Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-955/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, 15 saylı TTYS-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanına alkoqol sərxoşluğu vəziyyətində gəldikdən sonra arvadı Zərərçəkmiş şəxs evdə ayaqqabıların yerinin dağınıq vəziyyətdə olduğunu sözlə irad bildirərkən sonuncu onun iradlarını qəbul etmək istəmədiyi üçün bu səbəbdən ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən ardıcıl zərbələr vurmuş, daha sonra isə evdə istifadə olunan bir ədəd məişət əşyası hesab edilən taxta materialdan olan stulu götürüb həmin stul ilə Zərərçəkmiş şəxs qollarından və bədəninin müxtəlif nahiyələrindən vurmaqla sonuncuya başın alın nahiyəsinin hematoması, sol saidin orta 1/3-nin tış səthinin 1 ədəd, sol bazunun yuxarı 1/3-nin tış səthinin 3 ədəd, sol çiyin qurşağı arxa səthinin 1 ədəd geniş sahəli qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Qızları ailə həyatı quraraq başqa ünvanlarda yaşayır, oğlu isə onlarla birlikdə olur. Onlar Abşeron rayonu, Qobu qəsəbəsi, Z.Bünyadov küçəsində yerləşən evdə yaşayırlar. O, 15 saylı TYYS-də sürücü işləyir. xx.xx.2024-cü il tarixdə işdən yorğun halda çıxıb kafelərin birinə getmiş və kafedə spirtli içki qəbul edib sonra saat 22 radələrində yaşadığı evə gəlmişdir. Evdə ayaqqabı yerinin dağınıq halda görmüş və ayaqqabılarını çıxarıb kənara atmışdır. Həmin vaxt arvadı Gülər onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə vaxtı əsəbiləşərək Gülərin üzərinə gedib əli ilə onun sifət və baş nahiyələrindən vurmuşdur. Lakin Gülər yenə də onun ünvanına nalayiq sözlər işlətməyə davam etmiş və ona sakit olmağını söyləsə də, Gülərin sakitləşmədiyini görüb mətbəxdə olan stulu götürüb həmin stulla Gülərin qollarından qəsdən zərbələr vurmuşdur. Daha sonra kənara çəkilmişdir. Həmin vaxtdan sonra Gülər evdən çıxıb qardaşının yaşadığı ünvana getmişdir. Sonradan bilmişdir ki, arvadı Gülər onun barəsində Qobu polis bölməsinə şikayət etmişdir.Mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, həmin zaman yanlarında başqa şəxsin olmadığını, mübahisə zamanı arvadı Gülərin onu vurmadığını göstərmişdir.Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 1993-cü il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nigahlarından üç övladı var. Qızları ailə həyatı quraraq başqa ünvanlarda yaşayır, oğlu isə onlarla birlikdə olur. Onlar Abşeron rayonu, Qobu qəsəbəsi, Z.Bünyadov küçəsində yerləşən evdə yaşayırlar. Belə ki, əri Təqsirləndirilən şəxs 15 saylı TTYS-da sürücü işləyir. Mütəmadi olaraq işdən sonra spirtli içki qəbul edir. Evdə əsəbiləşib söz-söhbət, mübahisə yaradır. 20 iyun 2024-cü il tarixdə saat 22 radələrində Qobu qəsəbəsində yaşadığı evdə olarkən Mirzəağa sərxoş vəziyyətdə evə gəlmiş və ona evdə ayaqqabılarına yer olmadığını deyib ayaqqabılarını çıxarıb kənara atmışdır. O, da ayaqqabının birini tapsa da, digər tayını tapa bilmədiyi üçün Mirzəağadan ayaqqabının yerini soruşmuşdur. Həmin vaxtı Mirzəağa ayaqqabı ilə bağlı yaranmış vəziyyətə görə əsəbiləşib onun üzərinə gələrək əli ilə sifətindən və baş nahiyəsindən vurmuş, daha sonra isə evdə olan stulu götürüb stulla qol, baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Mirzəağa kənara çəkilərək sakitləşmişdir. O da buna görə sonradan Qobu polis bölməsinə gələrək əri Mirzəağanın barəsində şikayət etmişdir. Baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin zaman yanlarında başqa şəxsin olmadığını, mübahisə zamanı əri Təqsirləndirilən şəxs vurmadığını və ona hər hansı bir xəsarət yetirmədiyini, hadisə zamanı evdə istifadə olunan stulun yararsız hala salınmadığını, bununla bağlı şikayəti olmadığını, kətilin (taburetin) ona məxsus olmasını, yararsız hala düşmədiyini, sınmadığını, yəni ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir O, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir,odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1421 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin hematoması, sol bazunun yuxarı 1/3-nin tış səthinin 3(üç) ədəd, sol çiyin qurşağı arxa səthinin 1(bir) ədəd geniş sahəli qançırları küt əşyanın(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan və zərərçəkənin qeyd etdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı stul zərbələri təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Maddi sübutun tanınması haqqında 23 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd kətil (tabureti) maddi sübut kimi tanınmış və məhkəmənin son baxışına kimi saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Maddi sübut kimi tanınmış bir ədəd kətil (tabureti) Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış bir ədəd kətil (tabureti) Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-955/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-955/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver