Məhkəmə qərarları › İş №1(012)-955/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-955/2025

29.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-955/2025 29.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2025-ci il tarixdən cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli “Kent” markalı siqaret qutusunun içərisində xeyli miqdarda bir ədəd şəffaf rəngli selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı’na (Siyahı İ) daxil olan çəkisi 1,189 qram olan ağ rəngli kristal şəki İli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 50 manat pul müqabilində əldə edib Suraxanı rayonu, Bülbülə qəsəbəsinə daşımaqla üzərində saxlamış, onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 fevral 2025-ci il tarixdə, saat 14:33-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, həmin tarixdə saat 14:33-dan 14:41-ə kimi üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkcəsinin sağ üst cibindən həmin bir ədəd qara rəngli Kent markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf rəngli selofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,189 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 08 maıt 2025-ci il tarixdə, Abşeron rayon, Mehdiabad qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli selofan bükümün içərisində xeyli miqdarda iki ədəd şəffaf rəngli selofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı’na (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 1,039 qram və 0,790 qram olmaqla tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi çəkisi 1,829 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda iki ədəd sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 0,380 qram və 0,846 qram olmaqla tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi çəkisi 1,226 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 135 manat pul müqabilində əldə edib Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşımaqla üzərində saxlamış, onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 mart 2025-ci il tarixdə saat 17:30 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllə yerləşən fərdi evin yaxınlığında saxlanılaraq, həmin tarixdə saat 17:30-dan 17:40-a kimi üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd qara rəngli selofan bükümün içərisində iki ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 1,039 qram və 0,790 qram olmaqla tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi çəkisi 1,829 qram xeyli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd şəffaf rəngli selofan bükümdə ayrıayrılıqda çəkiləri 0,380 qram və 0,846 qram olmaqla tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi çəkisi 1,226 qram xeyli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerlən nömrəsiz fərdi yaşayış evində yaşayır. Təxminən 3 ay olar ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən ayrı-ayrı üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Bildirmişdir ki, 24 fevral 2025-ci il tarixdə saat 11:00 radələrində onun işlətdiyi ***-***-**-** saylı mobil telefonunun “Whatsaap” sosial şəbəkəsinə tanımadığı nömrədən “salam” mesajı gəlmişdir. Həmin nömrənin İran İslam Respublikasına aid olduğunu bilmişdir. O, cavab olaraq həmin nömrəyə “salam” mesajını göndərmiş, daha sonra həmin nömrə ilə yazışma yolu ilə danışmışlar. Bildirmişdir ki, həmin nömrənin sahibi adını ona bildirməmiş, lakin özünü İran İslam Respublikasının vətəndaşı kimi ona təqdim etmişdir. Həmin şəxs psixotrop maddə olan “patı” kimi adlandırdıqları metamfetamin satışı ilə məşğul olduğunu ona bildirmişdir. O, həmin şəxsdən bir qram psixotrop maddə olan metamfetamin istəmişdir. Həmin şəxs ona bir büküm halında və bir qramdan bir qədər artıq olan metamfetamini 50 manata təklif etmiş və bildirmişdir ki 50 manat pulu onun kartına yüklədikdən sonra həmin şəxs psixotrop maddəni qoyduğu yerin konumunu ona göndərəcək və o, gedib həmin yerdən psixotrop maddəni götürəcəkdir. O, həmin şəxslə danışıb razılaşandan sonra o, öz kartının hesab nömrəsini “Whatsaap” vasitəsilə onun nömrəsinə atmışdır. Bundan sonra o, həmin şəxsin kartına 50 manat pul yükləmiş və bu barədə həmin şəxsə mesaj yazıb bildirmişdir. Bundan sonra həmin şəxs psixotrop maddəni qoyduğu yerin konumunu və şəklini onun telefonuna göndərmiş və həmin ünvanın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yol kənarında yerləşən beton plitənin dibi olduğunu orada qara rəngli “Kent” markalı siqaret qutusunun içərisinə bir büküm halında psixotrop maddə olan metamfetamini qoyduğunu ona bildirmişdir. Bundan sonra o, həmin ünvana getmiş və həmin şəxsin ona atdığı konum və şəkil vasitəsilə həmin yeri tapmış, beton plitənin dibində bir ədəd qara rəngdə olan “Kent” markalı siqaret qutusunu tapıb götürmüş və acıb içərisinə baxdıqda orada bir ədə şəffaf rəngdə selofan kəsiyinə bükülmüş büküm olduğunu görmüşdür. Daha sonra o, həmin bükümü acıb arasına baxdıqda orada ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetamin olduğunu bilmişdir. O, həmin bükümü yenidən həmin qara rəngli Kent markalı siqaret qutusunun içərisinə qoymuş və sonra siqaret qutusunu əynində olan qara rəngli gödəkcəsinin sağ döş cibinə qoyub orada saxlamışdır. Bundan sonra o, həmin ünvandan aralanmış və piyada ara kücə ilə yaşayış evlərinin qarşısından keçib gedərkən təxminən saat 14:33 radələrində ona üç nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmişlər və Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O da özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri mobil telefon vasitəsilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə, predmet və ya narkotik maddə olub- olmadığı soruşulmuş, o, həmin vaxtı üzərində psixotrop maddə olan metamfetamin olduğunu onlara bidirmiş və əynində olan qara rəngli gödəkcəsinin sağ döş cibində saxladığı qara rəngli Kent markalı siqaret qutusunu və içərisindəki 01 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin Kent markalı siqaret qutusunu ondan alıb içərisinə baxmışlar və içərisindəki 01 (bir) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü acıb baxdıqdan sonra zərfə qoyub qablaşdırmışlar, zərfin üzərinə hər biri imza etdikdən sonra zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmişdir. Həmin vaxtı üzərinə keçirilən baxış zamanı polis əməkdaşları əynində olan şalvarının sağ yan cibində olan və özünə məxsus olan “Poco” markalı mobil telefonu da götürərək zərfə qoyub qablaşdırmışlar. Daha sonra polis əməkdaşları onun üstünə baxış keçirməyi davam etdirmişlər. Üstünü yoxlamışlar və üstndən başqa hec bir əşya, predmet və ya saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları onun üstünə baxış keçirib qutardıqdan sonra onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Özünü Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatcısı kimi təqdim edən Elvin Nurəliyev onun üzərindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmış psixotrop maddəyə xidməti otaqda onun və polis əməkdaşlarını iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, eləcədə o, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilən baxışın video görüntüləri olan diski kompüterə salıb orada olan görüntülərə baxış keçirmiş və sonra bu barədə protokol tərtib etmişdir. O, və iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatcısı Elvin Nurəliyev üzərində qanunsuz olaraq psixotrop maddəni saxlamaqda və gəzdirilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. X9 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı onun izahatını almışdır. 08 mart 2025-ci il tarixdə saat 13 radələrində Abşeron rayon, Mehdiabad qəsəbəsində olarkən tanımadığı və şəxsiyyəti haqqında məlumatı olmadığı lakin özünü ona İran İslam Respublikasının vətandaşı kimi təqdim edərək adını bilmədiyi şəxsdən 135 manat müqabilində iki ədəd şəffav rəngli selofan bükümdə narkotik vasitə heroin və iki ədəd şəffav rəngli selofan bükümdə psixotrop maddə metamfetamin alıb bir ədəd qara rəngli selofana bükərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. 08 mart 2025-ci il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllə yerləşən fərdi evin yaxınlığında olan zaman üç nəfər şəxsin ona yaxınlaşdıqlarını görüb həmin vaxt üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün sürətlə hərəkət etməyə başlamışdır. Həmin üç nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyəti haqqında maraqlanmışlar və onunla şifahi sorğu-sual etmişlər. Həmin vaxt o, özünü şübhəli apardığından saxlanıldığı yerdə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd qara rəngli selofana bükdüyü iki ədəd şəffav rəngli selofan bükümdə olan nakotik vasitə heroini və iki ədəd şəffav rəngli selofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bir ədəd qara rəngli selofana bükümdəki iki ədəd şəffav rəngli selofan bükümdə olan nakotik vasitə heroini və iki ədəd şəffav rəngli selofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol təıtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 08 mart 2025-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün 135 manata almışdır. Bundan sonra pois əməkaşları onu Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq izahatı alınmışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsi daşıyır. Bildirmişdir ki, 24 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə qorqud qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində üstündə narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. O, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X6 və Suraxanı RPİ-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı X7 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsinə getmişlər. Həmin günü yəni 24 fevral 2025-ci il tarixdə saat 14:33 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində hərəkət edərkən Təqsirləndirilən şəxs kücə ilə piyada getdiyini görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin vaxtı yanında olan polis əməkdaşları X6 və X7 ilə birlikdə özlərini Təqsirləndirilən şəxs təqdim edib Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim edəndən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib ona üstündə narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlara üstündə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkcəsinin sağ döş cibindən “Kent” markalı siqaret qutusunu və həmin qutunun içərisində olan bir ədəd şəffaf rəngli xırda selofan kəsiyinə bükülmüş bükümü cıxardıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm tərəfindən acılıb arasına baxdıqa bükümün arasında ağ rəgli, kristal şəkilli, iysiz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bir ədəd şəffaf rəngli xırda selofan bükümün arasındakı maddə psixotrop maddə olan metamfetamindir. Bundan sonra həmin “Kent” markalı siqaret qutusu və içərisindəki həmin bir ədəd şəffaf rəngli xırda selofan büküm içərisindəki həmin maddə ilə birlikdə zərfə qoyub qablaşdırmış, zərfin üzərinə iştirakçılar tərəfindən imza edilmiş və zərfin üzərini DİN-nin ştamp əksi ilə möhürləmişdir. Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması mobil telefon vasitəsindən istifadə edilməklə video çəkiliş vasitəsilə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd qara rəngli, üzərində açıq şabalıdı rəngdə örtüyü olan “POCO” markalı mobil telefon aşkar edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq həmin mobil telefon tərəfindən zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şəxsi axtarış tamamlandıqdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Suraxanı RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birlikdə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinə getmişdir. Suraxanı rayon polis İdarəsinə gəldikdən sonra şəxsi axtarış və götürmə aparılması barədə idarədə protokolu tərtib etmiş və tərtib etdiyi protokolu Təqsirləndirilən şəxs eləcədə polis əməkdaşlarına X2, X5 oxumuş və protokolun düzgün tərtib edildiyi imzalarla təstiq edilmişdir. Bildirmişdir ki, baxış və götürmə mobil telefon vasitəsilə çəkiliş aparılmaqla keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirilməsi haqqında raportla rəhbərliyə məruzə etmiş, daha sonra Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatcısı polis kapitanı X8 tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş və zərfə qoyub qablaşdırdığı “Kent” markalı siqaret qutusunun içərisindəki bir ədəd şəffaf rəngli selofan bükümünə təhqiqatcı Elvin Nurəliyev tərəfindən onların iştirakı ilə videocəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin büküm acılmış və arasında ağ rəngli, kristal şəkilində, iysiz maddə olduğu müəyyən olunmuşdur. Daha sonra həmin büküm təhqiqatcı tərəfindən zərfə qoyulmuş, qablaşdırılmış, zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması ücün dövlət hesabına vəkil təyin edilmiş, prosesual qaydada sənədləşmə aparılmış və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra bu barədə protokol tərtib olunmuş, protokol onlara və Təqsirləndirilən şəxs oxunmuş, Təqsirləndirilən şəxs də protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu sual zamanı o, təqdim etdiyi bir ədəd şəffaf rəngli selofan bükümdəki kütlənin patı adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 24 fevral 2025-ci il tarixdə sosial şəbəkədə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən lakin adını bilmədiyi şəxsdən 50 manat pulun müqabilində almışdır, 50 manat pulu onun kartına yüklədikdən sonra o, psixotrop maddəni qoyduğu yerin konumunu və şəklini onun telefonuna göndərmiş və bundan sonra o, gedib himin yerdən bir ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş bükümü tapıb götürdüyünü bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid5, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir, polis kapitanı rütbəsi daşıyır. Bildirmişdir ki, 08 mart 2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla bölmə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvləri ondan, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3ov oğlundan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adı qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 08 mart 2025-ci il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərib həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından və zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün ondan sənədlərinin üzərində olmamasının səbəbini soruşduqda həmin şəxs onlara adekvat cavab verərək verdikləri suallara cavab verməkdən yayınmaq istədiyindən həmin şəxsi saxlayaraq ona narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı etiraz etməmişdir. 08 mart 2025-ci il tarixdə saat 17:30-dan saat 17:40-ə kimi vaxt ərzində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni məhəllə ərazisində Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3ov oğlunun iştirakı ilə tərəfindən Təqsirləndirilən şəxs üzəri videoçəkiliş vasitəsi ilə yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli selofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd qara rəngli sollofan bükümün içərisinə baxdıqda həmin bükümün içərisində iki ədəd selofan bükümdə qəhvəyi rəngli toz şəkilli maddənin, iki ədəd selofan bükümdə ağ rəngli kristal şəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd qara rəngli selofan büküm içərisində olan iki ədəd şəffav rəngli selofan bükümdə narkotik vasitə heroin, digər iki ədəd selofan bükümdə psixotrop maddə metamfetamindir. Bildirmişdir ki, “təxminən bir-neçə il olar ki, narkotik vasitə və psixotrop maddə qəbul edir, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 08 mart 2025-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün 135 manata almışdır. Onun narkotik vasitəvə psixotrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli selofan büküm içərisində olan 04 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bununla bağlı tərəfindən protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokolu imzalamışlar. Bundan sonra araşdırmanın aparılmasından ötrü Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsi Mehdiabad polis bölməsinə gətirilərək barəsində toplanmış material aidiyyəti üzrə təhqiqat şöbəsinə verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin sahə polis nəfərləri, polis serjantları Şahid2 və Fərhadov X4 Səbuhi Yusif oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış və icraata qəbul olunmuşdur. -Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 20/46 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №236”dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut; 1) /imza/Şahid3, 2)/imza/ Şahid2, 3) /imza/ Təqsirləndirilən şəxs; qablaşdırdı Mehdiabad PB-nin CAÜ ə/m polis kapitanı /imza/ “Şahid1” əl yazıları olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,380qram, 0,846 qram; ümumi təmiz çəkisi 1,226 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi kompanent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №236”dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut; 1) /imza/Şahid3, 2)/imza/ Şahid2, 3) /imza/ Təqsirləndirilən şəxs; qablaşdırdı Mehdiabad PBnin CAÜ ə/m polis kapitanı /imza/ “Şahid1” əl yazıları olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,039 qram, 0,790 qram, ümumi təmiz çəkisi 1,829 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi kompanent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Metamfetaminin ümumi təmiz çəkisi - 1,226 qram, cəmi tədqiqata sərf edildi – 0,1 qr, qalıq-1,126 qr. Heroinin ümumi təmiz çəkisi-1,829 qram, cəmi tədqiqata sərf edildi-0,1 qr, qalıq-1,729 qr. (Aparılmış tədqiqatın dəyəri-60 manat) -“Qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və saxlandığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. -“Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X11 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq aparılmışdır. -“ Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq, icraata qəbul edilib istintaqı aparılmışdır. -Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X11 xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6/866 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “.. Şübhəli şəxs M.İlkin Malik oğlu (imza) ...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,189 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-1,189 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq - 1,139 qram. (Aparılmış tədqiqatın dəyəri-80 manat). -“Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X11 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1308 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci ildə cəza müddəti başa çatmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. -“Qətimkan tədbirinin seçilməsi nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması iş üzrə nəzərə alınmışdır. -“Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barəsində” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman götürülmüş 1,189 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və ekspertizadan sonra qalan 1,139 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri, Suraxanı rayon Pİ-nin saxlanc anbarına və 1,829 qram narkotik vasitə heroin, 1,226 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və ekspertizadan sonra qalan 1,729 qram narkotik vasitə heroin, 1,126 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilməsinin iş üzrə nəzərə alınması qərara alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci ildə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olmadığından, onun barəsində cinayətlərin məcmusu nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan –xx.xx.2025-ci il tarixdən hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə 140 (80+60) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Bakı şəhəri, Suraxanı rayon Pİ-nin saxlanc anbarında saxlanılan 1,139 qram psixotrop maddə metamfetamin və Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 1,729 qram narkotik vasitə heroin, 1,126 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 352 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 06 (altı) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə 140 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Bakı şəhəri, Suraxanı rayon Pİ-nin saxlanc anbarında saxlanılan 1,139 qram psixotrop maddə metamfetamin və Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 1,729 qram narkotik vasitə heroin, 1,126 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 352 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar