Məhkəmə qərarları › İş №1(012)-956/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-956/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-956/2024 09.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Təkdam kəndində qeydiyyatda olmaqla yaşamış,hal hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, «Ləhic bağları»nda yerləşən evə pilləkən tutucaqları düzəldəcəyi, gətirib quraşdıracağı barədə yalan vəd verib aldadıb, 02 sentyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının yaxınlığında yerləşən sexdə 1500(min beş yüz) manatı ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Abşeron rayonu, Digah qəsəbəsində yerləşən evə 06 ədəd taxta qapı düzəldəcəyi, gətirib quraşdıracağı barədə yalan vəd verib aldadıb, 2022-ci ilin oktyabr ayında Abşeron rayonu, Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının yaxınlığında yerləşən sexdə 850(səkkiz yüz əlli) manatı ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evə 08 ədəd taxta qapı düzəldəcəyi, gətirib quraşdıracağı barədə yalan vəd verib aldadıb, 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 800(səkkiz yüz) manatı, 2022-ci ilin dekabr ayının axırlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində «Milliön» ödəmə terminalı vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına mədaxil edilmiş 100(yüz) və 400(dörd yüz) manatı ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1400(min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib Lənkəran rayonu, Zöblə kəndində yerləşən evinə 05 ədəd qapı düzəldəcəyi barədə yalan vəd verib aldadıb, 14 noyabr 2022-ci il tarixdə saat 12:22-də Abşeron rayonu, Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının yaxınlığında yerləşən sexdə «Birbank» tədbiqi vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına mədaxil edilmiş 500(beş üz) manat, 01 dekabr 2022-ci il tarixdə saat 14:11-də Abşeron rayonu, Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının yaxınlığında yerləşən sexdə «Birbank» tədbiqi vasitəsi ilə 4169-7388- 2838-3038 bank kartına mədaxil edilmiş 100(yüz) manat, 25 dekabr 2022-ci il tarixdə saat 11:21-də Abşeron rayonu, Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının yaxınlığında yerləşən sexdə «Birbank» tədbiqi vasitəsi ilə 4169-7332-1366-9521 bank kartına mədaxil edilmiş 200(iki yüz) manat, 20 yanvar 2023-cü il tarixdə saat 12:58-də Abşeron rayonu, Masazır qəsəbəsində «Birbank» tədbiqi vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına mədaxil edilmiş 500(beş yüz) manatı ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1300(min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə 09 ədəd ev qapı və pilləkən düzəldəcəyi, gətirib quraşdıracağı barədə yalan vəd verib aldadıb, 21 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evdə 500(beş yüz) manatı, 21 yanvar 2023-cü il tarixdə saat 15:35-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Araz» marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına mədaxil edilmiş 1000(min) manatı, 09 fevral 2023-cü il tarixdə saat 13:31-də ünvan 1 ünvanında yerləşən «Araz» marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə 4169-7332-1366- 9521 bank kartına mədaxil edilmiş 100(yüz) manatı, 09 fevral 2023-cü il tarixdə saat 13:36-da ünvan 1 ünvanında yerləşən «Araz» marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə 4169-7332-1366-9521 bank kartına mədaxil edilmiş 400(dörd yüz) manatı, 20 fevral 2023-cü il tarixdə saat 1048-də ünvan 1 ünvanında yerləşən «Araz» marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə 4169-7332-1366-9521 bank kartına mədaxil edilmiş 300(üç yüz) manatı, 28 mart 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının yaxınlığında yerləşən sexdə 80 manatı ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2380(iki min üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib Qusar rayonu, Avaran Qışlaq kəndində yerləşən evinə qapı və pilləkənlər düzəldəcəyi, gətirib quraşdıracağı barədə yalan vəd verib aldadıb, 2022-ci ilin dekabr ayının ortalarında Qusar rayonu, Avaran Qışlaq kəndində yerləşən evdə 1900(min doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 15:14-də ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-də quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına mədaxil edilmiş 900(doqquz yüz) manat, 31 dekabr 2022-ci il tarixdə saat 14:48-də Qusar rayonu, Avaran Qışlaq kəndində «Birbank» tədbiqi vasitəsi ilə 4169-7388-2838- 3038 bank kartına mədaxil edilmiş 100(yüz) manat, 18 fevral 2023-cü il tarixdə saat 11:45də Quba rayonu Atuc kəndində yerləşən «Qübbə market»də quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına mədaxil edilmiş 300 (üç yüz) manat, 15 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində «Brilliant» şadlıq sarayının yaxınlığında yerləşən sexdə 500(beş yüz) manatı ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3700(üç min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən etibarən Abşeron rayonu ərazisində müxtəlif yerlərdə icrarəyə iaşə obyektləri götürüb, mebel sexi kimi işlətmişdir. 2018-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yeni icarəyə iaşə obyekti götürüb işlətməyə başlamışdır. Həmin tarixlərdə ilkin işləri yaxşı getdiyinə görə müəyyən miqdarda pul vəsaiti qazanırmış. İşinin belədə gedəcəyini düşündüyündən qazandığı pul vəsaitindən artıq, şəxsi ehtiyacların və işlərdə yaranmış müxtəlif problemlərə görə artıq pul xərcləməyə başlamış və müştərilərin sifarişlərini tamamlaya bilməmişdir. Beləliklə çox sayda borcu yaranmışdır. Həmin vaxtı pul vəsaitinə ehtiyacı olduğuna görə çox sayda müştəri götürüb, borclarını qaytarmaq qərarına gəlmişdir. Buna görədə taxtadan qapı və pəncərələrin maya dəyərindən ucuz qiymətə düzəldib təhvil verəcəyi barədə sosial şəbəkədə elanlar yerləşdirmişdir. Həmin elanları görən müştərilər hamısı ona müraciət etməyə başlamışlar. 2022-ci ilin sentyabır ayında Zərərçəkmiş şəxs1 özünə məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiç bağlarında yerləşən bağ evi üçün taxtadan piləkan sifariş vermişdir. Turalla onun bağına getmiş orada ölçüləri götürmüş və ona 3000 manat qarşılığında sifariş verdiyi piləkanları ona tam şəkildə təhvil verəcəyinə söz vermişdir. Turaldan işlədiyi sexdə ümumilikdə 1500 manat piləkanın düzəlməsi üçün pul vəsaiti götürmüşdür. Həmin vaxtı borcları olduğuna görə 1500 manat pulu digər borclu olduğu şəxslərə vermiş və Turalın sifarişini gələcəkdə başqa müştərilərdən götürəcəyi pul vəsaiti qarşılığında görəcəyi barədə qərarə gəlmişdir. Lakin borcu çox olduğuna görə Turaldan götürmüş olduğu 1500 manat pul vəsaiti qarşılığında, hər hansı bir iş görməmişdir. Bundan başqa 2022-ci ilin oktyabr ayında işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mebel sexinə müştəri qismində Zərərçəkmiş şəxs2 gəlmişdir. Vüsal özünə məxsus Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi tikili evinə 06 ədəd qapılar sifariş vermişdir. Vüsalın evinə getmiş orada ölçüləri götürmüşdür. Vüsalın sifariş verdiyi qapıların birinin maya dəyəri 600 manat təşkil edirmiş, onun pula ehtiyacı olduğu üçün ona maya dəyərindən ucuz 250 manata düzəldəcəyi barədə razılaşmış və 850 manat pul vəsaiti Vüsaldan götürmüşdür. Bunun qarşılığında Vüsala 03 ədəd sifariş verdiyi kimi qapılar təhvil vermiş, lakin həmin qapıların şüşələri, kantları və quraşdırılması qalmışdır. Qısa müddət ərzində həmin işləridə tamamlayacaq. Bundan başqa 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 ona zəng edərək qapı sifariş vermək istədiyini bildirmişdir. O da onu sexə dəvət etmişdir. Elgün sexə gəldikdən sonra ondan 08 ədəd taxta qapının düzəldilməsi üçün 2660 manat istəmişdir. Bundan sonra Elgün ona Biləcəri qəsəbəsində 800 manat vermiş və 2022-ci ilin dekabr ayında kartına 600 manat köçürmüşdür. Elgündən götürdüyü 1400 manatı digər borclarını ödəmişəm. Elgünün verdiyi pul vəsaiti qarşılığında heç bir iş görməmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mebel sexinə müştəri qismində Zərərçəkmiş şəxs4 gəlmişdir. Pərviz özünə məxsus Lənkəran rayonu, Zöhrə kəndində yerləşən fərdi tikili evinə 05 ədəd qapılar sifariş vermişdir. Pərvizin sifariş verdiyi qapıların birinin maya dəyəri 2000 manat təşkil edirmiş, o pula ehtiyacı olduğu üçün ona maya dəyərindən ucuz 260 manata düzəldəcəyi barədə razılaşmış və 1300 manat pul vəsaiti Pərviz götürmüşdür. Əlavə olaraq bildirmək istəyir ki, Pərviz özüdə sifariş verdiyi qapıların qiymətinin 260 manat olmadığını bilirmiş, lakin o çarəsiz olduğu üçün yalandan ona qapıları hər birini 260 manata düzəldəcəyinə söz vermişdir. Pərvizdən götürdüyü 1300 manatı digər borclarını ödəmişdir. Lakin sonradan Pərvizin pulunun bir qismini qaytarmış və hal hazırda ona 340 manat borcu vardır. Bundan başqa 2022-ci ilin fevral ayında işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mebel sexinə müştəri qismində Zərərçəkmiş şəxs5 gəlmişdir. Anar özünə məxsus Abşeron rayonu, Saray kəndində yerləşən fərdi tikili evinə 09 ədəd qapılar və piləkanlar sifariş vermişdir. Anarın evinə gedərək orada ölçüləri götürmüşdür. Anar sifariş verdiyi qapıların birinin maya dəyəri 450 manat, piləkanin qiyməti 4500 manat təşkil edirmiş. O isə pula ehtiyacı olduğu üçün piləkanı 3000 manata qapılarını birini 270 manata düzəldəcəyi barədə razılaşmış və hissəhissə olmaqla 2380 manat pul vəsaiti Anardan götürmüşdür. Anardan götürdüyü 2380 manatı digər borclarını ödəmişdir. Anarın verdiyi pul vəsaiti qarşılığında heç bir iş görməmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayında işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mebel sexinə müştəri qismində Zərərçəkmiş şəxs6 Mübariz oğlu gəlmişdir. Emin özünə məxsus Qusar rayonu, Avaran Qişlaq kəndində yerləşən fərdi tikili evinə 05 ədəd qapılar və piləkanlar sifariş vermişdir. Eminin evinə gedərək ölçüləri götürmüşdür. Eminin sifariş verdiyi qapıların birinin maya dəyəri 450 manat, piləkanin qiyməti 1000 manat təşkil edirmiş. Emindən 05 ədəd qapılara görə hissə-hissə olmaqla ümumilikdə 3700 manat pul vəsaitini götürmüşdür. Emindən götürdüyü 3700 manatı digər borclarını ödəmişdir. Anarın verdiyi pul vəsaiti qarşılığında heç bir iş görməmişdir.Lakin məhkəmə istintaqı vaxtı zərərçəkmişlərə dəymiş ziyanı ödəmiş, həmçinin onlarla barışmış və dövlət büdcəsinə vurulmuş ziyanın 25%-i miqdarında ödəniş etmişdir. Odur ki, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamağı üçün ev tikdirmişdi. Həmin evə 8 ədəd qapı lazım olduğundan 2022-ci ilin noyabr ayında sosial şəbəkədə Elgün adlı adlı şəxslə əlaqə saxlamış və daha sonra Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən sexə gedərək Elgün adlı şəxslə görüşmüşdür. Elgünə ev üçün 8 ədəd taxta qapı lazım olduğunu bildirmişdir. Elgün hər qapını 325 manat müqabilində düzəldə biləcəyini və ümumilikdə 2660 manat lazım olduğu bildirmişdir. İlkin olaraq 2022-ci ilin noyabr ayında Biləcəri qəsəbəsində Elgünə 800 manat vermişdir. 2022-ci ilin dekabr ayının axırlarında Elgün ona zəng edərək ustalara pul verməli olduğunu bildirmiş və ondan əlavə olaraq pul istəmişdir. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində «Milliön» ödəmə terminalı vasitəsi ilə Elgünün bank kartına 100 manat və bir neçə gündən sonra 500 manat göndərmişdir. Lakin Elgünə ümumilikdə 1400 manat ödəməyinə baxmayaraq vədinə əməl etmiyərək qapıları ona təhvil verməmişdir. Təqsirləndiriən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə Abşeron rayonu, Digah kəndində 3 sot torpaqda ailə üzüvlərilə birlikdə yaşamaq üçün 2 mərtəbəli, 5 otaqdan ibarət fərdi ev tikdirmişdir. Lakin həmin evin tam təmiri yekunlaşmayıb, bu səbəbdən 2021-ci il tarixdə yaşadığı ev üçün 6 ədəd taxta qapı lazım olduğundan sosial şəbəkədə qapı usta axtaran zaman Təqsirləndirilən şəxs ustanın mobil nömrəsini tapmışdır. Elgünlə əlaqə saxlamış və evi üçün 6 ədəd taxta qapı lazım olduğunu bildirmiş və hansı qiymətə hazır olunaçağını soruşmuşdur. Elgün ona ilkin olaraq həmin qapıların hər birin görə 300 manat pul istəmiş, Elgünlə bir qədər danışdıqdan sonra 6 ədəd qapıya görə ümumilikdə 1700 manat pul istəmiş, o da onun təklifi ilə razılaşmışdır. İlkin olaraq beh qismində Abşeron rayonu, Masazır qəsəbəsi, “Briliyant” şadlıq evinin yaxınlığında olan sexdə Elgünə beh qismində 2022-cü ilin oktyabr ayında 850 manat pul vəsaiti vermişdir. Aralarında olan razılaşmaya əsasən yerdə qalan 850 manat pulu isə qapıları quraşdırandan sonra Elgünə ödəyəcəyi barədə qərara gəlmişlər. Elgün pulu ondan götürən zaman 15 gün ərzində qapıları təhvil verəcəyinə söz vermişdir. Lakin Elgün verdiyi vədə əməl etməmiş təxminən 2 ay sonra onun işlədiyi təmir sexinə getmişdir. Həmin vaxtı Elgün müxtəlif bəhanələr irəli sürərək, işinin çox olduğunu ona görədə qapları təhvil verə bilmədiyini bildirmişdir. Elgün həmin vaxtı sexdə olan 03 ədəd qapını göstərib, həmin qapıları onun evi üçün hazırladığını qısa müddət ərzində isə digər 3 qapınıda hazırlayıb təhvil verəcəyini bildirmişdir. Bu səbəbdən 03 ədəd taxta qapını götürüb evinə gətirmişdir. Əlavə olaraq bildirmək istəyir ki, evinə gətirdiyi 03 ədəd qapılar tam hazır deyildi, onların şüşələri taxılmamışdı. Elgün qapıları ona verən zaman həmin qapıları, quraşdırarkən, şüşələrini və digər catışmayan detalarını düzəldəcəyinə söz verdi. Lakin bu gün ki, tarixədək Elgün qapıları ona təhvil verməyib, hər dəfə onun işlədiyi sexə gedən zaman müxtəlif bəhanələr irəli sürərək, qapıları qısa müddət ərzində düzəldib, təhvil verəcəyinə söz verir. Bu səbəbdən məcbur olub onun barəsində şikayət etmişdir. Təqsirləndiriən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində “Ləhic” bağları ərazisində uzaq qohumu X2 məxsus evin tikilməsində ona kömək edir. Evin pilləkəni qurulmuş, lakin tutacaqları qoyulmamışdır. Pilləkənə tutacaq düzəldilməsi üçün usta axtarmış və internet şəbəkəsində, “Tap. Az” saytında Abşeron rayonu, Masazır kəndində, Ə.Vahid küçəsində qapı, pilləkən, tutacaq düzəldilməsi barədə elan olduğunu görmüşlər. Elanda əlaqə saxlamaq üçün telefon nömrəsi yazılmışdır. Həmin telefon nömrəsi ilə danışaraq ölçü götürmək üçün Elgün adlı şəxsi dəvət etmişdir. Elgün 01 sentyabr 2022-ci il tarixdə Əsmər Sultanovanın evinə gəlmiş və ölçü götürmüşdür. Ölçü götürdükdən sonra Elgün material almaq üçün beh istəmişdir. O, həmin vaxt ona beh verməmiş, demiş ki, sexə gəlib materiallara baxdıqdan sonra beh barədə razılaşarlar. Sabahı günü, yəni 02 sentyabr 2022-ci il tarixdə, saat 12-13 radələrində qohumu X5 ilə birlikdə Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən Elgün adlı şəxsin işlədiyi sexə getmişlər və materiallara baxıb sifariş vermişlər. Elə orada Elgünə material almaq üçün öncədən 1500 (min beş yüz) manat pul vermişdir. Həmin pulu verərkən Fuad da yanında idi. Elgün demiş ki, bir həftəyə sifarişi hazırlayıb, yerində quraşdırmağa gələcəkdir. Bir həftə keçdikdən sonra o, Elgünün 051 *** ** ** və qardaşı Elmarın 070 *** ** ** nömrəsinə zəng etmiş, lakin telefonu açan olmamışdır. Dəfələrlə zəng etdiyinə baxmayaraq bir neçə gün telefonu açmamışlar. Bir neçə gündən sonra başqa nömrə ilə zəng etmiş və Elgün telefona cavab vermişdir. Ondan görəcəyi işlə əlaqədar soruşduqda bildirmiş ki, qısa müddətdə həll edəcəkdir. Nəticə olmadığını görüb, bir neçə gündən sonra zəng edib Elgündən pulunu qaytarmasını tələb etmişdir. Elgünlə mübahisə etmiş, Elgün demiş ki, ümumiyyətlə pilləkəni düzəltməyəcək və pulu qaytarmayacaqdır. O şikayət edəcəyini dedikdə, hara istəyirsən get şikayət et, deyə bildirmişdir. Təqsirləndiriən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Zöblə kəndində yerləşən fərdi yaşayış evinə 05 ədəd taxta qapı yığdırmaq üçün “Lalafo.az” saytında mebel ustalarınıln elanlarına baxmışdır. xx.xx.2022-ci il tarixdə həmin saytdakı elanlardan birində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının arxasında taxta sexində istənilən formda qapı yığılması, sifarişi barədə elanı görmüşdür. Elanda olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs kimi özünü tədim edən şəxslə danışmışdır. 14 noyabr 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının yanında Elgünlə görüşmüşdür. Onun sifariş verdiyi qapını düzəltmək üçün Təqsirləndirilən şəxs ondan 1300 (min üç yüz) manat pul istəmişdir. O onunla razılaşmış, həmin gün saat 12:22-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının arxasında taxta sexində telefonunda quraşdırılmış «Birbank» tədbiqi vasitəsi ilə Elgünün öz adına olan 4169-7388-2838-3038 bank kartına 500(beş yüz) manat köçürmüşdür. Elgün ona qısa müddət ərzində qapıları düzəldəcəyinə söz vermişdir. Bundan sonra Elgün ona zəng edib əlavə 100 (yüz) manat pul istəmişdir. 01 dekabr 2022-ci il tarixdə saat 14:11-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının arxasında taxta sexində telefonunda quraşdırılmış «Birbank» tədbiqi vasitəsi ilə Elgünün öz adına olan 4169-7388-2838-3038 bank kartına 100(yüz) manat köçürmüşdür. Bundan sonra Elgün ona zəng edib əlavə 200 (iki yüz) manat pul istəmişdir. 25 dekabr 2022-ci il tarixdə saat 11:21-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının arxasında taxta sexində telefonunda quraşdırılmış «Birbank» tədbiqi vasitəsi ilə Elgünün ona göndərdiyi Elmar Qadiyevin adına olan 4169-7332-1366-9521 bank kartına 200(iki yüz) manat köçürmüşdür. Bundan sonra Elgün ona zəng edib əlavə 500 (beş yüz) manat pul istəmişdir. 20 yanvar 2023-cü il tarixdə Elgünlə Masazır qəsəbəsində görüşmüş və saat 12:58-də telefonunda quraşdırılmış «Birbank» tədbiqi vasitəsi ilə Elgünün öz adına olan 4169-7388-2838-3038 bank kartına 500(beş yüz) manat köçürmüşdür. Lakin sonradan Elgün ona müxtəlif bəhanələr gətirərək qapıları düzəltməkdən boyun qaçırmışdır. Elgünün onu aldatdığını başa düşüb ərizə ilə polisə müraciət etmişdir. Təqsirləndiriən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış eviyə 9 ədəd taxta qapı yığdırmaq üçün “Tap.az” saytında mebel ustalarınıln elanlarına baxmışdır. xx.xx.2023-cü il tarixdə həmin saytdakı elanlardan birində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Brilyant” şadlıq sarayının arxasında taxta sexində istənilən formda qapı və taxta pilləkənlərin yığılması, sifarişi barədə elanı görmüşdür. Elanda olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs kimi özünü tədim edən şəxslə danışmışdır. O da 21 yanvar 2023-cü ıl tarixdə yaşadığı evə gəlib qapı və pilləkən yığdırmaq istədiyi yerlərə baxıb ölçülər götürmüşdür. Onun sifariş verdiyi qapını və pilləkəni düzəltmək üçün Təqsirləndirilən şəxs ondan 5500 (beş min beş yüz) manat pul istəmişdir. Həmçinin, əvvəlcə qapını və sonra isə pilləkəni düzəldəcəyini və evinə gətirib yerində quraşdırcağına söz vermişdir. Bunun üçün də material almaqdan ötrü ilkin olaraq ondan 1500 (min beş yüz) manat məbləğində pul istəmişdir. O da həmin gün Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində ona 500(beş yüz) manat nəğd pul vermişdir. Həmin gün saat 15:35-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Araz marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə onun öz adına olan 4169-7388-2838-3038 bank kartına 1000 (min) manat pul göndərmişdir. Bundan sonra Elgün ona zəng edib əlavə 500 manat pul istəmişdir. O 09 fevral 2023-cü il tarixdə saat 13:31-də ünvan 1 ünvanında yerləşən Araz marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə Elgünün ona göndərdiyi qardaşı Elmarın adına olan 4169-7332-1366- 9521 kart hesabına 100 və eyni ünvanda saat 13:36-da 400 manat pul göndərmişdir. Elgün növbəti həftə ona zəng edib qapı və pilləkənlərin işi qurtarmaq üçün ondan yenə 500 manat pul istəmişdir. 20 fevral 2023-cü il tarixdə saat 10:48-də ünvan 1 ünvanında yerləşən Araz marketdə quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə Elgünün ona göndərdiyi qardaşı Elmarın adına olan 4169-7332-1366-9521 kart hesabına 300 manat pul göndərmişdir. Bundan sonra bır neçə dəfə sexə getdikdə onun heç bir iş görəmədiyini görmüşdür. Həmin zaman Elgünün qardaşı Elmarda orada idi. O onların hər ikisinədə iradını bildirmişdir. Elmar isə ona söz vermiş ki, qardaşı Elgünü işi qurtarıb təhvil verəcəkdir. Sonuncu dəfə o 2023-cü ilin mart ayının ortalarında onların sexində olan zaman Elmar və Elgün qardaşları 28 mart 2023-cü il trarixdə işlərini yekunlaşdıracaqlarını bildirmişlər və elə orada da Elgün ondan evində olan seyf qapının kənarlarına üzlük çəkmək üçün 80 manat pul almışdır. Bildirir ki, Elgün ondan ümumilikdə 2380 (iki min üç yüz səksən) manat pul alsa da ona vəd etdikləri heç bir işi görməmişdir. O da həmin səbəbdən xx.xx.2023-cü il tarixdə Elgün və Elmardan Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanlandığı teleqramadan görünür ki, istintaqa verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkədə qapı və pilləkən ustası axtardıqda Elgünün nömrəsin tapmışdır. Həmin şəxslə əlaqə saxlayıb onun işlədiyi Abşeron rayon Masazır qəsəbəsində yerləşən sexinə getmişdir. Orada Elgün və qardaşı Elmar ilə tanış olmuşdur. Onlarla söhbət etdikdən sonra həmin Elgün və Elmar qardaşlarını Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən evinə dəvət etmişdir. 2022-ci ilin dekabr ayının ortalarında Elgün adını bilmədiyi sürücü onun evinə gələrək ölçü işləri apardıqdan sonra ona Elgün 4000 manata qapı və pilləkəni düzəldəcəyini vəd vermişdir. Həmin tarixdə o, yaşadığı evdə 1900 manat pul vermişdir. Bundan sonra çıxıb getmişlər. Bir neçə gündən sonra Elgün onunla əlaqə saxlayaraq 900 manat istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:14-də ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-də quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə onun öz adına olan 4169- 7388-2838-3038 bank kartına 900 (doqquz yüz) manat pul göndərmişdir. 31 dekabr 2022ci il tarixdə Elgün onunla əlaqə saxlayaraq əlavə olaraq 100 manat istəmişdir. Həmin günü Qusar rayonu, Avaran Qışlaq kəndində saat 14:48-də telefonunda quraşdırılmış «Birbank» tədbiqi vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına 100 (yüz) manat pul göndərmişdir. Bundan sonra 18 fevral 2023-cü il tarixdə Quba rayonu Atuc kəndində yerləşən «Qübbə market»də quraşdırılmış «Emanat» ödəmə terminalı vasitəsi ilə 4169-7388-2838-3038 bank kartına 300 (üç yüz) manat pul göndərmişdir. Sonuncu dəfə 15 aprel 2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən sexdə Elgünə 500 manat nağd pul vermişdir. İşin uzandığını görüb ilkin olaraq Elgünə, daha sonra isə Elmara zəng edərək iradlarını bildirmişdir. Lakin Elgün və Elmar qardaşları ona müxtəlif bəhanlər gətirərək işi görməkdən boyun qaçırmışlar. Bu səbəbdən o onların onu aldatdığını başa düşüb xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanlandığı ərizədən görünür ki, istintaqa verdiyi ifadəsini təsdiq edir.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilən Şahid Əlifağa oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ildə qardaşı Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Brilyant» şadlıq sarayının arxasında taxta sexini icarəyə götürmüşdür. O da onun yanında taxta ustası kimi işləyirdi. Həmin sexdə taxta qapı və pəncərələrin, həmçinin taxta pilləkənlərin istehsalı və bərpası ilə məşqul olurmuşlar. Müştəriləri sexə cəlb etmək üçün qardaşı Elgün «Tap.az» saytında elan yerləşdirmişdir. Onlar bir sexdə işləsələrdə hərəsi öz müştəriləriləinə xidmət göstərirmişlər. İş çox olanda isə bir biriləirinə köməklik edirmişlər. Lakin bir sexdə işləsələrdə bir birilərin işlərinə qatışmırmışlar. 2021-ci ilin avqust ayında Elgün ona demiş ki, Təhminə adlı qadından sifariş götürüb və gedib onun evində ölçmə işləri aparılmalıdır. O da onunla razılaşmışdır. Bundan sonra birlikdə Təhminin Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evinə getmişlər. Orada o, Elgünlə birlikdə qapıları ölçmüşlər. Sonra Elgün ilə Təhminə razılaşdılar ki, Təhminə hər qapıya 275 manat ödəyəcəkdir. X6 dəqiq xatırlamadığı məbləqdə beh almışdır. Oradanda sexə qayıtmışlar. Bir neçə gündən sonra Elgün özü Təhminənin qapılarını düzəltməyə başlamışdır. Sonradan ona məlum olmuş ki, Elgün Təhminənin sifarişini yekunlaşdırıb, qapıları Şüvələn qəsəbəsinə aparmış, lakin Təhminə qapının rənginin onun xoşuna gəlmədiyini bildirməklə qapıları təhvil almamışdır. Bundan sonra nə baş verdiyindən onun xəbəri olmamışdır. O, Təhminədən pul almamış və Elgündə Təhminədən aldığı puldan ona verməmişdir. Elgün vəd verdiyi qapıları düzəltmiş, lakin Təhminə rənginə görə qapıları qəbul etməmişdir. 2022-ci ilin dekabr ayında sexdə oldğu zaman sexə adını sonradan bildiyi Zərərçəkmiş şəxs6 yaxınlaşmışdır. Həmin zaman Elgündə sexdə idi. Söhbətlərindən başa düşmüş ki, Emin Elgünün telefon nömrəsini elandan götürmüş və onunla əlaqə saxlayıb sexə gəlmişdir. Emin Qusar rayonu Avaran Qışlaq kəndində olan evinə taxta qapı və pilləkən quraşdırmaq istədiyini bildirmişdir. Onlarda onun sifarişini icra edə biləcəklərini bildirmişlər. Emin onun da telefon nömrəsini götürüb onları Qusar rayonuna dəvət etmişdir. Bir neçə gündən sonra Elgün ona onunla birlikdə Qusar rayonuna getməyi təklif etmiş, lakin o, işi çox olduğundan Qusar rayonuna getməkdən imtina etmiş və Eminin sifarişini özünün icra etməsini bildirmişdir. Bundan sonra Elgün özü Qusar rayonuna getmişdir. Öz sifarişləri çox olduğundan Elgündən Eminin sifarişi ilə maraqlanmamışdır. 2023-cü ilin may ayında Emin ona zəng edərək Egünün işi uzatdığını, sifarişi yerinə yetirmədiyini bildirmişdir. O, isə ona bu işlə əlaqəsi olmadığını Elgünlə danışmağını bildirmişdir. Lakin Emin onlardan şikayət edəcəyini bildirmişdir. O, isə bu işlə əlaqəsi olmadığını, kimə istəyirsə şikayət etməsini bildirmişdir. Bir müddətdən sonra o, xəbər tutmuş ki, Emin onlardan polisə şikayət edibdir. O, Zərərçəkmiş şəxs6 sifariş qəbul etməmiş, onunla danışıqlar aparmamış, ona heç bir vəd verməmiş, ondan pul almamış, Elgünlə arasında olan razılaşmadan xəbərim olmamışdır, Elgündə Anardan aldığı puldan ona heç bir məbləqdə pul verməmişdir. 2023-cü ilin fevral ayında sexdə oldğu zaman sexə adını sonradan bildiyi Zərərçəkmiş şəxs5 yaxınlaşmışdır. Anar Elgünə yaxınlaşaraq onunla mübahisə edərək ya işini görməsini, ya da pullarını qayatarmasını tələb etmişdir. O, bunu görüb onlara yaxınlaşmışdır. O, Anara Elgünün qardaşı olduğunu bildirmiş və nə baş verdiyini soruşmuşdur. Anar ona Elgünə qapı və pilləkənlər sifariş verdiyini və bu günə kimi Elgünün işləri yekunlaşmadığını bildirmişdir. O, Anara narahat olmamasını, Elgünün işi qısa müddətdə yekunlaşdıracağını, özünündə ona kömək edəcəyini bildirmişdir. Onun bu sözlərindən sonra Anar sakitləşmiş və işi hər ikisindən təhvil alacağını bildirmişdir. Bundan sonra Anar çıxıb getmişdir. O, Elgündən «bu nə məsələdir» soruşunda, Elgün ona bildirmiş ki, Anardan qapı və pilləkənlər düzəltməsi üçün sifariş götürüb pullarını almış, lakin pulları borclarına xərclədiyindən sifarişi yekunlaşdıra bilməmişdir. O, ona iradını bildirmiş və işi təcili yekunlaşdırmasını xahiş etmişdir. 2023-cü ilin mart ayında Anar yenədə sexə gəlmiş və yenə də Elgünlə mübahisə etməyə başlamışdır. Elgündə bir neçə günə sifarişi təhvil verəcəyini bildirmişdir. O da Elgünü müdafiə edərək Anara bir neçə günə Elgünün işləri qurtaracağını bildirmişdir. Anar gedəndən sonra o, Elgünə yenə də iradını bildirmişdir. Elgün isə pulları qurtardığından sifarişi yekunlaşdıra bilmədiyini bildirmişdir. Bir müddətdən sonra o, xəbər tutmuş ki, Anar onlardan polisə şikayət edibdir. O, Zərərçəkmiş şəxs5 sifariş qəbul etməmiş, onunla danışıqlar aparmamış, ona heç bir vəd verməmiş, ondan pul almamış, Elgünlə arasında olan razılaşmadan xəbəri olmamış, Elgündə Anardan aldığı puldan ona heç bir məbləqdə pul verməmişdir. Sadəcə Anarı sakitləşdirmək üçün Anara söz vermiş ki, Elgün onun sifarişini yekunlaşdıracaq. Şahid Əlifağa oğlu məhkəməyə teleqrama ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -18 sentyabr 2023-cü il tarixdə ********* №-li cinayət işi icraata qəbul edilmişdir. -20 sentyabr 2023-cü il tarixdə tərəfimdən Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material ********* №-li cinayət işinə əlavə edilmişdir. -25 sentyabr 2023-cü il tarixdə tərəfimdən Zərərçəkmiş şəxs6 ərizəsi əsasında toplanmış material ********* №-li cinayət işinə əlavə edilmişdir. -01 dekabr 2023-cü il tarixdə tərəfimdən ********* №-li cinayət işi üzrə icraat AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və 23 dekabr 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -08 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. -13 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaq Şöbəsinə təqdim edildiyindən, həmin tarixdə tərəfimdən iş üzrə dayandırılmış icraat təzələnmişdir. -13 mart 2024-cü il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində tutma tətrbiq edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsi dair qərar ona elan edilmişdir. -15 mart 2024-cü il tarixdə Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənov tərəfindən Təqsirləndirilən şəxs barəsində 28 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. -Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş ərizələr tədqiq edilmişdir.Zərərçəkmiş şəxslərin məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlara dəymiş ziyanlıq ödənilmişdir, şikayət və tələbləri yoxdur. -Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən dəymiş maddi ziyanın 25 faizinin dövlət nəfinə ödənilməsi barədə qəbz məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 29967 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25%-i həcmində, yəni 2785 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25%-İ miqdarında ödəniş edilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, az ağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışmış və ona vurduğu zərəri tamamilə ödəmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Başqa sözlə, işdə olan xx.xx.2024-cü il tarixli, 29967 nömrəli bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə vurmuş olduğu 11130 manat ziyanın 25 faizi, yəni 2785 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 321.2-ci maddəsinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən qəbul edilən qərarlardan biri də 321.2.1-ci maddədə nəzərdə tutulan cinayət işi üzrə icraata xitam verilməsidir. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.3, 321, 344-347, 356, 358 və 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Abşeron Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar