddən icazə məsələsini soruşduqda sonuncu demişdir ki, Hümmət məşğul olur və kartına razılaşdıqları məbləğin bir qismini köçürmüşdür. 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhərində olmuş və Amid ilə danışaraq işlədiyi MMC-yə getmişdir. Amidin işlədiyi MMC-də sonuncu ilə görüşmüş və söhbət edən zaman Hümmət də MMC-yə gəlmişdir. Onlar bir qədər söhbət etmişlər və Hümmət mobil telefonu ilə kiməsə zəng edərək İcra Hakimiyyətinin işçisinə zəng etdiyini bildirmişdir. Hümmət telefonla danışdığı şəxslə icazə məsələsi barədə danışmış və həmin şəxsə “müəllim” deyə müraciət etmişdir. Hümmət telefonla danışıb qurtardıqdan sonra bildirmişdir ki, danışdığı şəxs məsələni həll etdiyini və pulu tam aldıqdan sonra icazə veriləcəyini demişdir. Amid yanında sayaraq Hümmətə 2500 manat pul vermişdir. Hümmət pulu sayaraq götürüb getmişdir. Bir neçə gün keçdikdən sonra, yəni 2024-cü ilin mart ayının əvəllərində Amid ilə danışaraq onun işlədiyi MMC-yə getdikdə görmüşdür ki, Hümmət də oradadır. Hümmət mobil telefonla danışmışdır. Onun danışqlarından başa düşmüşdür ki, o, icazə məsələsi ilə bağlı danışır. Amid yanında sayaraq Hümmətə 1000 manat pul vermişdir. Hümmət də pulu sayaraq götürüb getmişdir. 2024-cü ilin aprel-may ayında Amid ilə şəhərdə görüşdükdə parkın salınmasına icazə üçün Hümmətə ümumilikdə 48976 manat pul verməsini bildirmişdir. Bir neçə ay keçdikdən sonra Masallı rayonu Ərkivan qəsəbəsində olan zaman Amid zəng etmiş və onlar kənddə görüşmüşlər. Amid bildirmişdir ki, Hümmət onu aldatmış, pulunu ələ keçirmiş, heç bir iş görməmiş, yalandan İcra Hakimiyyətinin işçisi ilə danışması görüntüsünü yaratmış və faktiki olaraq her bir şəxs olmamışdır. Həmçinin Amid bildirmişdir ki, X17 İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat verdiyini, Fövqaladə Hallar Nazirliyində olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat verdiyini bildirmiş, həmin şəxslərin nömrələrini alaraq zəng etmiş və Hümmətin yalan danışdığını aşkar etməsini öyrənmişdir. Kənddə onlar Hümmət və onun qardaşı Hikmət ilə görüşmüş, Amid Hümmətdən pulunu tələb etmiş, özü də həmkəndli və qonşu kimi Hümmətə Amidi aldatmasına görə iradını bildirmiş və xahiş etmişdir ki, Amid ilə uşaqlıqdan dost olmuşlar və problem olmaması üçün pulu qaytarsın. Hümmətin qardaşı Hikmət Amiddən qardaşının etdiklərinə görə üzr istəmiş və vaxt verməsini xahiş etmişdir. Hümmət də etiraf etmişdir ki, Amiddən aldığı 48976 manat pulu heç kimə verməmiş, öz şəxsi problemləri ilə bağlı istifadə etmiş və pulu tezliklə qayataracaq. 2024-cü ilin sentyabr ayında isə Amid ilə görüşüb söhbət edən zaman sonuncu demişdir ki, Hümmət dəymiş ziyandan iki dəfəyə 21000 manat pul ödəmiş, qalan ziyanı isə ödəməmiş, buna görədə Abşeron RPİ-nə şikayət etmişdir.İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində daha sonra göstərmişdir ki, Amid ilə Hümmətin pul verilməmişdən əvvəl danışıqlarında iştirak etmiş, X9 rayonu, Ərkivan qəsəbəsində olan 4 ha torpaq sahəsində “Tır parkı” salınması üçün Masallı rayon İcra Hakimiyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün səlahiyyətli şəxslər ilə danışmasını və 50000 manat tələb olunmasını bildirib həmin məbləği istəmişdir. Onlar hər ikisi söhbət zamanı demişlər ki, bu iş üçün Amid Hümmətin kartına müəyyən məbləğdə pul köçürmüşdür. İştirakı ilə Amid 2024-cü ilin fevral ayının sonlarında MMC-də 2500 manat və 2024-cü ilin mart ayının əvvəllərində isə 1000 manat pul vermişdir. Sonradan isə Hümmət ilə görüşdükdə sonuncu həmin iş üçün Amiddən ümumilikdə 48976 manat pul almasını bildirmişdir. Təqsirləndirilən şəxs Amidin işlədiyi MMC-də bir neçə nəfər şəxs ilə danışaraq həmin şəxslərin Masallı rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmasını demişdir. Ad olaraq isə Hacı Surxay, Fövqaladə Hallar Nazirliyində işləyən Elgün və Hacı Mazanın işlərini görən İlhamı bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, Hümmət Amidin inanması üçün bunu etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atasının əmisi oğludur, Amid Bakı şəhərində yaşayır və "xxxx" MMC-nin direktorudur. Həmin MMC Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşir. Təqsirləndirilən şəxs tanımış və sonuncu həmkəndlisidir. Təqsirləndirilən şəxs Amidin sinif yoldaşı olmuşdur. Boş vaxtlarında qohumu Amidin işlədiyi MMC-yə gedərək onunla söhbət etmişdir. 2023-cü il tarixdə Amid ilə görüşüb söhbət edən zaman sonuncu bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Tır parkı” salmaq istəyir və bunun üçün torpaq sahəsi axtarır. Bir neçə gün keçdikdən sonra öyrənmişdir ki, Amid torpaq sahəsi tapması üçün Hümmətdən xahiş etmiş və sonuncunun vasitəsilə Masallı rayonu, Ərkivan qəsəbəsində 4 ha torpaq sahəsi almış, Amid Bakı şəhərində olduğu üçün parkın salınması üçün Hümmət ilə razılaşmışdır ki, sonuncu ona kömək edəcək və bunun üçün Amid Hümmətin kartına pul köçürmüşdür. Hümmət Amidin göndərdiyi pullar ilə Amidin torpaq sahəsinin ətrafına hasar çəkdirmiş və müxtəlif tikili işləri görmüşdür. Hətta bir dəfə Amidin işlədiyi MMC-də olan zaman Hümmət də oraya gəlmiş və bu barədə yanında danışmışlar. Buna görədə bu barədə məlumatı olmuşdur. Lakin Amiddən öyrənmişdir ki, parkın salınması üçün Masallı rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması tələb olunur. Həmçinin Amid kömək etmək üçün səlahiyyətli şəxs axtarmasını bildirmişdir. 2024-cü ilin fevral ayının ortalarında Amidə zəng edərək harada olmasını soruşub sonuncunun işlədiyi MMC-də olmasını öyrənib söhbət etmək oraya getmişdir. Amid ilə MMC-də əyləşib söhbət edən zaman Hümmət gəlmiş və məlum olmuşdur ki, sonuncu Amid ilə əvvəlcədən danışıb gəlmişdir. Amid yanında Hümmətə 1700 manat pul vermişdir. Hümmət pulu sayaraq götürüb getmişdir. Onların danışıqlarından başa düşmüşdür ki, Amid Hümmətə bundan əvvəldə pul vermişdir. 2024-cü ilin mart ayının ortalarında Amid ilə şəhərdə görüşərək sonuncunun avtomobili ilə işlədiyi MMC-yə getdikdə yolda Hümmət zəng etmiş və icazə üçün pul tələb olunduğunu bildirmişdir. Amid Hümmət ilə danışan zaman telefonun dinamikini açıq qoyduğuna görə sonuncunun danışığını eşitmişdir. Onlar MMC-yə çatdıqdan sonra Hümmət gəlmiş və içəri mobil telefonu ilə danışaraq daxil olmuşdur. Hümmətin danışqlarından başa düşmüşdür ki, icazə məsələsi ilə bağlı kiminləsə danışır. Hümmət danışdığı şəxsə “müəllim” deyə müraciət etmişdir. Hümmət danışdıqdan sonra Masallı rayon İcra Hakimiyyətinin əməkdaşı ilə danışdığını bildirmiş və Amid Hümmətə 1200 manat pul vermişdir. 2024-cü ilin aprel ayında Amid ilə telefonla danışan zaman demişdir ki, parkın salınmasına icazə üçün Hümmətə ümumilikdə 48976 manat pul vermişdir. Bir neçə ay keçdikdən sonra Amid ilə şəhərdə görüşdükdə sonuncu Hümmətə zəng edərək sözlə mübahisə etmiş və sonuncudan pulları qaytarmasını demişdir. Amiddən soruşduqda Hümmətin onu aldatdığını, pulunu ələ keçirdiyini, heç bir iş görmədiyini, yalandan İcra Hakimiyyətinin işçisi ilə danışması görüntüsünü yaratmasını, faktiki olaraq her bir şəxs olmadığını bildirmişdir. Həmçinin Amid demişdir ki, X17 İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat verdiyini, Fövqaladə Hallar Nazirliyində olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat verdiyini bildirmiş, həmin şəxslərin nömrələrini alaraq zəng etmiş və Hümmətin yalan danışdığını aşkar etməsini öyrənmişdir. Bundan sonra bir neçə dəfə o, Hümmət və Amid şəhərdə görüşmüşlər. Amid Hümmətdən pulunu tələb etmiş, özü də həmkəndlisi və qohum kimi Hümmətə Amidi aldatmasına görə iradını bildirib xahiş etmişdir ki, Amid ilə uşaqlıqdan dost olmuşlar, hamısı qohumdur və problem olmaması üçün pulu qaytarsın. Hümmət də etiraf etmişdir ki, Amiddən aldığı 48976 manat pulu heç kimə verməmiş, öz şəxsi işləri ilə bağlı xərcləmiş və Amidə vurduğu ziyanı tezliklə ödəyəcək. 2024cü ilin sentyabr ayında isə Amiddən öyrənmişdir ki, Hümmət vurduğu ziyandan 21000 manat ödəmiş, qalan ziyanı isə ödəməmiş, buna görədə Abşeron RPİ-nə şikayət etmişdir.İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində daha sonra göstərmişdir ki, Amid ilə Hümmətin pul verilməmişdən əvvəl danışıqlarında iştirak etmiş, Amid Masallı rayonu, Ərkivan qəsəbəsində olan 4 ha torpaq sahəsində “Tır parkı” salınması üçün İcra Hakimiyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün Hümmət ilə 50000 manata razılaşmışlar. Amidin Hümmətin kartına razılaşdıqları məbləğin bir qismini köçürdüyünü demişdir. İştirakı ilə Amid Hümmətə iki dəfə pul vermişdir. Belə ki, 2024-cü ilin fevral ayında 1700 manat, 2024-cü ilin mart ayında isə 1200 manat. Sonradan isə Hümmət ilə görüşdükdə sonuncu həmin iş üçün Amiddən ümumilikdə 48976 manat pul almasını bildirmişdir. Təqsirləndirilən şəxs Amidin işlədiyi MMC-də telefonla danışaraq danışdığı şəxsin İcra Hakimiyyətinin əməkdaşı olmasını demişdir. Ad olaraq isə kimin adını çəkməsini xatırlamamışdır. Lakin sonradan məlum olmuşdur ki, Hümmət Amidin inanması üçün bunu etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi əməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs əmisi oğludur, sonuncu Bakı şəhərində yaşayır və "xxxx" MMC-nin direktorudur. Həmin MMC Abşeron rayonu, Sumqayıt şossesi, Bakı-Şamaxı yolu, Ekologiya postunun arxasında yerləşir. Təqsirləndirilən şəxsda tanımış və sonuncu həmkəndlisidir. Hümmət Amidin sinif yoldaşı olmuşdur. 2023-cü il tarixdə Amid yaşadığı qəsəbəyə gəlmiş, söhbət edən zaman bildirmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Tır parkı” salmaq istəyir və bunun üçün torpaq sahəsi axtarır. Amid torpaq sahəsi tapılması üçün qohumlarından kömək istəmiş, həmin şəxslərdən biri də Hümmət olmuşdur. Bir neçə gündən sonra Hümmət Masallı rayonu, Ərkivan qəsəbəsində ümumi sahəsi 4 ha olan torpaq sahəsini tapmışdır. Həmin torpaq sahəsinin bir hissəsi Hümmətin qohumlarına məxsus olmuşdur. Amid Hümmətin vasitəsilə həmin torpaq sahəsini almışdır. Amid Bakı şəhərində yaşadığı üçün parkın salınması üçün kömək lazım olmuşdur. Bunun üçün iştirakı ilə kənddə Hümmət ilə razılaşmışlar ki, sonuncu ona kömək edəcək və bunun üçün Amid Hümmətin kartına pul köçürəcəkdir. Bir neçə ay ərzində Hümmət Amidin göndərdiyi pullar ilə Amidin torpaq sahəsinin ətrafına hasar çəkdirmiş və müxtəlif tikili işləri görmüşdür. Amid pulları Hümmətin və qardaşı Hikmətin kartına köçürmüşdür. Amid Bakı şəhərində yaşasada mütəmadi olaraq işlərə nəzarət etmək üçün Ərkivan qəsəbəsinə gəlmişdir. Hətta Amidin qardaşı da Ərkivan qəsəbəsinə gəlib-getmişdir. Lakin parkın salınması üçün icazə tələb olunmuşdur. Amid Bakı şəhərindən qəsəbəyə gələrək iştirakı ilə Hümmətlə görüşmüşdür. Onlar icazə ilə bağlı danışmışlar. Bir neçə gündən sonra onlar yenidən iştirakı ilə görüşmüşlər. Hümmət Amidə bildirmişdir ki, Masallı rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə icazə alınması üçün səlahiyyətli şəxs tapmış, həmin şəxs ilə danışmış və icazə alacaq. Amid Hümmətdən həmin şəxsin kimliyi barədə və hansı yolla tapmasını soruşmuşdur. Hümmət demişdir ki, həmin şəxs etibarlı şəxsdir, əlaqələri genişdir, həmin şəxs ilə qayınatası Əlizaminin vasitəsilə tanış olmuş, həmin şəxs Əlizaminin dostudur və Hacı Surxay kimi tanınmışdır. Amid Hümmətdən danışmasını xahiş etmişdir. Hümmət də danışıb xəbər edəcəyini demişdir. Amid Bakı şəhərinə getmiş və bir neçə gündən sonra Amiddən öyrənmişdir ki, Hümmət ona zəng edərək 50000 manat pul tələb olunduğunu demişdir. 2023-cü ilin avqust ayının sonlarında Amidin qardaşı Şahid7 Ərkivan qəsəbəsində olmuş və onunla görüşərək bildirmişdir ki, Amid kartına pul köçürmüşdür, həmin pulu kartdan çıxarıb Hümmətə vermək lazımdır. Əmrah ilə bankomata getmiş, sonuncu kartından 7000 manat pul çıxarmış və qəsəbədə Hümmət ilə görüşmüşlər. Əmrah iştirakı ilə pulu Hümmətə vermişdir. 2024-cü ilin fevral ayının ortalarında yaşadığı evdə olan zaman əmisi oğlu Əmrah onlara gəlmiş və bildirmişdir ki, kartından pul çıxarıb Hümmətə vermək lazımdır. Əmrah ilə evdən çıxaraq sonuncu qəsəbədə olan bankomatda kartından 7000 manat pul çıxarmışdır. Həmin günü qəsəbədə Hümmət ilə görüşmüş və Əmrah pulu Hümmətə vermişdir. Həmin pulu da Amid göndərmişdir. 2024-cü ilin aprel ayında Amid ilə telefonla danışan zaman öyrənmişdir ki, parkın salınmasına icazə üçün Hümmətə ümumilikdə 48976 manat pul vermişdir. X20 aldadıb heç bir iş görməyərək pulunu ələ keçirmişdir. Hümmət Amidi aldatdıqdan sonra sonuncu Ərkivan qəsəbəsinə gəlmiş və Hümmət ilə görüşmüşdür. Amid iştirakı ilə Hümmət ilə sözlə mübahisə etmiş və sonuncudan vurduğu ziyanı ödəməsini tələb etmişdir. Amid Hümmətə onu aldatdığını, pulunu ələ keçirdiyini, heç bir iş görmədiyini, yalandan İcra Hakimiyyətinin işçisi ilə danışması görüntüsünü yaratmasını və faktiki olaraq heç bir şəxs olmadığını demişdir. X10 bildirmişdir ki, Hacı Surxaya İcra Hakimiyyətinə verilməsi üçün 6000 manat, Fövqaladə Hallar Nazirliyində olan Elgün adlı şəxsə 4000 manat, İlqar adlı şəxsə 900 manat və Hacı Mazanın işlərini görən İlham adlı şəxsə 38000 manat vermədiyini öyrənmişdir. Hümmət də etiraf etmişdir ki, Amiddən aldığı 48976 manat pulu heç kimə verməmiş, öz şəxsi işləri ilə bağlı xərcləmiş və pulu tezliklə qayataracaq. 2024-cü ilin sentyabr ayında Hümmət Amidə 21000 manat ziyandan ödəmiş, qalan ziyanı isə ödəməmiş, buna görədə X8 RPİ-nə şikayət etmişdir. Amid ilə Hümmətin pul verilməmişdən əvvəl danışıqlarında iştirak etmiş, Amid Masallı rayonu, Ərkivan qəsəbəsində olan 4 ha torpaq sahəsində “Tır parkı” salınması üçün Masallı rayon İcra Hakimiyətindən və Fövqəladə Hallar Nazirliyindən icazə alınması üçün Hümmət ilə 50000 manata razılaşmışlar. Amidin Hümmətin kartına razılaşdıqları məbləğin bir qismini köçürdüyünü, bir qismini isə işlədiyi MMC-də verməsini demişdir. İştirakı ilə Əmrah qardaşı Amidin kartına köçürdüyü ümumilikdə 14000 manat pulu çıxarıb Hümmətə vermişdir. Sonradan isə Hümmət ilə görüşdükdə sonuncu həmin iş üçün Amiddən ümumilikdə 48976 manat pul almasını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə icazə alınması üçün səlahiyyətli şəxs tapmış, həmin şəxs ilə danışmış və icazə alacaq, həmin şəxs etibarlı şəxsdir, əlaqələri genişdir, həmin şəxs ilə qayınatası Əlizaminin vasitəsilə tanış olmuş, həmin şəxs Əlizaminin dostudur və Hacı Surxay kimi tanınır. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkənin təqsirləndirilən şəxslə barışması CM-in 59.2-ci maddəsinə əsasən və himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), zərərçəkənlərlə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı uşağının olması cəzanı ağırlaşdıran halın olmamasını,onun müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq MSY-nə təhvil verilmiş , 30 may 2025-ci il tarixdə Abşeron rayon məhkəməsinin hakiminin qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 may 2025-ci il tarixdən hesablanmaqla 01 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanmışdır. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu 06 ay 04 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasə iki günə 01 gün hesabı ilə 01 il 08 gün müddət hesab olunmaqla təyin edilmiş cəzasından çıxılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Masallı rayonu, Ərkivan qəsəbəsindəki yaşayış evi ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bu əsasda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “ seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, zərərçəkmiş –mülki iddiaçı Zərərçəkmiş şəxs –ifadəsində dəyən ziyanın tam ödənildiyini bildirdiyindən və bu barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən zərərçəkənin ziyan tələbinə dair iddiası baxılmamış saxlanmalıdır. Bu halda Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı mədaxil qəbzi ilə ödəniş portalı vasitəsi ilə ödədiyi 174 (yüz yetmiş dörd)manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Xızı-Regional Maliyyə İdarəsi tərəfindən ona qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs həbsdə qaldığı 06 ay,04 gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 08 günə bərabər tutulsun, ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 07 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 22:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayışyerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaya nəzarəti həyata keçirən orqanda qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin,o, dərhal həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “ seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş –mülki iddiaçı Zərərçəkmiş şəxs maddi ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş –mülki iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ********** saylı mədaxil qəbzi ilə ödəniş portalı vasitəsi ilə ödədiyi 174 (yüz yetmiş dörd)manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Xızı- Regional Maliyyə İdarəsi tərəfindən ona qaytarılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar