Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-951/2024 27.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, 29 avqust 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən , Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində tanışı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında qonaq olduğu zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evdə yatmasından istifadə edərək mənzildən sonuncunun yaşadığı binanın qarşısında saxladığı “Chevrolet Cruze” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarını götürərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 65-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi dalan 3, ev 12-də anası ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, təxminən 2-3 ay olar ki, Zərərçəkmiş şəxs tanıyır və aralarında dostluq münasibəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat təqribən 13 radələrində Qismət ilə Nəsimi rayonu metrostansiyasının yanında görüşmüşlər. Həmin vaxt Qismət idarə etdiyi “Chevrolet Cruze” markalı, **-OD-*** dövlət qeydiyat nişanlı avtomobili ilə gəlmişdir. Bundan sonra onlar Qismətin idarə etdiyi avtomobilə əyləşib onun adını bilmədiyi dostu ilə görüşüb Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbisində yerləşən kafelərdən birinə getmişlər. Onlar həmin kafedə yeyib içdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Qəbələ” adlı kafeyə gəlmişlər. Həmin vaxt tanışı Elfan adlı şəxs də həmin kafeyə gəlmişdir. Onlar orada da bir qədər oturduqdan sonra yaxınlıqda olan “Çinar” adlı kafeyə getmişlər. Həmin vaxt “Çinar” adlı kafedə yan masada əyləşən 3 nəfər qız ilə tanış olmuşlar. Daha sonra xx.xx.2024-cü il tarixdə səhərə yaxın onlar həmin qızlarla birlikdə Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən restoranlardan birinə getmək qərarına gəlmişlər. Həmin vaxt Qismət bildirmişdir ki, əvvəlcə Xırdalan şəhərinə yaşadığı binanın qarşısına getsinlər və o, evdən pul götürdükdən sonra dəniz kənarına restorana getsinlər. Ona görə də Qismət, Elfan, o, və həmin 3 nəfər qız Qismətin avtomobili ilə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə, 10-cu binanın qarşısına gəlmişlər. Bu zaman həmin 3 nəfər qızlar avtomobildən enib onlara məlum olmayan səbəblərdən oradan uzaqlaşmışlar. Bundan sonra Qismət yaşadığı evdə heç kimin olmadığını bildirmiş və Elfanı və onu bir qədər dincəlmələri üçün evə dəvət etmişdir. Onlar mənzilə daxil olduqdan sonra bir qədər söhbət etmişlər, səhər saat 07:30 radələrində Qismət evdə uzanıb yatmışdır. O, da Elfanla birlikdə oturub söhbət etmişlər. Anasının mobil telefonu üzərində olduğu üçün telefonu anasına verməyi unutmuşdur. Buna görə də qərara gəlmişdir ki, telefonu gedib anasına çatdırsın. Bu səbəbdən Qismətin avtomobili ilə getməyəi qərara almış, lakin Qismət yatdığı üçün onu oyatmayıb avtomobilinin açarını götürüb evdən çıxmışdır. Həmin vaxtı Elfan da onun arxasınca evdən çıxıb, vacib işi olduğu üçün getmək istədiyini bildirmişdir. Belə olduqda evin qapısının açıq qalmaması üçün evdən açarı götürüb qapını bağlamış və Qismətin avtomobilinə minmiş, həmçinin Elfanın da telefonla danışa-danışa çıxıb getdiyini gördüyü üçün ona əhəmiyyət verməyib anasının telefonunu özünə qaytarmaq üçün avtomobili sürüb getmiş və evin açarını da özü ilə götürmüşdür. Yolda gələrkən tanışı Orxan ona zəng vurmuş, ona maşınını saxladığı avtomobil təmiri sexinə getdiyini bildirmişdir. Bundan sonra Qismətin avtomobili ilə gedib evdə anasının mobil telefonu özünə qaytarmışdır. Anası Orxanın onu gəlib evdən soruşduğunu demiş, oradan Nəsimi rayonuna, avtomobil ustasının yanına getmiş və onun ustanın yanında təmirə saxladığı avtomobilinin təmiri ilə maraqlanmışdır. Bundan sonra o, dostu Orxan ilə Zəngəzur restoranının yanında görüşmüş və onunla birlikdə bir nəfər tanışı ilə görüşmək üçün Əhmədli qəsəbəsinə getmişlər. Geri qayıdan zaman isə o, Orxana bildirmişdir ki, «gedək Xırdalan şəhərinə, mən idarə etdiyim həmin avtomobili və mənzilinin açarını sahibinə qaytarım». Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində hərəkətdə olduqları zaman yol partul xidmətinin əməkdaşları onlara saxla işarəsi vermiş və o, avtomobili saxlamış, həmin vaxt polis əməkdaşları hər ikisini avtomobildən yerə düşürərək Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PBnə aparmışlar. Bir daha bildirir ki, anasının mobil telefonunu qaytarmaq lazım olduğu üçün və Bakı şəhərində 1-2 yerdə işi olduğu üçün Qismətin avtomobili ilə gedib işlərini qaydasına qoyduqdan sonra geri qayıtmağı və avtomobili təhvil verməyi düşünürdü. Həmçinin Qismətin yatmasını görüb onu oyatmamaq üçün onun avtomobilinin açarını götürüb ondan icazəsiz getmişdir. Həmin vaxtı Elfan onun idarə etdiyi avtomobilə minməmiş və onunla getməmiş, Elfanın evdən çıxaraq haraya getməsini o, bilməmişdir. O, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxlə barışıq əldə etməsini, ona qarşı zərərçəkmiş şəxsin şikayətinin olmadığını bildirərək barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3-də qardaşı və onun ailəsi ilə birlikdə kirayədə yaşayır. Halhazırda özünə məxsus “Chevrolet Cruze” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Mahiyyəti üzrə bildirir ki, barəsində şikayət etdiyi şəxslər “Atabəy” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs və Şahid1dur. O, həmin şəxsləri təxminən 3-4 ay olar ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs də özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və Elfan da onun tanışıdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, Sudeflə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüş və onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən kafelərdən birinə getmişlər. Onlar həmin kafedə yeyib-içdikdən sonra bir qədər şəhərdə gəzmişlər. Sonra isə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında olan kafelərdən birinə gedərək orada da çay içmişlər. Həmin vaxt Sudefin tanışı Elfan adlı şəxs də həmin kafeyə gəlmişdir. Daha sonra onlar həmin kafenin yaxınlığında olan 3 nəfər qız ilə tanış olmuşlar və nəzərlərində tutmuşlar ki, həmin qızlarla birlikdə Novxanı qəsəbəsinə, dəniz kənarında yerləşən restoranlardan birinə getsinlər. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə səhərə yaxın onlar hamısı birlikdə Xırdalan şəhərinə, yaşadığı binanın qarşısına gəlmişlər ki, o, evdən pul götürsün və sonra da Novxanı qəsəbəsinə getsinlər. Lakin yaşadığı binanın qarşısında həmin 3 nəfər qız avtomobildən düşüb onlara məlum olmayan səbəbdən qaçıb getmişlər. Bundan sonra o, vəziyyətin bu cür olduğunu görüb saat 07 radələrində onunla birlikdə yaşayan qardaşı və onun ailəsinin həmin gün evdə olmadığlarına görə bir qədər dincəlməkləri üçün Sudefi və Elfanı yaşadığı evə dəvət etmişdir. Sudef, Elfan və o, yaşadığı evdə bir qədər söhbət etdikdən sonra saat 07:30 radələrində o, yatmışdır. Həmin gün saat 13 radələrində o, yuxudan oyandıqda Sudefin və Elfanın evdə olmadıqlarını, yataq otağımda çarpayısının üstündən bir ədəd 400 manat dəyərində olan və üzərində 10 manat dəyərində mobil nömrə olan “Redmi 13 C” markalı mobil telefonunun oğurlandığını bilmişdir. Həmçinin çarpayısının yanına qoyduğu içərisində 1080 manat pulu olan bir ədəd 5 manat dəyərindəki qara rəngli dəri materialdan olan pul kisəsini də tapa bilməmişdir. Bundan sonra özünə məxsus “Chevrolet Cruze” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarının da yerində olmadığını, həmçinin yaşadığı evin qapısının kilidini bağlayıb açarını özləri ilə apardıqlarını görmüşdür. Həmin vaxt onun başqa mobil telefonu olmadığına görə və evin qapısı da kilidlə bağlı olduğuna görə təxminən 5-6 saat bu barədə heç bir yerə məlumat verə bilməmişdir. Həmin gün saat təxminən saat 18 radələrində bəzi vaxtlarda onlarla birgə qalan qohumu Niyaməddin yaşadığı evə gəlmiş və onda açar olduğuna görə evin qapısını açmışdır. Bundan sonra da o, evdən həyətə çıxıb baxdıqda yuxarıda qeyd etdiyi avtomobilinin də həyətdə saxladığı yerdə olmadığını gördüyü üçün həmin gün Abşeron RPl-nə yaxınlaşaraq baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Bildirir ki, o, Sudefin və Elfanın qapını üstünə bağlayıb getməklərinə və avtomobilini ondan icazəsiz sürüb getdiklərinə, eləcə də yaşadığı evdən “Redmi 13 C” markalı mobil telefonunu oğurlayıb getməklərinə bərk əsəbləşmiş, həmçinin içərisində 1080 manat pulu olan bir ədəd 5 manat dəyərindəki qara rəngli dəri materialdan olan pul kisəsini də qoyduğu yerdə tapa bilməmişdir. Ona görə də Abşeron RPİ-yə yazdığı ərizə və ilkin izahatında yuxarıda qeyd olunan xüsusatları qeyd edib ona qarşı edilmiş haqsız hərəkətlərinə görə qərəzli izahat vermişdir. Lakin bildirir ki, əsl həqiqətdə həmin şəxslər onu bıçaqla hədələməmişlər və onlar gedərkən o, yatmış vəziyyətdə olmuşdur, eləcə də onun evindən qızıl-zinət əşyaları oğurlanmamışdır. Lakin qeyd edir ki, evində yataq otağında çarpayısının üstündən bir ədəd 400 manat dəyərində olan və üzərində 10 manat dəyərində mobil nömrə olan “Redmi 13 C” markalı mobil telefonu oğurlanmışdır. Həmçinin həmin şəxslər gedərkən “Chevrolet Cruze” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırmışlar. Bundan başqa bildirir ki, içərisində pulu olan pul kisəsinin oğurlandığını göstərsə də, hadisədən sonra pul kisəsinin çarpayısının yan hissəsinə onun görə bilmədiyi yerə düşdüyü üçün sonradan oradan aşkar edib götürmüş və pul kisəsini aşkar etdikdə də pulunun içərisində olduğunu görmüşdür. Odur ki, hazırda pul kisəsinin və içərisindəki pulunun oğurlanmadığına tam əmin olmuşdur. Həmin avtomobilini o, həmin şəxslərə heç vaxt idarə etmək üçün verməmişdir. Sadəcə olaraq 28 və 29 aprel tarixlərdə o, içkili olduğuna görə avtomobilini idarə etmək üçün Sudefə vermişdir və özü də yanında oturmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmasını,ziyanlığın təqsirləndirilən şəxs tərəfindən ona ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 şahid qismində verdiyi ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 7-ci km, Bakı-Sumqayıt şossesi, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, ev 3, mənzil 70-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi, ev 11, mənzil 28-də anası ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, təxminən 3-4 ay olar ki, Zərərçəkmiş şəxs tanıyır və aralarında dostluq münasibəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Qəbələ” adlı kafeyə gedərək orada Qismət və tanışı Sudeflə görüşmüşdür. Onlar orada bir qədər oturduqdan sonra yaxınlıqda olan “Çinar” adlı kafeyə getmişlər və həmin vaxt “Çinar” adlı kafedə yan masada əyləşən 3 nəfər qız ilə tanış olmuşlar. xx.xx.2024-cü il tarixdə səhərə yaxın onlar həmin qızlarla birlikdə Novxanı qəsəbəsində, dəniz kənarında yerləşən restoranlardan birinə getmək qərarına gəlmişlər. Həmin vaxt Qismət bildirmişdir ki, əvvəlcə Xırdalan şəhərinə yaşadığı binanın qarşısına getsinlər və o, evdən pul götürdükdən sonra dəniz kənarına restorana getsinlər. Ona görə də Qismət, Sudef, o və həmin 3 nəfər qız Qismətin idarə etdiyi “Chevrolet Cruze” markalı, **-OD-*** dövlət qeydiyat nişanlı avtomobilinə əyləşib Qismətin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə, 10-cu binanın qarşısına gəlmişlər. Bu zaman həmin 3 nəfər qızlar avtomobildən enib onlara məlum olmayan səbəblərdən oradan uzaqlaşmışlar. Bundan sonra Qismət yaşadığı evdə heç kimin olmadığını bildirərək Sudefi və onu bir qədər dincəlməkləri üçün evə dəvət etmişdir. Onlar mənzilə daxil olduqdan sonra bir qədər söhbət etmişlər və artıq səhər yaxın olduğu üçün Qismət evdə uzanıb yatmışdır. Qismət evdə yatmazdan əvvəl mobil telefonunu ona vermişdir ki, tanış olduqları qızlarla əlaqə yaradıb danışsın. Qeyd edir ki, Sudefin anasının mobil telefonu sonuncunun üzərində qaldığı üçün telefonu anasına qaytarmaq istəmiş və o, qızlarla əlaqə saxlayıb onlarla danışmağa başlamışdır. Həmin vaxtı Sudefin evdən çıxdığını görüb evdə tək qalmamaq üçün onun arxasınca o da telefonla danışa-danışa evdən çıxmışdır. Həmin vaxtı Sudefin evin qapısını açarla bağladığını görüb həyətə düşmüşdür. Onun telefonda qızlarla danışığı bir qədər müddət çəkdiyi üçün həyətin bir kənarına çəkilib söhbət etmiş və telefonda danışığı qurtardıqda Sudefin çıxıb getdiyini görmüşdür. Belə ki, Sudef Qismətin maşınını sürüb getmişdir. Qismət evdə yatdığından və evin qapısı bağlı olduğundan telefonu sonuncunun özünə qaytara bilməmiş və mobil telefon özündə qalmışdır. Lakin mobil telefonu şalvarının arxa cibində saxladığı üçün təsadüf nəticəsində itirmiş və buna görə də Qismətin telefonunu onun özünə qaytara bilməmiş, bu səbəbdən də Qismətlə görüşdən yayınmışdır. Sonradan isə Sudefin polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almışdır. Bir daha bildirir ki, Sudefin anasının mobil telefonu onun üstündə qaldığı üçün qaytarmaq istəmişdir və buna görə də Sudef evdən Qismətin avtomobilinin açarını götürüb getmişdir. Sudef avtomobili sürüb gedərkən o, həyətdə Qismətin telefonu ilə danışırdı və Sudef gedərkən onu özü ilə aparmamışdır və özü tək çıxıb getmişdir. Onun bu barədə Sudef çıxıb getdikdən sonra məlumatı olmuşdur. Zərərçəkmiş şəxs “Redmi 13 C” markalı mobil telefonunu da təsadüf nəticəsində itirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs tanımır və Təqsirləndirilən şəxs isə təxminən 3 il olar ki, tanıyır. Həmçinin Sudef onun həmyerlisi olduğuna görə bir-birləri ilə bəzi vaxtlarda görüşürlər. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində o, Sudeflə görüşmək üçün yaşadığı evə gedib qapılarını döymüşdür. Həmin vaxt Sudefin anası qapını açaraq bildirmişdir ki, Sudef evdə yoxdur və mobil telefonunun hazırda Sudefdə olduğunu demişdir. Bundan sonra o, həmin mobil telefona zəng etmiş və Sudef hazırda yaşadıqları evin yaxınlığında yerləşən avtomobil təmiri sexinə tərəf gəldiyini demişdir. Bundan sonra o, həmin sexə gedib Sudeflə görüşmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra Sudef Xırdalan şəhərində yaşayan bir dostunun avtomobilinin onda olduğunu və həmin avtomobillə Əhmədli qəsəbəsində yaşayan başqa bir tanışı ilə görüşmək üçün getməklərini bildirmişdir. O, həmin vaxt Sudefə etiraz etməmiş və sonra Sudefin idarə etdiyi ağ rəngli “Chevrolet Cruze” markalı avtomobilə əyləşərək Əhmədli qəsəbəsi istiqamətində getmişlər. Hansısa səbəbdən Sudef orada dediyi tanışı ilə görüşə bilməmişdir. Bundan sonra Sudef ona bildirmişdir ki, idarə etdiyi həmin “Chevrolet Cruze” markalı avtomobili sahibinə qaytarmaq üçün Xırdalan şəhərinə getmək lazımdır, sonra isə, Bakı şəhərinə qayıtmağı bildirmişdir. Onlar həmin avtomobillə Bakı şəhərində Babək prosopekti ilə geri qayıdan zaman yol partul xidmətinin əməkdaşları onlara saxla işarəsi vermiş və bu zaman Sudef avtomobili saxlamışdır. Həmin vaxt polis əməkdaşları onu və Sudefi avtomobildən yerə düşürərək Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PB-nə aparmışlar. Orada ona məlum olmuşdur ki, Sudef dostunun avtomobilini icazəsiz qaçırmışdır və sonra onları Abşeron RPİ-yə gətirmişlər. Göstərmişdir ki, onun baş vermiş hadisədən heç bir məlumatı yoxdur. O, yalnız Sudeflə saat təxminən 14 radələrində görüşdükdə sonuncu söhbət əsnasında həmin “Chevrolet Cruze” markalı avtomobili dostunun ona sürmək üçün verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” barədə 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.1 maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edimişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, eyni tarixdə saat 00:40 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 01 may 2024-cü il tarixli şübhəli şəxsin saxlandığı MSY-dən azad edilməsi barədə qərarla Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmişdir. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-376/2024 saylı 01 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətmkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 17 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 24 iyul 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 05 ay 23 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 17 yanvar 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə tövsif edilmişdir. - 18 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmasını, dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmişin ona qarşı şikayətinin olmadığını bildirmişdir. Barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 72-73-2 və 74-1-ci maddəsində nəzərdə tutulmuş maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəsini, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair yazılı razılığını, həmçinin iş üzrə təqsiləndirilən şəxsin əvvəllər CM-in 72-73-2 və 74-1-ci maddəsində nəzərdə tutulmuş maddələrlə cinayət məsuliyyətinə cəlb edilərək cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə zalından dərhal azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus Chevrolet Cruze” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs CM-in 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd oğluna 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-951/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-951/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver