Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-954/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan , işləməyən, Daşkəsən rayonu, Daşkəsən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, “Xəzinə” şadlıq sarayının yaxınlığında yerləşən nömrəsiz fərdi yaşayış evi ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il saat 14 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi “Xəzinə” şadlıq sarayının yaxınlığında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs mobil telefonla başqa şəxslərlə danışdığından şübhələndiyi üçüb telefonu alıb baxmaq istədikdə Zərərçəkmiş şəxs buna etiraz edərək telefona verməməsi üstündə ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əli ilə sonuncunun sifətindən zərbə vuraraq, ardınca hər iki əlləri ilə boyun nahiyəsindən tutub sıxmaqla, İzzət İbarhimovaya boyun nahiyəsinin geniş həcmli boyun üzvlərinin əziyi-ödemi, səs tempinin zəifləməsi ilə müşahidə olunan qançırları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuş, onunla 2021 ci il tarixdə ailə həyatı qurmuşdur.Birgə nigahlarından bir övladı var.İzzətin birinci evliliyindən olan 6 yaşlı övladı da onların yanındadır. Əvvəllər münasibətləri normal olsa da, son vaxtar qısqanclıq zəmnində aralarında mübahisələri baş verir.Ona görə də o həmin evdə yaşamır, əsasən iş yerində qalırdı. Lakin tez-tez uşaqlara baş çəkmək üçün İzzətgilin yanına gəlirdi. 06 iyul 2024- cü il tarixdə saat 13 radələrində onların yaşadığı ünvana gəlmiş, həmin vaxt İzzət qapı və pəncərəni bağlayıb onu evə buraxmamışdır. Həmin vaxt 6 yaşlı oğulluğu Əli evə keçərkən o da evə daxil olmaq istəmiş, lakin İzzət və anası İfadə onun qarşısını kəsib öz etirazlarını bildirmişlər. Bu zəmində aralarında mübahisə yaranmış və İzzət ona su verərək bir-birləri ilə söhbət etməyə başlamışlar. Bundan sonra qayınanası İfadə evdən çıxıb işə getmiş və təxminən bir saat keçdikdən sonra, yəni saat 14 radələrində İzzətdən onun telefonuna baxmaq üçün verməyini istəmiş, lakin İzzət telefonu ona vermək istəməmişdir. İzzətin telefonu ona verməməsi onda şübhə yaratmışdır ki, o kiminləsə telefonda danışır. Bu zəmində aralarında mübahisə yaranmış və mübahisə zamanı İzzət onu nalayiq sözlərlə təhqir etdiyindən əsəbiləşərək İzzətin sifət nahiyəsindən bir dəfə sillə ilə zərbə vurmuşdur. Sonra isə onun boğazından əlləri ilə tutub sıxmış və dərhal buraxmışdır. İzzətin halının pisləşdiyini görüb üzünə su vurmuşdur. İzzət ayılanda səsinin batdığını və danışa bilmədiyi üçün anasının telefon zənginə özü cavab vermiş və İzzətin yatdığını bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra qayınanası İfadə evə gəlmiş və nə baş verdiyini soruşduqda İzzət anasına baş verənləri danışmışdır. Buna görə də İfadə telefonla bu barədə DİN-nin “102 qaynar xəttinə” zəng edərək məlumat vermişdir. Baş vermiş mübahisənin Xırdalan şəhərində yaşadığı evdə, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxtı övladlarının qonşu otaqda olduqlarını göstərmişdir. Mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, həmin zaman yanlarında başqa şəxsin olmadığını, mübahisə zamanı arvadı Gülərin onu vurmadığını göstərmişdir.Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 3 il olar ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan bir övladı var. Əvvəllər münasibətləri normal olsa da, son vaxtlar aralarında onun ilk evliliyindən olan 6 yaşlı ovladı Əli ilə yola getmədiyi üçün Samiri anası Şahid ilə birlikdə evdən çıxarmışlar. xx.xx.2024-ü il tarixdə saat 12 radələrində Samir evə gəlmiş və onlardan üzrxahlıq edərək yenidən birlikdə yaşamaq istədiyini deyərək ağlamağa başlamışdır. Samirin halının pis olduğunu görüb ona su vermişdir. Bir qədər söhbətdən sonra anası İfadə işə getmiş, saat 14 radələrində evdə olarkən Samir ondan mobil telefonu alıb baxdıqdan sonra guya ona xəyanət etdiyini deyib şər atmağa başlamışdır. Bu səbəbdən aralarında mübahisə baş vermiş və mübahisə zamanı Samir sillə ilə bir dəfə sifətindən zərbə vurmuşdur. Onun evdən çıxıb getməsini tələb edərkən Samir onu təhqir etmiş, o da Samirə cavab qaytarmışdır. Bundan sonra Samir hər iki əli ilə onun boğazından tutub sıxarkən o huşunu itirib özündən getmişdir.Samir onu hamama aparıb üzünə su vurmuş, həmin vaxt anası İfadə ona zəng etdikdə Samir telefona cavab verib guya onun yatdığı cavabı vermişdir.Daha sonra isə anasının etdiyi zənglərə cavab verilmədiyi üçün anası Samirin onunla münaqişə etməsindən şübhələnib dərhal evə qayıdıb gəlmişdir.Evə gəldikdən sonra onun vəziyyətini görüb nə baş verdiyini soruşmuş, o da anasına olanları, yəni Samirin onu döydüyünü və boğduğunu bildirmişdir. Anası İfadə də bununla bağlı telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Baş vermiş mübahisənin Xırdalan şəhərində yaşadığı evdə, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxtı övladlarının qonşu otaqda olduqlarını göstərmişdir. O, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir,odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 2022-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nigahlarından bir övladı var. Hazırda Samir öz ailəsi ilə birlikdə onların yanında yaşayır. Samir qızı İzzətin ilk evliliyindən olan 6 yaşlı oğlu Əli ilə yola getmədiyindən onu evdən çıxarmış və bir daha onların yanına gəlməməyini xahiş etmişdir. Lakin buna baxmayaraq Samir tez-tez onların yaşadığı ünvana gəlib-gedir. 06 iyul 2024-cü il tarixdə saat 12 radələrində Samir evə gəlmiş və onlardan üzrxahlıq edərək edərək ailəsinin yanına qayıdıb birlikdə yaşamaq istədiyini deyib ağlamağa başlamışdır. İzzət ona su vermiş, Samir və İzzət evdə qalmış, o isə işə getmişdir. Bir saatdan sonra İzzətin telefonuna zəng edib maraqlanarkən telefona Samir cavab vermiş, o, telefonu İzzətə verməyini demişdir. Bundan sonra onların münaqişə etdiklərindən şübhələnib yenidən İzzətə zəng etmiş, Samir ona İzzətin yatdığını söyləmişdir. Həmin vaxt Əlinin qışqırıq səsini eşidib narahat olmuş və dərhal evə gəlmişdir. Evdə İzzətin huşsuz vəziyyətdə yerdə uzandığını görmüş, ondan nə baş verdiyini soruşmuş, İzzət danışa bilmədiyi üçün əli ilə işarə edərək Samirin onu döydüyünü demişdir. İzzətin boğaz nahiyəsində xəsarətlər olduğunu görüb bundan sonra telefonla DİN-nin “102 qaynar xəttinə” zəng edərək məlumat verdiyini bildirmişdir. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1483 saylı rəyinə əsasən 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - boyun nahiyəsinin geniş həcmli boyun üzvlərinin əziyi-ödemi, səs tempinin zəifləməsi ilə müşahidə olunan qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə davadalaş zamanı əllə boyun üzvlərinin sıxılması nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 07 iyul 2024cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur,cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4,39.1.6–39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-954/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-954/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver