Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-952/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Laçın rayonu, Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatda olmaqla faktiki olaraq Ağdaş rayonu, Pirəyir kəndində yaşayan və barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1985-ci il tarixdə Laçın rayonu, Qılışlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Laçın rayonu, Qarıqışlaq Ə/D Qılınclı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Şəfəq qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, qayını Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 11 radələrində «st.Sumqayıt» adlanan yerin Abşeron rayonu, Şəfəq qəsəbəsinə düşən ərazisində açıq sahədə otlayan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 2000 (iki min) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat dəyərində dörd baş «Holland» cinsli iribuynuzlu heyvanlarını birlikdə gizli olaraq talayıb 4500 (dörd min beş yüz) manata sataraq əldə olunmuş pulu Təqsirləndirilən şəxs1la aralarında bölməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, yeznəsi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 11 radələrində «st.Sumqayıt» adlanan yerin Abşeron rayonu, Şəfəq qəsəbəsinə düşən ərazisində açıq sahədə otlayan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 2000 (iki min) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat dəyərində dörd baş «Holland» cinsli iribuynuzlu heyvanları birlikdə gizli olaraq talayıb 4500 (dörd min beş yüz) manata sataraq əldə olunmuş pulu Təqsirləndirilən şəxs2lə aralarında bölməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, qeyd olunan fermada müvəqqəti həm yaşayır, həm də heyvanlara baxırdı. 24.04 2024-cü il tarixdə saat 10 radələrində «st.Sumqayıt» adlanan yerin Abşeron rayonu, Şəfəq qəsəbəsinə düşən ərazisində 04 baş «holland» cinsli heyvanların obadıqlarını görüb onları oğurlamaq qərarına gəlmişdir. Lakin, bu oğurluğu tək edə bilməyəcəyini düşünüb qonşu fermada işləyən qayını Təqsirləndirilən şəxs1 zəng edərək onunla vacib söhbətinin olduğunu bildirib, sonuncunu işlədiyi fermaya dəvət etmişdir. Azər onun işlədiyi yerə gəldikdə, ona yaxınlıqda otlayan 04 baş «holland» cinsli heyvanları göstərib, həmin heyvanları oğurlayıb, sataraq pul əldə etməyi təklif etmişdir. Azər onunla razılaşmış və onlar birlikdə həmin gün təxminən saat 11 radələrində «st.Sumqayıt» adlanan yerin Abşeron rayonu Şəfəq qəsəbəsinə düşən ərazisində otlayan 04 baş «holland» cinsli heyvanları oradan sürüb işlədiyi fermanın içərisinə salmışdır. Bundan sonra Azər tanışı Cəllad adlı şəxsə zəng edərək, fermada 04 baş iribuynuzlu heyvanların satışda olduğunu bildirmişdir. Təxminən bir neçə saatdan sonra Cəllad adlı şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı avtomobillə onların yanına gələrək, həmin 04 baş «holland» cinsli heyvanlara baxdıqdan sonra, onlara ümumilikdə 4500 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Həmçinin Cəllad həmin pulun 2500 manatını həmin gün, qalan 2000 manat məbləğində pulu isə 4-5 gün müddətinə verəcəyini bildirmişdir. Onlar Cəlladla razılaşmış və sonuncu 2500 manat məbləğində pulu ona verib, heyvanları «Qazel» markalı avtomobilə yükləyib oradan çıxıb getmişdir. Həmin puldan o, Azərə 1000 manat, özünə isə 1500 manat məbləğində pul götürmüşdür. xx.xx.2024-cü il tarixdə onu və Azəri Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmiş və bölmədə onlar törətdikləri cinayət əməlini səmimi olaraq etiraf etmişdirlər. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini pula ehtiyacı olduğu üçün öz istəyi ilə etməsini, heç kəsin onu məcbur etmədiyini, hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərəri tam ödəməsini və himayəsində azyaşlı uşaqları olmasını, ailəyə yeganə gəlir gətirən şəxsin o, olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, qeyd etdiyi fermada müvəqqəti həm yaşayır, həm də heyvanlara baxırdı. xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində yeznəsi (bacısının həyat yoldaşı) Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edərək, onunla vacib söhbətinin olduğunu bildirib, onu işlədiyi fermaya dəvət etmişdir. Bundan sonra o, Xanoğlənın işlədiyi yerə getmiş və orada sonuncu ona yaxınlıqda otlayan 04 baş «holland» cinsli heyvanları göstərib, həmin heyvanları oğurlayıb sataraq pul əldə etməyi təklif etmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığına görə Xanoğlanla razılaşmış və sonuncu ilə birlikdə həmin gün təxminən saat 11 radələrində «st.Sumqayıt» adlanan yerin Abşeron rayonu Şəfəq qəsəbəsinə düşən ərazisində otlayan 04 baş «holland» cinsli heyvanları oradan sürüb Xanoğlanın işlədiyi fermanın içərisinə salmışdır. Bundan sonra o tanışı Cəllad adlı şəxsə zəng edərək fermada 04 baş iribuynuzlu heyvanların satışda olduğunu bildirmişdir. Təxminən bir neçə saatdan sonra Cəllad adlı şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı avtomobillə onların yanına gələrək həmin 04 baş «holland» cinsli heyvanlara baxdıqdan sonra, onlara ümumilikdə 4500 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Həmçinin, Cəllad həmin pulun 2500 manatını həmin gün, qalan 2000 manat məbləğində pulu isə 4-5 gün müddətinə verəcəyini bildirmişdir. Onlar Cəlladla razılaşmış və sonuncu 2500 manat məbləğində pulu Xanoğlana verib, heyvanları «Qazel» markalı avtomobilə yükləyib oradan çıxıb getmişdir. Həmin puldan Xanoğlan ona 1000 manat, özünə isə 1500 manat məbləğində pul götürmüşdür. xx.xx.2024-cü il tarixdə onu və Xanoğlanı Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmiş və bölmədə onlar törətdikləri cinayət əməlini səmimi olaraq etiraf etmişdirlər. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını,himayəsində azyaşlı uşaqlarının olmasını,ailəsinə yeganə gəlir gətirən şəxs olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində iribuynuzlu heyvan saxlaması üçun nəzərdə tutulmuş tövləsi vardır, həmin tövlədə dörd baş iribuynuzlu heyvan saxlayır. Həmin heyvanları hər gün aparıb «st.Sumqayıt» adlanan yerin Abşeron rayonu Şəfəq qəsəbəsinə düşən ərazidə olan otlaqda otarır. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində həmin özünə məxsus 04 baş iribuynuzlu heyvanları həmişə apardığı yerə aparmış, heyvanlar orada qalıb otlamağa başlamış, özü isə evə qayıtmışdır. Həmin gün təxminən saat 12 radələrində nəzarət etmək üçün heyvanların otladıqları yerə qayıtmış lakin heyvanların yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, heyvanları axtarmağa başlamış, lakin onları tapa bilməmişdir. Onun heyvanları heç vaxt otladıqları yerdən uzaq məsafəyə getməmiş, bu səbəbdən düşünmüşdür ki, heyvanları kənar şəxs və ya şəxslər tərəfindən oğurlanmışlar. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Oğurlanmış hər baş iribuynuzlu heyvanının dəyəri 2000 manat təşkil edir. Beləliklə, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 8000 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan hadisəni törədən şəxslər müəyyən edilmiş, dəymiş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxslərə qarşı hansı iddia və tələbi, həmçinin şikayəti yoxdur. Odur ki, təqsirləndirilən şəxslər barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid izahatında göstərmişdir ki, heyvandarlıqla məşğul olur. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində tanışı Azər adlı şəxs ona zəng edərək, işlədiyi fermada 04 baş «holland» cinsli heyvanların satışa çaxarıldığnı bildirmişdir. Bundan sonra o, dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı avtomobilin əvvəllər tanımadığı sürücüsü ilə danışıb, təxminən bir neçə saatdan sonra Azərin işlədiyi st.Sumqayıtda yerləşən fermaya getmiş, həmin yerdə əvvəllər tanımadığı Xanoğlan adlı şəxsdə olmuşdur. O, elə başa düşmüşdür ki, sonuncu həmin heyvanların sahibidir. Orada heyvanlara baxdıqdan sonra, onlara ümumilikdə 4500 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Həmçinin, o, Azərə 2500 manatını həmin gün, qalan 2000 manat məbləğində pulu isə 4-5 gün müddətinə verə biləcəyini bildirmişdir. Onlar onunla razılaşmış və o, 2500 manat məbləğində pulu Xanoğlan adlı şəxsə verib, heyvanları «Qazel» markalı avtomobilə yükləyib oradan çıxıb getmişdir. Aldığı heyvanları yaşadığı Abşeron rayonu, Qobustan kəndində boşaltmış və xx.xx.2024-cü il tarixdə Abşeron RPİnın Qobu PB-nin əməkdaşları mobil telefonuna zəng edərək, bölməyə dəvət etmişdirlər. Həmin gün bölməyə gəldikdən sonra ona məlum olmuşdur ki, Azər və Xanoğlan adlı şəxslərdən aldığı 04 baş «holland» cinsli heyvanlar, oğurluq yolu ilə əldə olunmuşdur. Daha sonra könüllü olaraq, aldığı 04 baş «holland» cinsli heyvanları polis əməkdaşlarına təhvil vermişdir. Həmin 04 baş «holland» cinsli heyvanların oğurluq yolu əldə olunmasından onun xəbəri olmamışdır. Belə ki, Azər ona həmin heyvanların ferma sahibinə yəni Xanoğlana məxsus olduğunu bildirmişdir. O, həmçinin ifadəsində Azər adlı şəxslə təxminən 7-8 ay öncə st. Sumqayıtda yerləşən heyvan bazarında tanış olmasını, Azər adlı şəxsin ona həmin heyvanların ferma malları olduğunu və Xanoğlan adlı şəxsə məxsus olmasını, Azər adlı şəxsin ona ilk dəfə həmin heyvanları satmasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 29 aprel 2024-cü il tarixdə, saat 23:25 dəqiqədə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif olunması haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-377/2024 saylı, 01 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbirinin seçilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-458/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. - “Şübhəli şəxsin tutulması haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 29 aprel 2024-cü il tarixdə, saat 23:50 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-378/2024 saylı, 01 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbirinin seçilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-462/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması barədə təqsirləndirilən şəxsin müdafiəçisi X2 vəsatəti təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 4(012)-52/2024 saylı, 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 4(012)- 458/2024 saylı qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. - Məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 iyun 2024-cü il tarixli, 102/1 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs məxsus ümumilikdə 04 baş olmaqla - 01 baş 09 illik, ağ-qara rəngli, «holland» cinsli, diri çəkisi 400 kq olan inəyin satış qiyməti 2000.00 manat, 01 baş 06 illik, ağ-qara rəngli, «holland» cinsli, diri çəkisi 350 kq olan inəyin satış qiyməti 2000,00 manat, 01 baş 04 illik, ağ-qara rəngli, «holland» cinsli, diri çəkisi 350 kq olan inəyin satış qiyməti 2000.00 manat və 01 baş 04 illik, ağ-qara rəngli, «holland» cinsli, diri çəkisi 350 kq olan inəyin satış qiyməti 2000,00 manat olmaqla, həmin inəklərin 2024-cü ilin aprel ayına olan ümumi satış dəyəri 8000,00 (səkkiz min) manat məbləğində müəyyən edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 may 2024-cü il tarixli arayışdan aydın olur ki, Babayev X3 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.Məhkumluğu ödənilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 may 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 04 baş olmaqla – 8000 (səkkiz min) manat dəyərində “holland” cinsli inəklər oğurluq cinayətinin predmenti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadiəsi, digər zərərçəkmiş şəxslər və şahidlərin elan olunmuş ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində dörd nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2a cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, zərərçəkmişin ona qarşı heç bir şikayət, tələbinin olmamasını,himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Ağdaş rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Ağdaş rayonu,Pirəyir kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlamanın müddəti – ümumilikdə 04 ay 14 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 08 ay 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələbinin olmamasını,himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlamanın müddəti – ümumilikdə 04 ay 14 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 08 ay 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 04 baş olmaqla – 8000 (səkkiz min) manat dəyərində “holland” cinsli inəklər oğurluq cinayətinin predmenti olduğundan iş üzrə maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 15 saat üçün nəzərdə tutulan 90 manat və digər Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlamanın müddəti – ümumilikdə 04 ay 14 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 08 ay 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 09 (doqquz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Ağdaş rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Ağdaş rayonu, Pirəyir kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Ağdaş rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlamanın müddəti – ümumilikdə 04 ay 14 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 08 ay 28 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (iki) il 09 (doqquz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus olan, oğurluq cinayətinin predmenti olduğundan iş üzrə maddi sübut kimi tanınmış ümumilikdə 04 baş olmaqla – 8000 (səkkiz min) manat dəyərində “holland” cinsli inəklər sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-952/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-952/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver